Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-924/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz ünvanda şəxsi münasibətlər zəminində, yəni qayınanası X2 ilə kobud danışması ilə bağlı ona irad bildirən arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl və ayaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağı nahiyəsinin şişkinlik halında əziyi - qançırı, sağ bazu və sağ baldır nahiyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2022-ci il tarixdə həyat yoldaşı Nərminin anası ona qızına yaxşı baxmaması ilə əlaqədar irad bildirdikdə aralarında mübahisə yaranmışdır. Qayınanası ona qızı Nərminə onun evindən aparacağını bildirdikdə o, buna izn verməyəcəyini demişdir. Həmin vaxt Nərmin Covid-19 virusuna yoluxduğundan öz otağında olmuşdur. Bundan sonra qayınanası Nərminin yanına gedərək onu aparacağını dedikdə o, otağa girmək istəyərkən qapını açmış və qapı Nərminə dəymiş, lakin konkret Nərminin hansı nahiyyəsinə dəydiyini görməmişdir. Düşünür ki, Nərmində aşkar edilmiş xəsarətlər qapının təsadüfən ona dəyməsi nəticəsində yaranmışdır. O, Nərmini ümumiyyətlə vurmamış, əksinə əsəbləşdiyindən mətbəxə gedərək ordakı bıçaqla öz qolunu kəsmişdir. Nərminin istintaq zamanı ondan şikayət etməsinin səbəbi həmin vaxt Nərminin ona əsəbi olması olmuşdur. Təqsirləndirilən şəxs ilkin məhkəmə baxış iclasında özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməsə də, zərərçəkmiş şəxsin sonuncu məhkəmə iclasında verdiyi ifadəsindən və ekspertin dindirilməsindən sonra zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ilkin olaraq ifadəsində göstərmişdir ki, o, “Covid-19” virusuna yoluxduğundan hadisə günü öz otağında olmuşdur. Həmin gün Orxan evə dostu ilə gəlmiş, onlar yeyib-içdikdən sonra dostu çıxıb getmişdir. Orxan həmin gün spirtli içki də qəbul etmişdir. Bir qədər sonra otağında olan zaman mətbəxdən anası ilə Orxanın mübahisə etmələrini eşitmişdir. O, mətbəxə gəlmiş, Orxana demişdir ki, anası neçə gündür onun əziyyətini çəkir, anası ilə mübahisə etməsin. Sonra o, anası ilə otağa getmiş, Orxan da onların arxası ilə otağa gəlmişdir. Orxan onun anası ilə çıxıb gedəcəyini düşünmüş və həmin vaxt onu itələmişdir. O, yerə yıxılmış və nəticədə onda ekspert rəyində göstərilmiş xəsarətlər yaranmışdır. Orxan onu nə yumruq, nə təpiklə vurmamış, sadəcə itələmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs küçən məhkəm iclasında verdiyi ifadəsini təzyiq altında verdiyini, əslində hadisə günü Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş və yenidən ifadə verərək göstərmişdir ki, hadisə günü, saat 20 radələrində əri Orxan dostu Elşənlə birlikdə yaşadıqları evə gəlmiş, o, “Covid-19” virusuna yoluxduğu üçün bədən temperaturu yüksək olduğu üçün anam Əminə də ona kömək etmək üçün onlarla birlikdə qalırmış. Orxanın anası Leyla da evdə olmuşdur. Orxan Elşən adlı dostu ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişdir. Ondan sonra da üzərində “GO” yazılan spirtli içkidən də qəbul etmişlər. Elşən adlı şəxs getmiş, o da yataq otağında olmuş, mətbəxdə olan söhbətləri eşidə bilmişdir. Elşən getdikdən sonra Orxan mətbəxdə anasına bildirmişdir ki, Nərmin də sağalmır. Anası da Orxana bildirmişdir ki, insan özü-özünə düzəlmir, sağalması üçün gərək ki iynədərman vurula. Anasının o sözlərinə Orxan yersiz əsəbiləşərək əlini mətbəxdəki stolun üstünə vurmuş, o da tez mətbəxə keçmiş və Orxana nə səbəbə görə yersiz anasının üstünə qışqırdığını deyəndə, Orxan onun saçından tutaraq yataq otağına aparmış, başını şkafa vurmuş, sonra da yumruqla qollarına, təpiklə belinə, qarnına, ayaqlarına vurmuşdur. Anası onun yanına gəlmiş və Orxandan nə səbəbə görə belə hərəkətlər etdiyini soruşan zaman Orxan onun sinəsindən yumruqla vurmuşdur. Orxan yenidən anasını vurmaq istəyəndə o, anasını kənara çəkmiş, Orxanın əli divara dəymiş, bundan sonra, Orxan əsəbiləşib mətbəxə girib əlinə bıçaq götürərək onların üstünə gəlmiş, o, tez uşaqlarını və anasını da yataq otağına salıb qapını bağlamışdır. Lakin hazırda təqsirləndirilən şəxslə barışdığından bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə, saat 20 radələrində kürəkəni Orxan dostu Elşənlə birlikdə yaşadıqları evə gəlmiş, qızı Nərmin “Covid-19” virusuna yoluxduğu üçün bədən temperaturu yüksək olduğuna görə o, 3-4 gün onların evində qalmış və qızına köməklik etmişdir. Orxanın anası Leyla da evdə olmuş, Orxanın aldığı ciyəri o, bişirmiş və Orxan Elşən adlı dostu ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişdir. Elşən adlı şəxs həmin gün saat 23:50 radələrində getmişdir. Qızı Nərmin yataq otağında olmuş, Elşən getdikdən sonra Orxan mətbəxdə bildirmişdir ki, Nərmin də sağalmır. Orxanın sözü ona acıq gəlmiş və o, Orxana bildirmişdir ki, Nərmin “Covid-19” virusuna yoluxmaqla bağlı analiz verib, sağalması üçün ona iynə-dərman almaq lazımdır. Orxan qəfildən yersiz əsəbiləşərək əlini mətbəxdəki stolun üstünə vurmuş, Nərmin mətbəxə gəlmiş və Orxana nə səbəbə görə yersiz onun üstünə qışqırdığını deyəndə, Orxan Nərminin saçından tutaraq yataq otağına aparmışdır. Orxan otaqda Nərminlə mübahisə etmiş, Orxanın anası Leyla da onu həmin otağa getməyə qoymamış, mübahisələri öz aralarında həll edəcəklərini demişdir. Lakin Nərmin içəridə qışqırdığı üçün o, otağa getmiş və Orxanın yumruq və təpiklə Nərminin bədəninin müxtəlif yerlərindən vurduğunu görmüşdür. O, Orxandan nə səbəbə görə belə hərəkətlər etdiyini soruşan zaman Orxan onun sinəsindən yurmruqla vurmuşdur. O, qışqırmış və evdən çıxıb qaçmaq istəyən zaman Orxan onun ağzını əli ilə tutmuşdur ki, səsi çıxmasın. Orxan yenidən onu vurmaq istəyəndə Nərmin onu qucaqlayıb kənara çəkmiş, ona görə də, Orxanın əli divara dəymişdir. Bundan sonra, Orxan əsəbiləşib mətbəxə girib əlinə bıçaq götürərək onların üstünə gəlmiş, o, Nərmin və onun uşaqları yataq otağına girib qapını bağlamışlar. Orxan qapını aça bilməmiş, bundan sonra Orxan gedib mətbəxə daxil olmuş və qapını bağlamışdır. Onlar otaqdan çıxmış və Nərmin mətbəxin qapısını döysə də, Orxan qapını açmamışdır. Orxanın anası Leyla açar gətirmiş və qapını açmışlar. Mətbəxə daxil olanda Orxanın həmin bıçaqla qolunu kəsdiyini görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, hadisə günü oğlu Orxan dostu ilə evə gəlmiş, bir qədər yeyib-içdikdən sonra dostu çıxıb getmişdir. Həmin vaxt gəlini Nərmin Covid-19 virusuna yoluxduğundan öz otağında olmuş, onun anası Əminə isə qızına qulluq etmək üçün onlara gəlmişdir. Həmin gün Orxanın Nərmini döyməsinə dair iddialar yalandır. Onlar sadəcə otaqda söhbət etmişlər, evlərində ümumiyyətlə dava olmamış, heç kim səsini qaldıraraq qışqırmamışdır. O, ilk öncə otağında olmuş, lakin həmin vaxt hər hansı səs, dava-dalaş olduğunu eşitməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs ümumiyyətlə onu vurmadığını, sadəcə itələdiyini və yıxılması səbəbi ilə onda müvafiq xəsarətlərin yaranmasını göstərdiyindən göstərilən məsələyə, o cümlədən, ifadələr arasındakı ziddiyyətlərə aydınlıq gətirilməsi üçün iş üzrə müvafiq tibbi rəyi vermiş ekspert X4 məhkəmə iclasında dəvət olunaraq müvafiq xüsusatlarla bağlı dindirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X12 Sabunçu rayon şöbəsinin rəisi X4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Covid-19 virusuna yoluxduğundan hadisədən 14 gün sonra ekspertizaya gələrək müayinə olunmuşdur. Müayinə zamanı onda aşkar edilmiş bütün xəsarətlər müvafiq rəydə öz əksini tapmışdır. Xəsarətlərin lokalizasiyası nəzərə alınmaqla həmin xəsarətlərin yıxılma nəticəsində yaranması, o cümlədən, şəxsin özü tərəfindən özünə yetirilməsi istisna olunmuşdur. Belə ki, yıxılan şəxsdə xəsarətlər müvafiq olaraq bədənin yıxılarkən yerə və ya hər hansı başqa əşyaya dəyən tərəfində aşkar olunur. Lakin Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər bədənin sağ tərəfində olsa da, bəziləri qolunun və baldırının çöl tərəfində, bəziləri isə iş tərəfində aşkar edilmişdir ki, bu hal zərərçəkmiş şəxsin yıxılma nəticəsində həmin xəsarətləri almasını istisna edir. Ekspertizaya gələn zaman Zərərçəkmiş şəxs üzündə hər hansı xəsarət olmamış, bunun səbəbi isə onun ekspertizaya hadisədən 10-12 gün sonra gəlməsi olmuşdur. Belə ki, üzdəki əzələlərin qol və ayaqda olan əzələlərdən fərqli olması nəzərə alınmaqla həmin müddət ərzində üzdəki xəsarətlərin qalmaması realdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli ərizədən görünür ki, o, ərizəsində 14 fevral 2022-ci il tarixdə yaşadığı evdə həyat yoldaşı Təqsirləndirilən şəxs onunla mübahisə zamanı saçından tutaraq onu şillə və yumruqla xəsarət yetirdiyini bildirmişdir (i.v.11). 25 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa çəhərciyi, nömrəsiz fərdi yaşayış evində baş vermişdir (i.v.12-14). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X12 Sabunçu rayon şöbəsinin 25 mart 2022-ci il tarixli, 365 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağı nahiyəsinin şişkinlik halında əziyi - qançırı, sağ bazu və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Zərərçəkmiş şəxs adına X3 təqdim edilmiş çıxarışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya müraciət etmiş və orada tibbi abort edilmişdir. Abortun səbəbi “ağır vəziyyətə keçirmiş olduğu Covid-19 virus xəstəliyi və sosial vəziyyət” kimi dəyərləndirilmişdir (i.v.22-24). “Sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 76-84). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, ekspertin dindirilməsi zamanı göstərdiyi xüsusatlar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ilkin məhkəmə iclasında özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək Zərərçəkmiş şəxs döymədiyini, ona yumruq və təpiklə xəsarət yetirmədiyini bildirsə də, onun göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin sonuncu məhkəmə iclasında verdiyi ifadəsi, şahid qismində dindirilmiş Şahid ifadəsi, iş materiallarında olan müvafiq ekspert rəyi ilə tamamilə təkzib edilmiş, məhkəmə iclasında dindirilmiş ekspertin verilmiş suallara cavabında göstərdiyi xüsusatlarla isə zərərçəkmiş şəxsin ilkin olaraq və sonradan verilmiş ifadələri arasında olan ziddiyyətli məqamlara, məhkəmədə yaranmış şübhələrə aydınlıq gətirilmişdir. Əliyev X8 Əliyevada yaranmış xəsarətlərin otağa daxil olarkən qapını möhkəm açması və həmin vaxt qapının Zərərçəkmiş şəxs dəyməsi nəticəsində yaranmasının mümkün olduğunu bildirsə də, ekspertin də göstərdiyi kimi zərərçəkmiş şəxsdə yaranmış xəsarətlərin onun müvafiq olaraq bazu və baldır nahiyyələrinin həm çöl, həm də iç nahiyyələrində aşkar olunması, bunun isə döyülmə nəticəsində mümkün və real olmasını göstərməsi ilə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi müvafiq dəlilin sadəcə məsuliyyətdən yaxa qurtarmaq üçün irəli sürülmüş dəlil olmasının göstəricisidir. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin təzyiqi ilə, onu qorumaq məqsədi ilə ilkin olaraq verdiyi ifadəsində belə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatı-yəni, otağın qapısının Təqsirləndirilən şəxs tərəfindən açılması zamanı qapının ona dəyməsi nəticəsində onda müvafiq xəsarətlərin yaranmasını ümumiyyətlə bildirməmiş, sadəcə Orxanın onu itələməsi və bu zaman yıxılması zamanı müvafiq xəsarətləri almasını göstərmişdir ki, bu da hətta zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi qorumaq məqsədi ilə verdiyi ifadələrin də təqsirləndirilən şəxsin irəli sürdüyü arqumentlə üst-üstə düşməməsinə və təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasına dəlalət edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsinin və zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2018-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 08 iyun 2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, 01 sentyabr 2019-cu il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01 sentyabr 2019-cu il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi qanunverici şəxsin yalnız bir dəfə AR CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətdən azad edilməsini nəzərdə tutmuşdur ki, hazırki halda Təqsirləndirilən şəxs daha əvvəl AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə AR CM-nin 73.2-ci maddəsinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətindən azad edildiyindən yenidən həmin əsasla onun cinayət məsuliyyətindən azad edilməsi qanunvericiliklə istisna edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 128-ci maddəsi ilə törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarən 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: 7283, 7284 və 3717 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2016-cı il təvəllüdlü (X9), 14 dekabr 2018-ci il təvəllüdlü (X5) və 14 mart 2020-ci il təvəllüdlü (X6) uşaqları var (i.v.36-37). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2018-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 08 iyun 2018-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, 01 sentyabr 2019-cu il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01 sentyabr 2019-cu il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i.v.61-62). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.110-111). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını (CM-59.1.2), zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-924/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-924/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver