Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-9/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri Vəkil Bürosunun vəkili 07 saylı Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Zəngilan rayonu Ördəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30-da ünvan 2 ünvanında yerləşən İdman Liseyinin yataqxanasının qarşısında X3 ona qızının evində təmir işlərini keyfiyyətsiz apardığını və sona çatdırmadığına görə irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan Qüdrət Quliyevlə mübahisə edib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlər edib, özünü kənar şəxslərin fövqündə qoyaraq Qüdrət Quliyevin ünvanına uca səslə nalayiq ifadələr işlədərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək şəxs üzərində zor tətbiq etməklə yerdən dəmir parçası götürüb silah qismində istifadə edib Qüdrət Quliyevin sol əlindən və hər iki ayağından vurub ona sol əlin İİİ barmağının qançırı və hər iki budun dərialtı hematoması ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirib, dəmir parçası ilə Qüdrət Quliyevə məxsus olan «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşə və ban hissəsindən vurmaqla şüşəsini sındırıb, dəmirini əzərək avtomobilə 2550 manat dəyərində ziyan vurub özgənin əmlakının zədələməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. X6 hadisədən bir neçə ay öncə Bakı şəhəri “Qış Parkı” adlanan ərazinin yaxınlığında yerləşən 53 kv/metr sahəsi olan mənzilə divar kağızı vurmaq və santexnik işlərini gördürmək istədiyini bildirmiş, fərdi qaydada ev təmiri ilə məşğul olduğu üçün evə baxdıqdan sonra görüləcək işlərin müqabilində X2 2000 manat pul istəmişdir. X6 görüləcək təmir işləri ilə bağlı ona ümumilikdə 1440 manat pul ödəmiş, lakin, əlavə xərclər yaranmışdır. O, bu barədə X5 məlumat vermiş, sonuncu işlərini tamamladıqdan sonra əlavə xərcləri tam şəkildə ödəyəcəyini bildirmişdir. O, X3 tələb olunan məbləği tam şəkildə ödəyəcəyinə etibar etmədiyi üçün təmir işlərini dayandırmışdır. Bir müddət sonra qonşularından və tanışlarından X3 onun ünvanına nalayiq ifadələr işlətməsini, onun yalançı olmasına dair fikirlər söylədiyni öyrənmişdir. 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində X3 idarə etdiyi «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhəlləyə gəldiyini görərək sakit şəkildə ona yaxınlaşıb salamlaşmış, X6 onun ünvanına nalayiq ifadələr işlətmiş, avtomobildə olan dəmir parçası ilə başına vuracağı ilə hədələmişdir. X6 idarə etdiyi avtomobilin qapısını açaraq düşmək istədikdə, o, əli ilə avtomobilin qapısını örtmüş, bu səbəbdən, X6 avtomobildən enə bilməmişdir. X6 onun ünvanına nalayiq ifadələr işlətməyə davam etdiyi üçün o da, X3 ünvanına nalayiq ifadələr işlədərək oradan uzaqlaşmağa çalışmış, lakin, həmin vaxt X6 avtomobildən enərək yük yerini açmışdır. X3 yük yerindən dəmir parçası götürərək vuracağından ehtiyat etdiyi üçün özünü müdafiə məqsədi ilə yerdən dəmir parçası götürmüş, həmin vaxt orada olan şəxslər mübahisəyə müdaxilə edərək sakitləşdirməyə çalışmış, X6 onun əlində olan dəmir parçasını özünə doğru dartdığı üçün qarın və ayaq nahiyəsindən xəsarət almışdır. Daha sonra oradan uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş X6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yerləşən 53 kv.metr sahəsi olan mənzili təmir etdirmək istəmiş, bu barədə tanışı Şahid3 məlumat vermişdir. Şahid3 tanışı Təqsirləndirilən şəxs ilə qeyd olunan mənzilə gətirmiş, Təqsirləndirilən şəxs mənzilə baxdıqdan sonra görüləcək təmir işləri müqabilində 2000 manat pul istəmişdir. O, etiraz etməyərək onlarla razılaşmış, tələb olunan məbləğin bir qismini Şahid3 və Təqsirləndirilən şəxs vermişdir. Şahid3, Təqsirləndirilən şəxs və Elçin adlı digər usta tərəfindən görülən təmir işləri keyfiyyətsiz olduğundan o, məcbur qalaraq mənzilin təmiri üçün başqa usta dəvət etmişdir. 09 oktyabr 2023-cü il tarixdə Elçin ondan pul istəmiş, o isə, Şahid3 və Təqsirləndirilən şəxs ödəniş etdiyini bildirmiş, bununla bağlı, Elçin ilə Şahid3 arasında mübahisə yaranmışdır. Bununla əlaqədar o, Təqsirləndirilən şəxs görüşərək məsləyə aydınlıq gətirməyi təklif etmişdir. Bundan sonra idarə etdiyi “Toyota Corolla” markalı, **-TR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Fizuli, Elçin və Musa ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində yerləşən evin yanına gəlmişdir. 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Şahid3 danışıq üçün Təqsirləndirilən şəxs çağırmasını bildirmiş, lakin, Şahid3 imtina etmiş, o, əsəbləşərək heç bir məbləğ ödəməyəcəyini, Elçinə ödənişi özlərinin etməsini bildirmişdir. Şahid3 avtomobildən enərək Təqsirləndirilən şəxs çağırmağa getmiş, Şahid2 onunla birlikdə avtomobildə qalmış, Elçin isə siqaret çəkmək üçün avtomobildən enmişdir. Qısa müddət sonra avtomobilin qapısı anidən açılmış, o, qapını açanın Şahid3 olduğunu düşündüyü üçün qapını örtməsini bildirmiş, lakin, sol tərəfə baxdığı zaman Təqsirləndirilən şəxs əlində dəmir parçası ilə dayandığını görmüşdür. Təqsirləndirilən şəxs anidən əlində olan dəmir parçası ilə onun bədəninin sol nahiyəsinə zərbələr endirmiş, o, başını qorumaq üçün əli ilə başını tutmuşdur. Digər zərbələr isə bədəninin sol və sağ nahiyəsinə dəymişdir. Şahid3 müdaxilə edərək Təqsirləndirilən şəxs kənara çəkmiş, lakin, Təqsirləndirilən şəxs sakitləşməyərək əlində olan dəmir parçası ilə ona məxsus «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərbələr endirməklə şüşələrini sındıraraq qabaq sol qapını əzmişdir. Nəticədə ona 2550 manat maddi ziyan dəymişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X6 onun atasıdır. O, özünə məxsus ünvan 4 ünvanında yerləşən 53 kv.metr sahəsi olan mənzili təmir etdirmək istəmiş, bu barədə atasına məlumat vermişdir. Atası təmir işləri ilə bağlı Təqsirləndirilən şəxs və Şahid3 ilə ümumilikdə 2000 manat qarşılığında razılaşmış, pulun bir hissəsini Təqsirləndirilən şəxs, digər hissəsini isə Şahid3 ödəmişdir. Şahid3, Təqsirləndirilən şəxs və Elçin adlı digər usta tərəfindən görülən təmir işləri keyfiyyətsiz olduğundan o, məcbur qalaraq mənzilin təmiri üçün başqa usta dəvət etmişdir. 09 oktyabr 2023-cü il tarixdə Elçin atasından pul istəmiş, atası isə, Şahid3 və Təqsirləndirilən şəxs ödəniş etdiyini bildirmiş, bununla bağlı, Elçin ilə Şahid3 arasında mübahisə yaranmışdır. O, Təqsirləndirilən şəxs görüşərək məsləyə aydınlıq gətirməyi təklif etmişdir. Bununla əlaqədar onlar birlikdə 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına getmişlər. Şahid3 avtomobildən enərək Təqsirləndirilən şəxs çağırmağa getmiş, qısa müddət sonra avtomobilin qapısı anidən açılmış, atası sol tərəfə baxdığı zaman Təqsirləndirilən şəxs anidən əlində olan dəmir parçası ilə atasına zərbələr endirmişdir. Şahid3 müdaxilə edərək Təqsirləndirilən şəxs kənara çəkmiş, lakin, Təqsirləndirilən şəxs sakitləşməyərək əlində olan dəmir parçası ilə atasına məxsus «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərbələr endirməklə şüşələrini sındıraraq qabaq sol qapını əzmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X6 onun dostu, Təqsirləndirilən şəxs isə uşağının kirvəsi olmaqla yanaşı, hər ikisi onun həmyerliləridir. X6 2023-cü ilin iyun-iyul aylarında ona qızının Bakı şəhəri «Qış Parkı» adlanan ərazinin yaxınlığında evini təmir etdirmək istəyində olduğunu və usta axtardığını bildirmişdir. Təqsirləndirilən şəxs usta olduğunu bildirərək ona müraciət etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs evə baxdıqdan sonra təmir işləri üçün 2000 manat istəmiş, X6 onunla razılaşmışdır. Təqsirləndirilən şəxs evdə nəzərdə tutulandan əlavə təmir işləri gördüyü üçün bu barədə X6 məlumat verdikdə X6 əlavə ödəniş etməkdən imtina etmiş, bununla bağlı, aralarında narazıçılıq yaranmışdır. 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində X6 ilə ünvan 2, Olimpiya litseyinin yataqxanasının həyətində görüşmüş, X6 onu Təqsirləndirilən şəxs ilə görüşdürməsini xahiş etmişdir. Həmin vaxt, X3 idarə etdiyi avtomobildə sərnişin qismində, təmir işlərində köməklik edən Musa və Elçin adlı həmyerliləri olmuşdur. Narazılıq yarana biləcəyindən ehtiyyat etdiyi üçün X2 əlavə sözsöhbət etməməsini xahiş etmiş, X6 isə narahat olmamasını bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs evinə getmiş, həyat yoldaşı Təqsirləndirilən şəxs evdə olmadığını bildirmişdir. Qayıdıb bu barədə Qüdrətə demişdir. Həmin vaxtı Qüdrət həyətdə idarə etdiyi «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmişdir. Elçinlə Musa isə yaxınlıqda yerləşən dükana siqaret almağa getmişdirlər, özü isə kənarda dayanmışdır. Bu zaman Qüdrətin qışqırıq səsini eşitmiş və onun istiqamətində baxdıqda görmüşdür ki, Teyyub avtomobilin sol qabaq qapısını açıb əlində tutduğu dəmir parçası ilə Qüdrətin başının üstündə dayanıb. Cəld onlara yaxınlaşmış və Teyyubu Qüdrətdən aralayıb onu sakitləşdirməyə çalışmışdır. Teyyub isə sakitləşməyib əlində olan dəmir parçası ilə Qüdrətin avtomobilinin şüşələrini vurub sındırmışdır. Həmin vaxtı Musa və Elçin kənarda olmuşdurlar, onlar da gəlib Teyyubu Qüdrətdən aralamışdırlar. Teyyubun bu hərəkətləri təxminən 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayının əvvəllərində Teyyub Ələsgərov ona Qüdrət Quliyevin qızının «Qış Parkı»nın yaxınlığında yerləşən evində təmir işləri gördüyünü, orada su kranlarını bağlamaq lazım olduğunu deyib, ondan xahiş etmişdir ki, bu işdə ona köməklik etsin. Etiraz etməmiş və 1-2 gün gedib Teyyuba köməklik etmişdir. 09 oktyabr 2023-cü il tarixdə axşam saatlarında digər həymyerlisi olan Elçin adlı usta ilə Qüdrətin qızının evində işləri tamamladıqdan sonra Qüdrət təklif etmişdir ki, birinci aparıb Elçini yaşadığı ünvanda, yəni ünvan 5seyinin yataqxanasının yanında düşürdüb, sonra onu aparıb evinə düşürtsün. Beləliklə də onlar Qüdrətin idarə etdiyi «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Elçinin yaşadığı ünvana getmişdirlər. Orada Qüdrət digər həmyerliləri, həmin ünvanda yaşayan Şahid3 zəng edib həyətə dəvət etmişdir. Elçin, Fizuli və Qüdrət avtomobildə əyləşib söhbət ettmişdirlər. Sonra o və Elçin avtomobildən düşüb kənarda siqaret çəkmiş və hava soyuq olduğundan geri qayıdıb arxa oturacaqda Qüdrətin arxasında əyləşmişdir. Elçin isə Fizuli ilə bir qədər kənarda dayanmışdır. Saat 19:30-da qəflətən Teyyub avtomobilə yaxınlaşıb qabaq sol qapını açıb Qüdrəti vurmağa başlamışdır. Cəld avtomobildən düşüb Fizuli və Elçinlə Teyyuba yaxınlaşıb onu Qüdrətdən aralamışdırlar. Həmin vaxtı görmüşdür ki, Teyyubun əlində dəmir parçası var. Teyyubu sakitləşdirmək istəsələr də o, sakitələşməyib Qüdrətin avtomobilinin şüşələrini vurub sındırmışdır. Daha sonra Fizulu Teyyubu kənara çəkmiş və onu sakitləşdirməyə başlamış, Qüdrət isə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Teyyubun bu hərəkətləri təxminən 5 dəqiqə davam etmişdir. Teyyubla Qüdrətin mübahisəsinə kənar şəxs müdaxilə etməmişdir. Qüdrətin Teyyuba fiziki zor tətbiq etməsini, ona xəsarət yetirməsini görməmişdir. Sonradan eşidib bildiyinə görə Teyyubla Qüdrət arasında yaranmış narazılıqlara və sonda baş vermiş mübahisəyə səbəb evin təmirinə görə ödəniləcək məbləğdə anlaşılmamazlıq olmuşdur. Cinayət işinin 19-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 2529 nömrəli, 16 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı X1 əlin İİİ barmağının qançırı və hər iki budun dərialtı hematoması müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 09 oktyabr 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 22-ci vərəqəsində olan "xxxx" MMC-nin 29/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, «Toyota Corolla» markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 2550 manat tələb olunur. Cinayət işinin 94-cü vərəqəsində olan 07 dekabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilməsi üçün Sabunçu RPİ-nin 13-cü PŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 146-152-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 891/2023 saylı, 09 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair təqdimat və vəsatət rədd edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan 09 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Tərtər Qarnizon Hərbi Tribunalın 16 sentyabr 1999-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 avqust 2004-cü il tarixdə cəza müddəti qurtardığına görə azad olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 252/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 3-16-17/402-5888/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2024cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 02 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…X6 onun əlində olan dəmir parçasını özünə doğru dartdığı üçün qarın və ayaq nahiyəsindən xəsarət almışdır......” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri, protokollar, avtomobilə vurulmuş ziyanə özndə əls etdirən fotoşəkillər, qüsur aktı və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışmaqla ona qarşı şikayət və tələbin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 31 avqust 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 07 dekabr 2023-cü il tarixdən 09 dekabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-9/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-9/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver