Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-932/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Füzuli rayonu, Qacar kəndində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi ev 24-də yaşayan- Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 21 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halında taksi fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanın qarşısında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, həmin yerdə onunla birlikdə taksilik fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ilə kənar şəxslərin gözü qarşısında mübahisə edib yumruqla bir neçə dəfə sifət nahiyəsindən zərbə endirib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli zərər vuran sol göz yuvası ətraf nahiyənin dərialtı hematoması və gözün ağlı qişasına qansızmasından ibarət xəsarət yetirməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mariflə təxminən 3 ilə yaxındır tanışdırlar. Özünə məxsus «Daewoo Gentra» markalı, «az ** HL ***» dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Ondan başqa bir neçə nəfər də var ki, həmin yerdə taksi fəaliyyəti ilə məşğul olurlar. Onlardan biri də Marifdir. Marif həmin yerdə bir çox taksi sürücülərinə həmişə problem yaratmışdır. Bacardıqları qədər Marifdən uzaq durmağa çalışmışlar. Bir neçə gün əvvəl ona xəbər çatmışdır ki, Marif onun qardaşı Loğmanın və Loğmanın ailəsi barədə xoşagəlməz sözlər danışmışdır. Bu isə ona çox pis təsir etmişdir. 21 sentyabr 2023-cü il tarixdə, saat 21:45 radələrində bir qədər sərxoş halda Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 29 ünvanda fəaliyyət göstərən «Rahat Market»-in qarşısından keçən zaman Marifi orada görüb yaxınlaşıb, nə üçün qardaşının və qardaşının ailəsi barədə xoşagəlməz sözlər danışdığını soruşmuşdur. Marif qardaşının və ailəsinin arxasıyca heç bir xoşagəlməz sözlər danışmadığını demişdir. O, isə danışmışdırsa söyüş söymüşdür. Bu zaman aralarında münaqişə baş vermiş və o, əsəbindən bir dəfə Marifin sifətindən yumruqla vurmuşdur. Marif yenə dediyi sözü boynuna almadığı üçün o, yenidən sillə ilə Marifin üzündən vurmuşdur. Bu minvalla 4 dəfə Marifin üzündən yumruq və sillə vurmuşdur. Orada olan qardaşı Loğman və tanımadığı şəxslər onları ayırmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, özünə məxsus «Mersedes C 180» markalı, «az ** HE ***» dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Adətən Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 29 ünvanın qarşısında dayanıb müştəri gözləyir. S.Ş.Təqsirləndirilən şəxs da həmin ünvanda dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Heç vaxt Sərvanla ədavəti və şəxsi qərəzliyi olmamışdır. 21 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində həmin yerdə dayanıb müştəri gözləyən zaman Sərvan əsəbi halda heç bir səbəb olmadan ona yaxınlaşmış və onu «işverən» adlandırıb söyərək təhqir etməyə başlamışdır. Nə üçün belə dediyini soruşanda, Sərvan ona müştərilərini əllərindən aldığını bildirmişdir. Sonra isə onun Sərvanın qardaşının arxası ilə nə isə xoş olmayan söz deməsini demişdir. Həmin vaxt Sərvanın qardaşı Loğmanda Sərvanı yanında idi. O, Sərvana qardaşı Loğmandan onun arxası ilə danışıb danışmamasına soruşmasını bildirmişdir. Buna baxmayaraq Sərvan getdikcə daha da əsəbləşmişdir. Onun sərxoş olduğunu hiss edib mübahisə böyüməsin deyə baş qoşmaq istəməmişdir. Buna baxmayaraq Sərvan ilk dəfə gözləmədiyi anda yumruqla onun sifətindən zərbə vurmuşdur. Sonra Sərvan əl hərəkətləri ilə danışıb onu təhqir etmişdir. O, isə Sərvanın sərxoş olmasını və yaşca ondan çox kiçik olmasını nəzərə alaraq, baş qoşmurdu. Sərvan bu cür hərəkətlərinə davam edərək yenidən bir dəfə yumruqla sifətinin sol nahiyəsindən vurmuşdur. Bu hərəkətlərini davam etdirən Sərvan təxminən 3-4 dəfə aramla onun sifətinin sol nahiyəsindən yumruqla zərbə vurub onu döymüş, nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Hal-hazırda şikayətçidir. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus «Kia Ceed» markalı, «az ** LH ***» dövlət qeydiyat nişanlı avtomobillə S.Qocayev küçəsi 29 ünvanın qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Qardaşı Sərvan və Marif də həmin yerdə dayanıb taksi fəaliyyəti ilə məşğul olurlar. 21 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində yaşadığı evdə olan zaman qardaşı Sərvan ona zəng edib, həmişə taksilik etdiyi yerdə olduğunu, həmin yerə gəlməsini istəmişdir. Tez həmin yerə gəlmiş, qardaşı Sərvan sərxoş olmasını görmüşdür. Qardaşı ona Mariflə mübahisə etdiyini demişdir. O da qardaşına demişdir ki, ayıq vəziyyətdə söhbət edərlər. Mübahisəyə səbəb isə Marif orada olan taksi srüücülərinə onun ailəsində problem olmasını, onun başqa qadınla qeyri-rəsmi uşağı olmasını danışdığı olmuşdur. O, gələndə qardaşı Sərvan sərxoş halda Marifi söyüb təhqir edirdi. Marif isə dayanıb qardaşına qulaq asırdı. Bu vaxt qardaşı Sərvan Marifə əl-qol atmışdır. Qardaşı Sərvan bir neçə dəfə Marifə əl atmış, zərbələrin Marifə dəydiyini dəqiq görməmişdir. Sonra ara sakitləşmiş və o, qardaşını çəkib kənara aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər iki şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Sərvanla Marif ünvan 1 ünvanın qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olmuşlar. 21 sentyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində həmin yerdə idarə etdiyi avtomobildə dayanan zaman Sərvanın bir qədər aralıda avtomobilinin yanında dayanmış Marifə tərəf gəldiyini və əl qol hərəkətləri ilə danışdığını görmüşdür. O, bir ayağı ambutasiya olunduğu üçün onlara yaxınlaşa bilməmiş və avtomobildə dayanıb hadisəni kənardan izləmişdir. Bu zaman Sərvan Marifi küçə söyüşləri ilə söyb təhqir etməyə başlamışdır. Onların söhbətindən başa düşmüşdür ki. Sərvan heç nədən Marifi orada olan müştəriləri ələ keçirməkdə ittiham etmişdir. Sonra Marifi qardaşının arxasıyca danışmaqda günahlandırmış, bir dəfə yumruqla Marifin sifətindən vurmuşdur. Marif isə kənara çəkildikcə, Sərvan daha da Marifi təhqir edərək üzərinə gedib, bir daha yumruqla onun sifətindən yumruq vurmuşdur. Bununla Sərvan təxminən 3-4 dəfə Marifin sifətindən zərbə vurub, nəlayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Sonra ora yığışan şəxslər onları aralamışlar. Onun isə sağlamlığı əl vermədiyi üçün düşüb onları ayıra bilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsi tərəfindən 30 sentyabr 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 2362 saylı, 25 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol göz yuvası ətraf nahiyənin dərialtı hematoması və gözün ağlı qişasına qansızma- bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 21 sentyabr 2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq-yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən-xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvəllər məhkum olunmamasını və işdə olan digər halları nəzərə alaraq, ona «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 1.500 manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəh., Probasiya İdarəsinə həvalə edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000 207120, VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-932/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-932/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver