Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-887/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Xocavənd rayonu, Ağcakənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu. Xələfli kəndində qeydiyyatda olmaqla Cəbrayıl rayonu, 3 saylı Biləsuvar qəsəbəsində yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə ve aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs və sonuncunun əri Şahid2 özünün güya yüksək vəzifədə olan şəxslərə yaxın münasibəti olduğunu bildirib etibarını qazanaraq, etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs Naxçıvan MR-da həqiqi hərbi xidmətdə olan bacısı oğlu X2 hərbi hissədə xidməti şəraitinin yaxşılaşdırılmasını yüksək rütbəli zabitlərə tapşıracağı ilə bağlı yalan vəd verib aldadaraq bu adla 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs əri Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bəyaz restoranında 1000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o. təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluq yolu ilə ələ keçirilməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam etdirərək heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs yüksək vəzifədə olan şəxslərə yaxın münasibəti olduğunu bir daha xüsusilə vurğulayıb etibarını qazanaraq, etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs Naxçıvan MR-da həqiqi hərbi xidmətdə olan bacısı oğlu X4 xidmət etdiyi hərbi hissədən Bakı şəhərinə köçürməklə həqiqi hərbi xidmətə yararsız statusu ilə təxris edəcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla 2023-cü ilin mart ayının 1-də Zərərçəkmiş şəxs ünvan 1 ünvanında fəaliyyət göstərən ‘ARAZ’ marketin yaxınlığındakı "Milliön” ödəmə terminalından cinayətdən xəbəri olmayan tanışı Şahid1 məxsus olmaqla onun müvəqqəti istifadəsində olan 4098-5844-6716-8405 saylı Leobank plastik bank kartına köçürdüyü 500 manat, sonuncunun həyat yoldaşı Şahid2 2023-cü ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin qarşısında ona verdiyi 800 manat, 2023-cü ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül, Z.Bünyadov prospektində yerləşən Taxta bazarının yaxınlığındakı Dostluq kafesində ona verdiyi 600 manat, 2023-cü ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi, Ə,Məmmədəliyev küçəsində yerləşən Sac kafesində ona verdiyi 1000 manat, Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayının 18-də ünvan 2 ünvanında fəaliyyət göstərən “AL” marketin içərisində olan Milliön Ödəmə terminalından onun müvəqqəti istifadəsində olan 4098- 5844-6716-8405 saylı Leobank plastik bank kartına köçürdüyü 600 manat, 2023-cü ilin mart ayının 24-də ünvan 1ndə yerləşən Sac kafesinin qarşısında Zərərçəkmiş şəxs ona verdiyi 2500, ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 6000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə onun həyat yoldaşı Şahid2 tanışı Şahid3 vasitəsilə tanımışdır. Şahid3la isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən kafedə tanış olmuşdur. Amil həmin kafedə müğənni kimi fəaliyyət göstərmişdin, Onunla tanışlığı təxminən 2 il bundan qabaq qeyd etdiyi kafedə yaranmışdır. 2023-cü ilin yanvar ayında Amil ona bildirmişdir ki, dostu Vüqarın bacısı oğlu Ehtiram Naxçıvan MR-da həqiqi hərbi xidmətdədir, Vüqarın bacısı oğlu X2 xidməti yerinin Naxçıvan MR-dan Bakı şəhərinə, Papanin hərbi hospitalına köçürülməsində ona köməklik edə biləcəyini ondan soruşmuşdur. Amilin işlədiyi həmin kafeyə hərbiçi tanışları ilə gedib gəldiyindən Amil də bunu görmüşdür. Ona görə onun hərbiçi tanışlarının olduğunu bildirib bəlkə ona köməkliyi dəyə biləcəyini bildirmişdir. Dəqiq xatırlamır, üzərindən bir iki ay keçdikdən sonra köhnə tanışı Nəsib adlı şəxslə bu barədə danışmışdır. Nəsib adlı şəxsi 2020-ci ildə bir tanışı vasitəsilə tanımışdır. Q, bildiyinə görə Bakı şəhərində yerləşən Papanin hərbi hospitalında işləmişdir. Onun hansı vəzifədə İşlədiyini bilmir. Nəsib, ona özünü hərbiçi kimi təqdim etmişdir. Nəsib özü ona bildirmişdir ki, hərbi məsələlərdə köməyə ehtiyac olarsa ona köməklik edə bilər, Ona görə də Nəsiblə görüşdükdə ona Amilin dediklərini deyib ondan bu məsələdə, yəni Vüqarın bacısı oğlu Ehtiramın yerinin Naxçıvan MR-dan Bakı şəhərinə, Papanin hərbi hospitalına köçürülməsi məsələsində köməklik edə biləcəyini soruşmuş, sonuncu da bu məsələdə köməklik edə biləcəyini, hətta Ehtiramı ordu sıralarından təxris etdirə biləcəyini bildirib bunun müqabilində 6000 manat pul verilməli olduğunu bildirmişdir. Bundan sonra bu barədə Amillə danışmış, Amil də dostu Vüqarla bu barədə danışacağını bildirmişdir. Amil Vüqara məsələ barədə dedikdən sonra bu məqsədlə 2023-cü ilin yanvar ayında Vüqar və Amillə Sabunçu rayonu, Bakıxanov qəsəsebəsində yerləşən “Bəyaz" adlanan kafedə görüşmüşlər. Həmin vaxt Ehtiramı Naxçıvan MR-da xidmət etdiyi hərbi hissədə yüksək zabitlərə tapşıracağını bildirib Vüqardan Amilin yanında 1000 manat pul almışdır. 2023-cü ilin fevral ayının sonlarında Vüqarla təklikdə Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Aydınlıq" kafesində görüşmüşdür. Həmin kafedə Vüqardan bacısı oğlu Ehtiramın yerinin Naxçıvan MR-dan Bakı şəhərinə, Papanin hərbi hospitalına köçürülməsi məsələsinə görə Nəsibə vermək üçün 500 manat pul almış və həmin pulu Nəsiblə Binəqədi rayonu, Biləcən qəsəbəsində daş bazarının yanında yerləşən adını xatırlamadığı kafedə görüşüb ona vermişdir. Bİr həftə sonra Nəsib ona zəng edərək həmin məsələ ilə bağlı 600 manat pul istədiyini bildirmişdir. O da bu barədə Vüqara dedikdə sonuncu onun istifadəsində olan Leobank plastik bank kartına 600 manat pul köçürmüşdür. Nəsiblə Binəqədi rayonu, Biləcəri qəsəbəsində daş bazarının yanında yerləşən adını xatırlamadığı kafedə görüşüb Nəsibə əlbəəl 600 manat pulu vermişdir. Bundan sonra 2023-cü ilin mart ayının 18-də Nəsibin xahişi ilə yenidən Vüqara zəng edərək ondan 500 manat pul verməsini istəmişdir. Vüqar onun Leobank plastik bank kartına 500 manat pul köçürmüşdür. O da həmin gün eyni ünvanda Nəsiblə görüşüb ona həmin 500 manat pulu əlbəəl vermişdir. Bundan sonra 2023-cü ilin aprel ayının 13-də Amil və Vüqarla Sabunçu rayonunda SOCAR-ın yanında görüşmüşlər. Vüqar ona 800 manat pul vermiş, o da həmin gün 800 manat pulu yenə də Nəsibə Binəqədi rayonu. Biləcəri qəsəbəsində Daşbazarının yanında yerləşən adım xatırlamadığı kafedə görüşüb əlbəəl vermişdir. Bildiyinə görə Nəsib Biləcəri qəsəbəsində yaşayır, onun mobil nömrəsini bilir, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Nəsib özü hər dəfə ona zəng edərək Vüqarın bacısı oğlu Ehtiramın yerinin Naxçıvan MR-dan Bakı şəhərinə, Papanin hərbi hospitalına köçürülməsi istiqamətində işlər gördüyünü bildirib hər dəfə ondan hissə-hissə qeyd olunan məbləğləri istəmişdir, O da bu səbəbdən Vüqarla əlaqə saxlayıb həmin pulları sonuncudan istəmişdir. Şahid2 göstərdikləri ilə qismən razıdır, lakin, Vüqar ona ümumilikdə 3400 manat pul vermişdir. Ondan başqa ona heç kəs heç bir məbləğdə pul verməmişdir. O, özünü heç kimə hərbçi kimi təqdim etməmiş, bacıs oğlu prokurorun sürücüsü olsa da onun barəsində adları qeyd edilən şəxslərə heç bir söz deməmiş, bacısı oğlunu onlara heç bir formada təqdim etməmişdir. Zərərçəkmiş şəxs ilə heç vaxt görüşməmiş, onunla üzbəüz heç bir məsələ barəsində söhbəti olmamış və ondan heç bir məbləğdə pul almamışdır, Vüqarla Ehtiramın hərbi xidmət yerinin dəyişdirilməsi barədə razılığa gələndə Pərvanəni tanımamış, Vüqar Ehtiramı öz bacısı oğlu kimi təqdim etmişdir. Vüqarın baldızı oğlu X4 Naxçıvan MR-da xidmət etdiyi hərbi hissədə yüksək rütbəli zabitlərə tapşıracağını bildirib bu adla Vüqardan aldığı 1000 manat məbləğində pulu öz ehtiyaclarına sərf etmək üçün Vüqardan almışdır. Əslində Ehtiramı heçkimə tapşırmaq fikri olmamış, buna səlahiyyəti də çatmır. Zərərçəkmiş şəxs təqdim etdiyi, onun istifadəsindəki +994 50 *** ** ** saylı mobil nömrə ilə Whatsapp yazışmalarını əks etdirən “Wemi Voyenni” adlı şəxslə söhbət pəncərəsində “Wemi salam, Necesen, Vüqar dediki 2500 sene pul çatmalıdı, Vüqar rayondadi sabah günorta goruwub Amilnen gelib verəcəm narahat olma" və “tamam, gəlməmişdən qabağ zəng edersiz" məzmunlu mesa] mətnləri ilə tanış olaraq göstərmişdir ki, istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə ilə aparılan yazışmalar ona məxsusdur. Lakin, “Wemi Voyenni” adlı şəxslə aparılan yazışmalara dair mesaj mətni ona məxsus deyil, həmin yazışmalar onun tərəfindən aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu həyat yoldaşı Şahid2 iş yoldaşı Şahid3 görə tanımışdır. Amil Təqsirləndirilən şəxsla Bakıxanov qəsəbəsində yerləşən Azərin kafesi deyilən yerdə olan zaman tanış olmuşlar, sonuncu həmin vaxt özünü hərbçi kimi təqdim etmiş və Amilə bildirmişdir ki, hərbi məsələlərlə bağlı hər hansı köməyə ehtiyac olsa ona müraciət etmək alar. Onun bacısı oğlu X6 2021-ci il tarixdən indiyədək Naxçıvan MR-da həqiqi hərbi xidmətdədir. Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan bacısı X8 onkoloji xəstə olduğu üçün oğlu Ehtiramın hərbi xidmət yerini Bakı şəhərinə dəyişmək qərarına gəlmişdir. Ona görə də o və həyat yoldaşı Vüqar Amilin vasitəsilə tanıdıqları Şəmsi ilə bu barədə danışdıqda sonuncu ona və həyat yoldaşı Vüqara da özünü hərbiçi kimi təqdim etmiş, həmçinin öz bacısı oğlunun prokurorun sürücüsü olduğunu bildirmiş, onun bacısı oğlu Ehtiramın hərbi xidmət yerini dəyişməkdə onlara köməklik edəcəyini, bu işi guya Papanin hərbi hospitalında işləyən Nəsib adlı şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Şəmsi ilkin olaraq onun həyat yoldaşı Vüqarla danışaraq ondan 1000 manat pul müqabilində Ehtiramı guya Naxçıvan MR-da xidmət etdiyi hərbi hissədə yüksək rütbəli zabitlərə tapşıracağını bildirmişdir. Bu adla Vüqardan 2023-cü ilin yanvar ayında Bakıxanov qəsəbəsində yerləşən Bəyaz restoranında Amilin yanında 1000 manat pul almışdır. Bundan sonra Şəmsi 10000 manat müqabilində Ehtiramı Naxçıvan MR-dən Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürməyi vəd etmiş, həmçinin Ehtiramı yararsız kimi de xidmətdən təxris etməyin mümkün olduğunu bildirmişdir. Bundan sonra heyat yoldaşı Vüqar 2023-cü ilin mart ayında Sabunçu rayonunda yerləşən “SOCAR" yanacaq doldurma məntəqəsinin qarşısında Şəmsiyə 800 manat pul vermiş, bundan sonra 2023-cü ilin mart ayında təklikdə Dərnəgüldə Taxta bazarının yaxınlığındakı Dostluq kafesində Şəmsiyə 600 manal, daha sonra 2023-cü ilin mart ayında Amilin yanında Sabunçu rayonunda yerləşən Sac kafesində Şəmsiyə 1000 manat pulu əlbəəl vermişdir. Bundan sonra özü 2023-cü ilin mart ayının 1-də Sabunçu rayonunda fəaliyyət göstərən Araz marketin yanındakı “Milli Ön" ödəmə terminalından Şəmsinin təqdim etdiyi Leobank plastik kartına 500 manat, 2023-cü ilin mart ayının 18-də Zabrat qəsəbəsində fəaliyyət göstərən AL marketin içərisində olan ‘‘Milli Ön” ödəmə terminalından Şəmsinin həmin kartına 600 manat pul köçürmüşdür. Təxminən 2023-cü ilin mart ayının 24-də Amillə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sac kafenin qarşısında Şəmsiyə əlbəəl 2500 manat pul vermişdir. İlk dəfə Şəmsini həmin vaxt görmüşdür. Şəmsi pulu aldıqdan sonra onlara Ehtiramın ən geci 2023-cü ilin mart ayının 29-dək Bakı şəhərinə köçürüləcəyini vəd etmişdir. Təxminən 2023-cü ilin aprel ayının 5-də yenidən Şəmsi ilə görüşmüşlər və ona Ehtiramın hərbi xidmət yerinin dəyişdirilməsi məsələsinin həll olunmaması ilə bağlı narahatlıqlarını bildirmişlər. Şəmsi onlara aprel ayının 10-da Ehtiramın Papanin hərbi hospitalında olacağını vəd verib onları aldatmış, sonradan məlum olmuşdur ki, Şəmsi onun 7000 manat pulunu alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs bank kartına göndərdiyi ümumilikdə 1100 manat pulun kartın sahibinə çatacağını bildirmişdir. Bundan başqa, ona verdikləri 7000 manat puldan başqa kiməsə verməsi barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən işi düzəldəcəyini vəd verən zaman özünü hərbçi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs verdiyi qeyd edilən məbləğdə pul vəsaiti Özünə məxsusdur. Şahid1 tanımır. Təqsirləndirilən şəxs həmin şəxsin Naxçıvanda olduğunu, istifadəsində olan bank kartına köçürülən 500 və 600 manat pulun həmin şəxsə çatmalı olduğunu bildirmişdir. Şəmsi Nəsib adlı şəxsə hər hansı məbləğdə pul verməsi və ya vəd etməsi barədə onlara, yəni ona və həyat yoldaşı Vüqara heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona 7000 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərdən cəmi 1800 manat ödənilmişdir. Qalıq məbləğin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu iş yoldaşı Şahid3 vasitəsilə tanımışdır. Amil Təqsirləndirilən şəxsla Bakıxanov qəsəbəsində yerləşən Azərin kafesi deyilən yerdə olan zaman tanış olmuşlar, sonuncu həmin vaxt özünü hərbiçi kimi təqdim etmiş və Amilə bildirmişdir ki, hərbi məsələlərlə bağlı hər hansı köməyə ehtiyac olsa ona müraciət etmək olar. Belə ki, onun baldızı oğlu X6 2021-ci il tarixdən indiyədək Naxçıvan MR-da həqiqi hərbi xidmətdədir. Sabunçu rayonu. Zabrat qəsəbəsində yaşayan baldızı X8 onkoloji xəstə olduğu üçün oğlu Ehtiramın hərbi xidmət yerini Bakı şəhərinə dəyişmək qərarına gəlmişdir. Ona görə də həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Amilin vasitəsilə tanıdıqları Şəmsi ilə bu barədə danışmışlar. Şəmsi onlara özünü hərbiçi kimi təqdim etmiş, həmçinin öz bacısı oğlunun prokurorun sürücüsü olduğunu bildirərək baldızı oğlu Ehtiramın hərbi xidmət yerini dəyişməkdə onlara köməklik edəcəyini, bu işi guya Papanin hərbi hospitalında işləyən Nəsib adlı şəxsin vasitəsilə həll edəcəyini bildirmişdir. Şəmsi sonradan onunla danışaraq 1000 manat pul müqabilində Ehtiramı guya Naxçıvan MR-da xidmət etdiyi hərbi hissədə yüksək rütbəli zabitlərə tapşıracağını bildirmişdir. Bu adla ondan 2023cü ilin yanvar ayında Bakıxanov qəsəbəsində yerləşən Bəyaz restoranında Amilin yanında 1000 manat pul almışdır. Şəmsi onlara 10000 manat pul müqabilində Ehtiramı Naxçıvan MR-dən Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürməyi vəd etmiş, həmçinin Ehtiramı xidmətə yararsız kimi də xidmətdən çıxarmağın mümkün olduğunu bildirmişdir. Bundan sonra 2023-cü ilin mart ayında Sabunçu rayonunda yerləşən “SOCAR" yanacaq doldurma məntəqəsinin qarşısında Şəmsiyə 800 manat, bundan sonra xatırlamadığı tarixdə təklikdə Dərnəgüldə Taxta bazarının yaxınlığındakı Dostluq kafesində Şəmsiyə 600 manat, daha sonra Amilin yanında Sabunçu rayonunda yerləşən Sac kafesində Şəmsiyə 1000 manat pulu əlbəəl vermişdir, 2023-cü ilin mart ayının 1-də həyat yoldaşı Pərvanə Sabunçu rayonunda fəaliyyət göstərən Araz marketin yanındakı Milliön ödəmə terminalından Şəmsinin təqdim etdiyi Leobank plastik kartına 500 manat, 2023-cü ilin mart ayının 18-də Zabrat qəsəbəsində fəaliyyət göstərən AL marketin içərisində olan Milliön ödəmə terminalından Şəmsinin həmin kartına 600 manat pul köçürmüşdür. Təxminən 2023-cü ilin mart ayının 24 yaxud 25-də Lənkəran şəhərində olan zaman həyat yolaşı Pərvanə iş yoldaşı Amillə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sac kafenin qarşısında Şəmsiyə əlbəəl 2500 manat pul vermişdir. Şəmsi anlara Ehtiramın ən geci 2023-cü ilin mart ayının 29-adək Bakı şəhərinə köçürüləcəyini vəd etmişdir. Təxminən 2023-cü ilin aprel ayının 5-də Pərvanə və Amillə bilrikdə yenidən Şəmsi ilə görüşmüşlər və sonuncuya məsələnin həll olunmaması ilə bağlı narahatlıqlarını bildirdikdə, Şəmsi onlara aprel ayının 10-da Ehtiramın Papanin hərbi hospitalında olacağnı vəd verib onları aldatmışdır. Sonradan onlara məlum olmuşdur ki, Şəmsi pullarını alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan məbləğdə pul vəsaitini verən zaman sonuncu həmin pullardan kiməsə verəcəyi barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən işi düzəldəcəyini vəd verən zaman özünü hərbiçi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs verdiyi qeyd edilən məbləğdə pul vəsaiti həyat yoldaşı Pərvanəyə məxsusdur, Şahid1 tanımır. Təqsirləndirilən şəxs həmin şəxsin Naxçıvanda olduğunu, pulun həmin şəxsə çatmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində arvadı Zərərçəkmiş şəxs 7000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla 2021-ci ilin sonlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Azərin kafesi deyilən yerdə olan zaman tanış olmuş, Şəmsi ilə tanış olan zaman sonuncu özünü hərbiçi kimi təqdim edərək ona bildirmişdir ki, hərbi məsələlərlə bağlı köməyə ehtiyac olarsa ona müraciət etmək olar. 2022-ci ilin dekabr ayında iş yoldaşı Vüqar ona bildirmişdir ki, baldızı oğlu Ehtiram Naxçıvan MR-da həqiqi hərbi xidmətdədir, onun yerini Bakı şəhərinə dəyişmək üçün kömək edə biləcək adam lazmdır. O da Vüqara Təqsirləndirilən şəxs barəsində danışaraq sonuncunun kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Vüqarla birlikdə Şəmsi ilə görüşmüşlər. Şəmsi bir iki günə omlara xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra, 2023-cü ilin yanvar ayında Şəmsi Vüqarla danışaraq 1000 manat pul müqabilində Ehtiramı guya Naxçıvan MR-da xidmət etdiyi hərbi hissədə yüksək rütbəli zabitlərə tapşıracağını bildirmişdir. Bu adla 2023cü ilin yanvar ayında Bakıxanov qəsəbəsində yerləşən Bəyaz restoranında onun yanında Vüqardan 1000 manat pul almışdır. Şəmsi həmçinin Vüqara 10000 manat pul müqabilində Ehtiramı Naxçıvan MR-dən Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürməyi vəd etmiş, o, həmçinin Ehtiramı xidmətə yararsız kimi də xidmətdən çıxarmağın mümkün olduğunu bildirmişdir. Bundan sonra Vüqar 2023-cü ilin mart ayında Sabunçu rayonunda yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin qarşısında Şəmsiyə onun yanında 800 manat, daha sonra Sabunçu rayonunda yerləşən Sac kafesində Şəmsiyə onun yanında 1000 manat pulu əlbəəl vermişdir. Vüqar bundan əlavə təklikdə Dərnəgüldə Taxta bazarının yaxınlığındakı Dostluq kafesində Şəmsiyə 600 manat pul vermişdir. Həmin vaxt orada olmasa da Vüqar bu barədə ona demişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs Şəmsinin istifadəsində olan plastik hesab kartına 500 və 600 manat olmaqla ümumilikdə 1100 manat pul köçürmüşdür. 2023-cü ilin mart ayının 24-də Vüqar Lənkəran şeherində olan zaman mənə zəng edərək həyat yoldaşı Pərvanə ilə birlikdə Şəmsiyə aparıb 2500 manat pul vermələrini xahiş etmişdir. Həmin tarixdə o və Pərvanə Şəmsi ilə görüşmüşlər və Pərvanə onun yanında Sabunçu rayonu. Sabunçu qəsəbəsində yerləşən Sac kafenin qarşısında Şəmsiyə əlbəəl 2500 manat pul vermişdir. Sonradan məlum olmuşdur ki. Şəmsi onları aldadaraq Vüqar və Pərvanənin pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən işi düzəldəcəyini vəd verən zaman özünü hərbiçi kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan, 500 və 600 manat məbləğində pulları köçürdüyü Şahid1 tanımır. Təqsirləndirilən şəxs həmin şəxsin Naxçıvanda olduğunu, pulun həmin şəxsə çatmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər polis əməkdaşı kimi xidmət etmiş, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Onu 2020-ci ildən tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs tanımır və onu heç vaxt görməmişdir. Onun həyat yoldaşı Şahid2 3-4 il bundan qabaq tanımış, onunla aralarında hər hansı münasibət olmamışdır. 2023-cü ilin fevral ayının sonunda Şəmsi ona zəng edərək xalası nəvəsinin, sonradan adını bildiyi X2 Naxçıvan MR-da həqiqi hərbi xidmətdə olduğunu, xəstə olduğunu, anasının da xərçəng xəstəsi olduğunu, həmin şəxsi Bakı Hərbi Hospitalına köçürmək lazım olduğunu, bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. Şəmsiyə əvvəla bildirmişdir ki, Naxçıvan MR-də hərbi xidmət keçən hərbi qulluqçular Naxçıvan MR-da olan hərbi hospitala köçürülə bilər, Bakı şəhərinə köçürmək mümkün deyil. Şəmsi həmin şəxsin heç olmasa Naxçıvan MR-də yerləşən Hərbi Hospitala yerləşdirilməsini xahiş etmişdir. Şəmsiyə bir tanışı ilə bu barədə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bu barədə tanışı ilə danışdıqda tanışı həmin məsələnin 3000 manat pul müqabilində həll oluna biləcəyini bildirmişdir. Ertəsi gün Şəmsiyə zəng edib bu barədə bildirmişdir ki, qeyd edilən məsələnin həlli üçün 3500 manat pul lazımdır. Həmin puldan 500 manatını zəhmət haqqı kimi özünə götürmək istəmişdir. Şəmsi isə cavabında ona zəng edəcəyini və məlumat verəcəyini bildirmişdir. Üç gün sonra Şəmsi ona zəng edərək bildirmişdir ki, “onların pulu yoxdur, onlar pul verən deyillər, bu işin başın burax". 2022-ci ilin mart ayının axırında Şəmsi ona zəng edərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən kafedə olduğunu bildirib onu həmin kafeyə çağırmışdır. Biləcəri qəsəbəsində yerləşən Məhəllə adlı kafeyə Şəmsinin yanına getmiş, Şəmsi həmin kafedə Elşən adlı şəxslə oturmuşdur. Şəmsi ona həmin şəxsi Elşən adı ilə vəzifəli şəxs kimi təqdim etmişdir. Şəmsi kafedə də ondan Elşən adlı şəxsin yanında X4 Naxçıvan MR-da yerləşən Hərbi hospitala yerləşdirməyi xahiş etmiş, bunun müqabilində ona 3700 manat verəcəyini bildirmişdir. Həmin vaxt Şəmsi ona borc olaraq 300 manat pul vermişdir. Həmin puldan başqa Şəmsi ona heç bir məbləğdə pul verməmişdir. Sonradan Vüqarla telefon danışığı zamanı sonuncu ona Şəmsiyə 7000 manat pul verdiyini, lakin Şəmsinin işi həll etmədiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Şəmsi barəsində cinayət işi başlandıqdan sonar o, Şəmsidən nə məsələ olduğunu soruşduqda Şəmsi ona demişdir ki, Vüqar adlı şəxsdən hərbi qulluqda olan bir nəfərə kömək etmək məqsədi ilə 3400 manat pul almış, həmin pulun 2400 manatını Nəsib adlı şəxsə vermiş, lakin Nəsib işi həll etməmişdir. Daha sonra o, özüs Nəsiblə danışmış, Şəmsinin ona verdiyi pulu qaytarmasını bildirmiş, ilk öncə Nəsib pulu qaytaracığını bildirsə də, sonradan Şəmsinin ona pul vermədiyini demişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırılan hadisə ünvan 1, “Sac” kafesinin yaxınlığında baş vermişdir (i.v.7-8). “eManat” vasitəsi ilə ödənilmiş məbləğləri özündə əks etdirən qəbzlərdən görünür ki, 01 mart 2023-cü il tarixdə Şahid1 adına olan “Leo Bank” kartına 500 manat, 18 mart 2023cü il tarixdə isə 600 manat pul göndərilmişdir (i.v.11). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 31 may 2023-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı dedikdə o, özünü qismən təqsirli bildiyini, Şahid2 cəmi 3400 manat pul aldığını, ondan başqa ona heç kəs tərəfindən hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir (i.v.61-65). Şahid2 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 31 may 2023-cü il tarixli protokoldan görünür ki, üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı dedikdə o, Şahid2 cəmi 3400 manat pul aldığını, ondan başqa ona heç kəs tərəfindən hər hansı məbləğdə pul verilmədiyini, özünü heç kimə hərbçi kimi təqdim etmədiyini, Vüqardan aldığı pulları Nəsib adlı şəxsə verdiyini, Vüqara verdiyi sözün Nəsib tərəfindən yerinə yetiriləcəyini, Vüqardan Amilin yanında aldğını 1000 manat pulu ğz ehtiyaclarına xərclədiyini, əslində Ehtiramı heç kimə tapşırmaq fikrinin və səlahiyyətinin olmadığını bildirmişdir (i.v.66-70). Şahid5 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid2 cəmi 3400 manat pul aldığını, həmin pulun 2400 manatını hissə-hissə alaraq Şahid5 verdiyini, Nəsibin Papanin hərbi hospitalında işlədiyini, Nəsibin özünü hərbçi kimi təqdim etdiyini, Ehtiramın Naxçıvan MR-dan Papanin hospitalına gətirilməsinə kömək edə biləcəyini dediyini, Nəsibin həmin məsələnin həlli üçün ilk öncə 6000 manat istədiyini, sonradan 3000 manat müqabilində həll edə biləcəyini dediyini, Nəsibə 500 manat, 600 manat, 500 manat və 800 manat olmaqla 2400 manat pul verdiyini bildirmiş, Şahid5 isə onun üzünə qarşı Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, işin həlli ilə bağlı Şəmsinin ona pul vermədiyini, ona cəmi 300 manat məbləğində borc verdiyini bildirmişdir (i.v.182-185). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əri Vüqardan cəmi 3400 manat pul aldığını, həmin pulun 1100 manatının karta göndərildiyini, qalan 2300 manatın isə hissə-hissə olmaqla əlbəəl verildiyini, ona 7000 manat məbləğində pul verilmədiyini qeyd edərək özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilsə də, məhkəmə həm cinayət işinin materiallarında olan, həm də məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq təqsirləndirilən şəxsin ifadəsində səmimi olmaması və məsuliyyətinin yüngülləşdirilməsi üçün bu məzmunda ifadə verməsi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması qənaətinə gələrkən ilk növbədə onun özünün ifadələrinin təhlil edilərək qiymət verilməsini, daha sonra isə həmin ifadələrin digər proses iştirakçılarının ifadələri ilə əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə verdiyi ifadələrində Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxs, Vüqar və Amilə hərçi kimi təqdim etmədiyini göstərsə də, məhkəmə iclasında zərərçəkmiş şəxs ifadə verdikdən sonra onun üzünə qarşı Şəmsinin özünü onlara hərbçi kimi təqdim etdiyini, ilkin olaraq bacısı oğlunun xidmət şəraitinin yaxşılaşdırılması məsələsini, sonra isə onu Papanin qospitaına gətirərək vaxtından əvvəl tərxis edilməsi məsələsini həll edəcəyini bildirdiyini, ilk dəfə onunla Vüqar və Amilin iştirakı ilə görüşən zaman Şəmsinin dərhal X2 fotoşəklini əldə edərək “tapşırdığınız uşaq budur” dediyini, bu hərəkəti ilə onlarda hərbçi olmasına inam yaratdığını, həmin fotoşəkli guya hərbçi olduğu üçün tez tapa bildiyini göstərdiyini dedikdə Təqsirləndirilən şəxs susaraq zərərçəkmiş şəxsin dediklərini təkzib edə bilməmiş və X2 fotoşəklini tanışları vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, Pərvanənin ona pul vermədiyini, Pərvanəni ilk dəfə istintaq orqanında gördüyünü, əldə etdiyi pulları yalnız Vüqardan aldığını bildirsə də, onun göstərdiyi bu xüsusat zərərçəkmiş şəxslə yanaşı, şahidlər Şahid2 və Şahid3 ifadələri ilə də təkzib edilmişdir. Məhkəmə həmin hala münasibətdə qeyd edir ki, ittihamda göstərilən məbləğlərin Şahid2 məxsus olmaqla onun özü tərəfindən Təqsirləndirilən şəxs verildiyi halda onun öz arvadı Zərərçəkmiş şəxs kimi göstərməsi məntiqli və inandırıcı deyil. Belə ki, zərərçəkmiş şəxs qismində Şahid2 yoxsa Zərərçəkmiş şəxs tanınmasının əməlin cinayət kimi qiymətləndirilməsinə, o cümlədən, tövsif edilməsinə hər hansı təsirinin olmaması nəzərə alınaraq Şahid2 tərəfindən pulun özünə məxsus olmaqla Təqsirləndirilən şəxs verdiyi halda məhz Zərərçəkmiş şəxs kimi göstərməsi hər hansı məntiqə uyğun gəlmir ki, bu da Təqsirləndirilən şəxs özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələrə sığınmasına dəlalət edən haldır. Bundan savayı, Təqsirləndirilən şəxs əldə etdiyi pullardan cəmi 1000 manatını öz ehtiyaclarına xərclədiyini, qalan 2400 manatı isə Nəsib adlı şəxsə verdiyini, Nəsibin onu da aldararaq vədinə əməl etmədiyini göstərsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zaman dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs dediklərini təkzib edərək 2023-cü ilin fevral ayının sonunda Şəmsinin ona zəng edərək xalası nəvəsinin, sonradan adını bildiyi X2 Naxçıvan MR-da həqiqi hərbi xidmətdə olduğunu, xəstə olduğunu, anasının da xərçəng xəstəsi olduğunu, həmin şəxsi Bakı Hərbi Hospitalına köçürmək lazım olduğunu, bu məsələdə ona köməklik etməyini xahiş etdiyini, Şəmsiyə Naxçıvan MR-də hərbi xidmət keçən hərbi qulluqçular Naxçıvan MR-da olan hərbi hospitala köçürülə bilməsinin mümkün olduğunu, Bakı şəhərinə köçürmənin mümkün olmadığını, Şəmsinin həmin şəxsin heç olmasa Naxçıvan MR-də yerləşən Hərbi Hospitala yerləşdirilməsini xahiş etdiyini, Şəmsiyə bir tanışı ilə bu barədə danışıb ona məlumat verəcəyini bildirdiyini, bu barədə tanışı ilə danışdıqda tanışının həmin məsələnin 3000 manat pul müqabilində həll oluna biləcəyini bildirdiyini, ertəsi gün Şəmsiyə zəng edib bu barədə bildirərək qeyd edilən məsələnin həlli üçün 3500 manat pul lazım olduğunu dediyini, həmin puldan 500 manatını zəhmət haqqı kimi özünə götürmək istədiyini, Şəmsinin isə cavabında ona zəng edəcəyini və məlumat verəcəyini bildirdiyini, üç gün sonra Şəmsinin ona zəng edərək “onların pulu yoxdur, onlar pul verən deyillər, bu işin başın burax" dediyini, bundan sonra işə qarışmadığını, bir müddət sonra isə Vüqarın ona Şəmsinin onlardan 7000 manat pul alaraq işi düzəltmədiyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs və şahidlər Şahid2 və Şahid3 onlara ünvanlanmış suallara cavab olaraq Təqsirləndirilən şəxs işi Nəsib vasitəsi ilə həll edəcəyi, Nəsibə hər hansı məbləğdə pul verməsi barədə bir söz demədiyini, işi özünün tanışları vasitəsi ilə həll edəcəyini vəd etdiyini, bu məsələ ilə bağlı Şahid5 adını ilk dəfə istintaq zamanı eşitdiklərini, Nəsiblə bu məsələ ilə hər hansı danışıq aparmadıqlarını və ona pul verilmədiyini bildirmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü bu dəlil də iş materiallarında olan sübutlar və proses iştirakçılarının biri digəri ilə uzlaşan ifadələri ilə təkzib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mart ayının 24-də 2500 manat pul almadığını bildirsə də, məhkəmə iclasında dindirilmiş Şahid3 Pərvanə Qsımova ilə birlikdə mart ayının dəqiq xatırlamadığı tarixində Təqsirləndirilən şəxs pul verdiklərini, Pərvanənin Şəmsi ilə görüşməyə onunla getdiyini, pulu onun və Şəmsinin yanında sayaraq Şəmsiyə verdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2500 manat pulu Amillə birlikdə mart ayında Novruz bayramından sonra verdiyini, dəqiq tarixi xatırlamadığını, müstəntiqə də mart ayının 22-25 arası, Novruz bayramından sonra həmin pulu Şəmsiyə verdiyini göstərdiyini bildirmişdir. Məhkəmə göstərilən xüsusatın dəqiqləşdirilməsi üçün Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X1 və .Şahid3 istifadələrində olmuş mobil telefonların anten dairə məlumatlarının məhkəməyə təqdim edilməsi üçün müvafiq operatorlara müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş Şahid3 istifadə olmuş ***-***-**-** mobil nömrənin, "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadə olmuş ***-***-**-** mobil nömrənin, "xxxx" MMC tərəfindən verilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinin anten məlumatları ilə müəyyən edilmişdir ki, 22 mart 2023-cü il tarixdə, saat 16-17 radələrində Şahid3 ilə Təqsirləndirilən şəxs eyni anten dairəsində olmuşlar, həmin saatlarda zərərçəkmiş şəxsin mobil nömrəsinin anten məlumatlarının mobil operatorla müəyyən edilməsi isə mümkün olmamışdır. Məhkəmə zərərçəkmiş şəxsin 2500 manatı Təqsirləndirilən şəxs 22-25 mart arası dəqiq xatırlamadığı gündə verməsini göstərməsini, onun Şəmsiyə həmin pul məbləğini verməsinin şahid ifadəsi ilə təsdiq olunduğunu, şahidlə təqsirləndirilən şəxsin anten dairə məlumatlarının 22 mart 2023-cü il tarixdə, günorta radələrində mobil telefonlarının anten dairə məlumatlarının eyni ünvanı göstərməsini nəzərə alaraq qeyd olunan vəsaitin də Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi qənaətinə gəlir və onun həmin hissədə özünü təqsirli bilməməsini sadəcə məsuliyyətinin yüngülləşdirilməsinə cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 03 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.72). “Axtarışda olan şəxsin tutulması haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nə təhvil verilmişdir (i.v.96). “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur (i.v.109). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.141-143). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.144-146). “Ziyanın ödənilməsi barədə” 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X3 zərərçəkmiş şəxsə dəymiş ziyandan 1300 manat ödəmişdir (i.v.152). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, məhkəmə gedişatı zamanı Təqsirləndirilən şəxs tərəfindən ona əlavə 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2011-ci il təvəllüdlü (X7) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixədək saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-887/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-887/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver