Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-915/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1 nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində yerləşən “Olimpiya” stadionu ilə Böyükşor gölü arasındakı köməkçi yolla hərəkətdə olarkən, həmin yolun baş yolla kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin, üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol- hərəkəti qaydalarını pozmaqla sol tərəfindən baş yolla hərəkətdə olan X1 idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ehtiyatsızlığından sonuncu avtomobilin sürücüsü, zərərçəkmiş şəxs Məhəmməd Əhmədovun sağ təpə nahiyəsinin əzilmiş yarası, sağ qalça sümüyünün və sirkə kasasının qəlpəli yerdəyişmiş qapalı sınıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə, saat 01:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “Toyota Camry” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilində Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospekti ilə saatda 50-60 kilometr sürətlə metronun “Koroğlu” stansiyası istiqamətində təkcə, yüksüz, şəxsi işlərindən ötrü gedirmiş. O, Heydər Əliyev prospektində həmin prospekdə yerləşən “Olimpiya” stadionu ilə Böyükşor gölü arasındakı köməkçi yolla hərəkətini davam etdirərkən həmin yolun baş yolla kəsişməsindəki, yəni, “Olimpiya” stadionun arxası, Böyükşor gölünün qarşısındakı dairəyə, yəni baş yola daxil olarkən idarə etdiyi avtomobilin surətini azaltmış, yolayrıcına saatda 30-40 kilometr surətlə daxil olmuşdur. Yolayrıcına daxil olarkən sol tərəfindən baş yolla hərəkətdə olan sonradan adını bildiyi sürücü X1 idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin andan onun üçün təhlükə yaranmışdır. O, idarə etdiyi avtomobillə yolayırıcına daxil olduqdan sonra təxminən 10 metr məsafə qət etdikdə “Khazar” markalı avtomobilin ön hissəsi ilə onun idarə etrdiyi avtomobilin qabaq sol qapıları toqquşmuşdur. Zərbədən hər iki avtomobil 30-40 metr aralıda yerləşən yaşıllıq zolağına istiqamətlənmişdir. Hadisə nəticəsində o, və “Khazar” markalı avtomobilin sürücüsü Məhəmməd Əhmədov xəsarət almışlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və onunla barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etməmiş və onun notarial qaydada verilmiş təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi və onun təqsirləndirilən şəxslə barışmasına dair ərizəsi məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim edilmiş 26 oktyabr 2023-cü il tarixli notarial ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini, zərərçəkmiş şəxs X1 notarial ərizəsini nəzərə alıb, iş materiallarında olan digər iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməli və o, AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs iş materiallarında olan AD 202148 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs iş materiallarında olan AD 202148 nömrəli sürücülük vəsiqəsi özünə qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-915/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-915/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver