Məhkəmə qərarları › İş №1(008)-93/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-93/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-93/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxs X3 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağsu rayonunun Gegəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Gegəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Mirzə Mansur küçəsində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 04 sentyabr 2013-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93,00 manat olmaqla, cəmi 186,00 manat sabit pul məbləğində aliment tutulub X6 ödənilməsinə dair Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(004)-489/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 may 2021 -ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 01 iyul 2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 iyul 2021-ci il tarixə kimi, cəmi 10821,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs X6 maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək aliment borcunu ödəmədiyini etiraf edərək bunun maddi imkanı ilə bağlı olduğunu bildirərək ifadəsində göstərmişdir ki, X8 onun keçmiş arvadıdır, sonuncu ilə 2005-ci ildə faktki nikaha daxil olaraq ailə qurmuş, nikahları xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin nikahdan Röyal və Rəvanə adlı övladları doğulmuş, ilk dövrlərdə ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bu səbəbdən Səadət Allahverdiyeva 2013-cü ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(004)-489/2013 saylı qətnaməsinə əsasən, 04 sentyabr 201Z-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uş üçün 93,00 manat olmaqla, cəmi 186,00 manat sabit pul məbləğində aliment ondan tutulub X6 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk olaraq Ağsu rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, müvafiq icra hərəkətləri orada aparıldıqdan sonra yaşayış yeri dəyişdirildiyindən icra vərəqəsi aidiyyəti üzrə Sabunçu rayon icra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd mebel ustası kimi çalışmış, icra məmuru tərəfindən iki dəfə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu protokol üzrə Sabunçu Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş, ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, aliment üzrə təxminən 6000,00 manat məbləğində ödəniş etsə də, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 10821,00 manat təşkil etmişdir. O, hesab edir ki, onun aliment borcu icra məmuru tərəfindən düzgün hesablanmamışdır. Onun borcu 8000 civarında olmalıdır. Hazırda həmin məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(004)-489/2013 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2013-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93,00 manat olmaqla, cəmi 186,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilkin olaraq Ağsu rayon İcra şöbəsində aparılmış, daha sonra borclunun yaşayış ünvanı dəyişdirildiyindən icra sənədi aidiyyəti üzrə Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi icraata qəbul olunaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən dəfərlərlə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yeni müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cüzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 10821,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. İntiqam Alılahverdiyev fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü mebel ustasıdır, Zabrat qəsəbəsində, sonradan Bayıl qəsəbəsində icarəyə götürdüyü mebel sexində fəaliyyət göstərməklə və kifayət qədər gəlir əldə etməsinə baxmayaraq, alimenti ödəməkdən qərəzli yayınır. Hazırda ondan şikayətçidir. Aliment məbləğini ödəmədiyi təqdirdə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(010)-489/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa 93,00 manat, cəmi 186,00 manat məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi əsasında Ağsu rayon İcra və Probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə icraata başlanılmış və tələbin icrası barədə bildiriş rəsmi qaydada borcluya təqdim edilmiş, qərarın icrasının məcburiliyi ona izah edilmiş, icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Ağsu rayon icra və Probasiya şöbəsi tərəfindən aidiyyəti üzrə Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, icraat zamanı müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs izahatı alınmış, borclu İ. Allah verdiyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 21 yanvar 2021-ci il tarixdə təqdimat Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin 8(008)-64 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində ayrı-ayri tarixlərdə inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmiş, Ağsu Rayon Məhkəməsinin 3(016)-170/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən borclu 10 gün, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2512/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən isə 08 gün müddətlərinə inzibati qaydada həbs edilmiş, bundan sonra borcluya icra üçün yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıqlar edilmiş, lakin borclu həmin müddətlər ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Borcluya xx.xx.2021-ci il tarixli məktubla Sabunçu Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi barədə təklif verilmiş, lakin borclu fərdi işlə məşğul olduğunu əsas gətirərək təklifi qəbul etməkdən imtina etmiş, icraat dövründə borclu icra sənədi üzrə 6477,00 manat aliment tələbkarın xeyrinə ödəməsinə baxmayaraq 2021-ci ilin iyul ayına kimi aliment üzrə borcu 10821,00 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM- nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon icra şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağsu Rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli, 2(004)-489/2013 saylı qətnaməsinə əsasən 26 oktyabr 2015-ci il təvəllüdlü X7 və 16 oktyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs qazancından (başqa gəlirlərindən) hər uaşağa 93 manat, cəmi 186 manat məbləğində alimetin tutularaq X5 verilməsi qət edilmişdir (i.v.14-16). “İcraat başlama haqqında” 14 fevral 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Ağsu Rayon Məhkəməsinin 2(016)-489/2013 saylı, 04 noyabr 2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır (i.v.18). “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Təqsirləndirilən şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmiş və onun tərəfindən həmin bildiriş imzalanmaqla şəxsən qəbul edilmişdir (i.v.19). Ağsu Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 3(016)-170/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.28). “Borclunun axtarılması haqqında” 28 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan xx xxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.34). “Borclunun axtarılması haqqında” 20 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan xx xxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.43). “Borclunun axtarışı haqqında” 03 mart 2021-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan xx xxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.61). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 3(008)-2512/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir (i.v.70-72). 32816/25 saylı, 07 iyun 2021-ci il tarixli təklifdən görünür ki, Təqsirləndirilən şəxs icra məmuru tərəfindən işə girmək üçün qeydiyyatda olduğu rayonun Məşğulluq Mərkəzinə müraciət edərək iş axtaran şəxs kimi qeydiyyata götürülməsi barədə şöbəyə arayış təqdim etməsi təklif olunmuşdur (i.v.74). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 8(008)-64/2021 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.94-95). “Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.119-122). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəyə bilməmədi və həmin məbləği ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 17 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq alimenti ödəməməsinin bir neçə səbəbinin olduğunu, keçmiş həyat yoldaşı Səadət Allahverdiyevanın ona uşaqları ilə görüşməyə icazə vermədiyini, digər səbəb kimi aliment borcunun yüksək olmasını, stabil qazancının olmadığını və maddi imkanının çatmadığını, alimenti hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir (i.v155). Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin hər birinə ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs alimenti ödəməməsinin bir səbəbi kimi göstərdiyi Səadət Allahverdiyevanın uşaqları ona göstərməməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin göstərdiyi bu səbəb məhkəmə qətnaməsinin icra olunmaması üçün əsas olmamaqla Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunmasından məhz qəsdən və qərəzli olaraq yayınmasının göstəricisidir. Göstərilən səbəb, Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaq üçün deyil, uşaqlarla qanunla müəyyən edilmiş qaydada görüş günlərinin və saatlarının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün əsasdır ki, iş materiallarında təqsirləndirilən şəxsin belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı sənəd olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs belə bir ərizə ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin digər dəlilinə, yəni aliment borcunun yüksək olması səbəbindən qətnaməni icra etməməsi ilə bağlı məhkəmə onu qeyd edir ki, təqsirləndirilən şəxsin özünün də qeyd etdiyi o, aliment məbləğinin deyil, yiğılan borcun yüksək olmasını səbəb kimi göstərmişdir. Lakin bu zaman o, nəzərə almamışdır ki, borcun yığılaraq bu məbləğə çatmasının səbəbi də məhz onun tərəfindən qətnamənin vaxtlı-vaxtında icra edilməməsi olmuşdur ki, bu da təqsirləndirilən şəxsin həmin dəlilinin də əsassız olmasına dəlalət edir. Təqsirləndirilən şəxs satbil qazancının və maddi imkanının olmadığını göstərərək öz əməlinə haqq qazandırmağa çalışsa da, məhkəmə qeyd edir ki, iş materiallarında olan 32816/25 saylı, 07 iyun 2021-ci il tarixli təklifdən görünür ki, Təqsirləndirilən şəxs icra məmuru tərəfindən işə girmək üçün qeydiyyatda olduğu rayonun Məşğulluq Mərkəzinə müraciət edərək iş axtaran şəxs kimi qeydiyyata götürülməsi barədə şöbəyə arayış təqdim etməsi təklif olunsa da, o, icra məmurunun təklifindəki məsələ ilə bağlı hər hansı addım atmamışdır ki, bu da onun məhkəmə qətnaməsini icra etmək üçün bütün imkanlardan istifadə etməməsinin göstəricisidir. Təqsirləndirilən şəxsin qətnaməni hissə-hissə icra etməyə hazır olması barədə göstərdiyi xüsusata münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi 2013-cü il tarixdə çıxarılmaqla 14 fevral 2019-cu il tarixdə icra vərəqəsi üzrə icraata başlanmış, icra vərəqəsində göstərilən məbləğin birdəfəlik ödənilməsi nəzərdə tutulmuş, borclunun qətnamənin hissə-hissə icrasına və ya maddi imkanı ilə əlaqədar olaraq qətnamənin icrasına möhlət verilməsinə, yaxud aliment borcunun azaldılmasına dair hər hansı qanuni tədbir görməsi, ərizə ilə məhkəməyə müraciət etməsi müəyyən edilməmişdir ki, bu hal özü də təqsirləndirilən şəxsin məhkəmə qətnaməsinə etinasız münasibət göstərərək qətnaməni qərəzli olaraq icra etməməsinə dəlalət edən hallardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin öz əməlinə haqq qazandırmaq üçün irəli sürdüyü dəlillər əsassız olmaqla öz təsdiqini tapmamış və iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs oğluna bu illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, qətnamənin icrası məqsədi ilə icra məmurunun təklif etməsinə baxmayaraq Dövlət Məşğulluq orqanında qeydiyyata alınması üçün müraciət etməmiş və bununla da qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş, özünün də qeyd etdiyi kimi güzəmuzd işləməsinə, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 28 oktyabr 2021-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.116). “Axtarışda olan şəxsin tutulması haqqında” 15 kiyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində saxlanılaraq 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir (i.v.136). Aliment məbləğinin müəyyən hissəsini təsdiq edən qəbzlərdən görünür ki, istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan ümumilikdə 1200 manat (200 və 1000 manat olmaqla) məbləğində ödəniş edilmişdir (i.v.157-158). “Qətimkan tədbiri seçmək haqqında” 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 160-161). “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir (i.v.163). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 1(008)-662/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir (i.v.207-209). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 07 fevral 2023-cü il tarixli, 3-16-17/38/2-849/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 03 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir (i.v.218). Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), ibtidai istintaq zamanı dəymiş ziyanı qismən (1200 manat) ödəməsini (AR CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs icra zamanı, ibtidai araşdırma zamanı çağırışlardan yayınmasını və çağırışlara gəlməməsini, axtarışla gətirilməsini, məhkəmə istintaqı zamanı məhkəmə yanıladaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmək adı ilə vaxt istəyərək məhkəmədən gizləndiyini və axtarış nəticəsində uzun müddət sonra tutulduğunu onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab olunmadığı, maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməməsi nəticəsinə gələrək təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun istintaq zamanı tutularaq saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məhkəmə istintaqı zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar