Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-902/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 19 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs kirayəçə yaşadığı ünvan 1 ünvanının həyətində arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə sonuncunun sifət nahiyəsinə, sonra təpiklə hər iki ayağına vuraraq ona sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı- almacı myanaq nahiyəsinin dərialtı hematoması, sağ əlin və hər iki baldırın qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2010-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nigahdan 2012-ci il təvəllüdlü X2 adında bir qız övladları olmuşdur. Özü fərdi evlərdə usta, Sevil isə “Möcüzə” marketdə satıcı işləyir. Sevilə evdə olan müddət ərzində ondan xəbərsiz bayıra çıxmamağını bildirmiş, bir neçə dəfədə buna görə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2023-cü il tarixdə Sevil ondan xəbərsiz evdən çıxıb mağazaya getmişdir. xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsində kafedə oturub pivə içmiş, sonra bazarlıq edib evə getmişdir. Saat 23 radələrində Sevil “Möcüzə” marketdə işdən çıxdığı üçün onu qarşılamağa getmiş, Sevil işdən çıxdıqdan sonra birlikdə evə gedərkən xx.xx.2023-cü il tarixdə xəbərsiz evdən nə üçün çıxdığını soruşmuş, bu zaman Sevil ona əcəb elədiyini demiş və aralarında mübah sə yaranmışdır. Sözlə mübahisə edə-edə yaşadıqları evin həyətinə gəlmişlər. Evin həyətində Sevil onun valideynlərinə qarşı nəlayiq ifadələr işlətdiyi üçün qəsdən əli ilə sifət nahiyəsinə sonra isə təpiklə ayağına vurmuşdur. Bundan sonra Sevil evə daxil olaraq DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş, bu nigahdan 2012-ci il təvəllüdlü X2 adında bir qız övladları dünyaya gəlmişdir. Famil ilə ailə qurduqdan sonra aralarında bir neçə dəfə qısqandıq zəmnində mübahisələr olmuşdur, belə ki Famil gündəlik fəhləlik etməklə ailəni dolandıra bilməmiş, bu səbəbdəndə 2019-cu ildə Bakıxanov qəsəbəsində yerləşə|n “Möcüzə” marketə işə düzəlmişdir.İşə düzələn zaman Famil onunla xoş miş, lakin bir müddət sonra özü işləmədiyi üçün sərxoş vəziyyətdə hər axşam market n qarşısına gəlib, ətrafda olan kişilərin ona baxdığını bəhanə edib işləməyə icazə verməyəcəyini demişdir. Bir neçə dəfədə aralarında bu səbəbdən sözlə mübah sələr yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Famil sərxoş vəziyyətdə marketin qarşısına gəlib işdən çıxmağını gözləmiş, o işdən amil ilə evə gedərkən Famil marketdə olan kişilərin mənə baxdığını deyib yenidən onunla mübahisə etməyə başlamışdır. Onlar mübahisə edə-edə yaşadıqları evin qarşısına gəlib qapıdan həyətə daxil olmuşlar, bu zaman Famil qəsdən əli sifət nahiyəşinə sonra isə təpiklə hər iki ayağına vurmuşdur. Bundan sonra Familin çıxıb evə daxil olmuş, səsinə qızı yuxudan ayılıb yanına gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının həyətidir (i.v.13-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X6 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 2350 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin dəriltı hematoması; sağ əlin və hər iki baldırın qançırları müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarın təsviri nissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi ikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər yurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən xəsarətlərin xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində əsi, eləcədə müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.21-22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 20). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2012-ci il təvəllüdlü (X2) uşağı var. “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin, baxış keçirilməsinə dair protokolun, məhkəmə-tibbi ekspertizasının rəyinin sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 57-58). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 5 iş saatına, cəmi 30 iş saatına görə 6 manat hesablanmaqla 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-902/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-902/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver