Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-93/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu Kirov qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq döyüş sursatı hesab edilən 13 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli, biri keçmiş SSRİ dövlətində, ikisi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 03 ədəd 7,62x39 mm kalibrli olmaqla ümumilikdə «Kalaşnikov» konstruksiyalı silahların 16 ədəd atəş üçün yararlı ştat patronlarını, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «F-1» tipli müdafiə təyinatlı əl qumbarasını və ona aid 01 ədəd «UZRQM» tipli partlayıcını, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «RQN» tipli hücum təyinatlı əl qumbarasını və ona aid 01 ədəd «UDZ» tipli partlayıcını əldə edərək daşıyıb gəzdirməklə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanı yaşayış massivində yerləşən nömrəsiz fərdi evinədək daşımış, 11 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli, biri keçmiş SSRİ dövlətində, ikisi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 03 ədəd 7,62x39 mm kalibrli olmaqla ümumilikdə «Kalaşnikov» konstruksiyalı silahların 14 ədəd atəş üçün yararlı ştat patronlarını, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «F-1» tipli müdafiə təyinatlı əl qumbarasını və ona aid 01 ədəd «UZRQM» tipli partlayıcını, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «RQN» tipli hücum təyinatlı əl qumbarasını və ona aid 01 ədəd «UDZ» tipli partlayıcını yaşadığı evdə gizlətmiş, «Kalaşnikov» konstruksiyalı silahların atəş üçün yararlı 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli ştat patronlarını isə üzərində saxlayıb daşıyaraq gəzdirmiş, yaşadığı evdə və üzərində qanunsuz olaraq döyüş sursatları saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis idarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən «Kalaşnikov» konstruksiyalı silahların atəş üçün yararlı 02 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli ştat patronları aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə özünün razılığı ilə yaşadığı, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanı yaşayış massivində yerləşən nömrəsiz fərdi evinə keçirilmiş baxış zamanı evin yataq otağında yerləşən termonun rəfində saxladığı göy rəngli sintetik torbanın içərisindən qanunsuz olaraq əldə edib saxladığı döyüş sursatı hesab edilən 11 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli, biri keçmiş SSRİ dövlətində, ikisi isə Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 03 ədəd 7,62x39 mm kalibrli olmaqla ümumilikdə «Kalaşnikov» konstruksiyalı silahların 14 ədəd atəş üçün yararlı ştat patronları, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «F-1» tipli müdafiə təyinatlı əl qumbarası və ona aid 01 ədəd «UZRQM» tipli partlayıcı, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən «RQN» tipli hücum təyinatlı əl qumbarası və ona aid 01 ədəd «UDZ» tipli partlayıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamışdır. O, 28 iyul 2023-cü il tarixdə, günorta saatlarında Aşura mərasiminin keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində "xxxx" MMC-yə məxsus rabitə qülləsinə qara bayraq asmış, həmin gün, yaşadığı ünvanda olduğu zaman Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmışdır. Polis şöbəsinin inzibati binasında olarkən rabitə qülləsinə qara bayraq asdığına görə şöbəsi rəisi tərəfindən ona psixoloji təzyiq göstərilmiş, ittiham aktında göstərilən döyüş sursatının ona aid olduğunu etiraf etməsi, 03 (üç) ay həbs cəzasından azad olunacağı bildirilmişdir. O, döyüş sursatının ona aid olduğunu etiraf edəcəyini bildirdikdən sonra Sabunçu RPİ-nin 14cü PŞ-nin əməkdaşları onun yaşadığı ünvana getmiş, polis əməkdaşları bölməyə qayıtdıqdan sonra o, yenidən yaşadığı ünvana aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən döyüş sursatları onun evinə yerləşdirilmiş, videoçəkiliş zamanı yerləşdirilmiş döyüş sursatlarının ona aid olmasını etiraf etməsi bildirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 14-cü PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 28 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yaşayış massivi ərazisində zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 14-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis şöbəsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 02 ədəd patronu təqdim etmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd patronu digər bir neçə ədəd patron və əl qumbaraları ilə birlikdə 20 iyul 2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında yerdən aşkar etdiyi sellofan bağlamanın içərisindən tapdığını, patronlardan 02 ədədini üzərində daşıdığını, digər döyüş sursatlarını yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş patronlar qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmasına etiraz etmədiyni bildirdikdən sonra onlar xidməti avtomobillə Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni, Bakı şəhəri Sabunçu rayonu Sovxoz Ramana yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, ünvana çatdıqdan sonra təsadüfən yoldan keçən kənar şəxslərdən iki nəfəri tərəflərindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələri üçün dəvət edilmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı Samir Allahverdiyev tərəfindən hal şahidlərinə və evinə baxış keçiriləcək Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini bir daha izah edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs evin həyət qapısını açaraq onları həyətinə buraxmış, həyətə keçdikdən sonra həyətdə yerləşən, özünə aid mənzilə tərəf aparmış, mənzilin giriş qapısını üzərində olan açarla açaraq onları içəri dəvət etmiş, bir otaqlı mənzildəki televizoraltı dolabın içərisindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən iki ədəd əl qumbarası və onların alışdırıcısı, 14 ədəd patronlar aşkar edilmişdir. Daha sonra tərəflərindən davam etdirilən axtarış zamanı mənzildən xeyli sayda dini ədəbiyyat və əşyalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş döyüş sursatları və dini ədəbiyyat və digər əşyalar qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasında olduğu zaman və saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 28 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yaşayış massivi ərazisində olarkən Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş, baxış zamanı hal şahidi olaraq iştirak etməsi təklif olunmuşdur. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinə getmiş, hal şahidlərinə və evinə baxış keçiriləcək Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini bir daha izah edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs evin həyət qapısını açaraq onları həyətinə buraxmış, həyətə keçdikdən sonra həyətdə yerləşən, özünə aid mənzilə tərəf aparmış, mənzilin giriş qapısını üzərində olan açarla açaraq onları içəri dəvət etmiş, bir otaqlı mənzildəki televizoraltı dolabın içərisindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən iki ədəd əl qumbarası və onların alışdırıcısı, 14 ədəd patronlar aşkar edilmişdir. Daha sonra tərəflərindən davam etdirilən axtarış zamanı mənzildən xeyli sayda dini ədəbiyyat və əşyalar aşkar edilmişdir. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş döyüş sursatları və dini ədəbiyyat və digər əşyalar qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan 28 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqəsində olan 28 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin 30-32-ci vərəqəsində olan 28 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1, Şahid3, Şahid4, Şahid5 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış zamanı mənzildə olan güzgünün alt hissəsindəki dolabdan 01 ədəd göy rəngli sellofanın içərisində 14 ədəd patron, 01 ədəd RPK-3 əl qumbarası, 01 ədəd üzərində 386-261-76T qeyd olunan əl qumbarası, 02 ədəd əl qumbarasının alışqanları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 41-47-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 29 iyul 2023-cü il tarixli, 23/617 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 13 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlardan 02 ədədi zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi isə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yaralıdırlar. Tədqiqata təqdim edilmiş 13 ədəd 5,45x39 mm kalibrli patronlardan 04 ədədi, 03 ədəd 7,62x39 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 49-55-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 29 iyul 2023-cü il tarixli, 23/618 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatlarına təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır, digər 01 ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 tipli əl qumbaralarının partlayıcısıdır, həmin 01 ədəd əl qumbarasını həmin 01 ədəd “UZRQM” tipli patlayıcı ilə komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, hücum təyinatlı “RQN” tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır, tədqiqata təqdim edilmiş digər 01 ədəd əşya “UDZ” tipli partlayıcıdır, həmin 01 ədəd əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partalyıcısı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş “RQN” tipli əl qumbarasıdır, döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığı üçün təyinatını üzrə istifadə üçün yararlıdır. Cinayət işinin 86-91-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 606/2023 saylı, 29 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 iyul 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan 30 iyul 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş və qalıq qalmış 09 ədəd 5,45x39 mm kalibrli, 01 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd “F-1” tipli əl qumbarası, ona aid 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd “RQN” tipli əl qumbarası və ona aid 01 ədəd “UDZ” tipli partlayıcı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 19 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan 20 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan AZE seriyalı, 11126189 nömrəli və AZE seriyalı, 11126191 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis əməkdaşları tərəfindən 28 iyul 2023-cü il tarixdə, günorta saatlarında Aşura mərasiminin keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində "xxxx" MMC-yə məxsus rabitə qülləsinə qara bayraq asması ilə bağlı saxlanılmasını, üzərində və yaşadığı ünvanda döyüş sursatı olmamasına baxmayaraq polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır.....” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə protokollar, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 iyul 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 09 ədəd 5,45x39 mm kalibrli, 01 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd “F-1” tipli əl qumbarası, ona aid 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd “RQN” tipli əl qumbarası və ona aid 01 ədəd “UDZ” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 28 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 09 ədəd 5,45x39 mm kalibrli, 01 ədəd 7,62x39 mm kalibrli patron, 01 ədəd “F-1” tipli əl qumbarası, ona aid 01 ədəd “UZRQM” tipli partlayıcı, 01 ədəd “RQN” tipli əl qumbarası və ona aid 01 ədəd “UDZ” tipli partlayıcı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilmiş baxış görüntülərini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-93/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-93/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver