Məhkəmə qərarları › İş №1(008)-931/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-931/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-931/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi ev 347 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilən zaman BİT-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının ön tərəfindəki astarından bir ədəd siqaretin şəffaf kağızına bükülmüş təmiz çəkisi 0,236 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ildən narkotik tərkibli maddələrin alüdəçisidir, azadlıqda olarkən mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmiş, narkotik tapa bilmədikdə bədənində dözülməz ağrıları olduğundan çalışırmış daim ehtiyyat narkotiki olsun. 2023-cü ilin mart ayında yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlirmiş, Bakı şəhərində narkotik tapa bilməyəcəyindən özü ilə Gəncə şəhərindən xatırlamadığı yerdən, tanımadığı şəxsdən 20 manata aldığı siqaretin şəffaf kağızına bükülmüş bir büküm metamfetamin almışdır. Bakı şəhərində avtobusa və ya metroya minərkən polis əməkdaşları tərəfindən saxlanıla biləcəyini nəzərə alaraq içərisində metamfetamin olan bükümü geyindiyi cins şalvarının qabaq hissəsində yerləşən zamokunu yan tərəfdən sökərək astarın içinə yerləşdirmişdir. Bakı şəhərində olarkən Saray qəsəbəsindən asanlıqla narkotik tapdığından həmin metamfetamindən istifadə etməmiş və yadından çıxaraq şalvarının astarında qalmışdır. xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq narkotik tərkibli maddəni üzərində saxlamaqla daşıdığına görə Abşeron RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPl-nin istintaq şöbəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Müvəqqəti saxlama yerindən BİT-ə yola salınmışdır. Həmin tarixdə saat 11 radələrində BİT-ə təhvil verilən zaman təcridxanada xüsusi ayrılmış otaqda sonradan adlarını bildiyi hal şahidləri Şahid5 və Şahid4 iştirakları ilə şəxsi axtarışı aparılmışdır. Axtarış zamanı əynindəki cins şalvarının ön tərəfindəki zamokunun astarında gizlətdiyi siqaretin şəffaf kağızına bükülmüş 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Həmin anadək metamfetaminin şalvarının astarında qalmasını unutmuş və metamfetamini BİT-ə keçirmək niyyəti olmamışdır. Sorğu zamanı bildirmişdir ki, narkotik vasitələrin alüdəçisidir, əynində olan cins şalvarının ön tərəfindəki zamokun astarından aşkar edilmiş büküm ona məxsusdur, həmin bükümü həbs olunmamışdan əvvəl üzərində gizlətmişdir ki, istifadə etsin. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, zərf onun, nəzarətçilərin və hal şahidlərinin iştirakları ilə möhürlənmiş, həmin zərfi imzalamışlar. Baş verənlər barəsində protokol tərtib olunmuş, iştirakçılar protokolu oxuyaraq doğru tərtib edilməsini imzaları ilə təsdiqləmişlər. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı istintaq Təcridxanasının nəzarətçisi Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə BİT-in nəzarətçiləri X4 oğlu və Şahid3 ilə birgə Bakı İstintaq Təcridxanasının axtarış otağında xidmətə təhkim olunmuşlar. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİnin Müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Şəxsi işindən görünürdü ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq Abşeron RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və Abşeron rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman təcridxanada xüsusi ayrılmış otaqda hal şahidləri Şahid5 və Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının ön tərəfindəki zamokunun astarından siqaretin şəffaf kağızında 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin alüdəçisidir, əynində olan cins şalvarının ön tərəfindəki zamokunun astarından aşkar edilmiş, içərisində ağ rəngli, kristal formalı maddə olan siqaretin şəffaf kağızındakı büküm özünə məxsusdur, həmin bükümü həbs olunmamışdan əvvəl üzərində gizlətmişdir ki, istifadə etsin. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, zərf onun və digər nəzarətçilər Naib Hacı-İsmayılov və Şahid3, hal şahidləri Şahid5 və Şahid4, həmçinin həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə möhürlənmiş, həmin zərfi imzalamışlar. Baş verənlər barəsində protokol tərtib olunmuş, iştirakçılar protokolu oxuyaraq doğru tərtib olunmasını imzaları ilə təsdiqləmişlər. Məhkəmə-kimyəvi ekspertizasının arayışından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş maddə metamfetamin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı İstintaq Təcridxanasının nəzarətçisi X4 oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Bakı istintaq Təcridxanasının nəzarətçisi Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.71-72); Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən Bakı İstintaq Təcridxanasının təsərrüfat briqadasında saxlanılmış, Təqsirləndirilən şəxsla heç bir münasibətləri, düşmənçilikləri və ya ədavətləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Abşeron RPİ-nin Müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən BİT-ə təhvil verilmiş sonradan adını bildiyi həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilməli olmuşdur. Odur ki, o, hal şahidi qismində axtarış otağına dəvət edilmiş, heç bir etiraz etmədən razılaşmışdır. Həmin vaxt axtarış otağında olan sonradan adını bildiyi Şahid4 hal şahidi qismində iştirak etmişdir. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, onun həmçinin hal şahidi Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının ön tərəfindəki zamokunun astarından siqaretin şəffaf kağızında olan 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin alüdəçisidir, əynində olan cins şalvarının ön tərəfindəki zamokunun astarından aşkar edilmiş büküm ona məxsusdur, həmin bükümü həbs olunmamışdan əvvəl üzərində gizlətmişdir ki, istifadə etsin. Aşkar edilmiş büküm zərfə qoyularaq qablaşdırılmış, zərf onun və digər hal şahidi Şahid4, Bakı İstintaq Təcridxanasının nəzarətçiləri Şahid2, Şahid1 və Şahid3, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə möhürlənmiş və imzalanmış, baş verənlər barəsində protokol tərtib olunmuş, iştirakçılar protokolu oxuyaraq doğru tərtib olunmasını imzaları ilə təsdiqləmişlər(i.v.40-41); Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində digər hal şahidi Şahid5 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.42-43). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:25 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.2); Təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Abşeron Rayon Məhkəməsinin 4(012)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 07 may 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir (i.v.5); 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı İstintaq Təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı isə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Abşeron RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əyninə geyindiyi cins şalvarının ön tərəfindəki zamokunun astarında gizlədilmiş, 01 ədəd siqaretin şəffaf kağızına bükülmüş, içərisində ağ rəngli kristal formada xüsusi iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin əməliyyat şöbəsinin xidməti otağına dəvət olunmuş və öz yazılı izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:15 radələrində Abşeron RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasına təhvil verilən zaman təcridxana əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən əyninə geyindiyi cins şalvarının ön tərəfindəki zamokunun astarından aşkar olunmuş 01 ədəd siqaretin şəffaf kağızına bükülmüş, içərisində ağ rəngli kristal formada olan maddənin ona məxsus olduğunu, narkotik maddələrin aludəçisi olduğuna görə həmin maddəni həbs olunmamışdan əvvəl üzərində gizlətdiyini bildirmişdir. Götürülmüş 01 ədəd siqaretin şəffaf kağızına bükülmüş içərisində ağ rəngli kristal formada olan maddənin tərkibini və çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyulmuş və müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmişdir (i.v.8); 10 may 2023-cü il tarixli, 6/2701 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksləri olan, “... Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əyninə geyindiyi şalvarının ön tərəfində olan zamokunun astarından aşkar olunmuş ağ rəngli kristal formada olan maddə...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,236 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İİ) daxildir. Tədqiqata sərf edildikdən sonra qalıq metamfetaminin çəkisi 0,186 qram olmuşdur(i.v.17-20); məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/2874 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 № 69” dairəvi möhür əksi bir ədəd kağız paketin içərisində üzərində “...Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində geyindiyi şalvarının ön tərəfdə olan zamokunun astarından aşkar olunmuş ağ rəngli kristal formada olan maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İİ) daxildir (i.v.31-34); Maddi sübut kimi tanıma haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tərkibində 0,186 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata 0,03 qram sərf edildikdən sonra qalıq çəki 0,156 qram saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v.37-38); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2023-cü il qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Hüseynov X1 Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.55-56); Qətimkan tədbirinin seçilməsi haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır (i.v.66); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2023-cü il tarixli 5812A saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.73-74); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin istintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.81-82); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,236 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini(CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli, həbsdə saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,236 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,156 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli(CPM-132), 130(yüz otuz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanması nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,236 qram, tədqiqatdan sonra qalıq qalan 0,156 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar