Məhkəmə qərarları › İş №1(008)-90/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-90/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-90/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X3, X8, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs45, Həsənov Emil cəmil oğlunun, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X19 Məsulliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs3, "xxxx" ASC-in nümayəndəsi Zərərçəkmiş şəxs52 iştirakı ilə xx xxxxxxx 1969-cu il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Laçın şəhəri, Kommunist küçəsi ev 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Axundzadə küçəsi ev 24-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə i clasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin may ayında axşam saatlarında "xxxx" ASC-nin "Bakı Sukanal" İdarəsinə məxsus 2 saylı kanalizasiya nasos stansiyalarının istismarı sahəsinin Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsinin yaxınlığından keçən dövlət və ictimai əhəmiyyətli təzyiq xəttinin diametri 288 mm olan polietilen borunun 15 pm hissəsini dəmir kəsən alətlə kəsməklə gizli olaraq talayıb, "xxxx" ASC-nə ümumilikdə 748 manat 70 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin yanvar ayının ortalarında gecə saat 01:00 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs16 qızma məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətindəki qarajın qapısının kilidini dəmir parçası ilə qırıb qarajdan 1 ədəd 50 manat dəyərində elektrik samovarını, 1 ədəd 30 manat dəyərində dreli, 1 ədəd 50 manat dəyərində laqondanı, 20 manat dəyərində yiv açan aləti, 300 manat dəyərində dondurma soyuducusunu və ümumi dəyəri 90 manat olan bir top 50 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 qızma ümumilikdə 540 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2021-ci il tarixdə axşam saat 18:00 radələrində Zərərçəkmiş şəxs17 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, evin mətbəxinin taxta pəncərəsini qırıb evə daxil olub evdən 500 manat nağd pul, 1 ədəd "Kapital bank" və 1 ədəd "Paşa Bank" bank kartlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs17 500 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 may 2021-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs15 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdə yataq otağında şkafdan 1000 manat nağd pulu və ümumi dəyəri 200 manat olan 2 ədəd namaz qılmaq üçün dini xalçaları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs15 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin may ayının ikinci yarısında gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 16 saylı mənzilin pəncərəsinin üzərində olan dəmir barmaqlığı və pəncərəni dəmir parçası ilə qırmaqla mənzilə qanunsuz daxil olub yataq otağından 30 manat nağd pulu, 1 ədəd 600 manat dəyərində brilliant qaşlı qızıl üzüyü və 1 ədəd 100 manat dəyərində qızıl klonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 qızma ümumilikdə 730 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyun 2021-ci il tarixdə gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub evdə yataq otağından 800 manat nağd pulu, 1 ədəd 200 manat dəyərində qızıl üzüyü və 1 ədəd 200 manat dəyərində qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2021-ci il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 5 saylı binanın qarşısında Zərərçəkmiş şəxs6 məxsus dayanıqlı vəziyyətdə olan “Daewo Gentra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4 ədəd təkərlərinin diskilərinin ümumi dəyəri 80 manat olan qapaqlarını və ümumi dəyəri 470 manat olan hər iki yan güzgülərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 550 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 avqust 2021-ci il tarixdə saat 04:00 radələrində ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs7 icarəyə götürüb işlətdiyi çayxananın qapısının qıfılını sındıraraq içəri qanunsuz daxil olub, sonuncuya məxsus 390 manat dəyərində 1 ədəd “Shivaki” markalı televizoru gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanın yaxınlığında yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub evdən 200 manat dəyərində 1 ədəd böyük prefaratoru, 150 manat dəyərində 1 ədəd balaca prefaratoru, 50 manat dəyərində 1 ədəd böyük laqondanı, 30 manat dəyərində 1 ədəd balaca laqondanı, ümumi dəyəri 45 manat olan 1 top 4-lük kabeli, ümumi dəyəri 10 manat olan 15 metr uzunluğunda kabeli, ümumi dəyəri 80 manat olan 8 ədəd arkokrantları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 565 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə gecə radələrində Zərərçəkmiş şəxs18 məxsus ünvan 8 ünvanın qarşısında küçədə dayanıqlı vəziyyətdə olan “X31 Prado” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobildən sonuncuya məxsus bir ədəd 700 manat dəyərində noutbuku gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Ali Motors” avtomobil təmiri sevisində masanın üzərində olan Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 1100 manat dəyərində “POCO F3” markalı mobil telefonu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2021-ci il tarixdə gecə saat 03:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağları sahəsi adlanan ərazidə yerləşən bir neçə dirək arasında olan məsafədən TPP 100x2 tipli 145 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 842 manat 45 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 oktyabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs49 işlətdiyi "24 Saat Kiosk" adlı mağazanın üst hissəsinin şiferini və tavan hissəsini qırmaqla mağazaya qanunsuz daxil olaraq, mağazadan 2500 manat nağ pulu, ümumi dəyəri 2054 manat olan, 8 blok ağ rəngli qalın Sobranie, 4 blok ağ rəngli nazik Sobranie, 2 blok göy rəngli qalın Sobranie, 3 blok göy rəngli nazik Sobranie, 17 blok nazik Kent 4,14 blok boz-göy rəngli Rothmans, 12 blok boz rəngli Vinston markalı siqaretləri və 3 ədəd hər biri 0,7 litirlik "Zolotoe Kolco" markalı araqları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs49 ümumilikdə 4554 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2021-ci il tarixdə gecə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən X1 işlətdiyi avtoyuma məntəqəsinin həyətində olan sonuncuya məxsus 2000 manat dəyərində bir ədəd avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş böyük ölçülü mühərrikli və altı təkərli aparatı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Zərərçəkmiş şəxs8 məxsus ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdən ümumi dəyəri 975 manat olan 30 ədəd divar kağızlarını, bir ədəd 200 manat dəyərində dreli və bir ədəd 200 manat dəyərində laqondanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 1375 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin noyabr-dekabr aylarında gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən ümumi dəyəri 560 manat olan 4 ədəd suötürücü dəmir barmaqlıqları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin noyabr-dekabr aylarında gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus ünvan 9ndən ümumi dəyəri 980 manat olan 7 ədəd suötürücü dəmir barmaqlıqları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin noyabr-dekabr aylarında gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus Bakı şəhəri, Zabrat-Maştağa yolundan ümumi dəyəri 840 manat olan 6 ədəd suötürücü dəmir barmaqlıqları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin noyabr ayında axşam radələrində Zərərçəkmiş şəxs38 məxsus ünvan 11 ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsinə fiziki güc tətbiq etməklə pəncərədən evə daxil olub, evdən ümumi dəyəri 300 manat olan 2 ədəd "Aristón" markalı 32 litr tutumlu su qızdırıcılarım, 1 ədəd 30 manat dəyərində “Tefal” markalı su çaydanını, 1 ədəd 30 manat dəyərində sok çəkən aparatı, 1 ədəd 50 manat dəyərində elektriklə işləyən isidicini, 1 ədəd 75 manat dəyərində 4 gözlü qaz sobasını, 1 ədəd 55 manat dəyərində 4 gözlü elektrik sobasını, 1 ədəd 60 manat dəyərində yağ ilə işləyən isidici radiatoru, 1 ədəd 200 manat dəyərində paltaryuyan maşını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs38 ümumilikdə 800 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 noyabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 22, 10 saylı mənzilə qanunsuz daxil olaraq mənzildən 1 ədəd 1500 manat dəyərində kombi aparatını, 1 ədəd 50 manat dəyərində su nasosunu və 1 ədəd 80 manat dəyərində qızdırıcı radiatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs14 1630 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 noyabr 2021-ci il tarixdə gecə saat 04:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən 7 saylı xəstəxananın yanında yola paralel hissədən iki dirək arasında olan məsafədən TPP 50x2 tipli 110 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 589 manat 60 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 noyabr 2021-ci il tarixdə gecə saat 03:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində yerləşən 7 saylı xəstəxananın yanında yola paralel hissədən iki dirək arasında olan məsafədən TPP 100x2 tipli 76 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 441 manat 56 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlı dəmir parçası ilə qırmış, bundan sonra plastik pəncərəni dəmir parçası ilə açıb evə daxil olaraq, evdən 300 manat dəyərində 1 ədəd “LG” markalı televizoru və 1 ədəd 150 manat dəyərində evin müşahidə kamerasının yaddaş qurğusunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 450 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 noyabr 2021-ci il tarixdə gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 13 ünvanda yerləşən “Ağrı Dağı” kafesinin dəmir qapısının klidini dəmir parçası ilə qırmaqla kafeyə qanunsuz daxil olaraq, kafedən 800 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru, 500 manat dəyərində 1 ədəd “Samsung” markalı kondinsioneri, 200 manat dəyərində qab-qacaqları və kafenin çöl hissəsinə divara bərkidilmiş 500 manat dəyərində 1 ədəd “Samsung” markalı kondinsionerin mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 noyabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 14 ünvanda yerləşən Zərərçəkmiş şəxs23 məxsus evin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini fiziki güc tətbiq edərək açıb evə daxil olub, evdən 1 ədəd 1150 manat dəyərində ağ rəngli “Novella” markalı kombi aparatını və 1 ədəd 180 manat dəyərində “İmmergas” markalı su qızdırıcısını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs23 ümumilikdə 1330 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin noyabr ayının sonlarında Şahid2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 3, 2 saylı mənzilin pəncərəsini qırmaqla içəri qanunsuz daxil olaraq, mənzildə usta işləyən Zərərçəkmiş şəxs13 məxsus təmir çantasının içərisindən 200 manat dəyərində 1 ədəd laqondanı, ümumi dəyəri 300 manat olan 2 ədəd dreli, 30 manat dəyərində 1 ədəd açar dəstini və 270 manat dəyərində 1 ədəd santexnik ütüsünü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs13 ümumilikdə 800 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə səhər radələrində ünvan 11 ev 131 ünvanda yerləşən Zərərçəkmiş şəxs39 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, evin plastik pəncərəsinə fiziki güc tətbiq edərək pəncərədən evə daxil olub, qonaq otağından 1 ədəd 300 manat dəyərində “Lenovo” markalı noutbuku, yataq otağından ümumi dəyəri 1000 manat olan 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs39 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2021-ci il tarixdən 28 noyabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs25 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 16 hektarlıq adlanan ərazidə nömrəsiz ünvanda yerləşən evin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı dəmir parçası ilə qırıb pəncərədən evə daxil olaraq, evdən Zərərçəkmiş şəxs25 məxsus bir ədəd 200 manat dəyərində "Samsung" markalı televizoru, bir ədəd 400 manat dəyərində "Toshiba" markalı noutbuku və sonuncunun qayınanası Zərərçəkmiş şəxs24 məxsus 1000 manat nağd pulu gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda şəhid ailələri üçün nəzərdə tutulmuş bina 12, mənzil 12 ünvana giriş qapısını dəmir alətlə fiziki güc tətbiq edərək açıb mənzilə qanunsuz daxil olaraq, mənzildən Zərərçəkmiş şəxs26 qızma məxsus bir ədəd 400 manat dəyərində qaz sobasını gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə axşam saat 19:00 radələrindən 01 dekabr 2021-ci il tarixdə saat 14:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs45 yaşadığı ünvan 17 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı dəmir parçası ilə çıxarıb pəncərəni isə açıb evə daxil olaraq, evdən sonuncuya məxsus 1 ədəd 850 manat dəyərində 120 dioqnallı "LG" markalı televizoru, ümumi dəyəri 500 manat olan qab-qacaq dəstini, ümumi dəyəri 300 manat olan vazaları, ümumi dəyəri 350 manat olan 2 ədəd yataq dəstini və 2000 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs45 ümumilikdə 4000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 dekabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən ev alqı-satqısı obyektinin çöl tərəfdən divarına quraşdırılmış 1 ədəd 600 manat dəyərində “Samsung” markalı kondinsionerin mator hissəsini gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə səhər radələrində Zərərçəkmiş şəxs35 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini əlilə basıb açaraq evə daxil olub, mətbəxdə pul kisəsindən 470 manat nağd pulu və qonaq otağından 1 ədəd 50 manat dəyərində dreli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs35 ümumilikdə 520 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 dekabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs12 məxsus yeni tikilməkdə olan fərdi yaşayış evinin zirzəmisinin qapısını sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, evdən 200 manat dəyərində 1 ədəd “Bosch” markalı preferatoru, ümumi dəyəri 400 manat olan 2 ədəd “Bosch” markalı laqondanı, ümumi dəyəri 280 manat olan 200 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 880 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs21 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açaraq evə daxil olub, evdən 1 ədəd 150 manat dəyərində tozsoranı, 150 manat dəyərində plastik boruları, 30 manat dəyərində 10 kq. mismarı, 20 manat dəyərində 1 ədəd qaz sobasını, ümumi dəyəri 150 manat olan 8 ədəd dəmir boruları, 30 manat dəyərində 50 metr uzunluğunda elektrik naqilini və ümumi dəyəri 50 manat olan vintaçan, mişar və təmir açarlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs21 ümumilikdə 580 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2021-ci il tarixdən 20 dekabr 2021-ci il tarixədək olan müddət ərzində gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs34 yaşadığı ünvan 20 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki anbar kimi istifadə olunan otaqdan 1 ədəd 100 manat dəyərində ət çəkən maşını, ümumi dəyəri 200 manat olan müxtəlif növ qab-qacaqları və qazanları gizli yolla talayıb, Zərərçəkmiş şəxs34 qızma ümumilikdə 300 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 dekabr 2021-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ünvansız fərdi yaşayış evinin həyətinə açıq vəziyyətdə olan giriş qapısından qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olub, evdə yataq otağında pencəyin cibindən 400 manat, yataq dəstinin altından isə 450 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 850 manat pulu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə saat 22 radələrindən 19 dekabr 2021-ci il tarixdə saat 09:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs41 məxsus yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin yanında yerləşən daş sexinə qanunsuz daxil olaraq, sexdən 1 ədəd 2000 manat dəyərində generatoru gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 dekabr 2021-ci il tarixdə axşam saatlarından 03 yanvar 2022-ci il tarixdə axşam saatlarmadək olan müddət ərzində Zərərçəkmiş şəxs40 məxsus ünvan 22 ünvanda yerləşən “Səfalı” restoranına qanunsuz daxil olaraq, restorandan ümumi dəyəri 225 manat olan 5 ədəd video müşahidə kameralarım, ümumi dəyəri 1000 manat olan 2 ədəd plazma televizorları, 1 ədəd 70 manat dəyərində elektriklə işləyən sacı, 300 manat dəyərində 1 ədəd musiqi mərkəzini, ümumi dəyəri 180 manat olan 90 ədəd boşqabları, ümumi dəyəri 180 manat olan 90 ədəd çəngəlləri, ümumi dəyəri 180 manat olan 90 ədəd qaşıqları və 2000 manat dəyərində 1 ədəd 60 litrlik samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs40 ümumilikdə 4135 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2021-ci il tarixdə saat 15:00 radələrindən saat 19:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs41 qızma məxsus yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin yanları açıq vəziyyətdə olan həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq, 6 ədəd hind quşları və 30 ədəd toyuqları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs41 ümumilikdə 1950 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 dekabr 2021-ci il tarixdə gecə saat 02:00 radələrində ünvan 23 ünvanının qarşısında küçədə Zərərçəkmiş şəxs20 məxsus “Hyundai Accent” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa şüşəsini sındırmaq yolu ilə avtomobilin içərisindən sonuncuya məxsus 1 ədəd 100 manat dəyərində "Charles-keith" markalı, ümumi dəyəri 170 manat olan 2 ədəd "Pierre Cardin" markalı, 100 manat dəyərində 1 ədəd "Derimond" markalı çiyin çantlarını, 40 manat dəyərində 1 ədəd əl çantasını, əl çantasının içərisində olan 100 manat dəyərində "Christian Dior" markalı ətiri, 30 manat dəyərində müxtəlif növ kosmetika əşyalarını, 60 manat dəyərində bir cüt ayaqqabını və içərisində hər hansı bir məbləğdə pul olmayan "Yapı Kredi" və "Rabitə bank" bank kartlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs20 qızma 600 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin dekabr ayının sonlarında gecə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 16 hektarlıq adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs22 məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı dəmir alətlə sındırmaq yolu ilə pəncərədən evə daxil olub, evdən ümumi dəyəri 90 manat olan 3 ədəd drelləri, 50 manat dəyərində 1 ədəd laqondanı, 100 manat dəyərində elektrik naqilini, 45 manat dəyərində 3 ədəd 10 metrlik elektrik uzadıcılarım və 115 manat dəyərində bir ədəd su nasosunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs22 ümumilikdə 400 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin dekabr ayının sonlarında axşam saat 17:00 radələrində Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən ünvansız fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə daxil olub, evdən bir ədəd 70 manat dəyərində mobil telefonu və 300 manat dəyərində bir ədəd “LG” markalı televizoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs19 ümumilikdə 370 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin dekabr ayının sonlarında gecə radələrində Zərərçəkmiş şəxs36 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, "Pətək market" in yaxınlığında yerləşən yanları daş hasarla bağlanmış və dəmir giriş qapısı olan torpaq sahəsinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, torpaq sahəsindən ümumi dəyəri 900 manat olan 3 kub taxtanı və 100 manat dəyərində 1 ədəd əl arabasını, həmçinin 2022-ci ilin yanvar ayının əvvəllərində gecə radələrində qeyd olunan torpaq sahəsindən ümumi dəyəri 700 manat olan 15 ədəd 6 metrlik beton tökmək üçün taxtaları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs36 ümumilikdə 1700 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2021-ci il tarixdə saat 15:00 radələrindən 01 yanvar 2022-ci il tarixdə saat 10:00 radələrindək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs46 qızma məxsus fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki evin pəncərəsini fiziki güc tətbiq edib açaraq pəncərədən içəri daxil olub, sonuncuya məxsus 1 ədəd 300 manat dəyərində "Samsung" markalı televizoru və 350 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs46 qızma ümumilikdə 650 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs42 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində nömrəsiz ünvanda yerləşən yeni tikilməkdə olan fərdi yaşayış evinin həyətinə daş hasardan qanunsuz daxil olmaqla, evin həyətindən sonuncuya məxsus ümumi dəyəri 4000 manat olan metal və taxta konstruksiyaları gizli olaraq talayıb, təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında Zərərçəkmiş şəxs50 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə giriş qapısının qıfılını dəmir parçası ilə qırmaqla, həyətyanı sahəyə qanunsuz daxil olaraq, evin həyətində divara bərkidilmiş 1 ədəd 1300 manat dəyərində Teplo markalı kombi aparatını, evin içərisindən 30 manat qəpik pulları, 1 ədəd 300 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 1900 manat dəyərində HP markalı kompyuteri və 1 ədəd 200 manat dəyərində Vivo markalı planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs50 ümumilikdə 3730 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 28 ünvanda yerləşən “Bizim market”in yaxınlığında uşaq arabasında olan Zərərçəkmiş şəxs48 qızma məxsus 1 ədəd 819 manat dəyərində “**********20483” və “**********20491” imei kodlu “Redmi Note 10S” markalı mobil telefonu və mobil telefonun üzərində 15 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrəni gizli olaraq talayıb, zərərçəkmiş şəxs X24ma ümumilikdə 834 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə axşam saat 20:00 radələrində X9 məxsus ünvan 29 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsindən evə daxil olub, evdən ümumi dəyəri 111 manat olan 200 metr uzunluğunda elektrik naqilini, 60 manat dəyərində 1 ədəd “BOSCH” markalı laqondanı, 60 manat dəyərində 1 ədəd prefaratoru, ümumi dəyəri 40 manat olan hamam aksesuarlarını və ümumi dəyəri 40 manat olan tikinti alətlərini gizli olaraq talayıb, zərərçəkmiş şəxs X9 ümumilikdə 311 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə gecə saat 03:00 radələrində ünvan 30 ünvanda yerləşən Zərərçəkmiş şəxs31 məxsus evin giriş qapısının kilidini dəmir parçası ilə qırmaqla evə qanunsuz daxil olaraq, evdən ümumi dəyəri 48 manat olan 12 ədəd elektrik avtomatım, ümumi dəyəri 360 manat olan 320 metr uzunluğunda elektrik naqilini, 1 ədəd 60 manat dəyərində taxta kəsən aparatı, ümumi dəyəri 50 manat olan 2 ədəd elektrik uzadıcısını, 1 ədəd 50 manat dəyərində elektrik drelini, ümumi dəyəri 10 manat olan 2 ədəd metrəni, 25 manat dəyərində 50 metr uzunluğunda antenna kabelini və ümumi dəyəri 10 manat olan 2 ədəd çəkici gizli olaraq talayıb, Zərərçəkmiş şəxs31 ümumilikdə 613 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə saat 17:00-17:27 radələri arasında olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında X6 məxsusi “Mersedes E300” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini sındırmaqla avtomobildə qabaq sağ oturacaqda içərisində 500 manat nağd pul, 250 manat dəyərində üzərində "A" hərfi olan 1 ədəd qızıl boyunbağı, 100 manat dəyərində 1 ədəd qızıl üzük və içərisində hər hansı bir məbləğdə pul olmayan 1 ədəd "Kapital bank" bank kartı olan 50 manat dəyərində 1 ədəd əl çantasını gizli olaraq talayıb, zərərçəkmiş şəxs X6 ümumilikdə 900 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs44 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yaşadığı fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus “Toyota Prius” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi dəyəri 750 manat olan 4 ədəd təkərlərini diskiləri ilə birlikdə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrindən 28 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi 5 saylı binanın qarşısında Zərərçəkmiş şəxs43 məxsus "Tayota Prado LC 150" markalı **-XS-*** qeydiyyat nişanlı avtomobilin ümumi dəyəri 8000 manat olan səs boğucusunu və üç ədəd datçiklərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs43 xeyli miqdrada yəni, 8000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 yanvar 2022-ci il tarixdə gecə radələrində Zərərçəkmiş şəxs37 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 16 saylı binanın həyətində saxladığı sonuncuya məxsus “Toyota Prado” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədəd 1000 manat dəyərində səs boğucusunu gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2022-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə qədər olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs33 yaşadığı ünvan 31 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olaraq, həyətdəki evin plastik pəncərəsini fiziki güc tətbiq edib açaraq evə daxil olub, evdən ümumi dəyəri 200 manat olan 1 ədəd döşək, iki ədəd yastıq, bir ədəd yorğan, 1 komplekt yataq dəsti, ümumi dəyəri 45 manat olan 3 qutu əl- üz dəsmalını, ümumi dəyəri 128 manat olan “Karaca” markalı 2 ədəd yemək qablarını, ümumi dəyəri 35 manat olan “Qız qalası” suvener stəkan-nəlbəkini, ümumi dəyəri 75 manat olan 1 dəst çay servisini, 50 manat dəyərində 1 ədəd qara rəngli gödəkçəni, 55 manat dəyərində 1 ədəd “Braun” markalı ütünü, ümumi dəyəri 60 manat olan 3 ədəd “Tefal” markalı tavaları, 40 manat dəyərində 1 ədəd peyk antennasınm idarə etmə aparatını, 180 manat dəyərində 1 ədəd 1,8x2,3 ölçülü xalçanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs33 qızma ümumilikdə 868 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs40 məxsus ünvan 32 ünvanda yerləşən “Səfalı” adlı restorana qanunsuz daxil olaraq, restoranın giriş hissəsinə və həyətindəki köməkçi otağın giriş hissəsinə quraşdırılmış ümumilikdə 4 ədəd videomüşahidə kameralarını və otaqda masanın üzərində olan 1 ədəd DVR aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs40 ümumilikdə 1350 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 fevral 2022-ci il tarixdə gecə saat 01:00 radələrində Şahid4 məxsus ünvan 33 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz daxil olmuş, bundan sonra həyətdəki fərdi yaşayış evinin plastik pəncərəsini açıb evə daxil olaraq, evdən Zərərçəkmiş şəxs29 məxsus 300 manat dəyərində lazer aparatını, ümumi dəyəri 300 manat olan 4 top elektrik naqilini və 400 manat dəyərində bir ədəd prefaratoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs29 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 mart 2022-ci il tarixdə gecə saat 03:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin ünvan 34 ünvanda yola paralel hissədə yerləşən qutunun üzərində olan kilidi daş parçası ilə vurub qırmaqla, qutunun içərisindən rabitə kabellərinə xidmət edən, dövlət və ictimai əhəmiyyətli, ümumi dəyəri 1040 manat olan 8 ədəd TPP 100x2 tipli boksu, ümumi dəyəri 30 manat 95 qəpik olan 2 ədəd qazburaxmayan qolçaqları sökməklə, həmçinin ümumi dəyəri 455 manat olan 35 metr uzunluğunda TPP 100x2 tipli, ümumi dəyəri 1540 manat olan 70 metr uzunluğunda 300x2 tipli rabitə kabellərini və ümumi dəyəri 72 manat olan 12 ədəd bir-başa 100x2 tipli rabitə kabellərinin qolçağım kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 3137 manat 95 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 mart 2022-ci il tarixdə saat 16:00 radələrindən saat 21:00 radələrindək olan müddət ərzində Zərərçəkmiş şəxs47 məxsus ünvan 35 ünvanın giriş qapısının kilidini açmaqla, mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağında yataq dəstinin alt hissəsindən 1 ədəd 10000 manat dəyərində qadın üçün qızıl boyunbağını, 1 ədəd 3000 manat dəyərində qadın üçün qızıl qol saatı və 1 cüt 2000 manat dəyərində qadın üçün qızıl sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs47 ümumilikdə xeyli miqdarda yəni, 15.000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs51 icarə əsasında işlətdiyi ünvan 36 ünvanda yerləşən köşkün plastik giriş qapısını ayağı ilə vurub qırmaqla, köşkə qanunsuz daxil olaraq, ümumi dəyəri 170 manat olan 50 ədəd müxtəlif markalı siqaretləri və ümumi dəyəri 30 manat olan 30 ədəd “Hell” markalı energetik içkilərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs51 ümumilikdə 200 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4 -ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel-may aylarında Bakı şəhəri, Sabunçu rayonu, E.Mehtiyev küçəsində qəbristanlığın yaxınlığında əvvəlcədən Azərsu ASC-nə məxsus su boruları olmasını görmüş, həmin borularının bir hissəsini kəsib oğurlamaq məqsədilə axşam radələrində həmin yerə getmişdir. Orada özü ilə götürdüyü dəmir kəsən alətlə borunun bir hissəsini bir neçə hissədən ibarət olmaqla kəsmişdir. Daha sonra həmin boruları yol kənarına gətirmiş, yol keçən tanımadığı taksi avtomobillə həmin boruları yaşadığı evin həyətinə aparmışdır. Səhəri günü isə həmin boruları Sabunçu bazarında tanımadığı şəxsə hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin yanvar ayının ortalarında gecə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsində tək gəzib oğurluq etmək üçün yer axtarmış, həmin küçədə bir evdə işıq yanmadığını görmüşdür. Bundan sonra evdə heç kəs yaşamadığını bilib hasardan həyətə keçmiş, daha sonra həyətdə yerləşən qarajın giriş qapısında olan klidi əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmışdır. Qarajdan bir ədəd soyuducunu çıxarıb giriş qapısının yanına qoymuş, daha sonra bir ədəd direl, bir ədəd laqonda, bir top elektrik naqili və yiv açan aləti özü ilə əvvəlcədən götürdüyü torbaya yığıb həyət qapısının yanında saxlamışdır. Sonra həyətə giriş qapısını içəri tərəfdən açmış, daha sonra isə küçəyə çıxmışdır. Biraz gedib yol hissəyə çıxıb üst hissəsi yedəkli bir avtomobil saxlatmış, həmin markasını və qeydiyyat nişanını bilmədiyi, eləcə də, tanımadığı avtomobilin sürücüsü ilə razılaşmışdır ki, özünə məxsus bağ evində olan əşyaları digər evinə aparmaq lazımdır. Sürücü də onunla hazırda yadında qalmayan məbləğə razılaşmış, bundan sonra həmin avtomobilə əyləşib oğurluq etdiyi evə gəlmişdir. Sürücüyə evin özünə məxsus olmasını bildirmiş, giriş qapısını əvvəlcədən açdığı üçün qapını açıb həyətə keçmişdir. Qapının qarşısına yığdığı əşyaları sürücü ilə birlikdə köməkləşib avtomobilin üst və arxa hissəsindəki yedəklərə yığmışlar. Sonra oğurladığı əşyaları yaşadığı evə aparıb həyətinə qoymuşdur. Səhəri günü yaşadığı evdə heç kəs bilmədən tanımadığı bir taksi kimi avtomobil saxladıb gedib həyətindən həmin əşyaları götürüb 8-ci km bazarına aparmışdır. Bazarda həmin əşyaları tanımadığı şəxslərə özünə məxsus olmasını bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin mart ayının ortalarında axşam saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə tək gəzib oğurluq etmək üçün yer axtarmış, həmin küçədə bir evdə işıq yanmadığını görmüş, bundan sonra evdə heç kəs olmadığını yəqin etmiş və hasardan həyətə keçmişdir. Daha sonra həyətdə yerləşən fərdi yaşayış evinin mətbəxinin taxta pəncərəsini daşla vurub qırmış və mətbəxə keçmişdir. Sonra evdə qonaq otağında televizor üçün divara dizayn edilərək hazırlanmış qurğunun üzərindən 500 manat nağd pul və iki ədəd bank kartlarını götürüb evdən çıxmışdır. Bank kartlarından bankomatdan istifadə edib pul oğurlasa tutulacağından qorxub kartları hazırda yadında qalmayan bir yerdə atmışdır. Bundan başqa 2021-ci ilin may ayının əvvəllərində təxminən saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiyayam küçəsində tək gəzərkən bir fərdi yaşayış evi görmüş, həmin evi biraz müşahidə etdikdən sonra evdə heç kəsin olmadığını yəqin etmişdir. Bundan sonra hasardan həyətə keçmiş, həyətdəki fərdi yaşayış evinin pəncərəsini əli ilə basıb açmaqla evə daxil olmuşdur. Evdə yataq otağından şkafın içərisindən 1000 manat pul və 2 ədəd dini xalçanı götürüb çıxmışdır. Götürdüyü xalçaları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu bazarında tanımadığı şəxslərə hazırda yadında qalmayan məbləğə sataraq pul əldə etmiş və həmin şəxslərə həmin xalçaların özünə məxsus olmasını bildirmişdir. Bundan başqa 2021-ci ilin may ayının ikinci yarısında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində yerləşən bir binanın qarşısına yaxınlaşmış, həmin binanın birinci mərtəbəsindəki mənzildə işıq yanmadığını görüb evdə heç kimin olmadığını yəqin etmişdir. Bundan sonra mənzilin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmış, eyni zamanda evin pəncərəsini də qırıb həmin yerdən mənzilə daxil olmuşdur. Mənzildə yataq otağından 1 ədəd üzük, 1 ədəd qızıl klon və 30 manat pulu götürüb evdən çıxmışdır. Götürdüyü qızıl əşyalarını Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu bazarında tanımadığı şəxslərə sataraq pul əldə etmişdir. Bundan başqa 2021-ci ilin iyun ayının ortalarında pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində tək piyada küçələrdə gəzib oğurluq etmək üçün ev axtarmış, gecə saat 02:00 radələri olardı, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Lətif adlı şəxsin fərdi yaşayış evinin həyətinə daş hasardan keçmiş, bundan sonra həyətdəki evin eyvanına çıxmış və pəncərəni əli ilə basıb açmaqla pəncərə yerindən evə daxil olmuşdur. Evdə bir nəfər kişinin yatdığını görmüş, artıq evə girdiyindən və həmin şəxs yatmış vəziyyətdə olduğundan, həmçinin evdə başqa heç kəs olmadığından, sakit və yavaş halda yataq otağına girib evi axtarıb nəisə qiymətli əşya və ya pul götürüb çıxacaqdı. Lakin ev sahibi oyansa idi həmin şəxsə qarşı hər hansı bir fiziki güc və s. tətbiq etmək fikri yox idi, yalnız evdən qaçıb gedəcəkdi. Bundan sonra yataq otağında sakit və ehtiyatla qiymətli əşya axtaran zaman bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və 800 manat nağd pul tapıb evdən çıxmışdır. Səhəri günü qızıl sırğa ilə qızıl üzüyü Sabunçu bazarında tanımadığı şəxsə hazırda yadımda qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin avqust ayının əvvəllərində gecə radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində binaların həyətində gəzib oğurluq etmək üçün münasib yer axtarmış, gecə saat 02 radələri olardı, qeyd olunan küçədə binanın həyətində dayanıqlı vəziyyətdə olan Daevo Centra markalı avtomobilə yaxınlaşmış, hava qaranlıq olduğundan həyətdə heç kəs olmadığı üçün avtomobilin dörd ədəd təkərlərinin diskilərinin qapaqlarını və hər iki yan güzgülərini yerindən çıxarıb oğurlamışdır. Səhəri günü həmin oğurladığı əşyaları Nəsimi rayonunda tanımadığı şəxsə hazırda yadında qalmayan məbləğə özünə məxsus olduğunu deyib satmışdır. Bundan başqa dəqiq tarix yadında deyil, 2021-ci ilin avqust ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində tək piyada küçələrdə gəzib oğurluq etmək üçün ev axtarmış, axşam saat 21 radələri olardı, əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Qara adlı şəxsin fərdi yaşayış evinin həyətinə daş hasardan keçmiş, həyətdə yeni tikilməkdə olan, və içərisində təmir tikinti işləri aparılan fərdi yaşayış evinə plastik pəncərəni əli ilə basıb açmaqla evə daxil olmuşdur. Bundan sonra evdən təmir tikinti alətlərini yəni, dəqiq yadında qalmayan sayda laqonda, pereparator, kabellər və arko krantları əvvəlcədən özü ilə götürdüyü torbaya yığıb oradan çıxmışdır. Səhəri günü oğurladığı qeyd olunan əşyaları Sabunçu bazarında tanımadığı şəxsə hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Axundzadə küçəsində tək piyada gəzib oğurluq etmək üçün yer axtarmış, həmin küçədə binanın həyətində dayanıqlı vəziyyətdə olan bir neçə avtomobil görmüş və həmin avtomobillərin birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə orada dayanıqlı vəziyyətdə olan ağ rəngli Toyota Prado markalı, qeydiyyat nişanını bilmədiyi avtomobilə yaxınlaşdıqda görmüşdür ki, qapısı açıqdır. Bundan sonra həmin avtomobilin içərisində olan bir ədəd markasını xatırlamadığı noutbuku götürüb oradan uzaqlaşıb getmişdir. Səhəri günü həmin noutbuku 28 may metrostansiyasınm yaxınlığında tanımadığı bir şəxsə özünə məxsus olduğunu deyib 300 manata satmışdır. Bundan başqa 2021-ci ilin oktyabr ayının ikinci yarısında saat təxminən 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tək gəzərkən sanitar qovşağa getmək ehtiyacı olduğundan yaxınlıqda yerləşən "Ali motors" avtomobil təmiri servisinə girmiş, həmin servisdə sanitar qovşağa gedərkən bir sexin yanından keçəndə görmüşdür ki, sexdə heç kəs yoxdur, masanın üzərində isə enerji yığmaq üçün qoyulmuş bir ədəd mobil telefon var. Bundan sonra sexə girib həmin mobil telefonu götürüb dərhal ordan çıxıb uzaqlaşıb getmişdir. Yol gedərkən mobil telefonun üzərində olan nömrəni çıxarıb qırıb atmışdır. Mobil telefonu isə 8-ci kilometr bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu bildirib satmışdır. Lakin, neçəyə satdığını dəqiq xatırlamır. Mobil telefonun markasını xatırlamır, bilinən populyar markalardan deyildi. Bundan başqa 2021-ci ilin oktyabr ayının ortalarında gecə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa bağları sahəsi adlanan ünvanda oğurluq etmək üçün gəzib yer axtaran zaman həmin ünvanda yerləşən asma rabitə kabellərini kəsib oğurlamaq qərarına gəlmiş, gecə radələri olduğundan küçədə heç kəs olmadığını görüb dirəyə çıxmış, bir neçə dirək arasında dəqiq uzunluğunu bilmədiyi rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib yerə salmışdır. Sonra həmin kabeli toplayıb çiyninə qoyub həmin ərazidən uzaqlaşmışdır. Yol gedərkən boş bir sahəlikdə həmin kabeli yandırmış, əldə etdiyi metalı götürüb yaşadığı evə getmişdir. Səhəri günü həmin metalı Sabunçu bazarına aparıb Tofiq adlı şəxsin metal qəbulu məntəqəsində hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021ci ilin oktyabr ayının axırlarında gecə saat təxminən 01:30 radələrində ünvan 9 ünvanda yerləşən "24 Saat Kiosk" adlı mağazadan oğurluq etmək məqsədilə mağazanın üst hissəsinə çıxmış və şiferlə tavan hissəsini biraz qırıb həmin yerdən mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra mağazadan siyirtmədən 2500 manat nağd pulu, dəqiq sayını bilmədiyi bir neçə blok müxtəlif markalı siqaretləri və bir neçə ədəd araqları götürüb əvvəlcədən özü ilə götürdüyü torbalara yığıb mağazanın üst hissəsindən çıxmışdır. Səhəri günü oğurladığı siqaretləri və araqları 8-ci kilometr bazarında tanımadığı şəxslərə özünə məxsus olmasını bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin oktyabr ayının sonlarında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində oğurluq etmək üçün ev axtaran zaman bir evdə işıq yanmadığını görmüş, bundan evin həyətinə daş hasardan keçmiş, daha sonra fərdi yaşayış evinin plastik pəncərəsini əli ilə basıb açmaqla içəri daxil olduqda görmüşdür ki, evdə təmir işləri gedir. Bundan sonra evdən istifadə edilməmiş dəqiq sayını bilmədiyi bir neçə ədəd aboyları, bir ədəd laqonda və bir ədəd dreli götürüb evdən çıxmışdır. Səhəri gün götürdüyü əşyaları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu bazarında tanımadığı şəxslərə sataraq pul əldə etmişdir. Bundan başqa 2021-ci ilin oktyabr ayının axırlarında gecə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yanları açıq vəziyyətdə olan avtoyuma məntəqəsinin həyətində bir ədəd avtoyuma aparatı görmüşdür. Həmin zaman qeyd olunan məntəqənin yanında tikili var idi, yaxınlaşıb baxdıqda görmüşdür ki, ətrafda heç kəs yoxdur və güman etmişdir ki, tikilidə olan şəxs də yatmışdır. Bundan sonra məntəqənin həyətində olan bir ədəd markasını bilmədiyi avtoyuma aparatını altında təkərləri olduğu üçün sürüb oradan uzaqlaşmışdır. Səhəri günü həmin aparatı 8-ci km bazarında tanımadığı şəxsə özünə məxsus olmasını deyib hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin noyabr ayının əvvəllərində gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən binanın qarşısına yaxınlaşmış, binada heç kimin olmadığını görüb binaya daxil olmuşdur. Mənzillərin hər birinin qarşısında bir müddət dayanmış, bir mənzildə səs gəlmədiyi üçün mənzilin qapısını gətirdiyi dəmir alətlə fiziki güc tətbiq etməklə açmışdır. Mənzilə daxil olmiş və mənzildə bir ədəd kombi aparatını sökmüş, həmin kombini, eləcə də, mənzildə olan su nasosu və bir ədəd qızdırıcını hissə-hissə çıxarıb binanın yanma qoymuşdur. Yoldan keçən sürücüsünü tanımadığı taksi ilə həmin əşyaları yaşadığı evə aparıb saxlamış, səhəri günü həmin əşyaları 8-ci km yerləşən bazara aparıb tanımadığı şəxslərə sataraq pul əldə etmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində gecə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində xəstəxananın yaxınlığında asma rabitə kabellərini kəsib oğurlamaq qərarına gəlmiş, bundan sonra dirəyə çıxmış və dəqiq uzunluğunu bilmədiyi rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib yerə salmışdır. Sonra həmin kabeli toplayıb çiyninə qoyub həmin ərazidən uzaqlaşmışdır. Boş bir sahəlikdə həmin kabeli yandırmış, əldə etdiyi metalı götürüb yaşadığı evə getmişdir. Səhəri günü həmin metalı Sabunçu bazarına aparıb Tofiq adlı şəxsin metal qəbulu məntəqəsində hazırda yadımda qalmayan məbləğə satmışdır. Sonuncu oğurluq hadisəsindən təxminən iki üç gün sonra yəni, 2021-ci ilin noyabr ayının əvvəllərində gecə saat 03:00 radələrində yenə də rabitə kabellərini kəsib oğurlamaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsində xəstəxananın yaxınlığında olan zaman yola paralel hissədə iki dirək arasında olan asma rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib yerə salmış, sonra həmin kabeli aparıb eyni qaydada boş bir sahəlikdə yandırıb qalan metal hissəni götürüb yaşadığı evə getmişdir. Səhəri günü həmin metalı Sabunçu bazarına aparıb Tofiq adlı şəxsin metal qəbulu məntəqəsində hazırda yadında qalmayan məbləğə satmışdır. 2021-ci ilin noyabr ayının ortalarında gecə saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Rəhimov küçəsində bir evdə işıq yanmadığını görüb daş hasardan həyətə keçdikdə görmüşdür ki, təmir tikinti işləri davam edən bir evdir. Bundan sonra evin plastik pəncərəsini fiziki güc tətbiq etməklə açıb evə daxil olmuş, evdən bir ədəd markalarını xatırlamadığı su qızdırıcısını və kombi aparatını söküb bir-bir küçəyə çıxarmışdır. Daha sonra yol keçən tanımadığı bir taksi avtomobili ilə həmin əşyaları yaşadığı evə aparıb həyətində gizlətmişdir. Səhəri günü həmin əşayaları taksi avtomobillə 8-ci km bazarına aparıb orada tanımadığı şəxslərə hazırda yadında qalmayan məbləğə satmışdır. 2021-ci ilin noyabr ayının ikinci yarısında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsində tək piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman küçədə bir evdə işıq yanmadığını görmüş və həmin evdə heç kəs yaşamadığını yəqin etmişdir. Bundan sonra daş hasardan həyətə keçmiş, həyətə keçdikdən sonra evin videomüşahidə kameraları olmasını görüb elektrik sayğacını və naqillərini qırmışdır. Daha sonra həyətdəki fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə qırmış, sonra həmin dəmir parçası ilə plastik pəncərəni açıb mətbəxə daxil olmuşdur. Evdə zal hissədən bir ədəd LG markalı qara rəngli televizoru və evin ikinci mərtəbəsində pilləkanın altına qurlaşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusunu söküb çıxarmışdır. Sonra həyətə giriş qapısını içəridən açıb küçəyə çıxnmış və oradan uzaqlaşıb getmişdir. Videomüşahidə kameralarının yaddaş qurğusunu və oğurluq zamanı istifadə etdiyi dəmir parçasını hazırda yadında qalmayan bir yerdə atmışdır. Televizoru isə səhəri günü 8-ci km bazarında tanımadığı şəxsə özünə məxsus olmasını və pula ehtiyacı olmasını bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. 2021-ci ilin noyabr ayının ikinci yarısında gecə saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsində tək piyada gəzib oğurluq etmək üçün ev və ya obyekt axtaran vaxt həmin küçədə "Ağrı Dağı" adlı kafeni görmüş, bundan sonra küçədə heç kəs olmadığından əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə kafenin dəmir giriş qapısının üzərində olan klidi qırmış və kafenin həyətinə daxil olmuşdur. Sonra kafenin pəncərəsini qırıb kafeyə girmişdir. Kafenin zal hissəsində divara bərkidilmiş bir ədəd markasını xatırlamadığı televizoru götürmüş, həmçinin bir ədəd kondinsioeneri və kafenin çöl hissəsinə quraşdırılmış kondinsionerin mator hissəsini söküb çıxarmış, eyni zamanda kafedən müxtəlif qab-qacaqları karopkala yığmışdır. Bundan sonra qeyd olunan əşyaları kafenin həyətinə çıxarmış, daha sonra küçəyə çıxıb yol keçən taksi avtomobil axtarmağa başlamışdır. Təxminən 4-5 dəqiqə sonra yol keçən qeydiyyat nişanını və markasını bilmədiyi, həmçinin sürücüsünü tanımadığı bir taksi fəaliyyəti ilə məşğul olan avtomobili saxlatmış, həmin avtomobilin sürücüsünə kafenin özünə məxsus olmasını, işlədə bilmədiyi üçün bağlandığından qeyd olunan əşyaları kafedən götürdüyünü bildirmişdir. Yuxarıda adlarını qeyd etdiyi əşyaları avtomobilə yükləmiş və yaşadığı evin həyətinə aparıb gizlətmişdir. İki üç gün ərzində həmin əşyaları Sabunçu bazarı və 8-ci km bazarına aparıb tanımadığı şəxslərə özünə məxsus olmasını deyib hazırda yadında qalmayan məbləğlərə satmışdır. 2021-ci ilin noyabr ayında səhər radələrində oğurluq etmək üçün ünvan 11ndə olan zaman bir evin həyətinə giriş qapısının bağlı olduğunu görmüş, bundan sonra küçədə heç kəs olmadığından daş hasardan həyətə keçmişdir. Daha sonra evin plastik pəncərəsini fiziki güc tətbiq etməklə açıb evə daxil olmuş və evdə qonaq otağında masanın üzərindən bir ədəd markasını xatırlamadığı noutbuku, yataq otağından isə bir ədəd qızıl qolbaqla bir cüt qızıl sırğanı götürüb evdən çıxmışdır. Həmin günü noutbuku 28 may metrostansiyasının yaxınlığında, qızılları isə 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxslərə özünə məxsus olduğunu deyib hazırda yadımda qalmayan məbləğə satmışdır. 2021-ci ilin noyabr ayında axşam radələrində ünvan 11ndə tək gəzərkən bir fərdi yaşayış evi görmüş, həmin evi biraz müşahidə etdikdən sonra evdə heç kəsin olmadığını yəqin etmişdir. Bundan sonra hasardan həyətə keçmiş, həyətdəki fərdi yaşayış evinin giriş qapısının yanında olan plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olmuşdur. Evdən dəqiq yadında deyil, qaz sobaları, iki ədəd ariston, paltaryuyan maşın və müxtəlif növ məişəd avadanlıqlarını bir-bir pəncərədən çıxarıb həyətə qoymuşdur. Daha sonra həyətə giriş qapısını açıb qeyd olunan əşyaları bir-bir küçəyə çıxarmış, sonra həyətə girib qapını bağlayıb hasardan küçəyə çıxmışdır. Daha sonra isə gedib yol keçən tanımadığı taksi fəaliyyəti ilə məşğul olan bir yük avtomobilinə yaxınlaşmış, həmin avtomobilin sürücüsünə kirayə qaldığı evdən başqa bir evə köçdüyünü bildirmişdir. Sürücü ilə həmin evin yaxınlığına gəlib əşyaları bir-bir avtomobilə yükləmiş, sonra həmin əşyaları aparıb yaşadığı evin həyətində gizlətmişdir. Səhəri günü həmin əşyaları tanımadığı yük avtomobili ilə 8-ci kilometr bazarına aparıb tanımadığı şəxslərə hazırda yadında qalmayan məbləğlərə satıb əldə etdiyi pulları isə öz ehhtiyacları üçün xərcləmişdir. 2021-ci ilin noyabr ayının axırlarında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində tək piyada küçələrdə gəzib oğurluq etmək üçün ev axtaran zaman həmin küçədə bir binanın birinci mərtəbəsində yerləşən mənzildə işıq yanmadığını görüb mənzildə heç kəs olmadığını yəqin etmiş, bundan sonra mənzilin köhnə pəncərəsini daşla vurub qırmış və mənzilə daxil olduqda görmüşdür ki, mənzildə heçnə yoxdur, yalnız təmir işləri gedir. Bundan sonra mənzildə təmir çantası görmüş, həmin çantanı açıb içərisindən dəqiq sayını bilmədiyi laqonda, drel, açar dəsti və santexnik ütüsünü özü ilə götürdüyü torbaya yığıb mənzildən çıxmışdır. Səhəri günü həmin oğurladığı əşyaları 8-ci kilometr bazarında tanımadığı şəxsə özünə məxsus olmasını deyib hazırda yadında qalmayan məbləğə satmışdır. 2021-ci ilin noyabr ayının axırlarında gecə saat 01:00 radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tək gəzib oğurluq etmək üçün ev axtaran zaman bir evdə işıq yanmadığını görmüş, bundan sonra daş hasardan həyətə keçmişdir. Daha sonra həyətdəki evin pəncərəsinin üzərində olan barmaqlığı əvvəlcədən özü ilə götürdüyü dəmir alətlə qırmışdır. Sonra pəncərəni açıb evə daxil olmuş, bundan sonra evdən bir ədəd markasını bilmədiyi televizor və bir ədəd noutbuk, həmçinin qadın çantasının içərisindən 1000 manat nağd pul götürüb evin giriş qapısını içəridən açıb həyətə çıxmışdır. Sonra hasarın üzərindən əşyaları bir-bir çölə çıxarmış, yol keçən tanımadığı taksi avtomobillə oğurladığı əşyaları yaşadığı evin həyətinə aparıb gizlətmişdir. Səhəri günü həmin əşyaları 8-ci km bazarında tanımadığı şəxslərə hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin noyabr ayının axırlarında gecə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna yerləşən binanın qarşısına yaxınlaşmış, həmin binanın qarşısında heç kim olmadığmdnan, binaya daxil olmuş, orada evlərdən birində heç kimin olmadığını yəqin etdikdən sonra mənzilin qapısını gətirdiyi dəmir alətlə fiziki güc tətbiq etməklə açıb içəri daxil olmuşdur. Mənzildən bir ədəd karopkanın içərisində təzə vəziyyətdə olan qaz sobasını götürüb oradan çıxmış, götürdüyü qaz sobasını səhəri günü Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarında tanımadığı şəxsə hazırda yadında qalmayan məbləğə sataraq pul əldə etmişdir. Bundan başqa 2021-ci ilin noyabr ayının sonlarında və ya dekabr ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Hüseynov küçəsində tək gəzərkən, bir evdə işıq yanmadığını görüb həmin evdə heç kəs olmadığını bilmiş, bundan sonra daş hasardan həmin evin həyətinə keçmişdir. Daha sonra evin plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı özü ilə götürdüyü dəmir parçası ilə çıxarıb həyətə qoymuşdur. Həmçinin pəncərəni dəmir parçası ilə açıb evə daxil olmuş, evdən dəqiq yadında deyil, qab-qacaq dəstini, bir ədəd televizoru, vazaları və yataq otağından 2000 manat pulu götürmüşdür. Əşyaları özü ilə gətirdiyi torbaya qoymuş və bir-bir hasardan çölə çıxarmışdır. Daha sonra əşyaları hissə-hissə aparıb yaxınlıqda bir yerdə dayanmış, sonra yol keçən bir taksi fəaliyyəti ilə məşğul olan sürücüsünü, markasını və nömrəsini tanıyıb bilmədiyi bir avtomobili saxlatmışdır. Həmin avtomobilin sürücüsünə özünə məxsus əşyalarını aparmaq lazım olduğunu demiş və sürücü ilə razılaşıb həmin əşyaları yaşadığı evə aparmışdır. Yaşadığı evin həyətində həmin əşyaları gizlətmiş, səhəri günü tanımadığı taksi avtomobillə həmin əşyaları Sabunçu bazarına aparmışı və Sabunçu bazarında oğurladığı əşyaları özünə məxsus olduğunu deyib tanımadığı şəxslərə satmışdır. Bundan başqa 2021-ci ilin noyabr-dekabr ayları ərzində müxtəlif vaxlarda gecə radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Sabunçu qəsəbəsində və Zabrat qəsəbəsində bir neçə küçələrdə yollarda olan kanalizasiyaların bir neçə ədəd dəmir barmaqlığını oğurlamışdır. Lakin, dəqiq hansı tarixdə hansı qəsəbədə hansı küçələrdə yollardan neçə ədəd dəmir barmaqlıq oğurlamağını xatırlamır. Hər dəfə gecə radələrində həmin qəsəbələrdə küçələrdə təsadüfən gəzərkən küçədə heç kəs olmadığını görüb qarşısına çıxan dəmir barmaqlığı oğurlamaq qərarına gəlib heç kəs olmayan zaman götürüb getmişdir. Həmin dəmir barmaqlıqları boş bir ərazidə bir neçə hissəyə böldükdən sonra kanalizasiyaların dəmir barmaqlığı olması anlaşılmayacaq hala salındıqdan sonra metal kimi Sabunçu bazarının yaxınlığında öz həyətində metal qəbulu məntəqəsi olan Tofiq adlı şəxsə satmışdır. Həmin qəsəbələrdə hər küçədən oğurlanmış dəmir barmaqlığı bir gün ərzində oğurlamışdır. Qərarlaşdırmışdır ki, bir küçədə olan dəmir barmaqlıqları gecə radələrində gəzib qarşısına çıxdıqda oğurlasın. Növbətçi küçələrdəki dəmir barmaqlıqları isə təsadüfən hər gecə gəzərkən oğurlamaq qərarına gəlmişdir. İlk əvvəl Bakıxanov qəsəbəsində, sonra Sabunçu qəsəbəsində, daha sonra isə Zabrat qəsəbəsində yollarda olan dəmir barmaqlıqları oğurlamışdır. Bundan başqa dəqiq tarix yadında deyil, 2021-ci ilin dekabr ayının əvvəllərində səhər radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində gəzib oğurluq etmək üçün münasib yer axtaran zaman həmin yerdə bir küçədə evin giriş qapısının klidli olduğunu görmüş, həmin evdə heç kəs olmadığını bilib daş hasardan həyətə keçmişdir. Sonra evin plastik pəncərəsini əli ilə basıb açmaqla evə daxil olmuşdur. Evdə mətbəxdən pul kisəsinin içərisindən 470 manat nağd pul və qonaq otağından bir ədəd direl götürüb evdən çıxmışdır. Həmin günü direli Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olmasını deyib hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən ev alqı-satqısı fəaliyyəti ilə məşğul olunan ofisin qarşısına yaxınlaşmış, ofisdə və ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra ofisin çöl divarına yerləşdirimiş kondinsionerin mator hissəsini əvvəlcədən özü ilə götürdüyü dəmir parçası və vintaçarla sökmüş, bundan sonra daşıyaraq bir qədər uzaqlaşmışdır. Yoldan keçən sürücüsünü, markasını və nömrəsini tanıyıb bilmədiyi taksi avtomobili saxlatmış və həmin avtomobillə həmin motoru yaşadığı evə aparıb saxlamışdır. Sabahı gün aparıb satmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının ortalarında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində oğurluq etmək üçün ev axtaran vaxt görmüşdür ki, yeni tikilməkdə olan bir fərdi yaşayış evi var, həyətinin yanları tam olaraq daş hasarla hörülməmişdir. Bundan sonra həyətə keçib fərdi yaşayış evinin giriş qapısının bağlı olduğunu görüb evin zirzəmisinin qapısını ayağı ilə vurub qırmışdır. Sonra zirzəmidən evə daxil olmuş, evdə təmir işləri getdiyini görmüş, bundan sonra evə çəkilmiş elektrik naqillərinin hamısını söküb bir yerə yığmışdır. Həmçinin evdən bir ədəd perefarator və iki ədəd laqonda götürüb əvvəlcədən özü ilə götürdüyü torbaya yığıb evdən çıxıb getmişdir. Boş bir ərazidə elektrik naqillərini yandırmış, əldə etdiyi metalı səhəri günü Sabunçu bazarında Tofiq adlı şəxsin metal qəbulu məntəqəsində ona və ya oğluna satmışdır. Perefarator və laqondaları isə tanımadığı şəxslərə özünə məxsus olmasını bildirib satmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının ortalarında gecə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində tək gəzərkən, bir evdə işıq yanmadığını görüb həmin evdə heç kəs yaşamadığını bilmiş, bundan sonra daş hasardan həmin evin həyətinə keçmişdir. Daha sonra evin plastik pəncərəsini əl ilə basıb açmaqla evə daxil olmuqda görmüşdür ki, evdə təmir işləri gedir, yəni evin içərisi tam hazır deyil. Evin ikinci mərtəbəsindən müxtəlif növ təmir tikinti alətlərini, boruları, qaz sobasını, elektrik naqilini və bir ədəd tozsoranı çıxarıb həyətdə giriş qapısının qarşısına yığmışdır. Daha sonra küçəyə çıxmış və yaxınlıqdan yol keçən bir taksi fəaliyyəti ilə məşğul olan sürücüsünü, markasını və nömrəsini tanıyıb bilmədiyi bir avtomobili saxlatmışdır. Həmin avtomobilin sürücüsünə özünə məxsus əşyalarını aparmaq lazım olduğunu demiş və sürücü ilə razılaşıb həmin əşyaları yaşadığı evə aparmışdır. Yaşadığı evin həyətində həmin əşyaları gizlətmiş, səhəri günü tezdən tanımadığı taksi avtomobillə həmin əşyaları Sabunçu bazarına aparmışdır. Sabunçu bazarında oğurladığı əşyaları özünə məxsus olduğunu deyib tanımadığı şəxslərə satmışdır. Elektrik naqilini isə oğurladığı gecə yaşadığı evin yaxınlığında yandırmış, əldə etdiyi metalı və oğurladığı dəmir boruları Sabunçu bazarında metal qəbulu məntəqəsi olan Tofiq adlı şəxsə satmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının ortalarında günorta saat təxminən 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində giriş qapısı açıq vəziyyətdə olan bir fərdi yaşayış evi görmüş, həmin evin giriş qapısından həyətə daxil olmuş, sonra evin qapısı bağlı olduğu üçün qarşı tərəfdən pəncərəni əli ilə basıb açmaqla evə daxil olmuşdur. Evdə yataq otağını dağıdıb pul və ya qiymətli əşya aaxtarmağa başlamış, yataq otağında pencəyin cibindən 400 manat, yataq dəstinin altından isə 450 manat pul tapıb evdən çıxıb getmişdir. Oğurluğa girəndə və çıxanda küçədə heç kəs olmadığı üçün onu heç kəs görməmişdir. Bundan başqa 2021-ci ilin dekabr ayının ikinci yarısında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində «Pətək» marketin yaxınlığında olan torpaq sahəsində tikinti materiallarının olmasını görmüşmüş, həmin tikinti materiallarını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə əvvəlcədən Sabunçu qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan nömrəsini və sürücüsünü tanıyıb bilmədiyi VAZ-2104 markalı avtomobilin sürücüsünə yaxınlaşıb bildirmişdir ki, Ramana qəsəbəsində özünə məxsus boş torpaq sahəsində taxta materialları vardır, həmin materialları yaşadığı evin həyətinə aparmaq lazımdır. Sürücü də ona inanmışdır. Bundan sonra həmin sürücünün hazırda yadında qalmayan mobil nömrəsini götürmüş, gecə radələrində sürücüyə zəng vurmuş və onunla Sabunçu qəsəbəsində görüşüb Ramana qəsəbəsində "Pətək" marketin yaxınlığında olan torpaq sahəsinə getmişdir. Torpaq sahəsinin alçaq olan daş hasarından torpaq sahəsinə keçmiş və sürücü ilə birlikdə təxminən üç kub taxtanı alçaq hasarın üzərindən keçib avtomobilin ban hissəsində olan yük yerinə qoymuşdur. Eyni zamanda bir ədəd əl arabasını da avtomobilin arxa yedək hissəsinə qoymuşdur. Həmin vaxt yaxınlıqda heç kəs olmamış, bundan sonra həmin taxtaları yaşadığı evin həyətinə aparıb gizlətmişdir. Lakin, həmin torpaq sahəsində başqa taxtalar və digər tikinti materialları da var idi. Həmin zaman qərarlaşdırmışdır ki, sonradan gəlib həmin tikinti materiallarını da hissə-hissə götürüb oğurlasın. Bu məqsədlə bir neçə gün keçdikdən sonra təxminən 2022-ci ilin yanvar ayının birinci yarısında yenə də həmin VAZ-2104 markalı avtomobilin sürücüsünə zəng vurub torpaq sahəsində olan müəyyən tikinti materillarını yenə də yaşadığı evə aparmaq lazım olduğunu demiş və həmin şəxs də etiraz etməmişdir. Bundan sonra onunla görüşüb birlikdə yenə də qeyd olunan torpaq sahəsinə getmiş, gecə radələri olduğundan yaxınlıqda heç kəs olmamışdır. Sürücüyə də, gündüz vaxtları işdə olduğu üçün vaxtı olmadığını demişdir. Bundan sonra sürücü ilə birlikdə torpaq sahəsindən bir neçə ədəd taxtaları alçaq daş hasarın üzərindən keçirib avtomobilin ban hissəsinə yükləyib çıxıb getmişlər. Həmin taxtaları da yaşadığı evin həyətinə aparmışdır. Sürücüyə hər dəfə hazırda yadında qalmayan məbləğdə taksi pulu vermişdir. Qeyd olunan oğurladığı taxtaları və arabanı əvvəlcədən Sabunçu bazarına gedib bir nəfər tanımadığı şəxslə ona satmaq üçün razılaşdıqdan sonra sonuncunun tutduğu yük avtomobili ilə yaşadığı evə gəlib həmin taxtaları və arabanı ona verməklə hazırda yadında qalmayan məbləğə satmışdır. Əvvəlcədən həmin torpaq sahəsində olan bütün taxtaları və arabanı hissə-hissə oğurlamağı qərarlaşdırmışdır. Birinci dəfə 3 kub taxtanı və bir ədəd əl arabasını oğurlayan zaman yenə də gəlib digər taxtaları oğurlamaq fikrim var idi və bu məqsədlə daha sonra yenidən həmin torpaq sahəsinə gedib qalan taxtaları da oğurlamışdır. 2021-ci ilin dekabr ayının ortalarında gecə saat təxminən 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində bir evdə işıq yanmadığını görüb həmin evdə heç kəs yaşamadığını bilmiş və oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra daş hasardan həmin evin həyətinə keçmiş, daha sonra evin həyətində olan anbar kimi istifadə olunan otaqdan bir ədəd ət çəkən maşın, müxtəlif növ qab-qacaqlar və qazanları əvvəlcədən özü ilə götürdüyü torbalara yığıb hissə-hissə olmaqla hasardan çıxarmışdır. Sonra aparıb yaşadığı evin həyətində gizlətmişdir. Səhəri günü həmin əşyaları Sabunçu bazarında hazırda yadında qalmayan məbləğə tanımadığı şəxslərə satmışdır. 2021-ci ilin dekabr ayının ortalarında axşam radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində köhnə tikili, həyətinin yanları açıq olan fərdi yaşayış evinin yaxınlığında sexin yanından keçərkən ətrafda heç kəs olmadığından sexdən oğurluq etmək qərarına gəlmişdir. Sexin dəmir barmaqlığında olan klidi əli ilə dartmaqla açmışdır. Sonra sexə giriş plastik qapını korpusundan çıxarmışdır. Sexə girdikdə bir ədəd generator olduğunu görmüş, generatoru sürütləyib sexdən çıxarıb biraz aralıda boş yerdə dayanmışdır. Bundan sonra əvvəllər taksi kimi istifadə etdiyi, lakin hər hansı bir münasibəti olmayan adını xatırlamadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsə zəng vurmuş, həmin şəxsin mobil nömrəsini telefonunda saxlamışdır ki, taksi lazım olanda ona zəng vursun. Lakin, sonradan onun nömrəsini telefonundan silmişdir. Həmin şəxs idarə etdiyi qeydiyyat nişanını xatırlamadığı furqon tipli Opel markalı avtomobili ilə həmin yerə gəlmiş, generatoru onun avtomobilinə qoymuşdur. Sürücüyə generatoru lalafo internet saytı vasitəsilə ucuz qiymətə aldığını bildirmiş və generatoru yaşadığı evə aparmışdır. Səhəri günü həmin generatoru 8-ci km bazarında tanımadığı şəxsə satmışdır. Lakin neçəyə satdığını xatırlamır, pulu isə ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən iki üç gün sonra günorta radələrində yenə də həmin oğurluq etdiyi evin yaxınlığından keçən zaman evin yanları açıq vəziyyətdə olan həyətində toyuq hini olduğunu görmüş, biraz müşahidə etdikdən sonra evdə heç kəs olmadığını yəqin etmişdir. Yaxınlıqdan boş sahəlikdən bir neçə ədəd torbalar tapmış, sonra toyuq hininə girib hindən bir neçə ədəd toyuqları və hind quşlarını tutub torbalara yığmış və torbaları iki-iki olmaqla hindən çıxarıb evdən məsafəsi çox olmayan bir neçə metr aralıya boş sahəliyə aparıb qoymuşdur. Sonra yenə də generatoru apardığı taksi sürücüsünə zəng vurub həmin yerə dəvət etmişdir. Həmin avtomobillə toyuqları və hind quşlarını yaşadığı evə aparmış, sürücüyə isə toyuqları və hind quşlarını ucuz qiymətə alıb satacağını demişdir. Gündüz radələri olduğundan sürücü də ona inanmışdır. Lakin, oğurluq edən zaman onu heç kəs görməmişdir. Təxminən 4-5 gün keçdikdən sonra həmin toyuqları və hind quşlarını 8-ci kilometr bazarına aparıb tanımadığı şəxslərə özünə məxsus olduğunu deyib satmışdır. Həmin sexdən generatoru oğurlayan zaman evin həyətində olan toyuq hinindən oğurluq etmək fikrim yox idi. İkinci dəfə yenə də həmin yerdən keçərkən toyuq hinindən oğurluq etməyi qərarlaşdırmışdır. 2021-ci ilin dekabr ayının axırlarımda gecə saat 01:00 radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tək gəzib oğurluq etmək üçün ev axtaran zaman bir evdə işıq yanmadığını görmüş, bundan sonra daş hasardan həyətə keçmişdir. Daha sonra həyətdəki evin pəncərəsinin üzərində olan barmaqlığı əvvəlcədən öz ilə götürdüyü dəmir aləti arasına salmaqla qırmışdır. Sonra pəncərəni açıb evə daxil olmuş, evdə təmir işləri getdiyini və tam hazır ev olmadığını görmüşdür. Bundan sonra evdən dəqiq sayını bilmədiyi drellər, laqonda, elektrik naqili və su nasosu götürüb əvvəlcədən özü ilə götürdüyü torbaya yığıb oradan çıxmışdır. Yaşadığı evin yaxınlığında boş sahəlikdə elektrik naqilini yandırıb metal əldə etmiş, səhəri günü həmin metalı Sabunçu bazarında metal qəbulu məntəqəsi olan Tofiq adlı şəxsə satmışdır. Digər əşyaları isə tanımadığı şəxslərə satmışdır. Həmin əşyaları satarkən özünə məxsus olmasını demişdir, lakin neçəyə satdığını xatırlamır. Bundan başqa 2021-ci ilin dekabr ayının sonlannda axşam saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozunda tək gəzərkən bir evdə işıq yanmadığını görmüşdür. Bundan sonra evdə heç kəs olmadığını yəqin etmiş və hasardan həyətə keçmişdir. Daha sonra həyətdə yerləşən fərdi yaşayış evinin pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə arasına salmaqla dartıb qırmışdır. Sonra pəncərəni dəmir parçası ilə açıb evə daxil olmuş, daha sonra evdən markasını xatırlamadığı bir ədəd mobil telefon və bir ədəd televizor götürüb çıxmışdır. Daha sonra avtomobil yoluna çıxıb bir yol yeçən taksi fəaliyyəti ilə məşğul olan bir avtomobili saxladıb həmin avtomobillə oğurladığı əşyaları yaşadığı evə aparıb həyətində heç kəsin xəbəri olmadan gizlətmişdir. Səhəri günü həmin əşyaları tanımadığı taksi avtomobil dəvət edib 8-ci kilometr bazarına aparmış və orada tanımadığı şəxsə özünə məxsus olduğunu deyib hazırda yadında qalmayan məbləğə satmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının sonlarında gecə saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi İ.Dadaşov küçəsində oğurluq etmək üçün tək gəzərkən küçədə ağ rəngli Hyundai Accent markalı qeydiyyat nişanını xatırlmadığı bir avtomobil görmüş, küçədə heç kəs olmadığından həmin avtomobilin arxa sol yan şüşəsini daşla vurub sındırmışdır. Sonra avtomobilin içərisində hazırda yadında qalmayan sayda bir neçə ədəd qadın üçün çiyin çantaları, əl çantası, iki ədəd bank kartları və bir cüt ayaqqabı götürüb həmin yerdən uzaqlaşmışdır. Çiyin çantalarının içərisində heç nə olmamış, əl çantasında isə kosmetika əşyaları olmuşdur. Bank kartları ilə kosmetika əşyalarını hazırda yadında qalmayan bir yerdə atmış, çantalarla ayaqqabını isə 8-ci km bazarında tanımadığı şəxslərə özünə məxsus olduğunu deyib satmışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında və ya xx.xx.2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində oğurluq etmək üçün gəzərkən, bir evdə işıq yanmadığını görmüş və evdə heç kəs olmadığını yəqin etmişdir. Bundan sonra daş hasardan evin həyətinə keçmiş, sonra evin pəncərəsini fiziki güc tətbiq etməklə açıb içəri daxil olmuşdur. Evdən 1 ədəd markasını xatırlamadığı televizoru və yataq otağında döyşəyin altından tapdığı 350 manat pulu götürmüş, televizoru özü ilə götürdüyü torbaya qoymuş və həyətə giriş qapısını içəridən açıb çıxmışdır. Yoldan keçən sürücüsünü tanımadığı taksi ilə yaşadığı evə getmiş, səhəri gün həmin televizoru 8-ci kmdə yerləşən bazara aparıb tanımadığı şəxsə sataraq pul əldə etmişdir. 2021-ci ilin dekabr ayında və ya 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yolun kənarında yerləşən "Səfalı" restoranının qarşısından keçərkən həmin restorandan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə restoranın giriş hissəsində və həyətində olan olan videomüşahidə kameralarını söküb götürmüş, daha sonra restoranın mətbəxinə girib bir neçə ədəd boşqabları, qaşıqları, çəngəlləri, iki ədəd televizoru, musiqi mərkəsini, elektriklə işləyən sacı və bir ədəd samovarı hissə-hissə restoranın həyətində giriş hissəyə yığmışdır. Sonra əvvəl yolda gördüyü yəni, alın şüşəsinə mobil nömrəsini qoymuş Qazel markalı qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı şəxsə zəng vurub yüklərini daşımaq lazım olduğunu bildirib həmin yerə dəvət etmişdir. Qazel markalı avtomobil gəldikdən sonra ona bildirmişdir ki, restoranı icarə əsasında işlədir. Lakin, işlədə bilmədiyi üçün təhvil verib gedir. Sürücü ilə birlikdə köməkləşib həmin əşyaları avtomobilə yükləmiş və yaşadığı evin həyətinə aparmışdır. Səhəri günü Sabunçu bazarına getmiş və tanımadığı şəxslərə restoranı işlədə bilmədiyi üçün bağlandığını və pula ehtiyacı olduğundan həmin əşyaları satmaq istədiyini demiş, bir nəfər tanımadığı şəxslə razılaşdıqqdan sonra onun tutduğu sürücüsünü tanımadığı yük avtomobili ilə yaşadığı evə getmişdir. Həmin əşyalara həmin şəxs baxmış və hazırda yadında qalmayan məbləğə razılaşıb əşyaları ona satmışdır. Birlikdə onun tutduğu yük avtomobilinə əşyaları yüklədikdən sonra həmin şəxs çıxıb getmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində gecə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.B.Vəzirov küçəsində işıq yanmayan bir ev görmüş, sonra evdə heç kəs olmadığını yəqin etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Daha sonra evə giriş qapısının klidini əvvəlcədən özü ilə götürdüyü dəmir alətlə qırıb evə daxil olmuş, evdə təmir işləri getdiyi üçün yaşayış olmadığını görmüşdür. Bundan sonra evdən elektrik naqilləri, elektrik avtomatları, taxta kəsən aparat və hazırda yadında qalmaya təmir tikinti alətlərini götürüb evdən çıxmışdır. Elektrik naqillərini boş sahəlikdə yandırıb metal əldə etmiş, səhəri günü əldə etdiyi metalı Sabunçu qəsəbəsində Tofiq adlı şəxsin metal məntəqəsinə satmışdır. Digər əşyaları isə 8-ci km bazarında tanımadığı şəxslərə satmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saatlarında oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində "Kanal" deyilən ərazidə tək gəzən zaman yeni tikilməkdə olan üç mərtəbəli bir ev görmüş, bundan sonra daş hasardan evin həyətinə keçmişdir. Daha sonra evin həyətində olan dəmir və taxta konstruksiyaları evin həyətində olan alətlərlə sökmüş, sonra həyətdən çıxmışdır. Bir qədər gedib həmin konstruksiyaları aparmaq üçün avtomobil axtarmağa başlamış, həmin ərazidən biraz uzaqlaşmışdır. Yolda sürücüsünü tanımadığı və qeydiyyat nişanına fikir vermədiyi QAZ-24 markalı bir avtomobil görmüş, həmin avtomobilin sürücüsünə yaxınlıqda yeni tikilməkdə olan bir ev olduğunu, həmin evdə usta işlədiyimi, işlərini qutardığı üçün və başqa bir yerdə lazım olduğundan həmin evin həyətindəki taxta və metal konsturksiyanı aparmaq lazım olduğunu demişdir. Sürücü də ona inanmış və onun avtomobilinə əyləşib həmin evin qarşısına gəlmişlər. Sürücüyə bildirmişdir ki, evdə ona tapşırılmış təmir tikinti işini yekunlaşdırdığı üçün və ev sahibəsi qadın olduğundan hər vaxt gələ bilmir, yenidən geri qayıtmamaq üçün açarı birdəfəlik ev sahibəsinə vermişdir. Buna görə daş hasardan həyətə keçmiş və həyətdən giriş qapısını açmış, sonra sökdüyü metal və taxta konsturksiyaları avtomobilə yükləmişdir. İçəridən qapını bağlayıb daş hasardan küçəyə çıxmış və həmin avtomobillə həmin konsturksiyaları yaşadığı evin həyətinə aparmışdır. Səhəri günü 8-ci km bazarına getmiş, orada bir neçə nəfər şəxsə usta olduğunu və pula ehtiyacı olduğundan tikintidə istifadə etmək üçün metal və taxta konstruksiyanı satmaq istədiyimi bildirmişdir. Sonra tanımadığı şəxslər ona tanımadığı bir nəfər şəxsi yönləndirmiş, həmin şəxsin yük avtomobili ilə yaşadığı evə gəlmiş və onunla hazırda yadımda qalmayan məbləğə razılaşıb oğurladığı həmin konsturksiyanı həmin şəxsə satmışdır.2022-ci ilin yanvar ayının əvvəllərində saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən “Bizim market”in yaxınlığında olarkən uşaq arabasının olduğunu və içərisində bir ədəd markasını xatırlamadığı mobil telefon olduğunu görmüşdür. Həmin zaman ətrafda heç kim yox olmadığından, həmin arabada olan mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra mobil telefonun üzərində olan mobil nömrəni çıxararaq hazırda xatırlamadığı yerdə atmışdır. Həmin mobil telefonu həmin günü Neftçilər metrostansiyasının yaxınlığına apararaq tanımadığı şəxsə hazırda yadında qalmayan məbləğə satmış, əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində axşam radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda tək oğurluq etmək üçün gəzib münasib ev axtaran zaman bir evin həyətində giriş qapısında qıfıl olduğunu görmüşdür. Bundan sonra özü ilə götürdüyü dəmir parçasıı ilə qıfılı qırıb həyətə daxil olmuş, sonra həyətdə evin divarına bərkidilmiş bir ədəd markasını xatırlamadığı kombi aparatını söküb yerə qoymuşdur. Daha sonra isə evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı dəmir parçası ilə qırmış və pəncərəni açıb evə daxil olmuşdur. Evdə yataq otağını dağıdıb axtarmış, ümumilikdə evdən ümumi sayını bilmədiyi xırda qəpik pulları, evdən 1 ədəd qızıl boyunbağını, 1 ədəd markasını bilmədiyi kompüteri və 1 ədəd markasını bilmədiyi planşeti götürüb evdən çıxmışdır. Sonra küçəyə çıxıb yoldan keçən sürücüsünü tanımadığı taksi avtomobil saxlatmış, qeyd etdiyi əşyaları həyətdə yığdığı yerdən götürüb avtomobilə yükləmişdir. Sürücü qapı açıq olduğu üçün öz evi olduğunu güman etmiş, həmin avtomobillə əşyaları yaşadığı evə aparmışdır. Səhəri gün həmin əşyaları Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarına aparıb tanımadığı şəxslərə özünə məxsus olduğunu deyib hazırda yadında qalmayan məbləğə satmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində axşam saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində tək piyada gəzib oğurluq etmək üçün yer axtarmış, həmin küçədə həyətində və evdə işıq yanmayan bir ev görmüşdür. Bundan sonra daş hasardan həyətə keçmiş, daha sonra evin plastik pəncərəsini həyətdən götürdüyü dəmir parçası ilə fiziki güc tətbiq edib açmışdır. Sonra evə daxil olmuş, evdə təmir işləri getdiyi üçün yaşayış olmadığını görmüşdür. Bundan sonra evdən iki top elektrik naqillərini, bir ədəd preparator, bir ədəd laqonda, müxtəlif növ tikinti alətlərini və hamam aksesuarlarını əvvəlcədən özü ilə götürdüyü iki ədəd torbalara yığıb həmin ünvandan çıxmışdır. Oğurladığı naqilləri yaxınlıqda boş ərazidə yandırıb metal əldə etmiş, səhəri günü həmin metalı Sabunçu qəsəbəsində metal qəbulu məntəqəsi olan Tofiq adlı şəxsə hazırda yadında qalmayan məbləğə satmışdır. Digər oğurladığı əşyaları isə Sabunçu bazarında işlənmiş səs boğucusunun ən azı qiyməti 300-500 manat olduğunu bildiyi üçün avtomobilin səs boğucusunu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün ətrafda heç kəs olmadığından, avtomobilin altına girmiş və özündə olan açarlarla avtomobilin səsboğucusunu açaraq götürüb oradan uzaqlaşmışdır. Oğurladığı ehtiyat hissəni səhəri günü hazırda yadında qalmayan maşın bazarına apararaq tanımadığı şəxsə özünə məxsus olduğunu, yenisi ilə əvəz etmək üçün satmaq istədiyini deyib hazırda yadında qalmayan məbləğə satmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində gecə radələrində Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, Bünyadzadə küçəsində yolun kənarında yerləşən "Səfalı" restoranının giriş hissəsində olan iki ədəd videomüşahidə kameralarını söküb götürmüş, daha sonra restorana girdikdə otağın girişinə qurlaşdırılmış iki ədəd videomüşahidə kameralarını sökmüşdür. Bundan sonra otağa daxil olub otaqda masanın üzərindən bir ədəd DVR aparatını götürüb restorandan çıxmışdır. Yol gedəndə DVR aparatını hazırda yadında qalmayan bir yerdə qırıb atmış, 4 ədəd videomüşahidə kameralarını isə səhəri günü Sabunçu bazarında tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib hazırda yadında qalmayan məbləğə satmışdır. Həmin restorandan əvvəllər bir dəfə də, televizor, qab-qacaq və s. oğurlamışdır. Lakin, birinci dəfə oradan oğurluq etdikdən sonra gəlib oradan yenidən oğurluq etmək fikri olmamışdır. Təsadüfən oradan keçərkən yenə də həmin restorandan oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin fevral ayının ortalarında gecə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində bir evdə işıq yanmadığını görmüş, bundan sonra oğurluq məqsədilə daş hasardan həyətə keçmişdir. Daha sonra evin plastik pəncərəsini fiziki güc tətbiq edib açıb evə daxil olmuşdur. Bundan sonra evdən elektrik naqillərini, bir ədəd preparatoru və bir ədəd lazer aparatını əvvəlcədən özü ilə götürdüyü torbalara yığıb həmin ünvandan çıxmışdır. Daha sonra yol keçən taksi fəaliyyəti ilə məşğul olan sürücüsünü tanımadığı bir avtomobili saxlatmış, həmin əşyları həmin avtomobilə qoyub yaşadığı ünvana getmişdir. Gecə boş bir ərazidə oğurladığı elektrik naqillərini yandırıb metal əldə etmiş, səhəri günü həmin metalı Sabunçu qəsəbəsində metal qəbulu məntəqəsi olan Tofiq adlı şəxsə hazırda yadında qalmayan məbləğə satmışdır. Digər oğurladığı əşyaları isə Sabunçu bazarında tanımadığı şəxslərə özünə məxsus olduğunu deyib hazırda yadında qalmayan məbləğə satmışdır.Bundan başqa 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağaza yaxud da yaşayış evlərindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 14 mart 2022-ci il tarixdə saat 03:00 radələrində yaşadığı evdən çıxıb piyada olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsinə gəlmiş və həmin küçədə gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan ev yaxud da mağaza axtarmağa başlamışdır. Həmin vaxtı binalardan birinin yanında olan göy rəngli elektrik şiti diqqətini cəlb etmiş, ona görə də yaxınlıqda keç kimin olmamasından istifadə edərək şitin üzərində olan kilidi əli ilə dartıb sındırmış və özündə olan kəlbətinlə şitin içərisindəki kabelləri və muftaları kəsib çıxartmışdır. Bundan sonra həmin kabel və muftaları özü ilə götürdüyü kisəyə yığıb yaxınlıqdakı məişət tullantılarının toplandığı yerə aparmış, orada yandırıb əritdikdən sonra əldə etdiyi kütləni özü ilə götürüb havanın içıqlaşmasını gözləməyə başlamışdır. Həmin günü saat 10:00 radələrində oğurluq yolu ilə əldə etdiyi kütləni marşrut avtobusla Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazarı”na aparıb tanımadığı şəxsə özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq istədiyimi bildirməklə 110 manata satmışdır. Bundan başqa 2022-ci ilin mart ayının ikinci yarısında axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən 9 mərtəbəli binaya daxil olmuş, binanın 7-ci mərtəbəsində biz mənzilin giriş qapısını döymüşdür ki, evdə kiminsə olub-olmamasını müəyyən etsin. Lakin, evdən səs gəlmədiyi üçün evdə heç kəsin olmadığını yəqin etmiş, bundan sonra özü ilə götürdüyü vinçatar və müəyyən qapı açarları ilə giriş qapısını açmışdır. Evdə yataq otağından yataq dəstinin alt hissəsindən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qol saatı və 1 cüt qızıl sırğanı götürüb evdən çıxmışdır. Səhəri gün həmin qızıl əşyalarını “Xalqlar dostluğu” metrostansiyasınm yaxınlığına gedərək orada “Laçın” ticarət mərkəzinin qabağında tanımadığı şəxsə özünə məxsus olduğunu və ehtiyacı olduğunu deyərək satmaqla pul əldə etmişdir. 29 mart 2022-ci il tarixdə gecə saat 05:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində gəzişərək oğurluq etmək üçün əlverişli şəraiti olan mağaza axtarmış, həmin vaxtı küçədə yolun kənarında bir köşk görmüşdür. Köşkün giriş plastik qapısının aşağı hissəsini ayağı ilə vurub qırmış, sonra köşkə daxil olub oradan müxtəlif markalı bir neçə ədəd siqaret dənələrini və energetik içkilərini əvvəlcədən özü ilə götürdüyü sellofan torbaya yığıb köşkdən çıxmışdır. Səhəri günü həmin oğurladığı siqaret dənələrini və energetik içkilərini Nəsimi rayonu ərazisində tanımadığı şəxsə özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirib 40 manata satmışdır. Hal-hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 38 ünvanın yaxınlığında ona məxsus təmir-tikinti işləri aparılan fərdi yaşayış evi vardır. Həmin evə hazırda ünvan verilməmişdir. 28 avqust 2021ci il tarixdə axşam radələrində yeni tikdirməkdə olduğu fərdi yaşayış evinə baxmaq üçün getmişdir. Həmin zaman görmüşdür ki, evin naməlum şəxs evin pəncərəsindən içəri qanunsuz daxil olub evdən 1 ədəd 200 manat dəyərində böyük preparator, 1 ədəd 150 manat dəyərində balaca pereparator, 1 ədəd 50 manat dəyərində böyük laqonda, 1 ədəd 30 manat dəyərində balaca laqonda, 45 manat dəyərində 1 top 4-lük kabel, 10 manat dəyərində 15 metr uzunluqda kabel və cəmi 80 manat dəyərində 8 ədəd arko krant oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 22 may 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar ailə üzvləri ilə birlikdə Ağcabədi rayonuna getmişdir. Həmin vaxtı evin qapı və pəncərələrini bağlamışdır. 24 may 2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evə qayıtmış və baxdıqda evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt yaşadığı evdən oğurluq hadisəsi baş verməsindən şübhələnmiş, ona görə də evdə olan özünə məxsus əşyaların yerində olub-olmamasını yoxladıqda ona məlum olmuşdur ki, evin yataq otağında saxladığı özünə məxsus 1 ədəd 600 manat dəyərində brilyant qaşlı üzük, 1 ədəd 100 manat dəyərində qızıl klon və 30 manat pul yerində yoxdur, yəni qeyd etdiyi qızıl-zinət əşyaları və pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şüşa şəhərciyi, nömrəsiz ünvanda arvadı X4 ilə birlikdə yaşayır. 15 dekabr 2021-ci il tarixdə səhər radələrində həyat yoldaşım Məlahət evdən çıxaraq işə getmişdir. Özü isə həmin gün evdə olmuşdur. Təxminən saat 12:45 radələrində evdən çıxıb yaxınlıqda yerləşən marketə çörək almaq üçün getmiş, marketdən çörək aldıqdan sonra evə qayıtdıqda naməlum şəxsin evin ön tərəfində olan plastik pəncərəsini açmaqla evə daxil olduğunu, yataq otağını dağınıq hala saldığını və yataq otağında pencəyimin cibindən 400 manat, yataq dəstinin altından isə 450 manat olmaqla cəmi 850 manat pulun oğurladığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, özünə məxsus “Daewo Gen tra” **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobildən şəxsi işləri üçün istifadə edir. Avtomobili idarə etməyə sürücülük vəsiqəsi vardır. Özünə məxsus həmin avtomobili yaşadığı binanın həyətində saxlayır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə avtomobilini yaşadığı binanın həyətində saxlamışdır. Bir neçə gün ehtiyac olmadığı üçün avtomobilini idarə etməmişdir. 03 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində avtomobilinə yaxınlaşan zaman naməlum şəxsin avtomobilinin, hər birinin dəyəri 20 manat olmaqla cəmi dəyəri 80 manat olan 4 ədəd təkərlərin diskilərinin qapaqlarını və cəmi dəyəri 470 manat olan hər iki yan güzgülərinin oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 18 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində çayxananı bağlayıb evə getmişdir. 19 avqust 2021-ci il tarixdə saat 13:10 radələrində çayxanaya yaxınlaşarkən naməlum şəxs və ya şəxslər tərəfindən çayxananın qapısında olan kilidinin sındırıldığını görmüşdür. Çayxananın içərisinə daxil olduqda zalda olan bir ədəd “Shivaki” markalı televizorun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərində yerləşən ümumi sahəsi 2,5 sot olan torpaq sahəsini alıb orada 2020-ci ildən etibarən fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Hazırda ev tam şəkildə inşa olunsa da, evin daxilində təmir işləri davam etdirilir, bununla bağlı orada müvəqqəti yaşayış yoxdur. Buna baxmayaraq mütəmadi olaraq nəzarət etmək məqsədi ilə evə gedib-gəlir. Sonuncu dəfə 28 oktyabr 2021-ci il tarixdə həmin ünvanda olmuşdur, həmin tarixdə evdən hər hansı bir əşya oğurlandığını aşkar etməmişdir. 30 oktyabr 2021-ci il tarixdə saat 14:00da təkrar həmin ünvana nəzarət etmək məqsədi ilə gəldikdə naməlum şəxsin evin mətbəxt üçün nəzərdə tutulmuş plastik pəncərəsini açma yolu ilə daxil olub evdən 30 ədəd hər birinin dəyəri 32 manat 50 qəpik olan cəmi 975 manatlıq divar kağızlarını və 1 ədəd markasını xatırlamadığı 200 manat dəyərində olan dreli və 1 ədəd marksını xatırlamadığı 200 manat dəyərində laqundanı oğurladığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Ali motors” avtomobil təmiri sevisində elektrik işləyir. 20 oktyabr 2021-ci il tarixdə saat 16:10 radələrində işdə olan zaman özünə məxsus 5 gün əvvəl 1100 manata aldığı “POCO F3” markalı **********85389, **********85397 İmei kodlu mobil telefonu sexdə olan masanın üzərində enerji yığmağa qoymuşdur. Özü isə sexdə avtomobil təmiri ilə məşğul idi. Lakin, həmin zamanda sexdə heç kəs yox idi. Təxminən 10 dəqiqə sonra telefonuna baxmaq üçün masaya yaxınlaşanda telefonunun masanın üzərində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Rəhimov küçəsi 79 ünvanda yerləşən yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan qohumunun evinə qonaq getmişlər. Həmin vaxtı evin qapı və pəncərələrini bağlamışdır. 21 noyabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə qayıdan zaman evin mətbəx otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığın sındırıldığını, plastikdən hazırlanmış pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra yaşadığı evə daxil olmuş və evdə olan özünə məxsus əşyaların yerində olub-olmamasını yoxlamışdır. Həmin vaxtı evdə olan özünə məxsus “LG” markalı televizorun və evin müşahidə kamerasının yaddaş cihazının yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanda yerləşən “Ağrı Dağı” adlı kafe ona məxsusdur. 19 noyabr 2021-ci il tarixdə yaşadığı evdən çıxıb həmin kafeyə gəlmiş və baxdıqda kafenin darvazasının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra kafeyə daxil olub baxdıqda kafedə olan özünə məxsus 1 ədəd 800 manat dəyərində “Samsung” markalı televizor, 1 ədəd 500 manat dəyərində “Samsung” markalı kondisioner, kafenin çöl hissəsinə bərkidilmiş 500 manat dəyərində kondisioner mühərriki və 200 manat dəyərində qab-qacağm yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə səhər radələrində qızı Rəmalə ilə Lənkəran rayonuna toya getmişlər. 28 noyabr 2021-ci il tarixdə günorta radələrində Rafiq onlara zəng vurub bildirmişdir ki, evə naməlum şəxs daxil olub evdən ona məxsus noutbuku və televizoru oğurlamışdır. Bundan sonra Rafiqə evdə ona məxsus olan çantasına baxmasını və içərisində 1000 manat pulunun olmasını bildirmiş, sonra Rafiq bildirmişdir ki, çantanın içərisindən ona məxsus 1000 manat pulu da oğurlanmışdır. Rafiq onlar toya getdikdən sonra evdə tək qalmamaq üçün xalasıgilə getmişdir. xx.xx.2021-ci il tarixdə evə gəldikdə evdən özünə məxsus bir ədəd televizorun və bir ədəd noutbukun, həmçinin ona məxsus çantadan 1000 manat pulunun oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində bacısı Arzu ilə evə qayıdan zaman evin plastik pəncərəsinin sındırılmasını və evdən 200 manat dəyərində bir ədəd döyşək, iki ədəd yastıq, bir ədəd yorğan, yataq dəsti olan bir ədəd komplektin, bir qutusu 15 manat olan 3 qutu əl- üz dəsmalının, 128 manat dəyərində Karaca firmasına aid iki ədəd yemək qabının, 35 manat dəyərində Qız Qalası firmasına aid sivenir stəkannəlbəkinin, 75 manat dəyərində bir komplekt çay servisinin, 50 manat dəyərində özünə məxsus qara rəngli gödəkcənin, 55 manat dəyərində Braun firmasına aid bir ədəd ütünün, hər biri 20 manat dəyərində üç ədəd Tefal firmasına aid tavaların, bir ədəd 40 manat dəyərində peyk antennasının idarə etmə aparatının və 180 manat dəyərində 1.8/2.3 ölçülü xalçanın oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyətzadə küçəsində özünə məxsus "Səfalı" adlı restoranım vardır. Həmin restoranın yanları daş hasar və dəmir barmaqlıqla hasarlanmışdır. Eyni zamanda restoranın qarşısında və həyətində videomüşahidə kameraları qurlaşdırmışdır. Restoran 15 dekabr 2021-ci il tarixədək işlək vəziyyətdə olmaqla icarədə olmuşdur. Həmin tarixdə icarədardan restoranı təhvil alıb qapısını klidləmişdir. Bu müddət ərzində sonuncu dəfə 03 yanvar 2022-ci il tarixdə restoranda olan zaman oğurluq hadisəsi olmasını aşkar etmiş və bu barədə Sabunçu RPİnin 12-ci PŞ- nə müraciət etmişdir. Qeyd olunan oğurluq hadisəsilə bağlı araşdırma aparılmışdır. Bundan başqa həmin müddət ərzində sonuncu dəfə 05 fevral 2022-ci il tarixdə restorana gedib baxan zaman hər hansı bir oğurluq hadisəsi olmadığını aşkar etmişdir. 13 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində isə restorana gedib baxış keçirən zaman restoranın həyətinə giriş hissəsinə qurlaşdırılmış iki ədəd videomüşahidə kameralarının, həmçinin restorana girdikdə köməkçi otağın girişinə qurlaşdırılmış iki ədəd videomüşahidə kameralarının oğurlandığını görmüşdür. Eyni zamanda otağa daxil olduqda ikinci otağın plastik qapısının klid hissəsinin əyilərək açıldığını, otaqda masanın üzərindən bir ədəd DVR aparatının oğurlandığını aşkar etmişdir. Restoranından ümumilikdə 4 ədəd videomüşahidə kameralarının və bir ədəd DVR aparatının oğurlanması nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan vurulmuşdur. Qeyd olunan sonuncu oğurluq hadisəsi 05 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs45 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 41 ünvanda fərdi yaşayış evi vardır. Yaşayış evi hasarlanmış 3 sot torpaq sahəsində 90 kv metr sahədən ibarət olmaqla, 3 otaq, mətbəxdən ibarətdir. Evin giriş qapısı dəmir qapı ilə bağlanır. 30 noyabr 2021-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə yaşadığı evdən çııb, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan oğlunun evinə getmişlər. Gecəni oğlunun evində qaldıqdan sonra səhəri günü saat 14:00 radələrində yaşadığı evə qayıdan zaman evin qonaq otağınını plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığın yerindən çıxarıldığını və pəncərənin çıxarılıb evə daxil olunduğunu görmüşdür. Bundan sonra evə baxdıqda otaqların dağınıq vəziyyətdə olduğunu, evin qonaq otağından bir ədəd 850 manat dəyərində 120 dioqnallı LG markalı televizorun, ümumi dəyəri 500 manat təşkil edən qab-qacaq dəstinin, ümumi dəyəri 300 manat təşkil edən vazalarm, yataq otağından 350 manat dəyərində iki ədəd yataq dəstinin, dolabın içərisindən 2000 manat pulunun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs49 ifadəsində göstərmişdir ki, qardaşı Heydərlə birlikdə ünvan 9 ünvanda "24 Saat Kiosk" mağazasını işlədir. Mağazada olan məhsullar ona məxsusdur, qardaşı əsasən mağazada satıcı kimi işləyir. Mağazanı hər gün saat 23:30 radələrində bağlayıb, saat 09:00 radələrində açır. 25 oktyabr 2021-ci il tarixdə mağazanı axşam saat 23:30 radələrində bağlamışdır. Səhəri günü saat 09:20 radələrində mağazaya yaxınlaşıb jalüzünü açıb mağazaya daxil olduqda görmüşdür ki, mağazanın içərisində şifer qırıntıları var. Həmçinin soyuducuların yerinin dəyişdirildiyini görmüşdür. Bundan sonra mağazaya baxdıqda ona məlum olmuşdur ki, gecə radələrində naməlum şəxs mağazaya tavan hissədən daxil olub mağazanın içərisində siyirtmədə olan 2500 manat nağd pulu və siyirtmənin altında saxladıqları 8 blok ağ rəngli qalın Sobranie, 4 blok ağ rəngli nazik Sobranie, 2 blok göy rəngli qalın Sobranie, 3 blok göy rəngli nazik Sobranie, 17 blok nazik Kent 4, 14 blok boz-göy rəngli Rothmans, 12 blok boz rəngli Vinston markalı siqaretləri və 3 ədəd hər biri 0,7 litirlik "Zolotoe Kolco" markalı araqları oğurlamışdır. Oğurlanmış siqaretlər və araqların ayri-ayrılıqda dəyərlərini tam dəqiq deyə bilmər. Nağd puldan başqa oğurlanmış siqaretlər və araqları ümumi 2054 manata almışdır. Məhkəmə iclasında "xxxx" MMC-in nümayəndəsi və mülki iddiaçı Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Baş vermiş oğurluq nəticəsində MMC-yə 6.992.57 qəpik ziyan dəymişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Məhkəmədən mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs52 göstərmişdir ki, "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin hüquq şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinə məxsus 2 saylı kanalizasiya nasos stansiyalarının istismarı sahəsinin Sabunçu rayonu, Elşən Mehdiyev küçəsinin (qəbristanlığın) yaxınlığından keçən təzyiq xəttinə texniki baxış keçirilən zaman diametri 288 mm olan polietilen borunun 15 pm hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanması aşkar edilmiş və bu barədə "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin rəhbərliyi tərəfindən rəsmi məktubla müraciət edilmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində "xxxx" ASC-nə 748 manat 70 qəpik maddi ziyan vurulmuşdur. Həmin oğurluq hadisəsi 2020-ci ilin may ayının əvvəllərində baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizibəyov küçəsi, ev 179, mənzil 7A-da qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14 saylı evdə ailəsi ilə birlikdə kirayə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində özünə fərdi yaşayış evi tikdirmişdir və həmin evdə təmir işləri gedir. Demək olar ki, hər gün tikdirdiyi evə gedib nəzarət edir. 13 dekabr 2021-ci ildə saat 21:10 radələrində qeyd olunan ünvansız fərdi yaşayış evinə gələn zaman evin zirzəmisinin qapısının qırılmış olduğunu görmüş, bundan sonra evin qapısını açıb evə girdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evə zirzəmisindən daxil olub, evdən 200 manat dəyərində elektriklə işləyən “Bosch” markalı bir ədəd preforator aparatını, hər biri 200 manat olan ümumilikdə 400 manat dəyərində “Bosch” markalı elektriklə işləyən 02 ədəd laqonda aparatını və cəmi 280 manat dəyərində 200 metr uzunluğunda evə çəkilmiş elektrik naqillərini oğurlamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şahid2 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 3, mənzil 2-də usta kimi təmir işlərinə başlamışdır. Təmir işlərini görmək üçün gündəlik həmin mənzilə gedib- gəlmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə axşam radələrində həmin ünvandan çıxıb yaşadığı Lənkəran rayonuna getmişdir. xx.xx.2021-ci il tarixdə günorta radələrində ev sahibi Yeganə xanımla birlikdə qeyd olunan mənzilə baxmaq üçün gələn zaman mənzilin pəəncərəsinin qırıq olduğunu görmüşdür. Bundan sonra Yeganə xanım mənzilin giriş qapısını açarla açmış və mənzilə birlikdə daxil olub baxdıqda məlum olmuşdur ki, mənzildə ona məxsus təmir çantasından 1 ədəd 200 manat dəyərində laqonda, ümumi dəyəri 300 manat olan 2 ədəd drel, 30 manat dəyərində 1 ədəd açar dəsti və 1 ədəd 270 manat dəyərində santexnik ütüsü naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd olunan oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 43 ünvanda yaşamışdır. 2021-ci ilin oktyabr ayının axırlarından yaşadığı binanın pilot layihə üzrə sökülməsi və onlara başqa yerdə ev verilməsi ilə əlaqədar müqavilə imzalanmışdır. 05 noyabr 2021-ci il tarixdə evdən çıxmalı idilər və həmin binanın yerində ev tikilib təhvil verilənə qədər onlara kirayə pulu verilməlidir. Buna görə də, evin əşyalarını başqa yerə daşıdıb aparmışdır. Lakin, bəzi əşyalar mənzildə qalmışdır. Həmin mənzildə sonuncu dəfə 01 noyabr 2021-ci il saat 18:00 radələrində olmuşlar. 02 noyabr 2021-ci il saat 10:00 radələrində mənzilə gələn zaman bir ədəd 1500 manat dəyərində kombi aparatının, bir ədəd 50 manat dəyərində su nasosu və bir ədəd 80 manat dəyərində qızdırıcının oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 01 may 2021-ci il tarixdə saat 13 radələrində arvadı və uşaqları rəfiqəsi ilə birlikdə dirnaq ustasına getmiş, özü isə həmin günü saat 13:30 radələrində kompyüter almaq üçün “Gənclik” metrostansiyasınm yaxınlığına getmişdir. X21 isə saat 15:35 radələrində evdən çıxaraq xəstə ziyarətinə getmişdir. Həmin gün saat 18:25-radələrində arvadı Muradi Sara ona zəng edərək evdən oğurluq olduğunu bildirmiş, dərhal evə gəldikdə görmüşdür ki, evdə yataq otağında şkafın içərisindən ona məxsus 1000 manat pul və ümumi dəyəri 200 manat olan ədəd namaz qılmaq üçün dini xalça oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi 235 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Lakin, hal-hazırda oğluna məxsus evdə yaşayır. Bir neçə gündən bir həmin evə gedib baş çəkir. 19 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində həmin ona məxsus Sabunçu qəsəbəsi, Natəvan küçəsi 235 ünvanında yerləşən fərdi yaşayış evinə baxmaq üçün getdikdə evin həyətindəki qarajın qapısının kilidinin sındırıldığını görmüş, bundan sonra qaraja baxdıqda oradan 1 ədəd 50 manat dəyərində elektrik samovarının, 1 ədəd 30 manat dəyərində drelin, 1 ədəd 50 manat dəyərində laqondanın, 20 manat dəyərində yiv açan alətin, 300 manat dəyərində dondurma soyuducusunun və 90 manat dəyərində bir top 50 metr uzunluğunda elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 15 mart 2021-ci il tarixdə səhər saat 09:00 radələrində qeyd olunan yaşayış evindən çıxıb işə getmişdir. Ailə üzvləri isə bir neçə gün əvvəl qardaşıgilə qonaq getmişdirlər. Həmin günü axşam saat 19:30 radələrində yaşadığı evə gələndə görmüşdür ki, evinin mətbəxinin taxta pəncərəsi qırılmış vəziyyətdədir. Bundan sonra evə daxil olduqda görmüşdür ki, qonaq otağında televizor üçün divarda hazırlanmış qurğunun üzərində olan 500 manat nağd pulu, içərisində 1500 manat nağd pul olan Kapital banka aid bir bank kartı və içərisində hər hansı bir məbləğdə pul olmayan Paşa banka aid bank kartı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 58 ünvanda yerləşən apteki işlədir. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində aptekdə markasını bilmədiyi noutbukdan istifadə etdikdən sonra aptekin qarşısında saxladığı özünə məxsus Toyota Prado markalı **-ZO-*** qeydiyyat nişanlı avtomobilə notubuku qoyub Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Axundzadə küçəsi 6/8 ünvanda yaşayan tanışının evinə getmişdir. Təxminən 10 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Y.Axundzadə 6/8 ünvana qeyd olunan iidarə etdiyi avtomobillə çatıb tanışının mənzilinə çıxmışdır. Lakin, avtomobilin qapısını kilidləyib yaxud kilidləmədiyini xatırlamır. Təxminən bir iki saat tanışının mənzilində olduqdan sonra saat 01:00 radələrində avtomobilinə əyləşib yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi 22 saylı binanın qarşısına çatıb avtomobilində noutbuku götürmək istədikdə noutbukun avtomobildə olmadığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni tikilidə ona məxsus fərdi yaşayış evi vardır. Qış fəsli olduğu üçün təxminən iki aya yaxın müddətdir ki, ailəsi ilə birlikdə ünvan 45 ünvanında yerləşən evində yaşamışdır. Təxminən 10 gündən bir Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən evə gedib baş çəkmişdir. 27 dekabr 2021-ci il tarixdə saat 17:13 radələrində qonşusu onunla telefon əlaqəsi saxlayaraq ona məxsus fərdi yaşayış evindən səs-küy gəldiyini demiş, dərhal qeyd olunan evə getmiş və naməlum şəxs tərəfindən evin pəncərəsinin dəmir barmaqlığının sındırdığını görmüşdür. Evə daxil olub baxış keçirən zaman bir ədəd 70 manat dəyərində içərisində mobil nömrə olmayan və markasını xatırlamadığı mobil telefon, 300 manat dəyərində bir ədəd “LG” markalı televizorun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saat təxminən 20-21 radələri arasında qeyd olunan avtomobili yaşadığı ünvan 46 ünvanın qarşısında küçədə saxlayıb yaşadığı evə girmişdir. Səhəri günü saat 08:30 radələrində işə getmək üçün küçəyə çıxıb avtomobilinə yaxınlaşdıqda görmüşdür ki, avtomobilinin arxa sol yan şüşəsi sındırılıbdır. Bundan sonra avtomobilə baxanda görmüşdür ki, naməlum şəxs tərəfindən avtomobilindən 1 ədəd 100 manat dəyərində "Charles-keith" markalı, cəmi 170 manat dəyərində 2 ədəd "Pierre Cardin" markalı, 100 manat dəyərində 1 ədəd "Derimond" markalı çiyin çantları, 40 manat dəyərində əl çantası, əl çantasının içərisindən 100 manat dəyərində "Christian Dior" markalı ətiri, 30 manat dəyərində müxtəlif növ kosmetika əşyaları, 60 manat dəyərində bir cüt ayaqqabı və içərisində hər hansı bir məbləğdə pul olmayan "Yapı Kredi" və "Rabitə bank" bank kartları oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsində, gölün kənarında ev işna etdirmək üçün 2 sot torpaq sahəsi almışdır. Həmin vaxtdan da qeyd etdiyi torpaq sahəsində iki mərtəbəli ev inşa etdirmişdir. Evin birinci mərtəbəsində qonaq otağı, mətbəx və sanitar qovşağı, ikinci mərtəbəsində isə 3 yataq otağı və sanitar qovşağı yerləşir. Hazırda evin tikinti işləri başa çatmışdır, dam örtüyü vurulmuşdur, qapı və pəncərələri salınmışdır, təmir işləri aparılır. Yaşadığı evi satdığına görə özünə məxsus bəzi ev əşyalarını gətirib qeyd etdiyi evə yığmışdır. 14 dekabr 2021-ci il tarixdə saat 17 radələrində ustalar təmir işlərini başa vurduqdan sonra evin qapı və pəncərələrini bağlayıb getmişdir. 17 dekabr 2021-ci il tarixdə saat 11 radələrində evdə təmir işləri aparılması üçün həmin evə gəlib evə daxil olanda qonaq otağının plastikdən hazırlanmış pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evin ikinci mərtəbəsinə qalxıb baxdıqda 1 ədəd 150 manat dəyərində tozsoran, 150 manat dəyərində dəqiq uzunluğunu bilmədiyi plastik kanalizasiya boruları, 30 manat dəyərində 10 kiloqram mismar, 1 ədəd 20 manat dəyərində qaz sobası, cəmi dəyəri 150 manat olan 8 ədəd dəmir boru, cəmi dəyəri 30 manat olan 50 metr elektrik naqili və cəmi dəyəri 50 manat olan mişar, vintaçan və dəqiq sayını bilmədiyi təmir açarlarının yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 31 mart 2019-cu il tarixdə saat 09 radələrində oğluna məxsus tikdirməkdə olduğu evə baxmağa gələn zaman görmüşdür ki, evin pəncərəsinin dəmir barmaqlığı qırılıbdır. Həmçinin evə girib baxan zaman məlum olmuşdur ki, evdən ümumi dəyəri 90 manat olan 3 ədəd drel, 50 manat dəyərində 1 ədəd laqonda, 100 manat dəyərində dəqiq uzunluğunu bilmədiyi elektrik naqili, ümumi dəyəri 45 manat olan 3 ədəd elektrik uzadıcıları və 115 manat dəyərində bir ədəd su nasosu naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd etdiyi həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 09:00 radələrində evdə təmir işləri aparan ustalar tərəfindən ona zəng edilib evdən oğurluq olması barədə məlumar verilmişdir. Bundan sonra həmin ünvana gəldikdə evin plastik pəncərəsinin açılıb evə daxil olunub naməlum şəxs tərəfindən evdə olan əşyalar oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə səhər radələrində arvadı və qayınansı İradə Lənkəran rayonuna toya getmişlər. Özü isə həmin günü saat 09 radələrində işdən icazə ala bilmədiyi üçün və evdə tək qalmamaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan xalasının evinə getmişdir. 28 noyabr 2021-ci il tarixdə günorta radələrində evə qayıdan zaman evin giriş qapısının yanında yerləşən plastik pəncərənin üzərində olan dəmir barmaqlığın sındırıldığını, giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, evin içərisinə daxil olduqda bir ədəd 200 manat dəyərində “Samsung” markalı televizorun və bir ədəd 400 manat dəyərində “HP” markalı notebookun oğurlandığını aşkar etmişdir. Bundan sonra arvadı Rəmaləyə və qayınanası İradəyə məlumat vermiş, həmin zaman onlar bildirmişlər ki, evdə qayınanası İradənin çantasının içərisində 1000 manat pul olmalıdır. Həmin vaxt həmin çantanı tapmış və içərisinə baxdıqda görmüşdür ki, çantanın içərisindən qayınanası İradəyə məxsus 1000 manat pul oğurlanmışdır. Qeyd etdiyi həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Yaşadığı evdən oğurluq hadisəsi 26 noyabr 2021-ci il tarixdən 28 noyabr 2021-ci il tarixə qədər olan müddətdə baş vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində qayınatasının onlara verdiyi həmin mənzilə getmiş, evi yığışdırdıqdan sonra evin qapısını və pəncərəsini bağlayıb çıxmışdır. xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə qayınatasının onlara verdiyi həmin evə köçməli idilər, bu məqsədlə həmin günü təxminən saat 14:00 radələrində qeyd olunan mənzilə getdikdə giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, evə daxil olduqda evin mətbəxində olan 400 manat dəyərində bir ədəd qaz sobasının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 Yaqub oğlu ifadəsində göstərmişdir ki, 02 dekabr 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus həmin ofisə gedən zaman naməlum şəxslərin ofisin çöl tərəfdən arxa hissəsində divara bərkidilmiş 1 ədəd 600 manat dəyərində “Samsung” markalı kondisionerin mator hissəsinin oğurladığını aşkar etmişdir. Bundan sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat səhər radələrində atası Vahid zəng vurub bildirmişdir ki, ona məxsus evdən ona məxsus 200 metr elektrik naqilləri, 1 ədəd Bosh markalı laqonda, hamam aksesuarları, 1 ədəd deşici preparator və tikinti alətlərinin oğurlandığını aşkar edibdir. Bundan sonra işi olduğuna görə oğurluq barədə müraciətləri etməsini atasına həvalə etmişdir.Oğurlanmış əmlak ona məxsusdur. Həmin əşyaların alınması üçün lazım pulları atasına özü vermişdir. Oğurlanmış 200 metr elektrik naqillərinin dəyəri 111 manat, 1 ədəd Bosh markalı laqondanın dəyəri 60 manat, dəqiq adlarını bilmədiyi hamam aksesuarlarının dəyəri 40 manat, 1 ədəd deşici preparatorun dəyəri 60 manat, dəqiq adlarını və saylarmı bilmədiyi müxtəlif növ tikinti alətlərinin dəyəri 40 manat təşkil edir, yəni oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 311 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 09:00 radələrində işləmək üçün qeyd olunan ünvana gəldikdə görmüşdür ki, evin plastik pəncərəsi açıqdır. Bundan sonra evə daxil olduqda müəyyən etmişdir ki, evdən ona məxsus bir ədəd 300 manat dəyərində lazer aparatı, ümumi dəyəri 300 manat olan 4 top elektrik naqilləri və 400 manat dəyərində prefarator naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra ev sahibi Nəbiyə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qeyd olunan avtoyuma məntəqəsinin yanındakı tikilidə olmuşdur. Gecə saat 02:10 radələrinədək oyaq olmuş və məntəqəyə nəzarət etdikdə avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş böyük ölçülü mühərrikli aparat orada idi. Bundan sonra məntəqənin yanındakı tikiliyə girmiş və yuxuya getmişdir. Təxminən iki saat sonra durub məntəqəyə baxdıqda görmüşdür ki, məntəqədə avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş böyük ölçülü, altı təkərli mühərrikli aparat naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd olunan aparatın markasını bilmir, dəyəri 2000 manatdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.B.Vəzirov küçəsində nömrəsiz ünvanda ona məxsus yeni tikilmiş fərdi yaşayış evi vardır. Həmin evin tikintisi və təmiri tam başa çatmamışdır. Axırıncı dəfə qeyd olunan evdə 07 yanvar 2022-ci il tarixdə olmuşdur. Həmin vaxt evdə heç bir oğurluq hadisəsi baş verməmişdir. 08 yanvar 2022-ci il tarixdə səhər saatlarında evə baxan zaman görmüşdür ki, evdən ümumi dəyəri 48 manat olan 12 ədəd elektrik avtomatı, ümumi dəyəri 360 manat olan 320 metr uzunluqda elektrik naqili, bir ədəd 60 manat dəyərində taxta kəsən aparat, ümumi dəyəri 50 manat olan iki ədəd elektrik uzadıcısı, bir ədəd 50 manat dəyərində elektrik dreli, ümumi dəyəri 10 manat olan iki ədəd metrə, 25 manat dəyərində 50 metr uzunluqda antena kabeli və ümumi dəyəri 10 manat olan iki ədəd çəkicinin oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında olan mebel sexinə gəlmiş və özünə məxsus “Mersedes E 300” markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilimi dəmir yolu xəttinin yanında saxlamışdır. Həmin vaxt az əvvəl avtomobilindən düşürdüyü tanışı Aytənə aldığı çanta və içərisində qoyduğu qızıllar və pullar isə avtomobilində qabaq oturacaqda idi. Təxminən 15 dəqiqə sonra geri qayıtdıqda avtomobilin qabaq sağ tərəf şüşəsinin sındırıldığını görmüş, avtomobilə əyləşən zaman qabaq sağ oturacaqda olan əl çantasının oğurlandığını aşkar etmişdir. Həmin əl çantasının içərisində 500 manat nağd pul, Kapital banka aid içərisində hər hansı məbləğdə pul olmayan bank kartı, 250 manat dəyərində üzərində "A" hərfi olan 3 qram çəkidə bir ədəd qızıl boyunbağı və 1.5 qram çəkidə 100 manat dəyərində qızıl üzük var idi. Əl çantası isə 50 manat dəyərində idi. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 900 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış əl çantasını və içərisində olan qızıl-ziynət əşyalarını tanışı Aytənə almışdır ki, səhəri günü ona hədiyyə olaraq verəcəkdi. Belə ki, həmin günü Aytənlə gəzərkən Aytən həmin əl çantası ilə qızılları bəyənmişdi. Özü də ondan xəlbət həmin əl çantası ilə qızılları almışdır ki, ona səhəri günü sürpriz etsin. Aytəni Bakıxanov qəsəbəsində avtomobildən düşürdükdən sonra gedib həmin əl çantası ilə qızılları almışdır. Əl çantasının içərisində şəxsiyyət vəsiqəsi olmayıbdır. 500 manat nağd pulla bank kartını isə çantaya qoymuşdur ki, cibindən və s. yerdən düşüb itməsin. Oğurlanmış əl çantası və içərisində olan 500 manat pul, qızıl əşyaları və kart özü məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, 14 dekabr 2021-ci il tarixdə səhər saatlarında anası xəstə olduğu üçün ailə üzvləri ilə birlikdə ona baş çəkmək məqsədi ilə Ağstafa rayonu, Dağ Kəsəmən kəndinə getmişlər. 20 dekabr 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə qayıtmış və evə baxdıqda görmüşdür ki, evin həyətində olan anbar kimi istifadə olunan otaqdan özünə məxsus bir ədəd 100 manat dəyərində ət çəkən maşının, ümumi dəyəri 200 manat olan müxtəlif növ qab-qacaqlar və qazanların oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, 05 dekabr 2021-ci il tarixdə arvadı X7 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan qızım Turanənin yaşadığı evə qonaq getmişdir. 08 dekabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evə gəlmiş və bütün günü evdə olmuşdur. 09 dekabr 2021-ci il tarixdə saat 07:15 radələrində yaşadığı evdən çıxıb işə getmişdir. Həmin günü saat 11 radələrində yenidən evə qayıtmış və baxdıqda evin arxa tərəfində olan plastikdən hazırlanmış pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuş və evdə olan əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb evdən oğurluq hadisəsi baş verməsindən şübhələnmişdir. Bundan sonra özünə məxsus əşyaların yerində olub- olmamasını yoxlamış və məlum olmuşdur ki, naməlum şəxs evdə olan ona məxsus 470 manat pulu və 1 ədəd 50 manat dəyərində direli oğurlamışdır. Ona görə də özünə məxsus mobil telefonla DİN-in 102 xidmətinə zəng edib, baş vermiş hadisə barədə məlumat vermiş və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlmiş və özü də hadisə barədə onlara məlumat verdikdən sonra polis əməkdaşları yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 520 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, qayınanası X15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində "Pətək market" in yaxınlığında torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin yanları daş hasardan hörülmüşdür, həmçinin giriş qapısı dəmir darvazadır. Təxminən bir il əvvəl qayınatası Məhiyəddin orada tikinti işləri aparmağa başlamışdır. Lakin, sonradan sənəd işlərində problem yarandığından, tikinti işini dayandırmışdır. Daha sonra qaymatasıgil həmin torpaq sahəsini və içərisində olan tikinti materiallarını ona və həyat yoldaşına vermişdirlər. Özü də orada fərdi yaşayış evi tikdirmək üçün az-az bir neçə kub taxta gətirib qoymuşdur. Həmin yerə hərdən nəzarət etməsi üçün qonşuluqda yaşayan Orxan adı şəxsdən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə axşam radələrində Orxan ona zəng vurub ona məxsus torpaq sahəsindən bəzi tikinti materiallarının oğurlanmasından şübhələndiyini bildirmişdir. Ona da, bu barədə məlumatı atasının verdiyini, özünün isə bayramla əlaqədar rayonda olduğunu demişdir. Bundan sonra gedib həmin torpaq sahəsinə baxdıqda görmüşdür ki, torpaq sahəsindən ona məxsus ümumi dəyəri 900 manat olan 3 kub taxta və 100 manat dəyərində bir ədəd əl arabası naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Lakin, digər tikinti materialları yerində idi. Bundan sonra bu barədə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində yenidən həmin torpaq sahəsinə baxmağa gedəndə görmüşdür ki, 700 manat dəyərində 15 ədəd 6 metrlik beton tökmək üçün taxta qəlblər də oğurlanmışdır. Birinci dəfə oğurluq hadisəsini aşkar etməzdən əvvəl sonuncu dəfə həmin torpaq sahəsinə təxminən xx.xx.2021-ci il tarixdə gedib baş çəkmişdir və hər hansı bir oğurluq hadisəsi olmasını aşkar etməmişdir. Qeyd olunan torpaq sahəsi sənəd üzərində qayınanasına məxsus olsa da, sonradan həmin torpaq sahəsi qayınanası və qayınatasının birgə razılıqları ilə ona və həyat yoldaşına verilmişdir. Qeyd olunan oğurlanmış tikinti materiallarını da özü öz vəsaiti ilə alıb həmin torpaq sahəsinə qoymuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, Gecə saatlarında avtomobilini yaşadığı binanın qarşısında açıq həyətdə saxlayır. 24 yanvar 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus qeyd olunan həmin avtomobili yaşdığı binanın qarşısında həyətdə saxlamış, qapı və pəncərələrini bağlayıb yaşadığı mənzilə getmişdir. Səhəri günü, yəni 15 yanvar 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb özünə məxsus avtomobilə yaxınlaşmış və avtomobili işə salanda görmüşdür ki, avtomobildən bərk səs çıxır. Bundan sonra avtomobildən düşüb altına baxan zaman görmüşdür ki, avtomobilin səs boğucusu naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd etdiyi oğurluq hadisəsi nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 ifadəsində göstərmişdir ki, 28 noyabr 2021-ci il tarixdə həmin evə baxmaq üçün gələn zaman evin giriş qapısının yanındakı ağ rəngli plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evin qapısını açarla açıb içəri daxil olduqda görmüşdür ki, ümumi dəyəri 300 manat olan 2 ədəd Ariston markalı 32 litr tutumlu su qızdırıcıları, 1 ədəd 30 manat dəyərində elektriklə çalışan “Tefal” markalı su çaydanı, 1 ədəd 30 manat dəyərində sok çəkən aparat, 1 ədəd 50 manat dəyərində elektriklə çalışan isidici, 1 ədəd 75 manat dəyərində 4 gözlü qaz sobası, 1 ədəd 55 manat dəyərində 4 gözlü elektrik sobası, 1 ədəd 60 manat dəyərində yağ ilə çalışan radiator, 1 ədəd 200 manat dəyərində ağ rəngli paltaryuyan maşının oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə səhər radələrində həyat yoldaşı və özü evdən çıxıb işə getmiş, övladları isə məktəbdə olmuşdur. Həmin günü saat 12:00 radələrində 2009-cu il təvəllüdlü oğlu Nurlan məktbədən yaşadıqları evə gələn zaman evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, dərhal bu barədə ona məlumat vermişdir. Ona görə də dərhal yaşadığı evə gəlmiş və evə baxdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər daş hasardan həyətə keçmiş, sonra pəncərədən evə daxil olub evdə qonaq otağında masanın üzərində olan 300 manat dəyərində bir ədəd Lenova markalı noutbuku və yataq otağından ümumi dəyəri 1000 manat olan bir cüt ağ qaşlı qızıl sırğanı və bir ədəd qızıl qolbağı oğurlamışlar. Ona görə də Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1300 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 oğlu ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində ünvansız fərdi yaşayış evinin həyətinin yanları açıq vəziyyətdədir. Evin qarşısında yanları bağlı vəziyyətdə olan toyuq hini, evin yaxınlığında isə sex vardır. Toyuq hinində hind quşları və toyuqlara baxırlar. xx.xx.2021-ci il tarixdə səhər radələrində həyat yoldaşı ilə birlikdə evinin yaxınlığında özlərinə məxsus olan sexə baxan zaman sexin dəmir barmaqlıqlarından olan ön qapısının klidinin açıldığını, həmçinin giriş plastik qapısının korpusundan çıxarıldığını, sexə girdikdə isə ona məxsus 2000 manat dəyərində bir ədəd markasını bilmədiyi generatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər. Həmin vaxt fikirləşmişlər ki, bu barədə heç bir yerə müraciət etməsinlər, ola bilsin ki, oğurluq edən şəxsi özləri tapa biləcəkdir. Lakin, xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində uşaqlarını baxçadan gətirdikdən sonra toyuq hininə girdikdə 30 ədəd toyuqların və 6 ədəd hind quşlarının oğurlandığını aşkar etmiş, bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra isə 12-ci PŞ-nə gedib oğurluq barədə ərizə və izahat yazmışdır. Sexdən bir ədəd generator xx.xx.2021-ci il tarixdə saat 22 radələrindən xx.xx.2021-ci il tarix saat 09 radələrinədək olan müddət ərzində oğurlanmışdır. Toyuqları və hind quşları isə xx.xx.2021-ci il tarixdə saat 15 radələrindən saat 19 radələrinədək olan müddət ərzində oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs42 Vəliyyəddin qızı ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə günorta saatlarında qeyd olunan evə nəzarət etmək üçün getmiş və həmin zaman görmüşdür ki, metal və taxta konstruksiyalar sökülərək oğurlanmışdır. Ona görə də DİN-in 102 xidmətinə məlumat vermiş, həmçinin Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 4000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə özünə "Toyota Prado LC 150" markalı **-XS-*** qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili adətən yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan "Toyota Prado LC 150" markalı **-XS-*** qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Hərbi Akademiyaya adətən dostunun avtomobili ilə gedib-gəldiyindən, öz avtomobilini idarə etmirdi. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində avtomobilindən istifadə etmək üçün avtomobilə əyləşib işə salmaq istəyən zaman avtomobil işə düşməmiş, bundan sonra avtomobilin matorxanasına baxdıqda görmüşdür ki, matorxananın alt hissəsinə yağ tökülmüşdür. Daha sonra avtomobilin alt hissəsinə baxmış və avtomobilin mühərrik hissəsinə birləşən səs boğucusunun (katalizator), sürətlər qutusu daçikinin, eləcə də, avtomobilin alt hissəsində olan başqa iki ədəd daçiklərin sökülərək oğurlandığını aşkar etmişdir. Həmin ehtiyyat hissələrinin qiyməti ilə maraqlandıqda məlum olmuşdur ki, ona hadisə nəticəsində 8.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs44 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 6-cı Mədən küçəsində nömrəsiz ünvanda yerləşən evinin qarşısında küçədə Toyota Pirus markalı **-XP-*** qeydiyyat nişanlı avtomobilini saxlayıb yaşadığı evə girmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:45 radələrində yaşadığı evdən çıxıb Toyota Pirus markalı 99- XP-645 qeydiyyat nişanlı avtomobilinə yaxınlaşıdıqda avtomobilinin üzərində olan cəmi 750 manat dəyərində 04 ədəd təkər və diskilərinin oğurlandığını, avtomobilinin daşlar üzərində olduğunu aşkar etmtişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan anası Arifənin evinə getmiş, gecəni anasının evində qalıb səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evə qayıtmışdır. Evə gəldikdə dəmir darvazanın və evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evə daxil olub baxdıqda evdən 01 ədəd 300 manat dəyərində Samsung markalı televizorun və yataq otağından döyşəyin altından 350 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Hadisə nəəticəsində ona 650 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs47 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində oğlu Araz Məmmədlinin nişan mərasimi ilə bağlı Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən qudalarının evinə getmişdir. Həmin günü saaat 21 radələrində evə qayıtmışlar. Səhəri günü arvadı Cəmilə Hacıyeva boyunbağı və qol saatının yerində olmadığını bildirmiş, həmin zaman ona evi yaxşı axtarmasını bildirmişdir. Həmin günü saat 17 radələrində arvadı Cəmilə ona bildirmişdir ki, evdə olan bir cüt sırğa yoxdur. Həmin vaxt artıq bir gün əvvəl evdə olmadıqları müddət ərzində evlərindən oğurluq olmasını anlamışdır. Naməlum şəxs və ya şəxslər evdə yataq otağında yataq dəstinin altından 10.000 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağını, 01 ədəd 3.000 manat dəyərində qadın üçün qızıl qol saatını və 01 cüt 2.000 manat dəyərində qadın üçün qızıl sırğanı oğurlamışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs48 ifadəsində göstərmişdir ki, özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Note 10S" markalı mobil telefonu yaxşı işləmədiyi üçün xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində yerləşən World Telekom mağazasına ustaya aparmış, lakin mağazada işləyən satıcı mağazada telefon təmiri olmadığını bildirdiyi üçün telefonu başqa ünvana aparmışdır. Bundan sonra mağazadan çıxıb içərisində azyaşlı nəvəsi olan arabanı sürərək Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 23 saylı binanın yaxınlığında yerləşən "Bizim market" in qarşısına gəlmiş, meyvələrə baxarkən alış-veriş etmək istədikdə nəvəsi arabada ondan bir qədər kənarda qalmış, alışveriş etdikdən sonra arabaya yaxınlaşan zaman arabada qoyduğu özünə məxsus olan üzərində ***-***-**-** saylı mobil nömrə olan "Redmi Note 10S" markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. Telefonunun üzərində olan mobil nömrənin dəyəri 15 manat, mobil telefon isə 819 manat dəyərində olmaqla, oğurluq nəticəsində ona ümumilikdə 834 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs50 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz ünvanda fərdi yaşayış evi vardır. 28 dekabr 2021-ci il tarixdə arvadı ilə birlikdə Gədəbəy rayonuna getmişdir. 11 yanvar 2022-ci il tarixdə saat 22 radələrində qonşuluqda yaşayan adını bilmədiyi şəxs ona zəng edərək evinin qapısının açıq olduğunu və pəncərənin dəmir barmaqlığının sındırıldığını bildirmişdir. Həmin vaxt xalası oğlu X11 zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, bundan sonra Səddam onun yaşadığı ünvana gedərək evdən oğurluq hadisəsi olduğunu aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. 12 yanvar 2022-ci il tarixdə evinə gələn zaman görmüşdür ki, naməlum şəxs evinin həyətinə giriş qapısının qıfılını sındırmış, sonra evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı qırıb evə daxil olmuşdur. Evə baxdıqda evdən 30 manat qəpik pullarının, 1 ədəd 300 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 1900 manat dəyərində HP markalı kompyuterin, 1 ədəd 200 manat dəyərində Vivo markalı planşetin və evin həyətində divara bərkidilmiş 1 ədəd 1300 manat dəyərində kombi aparatının oğurlandığını müəyyən etmişdir. Ona görə də Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyi həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3730 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs51 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə saat 23 radələrində köşkün giriş qapısını bağlayıb yaşadığı evə getmişdir. Səhəri günü, yəni 29 mart 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb işlədiyi köşkə getmiş və baxdıqda köşkün qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt köşkdən oğurluq hadisəsi baş verməsindən şübhələnib içəri keçib özünə məxsus siqaretlərin, həmçinin digər əmlakın yerində olub-olmamasını yoxladıqda məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər köşkdən cəmi dəyəri 170 manat olan 50 ədəd müxtəlif adda siqaretləri və cəmi dəyəri 30 manat olan 30 ədəd “Hell” adlı energetik içkilərini oğurlamışdır. Ona görə də, baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş və Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş yuxarıda qeyd ediyi oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 200 manat ziyan dəymişdir. 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərkən həyəcanlı olduğundan, həmçinin dəqiq hesablama aparmadığından ona dəymiş ziyanın məbləğini səhvən 600 manat bildirmişdir. Lakin, hazırkı ifadəsində göstərdikləri tamamilə doğrudur. Belə ki, baş vermiş yuxarıda qeyd etdiyi hadisə nəticəsində ona ümumilikdə 200 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı evin qapı və pəncərələrini bağlayıb yatmışdır. 15 iyun 2021-ci il tarixə keçən gecə saat 05:00 radələrində yuxudan oyanmış və baxıdqda evin yataq otağının plastikdən hazırlanmış pəncərəsinin yarım-açılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı evdən oğurluq hadisəsi baş verməsindən şübhələnmişdir. Ona görə də evdə olan özünə məxsus əşyaların yerində olmasını yoxlamışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, evin yataq otağında saxladığı özümə məxsus 800 manat pul, 1 ədəd 200 manat dəyərində qızıl üzük və 1 cüt 200 manat dəyərində qızıl sırğa yerində yoxdur, yəni naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd etdiyi həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs53 göstərmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC-də iş icraçısı işləyir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2021-ci ilin noyabr-dekabr ayları ərzində Sabunçu rayon ərazisində yollarda olan suötürücü dəmir barmaqlıqların oğurlanması faktı ilə bağlı müraciəti əsasında zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi qismində iştirak etməyi üçün ona etibarnamə verilmişdir. Qeyd olunan oğurluq faktı ilə bağlı əvvəllər izahat vermişdir. Belə ki, iş icraçısı işlədiyi 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC yolların təmirinə və istismarına xidmət edir. 2021-ci ilin noyabr-dekabr ayları ərzində Sabunçu rayonu ərazisində yollarda olan bir neçə ədəd suötürücü barmaqlıqların oğurlandığını aşkar etmişlər. Bundan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilmişdir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində 1 ədəd, Ruhulla Axundov küçəsində 2 ədəd, Yavər Əliyev küçəsində 4 ədəd, Əhmədbəy Ağayev küçəsində 1 ədəd, Sabunçu qəsəbəsinin Asif Abdullayev küçəsində 3 ədəd, 2 Aprel küçəsində 2 ədəd, Şəhər şossesi küçəsində 7 ədəd, Zabrat-Maştağa yolunda 6 ədəd, Zabrat qəsəbəsinin Nərimanov küçəsində 1 ədəd, ümumilikdə 27 ədəd suötürücü dəmir barmaqlıqlar oğurlanmışdır. Oğurlanmış suötürücü dəmir barmaqlığın hər birinin dəyəri 140 manat olmaqla, ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3780 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat 11:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən bağlar sahəsindəki "xxxx" MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində, 455 saylı ATS-ə məxsus dirəklərdən 145 metr uzunluğunda TPP 100x2 markalı asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alət vasitəsilə kəsilərək oğurlanmasını müəyyən etmiş, ona görə də Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Qeyd etdiyi kabelin oğurlanması nəticəsində "xxxx" MMC-nə 842 manat 45 qəpik ziyan dəymişdir. Bundan başqa, 08 noyabr 2021-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, R.Salmanov küçəsində "xxxx" MMC- nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində, 455 saylı ATS-ə məxsus dirəklərdən 220 metr uzunluğunda TPP 30x2 markalı asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alət vasitəsilə kəsilərək oğurlanmasını müəyyən etmiş, ona görə də Sabunçu rayon Polis İdarəsinin 14cü polis bölməsinə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Qeyd etdiyi kabelin oğurlanması nəticəsində "xxxx" MMC-nə 589 manat 60 qəpik ziyan dəymişdir. Bundan başqa, 10 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X37 küçəsində "xxxx" MMCnin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisində, 455 saylı ATS-ə məxsus dirəklərdən 76 metr uzunluğunda TPP 100x2 markalı asma rabitə kabelinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsici alət vasitəsilə kəsilərək oğurlanmasını müəyyən etmiş, ona görə də Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Qeyd etdiyim kabelin oğurlanması nəticəsində "xxxx" MMC-nə 441 manat 56 qəpik ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Qabil gələndə sonuncu ilə birlikdə günorta radələrində mənzilə baxmağa getmiş, yaxınlaşanda görmüşdür ki, mənzilin pəncərəsi qırılıbdır, bundan sonra giriş qapısını açarla açıb mənzilə daxil olmuşlar. Qabil mənzilə baxdıqda bildirmişdir ki, təmir çantasında olan təmir alətləri oğurlanmışdır. Sonradan özü də baxıb görmüşdür ki, mənzilinin su sayğacı yoxdur. Lakin, bu barədə Qabilə heç nə deməmişdir. Elə güman etmişdir ki, su sayğacı oğurlanmışdır. Qabil və özü ayrı-ayrılıqda Sabunçu RPİ-nin 13-cü PB-nə gedib ərizə yazıb izahat vermişlər. Sonradan Qabilə su sayğacının oğurlanması barədə müraciət etdiyini bildirdikdə sonuncu ona bildirmişdir ki, su sayğacı oğurlanmayıbdır, özü təmirə başlayanda təmirlə bağlı açmışdır. Qabil su sayğacını ona təqdim etmişdir. Həmin mənzildən su sayğacı və ümumiyyətlə ona məxsus heç nə oğurlanmamışdır. Ona görə də, heç kəsdən heç bir şikayət və tələbi yoxdur. Yalnız Qabilə məxsus təmir alətləri oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 yanvar 2022- ci il tarixdə saat 18:00 radələrinədək qeyd etdiyi evdə olmuş və ustalar işlərini yekunlaşdırıb getdikdən sonra evin qapı və pəncərələrini bağlayıb oradan uzaqlaşmışdır. 08 yanvar 2022-ci il tarixdə saat 09:00 radələrində həmin evə getdikdə evin arxa hissəsindəki pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, həmin vaxtı evdən oğurluq hadisəsi baş verməsindən şübhələnmiş və baxdıqda evin giriş hissəsində olan 200 metr elektrik naqilləri, 1 ədəd Bosh markalı laqonda, hamam aksesuarları, 1 ədəd deşici preparator və tikinti alətlərinin yerində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra oğlu Elşada zəng vurub məlumat vermiş, oğlu Elşadın da işi ilə bağlı olaraq, müvafiq orqanlara onun müraciət etməyini bildirmişdir. Hadisə nəticəsində oğlu Elşada ümumilikdə 311 manat ziyan dəymişdir. Oğurluq baş vermiş ev və oğurlanmış əşyalar oğlu Elşada məxsusdur. Oğlu Elşadın vaxtı olmadığı üçün həmin evin təmir tikintisinin aparılmasını ona tapşırmışdır. Lazım olan əşyaların və ləvazimatların alınması üçün müəyyən məbləğdə pulları ona verir və özü də həmin pulları oğlunun evinin təmir tikintisi üçün xərcləyir. Oğurlanmış 200 metr elektrik naqillərinin dəyəri 111 manat, 1 ədəd Bosh markalı laqondanın dəyəri 60 manat, dəqiq adlarını bilmədiyi hamam aksesuarlarmın dəyəri 40 manat, 1 ədəd deşici preparatorun dəyəri 60 manat və dəqiq adlarını və saylarım bilmədiyi müxtəlif növ tikinti alətlərinin dəyəri 40 manat təşkil edir. Yəni, oğurluq hadisəsi nəticəsində oğlu Elşada ümumilikdə 311 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 50 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə təmir tikinti işləri getdiyi üçün hər hansı bir yaşayış yoxdur. Qeyd olunan ünvanda təmir tikinti işlərini görməsini qohumu usta işləyən Zərərçəkmiş şəxs29 həvalə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər radələrində İlqar ona zəng vurub evdən ona məxsus təmir tikinti alətlərinin oğurlandığını bildirmişdir. Bundan sonra abu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Qeyd olunan ünvan ona məxsus olsa da, oğurlanmış əşyalar İlqara məxsusdur. Hadisə nəticəsində ona hər hansı bir məbləğdə ziyan dəyməyibdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Sabunçu bazarının çox yaxınlığında olan yaşadığı ünvanda özünə məxsus metal qəbulu məntəqəsi vardır. Həmin məntəqədə metal alış verişi ilə məşğul olur. Hərdən özü olmayanda oğlu Pənah da mənə köməklik edir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Samir ona bir neçə dəfə müxtəlif vaxtlarda metal satmışdır. Lakin, onunla aralarında hər hansı bir münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarında onun metal qəbulu məntəqəsinə yaxınlaşıb bildirmişdir ki, heç bir yerdə işləmədiyindən, ailəsini dolandırmaq məqsədilə küçələrdə səyyar olaraq gəzib metal alır və bazar qiymətinə uyğun olaraq ona satmaq istəyir. Həmin zaman Samirə inanmış və etiraz etməmişdir. Eyni zamanda ona bildirmişdir ki, özü olmayanda işdə oğlu Pənah olur və aldığı metalları oğlu Pənaha da verə bilər. Sonradan oğlu Pənaha da Samirlə bağlı məlumat verib sonuncu ilə tanış etmişdir. Dəqiq tarixlər yadında deyil, təxminən 2021-ci ilin sonlarından 2022-ci ilin mart ayına qədər müxtəlif vaxtlarda Samir bir neçə dəfə işlətdiyi metal qəbulu məntəqəsinə yaxınlaşıb ona və ya özü olmayanda oğlu Pənaha əsasən üst qabıq hissəsi yandırılmış, metal hissəsi qalmış kabellər və s. hazırda yadında qalmayan metallar gətirib satmışdır. Hər dəfə də həmin metalları əvvəlcədən qeyd etdiyi kimi səyyar olaraq küçələrdə gəzib ucuz qiymətə aldığını demişdir. Samirin müxtəlif yerlərdən oğurluq etməsindən məlumatı olmamışdır. Polis idarəsinə dəvət olunduqdan sonra bu barədə məlumatı olmuşdur. Samirdən aldığı həmin metalları tanımadığı müxtəlif müştərilərə satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs54 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda atası Tofiqin işlətdiyi metal qəbulu məntəqəsi vardır. Həmin məntəqə Sabunçu bazarının çox yaxınlığında yerləşir. Hərdən atası Tofiq olmayanda həmin məntəqədə atasına köməklik məqsədilə özü olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, təxminən 2021-ci ilin sonlarında atası onu Samirlə tanış edərək bildirmişdir ki, sonuncu küçələrdə gəzib ucuz qiymətə səyyar metal qəbul edir və bazar qiymətinə uyğun olaraq satması barədə onunla razılaşıbdır, o olmayanda Samirdən metal qəbul edə biləcəyini demişdir. Lakin, Samirlə aralarında hər hansı bir yaxın münasibəti, ünsiyyəti olmamışdır. Sadəcə olaraq, dəqiq tarixlər yadında deyil, təxminən 2021-ci ilin sonlarından 2022-ci ilin mart ayına qədər müxtəlif vaxtlarda bir neçə dəfə Samir onun atasına və atası olmayanda ona əsasən üst qabıq hissəsi yandırılmış, metal hissəsi qalmış kabellər və s. hazırda yadında qalmayan metallar gətirib satmışdır. Hər dəfə də həmin metalları səyyar olaraq küçələrdə gəzib ucuz qiymətə aldığını demişdir. Samirin müxtəlif yerlərdən oğurluq etməsindən məlumatı olmamışdır. Samirdən alınan həmin metalları atası tanımadığı müxtəlif müştərilərə satmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Rafiq anası İradəyə zəng vurub evdən televizorun, kompyuterin oğurlandığını bildirdikdə anası İradə toya getməzdən əvvəl çantası onların evdə olduğundan, Rafiqə çantasına baxmasını və çantasının içərisində 1000 manat pulunun olmasını bildirmişdir. Rafiq isə çantanın içərisinə baxdıqdan sonra çantadan 1000 manat pulun da oğurlandığını demişdir. Sonradan məlum olmuşdur ki, özü anası ilə birlikdə toya getdikdən sonra Rafiq tək qalmamaq üçün xalasıgilə getmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında evə gəldikdə isə evdən bir ədəd televozurun, bir ədəd kompyuterin və anasına məxsus 1000 manat pulun oğurlanmasını aşkar etmişdir. Televizor və kompyuterin oğurlanması nəticəsində ziyan həyat yoldaşı Rafiqə dəymişdir. 1000 manat pul isə anası İradəyə məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09:30 radələrində şirkətə məxsus ünvan 52 ünvandakı şitə baxış keçirən zaman şitin qıfılının sındırıldığını və qapısının açıq vəziyyətdə olduğunu görmüş, şitin içərisinə baxdıqda ATS-yə məxsus 08 ədəd BOKS MZ, 70 metr uzunluğunda 300x2 ölçüdə TPP tipli kabelin, 35 metr uzunluğunda 100x2 ölçüdə TPP markalı kabelin, 02 ədəd qaz buraxmayan muftanm və 12 ədəd paylayıcı muftaların oğurlanmasını müəyyən etmişdir. Bu barədə rəhbərliyə məlumat vermiş, həmçinin DİN-nin 102 xidmətinə məlumat vermişdir. İlkin izahatında oğurlanmış yuxarıda adlarını qeyd etdiyi kabellərin və s.-in ümumi dəyərini təxmini olaraq qeyd etmişdir. Sonradan məsul şəxslər tərəfindən baxış keçirilərək konkret nələr oğurlanması və konkret olaraq nə qədər maddi ziyan vurulması müəyyən edilərək, zərərçəkmiş şəxsin nümayəndəsi qismində məlumat verilmişdir. Cinayət işinin materiallarında olan 27 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, «02» (iki) il, «10» (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 iyul 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Görünüdyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə, xeyli miqdarda ziyan vurmaqla cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslərin, nümayəndələrin, şahidlərin ifadələri, göstərdikləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət işinin materiallarında olan 09 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,37). Cinayət işinin materiallarında olan 11 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3- 2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,61). Cinayət işinin materiallarında olan 11 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçidlməsi barədə vəsatətin təmin edilməməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin olunmamışdır (cild 01, səh.,77). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 01, səh., 79). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 17 sentyabr 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (cild 16, səh.,01). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)412/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, X2 barəsində 26 sentyabr 2023-cü il tarixdən hesablanmaqla «04» (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, islah yoluna qədəm qoyması, təyin olunmuş cəzanın islah olunması üçün təsirli olmasını, ona cəza təyin edilib islah olunub yeni cinayətin törədilməsinin qarşısının alınması, onun törədilmiş əməldə təqsirinin olmasını, onun alternativ cəza ilə islah olunmasının qeyri-mümkünlüyünü, dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs «09» aprel 2022-ci il tarixdən «11» aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsin əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sülyeman oğlu cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)412/2024 saylı, 28 sentyabr 2024-cü il tarixli qərarı ilə «həbs»də olması nəzərə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X19 Məsulliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 6.992.57 manat və ödənilmiş 90 manat, cəmi 7.082.57 manat tutularaq Bakı X19 Məsulliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Həmin Məcəllənin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması aşağıdakı qərarlardan biri əks etdirilir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hüquqi qiymət verərək hesab edir ki, mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X19 Məsulliyyətli Cəmiyyətinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində 6.992.57 manat və ödənilmiş 90 manat, cəmi 7.082.57 manat tutularaq Bakı X19 Məsulliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan Təqsirləndirilən şəxs «09» aprel 2022-ci il tarixdən «11» aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət «02» (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il, «11» (on bir) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)412/2024 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə «həbs»də olması nəzərə alınsın, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X19 Məsulliyyətli Cəmiyyətinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində 6.992.57 manat və ödənilmiş 90 manat, cəmi 7.082.57 manat tutularaq Bakı X19 Məsulliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar