Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-94/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə xx xxxxx 1984-cü il tarixdə Tovuz rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvəllər məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti nömrəmsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi «Hyundai Elantra» markalı, «az 77 BX 43» Pirşağı yolu ilə Nardaran qəsəbəsi istiqamətində iki istiqamətli bir zolaqlı köməkçi yolla hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «X12» kafesinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin qaydaları pozmaqla hərəkət zolağına çıxmış yolun hərəkət istiqamətinin sağ hissəsindən sol hissəsinə keçən piyada X5 idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vurması nəticəsində başın alın nahiyəsinin derialtı qansızması, alın-burun nahiyələrinin sıyrıqları, sol diz, baldır, ayaq nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və baldır nahiyəsində olan çoxsaylı yaralar səviyyəsində qamış sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqları kimi ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasına səbəb olmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də taksi fəaliyyəti ilə məşqul olur. F.B.Qədimovun mülkiyyətində olan «Hyundai Elantra» markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobillə 13 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən «Amburan Mail» TM-in yanında müştərini düşürüb uzu Sabunçu rayonu, Nardaran qəsəbəsi istiqamətində qarşı tərəfdən gələn avtomobillərin sağ tərəfində olan köməkçi yolla saatda 40-50 km/saat sürətlə hərəkətdə olub qayıdan zaman Sabunçu rayonu, Bilgəh qəsəbəsində, «X12» kafesinin qarşısında yolu sağdan sola yol kənarında olan su arxını keçən piyada E.M.Xələfovu anidən görmüş ehtiyyatsızlıqdan avtomobilin ön tərəfi ilə E.M.Xələfovu vurub ayağından xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə əlaqədar TTY stansiyasının 103 qaynar xətti ilə əlaqə saxlayıb məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşlarına özü haqqında məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Əməli ehtiyatçızlıqdan törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 göstərmişdir ki, 28 iyun 1965-ci il tarixdə Bakı şəhərində anadan olan E.M.Xələfov onun əridir. E.M.Xələfov Nardaran qəsəbəsində yerləşən kafedə aşbaz işləmişdir. 13 iyul 2023-cü il tarixdə, Elxan saat 09:00 radələrində işə getmiş, həmin gün saat 19:00 radələrində əri zəng edərək «Hyundai Elantra» markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobilin onu Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh Pirşağı yolu ilə Nardaran qəsəbəsi istiqamətində iki istiqamətli bir zolaqlı köməkçi yolla hərəkətdə olan zaman yolu sağdan sola keçən vaxt vurub ayağını sındırması barədə məlumat verib Sabunçu xəstəxanasında olduğunu demişdir. O xəstəxanaya getmiş və 17 gün Sabunçu xəstəxanasında Elxan müalicə aldıqdan sonra Semaşka xəstəxanasına indiki KTM-nə ayağını əməliyyat etdirmək üçün aparmışlar. Həmin xəstəxanada həkim işləyən Kənan Quliyevlə görüşüb danışmış razılaşmışlar ki, əməliyyat 2.400 manat pul tutacaq. 31 iyul 2023-cü il tarixdə, saat 21:00 radələrində Elxan əməliyyata alınmış və 3 saat sonra Kənan oğluna zəng edib demiş ki, atan ölüb. Bundan sonra onlar xəstəxanaya getmiş orda Kənan demiş ki, bizdik deyil Elxan trombdan ölüb. 01 avqust 2023-cü il tarixdə Elxanı Buzovna qəbirsanlığında dəfn emişlər. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi F.B.Qədimovun mülkiyyətində olan «Hyundai Elantra» markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobillə 13 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh Pirşağı yolu ilə Nardaran qəsəbəsi istiqamətində iki istiqamətli bir zolaqlı köməkçi yolla hərəkətdə olan zaman yolu sağa sola keçən piyada E.M.Xələfova avtomobilin ön tərəfi ilə vurub sonuncuya xəsarət yetirməsi, bir neçə gün sonra E.M.Xələfovun ölməsi ilə bağlı hadisə yerinə müstəntiqlə 02 avqust 2023-cü il tarixdə getmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2324 saylı, 24 avqust 2023-cü il tarixli məhkəmə yol nəqliyyat hadislərinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «Hyundai Elantra markalı» minik markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin X8 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 1656 saylı, 20 iyul 2023cü il tarixli rəyindən görünür ki, X3 baş beyin silkələnməsi, burun sümüklərinin yerini dəyişən, açıq sol qamış sümüyünün yerini dəyişən qapalı sınıqları, alın-burun nahiyyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 13 iyul 2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin X8 714/KEŞ saylı, 09 oktyabr 2023-cü il tarixli komisyon rəyindən görünür ki, 1965-ci il təvəllüdlü X4 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:1.5.6. Elxan Xələfovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onda başın alın nahiyəsinin dərialtı qansızmasmın, alın-burun nahiyələrinin sıyrıqları, sol diz, baldır, ayaq nahiyələrinin əzilmiş, sıyrılmış yaralarının, baldır nahiyəsində olan çoxsaylı yaralar səviyyəsində qamış sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqlarının, tibbi manipulyasiya və reanimasion tədbirlərlə əlaqədar döş sümüyünün və qabırğaların sınıqlarının və soltərəfli hemotoraksın olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər başın alın nahiyəsinin dərialtı qansızması, alın-burun nahiyələrinin sıyrıqları, sol diz, baldır, ayaq nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və baldır nahiyəsində olan çoxsaylı yaralar səviyyəsində qamış sümüyünün çoxqəlpəli yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 13 iyul 2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdirlər. Tibbi manipulyasiyalarda sağlamlığa zərəvurmanm dərəcəsinin təyini nəzərə alınmır. Elxan Xələfovun meyiti məhkəmə-tibbi müayinə olunmuş və onun ölümünün səbəbi «Spinal anesteziya zamanı baş vermiş anafilaktik şok»un olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, anafilaktik şok anesteziya zamanı istifadə edilmiş dərman preparatına qarşı orqanizmin fərdi allergik reaksiyası kimi baş verir. Həmçinin almış olduğu travmatik xəsarətlərin də ölümlə səbəbli əlaqəsi olmamışdır. X9 PHŞ-ndə Elxan Xələfovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 13 iyul 2023-cü il tarixdə, saat 20:20-də xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Müştərək travma. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsi. Burun sümüyünün açıq yerdəyişən sınığı. Burun və alnın cırılmış yarası. Sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı sınığı. Travmatik şok İİ dərəcə» diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq həmin tarixdə alın-burun nahiyəsində olan yara cərrahi işlənilmiş və 19 iyul 2023-cü il tarixdə «Burun sümüyünün fraqmentlərinin əllə repozisiyası» əməliyyatı aparılmışdır. Elxan Xələfov 29 iyul 2023-cü il tarixdə saat 15:11-də X10 PHŞ-nə «Qamış sümüyünün proksimal şöbəsinin sınığı» diaqnozu ilə daxil olmuş, fiziki və instrumental müayinə nəticələrinə əsasən diaqnoz təsdiqlənmiş və «Osteosintez» cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. 31 iyul 2023-cü il tarixdə, saat 21:30-da planlaşdırılmış cərrahiyyə əməliyyatının spinal anesteziya altında aparılması qərara alınmışdır. Spinal anesteziya zamanı spinal kanala «Bupivacaine 15 mq» dərman preparatı inyeksiya edildikdən sonra həmin dərman preparatına qarşı anafilaktik şok baş vermişdir. Bununla əlaqədar intensiv reanimasion tibbi tədbirlərin aparılmasına baxmayaraq 01 avqust 2023-cü il tarixdə, saat 00:30-da xəstədə bioloji ölüm baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 18 sentyabr 2023-cü il tarixdə BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin başlanması haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işin başlanmışdır (səh., 01). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbedilmişdir (səh., 85). Cinayət işinin materiallarında olan 16 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (səh., 99). Cinayət işinin materiallarında olan 16 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 121). Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 avqust 2023-cü il tarixdə ölmüş və bu 14 avqust 2023-cü il tarixli 778 saylı akt qeydi ilə qeyd edilmişdir (səh.,64). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin B.D.Y.P.Ş-i tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2016-cı il tarixdə (31 mart 2026-cı il tarixədək etibarlı olan) AC 622529 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (səh.,53). Zərərçəkmiş şəxsin hüquqi varisinin X1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda- üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 263-cü maddənin qeydinə əsasən, bu məcəllənin 263.1 və ya 263.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inziabti xəta tərkibinin əlamətləri olduqda, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyətə cəlb edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını (bu barədə notarial qaydada ərizə) nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılmalıdır. İş üzrə və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, Dövlət xəzinədarlığı Agentliyi, Kod 21005 VÖEN ********** müxbir hesab AZ 41, NABZ******************** SVİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Bir ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-94/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-94/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver