Məhkəmə qərarları › İş №1(008)-880/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-880/2023

27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-880/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şuşa şəhəri, 20 yanvar küçəsi ev 3, mənzil 54-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ev 39B, mənzil 16-da yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti imtintaqa məlum olmayan «Balamir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollannı bölüşdürüb icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 21 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs3 məxsus «Mitsubishi Pajero» markalı, **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, o, kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün «Balamir» adlı şəxsi sığortalayaraq avtomobilin içindən müşahidə aparıb, «Balamir» adlı şəxs isə ((Mitsubishi Pajero» markalı avtomobilin alt hissəsindən əvvəlcədən özü ilə götürdüyü İstintaqa məlum olmayan alətlə avtomobilin səsboğucusunun katalitik çeviricisini (katalizator) açıb onun idarə etdiyi ((Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyub, həmin avtomobillə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Balamir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralarında cinayət rollarını bölüşdürüb icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 19 saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs2 məxsus «X11 Prado» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, o, kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün «Balamir» adlı şəxsi siğortalayaraq avtomobilin içindən müşahidə aparıb, «Balamir» adlı şəxs isə «X11 Prado» markalı avtomobilin alt hissəsindən əvvəlcədən özü ilə götürdüyü istintaqa məlum olmayan alətlə avtomobilin səsboğucusunun katalitik çeviricisini (katalizator) açıb onun idarə etdiyi «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyub, həmin avtomobillə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Balamir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralannda cinayət rollarını bölüşdürüb icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsində yerləşən 11A saylı binanın qarşısında park olunmuş Zərərçəkmiş şəxs1 məxsus «Mitsubishi Pajero» markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, o, kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün «Balamir» adlı şəxsi siğortalayaraq avtomobilin içindən müşahidə aparıb, «Balamir» adlı şəxs isə «Mitsubishi Pajero» markalı avtomobilin alt hissəsindən əvvəlcədən özü ilə götürdüyü istintaqa məlum olmayan alətlə avtomobilin səsboğucusunun katalitik çeviricisini (katalizator) açıb onun idarə etdiyi «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyub, həmin avtomobillə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Balamir» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, öz aralannda cinayət rollarını bölüşdürüb icarə əsasında idarə etdiyi «Kia Optima» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 03:40 radələrində ünvan 1 ünvanında yerləşən “Avto Klinika” adlı avtomobil servisinin qarşısında park olunmuş Zərərçəkmiş şəxs4 MMC-yə məxsus «X11 Prado» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, o, kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün «Ba!amir» adlı şəxsi siğortalayaraq avtomobilin içindən müşahidə aparıb, «Balamir» adlı şəxs isə «X11 Prado» markalı avtomobilin alt hissəsindən əvvəlcədən özü ilə götürdüyü istintaqa məlum olmayan alətlə avtomobilin səsboğucusunun katalitik çeviricisini (katalizator) açıb onun idarə etdiyi «Kia Optima» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyub, həmin avtomobillə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər tanıdığı və dostluq münasibətində olduğu Əfqan Dünyamalıyev Bakı şəhəri, Nəsimi RPl-nin əməkdaşları tərəfindən katalizator oğurluğu cinayəti törətdiyinə görə saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan təxminən 2 gün sonra ümumi tanışları «Balamir» adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Əfqanın saxlanıldığını və sonuncuya köməklik etmək məqsədi ilə avtomobillərdən katalizator oğurlamağı təklif etmişdir. O, necə oğurluq edəcəklərini Balamirdən soruşduqda, sonuncu «Rent a Car»-dan avtomobil icarəyə götürərək ancaq «Toyota Prado» və «Mitsubishi Pajero» markalı avtomobillərin katalazatorlarını oğurlayacaqlarını bildirmişdir. Balamir həmin avtomobillərin katalizatorlarının rahat çıxarıldığını demişdir. Oğurluq edərkən onun cinayət rolunun nədən ibarət olacağını Balamirdən soruşmuş, sonuncu da ona ancaq avtomobil idarə edəcəyəni, özü isə avtomobil ustası olduğuna görə avtomobillərin alt hissəsinə girərək katalizatorları oğurlayacağını bildirmişdir. Razılaşmalarına əsasən oğurluq nəticəsində əldə olunan məbləğin bir hissəsi həbsdə olan Əfqanın törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə ödənəcək, bir hissəsini isə özlərinə götürəcəkdilər. Həmin vaxt onun maddi vəziyyəti yaxşı olmadığına görə Balamirlə razılaşmış və ortaq tanışları Elvin Daşdəmirovun vasitəsi ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Rent a Car»-dan öz adına günü 55 manat müqabilində «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. O, Binəqədi rayonunda yaşadığı üçün rayon ərazisini yaxşı tanıdığından qərara gəlmişlər ki, Binəqədi rayonundan oğurluq etsinlər. Həmin gecə, yəni xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Balamirlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən 21 saylı binanın qarşısında «Mitsubshi Pajero» markalı avtomobilin park olunduğunu görüb, həmin avtomobilin yaxınlığında idarə etdiyi avtomobili saxlamışdır. Balamir özü ilə açar götürüb «Mitsubshi Pajero» markalı avtomobilin altına girib, bir neçə dəqiqədən sonra oradan əlində katalizatorla çıxıb avtomobilin arxa oturacağına əyləşmişdir. Daha sonra bir qədər avtomobili idarə etdikdən sonra həmin gün saat 03:30 radələrində, Binəqədi rayonu, Nərimanov küçəsi 19 saylı binanın qarşısından keçərkən, «Toyota Prado» markalı avtomobilin park edildiyini görmüşlər. O, idarə etdiyi avtomobili həmin avtomobilin yaxınlığında saxlamış və Balamir avtomobildən düşərək, «Toyota Prado» markalı avtomobilin altına girib, bir neçə dəqiqədən sonra oradan əlində katalizotorla çıxıb avtomobilin arxa oturacağına əyləşmişdir. Bundan sonra onlar həmin gün saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsində yerləşən 11A saylı binanın qarşısında park olunmuş «Mitsubishi Pajero» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin park olunduğunu görüb, idarə etdiyi avtomobili həmin avtomobilin yaxınlığında saxlamış və kənar şəxslərin gəlməsinə nəzarət etmək üçün pusquda avtomobilində qalmış, «Balamir» adlı şəxs ise «Mitsubishi Pajero» markalı avtomobilin alt hissəsindən əvvəlcədən özü ilə götürdüyü alətlə katalizatoru açdıqdan sonra idarə etdiyi avtomobilə oturmuşdur. Bundan sonra o, yaşadığı evin qarşısına getmiş ve o, avtomobildən düşüb evə getmiş, Balamir isə icarəyə götürdükləri avtomobillə çıxıb harasa getmişdir. Səhəri gün saat 11 radələrində Balamir ona məxsus olan Leobank plastik kartına 170 manat məbləğində pul göndərmiş və zəng edərək bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə isə həmin «Rent A Car»- dan «Hyundai Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarıb, əvəzində isə «Kİa Optima» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmiş, həmin yerdə "Avto Klinika" adlı avtoservis görmüşlər. Daha sonra da ətrafa baxış keçirmişlər və havanın qaranlıq olmasından istifadə edərək həmin dayanacaqdakı “Toyota Prado" markalı avtomobilin olduğunu görmüş və həmin avtomobil hündür olduğundan Balamir ilə birlikdə “Toyota Prado” markalı avtomobilin yanına getmiş, daha sonra Balamir avtomobildən enərək qeyd olunan avtomobilin səsboğucusunu sökmüş, icarəyə götürdükləri avtomobilə qoyaraq oradan uzaqlaşaraq yaxınlıqdakı kimsəsiz yerə gedərək səsboğucunun içərisindəki katalizatoru çıxartmış, daha sonra yenidən “Toyota Prado" markalı avtomobilin yanma gələrək kimsə şübhə etməsin deyə həmin sesboğucunu yerinə bağlamışdır. Həmin katalizator Balamir adlı şəxsdə qalmışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir, əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, atası X3 məxsus «X11 Prado» markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil rəsmi olaraq atasının adına olsa da, faktiki olaraq avtomobil özünə məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində həmin avtomobili idarə edərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən 19 saylı binanın qarşısında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində avtomobilinə yaxınlaşıb işə salarkən, avtomobildən qeyri-adi səs gəlməsini eşidib təəccüblənmişdir. Bundan sonra avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birinə aparmış, orada usta avtomobili yoxlayarkən, avtomobilin səs boğucusunda katalitik çeviricisinin (katalizatorun) yerində olmadığını və bu səbəbdən də avtomobildən həmin səsin gəlməsini bildirmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq olması barədə məlumat vermişdir. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus «Mitsubishi Pajero» markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobilini həmişə olduğu kimi, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsində yerləşən 11A saylı binanın qarşısında saxlayır. xx.xx.2023-cü il tarixdə avtomobilinə yaxınlaşıb işə salarkən, avtomobildən qeyri-adi səs gəlməsini eşidib təəccüblənmiş, daha sonra həmin səs artmağa başlamışdır. Bundan sonra avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birinə aparmış, orada usta avtomobili yoxlayarkən, avtomobilin səs boğuousunda katalitik çeviricisinin (katalizatorun) yerində olmadığını və bu səbəbdən də avtomobildən həmin səsin gəlməsini bildirmişdir. Bundan sonra o, DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq olması barədə məlumat vermişdir. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir, hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, onun özünə məxsus «Mitsubishi Pajero» markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həmin avtomobili idarə edərək, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Nərimanov küçəsində yerləşən 21 saylı binanın qarşısında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Ağcabədi rayonuna getmək üçün, avtomobilinə yaxınlaşıb işə salarkən, avtomobildən qeyri-adi səs gəlməsini eşidib təəccüblənmişdir. Bundan sonra avtomobili Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtoservislərin birinə aparmış, orada usta avtomobili yoxlayarkən, avtomobilin səs boğucusunda katalitik çeviricisinin (katalizatorun) yerində olmadığını və bu səbəbdən də avtomobildən həmin səsin gəlməsini bildirmişdir. Daha sonra o, yaşadığı evin ətrafında olan təhlükəsizlik kamerasına baxdığı zaman xx.xx.2023-cü il tarixdə saat 02:38-də avtomobilinin arxasında göy rəngli «Hyndai Elantra» markalı avtobilin dayandığını, həmin avtomobilin arxa sağ qapısından bir nəfər şəxsin düşərək, onun avtomobilinə yaxınlaşdığını, təxminən bir neçə dəqiqədən sonra əlində dəmir parçası ilə gəlib həmin «Hyundai Elantra» markalı avtomobilə əyləşdiyi və sonradan oradan çıxıb getdiklərini müəyyən etmişdir. Bundan sonra o DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq olması barədə məlumat vermişdir. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 MMC-nin mühasibi vəzifəsində çalışır. Həmin şirkətdən ona verilmiş etibarnamə əsasında İstintaq orqanlarında Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunla iddiaçı, cavabdeh, üçüncü şəxs, zərərçəkmiş, şahidə verilmiş bütün hüquqları həyata keçirməkdən hüququ vardır. Zərərçəkmiş şəxs4 MMC-nin balansında «Toyota Prado» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Həmin avtomobili Zərərçəkmiş şəxs4 MMC-də sürücü işləyən X6 idarə edir. xx.xx.2023-cü il tarixdə Nahid Qasımovdan ona məlum olmuşdur ki, idarə etdiyi «Toyota Prado» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili boyamaq üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Avto Klinika» adlı servisə yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində avtomobili həmin servisdən təhvil almağa getdikdə, avtomobilin səsboğucusunun katalitik çeviricisinin, (katalizator) başqa bir işlək vəziyyətdə olmayan səsboğucunun katalitik çeviricisi ilə əvəz olduğunu aşkar etmişdir. Müəyyən olunmuşdur ki, «Toyota Prado» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil «Avto Klinika» adlı servisdə qaldığı zaman, avtomobilin səsboğucusunun katalitik çeviricisi naməlum şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə 3500 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 6-10); baxış keçirilməsi haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.40-44); hadisə yerinə baxış keçirilməsi barədə 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 57-62); baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 65-68); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 77); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 84); götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdi etdiyi 01 ədəd CD disk götürülərək iş materiallarına əlavə edilmişdir(i.v.93-94); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.95); cinayət işi üzrə törədilmiş cinayət əməlin tövsif olunması haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif olunmuşdur (i.v.101-102); 15 aprel 2023-cü il tarixli tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.114); Təqsirləndirilən şəxs qismində cəlb etmək hqqında 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 77.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.126-128); Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-417/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.145-149); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.151); Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-741/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 15 sentyabr 2023-cü il tarixadək uzadılmışdır (i.v.162-167); Sənədlərin götürülməsi barədə 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq zərurəti ilə X1 "xxxx" və "xxxx" MMC-də tərtib olunmuş sənədlər götürülmüşdür (i.v.173); Baxış keçirilməsi və götürmə aparılması haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, təqdim olunmuş sənədlər "xxxx" MMC-də tərtib olunmuş 04 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 01 səhifədən ibarət 01 ədəd etibarnamə, "xxxx" MMC-də tərtib olunmuş 01 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 26 səhifdən ibarət hesabat və səyahət aktıdır. "xxxx" MMC-də tərtib olunmuş 04 səhifədən ibarət 01 ədəd icarə müqaviləsində Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC arasında «Hyundai-E!antra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsinin imzalandığı, həmin MMC-dən Təqsirləndirilən şəxs tünd göy metalik rəngli «Hyundai-Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişaniı avtomobili idarə etmək üçün xx.xx.2023-cü il tarixdən saat 18:00-dan xx.xx.2023-cü il tarix saat 18:00-dək müddət ərzində etibarnamənin verildiyi, Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü İl tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC arasında gümüşü rəngli «Kia Optıma» markalı, **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsinin imzalandığı müəyyən olunur. Hesabat və səyahət aktına (CPS-xəritə) baxış keçirilərkən «Hyundai-Elantra» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarix saat 02:31:42dən xx.xx.2023-cü il tarix saat 02:42:19-a qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, N.Nərimanov küçəsindən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsinə, xx.xx.2023-cü il tarix saat 03:53:45-dən xx.xx.2023-cü il tarix saat 04:35:30-a qədər olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, N.Nərimanov küçəsinə, xx.xx.2023-cü il tarix saat 05:11:06-dan xx.xx.2023-cü İl tarix saat 05:46:05-ə qədər olan müddət ərizndə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, N.Nərimanov küçəsindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, L.Abdullayev küçəsinə kimi hərəkətdə olduğu müəyyən olunmuşdur (i.v.175-176); Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında 02 avqust 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 MMC zərərçəkmiş hüquqi şəxs qismində, Zərərçəkmiş şəxs4 MMC-nin müsahibi Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmışdır (i.v.213); Götürmə haqqında 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi 01 ədəd CD disk götürülmüşdür (i.v.227-229); Baxış keçirmə haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X5 təqdim etdiyi diskə baxış keçirildi. Diskdə olan video görüntü Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən 21 saylı bianın fasadına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. «CD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edildi. Həmin video fayl açıldıqda içərisində xx.xx.2023-cü il tarixdə saat 02:09dan saat 02:47-dək olan müddət ərzində qeydə alınmış video görüntüdür. Görüntüdə sözügedən binanın yaxınlığında yerləşən meydançada müxtəlif markalı avtomobillərin dayandıqları müşahidə olunur. Görüntünün 35-ci saniyəsində saat 02:11-də həmin meydançaya dövlət qeydiyyat nişanı görünməyən tünd göy rəngli «Hyundai» markalı avtomobilin gəldiyi, saat 02:15-də həmin avtomobilin arxa sağ qapısından bir nəfər şəxsin avtomobildən düşərək, meydançada dayanmış ağ rəngli «Mitsubishi Pajero» markalı avtomobilə tərəf getdiyi müşahidə olunur. Görüntünün 06 dəqiqə 26-cı saniyəsində saat 02:28-də « Mitsubishi Pajero » markalı avtomobil tərəfdən «Hyundai» markalı avtombildən düşən şəxsin geriyə həmin avtomobilə gayıdaraq, əyləşdiyi müşahidə olunur. Saat 02:30də həmin şəxsin yenidən avtomobildən düşərək, «Prado» markalı avtomobilə tərəf yaxınlaşdığı və saat 02:42-də əlində bir alətlə geri qayıdıb «Hyundai» markalı avtomobilə əyləşdiyi və həmin avtomobillə oranı tərk etdiyi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, video görüntüdə olan «Hyundai» markalı avtomobilin sürücüsü özüdür, avtomobildə sərnişin qismində olan şəxs isə tanışı «Balamir» adlı şəxsdir. Baxışda İştirak edən X2 bildirdi ki, video görüntüdə olan «Hyundai» markalı avtomobil, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən icarə müqaviləsi əsasında "xxxx" MMC-dən götürülmüşdür, həmin avtomobilin dövlət qeydiyyat nişanı **- KU-*** nömrəlidir (i.v.233); Baxış keçirmə haqqında 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə X4 təqdim etdiyi diskə baxış keçirilmişdir. Diskdə olan video görüntü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «AvtoKlinika» adlanan servisdə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. «CD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edildi. Həmin video fayl açıldıqda içərisində xx.xx.2023-cü il tarixdə saat 03:10-dan saat 03:48dək olan müddət ərzində qeydə alınmış video görüntüdür. Görüntüdə saat 03 radələrində servisin həyətinə «Kia» markalı avtomobilin daxil olduğunu və həmin avtomobildə olan naməlum şəxslər, «X12-Prado» markalı avtomobilə yaxınlaşdıqları müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, video görüntüdə olan «Kia» markalı avtomobilin sürücüsü özüdür, avtomobildə sərnişin qismində olan şəxs isə tanışı «Balamir» adlı şəxsdir. Həmin yerə birinci dəfə gələrək, «X12-Prado» markalı avtomobildən səsboğucunu sökdükdən sonra oradan uzaqlaşmışlar, kənar yerdə səsboğucunun içərsindəki katalizatoru çıxarıb, yenidən həmin yerə gələrək, «X12-Prado» markalı avtomobilə bağlamışlar (i.v.234); Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, ona qarşı iddia, tələbi və şikayəti yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından cinayətkar qrupun üzvü “Balamir” adlı şəxsin barəsində CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, iş üzrə oğurluq hadisələrini özündə əks etdirən 2 ədəd CD disk, "xxxx" MMC-də tərtib olunmuş 04 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 01 səhifədən ibarət 01 ədəd etibarnamə, "xxxx" MMC-də tərtib olunmuş 01 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 26 səhifədən ibarət hesabat və səyahət aktı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v.264-272); Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmiş, ona qarşı şikayəti, iddia və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, AzVirt” MMC-nin rəhbərliyi bildirir ki, həqiqətəndə “Avto Klinika” servis mərkəzində xidmət olunduğu zaman şirkətimizə məxsus “Toyota Prado” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomaşından səsboğucunun katalitik çeviricisinin(katalizatorun) yoxa çıxması faktı aşkar edilmiş, “Avto Klinika” servis müəssisəsi könüllü olaraq çatışmayan ehtiyyat hissəsinin avtomaşına qoyulmasına təmin etmiş, beləliklə şirkətə heç bir zərər vurulmamışdır, nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 15 sentyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, habelə təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini(CM-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 15 aprel 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı(CM-69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış sənədlərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır(CPM-132.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 aprel 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02(iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk, "xxxx" MMC-də tərtib olunmuş 04 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 01 səhifədən ibarət 01 ədəd etibarnamə, "xxxx" MMC-də tərtib olunmuş 01 səhifədən ibarət 01 ədəd icarə müqaviləsi, 26 səhifədən ibarət hesabat və səyahət aktının cinayət işinin materiallarında saxanması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar