Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-917/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala-Ramana küçəsində yol kənarında özünə məxsus “Khazar” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsinə vurduqdan sonra həmin ünvanda avtomobildən yerə yıxaraq taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol bud-çanaq oynağında ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud nahiyəsinin hematoması, sağ yanaq nahiyəsinin sıyrığı, sol gicgah, sol çənə şaxəsi, sağ bud və sağ baldır nahiyələrinin qançırları kimi xarakterizə olunan bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onun atası Qəribağa Əzizovda onkoloji xəstəlik yarandığı üçün atasının müalicəsi ilə bağlı bir müddət davamlı olaraq ailəsi ilə birgə yaşaya bilməmiş, bu səbəbdən, Zərərçəkmiş şəxs ilə müxtəlif vaxtlarda mübahisələri yaranmış, o, başqa ünvanda yaşamağa başlamışdır. 26 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, lakin, Zərərçəkmiş şəxs evdə olmamış, o, Türkanla telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsa da, Türkan onun nömrəsini bloka saxladığı üçün onunla əlaqə saxlaya bilməmişdir. O, evin yaxınlığında yerləşən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayanacağına gedərək Türkanı gözləməyə başlamış, bir müddət sonra Türkanın gəldiyini görərək, aralarında olan mübahisəni müzakirə etmək üçün ona avtomobilə əyləşməyi təklif etmiş, Türkan onunla razılaşaraq avtomobilə əyləşmiş, o, avtomobili yaşadıqları ünvana doğru hərəkət etdirmişdir. Avtomobildə olduqları zaman təxminən saat 11 radələrində Türkan onun ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, hərəkətlərini sonlandırması üçün Türkana dəfələrlə xəbərdar etməsinə baxmayaraq Türkan onu təhqir etməyə davam etmişdir. O, Türkanın hərəkətlərindən əsəbləşərək avtomobili saxlayaraq avtomobildən enmiş, Türkanın avtomobildə əyləşdiyi tərəfdən avtomobilin qapısını açaraq sillə ilə onu vurmuş, Türkan onu itələyərək avtomobildən enməyə çalışmış, lakin, o, Türkanın avtomobildən enməsinə mane olaraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Mübahisə zamanı Türkanın halı pisləşdiyi üçün tibbi yardım göstərilməsi üçün Türkanı xəstəxanaya aparmış, orada Türkana tibbi yardım gösətirildikdən sonra onu avtomobillə yaşadığı ünvana aparmışdır. Zərərçəkmiş şəxs izahatında onun taxta parçası ilə döydüyünü bildirməsinə baxmayaraq onu taxta parçası ilə döyməmiş, yalnız, taxta parçasını onun üzərinə atmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. İlk vaxtlar münasibətləri normal olmasına baxmayaraq sonradan Təqsirləndirilən şəxs onunla kobud davranaraq onu təhqir etmiş, səbəbsiz olaraq onunla mübahisə yaratmışdır. 26 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə getmək məqsədi ilə evdən çıxmış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala-Ramana küçəsində yol kənarında Təqsirləndirilən şəxs özünə məxsus “Khazar” markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onun önünü kəsərək avtomobilə əyləşməsini tələb etmişdir. O, Elnura məxsus avtomobilə əyləşdikdən sonra Elnur avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində idarə edərək yolboyu onunla mübahisə etmişdir. O, Elnurdan avtomobili saxlamağını xahiş etməsinə baxmayaraq Elnur onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Elnur avtomobili yol kənarında saxlayaraq onun baş nahiyəsinə yumruqla zərbələr endirmiş, o, qışqıraraq avtomobildə enməyə çalışsa da, Elnur onun saçından tutaraq onu yerə yıxmış, avtomobilin saxlanc hissəsindən taxtanı götürərək onu döyməyə başlamışdır. O, Elnurdan onu buraxmasını xahiş etməsinə baxmayaraq Elnur onu taxta parçası ilə döyməyə davam etmiş, aldığı xəsarətlər nəticəsində o, huşunu itirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Cinayət işinin 18-19-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 Sabunçu rayon şöbəsinin 22 may 2023-cü il tarixli, 900 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud-çanaq oynağında ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud nahiyəsinin hematoması, sağ yanaq nahiyəsinin sıyrığı, sol gicgah, sol çənə şaxəsi, sağ bud və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lolkalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 47-ci vərəqəsində olan 08 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinin 84-cü vərəqəsində olan 1-2176 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan 1-1142 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan 1-1898 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 1-25271 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan 09 sentyabr 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan 09 sentyabr 2023-cü il tarixli tutulumş şəxsin MSYdən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 106-109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 2634 nömrəli, 15 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deperssiv tipli üzvi affektiv pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən Depressiv tipli üzvi affektivpozuntu diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Cinayət 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 13 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, İİİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 128--ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 08 sentyabr 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət islah işləri cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 04 (dörd) gün çıxılaraq üzərində qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-917/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-917/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver