Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-895/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay Ə/D, Qağacıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində boşanmaq ərəfəsində olan arvadı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşən Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, bina 22, mənzil 6-da yerləşən evin dəhlizində ailə münasibətlərinin pozulması zəminində aralarında yaranmış mübahisə səbəbindən qəsdən əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən sillə vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ almacıq nahiyəsinin qançırlarından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək izahatında göstərdi ki, o, 2019-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan bir övladları var. İlk vaxtlar ailə münasibətləri yaxşı olmuş, lakin, sonradan maddi vəziyyətləri pisləşdiyi üçün aralarında olan münasibətlər də korlanmış, Zərərçəkmiş şəxs ona boşanmağı təklif etmişdir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs anasına məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən evə gedərək orada yaşamağa başlamışdır. 01 sentyabr 2023-cü il tarixdə o, oğlu Böyükağanı bir neçə günlük öz yaşadığı evə aparmış, Böyükağa yanında qalan zaman onun sağ ayağında yara olduğunu görüb müalicə üçün həkimə getmişlər. xx.xx.2023-cü il tarixdə, təxminən saat 11 radələrində Abşeron, Məmmədli qəsəbəsinə Nigarın yaşadığı evə gələrək, evin dəhlizində uşağı Nigara təhvil verən zaman uşağın ayağında yara olduğunu və bu səbəbdən həkimə apardığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, Nigarın onunla davranışından əsəbləşib sillə ilə onun sifətinin sağ tərəfinə, gözünün alt hissəsinə zərbə vurmuşdur. Bundan sonra Nigar qışqırmağa başladığı üçün o, evdən çıxıb getmişdir. Bir neçə gün sonra Nigar onun barəsində polisə müraciət etməsini öyrənmişdir. Məhkəmə hazırlıq iclasında izahatı elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2017-ci ildə “İnstaqram" sosial şəbəkəsində tanış olmuş, 2019-cu ildə isə onunla ailə həyatı qurmuşdur. Birgə nikahdan 2021-ci ildə övladları olmuşdur. İlk vaxtlar ailə münasibətləri yaxşı olmuş, lakin, sonradan münasibətləri pisləşdiyi üçün Nurlandan ayrılmağı qərara almışdır. O, 2023-cü ilin may ayında anasına məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən evə gedərək orada yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Nurlan övladları Böyükağanı uşaq bağçasından götürərək yaşadığı evə aparmış, bir neçə gün qaldıqdan sonra, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Nurlan onun yaşadığı evə gəlmişdir. Uşağı təhvil verərkən Nurlan yenə onunla mübahisə etməyə başlamış, o, Nurlana “adamlıqdan kənara çıxdığını" kəlməsini deyən zaman Nurlan onun sifətinə sillə ilə vurub xəsarət yetirmişdir. Həmin vaxtı qışqırıb kömək istəmiş, Nurlan isə evdən çıxaraq qaçıb getmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarının 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Sabunçu rayon şöbəsinin 08 sentyabr 2023-cü il tarixli, 2213 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ almacıq nahiyəsinin qançırı aşkar edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərilən 03 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarının 62-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 21 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 29 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət təqibi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2- ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyindən, zərərçəkmiş şəxslə barışdığından və iş üzrə maddi ziyan olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-895/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-895/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver