Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-935/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,095 qram, ümumi təmiz çəkisi 0,909 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən H.Əliyev adına istirahət parkının yaxınlığına daşımış, özünü şübhəli apardığına görə xx.xx.2023-cü il tarixdə, saat 03:10 radələrində DİN-in ƏÇPA-nın polis nəfərləri tərəfindən həımin yerdə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PBnə gətirilmiş, PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,814 qram, 0,095 qram, ümumi təmiz çəkisi 0,909 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlanılmazdan bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata bir bükümdə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin, iki bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroin almış və istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 03:10 radələrində yaşadığı evin yaxınlığında, yəni, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Əliyev parkının yaxınlığında gəzirmiş, həmin vaxt da üzərində aldığı bir bükümdə metamfetamin, iki bükümdə heroin olmuş, heroin və metamfetamin ayrı-ayrı bükümlərdə olsalar da salfetkanın içərisinə qoymuş, həmin salfetkanı da əynində olan şalvarın sağ yan cibində saxlayırmış. Ona polis əməkdaşları yaxınlaşmış və polis əməkdaşları ona özlərini təqdim edərək ondan özünü şübhəli apardığı üçün yaxınlaşdıqlarını bildirmişlər. Üzərində metamfetamin və heroin olduğundan polis əməkdaşlarını görən kimi həyəcanlanmış, onun hərəkətləri daha da şübhə yaratdığından polis əməkdaşları onu Sabunçu RPİ-nin 14-cü PB-nə gətirərək təhfil vermişlər. 14- cü PBdə şəxsiyyəti müəyyən edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində ona hüquq və vəzifələri izah edilmişdir. Hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, o, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı vəkil iştirak etməsin. Polis əməkdaşları da ərizəsini nəzərə alaraq üzərinə şəxsi axtarışı vəkilin iştirakı olmadan həyata keçirmişlər. O, PB-də xidməti otaqların birinə dəvət edilmiş və şəxsi axtarış keçirilən zaman polis əməkdaşları oa təklif etmişlər ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində iki büküm heroin və bir büküm metamfetamin olan salfetkanı çıxarmış və polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, salfetkanın içərisində narkotik vasitə və heroin vardır. Polis əməkdaşları tərəfindən salfetka açıldıqda orada iki bükümdə heroin və bir bükümdə metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı səmimi olaraq etiraf etmişdir ki, ondan aşkar edilmiş iki bükümdə heroin və bir bükümdə metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata Balaxanı qəsəbəsində almışdır. Ondan aşkar edilmiş iki büküm heroin və bir büküm metamfetamin polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf şəxsi axtarış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nın 8-ci Patrul bölüyünün polis nəfəri polis serjantı Şahid1 Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 03:10 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi H.Əliyev parkının yaxınlığında Zərdabi küçəsində post yoldaşı Şahid2 ilə 9639 nömrəli avtopatrulda xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb yaxınlaşmışlar. Həmin şəxs onların yaxınlaşmalarını görən kimi özünü daha da şübhəli apararaq suallarına qeyri-adekvat cavablar vermiş, bu onlarda şübhə yaratdığından saxladıqları şəxsi Sabunçu RPİ-nin 14cü PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. PB-də olarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində narkotik vasitə vardır. Bu səbəbdən də Təqsirləndirilən şəxs 14-cü PB-də xidməti otaqların birinə dəvət edilmiş, baş təhqiqatçı Ramin Güləliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olması bildirilmiş, sonuncu da etiraz etməmişdir, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə keçirilən şəxsi axtarış zamanı vəkil iştirak etməsin. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində üç ədəd büküm olan ağ rəngli salfetkanı təqdim etmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü açıldıqda müəyyən edilmişdir ki, birinin içərisində ağ rəngli kristalşəkilli maddə, digərinin içərisində iki bükümün içərisində isə qəhvəyi rəngli toz şəkilli maddə vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələr narkotik vasitədir, ağ rəngli kristalşəkilli maddə şüşədir, qəhvəyi rəngli toz şəkilli maddə isə kakosdur. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manata almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr baş təhqiqatçı Ramin Güləliyev tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 100 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf şəxsi axtarış zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən ağ rəngli safetkaya bükülmüş ümumilikdə 03 ədəd, siqaretin göy rəngli kağızına bükülmüş 01 ədəd içərisindən ağ rəngli kristal şəkilli, 02 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir.O, həmin bükümlərdə şüşə və kakos olduğunu, narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 24-25). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli, 6/3052 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı- ayrılıq təmiz çəkisi 0,814 qram, 0,095 qram, ümumi çəkisi 0,909 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.35-39). Məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 3272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.41-42). “Sübutların qiymətləndirilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs götürülmüş 2 bükümdə ümumi təmiz çəkisi 0,909 narkotik vasitə heroinin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,065 qram psixotrop maddə metamfetaminin və 01 ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınması, həmin heroinin tədqiqatdan sonra 0,809 qram qalığının, metamfetaminin isə 0,035 qram qalığının saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi və 01 ədəd diskin isə cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (i.v.96-101). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinlə yanaşı psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımasına görə də ittiham etmişdir. AR CPM-in 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Həmin Məcəllənin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi 0,065 qram təşkil etmişdir ki, həmin miqdar 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixitrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci siyahısında göstərilən miqdardan, yəni 0,15 qramdan az olduğundan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi – 0,065 qram metamfetaminin aşkar edilib götürülməsinə dair müddəa ittihamdan xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü müddəainə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Nəzərə alınsa ki, təqsirləndirilən şəxsin əməli həmin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və həmin maddənin tərkibinin yaranması üçün narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması əsasdır, belə olan halda məhkəmə hesab edir ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etsə də, göstərilən halı nəzərə almamış, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 0,065 qram metamfetaminə münasibətdə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı müddəaləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamdan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi - 0,065 qram psixotrop maddə olan metamfetaminin aşkar edilib götürülməsinə dair müddəa aric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü müddəainin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə, saat 03:10-dan tutulmuş hesab edilmişdir (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 28 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.68-70). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 may 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 avqust 2020-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 17 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır (i.v.82-83). Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 3/2-1013/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirləri nəticəsində 05 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Maşatağa qəsəbəsində saxlanılaraq istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Sabunçu RPİ-nin istintaq şöbəsinə təqdim edilmişdir (i.v.90). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i.v.93-94). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı (Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə, saat 03:10-da tutulmuş, 28 may 2023-cü il tarixdə, saat 12:20-dən 13:20-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatdan artıq azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 02 gün hesabı ilə hesablanmalıdır), o cümlədən, axtarışla tutularaq saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,065 qram psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsinə dair müddəa ittihamdan xaric edilməli, həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdən 28 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), 05 oktyabr 2023-cü il tarixdə tutularaq saxlandığı 01 gün müddət, cəmi 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 0,809 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,065 qram psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsinə dair müddəa ittihamdan xaric edilsin və həmin hissədə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-935/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-935/2023
27.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver