Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-938/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi ilə olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi “Zabrat Dairəsi” adlanan əraziyədək daşımış, xx.xx.2023-cü il tarixdə saat 16:00da özünü şübhəli apardığı üçün həmin ərazidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 15-ci polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxartdığı bir ədəd ağ rəngli kağız bükümün içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,177 qram və 0,109 qram olmaqla ümumi təmiz çəkisi 0,286 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin qablaşdırılmış iki ədəd ağ rəngli kağız bükümlər aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Vidadi küçəsinədək daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:30-da özünü şübhəli apardığı üçün həmin ərazidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən içərisində təmiz çəkisi 1,465 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 12 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində ağ rəngli kağıza bükülmüş 02 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini alaraq üzərində saxlamışdır ki, istifadə etsin. 12 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında olan zaman iki nəfər polis geyimi formasında olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək X5 8-ci Patrul Bölüyünün polis nəfərləri olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində narkotik vasitə olduğundan, həmçinin heç bir sənədi olmadığından və ifşa olunmağından qorxduğu üçün polislərdən yayınmağa çalışmışdır. Bu vaxt polis nəfərləri şübhələndikləri üçün onu saxlayaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etməyərək Polis Bölməsinə getmişdir. Bölmənin inzibati otaqlarından birində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində narkotik vasitə olduğundan istəməmişdir ki, müdafiəçisi bunun şahidi olsun. Müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və bu barədə rəsmi ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində 02 ədəd bükümlər olan ağ rəngli kağızı çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi ağ rəngli kağızın içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən qanunsuz hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitə heroini hansı məqsədlə, haradan və kimdən əldə etməsi barədə soruşulduqda bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində alaraq üzərində saxlamışdır. Bundan sonra polis bölməsində təqdim etdiyi bükümlərin içərisində olan qəhvəyi rəngli maddələr qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddələr ekspertiza mərkəzinə göndəriləcəkdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Özü artıq bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə narkotik vasitə heroini 12 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində alaraq üzərində saxlamışdır. Ona verilmiş digər epizod üzrə özünü təqsirli bilmir. 28 iyun 2023-cü il tarixdə məhəllədə olarkən orada bir neçə şəxsin durduğunu görmüş, həmin şəxslərin narkotik vasitələrdən istifadə etdiklərini bildiyindən, barəsində istintaqda cinayət işi olduğundan onu “zibilə salmalarından” ehtiyat etdiyi üçün həmin şəxslərə onların qapısından kənara getmələrini bildirmiş, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, məhəllədə olan şəxslər qaçmış, onu polis bölməsinə dəvət etmişlər, üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ona bölmədə fiziki zor tətbiq edilməsə də, psixi təsir olunmuş, ona görə də psixotrop maddənin ona məxsus olduğunu qəbul etmişdir. Ümumiyyətlə o psixotrop maddələrdən istifadə etmir, narkotik vasitə olan heroindən istifadə etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ...” 28 iyun 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən evin ətrafında təxminən 100-200 metr aralı məsafədə gəzişən zamanı yerdə bir ədəd siqaret qutusunu görüb həmin qutuya təpiklə vurmuşdur. Qutuya təpiklə vuran zamanı qutunun içərisindən bir ədəd sellofan bükümdə «şüşə» adlanan psixotrop maddə metamfetaminə bənzər maddə düşmüşdür. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu üçün həmin maddənin nə olduğunu tanıyıb bilmişdir. Həmin maddəni istifadə etmək üçün bükümü götürüb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, yaxın müddətdə əlverişli şərait tapıb onu istifadə edə bilsin, bu barədə heç kimə heç nə bildirməmişdir. Həmin gün saat 19:30 radələrində tanışı ilqar Xudiyevlə təsadüfən görüşüb söhbət edərkən Zabrat qəsəbəsi Vidadi küçəsində olduqları zaman onlara iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək kim olduqları, həmin ərazidə nə iş gördükləri, harada yaşadıqları, məhkum olub-omadıqları barədə onları sorğu-sual etməyə başlamışlar. Onun üzərində həmin vaxt psixotrop maddə metamfetamin olduğu üçün qorxmuşdur ki, tutula bilər və buna görə də polis əməkdaşlarından yayınmaq istəmişdir, lakin polislər onları saxlamışlar və xidməti avtomobillərinə əyləşdirib Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Burada onları bir birindən ayırmışlar, İlqardan xəbəri olmamış, onu isə nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuşdur, həmin prosessual hərəkətdə müdafiəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, o da düşünmüşdür ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan psixotrop maddə aşkar olunacaq, müdafiəçisi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «patı və şüşə» adlanan psixotrop maddə «metamfetamin» olmasını təsdiq etmişdir, üzəridən aşkar olunmuş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar patrul yoldaşı Şahid2 ilə birlikdə 28 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparırmışlar. Saat 19:30 radələrində Vidadi küçəsində diqqətlərini əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran iki nəfər şəxs cəlb etmişlər. Həmin şəxslərdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etmələri, harada yaşamaları, kim olmaları, əvvəllər məhkum olubolmamaları barədə suallar vermişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamışlar. Sorğu-sual zamanı onların danışdıqca sanki üzərlərində olan nəyi isə gizlətməyə çalışdıqları hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsləri Polis İdarəsinə gətirib üzərlərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsləri Polis İdarəsinə dəvət etmişlər, həmin şəxslər etiraz etməmişlər və birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan müstəntiq saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X3 barələrində ayrı-ayrılıqda müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxslərin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkillər dəvət olunmuş, onların iştirakı ilə əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilərək həmin şəxsə təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs əlini əynindəki boz rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərsində ağ rəngli kristal şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək “şüşə” adlanan maddə olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində yaşadığı evin yaxınlığından yerdən siqaret qutusunu içərisindən tapdığını, öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş sellofan büküm kağız zərfdə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Eyni qaydada, saxlanılan digər şəxs X2 da üzərində axtarış və götürmə aparılmış, həmin şəxsin də üzərindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq qablaşdırılmaqla protokollaşdırılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs və X2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamadıqları, üzərlərindən aşkar olunmuş psixotrop maddələrin əldə edildiyi mənbə barədə məlumatı yoxdur, ona görə ki, onları hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışdırlar. Şahid qismində dindirilmiş Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaqda verdyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.79-81); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, patrul yoldaşı Şahid4 ilə birlikdə 12 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə xidmətdə olarkən təxminən saat 16:00 radələrində Zabrat Dairəsi adlanan yerdə diqqətlərini əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etməsi, harada yaşaması, kim olması, əvvəllər məhkum olub-olmaması barədə suallar vermişlər. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamışdır. üzərlərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi yaxınlıqdakı 15-ci Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilərək həmin şəxsə təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs əlini əynindəki qara rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm tərəflərindən açıldıqda kağız bükümün içərisindən daha iki ədəd kağız büküm aşkar edilmişdir, həmin iki ədəd kağız bükümlər də açıldıqda hər birinin içərisindən tozşəkilli kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirmişdir ki, həmin kütlələr “kakos” adlanan narkotik vasitədirlər, saxlanıldığı gün günorta saatlarında Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində saxlamışdır. Daha sonra saxlanılan şəxsin üzərini bir daha yoxladıqda Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş kağız bükümlər zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.179-181). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.15); şəxsi axtarış və götürmə aparılması haqqında 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə olan ağ rəngli kristal şəklində maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri psixotrop maddə metamfetaminin el arasında “şüşə” olduğunu 28 iyun 2023-cü il tarixdə günorta saatlarında Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün həəmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 48 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir(i.v.24-25); məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2023-cü il tarixli, 6/3569 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №48” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,465 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir(i.v.30-33); təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınmışdır (i.v.65-66); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 iyun 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.67-68); Maddi sübut kimi tanıma haqqında 30 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,465 qram təmiz çəkidə psixtorop maddə kustar üsulla hazırlanmış metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumi təmiz çəkisi 1,415 qram qalıq qalmış psixotrop maddə kustar üsulla hazırlanmış «metamfetamin» saxlanılması ücün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.69); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.73); Videogörüntüyə baxış keçirilməsi haqqında 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “VİD-WA001” adlı “Video (MP4) (,mp4)” tipli 58,8 MB (61 661 184 bayt) həcmli 06 dəqiqə 43 saniyyə müddətli videogörüntüdə xidməti otağa ikisi polis, biri isə mülki geyimdə olmaqla üç nəfər şəxsin daxil olması əks olunur, masa arxasında ayaq üstə dayanmış bir nəfər polis mayoru rütbəli şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİnin İŞ-nin müstəntiqi olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfərləri Şahid2 və Şahid1 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra müstəntiq saxlanılan şəxsə müraciət edərək onun Polis İdarəsinə gətirilməsinin səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla-üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə müstəntiq ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 02 dəqiqə 20-ci saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki boz rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərisində ağ rəngli kristal şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək “şüşə” adlanan maddə olmasını bildirir, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində yaşadığı evin yaxınlığından yerdən siqaret qutusunu içərisindən tapdığını, öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirir. Müstəntiq təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş etdirir, aşkar olunmuş 01 ədəd sellofan bükümü həmin zərfin içərisinə qablaşdırmaqla yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Daha sonra müstəntiq heç bir şikayətin daxil olmadığını bildirməklə videoçəkilişin dayandırılmasını elan edir (i.v.74); Maddi sübut kimi tanıma haqqında 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ilkin təhqiqat araşdırması materiallarına əlavə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-də üzərindən qanunsuz saxlanılan psixotrop maddə “metamfetamin”in aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüləri əks olunmuş 01 (bir) ədəd CD-i cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut saxlanılması üçün ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.75); şübhəli şəxsin tutulması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.97); şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş iki ədəd yenə ağ kağızda olan qəhvəyi rəngli, tozşəkilli kokosa bənzər bükümü könüllü şəkildə təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir (i.v.106-107); məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2023-cü il tarixli, 6/3318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd ağ rəngli kağıza bükülmüş 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,177 qram, 0,109 qram, ümumi təmiz çəkisi 0,286 qram olam qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(i.v.118-121); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.152-154); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.155-156); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( i.v.161); məhkəmə-kimyəvi ekspertizasının 17 iyul 2023-cü il tarixli, 6/3458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdəki 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,127 qram, 0,059 qram, ümumi təmiz çəkisi 0,186 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (i.v.162- 165); Maddi sübut kimi tanıma haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,286 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin birbaşa predmeti olduğundan maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə ekspertiza tədqiqatlarından sonra məsrəflərə uğrayaraq ümumi təmiz çəkisi 0,126 qram qalıq qalmış narkotik vasitə kustar üsulla hzırlanmış heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.169); Videogörüntüyə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “20230612_192220” adlı “Video (MP4) (.mp4)” tipli 726 MB (762 166 171 bayt) həcmli 05 dəqiqə 03 saniyyə müddətli videogörüntüdə xidməti otağa ikisi polis, biri isə mülki geyimdə olmaqla üç nəfər şəxsin daxil olması əks olunur, masa arxasında əyləşmiş bir nəfər polis mayoru rütbəli şəxs çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 15-ci PBnin təhqiqatçısı olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfərləri Məmmədov və İsmayılov olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Bundan sonra təhqiqatçı saxlanılan şəxsə müraciət edərək onun Polis Bölməsinə gətirilməsinin səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 00 dəqiqə 59-cu saniyyəsində Təqsirləndirilən şəxs əlini əynindəki qara rəngli şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağızdan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyur. Baxışda iştirak edən polis nəfəri təhqiqatçının göstərişi ilə həmin bükümü açdıqdan kağız bükümün içərisindən daha iki ədəd kağız büküm aşkar edilir, həmin iki ədəd kağız bükümlər də açıldıqda hər birinin içərisindən zahiri görünüşcə eyni olan tozşəkilli kütlələr aşkar olunur. Təhqiqatçı saxlanılan şəxsdən həmin kütlənin nə olmasına, nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirir ki, həmin kütlələr “kakos” adlanan narkotik vasitədirlər, saxlanıldığı gün günorta saatlarında Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxlamışdır. Daha sonra təhqiqatçı polis nəfərlərinə göstəriş verir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilmir. Təhqiqatçı təqdim olunan bükümlərin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onların götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, aşkar olunmuş 02 ədəd kağız bükümləri aşkar olunduğu şəkildə bükərək həmin zərfin içərisinə qablaşdırmaqla yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Daha sonra təhqiqatçı saxlanılan şəxsdən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqlərə məruz qalıb-qalmadığını soruşur, saxlanılan şəxs “Xeyr” cavabını verdikdən sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirməklə videoçəkilişin dayandırılmasını elan edir(i.v.171); Maddi sübut kimi tanıma haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ilkin təhqiqat araşdırması materiallarına əlavə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-də üzərindən qanunsuz saxlanılan narkotik vasitə “heroin”-in aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüləri əks olunmuş 01 (bir) ədəd CD-i cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut saxlanılması üçün ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.172); məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6132 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ...Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ifadəsinə və öz deməsinə görə 3-4 ildir arada bir narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir... Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.191-192); Məhkəmə iclasında iki ədəd CD disklərə baxış keçirilmiş, diskdə olan video görüntülərdən görünür ki, həmin görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyun 2023-cü il və 28 iyun 2023-cü il tarixli protokollara uyğun olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə tutulması ilə bağlı özünü təqsirli bilməməsi, üzərində psixotrop maddə olan metamfetaminin olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində göstərdi ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar patrul yoldaşı Şahid2 ilə birlikdə 28 iyun 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparırmışlar. Saat 19:30 radələrində Vidadi küçəsində diqqətlərini əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran iki nəfər şəxs cəlb etmişlər. Həmin şəxslərdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etmələri, harada yaşamaları, kim olmaları, əvvəllər məhkum olub-olmamaları barədə suallar vermişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamışlar. Sorğu-sual zamanı onların danışdıqca sanki üzərlərində olan nəyi isə gizlətməyə çalışdıqları hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsləri Polis İdarəsinə gətirib üzərlərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsləri Polis İdarəsinə dəvət etmişlər, həmin şəxslər etiraz etməmişlər və birlikdə xidməti avtomobilə əyləşərək Sabunçu rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gəlmişlər. Orada növbədə olan müstəntiq saxlanılan şəxslər Təqsirləndirilən şəxs və X3 barələrində ayrı-ayrılıqda müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxslərin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkillər dəvət olunmuş, onların iştirakı ilə əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilərək həmin şəxsə təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs əlini əynindəki boz rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd içərsində ağ rəngli kristal şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək “şüşə” adlanan maddə olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində yaşadığı evin yaxınlığından yerdən siqaret qutusunu içərisindən tapdığını, öz istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş sellofan büküm kağız zərfdə qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Eyni qaydada, saxlanılan digər şəxs X2 da üzərində axtarış və götürmə aparılmış, həmin şəxsin də üzərindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq qablaşdırılmaqla protokollaşdırılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs və X2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamadıqları, üzərlərindən aşkar olunmuş psixotrop maddələrin əldə edildiyi mənbə barədə məlumatı yoxdur, ona görə ki, onları hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışdırlar. Şahid qismində dindirilmiş Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaqda verdyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması haqqında 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə olan ağ rəngli kristal şəklində maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri psixotrop maddə metamfetaminin el arasında “şüşə” olduğunu 28 iyun 2023-cü il tarixdə günorta saatlarında Zabrat qəsəbəsində yaşadığı evin yaxınlığında yerdən tapdığını və narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığını, ümumiyyətlə psixotrop maddə olan metamfetamindən istifadə etmədiyini bildirsə də, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6132 nömrəli rəyində “cinayət işinin materiallarında olan ifadəsinə və öz deməsinə görə 3-4 ildir arada bir narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir” kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində hər hansı psixi təzyiqə məruz qalmadan psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirməsi, məhkəmə istintaqı zamanı isə əksini iddia etməsi onun bu məzmunda məhkəmədə verdiyi ifadələrinin özünü müdafiə xarakterli olmasına bir daha dəlalət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,286 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,465 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək, 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,126 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalan 1,415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 130 (yüz otuz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 12 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixədək, 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04(dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,126 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalan 1,415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-938/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-938/2023
04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver