Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-911/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi ilə, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu il tarixdə Qırğızıstan Respublikasının Aravan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə, saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi X2 məxsus «X7 2544L» markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən metronun «Koroğlu» stansiyası istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbə əməl etməyərək həmin qaydanı pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsində yerləşən «Çinarlı» restoranının yaxınlığında avtomobilin idarə etməsini itirib sürüşərək yolun piyada keçidi xəttinin yanında dayanmış Şahid2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Qaz 33021» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ hissəsindən vuraraq toqquşması nəticəsində «Qaz 33021» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil yerindən tərpənərək piyada xətindən yolu sol tərəfdən sağa doğru keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq yolun əks istiqamətində piyada keçidi xəttinin yanında piyadaların keçməsini gözləyən dayanmış vəziyyətdə olan Şahid1 idarə etdiyi «Dodge Charger» markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşması nəticəsində piyadalar Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yerdəyişmiş və sağ qamış sümüyünün qapalı sınıqları, Zərərçəkmiş şəxs1 isə çanaq sümüklərinin yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, sağ-omba qalça birləşməsinin cırılması və qasıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan hər iki şəxsdə dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 10 ildən artıq olar ki, avtomobil idarə edir. O işi ilə bağlı olaraq 07 may 2022-ci il tarixdən X2 məxsus «X7 2544L» markalı ** TX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə etmişdir. 08 iyul 2022-ci il tarixdə, saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «X8» markalı, ** TX *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov şəsəbəsi, B.Bünyatov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən metronun «Koroğlu» stansiyası istiqamətində yolun birinci hərəkət zolağı ilə saatda 60 km surətlə hərəkətdə olarkən yolun «Çinarlı» restoranının yaxınlığında olan hissəsində piyada keçidinin olmasını qəfildən görüb idarə etdiyi avtomobildə idarə etməni itirib sürüşərək yolun piyada keçidi xəttinin yanında dayanmış «Qaz 33021» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ hissəsindən vuraraq toqquşması nəticəsində «Qaz 33021» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil yerindən tərpənərək piyada xəttindən yolu sol tərəfdən sağa doğru keçən piyada qadınları vuraraq yolun əks istiqamətində piyada keçidi xəttinin yanında piyadaların keçməsini gözləyən dayanmış vəziyyətdə olan «Dodge Charger» markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşmuşdur. O avtomobilini dərhal saxlayıb hadisə nəticəsində vurulmuş piyada qadınlara yaxınlaşıb onlara köməklik göstərib hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yola salmışdır. O, hadisə yerində olarkən bir müddət sonra hadisə yerinə Sabunçu RPİ-nin əməkdaşları gəlmiş və onlara yaxınlaşaraq özünü təqdim etmiş, onlarla birlikdə sərxoşluq müayinəsindən keçmişdir.Baş vermiş hadisə zamanı özü xəsarət almamışdır. Onun təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarının bərpa olunması istiqamətində zəruri köməklik göstərilmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə onlarla barışıq əldə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 iyul 2022-ci il tarixdə, saat təxminən 14:30 radələrində nahar fasiləsindən qayıdarkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsi, «Çinarlı» restoranının yaxınlığında piyada keçidindən keçmək üçün iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə bərabər piyada keçidinə doğru yaxınlaşıb yolu sol tərəfdən sağa doğru keçmək istəyərkən hərəkətdə olan avtomobillərin sürücüləri onun və iş yoldaşı Zərərçəkmiş şəxs1 keçidə yaxınlaşmasını görüb piyada keçidi xəttinin yaxınlığında avtomobillərin sürətlərini azaldıb dayandırmışlar. Mən Zərərçəkmiş şəxs1 ilə bərabər piyada keçidi xəttində yolu sol tərəfdən sağa doğru keçmək istəyərkən piyada xəttinin yanında dayanmış onların keçib getmələrini gözləyən «Qaz 33021» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan hərəkətdə olan «X5» markalı ** TX *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin vuraraq toqquşması nəticəsində həmin piyada keçidi xəttinin yanında dayanmış «Qaz 33021» markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil yerindən tərpənərək onu və Zərərçəkmiş şəxs1m vuraraq yolun əks istiqamətində dayanmış digər minik avtomobilinə dəyərək toqquşmuşdur.Yük avtomobilini idarə edən sürücü avtomobili dərhal saxlayıb ona və Zərərçəkmiş şəxs1 köməklik göstərib hadisə yerinə yola salmışdır. Baş vermiş yol nətqliyyat hidisəsinə təksirkar olan sürücü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs tərəfindən müalicəsi ilə bağlı zəruri köməklik göstərilmişdir. Cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 və şahidlər məhkəmə iclasında iştirak etmədiklərindən onların istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Başı X10 İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 016-115139-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2016-cı il tarixdə (06 aprel 2024-cü il tarixədək etibarlı olan) AE 023541 nömrəli, “BCED” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.40). Məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 2100 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yerdəyişmiş və sağ qamış sümüyünün qapalı sınıqları müəyyən edilmişdir.Xəsarət bərk küt əşya (əşyanın) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.43-45). Məhkəmə tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 2161 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 çanaq sümüklərinin yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, sağ-oma qalça birləşməsinin cırılması və qasıq nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyanın) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddi (i.v.46-48). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 8\2441 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X9 markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, QAZ-33021 markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Dodge Charger markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (i.v.74-77). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.42). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.108-109). Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin onunla barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 ifadələrini dinləyərək, iş materiallarında olan digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs iş materiallarında olan AE 023541 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs iş materiallarında olan AE 023541 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-911/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-911/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver