Məhkəmə qərarları › İş №1(008)-883/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-883/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-883/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Zəngilan şəhərində doğulmuş, Azəbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(008)-4523/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 30 iyul 2020-ci il tarixdən başlayaraq 30 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatara kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 170,00 manat və uşağın 3 (üç) yaşına çatanadək ona baxılması üçün 50,00 manat məbləğində alimentin, bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2 (103)-5659/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 22 fevral 2022-ci il tarixdən başlayaraq 30 may 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər ay 193,00 manat məbləğində alimentin tutularaq Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızına ödənilməsinə dair məhkəmə aktlarını üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(008)-1365/2022 saylı və 06 mart 2023-cü il tarixli, 3{008)-1364/ 2023 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək aynaynlıqda 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü tətbiq olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona 02 mart 2022-ci il, 09 mart 2022-ci İl, 14 mart 2022-ci il, 31 mart 2022-ci il, 16 may 2022-ci il, 23 may 2022-ci il, 15 dekabr 2022-ci il və 17 mart 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 mart 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızına hər iki məhkəmə qətnaməsi üzrə ümumilikdə 9289,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək aliment borcunu ödəmədiyini etiraf edərək ifadəsində göstərmişdir ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni qeyri rəsmi olaraq müxtəlif ünvanlarda fəhlə işləyir, aylıq gəliri 600,00 manat təşkil edir. Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı ilə 2018ci ildə qeyri rəsmi qaydada evlənmiş, birgə nikahlarından X2 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılmış, həmin vaxtdan da N.Qafarova (Məhərrəmova) övladı ilə birlikdə yaşamış, 2020-ci ildə aliment tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində sonuncu tərəfindən ona qarşı iddia qaldırmış, məhkəmənin 16 sentyabr 2020-ci il tarixli, 2(008)-4523/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 30 iyul 2020-ci il tarixdən başlayaraq 30 may 2019-cu il təvəllüdlü Raya Məhərrəmovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 170,00 manat və həmin uşaq üç yaşma çatanadək hər ay 50,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Nuranə Qafarovamn (Məhərrəmovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etməsinə baxmayaraq alimenti ödəməmiş, 2022-ci ildə Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızı alimentin artıniması üçün məhkəmədə iddia qaldırmış, Bakı Apeilyasiya Məhkəməsinin 25 avqust 2022-ci i! tarixli, 2(103)-5659/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 193,00 manat sabit pul məbləğində müəyyən edilmiş, sonuncu qətnamənin icrası da Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə həvalə edilmiş, bundan sonra icra məmuru ona bildiriş təqdim etməklə alimentin ödənilməsini tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktlarını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(008)- 1365/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün və 06 mart 2023-cü il tarixli, 3(008)-1364/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktlarının İcrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Hazırda məhkəmə iclasında 500 manatı ödəyərək qalan məbləği də hər ay 500 manat olmaqla ödəməyə hazırdır. Onu alimenti ödəməsinin təmin edilməsi üçün onun azadlıqda qalaraq işləməsi şərtdir. Zərərçəkmiş şəxs də onun azadlıqda qalaraq alimenti ödəməsinə etiraz etmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə qeyri rəsmi qaydada evlənmiş, birgə nikahlarından X2 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılaraq uşağı ilə birlikdə yaşamış, o, övladının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 16 sentyabr 2020-ci il tarixli, 2(008)-4523/2020 saylı qətnaməsi İlə iddia təmin edilərək 30 may 2019-cu il təvəllüdlü R.Məhərrəmovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 170,00 manat və həmin uşaq üç yaşına çatanadək hər ay 50,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də sonuncu alimenti ödəməkdən yayınmış, 2022ci ildə alimentin artırılmasına dair məhkəmədə yenidən iddia qaldırmış, Bakı Apeilyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(103)-5659/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 193,00 manat sabit pul məbləğində müəyyən olunmuş, qətnamənin icrası Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə həvalə edildiyi üçün icra məmuru ona sonuncu məhkəmə aktı üzrə bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməkdən bir mənalı imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022- ci il tarixli, 3(008)-1365/2022 saylı qərarı iiə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün və 06 mart 2023-cü il tarixli, 3(008)- 1364/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimentin ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktlarının icrasından qərəzli olaraq yayınmışdır. Ona məhkəmə iclasından əvvəlki dövrlərdə 1200 manat, hazırda məhkəmə iclasında 500 manat, cəmi 1700 manat aliment ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə razılığa gələrək alimentin hissə-hissə ödənilməsinə və işləməsi məqsədi ilə onun həbsdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmaqla 30 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 170,00 manat və həmin uşaq üç yaşına çatanadək hər ay 50,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Qafarova (Məhərrəmova) Nuranə Nəcəf qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 sentyabr 2020-ci il tarixli, 2(008)-4523/2020 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 02 mart 2022-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbinin könüllü icra müddətində təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəməmiş, 2022-ci ildə alimentin məbləği artırılaraq əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 193 manat sabit pul məbləğində müəyyən olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 avqust 2022-ci il tarixli, 2(103)-5659/2022 saylı qətnaməsi icra edilməsi məqsədilə icra şöbəsinə həvalə edilmiş, sonuncu icra sənədi üzrə 25 avqust 2022-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, ləkin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(008)-1365/2022 saylı qərarı İlə Azərbaycan Respublikası İXM-nİn 528.1 -ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün və 06 mart 2023-cü il tarixli, 3(008)- 1364/2023 saytı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsəsən təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətsizliyini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq icra məmuru Şahid1 istintaq zamanı alimentin məbləğini səhvən artıq hesabladığını, əslində ödənilməyən aliment məbləğinin 7339 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(008)- 4523/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat və uşağın 3 yaşına çatanadək ona baxılması üçün 50 manat alimentin alınaraq Qafarova nuranə Nəcəf qızının xeyrinə ödənilməsi qət edilmişdir (i.v.10-11). Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(103)-5659/2022 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli, 2(008)-4523/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış və 30 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat alimentin tutularaq Qafarova Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.14-18). “İcraata başlama haqqında” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(008)- 4523/2020 saylı icra vərəqəsi üzrə icraat başlanılmışdır (i.v.23). “İcraata başlama haqqında” 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(103)-5659/2022 saylı icra vərəqəsi üzrə icraat başlanılmışdır (i.v.25). “İcraatın birləşdirilməsi haqqında” 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(008)- 4523/2020 saylı icra sənədi ilə Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(103)-5659/2022 saylı icra sənədi ümumi icraatda birləşdirilmişdir (i.v.27). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(008)- 1365/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.32). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 8(008)- 200/2022 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.45-46). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 3(008)- 1364/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.86-88). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli, **********8 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektro informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatda deyil və “Əmək müqaviləsi bildirişi” altsistemində onun adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir (i.v.43). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəyə bilməməsi və həmin məbləği ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən uzun müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxsin aliment borcunu ödəməyə maddi imkanının çatmamasına dair dəlilinə münasibətdə məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs bu günədək işə girmək üçün qeydiyyatda olduğu rayonun Məşğulluq Mərkəzinə müraciət edərək iş axtaran şəxs kimi qeydiyyata durmamış, iş tapmaq və alimentin ödənilməsi istiqamətində hər hansı addım atmamışdır ki, bu da onun məhkəmə qətnaməsini icra etmək üçün bütün imkanlardan istifadə etməməsinin göstəricisidir. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz əməlinə haqq qazandırmaq üçün irəli sürdüyü dəlillər əsassız olmaqla öz təsdiqini tapmamış və iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun müddət ərzində icra olunmamış, Təqsirləndirilən şəxs bu müddət ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, qətnamənin icrası məqsədi ilə Dövlət Məşğulluq orqanında qeydiyyata alınması üçün müraciət etməmiş və bununla da qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş, özünün də qeyd etdiyi kimi fəri əməklə məşğul olmasına, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə, 22 fevral 2022-ci il tarixədək ödəməli olduğu aliment məbləğinin ayda 220 manat olmaqla, ümumi 4180 manat olması, 22 fevral 2022-ci il tarixdən 30 mart 2023-cü il tarixədək isə ödəməli olduğu aliment məbləğinin ayda 243 manat olmaqla, ümumi 3159 manat, cəmi 7339 manat aliment məbləğini ödəməməsi müəyyən edilmiş və məhkəmə iclasında iştirak edən icra məmuru Şahid1 də həmin halı təsdiq edərək ödənilməmiş aliment məbləğini səhvən 9289 manat məbləğində hesabladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ödəməli olduğu və cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olan məbləğin ittihamda qeyd olunan məbləğdən az olmasının müəyyən edildiyini nəzərə alaraq məhz həmin məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və aliment məbləğinin ittihamda verilmiş dəyərinin 1950 manat məbləğində azaldılaraq ümumi ittiham verilmiş məbləğin 7339 manat məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Ödənişlər (1700 manat olmaqla) nəzərə alınmaqla isə alimentin bu günkü günə olan məbləği 5639 manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 06 iyul 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı ilə AR CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, 12 sentyabr 2022-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir (i.v.158). “Axtarışda olan şəxsin tutulması haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə Nardaran qəsəbəsi ərazisində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.161). “Qətimkan tədbiri seçmək haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.183-184). “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir (i.v.186). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 30 may 2019-cu il təvəllüdlü (X4) və 31 dekabr 2022-ci il təvəllüdlü (X3) uşaqları var. Zərərçəkmiş şəxs tərəfindən verilmiş yazılı ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ona ödəməli olduğu qalan alimentin ona hissə-hissə ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəldiyini, onun işləyərək ayda 500 manat ödəməsinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs həbsdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxsə dəymiş zərərin qismən (1700 manat) ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmaması, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməməsi, onun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla bir sıra hüquqlarına məhdudiyyət qoyulmaqla islah olunmasının mümkün olması, onun hər ay qismən də olsa aliment borcundan ödənişlər etməsinin təmin edilməsi üçün fərdi əməklə məşğul olması diqqətə alınmaqla onun cəmiyyətdən tam təcrid edilməməsinin xeyrinə aliment ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşağının da mənafeyinə xidmət etməsi nəzərə alınaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir.. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işlədiyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 gün, məhkəmə istintaqı zamanı 21 oktyabr 2023-cü il tarixdən 07 noyabr 2023-ü il tarixdək həbsdə saxlandığı 17 gün, cəmi 19 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar