Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-881/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2005-ci ildə Bakı şəhərində şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Ağdam rayonu, Sarıcalı Ərazi dairəsi, Qullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 221.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq və təkrarən açıq talama yolu ilə özgənin əmlakını ələ keçirərək soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 24 fevral 2023-cü il tarixdə saat 23 radələrində, Bakı şəhəri, Yasamal rayonu, «Qələbə» dairəsində yerləşən “Azpertol yanacaqdoldurma məntəqəsinin yaxınlığında özgənin əmlakını qanusuz və əvəzsiz elə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 aldadadaraq sonuncunun 900 manat dəyərində **********61359 imei kodlu üzərində 10 manat dəyərində ********** nömrəli olan Samsung A 73 markalı mobil telefonununu etibarından sui istifadə etməklə danışmaq adı ilə alıb oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 məxsus əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, 08 mart 2023-cü il tarixdə saat 19:30-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Olimpiya stadionunun yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir qədər əvvəl guya ona tərs baxdıqlarını və Zərərçəkmiş şəxs2 onun çiyni ilə onun çiyninə toqquşmasını cüzi səbəb kimi bəhanə edərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə əsaslı səbəb almadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması İlə müşayiət edilən qərəzli hərəkətlər etməklə, ətrafdakı insanların gözü qarşısında əvvəlcə Zərərçəkmiş şəxs1 bir yumruq zərbəsi vurub ona sağ gözyuvası ətrafıyanaq nahiyəsinin qançırı ilə müşaiət olunan bədən xəsarətləri yetirərək, ani bir vaxtda ictimai qaydanı kobud surətdə pozulmasına yönəlmiş xuliqanlıq hərəkətlərini inadla davam etdirib Zərərçəkmiş şəxs2 da yumruq zərbəsi vuraraq ona üst dodağın qançırla müşayiət olunan iç səthinin əzilmiş səthi yarası və burun nahiyəsinin qançırı ilə müşaiət olunan sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakıni açıq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq hərəkətlərini törətdikdən təxminən 15 dəqiqə keçdikdən sonra 08 mart 2023-cü il tarixdə saat 19:45-də Zərərçəkmiş şəxs1 təklikdə söhbət etmək adı ilə onu olduqları yerdən təxminən 500 metr aralıqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, «Olimpiya» stadionu ilə «Koroğlu» metro stasiyasının arasındaki yola dəvət edərək, buna nail olduqda orada Zərərçəkmiş şəxs1 üzərində 5 manat dəyərində 050 *** ** ** simkart nömrəsi olan 730 manat dəyərində **********80698 və **********80680 imei kodlu “OPPO A 77S" markalı mobil telefonunu Zərərçəkmiş şəxs1 əlindən alaraq, hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 735 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamış, Masazırda olan nənəsinin yanında bir müddət yaşamışdır. Şahid5 1 ildir ki, tanıyır, onunla Fəvvarələr Meydanında tanış olmuşdur, dostluq edir, onun vasitəsilə Şahid6 və İbrahimi tanımışdır. 24 fevral 2023-cü il tarixdə saat 22 radələrində İlkin və Məhəmməd adlı dostu ilə görüşmüş, sonra çayxanaya getmiş, orada çay içmişlər. Orada onun Zərərçəkmiş şəxs3 adlı tanışı da olmuşdur. Sonrakı dəqiqələrdə oradan Qələbə dairəsində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yanına getmiş, bir neçə dəqiqə sonra təxminən 23-30 radələrində orada gəzərkən o, Fəriddən Samsung A 73 markalı telefonunu danışmaq adı ilə istəmiş, Fərid də etiraz etmədən ona telefonu vermiş, sonra o, onlardan aralanıb tək olaraq qaranlıq olan yerə getmiş, daha sonra oradan aralanıb çıxıb evə getmiş, sonrakı zamanda Orxan adlı dostunun şəxsiyyət vəsiqəsi ilə telefonu 450 manata Neftçilər metrosunun yaxınlığında satmışdır. Pulun hamısını özünə götürmüşdür. Orxanın bu hadisədən xəbəri yoxdur. 08 mart 2023-cü il tarixdə saat 14 radələrində birlikdə 20 yanvar metrosunun yaxınlığında Vüqar və İbrahimlə görüşmüş, sonra orada olarkən onlar gəzmiş bu zaman iki nəfər adını sonradan bildiyi İsa və Dəniz adlı şəxs onlarla üzbəüz gəlmiş, Dəniz onlara tərstərs baxmış, İsa adlı şəxs onunla üzbəüz gəlib adam sıxlığı olduğundan çiyni onun çiyni ilə toqquşmuşdur. Sonrakı dəqiqələrdə onlar Fəvvarələr meydanına getmiş, orada Mirtalehlə rastlaşmış, o da onlara qoşulmuş orada spirtli içki alıb Vüqarla içmiş, oradan isə Koroğlu metrosunun yanına saat 19 radələrində gəlmiş, metronun içərisində həmin uşaqlarla yenidən rastlaşmışlar Mirtaleh Dənizi göstərib onunla bir məktəbdə oxumasını, onu tanımasını, ondan məlumatlı olduğunu bildirmiş, orada Dənizlə İsa yenə onların hamısına tərs-tərs baxmış, o, qərara almışdır ki, onları düz hərəkət etmədiyinə görə başa salsın və onları döysün, skamyada əyləşən X5 metrosunun yaxınlığında yaxınlaşmış, o, Dənizə “qardaşıma niyə elə borzu kimi baxırsan demiş”, o da qardaşının kim olmasını soruşduqda o, Mirtalehin onun qardaşı olmasını bildirmiş, o da Mirtalehi tanıdığını, onunla bir məktəbdə oxumağını demiş, sonra o, Dənizlə İsaya demişdir ki, gedək kənarda bu barədə söhbət edək, o da, İsa da onunla razılaşmış, birlikdə metronun yaxınlığında olan körpü tərəfə getmiş, orada olan pilləkənlərin yanında dayanmış, Şahid5 da gəlmişdi. Bu zaman o, bir daha hər ikisinə niyə onun qardaşı Mirtalehə “borzu-borzu” baxmağı onlardan soruşmuş, Dəniz Mirtalehin tanışının olmasını, ona görə baxmağını ona demiş, bu zaman o, öz-özünə nəsə yadında qalmayan söz demiş, bu an qəflətən o, sağ yumruğuyla Dənizin sağ göz nahiyəsindən bir yumruq vurmuş və ardıyca İsanın ağız nahiyəsindən də sağ yumruğuyla zərbə endirmiş, hər ikisi xəsarət almış, Dəniz yerə yıxılmış, Dənizlə İsaya onun sözünün keçməsini, onlardan üstün olmasını demiş, onun bu hərəkətini dostları da gözləməmişdir. Dəniz yerə yıxılmış, sonrakı dəqiqələrdə Dənizin qolundan tutub onu 50 metr kənara aparmış, uşaqlara müdaxilə etməməyi demişdir. Təxminən daha 400 metr məsafə getmiş, heç kimin olmadığı yerə Dənizlə getmiş, orada onunla təxminən 5 dəqiqə söhbət etmiş, Dənizdən Mirtalehə zəng etməyini istəmiş, o da telefonunun balansında pul olmadığını demiş, o, israrla telefonu zəng eləməsi üçün verməsini tələb etmiş, Dənizə özünə məxsus OPPO- A77 S markalı telefonu çıxarıb ona vermiş, o isə oradan qaçaraq aralanıb çıxıb getmiş, metronun yaxınlığında İbrahim, Mirtaleh və Vüqarla görüşmüş, telefonu sonrakı zamanda 200 manata Murad Əsədli adlı tanışının sənədi ilə satmış, Muradın bu əməldən xəbəri olmamışdır. Dənizə də o, bıçaq çıxarmamışdır. Hadisə 08 mart 2023-cü il tarxidə saat 19-30 radələrində Sabunçu rayonu Koroğlu metrosunun yanında baş vermişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 28 fevral 2023-cü il tarixdə Kontakt Home mağazasından 730 manata **********80698 və **********80680 imei kodlu “OPPO A77S” markalı qara rəngli mobil telefonu almış və üzərinə 5 manat dəyərində aldığı 050 *** ** ** mobil telefon nömrəsini taxıb istifadə etmişdir. Zərərçəkmiş şəxs2 onun dostudur. Şahid6 təhsil aldığı məktəbdən tanıyır, ondan 2 yaş böyükdür, aralarında heç zaman münaqişə olmamış, daima onunla salamlaşmış, o, 9-cu sinifi bitirəndən sonra məktəbdən çıxmışdır. 08 mart 2023-cü il tarixdə İsa ilə saat 13 radələrində evinin yaxınlığında görüşmüş, ondan xahiş etmişdir ki, onunla 20 yanvar metrosunun yanına getsin və ordan o, özünə ayaqqabı alsın, o da imtina etməmiş, o və İsa birlikdə 20 yanvara getmiş, orada o, özünə ayaqqabı almış və sellofana qoyub birlikdə metro ilə Koroğlu metrostansiyasına gəlmiş, saat 19:05 radələrində metrodan çıxıb 163 nömrəli marşrut xətt avtobusuna doğru gedib evə getmək istəmiş, metrodan çıxarkən pilləkanlarda Mirtalehi, yanında 3 nəfər olan şəxsləri görmüş, lakin aralarında məsafə olduğundan onunla salamlaşmamış, hərəkəti davam etdirib, Koroğlu metrosunun yanında körpünün yaxınlığında olarkən orada olan köşkdən bir ədəd sərinləşdirici içki almış və orada olan skamyada əyləşmiş, təxminən bir dəqiqə sonra onlara əvvəllər tanımadığı, adını sonradan Mirtalehdən öyrəndiyi "İbrahim" dediyi şəxs yaxınlaşmış, Ədalət ona yaxınlaşıb qardaşına niyə elə borzu kimi baxmağını soruşmuş, o da qardaşının kim olmasını soruşduqda o, Mirtalehin onun qardaşı olmasını bildirmiş, o da Mirtalehi tanıdığını, onunla bir məktəbdə oxumağını demiş, sonra Ədalət adlı şəxs onunla İsaya demişdir ki, gedək kənarda bu barədə söhbət edək, o da İsa da onunla razılaşmış, birlikdə metronun yaxınlığında olan körpü tərəfə getmişlər, orada olan pilləkanların yanında dayanmış, bu zaman Ədalət adlı şəxs bir daha hər ikisinə niyə onun qardaşı Mirtalehə “borzu-borzu” baxmağını bəhanə edib onlardan bunu soruşmuş, Mirtalehin tanışı olmasını, ona görə baxmağını Ədalətə demiş, bu zaman Ədalət öz-özünə nəsə yadında qalmayan söz demiş, onlardan güclü olmasını, onları döyəcəyini bildirmiş, bu an qəflətən Ədalət sağ yumruğu ilə onun sağ göz nahiyəsindən bir yumruq vurmuş və ardınca İsanın ağız nahiyəsindən də sağ yumruğu ilə zərbə endirmiş, hər ikisi xəsarət almış, o, yerə yıxılmış, bu zaman oraya digər uşaqlar gəlmiş, Ədaləti sakitləşdirmiş, onu kənara çəkmiş, daha sonra Ədalət ona yaxınlaşıb, xahiş etmişdir ki, onunla başqa yerə getsin və onunla söhbət etmək istəməsini demişdir. 500-600 metr birlikdə ikisi hərəkət etmiş, saat təxminən 10-45 radələrində Olimpiya stadionunun yaxınlığında olan körpünün altında dayanmış, Ədalət ondan telefonunu istəmiş, Mirtalehə zəng etməyini istəmiş, o da telefonunun balansında pul olmadığını ona demiş, ondan israrla telefonunu verməyi tələb etmiş, o da şalvarının sağ yan cibində olan “OPPO A 77S” markalı qara rəngli mobil telefonunu çıxanb əlində saxlamış, Ədalət isə telefonu aldıqdan sonra cibinə qoymuş, oradan qaçaraq çıxıb getmişdir. Ona ümumilikdə 735 manat maddi ziyan dəymişdir, həmçinin xəsarət almışdır, İsayla onun döyülərək xəsarət almağı saat 19-30 radələrində, telefonunun açıq talanması isə 19-45 radələrində baş vermişdir, hadisə yerləri arasında 500-600 metr dolanbac yollu məsafə var, hadisə 08 mart 2023 tarixdə baş vermiş, sonrakı zamanda isə 102 xidmətinə o, zəng edib məlumat vermişdir. Ədalət ona bıçaq çıxarmamışdır, digər yanındakı şəxslər Ədalətin onları döyməsini gözləməmiş, Ədalət onları vurandan sonra həmin şəxslər onları aralamışdır. Telefonunu açıq talayıb ələ keçirəndə isə heç kim şahid olmamışdır. Həmin şəxslər nə onu nə də ki, İsanı vurub nə də ki, telefonu ələ keçirəndə şahid də olmamışdır. Həmçinin Ədalət ona bıçaq çıxarmamış, ona 735 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 dostdur, 08 mart 2023-cü il tarixdə Dənizlə saat 13 radələrində evinin yaxınlığında görüşmüş, Dəniz ondan xahiş etmişdir ki, onunla 20 yanvar metrosunun yanına getsin və ordan o, özünə ayaqqabı alsın, o da imtina etməmiş, birlikdə “20 yanvar” metrosunun yanına getmiş, orada o, 25 manata qara rəngli ayaqqabı almış və salafana qoyub birlikdə metro ilə Koroğlu metrostansiyasına gəlmiş, saat 19-05 radələrində metrodan çıxıb 163 nömrəli marşrut xətt avtobusuna doğru gedib evə getmək istəmişlər, hərəkətini davam etdirib, Koroğlu metrosunun yanında körpünün yaxınlığında olarkən orada olan köşkdən hərəsinə bir ədəd sərinləşdirici içki almış və orada olan skamyada əyləşmiş, təxminən bir dəqiqə sonra onlara əvvəllər tanımadığı, adını sonradan Dənizin tanışı Mirtalehdən öyrəndiyi Təqsirləndirilən şəxs və yanında təxminən 18-20 yaşlı boyu 178-182 sm hündürlüyündə, normal bədən quruluşlu, üzündə azca saqqal olan adını Mirtalehin onlara sonrakı günlərdə dediyi “İbrahim" dediyi şəxs yaxınlaşmış, Ədalət Dənizə yaxınlaşıb “qardaşıma niyə elə borzu kimi baxmağını dedi", o da qardaşının kim olmasını soruşduqda o, Mirtalehin onun qardaşı olmasını bildirmiş, Dəniz də Mirtalehi tanıdığını, onunla bir məktəbdə oxumağını demiş, sonra Ədalət onunla Dənizə demişdir ki, gedib kənarda bu barədə söhbət etsinlər, o və Dəniz də Ədalətlə razılaşmış, birlikdə metronun yaxınlığında olan körpü tərəfə üçü də getmişlər, orada olan pilləkənlərin yanında dayanmış, bu zaman Təqsirləndirilən şəxs adlı şəxs bir daha hər ikisinə niyə onun qardaşı Mirtalehə “borzuborzu" baxmağını bəhanə edib onlardan soruşmuş, Dəniz də Mirtalehin tanışı olmasını, ona görə baxmağını Ədalətə demiş, bu zaman Ədalət öz-özünə nəsə yaddaşda qalmayan söz demiş, onlardan güclü olmasını, onları döyəcəyini bildirmiş, bu an qəflətən Ədalət sağ yumruğuyla Dənizin sağ göz nahiyəsindən bir yumruq vurmuş və ardıyca onun ağız nahiyəsindən de sağ yumruğuyla zərbə endirmiş, hər ikisi xəsarət almış, o, yerə yıxılmış, bu zaman oraya digər uşaqlar gəlmiş, Ədaləti sakitləşdirmiş, onu kənara çekmiş, daha sonrakı dəqiqələrdə Ədalət Dənizə yaxınlaşıb, xahiş etmişdir ki, onunla başqa yerə getsin və onunla söhbət etmək istəməsini demiş, Dənizlə Ədalət aralanıb 500-600 metr birlikdə hərəkət etmişlər, onun yanında digər uşaqlar qalmış, onlar Ədalətin düz hərəkət etmədiyini demiş sonra aralanıb metroya tərəf gəlmişlər, təxmini 10 dəqiqə sonra yanına Dəniz qaçaraq gəlmiş və Ədalətin onun telefonunu danışmaq adı ilə alıb qaçmasını demiş, sonra Dəniz polisə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə 735 manat maddi ziyan dəymişdir, həmçinin o da xəsarət almışdır. Dənizlə onun döyülərək xəsarət almağı 19-30 radələrində, telefonunun açıq talanması isə 19-45 radələrində baş vermişdir, hadisə yerləri arasında 500-600 metr dolanbac yollu məsafə var, hadisə 08 mart 2023 tarixdə baş vermiş, Ədalət onlara bıçaq çıxarmamışdır, digər yanındakı şəxslər Ədalətin onları döyməsini gözləməmiş, Ədalət onları vurandan sonra digər şəxlər onları aralamışdır. Vüqar, Mirtaleh və İbrahim adlı şəxslər nə onu vurmuş, nə də Dənizi vurmuş, nə də ki, telefonu elə keçirəndə şahid də olmamışlar. Təqsirləndirilən şəxs onları heç bir əsaslı səbəb olmadan döymüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, **********61359 imei kodlu üzərində 10 manat dəyərində 050 ******* mobil nömrəsi olan 900 manat dəyərində olan “Samsung A 73" markalı mobil telefon ona məxsdur, hadisə olanadək istifadə etmişdir. 24 fevral 2023-cü il tarixdə saat 19 radələrində həmin zaman birlikdə kirayədə yaşadığı həmçinin sinif yoldaşı olmuş, əslən Tovuz rayonundan olan X3 (2005) ilə inşaatçılar metrosunun yanına getmiş, orada İlkin vasitəsilə tanıdığı təxmini 19-20 yaşlı bir neçə dəfə gördüyü Məhəmməd adlı dostu ilə görüşmüş, sonra çayxanaya getmiş, orada çay içmişlər. Sonrakı dəqiqələrdə oradan Qələbə dairəsində yerləşən Azpetrol yanacaqdoldumna məntəqəsinin yanına getmiş, bir neçə dəqiqə sonra təxminən 23-30 radələrində oraya Məhəmmədin tanışları olan iki nəfər gəlmiş, onlardan biri Təqsirləndirilən şəxs adlı şəxs gəlmiş, bir neçə dəqiqə sonra orada gəzərkən Ədalət ondan telefonunu danışmaq adı ilə istəmiş, o da etiraz etmədən ona telefonu vermiş, sonra o, oradan aralanıb tək olaraq qaranlıq olan yerə getmiş, o, dostları ilə söhbət etmiş, bir neçə dəqiqə sonra Ədalətin gəlmədiyini görüb onu axtarmışlar, lakin tapa bilməmişlər, telefon nömrəsinə zəng etsə də nömrəyə zəng çatmamışdır. 25 fevral 2023 tarixdə 102 xidmətinə zəng etmiş, məlumat vermiş, ərizə yazmışdır. Hadisə nəticəsində ona 910 manat maddi ziyan dəymiş, aldatma yolu ilə Təqsirləndirilən şəxs onun "Samsung A 73" markalı mobil telefonumu Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında 24 fevral 2023 tarixdə saat 23-30 radələrində elə keçirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 08 mart 2023 tarixdə tanışları İbrahim, Vüqar, Təqsirləndirilən şəxslə görüşmüş, yolda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə rastlaşmış, onlar Ədalətə tərs-tərs baxmış, sonra çıxıb getmişlər, birlikdə Koroğlu metrosuna yanına metro ilə gəlmiş, orada olarkən yenə həmin İsa ilə Dəniz qabağına çıxmış, Ədalətə tərs-tərs baxmışlar, Ədalət Dənizə yaxınlaşıb qardaşına niyə elə borzu kimi baxmağını demiş, o da qardaşının kim olmasını soruşduqda o, onun qardaşı olmasını bildirmiş, Dəniz də onu tanıdığını, onunla bir məktəbdə oxumağını demiş, sonra Ədalət İsa ilə Dənizə demişdir ki, gedib kənarda bu barədə söhbət etsinlər, İsa da Dəniz də onunla razılaşmış, birlikdə metronun yaxınlığında olan körpü tərəfə üçü də getmiş, onlar da onların dalınca getmiş, orada olan pilləkanların yanında dayanmış, bu zaman Təqsirləndirilən şəxs bir daha hər ikisinə “borzu-borzu" baxmaqlarını deyib qəflətən Ədalət sağ yumruğu ilə Dənizin sağ göz nahiyəsindən bir yumruq vurmuş və ardınca İsanın ağız nahiyəsindən də sağ yumruğu ilə zərbə endirmiş, hər ikisi xəsarət almış, uşaqlar yıxılmış, bu zaman onlar gəlib onları ayırmış, Ədalətin belə hərəkət etməsini gözləməmişlər. Ədaləti sakitləşdirib, onu kənara çəkmiş daha sonrakı dəqiqələrdə Ədalət Dənizə yaxınlaşıb, xahiş etmişdir ki, onunla başqa yerə getsin və onunla söhbət etmək istəməsini demiş, onlar aralanıb 500-600 metr birlikdə hərəkət etmişlər, o və digər uşaqlar İsa ilə birlikdə qalmış, onlar Ədalətin düz hərəkət etmədiyini İsaya demiş, sonra aralanıb metroya tərəf gəlmiş, sonrakı dəqiqələrdə Ədalət onlara tərəf qaça-qaça gələrək metroya daxil olmuş, onlardan aralanıb getmişdir. Sonradan bilmişdir ki, Ədalət təklikdə Dənizin mobil telefonunu əlindən alıb qaçmışdır, Ədalətin əlində heç zaman və hadisə zamanı bıçaq olmamışdır. İsanı və Dənizi o vurmamışdır. Şahid qismində dindirilmiş Şahid5, X1 ibtidai istintaq zamanı verdikləri və məhkəmədə tədqiq edilən ifadlərində Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, *** *** ** **, 070 *** ** ** nömrələri ona məxsusdur, 5-6 ildir ki, istifadə edir, **********61359 imei kodlu "Samsung A 73" markalı mobil telefonu 04 mart 2023 tarixdə Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında olan mağazadan 615 manata almış, bu günədək istifadə edir, hər iki nömrəni həmin telefona taxmışdır. Cinayət barədə istintaq zamanı məlumat almış, hadisədən xəbərsiz olmuşdur. Bayramov Səməd qardaşıdır, nömrənin biri onun adınadır, telefonu aldığı dükanı polisə göstərmişdir, telefonu könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Velotrek deyilən yerdə 3 ildir ki, mobil telefon satışı-alışı ilə məşğuldur. 08 mart 2023 tarixdə saat 20:30 radələrində işdə olarkən əvvəllər tanımadığı, adını sonradan bildiyi X4 mağazaya başqa bir cavan oğlanla gələrək ona məxsus “OPPO A 77 S” markalı telefonu satmaq istədiyini demiş, o da telefona baxıb 100 manat qiymət qoyub ona pulu verib həmin **********80698 və **********80680 imei kodlu telefonu ondan götürmüş, həmçinin, Muradın şəxsiyyət vəsiqəsinin surətini götürüb oraya qeydlər etmişdir. Həmin telefonu 150 manata təxmini martın ortalarında satmışdır. Satdığı şəxsi tanımır, anket məlumatını bilmir. Murad adlı şəxsin yanında şəklini ona polislərin göstərdikləri şəxs Təqsirləndirilən şəxs olmuşdur. Pulu da ona vermiş, Ədalət adlı şəxs sənədinin üstündə olmadığına görə dostundan xahiş etmişdir ki, onun sənədi ilə telefon satılsın. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, evlidir, Nizami rayonu, Q.Qarayev 15/29 ünvanında yerləşən “FH Telecom" adlı mağazanı 14 ildir ki, işlədir, mobil telefon alıb-satır. 25 fevral 2023 tarixdə saat 15 radələrində əvvəllər tanımadığı Orxan Mehtiyev və Ədalət adlı şəxs mağazaya daxil olub ona **********61359 imei kodlu “Samsung A 73” markalı mobil telefonunu göstərmiş və Ədalət atasına məxsus telefonu satmasını, pula ehtiyacı olmasını demiş, o da həmin telefona baxıb 480 manata həmin telefonu Ədalətdən götürüb pulu ona vermiş, Orxan Mehtiyevin sənədini götürmüş, oraya imza edib əlaqə nömrələrini yazmışlar. Bu günlərdə ona məlum olmuşdur ki, həmin telefon cinayət yolu ilə əldə edilmişdir. Bu əməldən xəbəri olmamışdır. Telefonu 04 mart 2023 tarixdə 615 manata Cahid adlı şəxsə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 593-cü məhəllə ünvanının arxa hissəsinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 14-18); Baxış keçirilməsi və götürmə haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Koroğlu metrosunun yaxınlığında yerləşən parka gedən piyada keçidinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(cild 1, i.v.74-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Səbail rayon Məhkəməsində CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi istintaq edilir. (cild 1, i.v.99-100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 518 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 üst dodağın qançırla müşayiət olunan iç səthinin əzilmiş səthi yarası və burun nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, i.v.117-118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 519 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ gözyuvasıətrafı-yanaq nahiyəsinin qançırı müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, i.v.119-120); Axtarışda olan şəxsin tutulması barədə 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir (cild 1, i.v. 190); İfadənin yerində yoxlanılması haqqında 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış, o, verdiyi ifadəsini təsdiq etmiş, fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir (cild 1, i.v.214-216); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.17-21); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həsb qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmışdır (cild 2, i.v.67-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1141 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğun olub, gerilik əlaməti aşkar edilmir. Zərərçəkmiş şəxs1 ünsiyyətçilik, hər kəslə yaxşı yola getmək adaptivlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir, Zərərçəkmiş şəxs1 yaş və əqli imkanlarına görə baş verən hadisə zamanı onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. Ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini düzgün dərk etmək qabiliyyətinə malikdir(cild 2, i.v.72-74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1128 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğun olub, gerilik əlaməti aşkar edilmir. Zərərçəkmiş şəxs2 ünsiyyətçillik, emosionallıq, əsəbilik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 yaş və əqli imkanlarına görə baş verən hadisə zamanı onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarındadır. Ona qarşı edilən qanunazidd hərəkətlərin mahiyyətini adekvat olaraq dərk etmək qabiliyyətinə malikdir (cild 2, i.v. 75-76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1378 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həsasslıq, eqoizm, laqeydlik, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, i.v.87-90); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-502/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanlma müddəti 02 (iki) ay 20 (iyirmi) gün olmaqla, yəni 19 sentyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i.v.112-117); Zərərçəkmiş şəxs1 04 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəyən ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur (cild 2, i.v.140); Zərərçəkmiş şəxs3 17 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəyən ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur (cild 2, i.v.165); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyul 2023-cü il tarixli, 9/5496 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd Vietnam istehsalı olan 256 GB daxili yaddaşlı, “Samsung A 73” markalı “SM-A736B/DS” modelli 3546xx/xx/306135/9 və 356736/39/306 135/2 İMEİ kodlu, mobil telefonun komplektləşdirilməsinə aid olan aksessuarlarının olmaması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 600,00 manat müəyyən edilir (cild 2, i.v.172-174); Maddi sübut kimi tanınması haqqında 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 məxsus **********61359 imei kodlu Samsung A 73 markalı mobil telefonu və şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri maddi sübut hesab edilmiş və mobil telefonun zərərçəkənə məhkəmə hökmünə qədər saxlanılması üçün qaytarılması, sənədlərin işə əlavə edilməsi qərara alınmışdır (cild 2, i.v.178); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus Samsung A 73 markalı **********61359 imei kodlu mobil telefonu məhkəmə hökmünə qədər saxlamaq üçün təhvil almışdır (cild 2, i.v.179); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023cü il tarixadək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşıdırlmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığı məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hpkmün qanuni qüvvəyə minməsinə dair arayışdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü 21 sentyabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə ilk öncə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-881/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-881/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver