Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-92/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respubliksı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə və xx.xx.2000-ci ildə Ağdam rayonu, Şıxbabanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 25 iyul 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahədə qrupun digər üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun sifət nahiyyəsinə sillə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən alt dodağın selikli qişa səthinin əzilmiş səthi yarası və alın nahiyəsinin sıyrığı xəsarətlərini yetirdikdən sonra o, Zərərçəkmiş şəxs çiynindən asılmış sonuncuya məxsus içərisində 1.090 ( min doxsan ) manat dəyərində bir ədəd «Redmi» markalı, «Note 11 S» modelli mobil telefon, mobil telefonun içərisində 5 (beş) manat dəyərində ***-***-**-** GSM nömrəsi, 5 (beş) manat dəyərində mobil telefon adapteri, 310 (üç yüz on) manat dəyərində «Apple Airpods» markalı qulaqcıq və 384 (üç yüz səksən dörd) manat məbləğində nəğd pul olan 20 (iyirmi) manat dəyərində çantasını açıq talayaraq ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1.814 (min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 25 iyul 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahədə o, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun sifət nahiyyəsinə sillə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən alt dodağın selikli qişa səthinin əzilmiş səthi yarası və alın nahiyəsinin sıyrığı xəsarətlərini yetirdikdən sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs çiynindən asılmış sonuncuya məxsus içərisində 1.090 ( min doxsan ) manat dəyərində bir ədəd «Redmi» markalı, «Note 11 S» modelli mobil telefon, mobil telefonun içərisində 5 (beş) manat dəyərində ***-***-**-** GSM nömrəsi, 5 (beş) manat dəyərində mobil telefon adapteri, 310 (üç yüz on) manat dəyərində «Apple Airpods» markalı qulaqcıq və 384 (üç yüz səksən dörd) manat məbləğində nəğd pul olan 20 (iyirmi) manat dəyərində çantasını açıq talayaraq ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1.814 (min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onunla bir məhəllədə qaldığından tanımışdır, hadisə günü gecə onunla Zabrata getmək istəmişlər, Zabrata Sabunçudan getmək istəmişlər, hadisə təxminən gecə saat 2-dən sonra baş vermişdir. Zərərçəkmiş şəxsla Sabunçu keçidinin arxasında rastlaşmışlar, aralarında münaqişə yaranmışdır, münaqişənin səbəbi Zərərçəkmiş şəxs onlara kobud cavab verməsi olmuşdur, ondan söz soruşmaq istəmişlər, lakin, Zərərçəkmiş şəxs onlara sərt cavab vermişdir. Zərərçəkmiş şəxs onlara su almamışdır. Zərərçəkmiş şəxs su üçün pul verməsini görməmişdir. Zərərçəkmiş şəxsə yaxınlaşıb kim ilk olaraq sual verməsi yadında deyil. Sözlü mübahisədən sonra əl davası başlamışdır, o, Zərərçəkmiş şəxs üzərinə gedərkən, çantasını onun üzərinə atmış, o isə həmin çantanı dəqiq yadında qalmayan istiqamətə atmışdır, həmin dəqiqə ordan uzaqlaşmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs çantanı onun üzərinə atanda, özü ilə aparmamışdır, sadəcə yadında qalmayan tərəfə atmışdır, çantanın içərisində hansı əşyaların olduğunu bilməmişdir, həmin çantanı özü ilə götürmək fikri olmamışdır, sonradanda həmin əşyaların nə olduğu barədə xəbəri olmamışdır.Çantanı özü ilə aparmasa da, zərərçəkmiş şəxsə çantanın itməsi nəticəsində dəymiş ziyanı ödəmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanımış, aralarında olan münasibətlər normal olmuşdur. 25 iyul 2023-cü il tarixdə, gecə saatlarında o, Elməddinlə birlikdə hava almaq və bir qədər gəzmək üçün yaşadıqları məhəllədən çıxıb taksi vasitəsi ilə «Kamsamolski» dairəsi deyilən yerə qədər getmişdirlər. Daha sonra oradan taksidən düşərək piyada Bakıxanov qəsəbəsi istiqamətində gəzməyə başlamışdırlar. Onlar Bakıxanov qəsəbəsində «Şamlıq» deyilən yerdə olan zaman bir nəfər əvvəllər tanımadıqları şəxs onlara yaxınlaşaraq salamlaşmışdır. Bu vaxt onlar həmin şəxsin qeyri-əxlaqi həyat tərzi yaşamasını görüb həmin şəxsdən uzaqlaşmaq istəmişdirlər, həmçinin həmin şəxsin sol əlinin üzərində döymə, yəni tatu olduğundan həmin şəxsdən həmin döymənin mənasını soruşmuşdurlar. Həmin vaxt həmin şəxs onlara bildirmişdir ki, həmin döymənin mənası «Satanizm» mənasını kəsb edir. Bundan sonra onlar həmin şəxsi özlərindən kənarlaşdırmaq məqsədi ilə həmin şəxsdən ayrılan zaman həmin şəxs onların arxasınca nalayiq ifadələr işlədib söyüş söyməyə başlamışdır. Bu zaman o və Elməddin həmin şəxsə yaxınlaşaraq Elməddin həmin şəxsin sifət nahiyyəsindən sillə vurmuş və bu zaman o, həmin şəxsin çiynindən asılmış əl çantasını dartaraq çıxarmışdır. Bu zaman o və Elməddin hərəsi başqa-başqa istiqamətlərdə qaçmağa başlamışdırlar. O, həmin şəxsin çiynində asılmış olan pul kisəsini götürərək bir qədər qaçdıqdan sonra ara məhəllələrdə qaçan zaman atmışdır. Daha sonra o və Elməddin hərəsi öz evinə getmişdirlər. O, həmin şəxsi əvvəllər tanımamış, birinci dəfə hadisə baş verən gün görmüşdür. O, Zərərçəkmiş şəxs yalan danışdığını bildirmişdir. Hadisə onun ifadəsində baş verdiyi kimi olmuşdur. Bundan başqa bildirmişdir ki, o, həmin şəxsin çiynində asılmış olan pul kisəsini götürərək bir qədər qaçdıqdan sonra ara məhəllələrdə qaçan zaman atmışdır. O, hadisənin şokunda olduğu üçün Zərərçəkmiş şəxs məxsus pul kisəsini hansı qaydada götürdüyünü xatırlamır. O, həmin pul kisəsini hara atdığını xatırlamır. O, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs hansı formada və hansı bədən xəsarətləri yetirməsini xatırlamır. O, Zərərçəkmiş şəxs məxsus pul kisəsini nə qədər məsafə qət etdikdən sonra atdığını xatırlamır. O, psixi və əqli cəhətdən sağlamdır, bununla bağlı heç bir tibb müəssisəsində qeydiyyatda olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, Arif ilə Zabrata dostları ilə görüşmək üçün, Zabrata gedərkən, yolları Sabunçudan keçmişdir, oradan keçərkən Zərərçəkmiş şəxsla rastlaşmışlar, hadisə baş verəndən sonra isə onlar ayrıayrılıqda getmişlər, Arif ondan irəlidə getmiş, zərərçəkmiş şəxsi ilk dəfə görəndə, yaxınlaşıb ondan su almaq üçün pul istəmişdir, sonra su alıb qayıtmışdır, Arifi götürüb getmək istəmişdir, lakin həmin zaman zərərçəkmiş şəxs onlara kobud cavab verdiyindən aralarında dava başlamışdır. Dava zamanı o, zərərçəkmiş şəxsi vurmuşdur, hadisədən sonra onlar qaçmağa başlamış, həmin zaman Arifin əlində çantanı görməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, çantanı Arifin atıb-atmadığını gecə olduğundan görməmişdir, zərərçəkmiş şəxsin əlində olan döymə ilə əlaqədar olaraq kiminsə fikir bildirməsi yadında deyil, zərərçəkmiş şəxsdən aldığı pul ilə su aldıqdan sonra həmin sudan içməyi onun özünə də təklif etmişdir, həmin suyu bir yerdə içmək niyyəti ilə almışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən bir ildir ki tanımış, aralarında olan münasibətləri normal olmuşdur. 25 iyul 2023-cü il tarixdə, gecə saatlarında o, Ariflə birlikdə hava almaq və bir qədər gəzmək üçün yaşadıqları məhəllədən çıxıb taksi vasitəsi ilə «Kamsamolski» dairəsi deyilən yerə qədər getmişdirlər. Daha sonra oradan taksidən düşərək piyada Bakıxanov qəsəbəsi istiqamətində gəzməyə başlamışdırlar. Onlar Bakıxanov qəsəbəsində «Şamlıq» deyilən yerdə olan zaman bir nəfər əvvəllər tanımadıqları şəxs onlara yaxınlaşaraq salamlaşmışdır. Həmin vaxt Ariflə həmin şəxs təxminən, 20-30 dəqiqə söhbət etmişdirlər. Həmin vaxt o, Arifə yaxınlaşaraq çağırmaq istədikdə, həmin şəxsin sol əlinin üzərində olan döyməyə, yəni tatuya nəzəri dəymişdir. Bu səbəbdən o, həmin şəxsdən həmin döymənin mənasını soruşmuş və həmin şəxs ona cavab olaraq bildirmişdir ki, həmin döymənin mənası «Satanizm» deməkdir. Həmin şəxs ona bu cavabı verdikdən sonra həmin şəxsin onlardan uzaqlaşmasını bildirib arxasını dönərək yoluna davam etmək istədikdə, həmin şəxs ona qarşı nalayiq ifadələr işlətməklə söyüş söymüş və o, bu səbəbdən geriyə dönərək sillə ilə həmin şəxsin sifət nahiyyəsindən vurmuşdur. Bu zaman Arif həmin şəxsin çiynindən asılmış çantasını dartaraq çıxarmışdır. Bundan sonra onlar hərəsi ayrı-ayrı istiqamətlərdə qaçmağa başlamışdırlar. O, qaçmağa başlamazdan əvvəl arxaya baxdıqda, Arifin həmin əl çantasını həmin şəxsin yaxınlığına atdığını görmüşdür. Daha sonra o və Arif hərəsi öz evinə getmişdirlər. O, həmin şəxsi əvvəllər tanımamış, birinci dəfə hadisə baş verən gün görmüşdür. O bildirmişdir ki, Zərərçəkmiş şəxs yalan danışmış, hadisə onun ifadəsində olduğu kimi baş vermişdir. Həmin şəxs əlindəki döymənin mənasının «Satanizm» olduğunu bildirdikdən sonra o, sağ əli ilə həmin şəxsin sifət nahiyyəsindən bir dəfə sillə vurmuşdur. Bu zaman Arif həmin şəxsin çiynindən asılmış çantasını dartaraq çıxarmışdır. Bundan sonra onlar hərəsi ayrıayrı istiqamətlərdə qaçmağa başlamışdırlar. O qaçmağa başlamazdan əvvəl arxaya baxdıqda, Arifin həmin əl çantasını həmin şəxsin yaxınlığına atdığını görmüşdür. Onlar həmin şəxsi vurmaq üçün çiynindən asılmış əl çantasını götürmüşdürlər. Xəsarətlərin yetirilməsi ilə bağlı suala o cavab vermişdir ki, bu barədə heçnə xatırlamır. Həmin şəxs əlindəki döymənin mənasının «Satanizm» olduğunu bildirdikdən sonra o, sillə ilə həmin şəxsin sifət nahiyəsindən vurmuşdur. Bu zaman Arif həmin şəxsin çiynindən asılmış çantasını dartaraq çıxarmışdır. Bundan sonra onlar hərəsi ayrı-ayrı istiqamətlərdə qaçmağa başlamışdırlar. O, qaçmağa başlamazdan əvvəl arxaya baxdıqda, Arifin həmin əl çantasını həmin şəxsin yaxınlığına atdığını görmüşdür. Daha sonra o və Arif hərəsi öz evinə getmişdirlər. O, psixi və əqli cəhətdən sağlamdır və bununla bağlı heç bir tibb müəssisəsində qeydiyyatda olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə təxminən iyul ayının 25-i gecə saat 2 radələrində olmuşdur, astma xəstəsi olduğundan boş vaxtlarında çöldə gəzmişdir, gecə saat 2-3 radələrində, təxminən evindən 200 metr aralıqda gəzərkən 2 nəfər şəxs ona yaxınlaşmış, onlardan biri ondan soruşmuşdur ki, “Burada nə gəzirsən?”, o isə ona sərt cavab vermiş, buda onların xoşuna gəlməmişdir, bundan sonra onlar dalaşmağa başlamış, həmin iki nəfər şəxs ona eyni vaxtda yaxınlaşmışlar. Onlar onu itiləmələri səbəbindən o, yerə yıxılmış, yerdə olarkən, o, üzərində olan çanta ilə özünü müdafiə etmiş, onlar isə çantanı əlindən alaraq, qaçmışlar. Çantanı Təqsirləndirilən şəxs2 əlindən almışdır. O, astma xəstəsi olduğundan onların dalınca qaçıb çata bilməmişdir, onların çantanı atmasını görməmişdir. Hadisədən sonra gedib 12-ci Polis Bölməsində izahat vermişdir, onlar uzaqlaşarkən çanta Təqsirləndirilən şəxs2 olmuşdur, həmin çantada mobil telefonu, pulu, şarj cihazı və qulaqcığı olmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, çanta onun arxasında asılı olmuş, dava zamanı çantanı əlinə almışdır, təqsirləndirilən şəxslərdən biri “Burda nə gəzirsən?” sualını verərkən, o təqsirləndirilən şəxslərə “Öz şəxsi işimdir, heç kim mənə bu sualı verə bilməz” demişdir, onu hər iki təqsirləndirilən şəxs əli ilə vurmuşlar, o yerə yıxılmışdır, davadan 10 dəqiqə əvvəl təqsirləndirilən şəxslər ondan su almaq üçün pul istəmişlər, onun əlində döymə var, lakin təqsirləndirilən şəxslər ona döymə ilə bağlı heç nə deməmişlər, hər iki təqsirləndirilən şəxs eyni istiqamətə qaçmışdır, ilkin müraciət edəndə, “102” xidmətinə məlumat verəndə və istintaq zamanı izahat verəndə də, o, həmin çantada mobil telefon, pul, şarj cihazı və qulaqcıqlar olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında ziddiyət olduğundan məhkəmə istintaqı zamanı ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmuş və ünvan 6 ünvanında yaşamışdır. O, xx.xx.2023-cü il tarixdə, gecə saat 1 radələrində evdən çıxmış, saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsinə getmişdir. Belə ki, təxminən, saat 03:10-da Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsi ilə aeraport şossesi arasında yerləşən ağaclıq sahədə 2 nəfər tanımadığı şəxs birinci dəfə ona yaxınlaşaraq su almaq üçün pul istəmişdir, həmin şəxslərin zahiri görünüşü haqqında onu deyə bilmişdir ki, həmin şəxslər təxminən, 23-25 yaşlarında, qaraşın, biri arıq, biri isə kök cüssəli imişlər. O, əvvəlcə həmin şəxslərdən kök cüssəli olana 2 manat məbləğində pul vermişdir. Belə ki, balaca çiyin çantasının içərisində olan pulları ayırmış imiş, xırda pulları ayrı, böyük pulları ayrı qoymuşdur. O, həmin şəxslərdən birinə 2 manat məbləğində pulu verdikdən sonra həmin şəxs su almağa getmiş, digəri isə yəni, arıq olanı onun yanında qalmışdır. Təxminən, 10 dəqiqədən sonra həmin şəxslərdən biri olan, su almağa gedən, kök cüssəli şəxs yanlarına gəlmişdir. Suyu alıb gəldikdən sonra həmin şəxslər ondan kənara, ağaclıq hissəyə gəlməyini ondan istəmişdirlər. Həmin hissəyə gəldikdə həmin şəxslər onun çiynində olan, balaca çantanı dartmış, o isə çantanı verməmək üçün bərk saxlayaraq özünə dartmışdır. Bundan sonra həmin şəxslərdən biri, kök cüssəli olanı onu sillə ilə ağız nahiyyəsindən vurmuş, digəri isə, yəni, arıq olanı çantanı götürmüşdür, sonra ikisi də Əsildar Məmmədov küçəsi istiqaməti ilə keçidin əks istiqamətində yaşayış evləri olan istiqamətdə qaçaraq oradan uzaqlaşmışdırlar. O, yerdən qalxıb həmin şəxslərin arxasınca qaçsa da artıq həmin şəxslər uzaqlaşaraq gözdən itmişdirlər. Həmin şəxslər ikisi də bir yerdə qaçarkən ona məxsus olan içərisində əşyaları olan əl çantası ondan çantanı alan arıq, qarayanız oğlanın əlində olmuşdur.Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Belə ki, onun çantasının içərisində özünə məxsus olan “Redmi” markalı, “Note 11 S” modelli mobil telefon, həmin mobil telefonun adapteri, “Airpots” markalı qulaqcıq və 2 manat məbləğində pulu həmin şəxslərə verdikdən sonra 384 manat məbləğində pul var imiş. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsi ilə aeraport şossesi arasında yerləşən ağaclıq sahədə, təxminən, saat 03:10-da baş vermişdir. Hadisə təxminən, 3-4 dəqiqə ərzində baş vermişdir. O, hadisə nəticəsində xəsarət almış, bununla bağlı MTE-dən keçmək istəmişdir. Hadisə zamanı həmin şəxslərin əlində heç bir alət və ya predment yox imiş, həmin şəxslərdən kök olanı sillə ilə onun ağız nahiyyəsindən vurmuş, sonra digəri, yəni arıq olanı çantasını dartıb almış və həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışdırlar. O, hadisəni törədən şəxsləri tanımamış, həmin şəxslərin zahiri görünüşü haqqında onu deyə bilmişdir ki, həmin şəxslərdən biri arıq cüssəli, qarayanız, orta boylu imiş, boyu təxminən 1.70 olarmış, digəri isə həmin şəxsdən biraz hündür, təxminən, 1.75 boyu olarmış, qaraşın, biraz kök cüssəli imiş. Hadisə yerində o və hadisəni törətmiş həmin 2 nəfər tanımadığı şəxs var imiş, onların üçündən başqa orada heç kim olmamışdır. 20 manat dəyərində özünə məxsus olan çantası, içərisində 1090 manat dəyərində olan “Redmi” markalı, “Note 11 S” modelli mobil telefon, içərisində 5 manat dəyərində ***-***-**- ** GSM mobil nömrəsi və 5 manat dəyərində həmin mobil telefonun adapteri, 310 manat dəyərində “Airpots” markalı qulaqcıq, və 2 manatını onlara verdikdən sonra 384 manat məbləğində pul, ümumilikdə, baş vermiş hadisə ilə bağlı ona 1814 manat maddi ziyan dəymişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadələri arasındakı ziddiyyəti izah edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahəyə saat 04:40 radələrində Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı o hadisə yerini göstərərək bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə saat 03 radələrində həmin yerdə əvvəllər tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq su almaq üçün pul istəmiş, həmin şəxslərdən birinə 2 manat su almaq üçün pul vermişdir, bundan sonra həmin şəxslər onu kənara ağaclıq hissəyə çəkmişlər, onun ağız nahiyyəsindən sillə ilə vuraraq onun çiynində olan çantasını dartıb onun əlindən alaraq hadisə yerindən qaçaraq uzaqlaşmışlar, baxış zamanı hadisə yeri və hadisə yerinin yaxınlığında zərərçəkmiş şəxsə məxsus pul və ya əşya aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.3-6); şübhəli şəxsin tutulması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(i.v.38); şübhəli şəxsin tutulması haqqında 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 181.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur(i.v.59); şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, “...mən və Elməddin ona yaxınlaşaraq Elməddin onun sifət nahiyyəsindən sillə vurdu və bu zaman mən onun çiynindən asılmış əl çantasını dartaraq çıxardım. Bu zaman mən və Elməddin hərəmiz başqa başqa istiqamətlərə qaçmağa başladıq, mən onun çiynindən asılmış pul kisəsini götürərək bir qədər qaçdıqdan sonra ara məhəllələrdə qaçan zaman atmışam. Daha sonra mən və Elməddin hərəmiz öz evimizə getdik” məzmunda ifadəsi özü və müdafiəçisi tərəfindən imzalanmışdır(i.v.65-67); 27 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.72-74); 27 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.72-74); Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, “...mən və Elməddin ona yaxınlaşaraq Elməddin onun sifət nahiyyəsindən sillə vurdu və bu zaman mən onun çiynindən asılmış əl çantasını dartaraq çıxardım. Bu zaman mən və Elməddin hərəmiz başqa başqa istiqamətlərə qaçmağa başladıq, mən onun çiynindən asılmış pul kisəsini götürərək bir qədər qaçdıqdan sonra ara məhəllələrdə qaçan zaman atmışam...” məzmunda ifadəsi özü və müdafiəçisi tərəfindən imzalanmışdır(i.v.65- 67); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-603/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.131-133); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-603/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.131-133); 29 iyul 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının 1778 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın selikli qişa səthinin əzilmiş səthi yarası və alın nahiyyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.139-140); Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia, şikayət və tələbi yoxdur(i.v.143); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyan kimi X2 və Nail Nəsirovdan 1500 manat pulu təhvil almışdır(i.v.143); İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs1 25 iyul 2023- cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahədə hadisəni əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir(i.v.161- 163); İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs2 25 iyul 2023- cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahədə hadisəni əyani şəkildə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir(i.v.164- 166); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir(i.v.217-221); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir(i.v.222-226); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır(i.v.227-228); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Adil oğlu əvvəllər məhkum olunmamışdır(i.v.229-230); Məhkəmə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxsə məxsus çantasını hadisə yerinə atması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, həm zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxslər hadisənin 25 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində baş verdiyini bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahəyə saat 04:40 radələrində Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı o hadisə yerini göstərərək bildirmişdir ki, 25 iyul 2023-cü il tarixdə saat 03 radələrində həmin yerdə əvvəllər tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq su almaq üçün pul istəmiş, həmin şəxslərdən birinə 2 manat su almaq üçün pul vermişdir, bundan sonra həmin şəxslər onu kənara ağaclıq hissəyə çəkmişlər, onun ağız nahiyyəsindən sillə ilə vuraraq onun çiynində olan çantasını dartıb onun əlindən alaraq hadisə yerindən qaçaraq uzaqlaşmışlar, baxış zamanı hadisə yeri və hadisə yerinin yaxınlığında zərərçəkmiş şəxsə məxsus pul və ya əşya aşkar edilməmişdir. Göründüyü kimi, hadisənin baş verməsindən 2 saat keçməmiş hadisə yerinə baxış keçirilmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi, zərərçəkmiş şəxsə məxsus çanta hadisə yeri və hadisə yerinin yaxınlığında aşkar edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin ifadələrindən də aydın olur ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ilə Aeraport şossesi arasında yerləşən ağaclıq sahə olmuşdur. Hadisənin baş verdiyi həmin ərazinin qaranlıq olması və gecə saat 02-04 radələrində gediş gəlişin olmamasını nəzərə alsaq təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi kimi zərərçəkmiş şəxsə məxsus çantanı həmin əraziyə atmış olsalardı, hadisə yerinə baxış zamanı həmin çantanın yeri müəyyən eidlmiş olardı. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ...onlar isə çantanı əlindən alaraq, qaçmışlar. Çantanı Təqsirləndirilən şəxs2 əlindən almışdır. O, astma xəstəsi olduğundan onların dalınca qaçıb çata bilməmişdir, onların çantanı atmasını görməmişdir. Hadisədən sonra gedib 12-ci Polis Bölməsində izahat vermişdir, onlar uzaqlaşarkən çanta Təqsirləndirilən şəxs2 olmuşdur, həmin çantada mobil telefonu, pulu, şarj cihazı və qulaqcığı olmuşdur, hər iki təqsirləndirilən şəxs eyni istiqamətə qaçmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi “...mən və Elməddin ona yaxınlaşaraq Elməddin onun sifət nahiyyəsindən sillə vurdu və bu zaman mən onun çiynindən asılmış əl çantasını dartaraq çıxardım. Bu zaman mən və Elməddin hərəmiz başqa başqa istiqamətlərə qaçmağa başladıq, mən onun çiynindən asılmış pul kisəsini götürərək bir qədər qaçdıqdan sonra ara məhəllələrdə qaçan zaman atmışam...” məzmunda ifadələri özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı çantanı hadisə yerində atdığını göstərsə də, ibtidai istintaq zamanı bir qədər qaçdıqdan sonra ara məhəllədə atdığını bildirmiş, bununla bağlı ziddiyyətli ifadələr vermişdir. Məhkəmə onun bu məzmunda ifadəsini özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, “Oğurluq, soyğunçuluq, və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri ilə təsdiq olunur ki, hadisə yerindən təqsirləndirilən şəxslər qaçaraq uzaqlaşarkən zərərçəkmiş şəxsə məxsus çanta Təqsirləndirilən şəxs2 əlində olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və zərərçəkmiş şəxsə məxsus çantanı Arifin hadisə yerinə atması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində Arifin çantanı zərərçəkmiş şəxsin əlindən almasından sonra hərəsi ayrı-ayrı yerlərə qaçmasını göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində hər iki təqsirləndirilən şəxsin eyni istiqamətə qaçdığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, ilk olaraq zərərçəkmiş şəxsə yaxınlaşaraq ondan su alması üçün 2 manat pul istəmişdir. Zərərçəkmiş şəxs çantasından 2 manat çıxararaq ona vermiş, o da gedib su alıb gəlmiş, bundan sonra dava baş vermişdir. Göründüyü kimi, ona su alması üçün etiraz etməyərək pul vermiş zərərçəkmiş şəxsin birdən birə təqsirləndirilən şəxslərə kobud cavab verməsi səbəbindən davanın baş verməsi inandırıcı deyildir. Əksinə Təqsirləndirilən şəxs1 su alması üçün 2 manat pul verərkən zərərçəkmiş şəxsin çantadakı pullarını gördükdən sonra təqsirləndirilən şəxslərin həmin pulları ələ keçirmək, yəni tamah niyyətinin yaranması daha inandırıcıdır. “Oğurluq, soyğunçuluq, və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 8ci bəndində göstərilmişdir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn, əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-nin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə məxsus çantanı tamah məqsədilə əldə etmək niyyətinin olması, çantanın sonradan zərərçəkmiş şəxsə qaytarılmasına yönəlmiş hər hansı hərəkət etməməsi ilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətməsinə dəlalət edən digər bir hal, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanın hər iki təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsi olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə təxminən iyul ayının 25-i gecə saat 2 radələrində olmuşdur, astma xəstəsi olduğundan boş vaxtlarında çöldə gəzmişdir, gecə saat 2-3 radələrində, təxminən evindən 200 metr aralıqda gəzərkən 2 nəfər şəxs ona yaxınlaşmış, onlardan biri ondan soruşmuşdur ki, “Burada nə gəzirsən?”, o isə ona sərt cavab vermiş, buda onların xoşuna gəlməmişdir, bundan sonra onlar dalaşmağa başlamış, həmin iki nəfər şəxs ona eyni vaxtda yaxınlaşmışlar. Onlar onu itiləmələri səbəbindən o, yerə yıxılmış, yerdə olarkən, o, üzərində olan çanta ilə özünü müdafiə etmiş, onlar isə çantanı əlindən alaraq, qaçmışlar. Çantanı Təqsirləndirilən şəxs2 əlindən almışdır. O, astma xəstəsi olduğundan onların dalınca qaçıb çata bilməmişdir, onların çantanı atmasını görməmişdir. Hadisədən sonra gedib 12-ci Polis Bölməsində izahat vermişdir, onlar uzaqlaşarkən çanta Təqsirləndirilən şəxs2 olmuşdur, həmin çantada mobil telefonu, pulu, şarj cihazı və qulaqcığı olmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, çanta onun arxasında asılı olmuş, dava zamanı çantanı əlinə almışdır, təqsirləndirilən şəxslərdən biri “Burda nə gəzirsən?” sualını verərkən, o təqsirləndirilən şəxslərə “Öz şəxsi işimdir, heç kim mənə bu sualı verə bilməz” demişdir, onu hər iki təqsirləndirilən şəxs əli ilə vurmuşlar, o yerə yıxılmışdır, davadan 10 dəqiqə əvvəl təqsirləndirilən şəxslər ondan su almaq üçün pul istəmişlər, onun əlində döymə var, lakin təqsirləndirilən şəxslər ona döymə ilə bağlı heç nə deməmişlər, hər iki təqsirləndirilən şəxs eyni istiqamətə qaçmışdır, ilkin müraciət edəndə, “102” xidmətinə məlumat verəndə və istintaq zamanı izahat verəndə də, o, həmin çantada mobil telefon, pul, şarj cihazı və qulaqcıqlar olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında ziddiyət olduğundan məhkəmə istintaqı zamanı ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmuş və ünvan 6 ünvanında yaşamışdır. O, xx.xx.2023-cü il tarixdə, gecə saat 1 radələrində evdən çıxmış, saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsinə getmişdir. Belə ki, təxminən, saat 03:10-da Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsi ilə aeraport şossesi arasında yerləşən ağaclıq sahədə 2 nəfər tanımadığı şəxs birinci dəfə ona yaxınlaşaraq su almaq üçün pul istəmişdir, həmin şəxslərin zahiri görünüşü haqqında onu deyə bilmişdir ki, həmin şəxslər təxminən, 23-25 yaşlarında, qaraşın, biri arıq, biri isə kök cüssəli imişlər. O, əvvəlcə həmin şəxslərdən kök cüssəli olana 2 manat məbləğində pul vermişdir. Belə ki, balaca çiyin çantasının içərisində olan pulları ayırmış imiş, xırda pulları ayrı, böyük pulları ayrı qoymuşdur. O, həmin şəxslərdən birinə 2 manat məbləğində pulu verdikdən sonra həmin şəxs su almağa getmiş, digəri isə yəni, arıq olanı onun yanında qalmışdır. Təxminən, 10 dəqiqədən sonra həmin şəxslərdən biri olan, su almağa gedən, kök cüssəli şəxs yanlarına gəlmişdir. Suyu alıb gəldikdən sonra həmin şəxslər ondan kənara, ağaclıq hissəyə gəlməyini ondan istəmişdirlər. Həmin hissəyə gəldikdə həmin şəxslər onun çiynində olan, balaca çantanı dartmış, o isə çantanı verməmək üçün bərk saxlayaraq özünə dartmışdır. Bundan sonra həmin şəxslərdən biri, kök cüssəli olanı onu sillə ilə ağız nahiyyəsindən vurmuş, digəri isə, yəni, arıq olanı çantanı götürmüşdür, sonra ikisi də Əsildar Məmmədov küçəsi istiqaməti ilə keçidin əks istiqamətində yaşayış evləri olan istiqamətdə qaçaraq oradan uzaqlaşmışdırlar. O, yerdən qalxıb həmin şəxslərin arxasınca qaçsa da artıq həmin şəxslər uzaqlaşaraq gözdən itmişdirlər. Həmin şəxslər ikisi də bir yerdə qaçarkən ona məxsus olan içərisində əşyaları olan əl çantası ondan çantanı alan arıq, qarayanız oğlanın əlində olmuşdur.Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PB-nə gedərək şikayət ərizəsi yazmışdır. Belə ki, onun çantasının içərisində özünə məxsus olan “Redmi” markalı, “Note 11 S” modelli mobil telefon, həmin mobil telefonun adapteri, “Airpots” markalı qulaqcıq və 2 manat məbləğində pulu həmin şəxslərə verdikdən sonra 384 manat məbləğində pul var imiş. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədov küçəsi ilə aeraport şossesi arasında yerləşən ağaclıq sahədə, təxminən, saat 03:10-da baş vermişdir. Hadisə təxminən, 3-4 dəqiqə ərzində baş vermişdir. O, hadisə nəticəsində xəsarət almış, bununla bağlı MTE-dən keçmək istəmişdir. Hadisə zamanı həmin şəxslərin əlində heç bir alət və ya predment yox imiş, həmin şəxslərdən kök olanı sillə ilə onun ağız nahiyyəsindən vurmuş, sonra digəri, yəni arıq olanı çantasını dartıb almış və həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışdırlar. O, hadisəni törədən şəxsləri tanımamış, həmin şəxslərin zahiri görünüşü haqqında onu deyə bilmişdir ki, həmin şəxslərdən biri arıq cüssəli, qarayanız, orta boylu imiş, boyu təxminən 1.70 olarmış, digəri isə həmin şəxsdən biraz hündür, təxminən, 1.75 boyu olarmış, qaraşın, biraz kök cüssəli imiş. Hadisə yerində o və hadisəni törətmiş həmin 2 nəfər tanımadığı şəxs var imiş, onların üçündən başqa orada heç kim olmamışdır. 20 manat dəyərində özünə məxsus olan çantası, içərisində 1090 manat dəyərində olan “Redmi” markalı, “Note 11 S” modelli mobil telefon, içərisində 5 manat dəyərində ***-***-**- ** GSM mobil nömrəsi və 5 manat dəyərində həmin mobil telefonun adapteri, 310 manat dəyərində “Airpots” markalı qulaqcıq, və 2 manatını onlara verdikdən sonra 384 manat məbləğində pul, ümumilikdə, baş vermiş hadisə ilə bağlı ona 1814 manat maddi ziyan dəymişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənildiyindən və onlar arasında barışıq əldə edildiyindən zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi üçün fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələr iş materiallarında olan sübutlarla uzlaşdığından onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi sübut kimi qiymətləndirilir. Belə ki, məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra, verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadələri arasındakı ziddiyyəti izah edə bilməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, CM-nin 60.1-ci maddəsinin tələbi, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.), Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60.1), cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.), Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60.1), cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında həbs edilsin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-92/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-92/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver