Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-904/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Zeytun” aptekin müdiri, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 53-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd blisterdə ümumilikdə 10 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,005 qram təşkil edən «Sedalam 0,5 Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 03 ədəd blisterdə ümumilikdə 30 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,15 qram təşkil edən «Диаэепекс diazepam 5mq» adlı dərman vasitəsi, 04 ədəd blisterdə ümumilikdə 40 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,02 qram təşkil edən «Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 03 ədəd blisterdə ümumilikdə 60 tabletdən ibarət olan, psixotrop maddə Klonazepamın təsiredici təmiz çəkisi 0,12 qram təşkil edən «Clonazepam-Sobhan 2» adlı dərman vasitəsi, 2 bütöv və 01 blister kəsiklərində ümumilikdə 45 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,45 qram olan «Diazepam 10» adlı dərman vasitəsi, 25 ədəd blisterdə ümumilikdə 250 tabletdən ibarət olan, psixotrop maddə Fenazepamın təsiredici təmiz çəkisi 0,25 qram təşkil edən «Phenzepin» adlı dərman vasitəsi, 7 bütöv və 03 blister kəsiklərində ümumilikdə 200 tabletdən ibarət olan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə Triheksifenidilin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən «Циклодол гриндекс triheksifenidil 2 mg» adlı dərman vasitəsini 2022-ci ilin sentyabr ayının əvvəllərində istintaqla məlum olmayan tarix və saatda ünvan 1 ünvanında yerləşən “Neyron” adlı aptekdə həmin aptekin müdiri Şahid1 göstərişi ilə istintaqla şəxsiyyəti məlum olmayan satıcıdan əldə edib üzərində daşımaqla işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi ev 56A ünvanında yerləşən “Zeytun” adlı aptekə gətirib orada saxlamış, həmin dərman vasitələrindən 01 ədəd blisterdə ümumilikdə 10 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,005 qram təşkil edən «Sedalam 0,5 Alprazolam 0,5 mg» adlı dərman vasitəsini 10 yanvar 2023-cü il tarixdə saat 11:30-da işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi ev 56A ünvanında yerləşən “Zeytun” adlı aptekdə Şahid2 qanunsuz olaraq satmış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2023-cü il tarixdə saat 16:36-da qeyd edilən “Zeytun” adlı aptekdə xəzinədar vəzifəsində işləyən Şahid5 razılığı və iştirakı ilə baxış və götürmə aparılan zaman aptekdə 03 ədəd blisterdə ümumilikdə 30 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,15 qram təşkil edən «Диаэепекс diazepam 5mq» adlı dərman vasitəsi, 04 ədəd blisterdə ümumilikdə 40 tabletdən ibarət olan, psixotrop maddə Alprazolamın təsiredici təmiz çəkisi 0,02 qram təşkil edən «Alprazolam 0,5 mg» adlı dərman vasitəsi, 03 ədəd blisterdə ümumilikdə 60 tabletdən ibarət olan, psixotrop maddə Klonazepamın təsiredici təmiz çəkisi 0,12 qram təşkil edən «Clonazepam-Sobhan 2» adlı dərman vasitəsi, 2 bütöv və 01 blister kəsiklərində ümumilikdə 45 tabletdən ibarət olan, psixotrop maddə Diazepamın təsiredici təmiz çəkisi 0,45 qram olan «Diazepam 10» adlı dərman vasitəsi, 25 ədəd blisterdə ümumilikdə 250 tabletdən ibarət olan, psixotrop maddə Fenazepamın təsiredici təmiz çəkisi 0,25 qram təşkil edən «Phenzepin» adlı dərman vasitəsi, 7 bütöv və 03 blister kəsiklərində ümumilikdə 200 tabletdən ibarət olan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə Triheksifenidilin təsiredici təmiz çəkisi 0,4 qram təşkil edən «Циклодол гриндекс triheksifenidil 2 mg» adlı dərman vasitəsi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, Bakı şəhəri, Sabunçu rayonunda Maştağa qəsəbəsi, X11 küçəsi ev 56 A ünvanında yerləşən “Zeytun” aptekdə işləmişdir. Aptekin əvvəlki müdiri əri X3 olmuşdur, lakin Eldəniz vəfat etdikdən sonra o, müdir kimi işləməyə başlamışdır. Aptekdə kassir kimi onun bacısı Gülnarə işləmişdir, başqa bir işçisi olmamışdır. Aptekdə olan dərmanları müxtəlif depolardan almışdır. Aptekin fəaliyyət göstərməsi üçün lisenziyası olsa da, psixotrop maddələrin satışı üçün xüsusi lisenziyası olmamışdır. Aptekdə qeydiyyatı olan dərmanlarla yanaşı qeydiyyatı olmayan dərmanlar, psixotrop tərkibli, güclü təsir edən tərkibli dərmanlar da olmuşdur. 10 yanvar 2023-cü ildə saat 11:30-da tanımadığı bir müştəri aptekə gəlmiş, həmin şəxs narahatçılıq keçirdiyini, gecələr yata bilmədiyini bildirmişdir. O da müştəriyə bir list alprazolam adlı dərman vermişdir. Günün ikinci yarısı növbədə olan bacısı Gülnarə polis işçilərinin aptekə baxış keçirdiyini və aptekdə qanunsuz dərmanların, yəni psixotrop tərkibli və güclü təsir edən maddə tərkibli, habelə dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin aşkar edilib götürüldüyünü bildimişdir. Aptekdən aşkar edilmiş psixotrop tərkibli və güclü təsir edən maddə tərkibli dərman vasitələrinin bir qismini yoldaşını müalicə etdirmək üçün İrana apararkən əldə etmiş, yoldaşına resept əsasında yazılmış, bir hissəsini Bakı şəhəri Nəsimi rayonunda Bakı Slavyan Universitetinin qarşısında yerləşən “Neyron” aptekdən almışdır. Dövlət qeydiyyatdan keçməyən dərmanları isə haradan və necə əldə etdiyini xatırlamır. “Neyron” aptekin müdiri Azərdir. O, Azərlə danışıb ondan xahiş etmişdir ki, ona həmin dərmanlardan versin, Azərə dərman vasitələrini reseptsiz qaydada alacağını bildirmiş, Azər də aptekdə satıcı işləyən Şəfəq adlı şəxsə tapşırmışdır ki, ona həmin dərmanları versin. Sonra o, aptekə getmiş, aptekin işçisi Şəfəq Azərin tapşırığı əsasında ona psixotrop və güclü təsir edən maddə tərkibli dərman vasitələrini vermişdir. Həmin psixotrop və güclü təsir edən maddə tərkibli dərman vasitələrini «Neyron» aptekdən 2022-ci ilin sentyabr ayının əvvəlləri əldə etmişdir. Şahid1 2008-ci ildən tanımış, onunla tanışlığı olmuşdur, o, Azərin əvvəllər «Neftçilər» xəstəxanasının arxasında olan aptekində satıcı işləmişdir. Azərin tam adı Şahid1 olmuşdur. Əvvəllər Azərdən qanunsuz dərman vasitələri almamışdır. Həmin dərman vasitələrini almağı ilə bağlı ona kassa çeki verilməmişdir. Dərmanları Azərdən aptekinə müştəri qismində gəlmiş yaşlı xəstələrə satmaq üçün əldə etmişdir. Bacısı Şahid5 həmin dərman vasitələrinin icazəsiz satılmasından məlumatı olmamışdır, ona həmin dərman vasitələrinin satışı üçün aptekin xüsusi lisenziyasının olduğunu bildirmişdir. Əməlindən peşmandır, həyat yoldaşı ağır xəstəlikdən 2022-ci ilin noyabrında vəfat etmiş, uzun müddət yoldaşı xəstə olduğundan onun müalicəsi ilə bağlı borcları yaranmış, ehtiyac üzündən hazırki əməli törətmişdir. 2 övladı onun himayəsindədir, onlara tək baxır, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, «Neyron» aptekin müdiri işləyir. İşlədiyi aptekdə psixotrop tərkibli dərmanların satılması üçün xüsusi icazəsi olmuşdur. Aptekdə Lumu və Şəfəq adlı iki nəfər işçi işləyir. Hər ikisi aptekdə əczaçı kimi fəaliyyət göstərmişdir. Onlar aptekdə olan dərman vasitələrinin satışını həyata keçirirmişlər. X8 tanımış, Elnarə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən aptekdə müdir işləyirmiş, onunla şəxsi tanışlığı da olmuşdur. Ola bilsin Elnarə psixotrop tərkibli dərman almaq üçün ona, ya da özü şəxsən aptekdə işləyən işçilərə müraciət etmişdir. Əgər onun əlində resept olubdursa ona həmin tərkibli dərmanları satmışdır, yox əgər əlində resept olmamışdırsa, həmin dərmanları satmamışdır. Elnarəyə reseptsiz dərman satmamışdır. Müştəri psixotrop dərman almaq istəyəndə resept istəyir, həmin resepti özündə saxlayır və həmin reseptin əsasında da müştəriyə dərmanı verir. Lakin həmin reseptin üzərində müştəriyə aid hər hansı məlumat yazmır. Ona görə də aptekdə olan reseptlərdən hansı reseptin Elnarə tərəfindən verilmiş resept olduğunu bilməmişdir. Bu səbəbdən resepti istintaqa təqdim edə bilməmişdir. Dərmanların hamısını Zeytun şirkətindən almışdır. Telefon vasitəsi ilə şirkətə zəng vurub istədiyi dərmanların siyahısını verir, onlar da onun istədiyi dərmanları gətirib qaimə əsasında təqdim edirlər, o da həmin dərmanların hamısını aptekdə kompüterdə siyahıya daxil edir. Reseptləri aptekdə bir il müddətində saxlayır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Neyron» adlı aptekdə işləyir. Təqsirləndirilən şəxs tanıyır, bilimişdir ki, o da Bakı şəhəri Sabunçu rayonunda aptek işlədir. Bir müddət əvvəl aptekin müdiri Azər müəllim ona və aptekdə işləyən digər əczaçı Lumuya demişdir ki, aptekə Təqsirləndirilən şəxs gələcək, Elnarəyə psixotrop tərkibli dərmanlar sataq. O da Lumu ilə birlikdə aptekdə olmuşdur, həqiqətən də aptekə həmin qadın gəlmiş, o və Lumu Elnarəyə siklodol, fenazepam və alprazolam adlı dərman vasitələrini satmışlar. Reseptin olub olmamasını dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Neyron» adlı aptekdə işləyir. Təqsirləndirilən şəxs tanımışdır və bilmişdir ki, o da Bakı şəhəri Sabunçu rayonunda aptek işlədir. Bir müddət əvvəl aptekin müdiri Azər müəllim ona və aptekdə işləyən digər əczaçı Şəfəqə demişdir ki, aptekə Təqsirləndirilən şəxs gələcək, Elnarəyə psixotrop tərkibli dərmanlar sataq. O da Şəfəq ilə birlikdə aptekdə olmuşdur, həqiqətən də aptekə həmin qadın gəlmiş, o və Şəfəq Elnarəyə siklodol, fenazepam və alprazolam adlı dərman vasitələri satmışlar. Dəqiq xatırlamır, yəqinki resepti olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən iki ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi ev 56 A ünvanında yerləşən “Zeytun” aptekdə kassir işləmişdir. Aptekin müdiri bacısı Təqsirləndirilən şəxs olmuşdur. Aptekdə rəsmi işləyir, yəni əmək müqaviləsi bağlanılmışdır, aptekdə onlardan başqa işçi olmamışdır. Aylıq 409 manat maaş alır. Aptekdə olan dərmanları depolardan alırlar. Aptekdə həm də psixotrop tərkibli, güclü təsir edən və imtiyazlı xəstələr üçün tibb müəssisələrində istifadə olunması üçün nəzərdə tutulan dərmanların satışı da həyata keçirilirmiş. Dərmanları aptekə Elnarə gətirirmiş və satışının həyata keçirilməsi üçün onları aptekdə saxlamışlar. Bacısının ona dediyinə görə həmin dərmanların satışı ilə məşğul olması üçün aptekin xüsusi lisenziyası mövcud olmuş və dərmanların hər biri qeydiyyatdan keçmişdir. 10 yanvar 2023-cü ildə polis işçiləri aptekə videoçəkiliş aparmaqla baxış keçirmiş, baxış keçirilərkən aptekdən qeydiyyatı olmayan, psixotrop və güclü təsir edən tərkibli dərmanlar aşkar etmişlər. Həmin dərman vasitələri onun iştirakı ilə sayılmış və qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Qeydiyyatı olmayan, psixotrop və güclü təsir edən tərkibli dərmanların qeydiyyatının olmadığını və icazəsiz satıldığını bilmir, bacısının ona verdiyi məlumata əsasən onları qanuni yolla satdıqlarını zənn etmişdir. Polis əməkdaşları aptekə baxış keçirən zaman Elnarənin onu yanıltdığını anlamış və aptekin xüsusi lisenziyasının olmadığını öyrənmişdir. Həmin dərmanları aptekə bacısı Elnarə gətirmiş, lakin Elnarənin onları haradan tapmasını bilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, son zamanlar baş, boyun ağrılarından və gecə yuxusuzluğundan əziyyət çəkir. xx.xx.2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmiş, saat 11:30 radələrində bu problemi ilə əlaqədar dərman almaq qərarına gəlmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi ev 56A ünvanında yerləşən apteklərdən birinə daxil olmuşdur. Həmin aptekə ilk dəfə daxil olmuş və orada işləyən şəxsi əvvəldən tanımamışdır. Aptekdə qadın satıcı işləmişdir. Həmin qadına yaxınlaşaraq son zamanlar baş, boyun nahiyəsində ağrılarının olduğunu, gecələr yatan zaman yuxuya gedə bilmədiyini, yuxusuzluqdan əziyyət çəkdiyini bildirmişdir. Həmin qadın onu dinlədikdən sonra uzun müddət əczaçılıq sahəsində işlədiyini və ona verəcəyi dərmanları qəbul etdiyi təqdirdə həmin problemlərin aradan qalxacağını bildirmişdir. Qadın ona bir neçə dərman vermiş və o ümumilikdə 71.75 AZN pul ödəmişdir. Satıcı qadın tərəfindən ona ödəniş ilə bağlı çek də verilmişdir. Oradan uzaqlaşdıqdan sonra yolda həmin dərmanlara nəzər saldıqda aptekdəki satıcı tərəfindən ona “Prestans", Qlyukofaj” , “Maqne V6”, “Natriya Xlorid”, “Aktoveqin”, “Sedalam 0.5 Alprazolam 0.5” adlı dərman preparatlarının və “01” ədəd şpris satılmasını müəyyən etmişdir. Aptekdə olan satıcı tərəfindən ona təqdim edilmiş çekə baxış keçirərkən isə “Sedalam 0.5 Alprazolam 0.5” adlı dərman preparatının adının çekdə olmaması diqqətini çəkmişdir. Bunun əvəzində çekdə ona satılmamış “Pantap” adlı dərman preparatının adının olmasını görmüşdür. O, artıq aptekdən uzaqlaşdığı üçün aptekə geri qayıtmamış, həmin dərman vasitəsinin adını ilk dəfə gördüyü üçün marağını çəkmiş və internet vasitəsi ilə axtarış edərkən alprazolam tərkibli “Sedalam 0.5 Alprazolam 0.5” adlı dərman vasitəsinin psixotrop tərkibli olmasını müəyyən etmişdir. İnternetdə apardığı axtarışlar zamanı həmin dərman vasitəsinin satışının qadağan olduğunu müəyyən etmişdir. Həmçinin dərman vasitəsinin arxa hissəsində iran hərflərinə oxşar hərflərlə yazıların olmasını gördüyü üçün həmin dərman vasitəsini qəbul etməyə ehtiyat etmiş və polisə müraciət etmək qərarına gəlmişdir. Satıcı qadının adı və ümumiyyətlə kimliyi barədə dəqiq məlumat verə bilməmişdir, ancaq əlamətləri yadında qalmış, üzdən gördüyü təqdirdə dəqiq tanıya bilərmiş(i.v.66-68); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Könüllü təqdim edilən əşyanı götürmə haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 10 ədəd “Sedalom 0.5 Alprazolam 0.5" adlı dərman həblərini və “01” ədəd Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi, ev 56 A ünvanında yerləşən “Zeytun” adlı aptek tərəfindən təqdim edilmiş “1667” nömrəli çek götürülmüşdür (i.v.7-8); Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl Şahid5 qeyd edilən ünvanda baxış keçiriləcəyi barədə məlumat verildi və o, baxış aparılmasına etirazı olmadığını bildirdi. Bundan sonra Şahid5 CPM-nin 236.4-cü maddəsinə əsasən baxış istintaq hərəkətinin videoçəkilişlə aparılacağı barədə məlumat verildi. Şahid5 videoçəkilişin aparılmasına etirazının olmadığını bildirdi. Daha sonra Şahid5 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarla tanış edildi. Şahid5 aptekin müdiriyyəti soruşulduqda sonuncu aptekin müdiriyyətinin Təqsirləndirilən şəxs olmasını bildirdi. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi ev 56A ünvanında yerləşən “Zeytun” aptekə baxış zamanı Şahid5 aptekdə psixotrop tərkibli, dövlət qeydiyyatından keçməmiş dərmanların olub olmaması soruşulduqda sonuncu həmin növ dərman preparatlarının aptekin arxa otağında saxlandığını bildirdi. Şahid5 ilə birlikdə aptekin arxa otağına keçdikdə yaşıl rəngli seyfin içərisində psixotrop tərkibli dərman preparatlarının olmasını bildirdi. Seyfin içərisində olan göy rəngli sellofan torbaya baxış keçirildi. Həmin sellofan torbanın içərisində “30” ədəd “Diazepeks” həbi, “60” ədəd “Clonazepam-Sobhan” həbi, 200 ədəd “Çiklodol Qrindeks” həbi, 45 ədəd “Diazepam” adlı həb, 40 ədəd “Alprazolam” həbi, 250 ədəd “Phenzepin”, 17 ədəd “Naltrexone-Alhavi” həbi olduğu müəyyən edildi. Gülnar Əliyeva “Naltrexone-Alhavi” adlı dərman preparatından başqa digər dərman preparatlarının psixotrop tərkibli olmasını və aptekin müdiriyyəti Təqsirləndirilən şəxs tərəfindən aptekə gətirilərək satış məqsədi ilə aptekdə saxlandığını bildirdi, bundan sonra Şahid5 divanın üzərində olan dərman preparatlarını göstərərək həmin dərman preparatlarının dövlət qeydiyyatından keçmədən satışının həyata keçirildiyini, həmin dərman praparatlarının aptekin müdiri Təqsirləndirilən şəxs tərəfindən aptekə gətirilməsini bildirdi. Həmin dərman vasitələrinə baxış keçirildikdə orada 2 qutu “Diderol” (100 ədəd həb), 1 qutu “Tofanil” (50 ədəd həb), 1 qutu “Colchicum- Dispert” (50 ədəd həb), 2 qutu “Symbicort”, 1 qutu “Darob” (50 ədəd həb), 1 qutu “Prednol” (20 ədəd həb), 2 qutu “Symbicort” (48 ədəd həb), 1 qutu “Femara" (20 ədəd həb), 1 qutu “Stilizan” (20 ədəd həb), 1 qutu Estrofem”, 1 qutu “Tofranil” (50 ədəd həb), 5 qutu “Lithuril”, 6 qutu “Mucinac” (50 ədəd həb), 2 qutu “Topamax” (80 ədəd həb), 7 qutu “Anafranil”(200 ədəd həb), 3 qutu “Tegretol” (60 ədəd həb), 8 qutu “Paxil” (350 ədəd həb), 5 qutu “Risperdal”, 6 qutu “Devit-3”, 10 qutu “Atarax”(300 ədəd həb) olması müəyyən edildi. Şahid5 həmin dərman preparatlarından isiniz “Mucinac” adlı dərman preparatının dövlət qeydiyyatından keçdiyini, digərlərinin qeydiyyatının olmadığını bildirdi. Divan üzərində “Çeftriakson Kabi” sözləri yazılmış şüşə flakon içərisində qara rəngli kristal formal maddə olması aşkar edildi, Şahid5 həmin maddənin “marqaniz” (kalium-permanqanat) olmasını, aptekin müdiriyyəti Təqsirləndirilən şəxs tərəfindən aptekə satış məqsədi ilə gətirilməsini bildirdi. Daha sonra Şahid5 divanın sağ tərəfində qutuda olan dərman preparatlarını təqdim edərək həmin dərman preparatlarının imtiyazlı xəstələr üçün nəzərdə tutulduğunu bildirdi. Baxış zamanı dərman qutularının açılan hissələrinin kəsilmiş vəziyyətdə olması aşkar edildi. Qutuda olan dərman preparatları sayıldıqda orada 27 qutu “Qaloperidol-rixter” (136 ədəd flakon) və 6 qutu “Qaloperidol-dekanoat” (30 ədəd flakon) olması müəyyən edildi. Aşkar edilmiş dərman preparatları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq tərəfimdən götürüldü. Daha sonra Şahid5 aptekdə başqa dövriyyəsi, satışı qadağan olunmuş dərman preparatlarının olub-olmaması soruşulduqda sonuncu yuxarıda qeyd olunanlardan əlavə başqa dərman preparatının olmadığını bildirdi. Baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edə biləcək əlavə əşya və ya predmet aşkar edilmədi (i.v.17- 18); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 6/150 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şahid2 Elşən oğlunun təqdim etdiyi...” və s. yazılar olan zərfdəki və üzərində “Bakı şəhəri, Sabunçü rayonu, Maştağa qəsəbəsi, X11 küçəsi ev 56 A ünvanında yerləşən “Zeytun” aptekdə aşkar edilmiş... dərman preparatları...” və s. yazılar olan bağlamadakı dərman vasitələrinin adları, miqdarları, təsiredici maddələrinin adları və təmiz çəkiləri, dövlət nəzarətində olan hansı siyahılara daxil olmaları barədə tədqiqat nəticələri aşağıdakı cədvəldə göstərilmişdir: Təsiredici Təqdim Dərman Dərman maddəsinin İstifadə olunub Siyahı Qalıq vasitələri forması ümumi çəkisi olundu miqdarı (qramla) Şahid2 təqdim etdiyi Sedalam 1 blisterdə Açıq Alprazolam İİİ siyahı 04 tabl 06
1. 0.5 üm.10 çəhrayı 0,005 Dövriyəsinə tabl Alprazola tablet rəngli, nəzarət m 0.5 mg oval olunan formalı psixotrop tablet maddə Sabunçu rayonu, Maştağa qəsəbəsi, X12 küçəsi ev 56A ünvanında yerləşən “Zeytun” aptekdən aşkar olunmuş İİİ siyahı Диазепекс.. 03 ədəd Ağ rəngli Dövriyəsinə Diazepam 5 blisterdə dairəvi, bir Diazepam nəzarət 26 04 tabl
2. mq üm. 30 bölgü xətti 0,15 olunan tabl tablet olan tablet psixotrop maddə İİİ siyahı Açıq 04 ədəd Dövriyəsinə çəhrayı Alprazolam blisterdə Alprazolam nəzarət 36 rəngli oval 04 tabl
3. 0.5 mg üm. 40 0,02 olunan tabl formalı tablet psixotrop tablet maddə Циклодол- 7 bütöv гриндекс və 03 Ağ rəngli, Triheksifeni blister dairəvi Triheksifnidil Güclü təsir 196 04 tabl
4. dil. 2mg kəsikdə formalı 0,4 edən maddə tabl üm. 200 yastı tablet ədəd İİİ siyahı 03 Ağ rəngli, Dövriyəsinə Clonazepam blisterdə dairəvi Klonazepam nəzarət 56 04 tabl
5. Sobhan 2 üm. 60 formalı 0,12 olunan tabl ədəd yastı tablet psixotrop maddə 2 bütöv İİİ siyahı və 01 Mavi rəngli Dövriyəsinə blister dairəvi bir Diazepam nəzarət 41 Diazepam 10 04 tabl
6. kəsikdə bölgü xətti 0,45 olunan tabl üm. 45 olan tablet psixotrop ədəd maddə İİİ siyahı 25 Ağ rəngli, Dövriyəsinə blisterdə dairəvi Fenazepam nəzarət 246 Phenzepin 04 tabl
7. üm. 250 formalı 0,25 olunan tabl ədəd yastı tablet psixotrop maddə 1 bütöv və 01 Nəzarətdə Naltrexone- blister Yaşıl rəngli Naltrekson olan 13
8. 04 tabl Alhavi 50 kəsikdə kapsul 0,85 siyahılara tabl üm. 17 daxil deyil ədəd Üzərində Tünd Kalium- Siyahı İV “Çeftriakson 1 ədəd bənövşəyi permanqana Prekursorları 9,977
9. Kabi” sözləri şüşə rəngli 1 qram t 10,977 n siyahısına qram yazısı olan flakonda kristalşəkill qram daxildir şüşə i maddə flakonda (i.v.38-43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 9/216 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatlarının 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 722,40 manat müəyyən edilir. Həmin dərman preparatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: Ümumi Sıra Malların adı və markalanma Bir qutunun Ümumi miqdarı №-si göstəriciləri qiyməti qiyməti (qutu)
1. “Dideral 40 mg” markalı dərman 2 5 10 preparatı
2. “Colchicum-Dispert 0,5 mg” 1 5 5 markalı dərman preparatı
3. “Symbicort 160 mcg/4.5mcg” 2 20 40 markalı dərman preparatı
4. “Darob 80 mg” markalı dərman 1 8 8 preparatı
5. “Prednol 16 mg” markalı dərman 1 14 14 preparatı
6. “Prozac 20 mg” markalı dərman 2 10 20 preparatı
7. “Femera 2.5 mg” markalı dərman 1 45 45 preparatı
8. “Stilizan 1mg” markalı dəman 1 5 5 preparatı
9. “Estrofem 2mg” markalı dərman 1 15 15 preparatı
10. “Tofranil 25mg” markalı dərman 1 6 6 preparatı
11. “Lithuril 300mg” markalı dərman 5 25 125 preparatı
12. “Mucinac 300mg/3ml” markalı 6 12 72 dərman preparatı
13. “Topamax 100mg” markalı dərman 2 32 64 preparatı
14. “Anafril 25mg” markalı dərman 7 7,20 50,4 preparatı
15. “Tegrotol 400mg” markalı dərman 3 8 24 preparatı
16. “Paxil 20mg” markalı dərman 8 10 80 preparatı
17. “Risperdal 1mg/ml” markalı 5 16 80 dərman preparatı
18. “Devit-3 300.000 İU/ml” markalı 6 4 24 dərman preparatı
19. “Atarax 25mg” markalı dərman 10 3,50 35 preparatı CƏMİ: 722,40 (i.v.75-78); Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.85-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.102); 02 avqust 2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.120- 123); 02 avqust 2023-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.124- 126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin xx.xx.2023-cü il tarixli 4969 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs antidepresantlar qrupuna aid olan amnitriptilin dərman preparatından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs QİZİ NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.132-133); Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-7/2-6291/2023 nömrəli, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 daxil olmuş 08 avqust 2023-cü il tarixli 2- 21051/2023 nömrəli məktublara əsasən, Bakı şəhəri, X11 küçəsi ev 56 A ünvanında fəaliyyət göstərən “Zeytun” adlı aptekə psixotrop və güclü təsir edən maddə tərkibli dərman preparatlarının satışına xüsusi icazə verilməmişdir(i.v.115-116, 137-138); 14 Saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 Saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır(i.v.142); Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 dəqiqləşdirilməmiş serebrovaskulyar xəstəlikdən xx.xx.2022-ci ildə vəfat etmişdir(i.v.143); Doğum haqqında AZ-İ seriyalı 864735 nömrəli və AZ-İİ seriyalı 368466 nömrəli şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan iki övladı vardır(i.v.144-145); Cinayə işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aptekinə videoçəkiliş vasitəsilə keçirilmiş baxış zamanı, habelə Təqsirləndirilən şəxs videoçəkilişlə dindirilməsi zamanı müvafiq protokola əlavə şəklində iş materiallarında saxlanılan videogörüntünün köçürüldüyü elektron daşıyıcı hesab edilən 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları özündə əks etdirdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aptekinə keçirilmiş baxış zamanı aşkar edilmiş ekspert tədqiqatından sonrakı qalıqda “26” ədəd “Diazepeks”, “56” ədəd “Clonazepam-Sobhan”, 196 ədəd “Çiklodol Qrindeks”, 41 ədəd “Diazepam 10”, 42 ədəd “Alprazolam”(Sedalam), 246 ədəd "Phenzepin” markalı dərman vasitələri maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN KMBİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir(i.v.172-189); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.229-231); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin video görüntülər baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 2-ci Siyahısının 3-cü bəndinə görə psixotrop tərkibli “Alpazolam” maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,03 qram təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 2-ci Siyahısının 20-ci bəndinə görə psixotrop tərkibli “Diazepam” maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 2 qram təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 2-ci Siyahısının 116-cı bəndinə görə psixotrop tərkibli “Fenazepam” maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 2 qram təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 2-ci Siyahısının 44-cü bəndinə görə psixotrop tərkibli “Klonazepam” maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,1 qram təşkil edir. Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın Siyahısının 77-ci bəndində qeyd olunmuşdur ki, “Triheksifenidil (siklodol)” adlı güclü təsiredici maddənin külli miqdarı 10 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməllərini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməllərini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, həyat yoldaşının uzun sürən ağır xəstəlikdən vəfat etməsi səbəbindən ağır maddi durumda olması ilə əlaqədar hazırki cinayət əməllərini törətməsini, iki yetkinlik yaşına çatmayan övladını tək böyütməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-66.2), məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan DİN KMBİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 26 ədəd “Diazepeks”, 56 ədəd “Clonazepam-Sobhan”, 196 ədəd “Çiklodol Qrindeks”, 41 ədəd “Diazepam 10”, 42 ədəd “Alprazolam”(Sedalam), 246 ədəd “Phenzepin” markalı dərman vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, 2 ədəd “DVD” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 160 (yüz altmış) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03(üç) il 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 06(altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq DİN KMBİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 26 ədəd “Diazepeks”, 56 ədəd “Clonazepam-Sobhan”, 196 ədəd “Çiklodol Qrindeks”, 41 ədəd “Diazepam 10”, 42 ədəd “Alprazolam”(Sedalam), 246 ədəd “Phenzepin” markalı dərman vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova