Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-929/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Xaçmaz rayonu, Maqsudkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayonu, Maqsudkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib daşıyaraq gəzdirməklə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd keçmiş SSRİ dövlətində İjevsk zavodunda istehsal olunmuş, C- 01887 nömrəli, 12 kalibrli, İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli, odlu yivsiz silah hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyini, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi ilə 1 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan “UZRQM” tipli partlayıcının komplektləşdirilməsi nəticəsində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı olan əl qumbarasını, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı natamam döyüş sursatı olan “RQN” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı olan əl qumbarasını və 07 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ov sursatını əldə edib daşıyaraq gəzdirməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evin həyətində olan qum təpəsinin üstündə olan xalçanın altında saxlamış, 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 sentyabr 2022-ci il tarixdə, saat 00:42də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə aparılmış, həmin tarixdə onun yaşadığı qeyd olunan ünvanda keçirilmiş axtarış zamanı 1 ədəd keçmiş SSRİ dövlətində İjevsk zavodunda istehsal olunmuş, C- 01887 nömrəli, 12 kalibrli, İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli, odlu yivsiz silah hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyi, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı olan F-1 tipli əl qumbarasının gövdəsi ilə 1 ədəd F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan “UZRQM” tipli partlayıcının komplektləşdirilməsi nəticəsində zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı olan əl qumbarası, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı natamam döyüş sursatı olan “RQN” tipli əl qumbarasının gövdəsi və 1 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı olan əl qumbarası və 07 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ov sursatı evin həyətində olan qum təpəsinin üzərindəki xalçanın altında olan parçaya bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, müvafiq ekspertiza rəyləri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının əvvəllərində valideynləri ilə görüşmək məqsədi ilə onların yaşadığı Xaçmaz rayonu, Maqsudkənd kəndinə getmiş, bir neçə gün valideynləri ilə birlikdə həmin evdə qaldıqdan sonra yaşadığı Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə evdən çıxmış və evin yaxınlığındakı meşənin içərisi ilə tək və piyada hərəkətdə olan zaman ağacların birinin dibində qara rəngli sellofan torba görmüş, həmin sellofan torbanın içərisinə baxdıqda orada 1 ədəd lüləsi və qundağı kəsilmiş silah, 7 ədəd patron və 2 ədəd əl qumbarası olduğunu görmüş, yaxınlıqda heç kimin olmamasını görüb sellofan torbanı götürüb həmin yerdən uzaqlaşmış, markasını, dövlət qeydiyyat nişanını xatırlamadığı yol maşını ilə yaşadığı Bakı şəhərində yerləşən evə gəlmişdir. Bundan sonra, silahın qundağını qara rəngli yapışqan lentlə bağlamış, silahı, patronları və əl qumbaralarını ağ rəngli parçaya büküb gələcəkdə hüquq-mühafizə orqanlarına təhvil vermək məqsədi ilə evin sol hissəsindəki qum təpəsinin üzərinə qoymuş, üstünə xalça örtmüş, xalçanın üstünə də taxta parçası qoymuşdur. 03 sentyabr 2022-ci il tarixə keçən gecə, saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış masivi, nömrəsiz evin yaxınlığında olan idarə etdiyi “Vaz 21124” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə olan zaman iki nəfər mülki geyimdə olan tanımadığı şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və daşınması, gəzdirilməsi qadağan edilmiş silah gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək idarə etdiyi “Vaz 21124” markalı, **-RN- *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə gedib xidməti otaqlardan birinə daxil olmuş, polis bölməsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt o, ərizə ilə müraciət edərək üzərinə keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirak etməməsini xahiş etmiş, bundan sonra, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərimdə olması ehtimal edilən qanunla qadağan olunan hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində heç bir əşya yaxud predmet olmadığını bildirmiş, bundan sonra, üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona yaşadığı evdə də axtarış keçiriləcəyini bildirmişlər. Ona görə də, o, şəxsi axtarış zamanı yaşadığı evin həyətyanı sahəsində 1 ədəd lüləsi və qundağı kəsilmiş silah, 7 ədəd patron və 2 ədəd əl qumbarası saxladığını bildirmiş və evinə, həyətyanı sahəsinə axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evə getmiş və evin həyətyanı sahəsinə daxil olmuşlar. Həmin vaxtı o, yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək axtarışda müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra, videoçəkilişdən istifadə edilməklə yaşadığı evin həyətyanı sahəsində axtarış keçirilmiş, axtarış zamanı evin həyətyanı sahəsində olması ehtimal edilən qanunla qadağan olunan hər hansı predmet və ya əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman o, könüllü olaraq ağ rəngli parçaya büküb evin sol hissəsindəki qum təpəsinin içərisinə qoyduğu və üstünə xalça və taxta parçası yerləşdirdiyi 1 ədəd silah, 7 ədəd patron və 2 ədəd əl qumbaralarının yerini polis əməkdaşlarına göstərmişdir. Təqdim etdiyi 1 ədəd silah, 7 ədəd patron və 2 ədəd əl qumbarası polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və o, digər iştirakçılar kimi, həmin qablaşdırmanın üzərini imzalamışdır. Bundan sonra, yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş axtarışla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi o, və Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət olmuşdur. Həmin tədbirlə əlaqədar olaraq Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 03 sentyabr 2022-ci il tarixdə, saat 00:42 radələrində polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evin yaxınlığında idarə etdiyi avtomobilin içərisində olarkən yaxınlaşaraq ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlamaqda şübhəli olduğunu və bu barədə məlumatlı olduqlarını deyərək onu 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların qanuni tələbləri ilə razılaşmışdır. Bundan sonra, onlar bölmənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən bölməyə gətirilməsi ehtimalının olmasını, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Belə ki, onlar Təqsirləndirilən şəxs və onun idarə etdiyi “Vaz 21124” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili 15-ci polis bölməsinə gətirmişlər. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş və ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilməyən hər hansı bir əşya və ya predmet, eləcə də, hər hansı bir odlu silah və ya döyüş sursatı aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən yaşadığı evdə də axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində olan qum təpəsinin üstündə tapdığı bir ədəd odlu silah, patronlar və iki ədəd əl qumbarası saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılmış, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evin həyətinə getmişlər. Orada axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs həyətdə olan qum təpəsini göstərərək həmin təpənin üstündə olan xalçanın altında tapdığı bir ədəd odlu silah, patronlar və iki ədəd əl qumbarası saxladığını bildirmişdir. Axtarış zamanı həmin xalça və altındakı taxta qaldırılmış, orada parçaya bükülmüş vəziyyətdə bir ədəd ov tüfənginin kəsiyi, 7 ədəd patron və 2 ədəd əl qumbarası aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyaları tapmış və gələcəkdə polis orqanlara təqdim etməyi düşünürmüş. Aşkar edilmiş həmin əşyalar onlar tərəfindən bir ədəd torbaya qoyularaq qablaşdırılmış, həmin torbanın üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolu da axtarışda iştirak edən hər bir şəxs imzalamışdır. Həmin əşyalar onlar tərəfindən 15-ci polis bölməsinə gətirilmişdir. Şahidlər Şahid2 və X1 məhkəmə iclasında iştirak etmədiklərindən məhkəmə istintaqı zamanı onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübti əhəmiyyətə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bundan sonra əməkdaşlar tərəfindən onun üzərində axtarış aparılan zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya aşkar edilməmişdir (i.v. 33-35). “Baxış, axtarış və götürmə aparılması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını və evin həyətində qanunsuz olaraq silah-sursat və söyüş sursatları saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs həyətin sol yan tərəfində tökülmüş qumun üst hissəsini göstərərək orada olan parça və taxta parçasının altında silah-sursat saxladığını bildirmişdir. Həmin yerə baxış zamanı taxtanın altında ağ rəngli parçaya bükülmüş silah-sursat aşkar edilmişdir. Həmin silahsursat bir ədəd lüləsi kəsilmiş ov tüfəngi, 07 ədəd ov tüfənginə məxsus patronlar, 02 ədəd müxtəlif formalı qumbaralardır (i.v.40-42). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 sentyabr 2022-ci il tarixli 22/567R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd C-01887 N°-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin, həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar və atəş üçün yararlıdırlar (i.v.56-62). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 3/1259 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış suvenir tipli xəncərdir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd ağac hissəsi soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd taxta hissəsi soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kustar üsulu ilə hazırlanmış üzərinə ulduz formasına metal qaynaq edilmiş dəmir parçası soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kustar üsulu ilə hazırlanmış hər iki tərəfinə ovalvari metal parçası qaynaq edilmiş predmet soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 07 predmetlərin üzərlərində təyinatlarını dəyişdirmək məqsədi ilə əlavə və dəyişiklik edilməyib, təyinatları dəyişdirilməyib (i.v.120-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 sentyabr 2022-ci il tarixli 22/569R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 ədəd əl qumbarasını həmin 01 ədəd “UZRQM” tipli partlayıcı ilə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığın pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “RQN” tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır, tədqiqata təqdim edilmiş digər 01 ədəd əşya “UDZ” tipli partlayıcıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş “RQN” tipli əl qumbarasıdır, döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır (i.v.128-134). “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd C-01887 N°-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli ov tüfənginin kəsiyi, 07 ədəd patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “RQN” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcı maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v.161-163). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 08 oktyabr 2022-ci il tarixli 2676 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.168-170). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 00:42-dən tutulmuş hesab edilmişdir (i.v.20). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli, 4(008)- 734/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.91). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2022-ci il tarixdə AR CM-nin 131.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir (i.v.108-109). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM- 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktik məhdudlaşdırıldığı 03 sentyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd C-01887 N°-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli ov tüfənginin kəsiyi, 07 ədəd patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “RQN” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd C-01887 N°-li silah keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-18E modelli, çaxmaqsız, tək hamar lüləli ov tüfənginin kəsiyi, 07 ədəd patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “RQN” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-929/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-929/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver