Məhkəmə qərarları › İş №1(008)-91/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-91/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-91/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 370 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd 15389 nömrəli, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, odlu yivsiz silah hesab edilən sağ lülə ilə atəş üçün yararlı, sol lülə ilə atəşə yararsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyini və 05 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş ov sursatını əldə edib özündə saxlayaraq daşımış, 12 mart 2022-ci il tarixdə, saat 07:20 radələrində qohumu X3 məxsus «X11» markalı, «az ** EY ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ƏÇPA-in 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 2 ünvanda yerləşən 128 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 10:45 radələrində Bölmədə «X11» markalı, «az ** EY ***» dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 370 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana üzərində zavod üsulu ilə «PROMAX» qeyd edilmiş qarışıq rəngli sellofan torbada, bir ədəd 15389 nömrəli, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, odlu yivsiz silah hesab edilən sağ lülə ilə atəş üçün yararlı, sol lülə ilə atəşə yararsız, hamar qoşalüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi və beş ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş ov sursatı bir ədəd qara rəngli sellofan torbada olmaqla avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Chevrolet» markalı, «az ** EY ***» markalı avtomobil arvadının bibisi oğlu Ə.Ə.Hüseynova məxsusdur. 3 ilə yaxındır ki, aradabir narkotik vasitə marixuananı çəkmə yolu ilə qəbul edir. Nakotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi və müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. 2006-cı il tarixdə rəhmətə gedən atası A.A.Hüseynov ölməmişdən qabaq ona kimsə tərəfindən pay olaraq verilmiş bir ədəd qundağı və lüləsi kəsilmiş vəziyyətdə olan ov tüfəngini, beş ədəd patronu və bir ədəd bıçağı ona verib yadigar kimi saxlamasını, lakin istifadə etməməsini bildirmişdir. O da həmin tüfəng, patronlar və bıçağı götürüb bir ədəd sellofan torbada yaşadığı ünvan 3 ünvanda yerləşən evinə gətirib evin zirzəmisində saxlamışdır. Həmçinin təxminən 20 gün qabaq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dəniz kənarında gəzərkən orada dənizin kənarında diqqətini çəkən bir ədəd sellofan torba görüb içərisinə baxarkən torbada narkotik vasitə qurudulmuş marixauana olduğunu bilmişdir. Çünki o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir və tanıyır. Həmin narkotik vasitəni dərhal götürərək yaşadığı evə gətirmiş və onu da yaşadığı evin zirzəmisində saxladığı atasının ona hədiyyə verdiyi içərisində bir ədəd tüfəng, patronlar və bıçaq olan torbanın yanına qoymuşdur. 12 mart 2022-ci il tarixdə, saat 07:00 radələrində yoldaşının bibisi oğlu Əzizağaya zəng edib avtomobilini müvəqqəti ona idarə etmək üçün verməsini və Maştağa qəsəbəsi, Çiləgər yaşayış massivində yaşayan anasının evinə gedib gələcəyini demişdir. Əzizağa onlarla qonşuluqda yaşayır. O, gedib Əzizağadan avtomobilin açarını götürüb idarə etməklə evinə gəlmiş, düşünmüşdür ki, evin zirzəmisinə qoyduğu içərisində bir ədəd tüfəng, patronlar və bıçaq olan torbanı və qurudulmuş marixuana olan torbanı götürüb avtomobillə anasının evinə aparıb orada saxlasın. Ona görə də, həmin torbaları götürüb avtomobilin yük yerinə qoymuşdur. Evdə təmirə ehtiyacı olan bir ədəd «Nokia» markalı, bir ədəd «F» markalı mobil telefonları və bir ədəd «Samsung» markalı planşeti götürüb avtomobilin salonunda saxlanc yerinə qoymuş, yolda avtomobillə gedərkən tanışı Şahid1 görmüşdür. Avtomobili saxlayaraq Turala onunla birlikdə yol yoldaşı kimi anasının evinə gedib gəlməsini demiş və Tural razılaşaraq avtomobilə əyləşmişdir. Avtomobillə dönüb yolu əks istiqamətdə hərəkət edəndə Maştağa qəsəbəsində yerləşən 128 nömrəli orta məktəbin qarşısında olarkən Daxili İşlər Nazirliyinin Əlahiddə ÇPA-in əməkdaşları onu saxlatdırmışlar. Polis əməkdaşları onu saxlayanda o həyəcanlanmışdır. Ona görə ki, avtomobildə narkotik vasitə və həmin silah, patronlar olmuşdur. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini və avtomobilin sənədlərini istəmişlər. O da həyəcandan avtomobilin mühərrikini işə salıb oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları buna imkan verməmiş, onu və Turalı 14-cü Polis Bölməsinə dəvət etmişlər. Daha o etiraz edə bilməyərək həmin polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gedib xidməti otaqlardan birinə daxil olmuşdur. Polis Bödməsində idarə etdiyi avtomobildə axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun idarə etdiyi «Chevrolite» markalı, «az ** EY ***» markalı avtomobilə axtarış keçirilmişdir. Avtomobilin yük yerinə qoyduğu içərisində qundağı və lüləsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi, 5 ədəd patron və bir ədəd bıçaq olan sellofan torba, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Avtomobildə keçirilmiş axtarış zamanı həmçinin, avtomobilin salonundakı saxlanc yerinə qoyduğu və təmirə aparmağı düşündüyü bir ədəd «Nokia» markalı, bir ədəd «F» markalı mobil telefonlar və bir ədəd «Samsung» markalı planşet də götürülmüşdür. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin ƏÇPA-in 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət etmiş, polis serjantı rütbəsini daşıyır. 12 mart 2022-ci il tarixdə, saat 07:20 radələrində DİN-in ƏÇPA-in 8-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə xidmət apararkən ünvan 4 ünvanda yerləşən 128 saylı tam orta məktəbin yaxınlığında «Chevrolet» markalı, «az ** EY ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin avtomobili yolun əks istiqaməti ilə hərəkət etdirdiyini görmüş, həmin sürücünün qəza törədə biləcəyi ehtimalını nəzərə alaraq sürücüyə avtomobili saxlamasını işarə etmişlər. Həmin şəxs avtomobili saxlamış, hər ikisi avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Avtomobildə sürücüdən başqa qabaq oturacaqda bir nəfər şəxs sərnişin olaraq əyləşmişdir. Həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən hər hansı bir sənədlərinin olub-olmadığını, varsa təqdim etmələrini istədikdə sürücü verilən suallara qeyri-adekvat cavab verərək avtomobilin mühərrikini işə salaraq oradan uzaqlaşmağa və onlardan yayınmağa çalışmışdır. Həmin şəxslərin üzərlərində və ya avtomobildə qanunla saxlanılması və daşınması qadağan edilən hər hansı bir predmet və ya əşya olacağından şübhələnib onları Sabunçu RPİ-in 14-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslərlə birlikdə qeyd olunan avtomobillə Sabunçu RPİ-in 14-cü Polis Bölməsinə gəlmişlər. Polis Bölməsinə gələrkən bölmənin növbətçi hissəsinə üzərlərində və ya avtomobildə qanunla saxlanılması və daşınması qadağan edilən hər hansı bir predmet və ya əşya saxlamaları ehtimal edilən iki nəfər şəxsi avtomobillə birlikdə bölməyə gətirdiklərini bildirmişlər. Sürücünün hərəkətləri və davranışları onun narkotik vasitə və ya psixotrop maddə qəbul edən şəxs olmasını biruzə vermiş, onları 14-cü Polis Bölməsinə gətirdikdən sonra aydın olmuşdur ki, avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs, digəri isə F.Ə.Əsədovdur. Onların hərəkətləri və hansı səbəblərdən 14-cü Polis Bölməsinə gətirilmələri ilə bağlı raportla məruzə edilmişdir. Onlara təqdim olunmuş və hüquq və vəzifələri izah edildikdən sonra ilk öncə Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet» markalı, «az ** EY ***» dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxsdən avtomobildə hər hansı qanunla saxlanılması, daşınması qadağan olunmuş əşya və ya predmet olub-olmadığı soruşulduqda olduğunu bildirmiş və avtomobilin yük yerini açmışdır. Yük yerində qarışıq rəngli və qara rəngli sellofan torbalar aşkar edilmiş, qara rəngli torbanın içərisinə baxdıqda bir ədəd odlu silaha bənzər alət, beş ədəd patron və bir ədəd bıçaq, qarışıq rəngli sellofan torbaya baxdıqda isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş alətin ov silahı olduğunu, bıçaq, patronlar və ov tüfənginin atasından ona miras qaldığını, uzun müddətdir ki, onda olduğunu, başqa yerdə saxlamaq üçün avtomobildə daşıdığını, həmin əşyalardan istifadə etmədiyini, qarışıq rəngli torbada olan kütlənin «nəşə» yəni qurudulmuş marixuana olduğunu, Buzovna qəsəbəsində dəniz kənarından tapdığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Təqsirləndirilən şəxs 5-6 ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış sahəsində yaşayan tanışının evinə gedib-gələn zaman tanımışdır. 12 mart 2022-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evin yaxınlığından azyaşlı övladını avtobusla məktəbə yola salmış və evə qayıtmaq məqsədi ilə yaşadığı ev istiqamətində piyada gedən zaman yanında «Chevrolet» markalı avtomobil dayanmış və baxdıqda avtomobili idarə edən şəxsin Həmid olduğunu görmüşdür. Həmiddən başqa avtomobildə heç kim olmamışdır. Həmidlə salamlaşmış, Həmid ona anasının yaşadığı evə gedib qayıdacağını deyərək, yol yoldaşı kimi onunla birlikdə gedibgəlməsini xahiş etmişdir. O da razılaşaraq avtomobilin qabaq sağ oturacağında əyləşmiş və hərəkətə başlamışlar. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 128 nömrəli orta məktəbin qarşısında Həmid avtomobili əks hərəkət zolağı ilə idarə etdiyi üçün Daxili İşlər Nazirliyinin Əlahiddə ÇPA-nın əməkdaşları avtomobili saxlatdırmışlar.Həmiddən şəxsiyyət vəsiqəsini və avtomobilin sənədlərini istədikdə Həmid oradan uzaqlaşmaq üçün avtomobili hərəkət etdirmək istədikdə polis əməkdaşları buna imkan verməyərək Həmidi və onu Sabunçu rayon Polis İdarəsinin 14- cü Polis Bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişlər. Bundan sonra, o, bölmənin xidməti otaqlarından birinə daxil olmuş, polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmişdir. Bundan sonra, ona üzərimə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı üzərində olması ehtimal edilən narkotik vasitə, qanunla qadağan olunan hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxtı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərində özünə məxsus «Samsung» markalı mobil telefondan başqa heç bir əşya yaxud predmet yoxdur və qeyd etdiyi mobil telefonu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Həmidin idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobildən bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, beş ədəd patron, bir ədəd bıçaq və narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22/229 R saylı, 12 mart 2022-ci il tarixli ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 15389 №li silah, xarici dövlətdə zavod üsulu ilə istehsal olunmuş, 16 kalibrli hamar qoşalüləli ov tüfəngidir, odlu yivsiz silahdır və sağ lülə atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və halhazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. Yuxarıda göstərilən səbəbdən silah sol lülə ilə atəşə yararsızdır. Tədqiqata təqdim edilmiş beş ədəd patronlar, zavodu üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli ov patronlarıdır, həmin kalibrli hamarlüləli ov silahlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/245 saylı, 12 mart 2022-ci il tarixli məhkəmə bioloji ekspertizası, bitki mənşəli maddələrin tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs....» yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi-370 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 370 qram, tədqiqata sərf olundu-0.2 qram, qalıq-369.8 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X12 Ambulator X1 3353 saylı, 20 iyun 2022-ci il tarixli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/352 saylı, 29 mart 2022-ci il tarixli məhkəmə ballistik ekspertizası, «odlu silahların və döyüş sursatlarının, soyuq, qaz və pnevmatik» silhaların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata tədim edilmiş bir ədəd bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağı formasında kustar üsulla hazırlanmışdır. Soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 may 2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinə əsasənqanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X8 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X5 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə X6 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi onun etirafedici ifadəsi ilə yanaşı, Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 02 saylı silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və sair hərəkətlər başa düşülür. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən silah dedikdə canlı qüvvəni və digər obyektləri, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvələrin və digər obyektlərin məhv edilməsində istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 12 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdən saat 07:20 radələrində tutulmuş hesab edilir (səh.,38). Cinayət işinin materiallarında olan 13 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, X10 Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmiş, dindirilmişdir. Dindirmə protokolu saat 12:50-də tərtib olunmuşdur (səh., 109). Cinayət işinin materiallarında olan Bakı şəh., Sabunçu rayon prokuroru tərəfindən 13 mart 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir (səh., 127). Cinayət işinin materiallarında olan 13 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 129). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «05» may 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalından həəbs olunmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-369.8 qram marixuana və bir ədəd bıçaq məhv edilməli, bir ədəd 16 kalibrli, 15389 №li odlu ov tüfənginin kəsiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilməli və bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 142 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən «01» (bir) il, «09» (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1ci maddəsinə əsasən «01» (bir) il, «06» (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixdə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «05» (beş) ay, «28» (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «05» may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-369.8 qram marixuana və bir ədəd bıçaq məhv edilsin, bir ədəd 16 kalibrli, 15389 №li odlu ov tüfənginin kəsiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirlyinin silah surat anbarına təhvil verilsin və bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 142 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ0136010 **********944 SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 30 saata görə 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədibiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalından «həbs» olunsun, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar