Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-913/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X14 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Rusiya Federasiyasının Petrozavodsk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, subay, Ağdaş rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 2004-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, N.Quliyev, 17 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və xx xxxxxx 2004-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prorspekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionun qarşısına gələrək orada piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb guya sonuncunun Ağdaş rayonun sakinlərinə qarşı nalayıq sözlər işlətməsini əsassız səbəb gətirib Ağdaş rayon sakinlərindən videoçəkilişlə üzr istəmələrini tələb edəndən sonra sonuncunun haqlı etirazını qəbul etməyib ətrafda toplaşan yoldan keçən şəxslərin narahatçılıqlarına səbəb olmuş ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək başı ilə Zərərçəkmiş şəxs sifətindən qəsdən vurub ona sağ göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiət olunan sağ gözyuvası ətrafı— almacıq-yanaq nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirəndən sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasına keçib onun qolların tutmaqla Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmağa şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üstünə cumub sifətindən qəsdən yumruqla bir necə zərbə endirərək sonuncuya sağ təpə-ənsə nahiyəsinin, sol bazu oynağı nahiyəsinin dərialtı hematomaları ilə və boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs videoçəkiliş qarşısında üzr istəyən zaman Təqsirləndirilən şəxs1 öz qanunsuz hərəkətlərini davam etdirərək yumruqda Zərərçəkmiş şəxs sifətindən və başından vurub ona sol yanaq-çənə nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan olan bədən xəsarətlərini yetirməklə bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prorspekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionun qarşısına gələrək orada piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb guya sonuncunun Ağdaş rayonun sakinlərinə qarşı nalayiq sözlər işlətməsini əsassız səbəb gətirib Ağdaş rayon sakinlərindən videoçəkilişlə üzr istəmələrini tələb edəndən sonra sonuncunun haqlı etirazını qəbul etməyib ətrafda toplaşan yoldan keçən şəxslərin narahatçılıqlarına səbəb olmuş ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək Təqsirləndirilən şəxs3 başı ilə Zərərçəkmiş şəxs sifətindən qəsdən vurub ona sağ göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiət olunan sağ gözyuvası ətrafı-almacıq- yanaq nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirəndən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasına keçib onun qolların tutmaqla ona Zərərçəkmiş şəxs vurmağa şərait yaratmış, o, isə Zərərçəkmiş şəxs üstünə cumub sifətindən qəsdən yumruqla bir necə zərbə endirərək sonuncuya sağ təpə-ənsə nahiyəsinin, sol bazu oynağı nahiyəsinin dərialtı hematomaları ilə və boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs videoçəkiliş qarşısında üzr istəyən zaman Təqsirləndirilən şəxs1 öz qanunsuz hərəkətlərini davam etdirərək yumruqda Zərərçəkmiş şəxs sifətindən və başından vurub ona sol yanaq-çənə nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan olan bədən xəsarətlərini yetirməklə bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 27 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu H.Əliyev prorspekti 323 ünvanında yerləşən Bakı Olimpiya Stadionun qarşısına gələrək orada piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb guya sonuncunun Ağdaş rayonun sakinlərinə qarşı nalayiq sözlər işlətməsini əsassız səbəb gətirib Ağdaş rayon sakinlərindən videoçəkilişlə üzr istəmələrini tələb edəndən sonra sonuncunun haqlı etirazını qəbul etməyib ətrafda toplaşan yoldan keçən şəxslərin narahatçılıqlarına səbəb olmuş ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud sürətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək Təqsirləndirilən şəxs3 başı ilə Zərərçəkmiş şəxs sifətindən qəsdən vurub ona sağ göz almasının konyuktivasına və ağlı qişasına qansızma ilə müşaiət olunan sağ gözyuvası ətrafı-almacıq-yanaq nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirəndən sonra o, Zərərçəkmiş şəxs arxasına keçib onun qolların tutmaqla Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmağa şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üstünə cumub sifətindən qəsdən yumruqla bir necə zərbə endirərək sonuncuya sağ təpə-ənsə nahiyəsinin, sol bazu oynağı nahiyəsinin dərialtı hematomaları ilə və boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs videoçəkiliş qarşısında üzr istəyən zaman o, öz qanunsuz hərəkətlərini davam etdirərək yumruqda Zərərçəkmiş şəxs sifətindən və başından vurub ona sol yanaq-çənə nahiyəsinin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan olan bədən xəsarətlərini yetirməklə bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə, saat 14:30 radələrində o, Bakıda olan zaman Ömər ona zəng vuraraq bildirmişdir ki, Rauf adlı şəxs həmkəndçiləri Nuray adlı qızla Ağdaş rayonunda olan parkda öpüşürdü və həmin qızın ünvanına, həmçinin Ağdaş camaatın ünvanına nalayıq sözlər işlətmiş, videogörüntünün altında “Ağdaş rayonunda başı papaqlı kişi yoxdur” deyə rəy yazmışdır. Ömər ona demişdir ki, Raufla görüşüb söhbət etmək lazımdır ki, bütün Ağdaş əhalisindən üzr istəsin və həmin üzr istəməyini videoya çəkib Ağdaş camaatının arasında yayılmalıdır ki, hamı Raufun üzr istəməsini görsün. O da həmin vaxt həmyerliləri Fərid, Muhsin, Oktay və Muhsinin dostu Sənanla görüşməli idi. Ömərə demişdir ki, Raufla söhbət edib Raufun üzr istəmə videosunu göndərər. Həmin günü, axşam saat 17:30 radələrində o, Memar Əcəmi metrosunun yaxınlığında Fərid, Oktay, Muhsin, Musihin dostu Sənanla görüşmüşdür. Onlara demişdir ki, Raufun üzr videosunu çəkmək lazımdır, Ömər Ağdaş rayonundadır və İsa adlı uşağın vasitəsi ilə Raufu onlarla görüşə çıxardacaq. Bundan sonra o, Ömərlə telefonla danışmış və Ömər ona demişdir ki, X15 metrosunun yaxınlığındadır. O da Fərid, Oktay, Muhsin və Sənanla birlikdə Olimpiya stadionu tərəfə getdilər. Axşam saat 18 radələrində stadionun yaxınlığına çatanda o, görmüşdür ki, orada İsa bir nəfər cavan oğlanla söhbət edə- edə gedir. O bildi ki, İsanın yanında olan şəxs Raufdur və buna görədə Raufa yaxınlaşıb adını soruşmuşdur. Rauf ona özünü təqdim etmiş və o, Raufun qoluna girib kənara çəkmişdir. Həmin vaxtı İsa, Fərid, Sənan, Muhsin, Oktay yanlarında olmuşlar. Raufla söhbəti o edirdi. Raufa Nuray barədə şaiyələri yaydığına görə, Ağdaşla parkda Nurayla camaatın qarşısında öpüşdüyünə görə o Raufdan tələb etmişdir ki, video çəkilişlə bütün Ağdaş camaatından üzr istəsin. Rauf isə razılıq verməmişdir. Bu sözləri deyəndə o başı ilə Raufun sifətindən vurmuşdur. Sənan həmin vaxt bu söhbəti mobil telefon vasitəsi ilə videoya çəkməyə başlamışdır.Bundan sonra Oktay adlı tanışları Raufun üstünə cumub yumruqla Raufun sifətindən vurmağa başlamışdır. Raufu Oktay vurandan sonra Rauf demişdir ki «vurmayın üzr istəyəcəm». Onlar Raufun bu sözlərindən sonra dalaşmanı bitirmişlər. Həmin vaxt ətrafda 10-15 nəfər yoldan keçən tanımadıqları şəxslər toplaşıb onlara baxırdılar. Rauf üzr istəməyə razılaşdığına görə Oktay öz telefonu ilə Raufu çəkməyə başlamışı, Rauf Ağdaş camaatından üzr istəyəndən sonra Muhsin yumruqla qəflətən Raufun sifətindən vurub kənara çəkilmişdir. Rauf həmin zərbədən yerə yıxılmışdır. Sonra Sənan həmin üzr videonu Ömərə göndərmiş və bundan sonra həmin video tik tok sosial şəbəkələrində yayılmışdır.Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs3 Raufun Nurayla olan videosunun altında Ağdaş rayon sakinlərinin ünvanlanmış hər hansı yazını şəxsən görmədiyini, bu barədə ona Ağdaş rayonundakı uşaqların dediyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə, axşam saat 17.30 radələrində o, Memar Əcəmi metrosunun yaxınlığında Fərid və Toğrulla görüşmüşdür. Görüşün məqsədi olmamış, sadəcə olaraq Bakı şəhərində olduqlarından həmyerli kimi çay içmək istəmişlər. Həmin vaxt Muhsin də onlara qoşulmuş və Muhsinin yanında bir nəfər cavan oğlan dostu Sənan olmuşdur. Onlar görüşəndə Toğrul onlara demişdir ki həmin günü saat 14:30 radələrində ümumi tanışları Ömər zəng vuraraq bildirmişdir ki, Bakıda yaşayan Rauf adlı şəxs həmkəndçiləri Nuray adlı qızla Ağdaş rayonunda olan parkda öpüşürdü və həmin əxlaqsız hərəkətləri videoya çəkib tik-tok sosial şəbəkələrində paylaşmış və videonun altında “Ağdaş şəhərində bir başı papaqlı kişi yoxdur” kimi rəy yazmışdır. Ömər Toğrula demişdir ki, Raufla görüb onunla söhbət etmək lazımdır ki, bütün Ağdaş əhalisindən üzr istəsin və həmin üzr videonu sosial şəbəkələrində paylaşmaq lazımdır. Toğrul dedi ki Rauf adlı şəxsin bu hərəkəti bütün Ağdaş rayon sakinlərin qeyrətini alçaldır və buna görədə Rauf hamının qarşısında bu hərəkətlərinə görə üzr istəməlidir və Raufun bu üzr istəməsi videoya çəkilməlidir. Onlar Toğrulla razılaşdılar və Toğrul Ömərlə telefonla danışdı, Ömər Toğrula demişdir ki, X15 metrosunun yaxınlığındadır, Olimpiya stadionun ətrafında. Bundan sonra o, Toğrul, Fərid, Muhsin və Sənanla birlikdə Olimpiya stadionu tərəfə getmişlər. Axşam saat 18 radələrində stadionun yaxınlığına çatanda onlar orada iki nəfər cavan oğlanın öz aralarında söhbət etdiklərini görmüşlər. Sonradan bildiyi kimi həmin şəxslər İsa ilə Rauf olmuşlar. Toğrul Raufa yaxınlaşıb adını soruşmuşdur. Rauf Toğrula özünü təqdim etmiş və Toğrul Raufun qoluna girib kənara çəkmişdir. Həmin vaxt o, İsa, Fərid, Sənan, Muhsin onların yanında olmuşlar. Raufla söhbəti Toğrul edirdi. Raufa Nuray barədə yaydığı videoya görə və Ağdaşla parkda Nurayla vətəndaşların qarşısında öpüşdüyünə görə Toğrul ondan tələb etmişdir ki, video çəkilişlə bütün Ağdaş camaatından üzr istəsin. Rauf razılaşmamışdır. Həmin vaxt Toğrul başı ilə Raufun sifətindən vurdu. Rauf zərbədən arxaya çəkiləndə o, Raufun üstünə cumub yumruqla Raufun sifətindən vurmağa başlamışdır. Sənan həmin vaxt bu söhbəti mobil telefon vasitəsi ilə videoya çəkməyə başlamışdır. Bundan sonra o, özü Raufu vurmağa başlamış və vurandan sonra Rauf demişdir ki «vurmayın üzr istəyəcəm» Onlar Raufun bu sözlərindən sonra dalaşmanı bitirmişlər.Həmin vaxt ətrafda 10-15 nəfər yolan keçən tanımadıqları şəxslər toplaşıb onlara baxırdılar. Rauf üzr istəməyə razılaşdığına görə Sənan öz telefonu ilə Raufu çəkməyə başlamışdır. Rauf Ağdaş camaatından üzr istəyəndən sonra Muhsin yumruqla qəflətən Raufun sifətindən vurub kənara çəkilmişdir. Rauf həmin zərbədən yerə yıxılmışdır. Sənan da həmin üzr videonu Ömərə göndərmiş, bundan sonra video sosial şəbəkədə paylaşılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs2 Raufun Nurayla olan videosunun altında Ağdaş rayon sakinlərinin ünvanlanmış hər hansı yazını şəxsən görmədiyini, bu barədə ona Ağdaş rayonundakı uşaqların dediyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə, axşam saat 17 radələrində o Fərid, Toğrul, Oktayla birlikdə Memar Əcəmidə görüşüb çay içib domino oynamağa planlaşdırmışdır. Həmin vaxt dostu Sənan da onunla birlikdə olmuş və o Sənanı həmin uşaqlarla tanış etmişdir. Uşaqlarla görüşəndə Toğrul onlara demişdir ki, Ağdaş rayonundan Ömər adlı tanımadığı şəxs zəng vurub bildirmişdir ki, Rauf adlı şəxs həmkəndçiləri Nuray adlı qızla Ağdaş rayonunda olan parkda öpüşmüş, həmin qızın və Ağdaş camaatının ünvanına nalayiq sözlər işlətmişdir. Ömər Toğrula demişdir ki, Raufla görüşüb söhbət etmək lazımdır ki, bütün Ağdaş camaatından üzr istəsin və həmin üzr videosunu sosial şəbəkələrində paylaşmaq lazımdır. Toğrul demişdir ki, Rauf Ağdaş rayonun sakinlərinə görə hörmətsiz hərəkət etdiyinə görə Raufun üzr videosu çəkilib Ağdaş rayonuna göndərməlidir. Toğrul dedi ki, Raufla söhbət etmək lazımdır və buna görə də onları Koroğlu metrosunun yanına aparmışdır. Toğrul demişdir ki, İsa Raufu görüşə çıxarmalıdır. O, nə İsanı, nə də Raufu tanımırdı. Həmin gün, saat 18 radələrində onlar Olimpiya stadionun yaxınlığına çatanda o görmüşdür ki, orada iki nəfər cavan oğlan piyada gedib söhbət edirlər. Toğrul dedi ki, həmin şəxslər Raufla İsadır. Toğrul Raufa yaxınlaşıb özünü təqdim etmiş və Toğrul Raufun qoluna girib kənara çəkmişdir. Həmin vaxt o özü, İsa, Sənan, Fərid, Oktay onların yanlarında durmuşdular. Raufla söhbəti Toğrul edirdi. Raufa Nuray barədə yaydığı şaiyələrə görə və Ağdaşla parkda Nurayla vətəndaşların qarşısında öpüşdüyünə görə Toğrul Raufdan tələb etmişdir ki, video çəkilişlə bütün Ağdaş camaatından üzr istəsin. Rauf razılaşmamışdır. Sənan həmin vaxt bu söhbəti mobil telefon vasitəsi ilə videoya çəkməyə başlamışdır. Bu zaman Toğrul başı ilə Raufun sifətindən vurmuşdur. Rauf zərbədən arxaya çəkiləndə Oktay adlı tanışları Raufun üstünə cumub yumruqla Raufun sifətindən vurmağa başlamışdır. Raufu Oktay vurandan Rauf dedi ki, «vurmayın üzr istəyəcəm» Raufun bu sözlərindən sonra dalaşma bitmişdir. Həmin vaxt ətrafda bir neçə yoldan keçən tanımadıqları şəxslər toplaşıb onlara baxırdılar. Rauf üzr istəməyə razılaşdığına görə Oktay öz telefonu ilə onu çəkməyə başlamışdır. Rauf Ağdaş camaatından üzr istəyəndən sonra o, yenə də Raufun bu hərəkətlərinə görə əsəbi olduğuna görə yumruqla qəflətən Raufun sifətindən vurmuş, Rauf yerə yıxılmışdır. Sənan da həmin üzr videonu Toğrula göndərmiş, Toğrul isə həmin videonu Ömərə göndərmişdir. Bundan sonra video sosial şəbəkələrdə paylaşıldı. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 Raufun Nurayla olan videosunun altında Ağdaş rayon sakinlərinin ünvanlanmış hər hansı yazını şəxsən görmədiyini, bu barədə ona Ağdaş rayonundakı uşaqların dediyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl whatsapp qruplarında fəal iştirak edən Nuray adlı qızla tanış olmuşdur. Nurayla o özünə məxsus olan ***-***-**-** saylı whatsapp nömrəsi ilə əlaqə saxlayırdı. Hal hazırda nömrəni sındırıb atmışdır. Nurayın telefon nömrəsini isə o xatırlamır. Nurayla o tanış olandan sonra bir neçə vaxt danışandan sonra Nurayla 06 mart 2022-ci il tarixdə sevgili olmağa razılaşdılar. Nuray özü Ağdaş rayonunda yaşayırdı, Bakı şəhərinə gəlmirdi. 17 mart 2022-ci il tarixdə o, Nurayla görüşmək üçün Ağdaş rayonuna getmişdir. Orada o, Nurayla görüşüb parkda bir saat gəzişmiş, söhbət etmişlər, aralarında heç bir cinsi əlaqə olmamışdır. Nurayla o həmin günü ilk dəfə görüşürdü. Həmin vaxt o, Nurayla Ağdaş rayonunda parkda gəzişən zamanı dodağ dodağa öpüşmüşlər. 27 aprel 2022-ci il tarixdə İsa adlı şəxs ona mesaj yazmışdır ki, «Bakıya gəlirəm səninlə görüşmək istəyirəm» O İsadan soruşmuşdur ki, hansı səbəbə görə onunla görüşür? İsa ona demişdir ki, «səni tanımaq, görmək istəyirəm, gəl Koroğlu metrosunun yanına Güllə parkına». O, İsa ilə razılaşmış və 27 aprel 2022-ci il tarixdə, saat 18.10 radələrində Koroğlu parkına İsa ilə görüşmüş, İsa onunla görüşəndə tək olmuşdur və görüşüb özünü təqdim edəndən sonra onunla söhbət edə-edə onu «Olimpiya» stadionun yaxınlığına aparmışdır. Həmin vaxt İsa ilə aralarında heç bir mübahisə baş verməmişdir. Olimpiya stadionu tərəfə çatanda İsaya zəng gəlmiş və İsa kimləsə telefonda danışandan sonra demişdir ki, dostu onunla görüşmək istəyir. O, razılaşmış və bir neçə dəqiqədən sonra 4-5 nəfər tanımadığı şəxslər ona yaxınlaşmışlar. Orada olan Toğrul adı şəxs ondan tələb etmişdir ki, Nurayla Ağdaş rayonunda parkda öpüşdüyü üçün Ağdaş camaatından üzr istəsin və bu videoya çəkilsin. Sənan adlı şəxs bu vaxt telefonla onları çəkmişdir. O, heç Toğrula cavab verməyə macal tapmadan Toğrul adlı şəxs başı ilə heç bir səbəb olmadan onun sifətinə vurmuşdur. Toğrulun yanında olan göy rəngli köynəkdə Oktay adlı şəxs isə üstünə hücüm edib onun sifətindən 1-2 dəfə yumruq zərbələri endirmişdir. Bundan sonra o, üzr istəyəcəyini bildirmişdir. Sənan onu telefonuna çəkirdi. Bu zaman Muhsin qəftələn dayandığı yerdə onun sifətindən yumruqla vurmuşdur. O da həmin zərbədən yerə yıxılmışdır. Sonra orada olan şəxslər Muhsin adlı şəxsi kənara çəkmişlər və dalaşma başa çatmışdır. Səhəri gün, yəni 28 aprel 2022-ci il tarixdə o, görmüşdür ki, onun üzr və döyüldüyü video sosial şəbəkələrində yayılmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Nurayla ikisinin tik-tokda ortaq profil işlətdiklərini, Nurayla onun sözügedən öpüşmə videosunu tik-tokda Nurayın paylaşdığını, onun isə bunu gördükdə həmin videonu sildiyini, həmin videonun altında Ağdaşlılara ünvanlanacaq hər hansı ifadənin yazılmadığını, təqsirləndirilrən şəxslərlə görüş zamanı da Ağdaşlıların ünvanına nalayiq və ya təhqiredici ifadə işlətmədiyini, ümumiyyətlə görüş zamanı təqsirləndirilən şəxslər tərəfindən ona nəsə söz deməyə imkan verilmədiyini, hadisə yerinə gələrkən niyə belə bir videonu paylaşdığı bildirilərək cavab verməsinə şərait yaradılmadan Toğrulun ona kəllə atdığını, sonradan Oktay və Mühsinin onu vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 aprel 2022-ci il tarixdə, axşam saat 17 radələrində o Fərid, Toğrul, Oktay və Muhsinlə birlikdə Memar Əcəmidə görüşmüşlər. Görüş zamanı Toğrul onlara demişdir ki, Ağdaş rayonundan Ömər zəng vurub bildirmişdir ki, Rauf adlı şəxs həmkəndçiləri Nuray adlı qızla Ağdaş rayonunda olan parkda öpüşürdü, həmin qızın və Ağdaş camaatının ünvanına nalayiq sözlər işlətmişdir. Ömər Toğrula demişdir ki, Raufla görüşüb söhbət etmək lazımdır ki, bütün Ağdaş camaatından üzr istəsin və həmin üzr videonu sosial şəbəkələrində paylaşmaq lazımdır. Toğrul dedi ki, Rauf Ağdaş rayonun sakinlərinə görə hörmətsiz hərəkət etdiyinə görə Raufun üzr videosu çəkilib göndərməlidir. Ağdaş rayonuna. Toğrul dedi ki, Raufla söhbət etmək lazımdır və buna görədə Koroğlu metrosunun yanına onları apardı. Toğrul dedi ki, İsa Raufu görüşə çıxardır və Ömərlə telefon əlaqəsini yaradırdı. Həmin gün, saat 18 radələrində onlar Olimpiya stadionun yaxınlığına çatanda o görmüşdür ki, orada iki nəfər cavan oğlan piyada gedib söhbət edirlər. Toğrul demişdir ki, həmin şəxslər Raufla İsadır. Toğrul Raufa yaxınlaşıb özünü təqdim etmiş və Toğrul Raufun qoluna girib kənara çəkmişdir. Həmin vaxt o, İsa, Muhsin, Fərid, Oktay onların yanlarında durmuşdular. Raufla söhbəti Toğrul edirdi. Nuray barədə yaydığı şaiyələrə görə və Ağdaşla parkda Nurayla vətəndaşların qarşısında öpüşdüyünə görə Toğrul Raufdan tələb etmişdir ki, video çəkilişlə bütün Ağdaş camaatından üzr istəsin. Rauf razılaşmamışdır. Sənan həmin vaxt bu söhbəti mobil telefon vasitəsi ilə videoya çəkməyə başlamışdır. Bu zaman Toğrul başı ilə Raufun sifətindən vurmuş, Rauf zərbədən arxaya çəkiləndə Oktay adlı tanışları Raufun üstünə cumub yumruqla Raufun sifətindən vurmağa başlamışdır. Raufu Oktay vurandan Rauf demişdir ki, «vurmayın üzr istəyəcəm». Raufun bu sözlərindən sonra dalaşma bitmişdir. Həmin vaxtı ətrafda yolan keçən tanımadıqları şəxslər toplaşıb onlara baxırdılar. Rauf Ağdaş camaatından üzr istəyəndən sonra Muhsin yumruqla qəflətən Raufun sifətindən vurmuş və Rauf yerə yıxılmışdır. Bundan sonra onlar Muhsini kənara çəkmişlər və dava bitmişdir. Sonra o, çəkdiyi videonu Toğrula göndərmiş və öz telefonundan silmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 27 aprel 2022-ci il tarixdə baş vermiş hadisənin gedişatı və mexanizminə dair Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş, özünün sadəcə kənarda dayandığını, Raufa heş bir söz demədiyini və onu vurmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahidlər Şahid3 və Şahid2 Raufun Nurayla olan videosunun altında Ağdaş rayon sakinlərinin ünvanlanmış hər hansı yazını şəxsən görmədiklərini, bu barədə Toğrulun onlara məlumat verdiyini bildirmişlər. Şahid1 səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyin onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesində yerləşən Olimpiya stadionunun yaxınlığıdır (i.v.8-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X10 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 809 saylı, 04 may 2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz almasının konyuktivasına və ağlı qişasında qansızma ilə müşaiyət olunan sağ gözyüvasıətraflı almacıq yanaq nahiyəsinin, sağ təpə-ənsə nahiyəsinin, sol yanaq-çənə nahiyəsinin, sol bazu oynağı nahiyəsinin dərialtı hematomaları,boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən 27 aprel 2022-ci il tarixə uyğun gələn, dərəcələrinə görə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Boyun nahiyyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v.60-61). “Götürmə haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 və digərlərinin zərərçəkmiş şəxsi Sabunçu rayonu ərazisində yerləşən Olimpiya stadionunun yaxınlığında döyüb xəsarət yetirməklə xuliqanlıq hərəkətlərini göstərən 01 ədəd DVD diskdə qeydə alınmış video yazı Zərərçəkmiş şəxs götürülmüşdür (i.v.87). “Videoyazıya baxış keçirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 4 ədəd video fayl var. «VİD-20220527-WA0026», «VİD-20220527- WA0027», «VİD-20220527-WA0028», «VİD-20220527-WA0029» adlı faillardı. «VİD- 20220527-WA0026» adlı fayla baxdıqda müəyyən olunur ki, faylda 17 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və digər şəxslər tələb edirlər ki, Ağdaş camaatından üzr istəsin, həmin vaxtıda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sifətindən yumruqla vurur. Həmin videonun üzərində «Azərbaycan_Reallığı» saytının logosu var. «VİD-20220527-WA0027» adlı fayla baxdıqda müəyyən olunur ki, faylda 10 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və digər şəxslər tələb edirlər ki, vidoçəkilişdə üzr istəsin, Təqsirləndirilən şəxs3 həmin vaxtı başı ilə Zərərçəkmiş şəxs sifətindən zərbə vurur, X11 arxasına keçir, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üstünə hucum çəkib yumruqla sifətindən vurur. «VİD-20220527-WA0028» adlı fayla baxdıqda müəyyən olunur ki, faylda 51 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və digərləri tərəfindən döyülməsi «İşıqlı həyat» xəbərlər saytında yayımlanmışdır. «VİD-20220527-WA0029» adlı fayla baxdıqda müəyyən olunur ki, faylda 16 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Muhsin Şavəddin tərəfindən döyülür və Ağdaş sakinlərindən üzr istəyir (i.v.89). “İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır (i.v.162-170). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların hər birinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, iş materiallarında olan DVD diskdə olan görüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, iş materiallarında olan DVD diskdə olan görüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur (i.v.56). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.57). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.122-123). “Axtarışda olan şəxsin tutulması barədə” 24 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.125). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.157-158). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.159-160). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.192-193). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.216-217). Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4 tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(014)-61/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Musayev X8 Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 7(012)-259/2021 saylı qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş 02 ay hissəsini çəkməkdən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini (CM-nin 59.1.2) zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini (CM-nin 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(014)-61/2021 saylı hökmü ilə qısa müddət öncə məhkum edilməsinə və barəsində Amnistiya aktı tətbiq edilməklə onun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsinə və bununla da ona Dövlət tərəfindən güzəşt edilməsinə baxmayaq onun yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini (CM-nin 59.1.2) zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını (CM-nin 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ağdaş şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, axtarış qərarı əsasında tutularaq saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-913/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-913/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver