Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-917/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,782 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 4 ünvanın qarşısına qədər daşımış, xx.xx.2022-ci il tarixdə,` saat 11:30-da Sabunçu RPİ 15-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 1,782 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,824 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 7 ünvanın qarşısına qədər daşımış, xx.xx.2022-ci il tarixdə, saat 12:00-da Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 9 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirilmiş, PB-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 1,824 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən birinci epizod üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik maddə olan kakos kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. 26 iyun 2022-ci il tarixdə, günorta saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın yaxınlğında anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir büküm metamfetamin almış və üzərində gəzdirmiş, həmin günü, saat təxminən 21 radələrində Sabunçu qəsəbəsi,Q.Vəzirov küçəsində olan zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, sonra onu narkotik maddə istifadə etməkdə şübhəli bilib saxladıqlarını deyərək, polis şöbəsinə dəvət etmiş, birlikdə Sabunçu RPİ- nin 12-ci polis şöbəsinə getmiş, orada xidməti oraqların birində ondan üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etmədiyini başa düşərək üzərində narkotik maddə metamfetamin olmasını bildirmiş, sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir büküm psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş və bu barədə protokol tərtib olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi büküm qablaşdırılaraq möhürlənmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi ikinci epizoda münasibətdə isə o, özünü təqsirli bilməyərək göstərmişdir ki, 17 avqust 2022-ci il tarixdə onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həmin gün o, polis bölməsinə dəvət olunmuş, gəldikdə isə üzərinə psixotrop maddə qoyularaq çəkiliş zamanı həmin maddənin özünə məxsus olmasını bildirməli olması deyilmişdir. O, həmin vaxtlar narkotikdən uzaqda qalmaq və sağalmaq istədiyindən həmin təklifi qəbul etmiş və istintaq zamanı həmin psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Lakin hazırda o sağalmışdır. Bu səbəbdən də məhkəməyə gerçəkləri söyləyir. Göstərilən epizod üzrə özünü təqsirli bilmir və həmin epiozodun ittihamdan xaric edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin baş əməliyyat müvəkkili X9 ifadəsində göstərmişdir ki, hadisəyə qədər Təqsirləndirilən şəxs tanımamış, ədavətləri və ya düşmənçilikləri yoxdur. Ona qərəzsiz mənbədən daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə məşğul olur. Bu barədə 15-ci PB-nin rəhbərliyinə raportla məruzə etmiş, 15-ci PB-də əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmişdir. Həmin tarixdə, saat 11:30-da Təqsirləndirilən şəxs ünvan 10 ünvanının yaxınlığında tərəflərindən saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PByə gətirilmişdir. X4 vət. Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış etmiş, hüquq və vəzifələrini izah etmişdir. 15-ci PB-nin inzibati binasında X4un xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmeti könüllü surətdə verməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofandakı 1 ədəd bükümü təqdim etmiş, bükümün içərisindən ağımtıl rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotikdir, özünə məxsusdur, içərisindəki “şüşə”dir, həmin maddəni özünün istifadəsi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, üzdən tanıdığı şəxsdən 20 manata almışdır. Həmin büküm Təqsirləndirilən şəxs iştirakı ilə 1 ədəd zərfə qoyulmuş, zərfin ağzı bağlanaraq möhürlənmiş, o, Təqsirləndirilən şəxs və polis sahə inspektoru Şahid2 həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində digər hərhansı əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin polis sahə inspektoru Şahid2 digər şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 avust 2022-ci il tarixdə icraatına daxil olmuş məlumatdan görünürdü ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, üzərində saxlanılması və daşınması ilə məşğul olur. Bu barədə 15-ci PB rəhbərliyinə məlumat vermiş, məlumatla əlaqədar PB-də əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 12:00-da ünvan 12 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs 15-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ilə birgə saxlayaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 9 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-yə gətirmişlər. Bu barədə raportla məruzə etmiş, araşdırmanın aparılması 15-ci PB-nin təhqiqatçısı Zaur Quliyevə tapşırılmışdır. X7 tərəfindən vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, X7 vət. Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış etmişdir. 15-ci Polis bölməsində inzibati binada X7in xidməti otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. X7 vət. Emil Quliyevə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofandakı bükülünü təqdim etmişdir. Həmin bükülü açılarkən içərisindən şəffaf rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotikdir, özünə məxsusdur, içərisindəki “şüşə”dir, həmin maddəni özünün istifadəsi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, səhər saatlarında tanımadığı şəxsdən 10 manata almışdır. Həmin büküm onun, əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyulmuş, zərf möhürlənmiş, zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində digər hər-hansı əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o, və digər iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Məhkəmə iclasında Şahid3 iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm X4 tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “şüşə” olduğunu deyərək, Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən 20 manat verərək şəxsi istifadəsi üçün aldığını bildirir ( i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 20 iyun 2022-ci il tarixli, 6/3440 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “zərflər üçün N161” möhür əksi, “(imza) Qurbanov” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,782 qram maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.35-39). “Maddi sübut kimi tanıma haqqında” 23 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,782 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 1,732 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 4410 saylı, 11 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.96-97). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi AR CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır (i.v.99-100). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini təklif edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim etmişdir (i.v.127-128). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 6/4375 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N161” möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,824 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.132-136). “Maddi sübut kimi tanıma haqqında” 19 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,824 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 1,774 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.174). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ikinci epizod üzrə təqsirli bilməyərək 17 avqust 2022-ci il tarixdə onun üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirsə də, məhkəmə onun özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixli epizod üzrə istintaqın ilk günündən etibarən özünü təqsirli bilərək etirafedici ifadələr vermiş, bir dəfə belə ona elan edilmiş ittihama etiraz etməmiş, ona hər hansı təzyiq göstərilməsi ilə bağlı müraciəti olmamışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunduqda o, könüllü şəkildə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü masanın üzərinə qoyaraq həmin bükümdəki maddənin psixotrop maddə olduğunu qeyd edərək şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs istintaq zamanı ona hər hansı fiziki və psixoloji təzyiqin göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan; “Şübhəli şəxsin tutulması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 iyun 2022-ci il tarixdə, saat 11:30-dan tutulmuş hesab olunmuşdur (i.v. 18). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.69-71). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.72). “Axtarışda olan şəxsin tutulması haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə Sabunçu rayonunda tutularaq 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (i.v.88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.92). “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 avqust 2022-ci il tarixdə, saat 12:00-dan tutulmuş hesab olunmuşdur (i.v. 123). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 4(008)-675/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.171-172). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 183-184). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 01 iyun 2012-ci il təvəllüdlü (X5) və 15 mart 2014-cü il təvəllüdlü (X6) uşaqları var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində iki azyaşlı övladının olmasını (AR CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini təkrar törətməsini (AR CM-nin 61.1.1-ci maddəsi) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə AR CM-nin 234.1-ci maddəsi ilə istintaq getdiyi müddətdə yenidən AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməməsi və təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təqsirli bilindiyi birinci epizod üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), cəzaçəkmə müddətinin əvvəli təqsirli bilindiyi ikinci epizod üzrə tutulduğu 17 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,732 qram və 1,774 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 və 65 manat olmaqla, cəmi 179 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-917/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-917/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver