Məhkəmə qərarları › İş №1(008)-947/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-947/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-947/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən X1 xüsusi mülkiyyətində olan 0.1183 ha torpaq sahəsini və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 13-cü dalan ünvanında yerləşən 12 sot ərazidə hasara alınmış boş torpaq sahəsini göstərərək guya özünə məxsus olduğunu, həmin torpaq sahələrini alıb satmaqla qazanc əldə edə biləcəklərini bildirib, torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd düzəldəcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla 2021-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi ünvanında 1500 manat, 2021-ci ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4 ünvanının yaxınlığında yerləşən “Qayaüstü” çayxanasında 3000 manat, 2021-ci ilin aprel ayının ortalarında ünvan 5 ünvanında yerləşən “Araz" kafesində etibarını qazanmaqdan ötrü, qabaqcadan əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Kamran” adlı şəxsi İnventarlaşdırma İdarəsinin müdir müavininin qohumu kimi qələmə verərək, onu Zərərçəkmiş şəxs təqdim edib, həmin şəxsin torpaq sahələrinin çıxarış məsələsini özü həll edəcəyini Zərərçəkmiş şəxs deməsinə nail olub Zərərçəkmiş şəxs arxayınçılıq hisslərini yaradaraq 9000 manat, 2021-ci ilin aprel ayının sonlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4 ünvanında 3000 manat, ümumilikdə 16500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 16500 manat, xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2012-ci ildən tanıyır, onunla münasibətləri yaxşı olmuş, ondan borca hissə-hissə olmaqla pul almış, üzərində faiz verəcəyinə razılaşmışdır, İlhamdan maşın üçün pul almış, Koreyadan əzik maşın gətirib düzəltdirib satmaq istəmişdir, onların arasında torpaq söhbəti olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs özü üçün maşın almışdır, buna baxmayaraq maşın lazım olanda öz maşınını sürmək üçün İlhama vermişdir, yəni İlhamı aldatmaq niyyəti olmamışdır. Dəfələrlə İlhamdan borc almış, qaytarmışdır. Ona pul lazım olduğundan İlham ona faizə pul tapıb vermişdir, İlhamın göstərdiyi borc faizlə şişirdilmiş puldur, deməsinə görə başqasından faizə pul götürüb İlham ona vermişdir. O, kənddə maşın və torpaq alqı satqısında vasitəçilik edərək qazanc əldə edir. Hissə-hissə olmaqla İlhamdan 17000 manat borc pul almış, sonra da qaytarmışdır. Zərərçəkmiş şəxs dediyi torpaq sahələrini ümumiyyətlə tanımır. İlhamın dediyi ərazidə torpağın sotu 10000 manat olduğu halda o 24 sot torpaq sahəsini 40000 manata satacaqlarını Zərərçəkmiş şəxs vəd edə bilməzdi. Onun Zərərçəkmiş şəxsla ümumiyyətlə torpaq sahəsi ilə bağlı söhbəti olmamışdır. Problemləri olduğu üçün borcunu vaxtında qaytara bilməmişdir, torpaq və maşın alqı-satqısı ilə məşğul olduğundan Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət edərkən torpaq məsələsi olduğunu bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs olan borcunu tam olaraq qaytarmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Kamranın torpaq məsələlərindən ümumiyyətlə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs pul alarkən yanlarında heç kim olmamış, yalnız bir dəfə Kamran adlı dostu olmuşdur. “Əmlakdayam çıxım yığıram” məzmunlu sms-i o yazmışdır, çünki qeyd etdiyi kimi maşın və torpaq alqı satqısında vasitəçiliklə məşğuldur, həmin vaxt hansısa torpaq sahəsinin alqı satqısı ilə bağlı Ulduz metrosu tərəfdə Asan əmlakda olmuşdur. Həmin sms-i neçənci ildə yazdığını xatırlamır. İlham istintaq zamanı yalan ifadə vermişdir, o, Kamranı İnventarlaşdırma İdarəsinin müavininin qohumu kimi təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, ortaq tanışlar vasitəsilə tanış olmuşlar, Heydər ona torpaq göstərmiş, demişdir ki, sənəd çıxardıb sataq, dəniz kənarında torpaq idi, Heydəri torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır, torpağı aparıb ona göstərmiş, ayrıayrı 12 sot torpaq sahəsi olmaqla ümumi 24 sot torpaq sahəsi olmuş, sənədi olsa idi həmin torpağın 40000 dəyəri vardı, ondan pulu torpağa kupça almaq üçün almışdır, ümumilikdə sənəd üçün Heydərə 16500 manat pul vermişdir, Heydərə həmin pulları 3 dəfəyə vermiş, həmin pulların bir hissəsini Yasamalda, qalan hissəsini isə Nardaranda vermişdir. Heydərin tanışları sənəd düzəltməli idi, əvvəllər Heydərlə iş görməmişdir, Kamran da Heydərlə bir yerdə gəlmişdir, demişlər sənədlər düzəlir. Sonradan düzəlməmişdir, polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, onunla Heydər arasında borc məsələsi də olmuş, Heydərin ona 26000 manat borcu olmuşdur, həmin borc maşın məsələsi və s. olmuşdur. 26000 manat tam olaraq ödənilmişdir. Borcu hissə-hissə vermiş, yavaş-yavaş borc yığılmışdır. 16500 manat 26000 manat borc məbləğinin içində olmuşdur. 16500 manat pulu Heydərə özü vermişdir. Torpağı Heydər ona özü göstərmişdir, hər gün Heydərlə görüşmüş, ortaq dostları vasitəsilə çay içmişlər. Heydər maşınını ona sürməyə vermişdir. Ona torpaqla bağlı heç bir sənəd göstərməmişdir. Arxiv sənədi göstərməli idi, o sənəd hazırlamamış, pul verib çıxarış gözləmişdir, sonradan demişdir ki, onu da aldatmışlar. Heydər ona maşın təklif etməmiş, Heydərin pulunu qaytarması üçün ona 2 ay, 4 ay, 8 ay vaxt vermişdir, sonradan polisə müraciət etmişdir. Torpağın qapısı, balaca hasarı olmuş, eyni məhəllə olsa da torpaq sahəsi yanakı olmamış, aralarında başqa torpaq sahələri olmuşdur. Zeynalov Zeynalı tanıyır, onunla da arasında Qobuda 4 sot torpağa görə pul mübahisəsi olmuş, həmçinin aralarında maşın məsələsi olmuşdur, o barədə cinayət işinin başlanması rədd edilmişdir. O faizə pul verməmiş, Heydərə borc vermişdir. 9000 manat pulu verərkən Kamran yanlarında olmuşdur. Torpağa baxmağa Heydərlə o ikisi getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs də, Zərərçəkmiş şəxs da tanıyır, hər ikisi ilə münasibətləri yaxşıdır, hadisə barədə eşitmişdir ki, onlar arasında pul alınıb verilib, maşın torpaq alınıb satılıb. Onun yanında Heydərə pul verilməyib. Zərərçəkmiş şəxs lazım olanda bir neçə dəfə borca pul alıb, amma ən çoxu 300 manat olmuşdur. Belə bir hal olmamış ki, İlhamın onda 2000- 3000 manat pulu olsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs deməsinə görə 2300 manat məbləğində pul verməsini xatırlamır. Torpaq alqı satqısı ilə bağlı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs kənddə çox adamı tanıyır, torpaq almağından sənəd düzəldilməsindən xəbəri olmamışdır. Heydəri maşın alıb satan kimi tanımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, aralarında pul mübahisəsi olduğunu eşitmiş, İlham demişdir ki, Heydərlə iş görmüş, Heydərin ona borcu var. Heydər də yanlarında olmuş, Heydər də demişdir ki, İlhama onun borcu var. Heydər ona torpaq göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyət olduğundan o sərbəst ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Ziddiyyətlərlə əlaqədar verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs deməsinə əsasən ona məxsus 2300 manat məbləğində pulu Təqsirləndirilən şəxs aparıb verməsi məzmununda ifadə verməmiş, istintaqda torpaq məsələsi ilə bağlı ondan soruşulduqda demişdir ki, bu məsələdən məlumatı yoxdur, gözləri zəif olduğundan ifadəsini dediyi kimi yazdıqlarına inanıb oxumadan imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən 24 sot torpaq sahəsi verilməsini həll edəcəyi adı ilə aldadaraq 14000 manat pulunu ələ keçirməsi faktına görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır(i.v.1); Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs torpaq sahələrinə çıxarış almaqla bağlı yalan vəd verərək 26000 manat pulunu ələ keçirməsi ilə bağlı ərizə ilə istintaq orqanına müraciət etmişdir(i.v.4); Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 24 sot torpaq sahəsinin ona satmaq istəməsi ilə bağlı ümumilikdə 25800 manat pulunu ələ keçirdiyini bildirmişdir(i.v.05); Baxış keçirilməsi və maddi sübutun götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Sabunçu rayonu Ləhiş bağları adlanan bağlar massivinə baxış keçirilmiş, ümumilikdə 1 torpaq sahəsinin(görünüşə görə təxminən bütöv 24 sot torpaq sahəsi) fotoşəkli çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.06-07); Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Təqsirləndirilən şəxs ona 24 sot torpaq sahəsini göstərərək özünə məxsus olduğunu bildirməsini, 12000 manat torpağa görə, 13800 manat torpaq sahəsinə çıxarış almasına görə ümumilikdə 25800 manat pulunu ələ keçirdiyini göstərmişdir(i.v.08); Zərərçəkmiş şəxs izahatından görünür ki, Təqsirləndirilən şəxs torpağa çıxarış alınması üçün 14000 manat ondan pul almış, Heydərə maşın satdığı üçün 6500 manat maşına görə Heydərin ona borclu qalmışdır, müstəntiqin hər iki məbləği hesabladıqda ərizənizdə göstərilən 25800 manatla ziddiyyət təşkil edir, bu ziddiyyəti nə ilə izah edə bilərsiz sualına Zərərçəkmiş şəxs “mənim Heydərə xərclədiyim hissə-hissə olan hesablamalarıma görə 25800 manat etmişdir” cavabını vermişdir(i.v.17-18); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Nəcəfov X4 RPİ-nin 42-ci PB-nə müraciət edərək X2 ona Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini göstərdiyini 7500 manata ona satdığını, sonradan torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bildiyini, Zeynal adlı şəxsin onu aldatdığını və dələduzluq yolu ilə onun 7500 manat məbləğində pulunu ələ keçirdiyini, ona maddi ziyan vurduğunu bildirmiş, barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir, X2 əməlində cinayət tərkibinin olub olmamasını müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanması rədd edilmişdir(i.v.31-32); Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunmasına dair 17 mart 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs 04 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində müraciəti əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir(i.v.36); Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs 16500 manat məbləğdə pul vəsaitini çıxarış üçün, qalan hissəsini isə borc olaraq verdiyini bildirmişdir(i.v.37-38); Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14000 manat pulunu ələ keçirməsi faktına görə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır(i.v.339); Zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixli dindirmə protokolundan görünür ki, Nəcəfov X3 ondan 1500 manat torpaq sahəsinin arxiv və kötük sənədinə görə 15000 manat isə torpaq sahəsinə çıxarışa görə aldığını, ümumilikdə 16500 manat ona ziyan dəydiyini bildirmişdir(i.v.45-46); Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsində göstərdiyi 24 sot torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahələrinin bir-biri ilə yanaşı olması, hər tərəfi daş hasarla əhatə olunmuş ayrı-ayrı torpaq sahələri olması müəyyən edilmiş, torpaq sahələrinin dəmir darvazasının fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.47-50); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiklərini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.56-60); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.65); Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq göstərilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Kamran” adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır(i.v.70); Daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri Ləhiş bağ sahəsi 4831 saylı 0,1183 ha torpaq sahəsinə X1 adına xx.xx.2019-cu il tarixdə çıxarış verilmişdir(i.v.71); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.77-80); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı şübhəli şəxs qismində tutulmuşdur(i.v.81); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-484/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilməyərək dərhal məhkəmə iclas zalından azad edilmişdir(i.v.124-129); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.130-131); Təqdim edilmiş maddi sübutun götürülməsi haqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi həmin səs yazılarının əks olunduğu 01 ədəd DVD formatlı disk iş üzrə sübut əhəmiyyətli olduğundan götürülmüşdür(i.v.135); Texniki vasitələrlə qeydə alınan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus səs yazılarının qeydə alındığı 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədəd səs faylı vardır. Həmin səs faylı Whatsapp mesajlaşma proqramı vasitəsilə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan danışıqlar müəyyən edilir. Həmin danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs torpaq sahəsinə dair çıxarış düzəldəcəyini vəd etmiş, bu adla sonuncudan aldığı pulları başqa şəxsə vermişdir. O, həmin şəxsin Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirsə də anket məlumatları barədə məlumat vermir. Söhbət əsnasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs torpaq sahəsinə dair sənəd düzəldəcəyini vəd edib onu aldatmasını bildirdikdən sonra, Təqsirləndirilən şəxs cavab olaraq torpaq sahəsi satmadığını deyib, “sənəd düzəltdirirdik” deyə bildirir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı digər halların olması müəyyən edilməmişdir(i.v.137); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir(i.v.148); xx.xx.2023-cü il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ilə arasında pul mübahisəsinin torpaqla bağlı olmadığını, ümumiyyətlə Zərərçəkmiş şəxs torpaq sahəsi göstərmədiyini, ona torpaq sahəsinə dair sənəd düzəldəcəyi ilə bağlı heç bir vəd vermədiyini, aralarında maşın alqı satqısı ilə bağlı pul borcu yarandığını bildirməsi ilə bağlı gətirdiyi dəlil, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolları, texniki vasitələrlə qeydə alınan məlumatlara baxış protokolu və digər istintaq sənədi ilə təkzib edildiyindən, həmin xüsusatlar vəsatət kimi qəbul edilib əsassız olduğundan rədd edilmişdir(i.v.164-165); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.172); Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan “Kamran” adlı şəxsin barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır(i.v.183-184); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış video diskə baxış keçirilmiş, baxış zamanı diskdə olan audio yazının texniki vasitələrlə qeydə alınan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolla uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, audio yazıdan müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad bildirərək borcunun 17000 manat olmamasını, daha çox olmasını, torpaq sənədinə görə pul verdiyini bildirsə də, Təqsirləndirilən şəxs israrla ondan torpağa görə pul götürmədiyini və tezliklə borcunu qaytaracağını bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin ziddiyətli ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən X1 xüsusi mülkiyyətində olan 0.1183 ha torpaq sahəsini və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 13-cü dalan ünvanında yerləşən 12 sot ərazidə hasara alınmış boş torpaq sahəsini göstərərək guya özünə məxsus olduğunu, həmin torpaq sahələrini alıb satmaqla qazanc əldə edə biləcəklərini bildirib, torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd düzəldəcəyi ilə bağlı yalan vəd verib aldadaraq bu adla 2021-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi ünvanında 1500 manat, 2021 -ci ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4 ünvanının yaxınlığında yerləşən “Qayaüstü” çayxanasında 3000 manat, 2021-ci ilin aprel ayının ortalarında ünvan 5 ünvanında yerləşən “Araz" kafesində etibarını qazanmaqdan ötrü, qabaqcadan əlbir olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Kamran” adlı şəxsi İnventarlaşdırma İdarəsinin müdir müavininin qohumu kimi qələmə verərək, onu Zərərçəkmiş şəxs təqdim edib, həmin şəxsin torpaq sahələrinin çıxarış məsələsini özü həll edəcəyini Zərərçəkmiş şəxs deməsinə nail olub Zərərçəkmiş şəxs arxayınçılıq hisslərini yaradaraq 9000 manat, 2021-ci ilin aprel ayının sonlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4 ünvanında 3000 manat, ümumilikdə 16500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 16500 manat, xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2012-ci ildən tanıyır, onunla münasibətləri yaxşı olmuş, ondan borca hissə-hissə olmaqla pul almış, üzərində faiz verəcəyinə razılaşmışdır, İlhamdan maşın üçün pul almış, Koreyadan əzik maşın gətirib düzəltdirib satmaq istəmişdir, onların arasında torpaq söhbəti olmamışdır. Zərərçəkmiş şəxsla münasibətləri yaxşı olmuş, ondan özü üçün maşın almışdır, buna baxmayaraq maşın lazım olanda öz maşınını sürmək üçün İlhama vermişdir, yəni İlhamı aldatmaq niyyəti olmamışdır. Dəfələrlə İlhamdan borc almış, qaytarmışdır. Ona pul lazım olduğundan İlham ona faizə pul tapıb vermişdir, İlhamın göstərdiyi borc faizlə şişirdilmiş puldur, başqasından faizə pul götürüb İlham ona vermişdir. O, kənddə maşın və torpaq alqı satqısında vasitəçilik edərək qazanc əldə edir. Hissə-hissə olmaqla İlhamdan 17000 manat pul almış, sonra da qaytarmışdır. Zərərçəkmiş şəxs dediyi torpaq sahələrini ümumiyyətlə tanımır. İlhamın dediyi ərazidə torpağın sotu 10000 manat olduğu halda o 24 sot torpaq sahəsini 40000 manata satacaqlarını Zərərçəkmiş şəxs vəd edə bilməzdi. Onun Zərərçəkmiş şəxsla ümumiyyətlə torpaq sahəsi ilə bağlı söhbəti olmamış, ona hər hansı torpaq sahəsi göstərməmişdir. Problemləri olduğu üçün borcunu vaxtında qaytara bilməmişdir, torpaq və maşın alqısatqısı ilə məşğul olduğundan Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət edərkən torpaq məsələsi olduğunu bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs olan borcunu tam olaraq qaytarmışdır. Kamranın torpaq məsələlərindən ümumiyyətlə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs pul alarkən yanlarında heç kim olmamış, yalnız bir dəfə Kamran adlı dostu olmuşdur. Kamranı İnventarlaşdırma İdarəsinin müavininin qohumu kimi təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, ortaq tanışlar vasitəsilə tanış olmuşlar, Heydər ona torpaq göstərmiş, demişdir ki, sənəd çıxardıb sataq, dəniz kənarında torpaq idi, Heydəri torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır, torpağı aparıb ona göstərmiş, ayrıayrı 12 sot torpaq sahəsi olmaqla ümumi 24 sot torpaq sahəsi olmuş, sənədi olsa idi həmin torpağın 40000 dəyəri vardı, ondan pulu torpağa kupça almaq üçün almışdır, ümumilikdə sənəd üçün Heydərə 16500 manat pul vermişdir, Heydərə həmin pulları 3 dəfəyə vermiş, həmin pulların bir hissəsini Yasamalda, qalan hissəsini isə Nardaranda vermişdir. Heydərin tanışları sənəd düzəltməli idi, əvvəllər Heydərlə iş görməmişdir, Kamran da Heydərlə bir yerdə gəlmişdir, demişlər sənədlər düzəlir. Sonradan düzəlməmişdir, polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, onunla Heydər arasında borc məsələsidə olmuş, Heydərin ona 26000 manat borcu olmuşdur, həmin borc maşın məsələsi və s. olmuşdur. 26000 manat tam olaraq ödənilmişdir. Borcu hissə-hissə vermiş, yavaş-yavaş borc yığılmışdır. 16500 manat 26000 manat borc məbləğinin içində olmuşdur. 16500 manat pulu Heydərə özü vermişdir. Torpağı Heydər ona özü göstərmişdir, hər gün Heydərlə görüşmüş, ortaq dostları vasitəsilə çay içmişlər. Ona torpaqla bağlı heç bir sənəd göstərməmişdir. Arxiv sənədi göstərməli idi, o sənəd hazırlamamış, pul verib çıxarış gözləmişdir, Sonradan demişdir ki, onu da aldatmışlar. Heydər ona maşın təklif etməmiş, Heydərin pulunu qaytarmağı üçün ona 2 ay, 4 ay, 8 ay vaxt vrrmişdir, sonradan polisə müraciət etmişdir. Torpağın qapısı, balaca hasarı olmuş, eyni məhəllə olsa da torpaq sahəsi yanakı olmamış, aralarında başqa torpaq sahələri olmuşdur. Zeynalov Zeynalı tanıyır, onunla da arasında Qobuda 4 sot torpağa görə pul mübahisəsi olmuş, həmçinin aralarında maşın məsələsi olmuşdur, o barədə cinayət işinin başlanması rədd edilmişdir. O faizə pul verməmiş, Heydərə borc vermişdir. 9000 manat pulu verərkən Kamran yanlarında olmuşdur. Torpağa baxmağa Heydərlə o ikisi getmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi ilə bağlı çoxsaylı ziddiyyətli izahat və ifadələr vermişdir. Belə ki, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 mart 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən 24 sot torpaq sahəsi verilməsini həll edəcəyi adı ilə aldadaraq 14000 manat pulunu ələ keçirməsi faktına görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs torpaq sahələrinə çıxarış almaqla bağlı yalan vəd verərək 26000 manat pulunu ələ keçirməsi ilə bağlı ərizə ilə istintaq orqanına müraciət etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 24 sot torpaq sahəsinin ona satmaq istəməsi ilə bağlı ümumilikdə 25800 manat pulunu ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Təqsirləndirilən şəxs ona 24 sot torpaq sahəsini göstərərək özünə məxsus olduğunu bildirməsini, 12000 manat torpağa görə, 13800 manat torpaq sahəsinə çıxarış almasına görə ümumilikdə 25800 manat pulunu ələ keçirdiyini göstərmişdir. Zərərçəkmiş şəxs izahatından görünür ki, Təqsirləndirilən şəxs torpağa çıxarış alınması üçün 14000 manat ondan pul almış, Heydərə maşın satdığı üçün 6500 manat maşına görə Heydərin ona borclu qalmışdır, müstəntiqin hər iki məbləği hesabladıqda ərizənizdə göstərilən 25800 manatla ziddiyyət təşkil edir, bu ziddiyyəti nə ilə izah edə bilərsiz sualına Zərərçəkmiş şəxs “mənim Heydərə xərclədiyim hissə-hissə olan hesablamalarıma görə 25800 manat etmişdir” cavabını vermişdir. Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs 16500 manat məbləğdə pul vəsaitini çıxarış üçün, qalan hissəsini isə borc olaraq verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14000 manat pulunu ələ keçirməsi faktına görə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixli dindirmə protokolundan görünür ki, Nəcəfov X3 ondan 1500 manat torpaq sahəsinin arxiv və kötük sənədinə görə 15000 manat isə torpaq sahəsinə çıxarışa görə aldığını, ümumilikdə 16500 manat ona ziyan dəydiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, sözügedən torpaq sahələri 2 hissə 12-12 sot olmuş, eyni məhəllə olsa da torpaq sahəsi yanakı olmamış, aralarında başqa torpaq sahələri olmuşdur. Lakin, baxış keçirilməsi və maddi sübutun götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Sabunçu rayonu Ləhiş bağları adlanan bağlar massivinə baxış keçirilmiş, Nəcəfov bildirmişdir ki, Nardaran qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Niyazı oğlu torpaq sahəsini ona göstərərək özünə məxsus olmasını demiş, 25800 manat pulunu alaraq aldatmışdır, ümumilikdə 1 torpaq sahəsinin(görünüşə görə təxminən bütöv 24 sot torpaq sahəsi) fotoşəkli çəkilərək iş materiallarına əlavə edilmişdir. Həmçinin, baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsində göstərdiyi 24 sot torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahələrinin bir-biri ilə yanaşı olması, hər tərəfi daş hasarla əhatə olunmuş ayrı-ayrı torpaq sahələri olması müəyyən edilmiş, torpaq sahələrinin dəmir darvazasının fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs baxış zamanı iştirak etdiyi protokolda göstərilsə də, həmin protokol Zərərçəkmiş şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa, əgər zərərçəkmiş şəxs həmin istintaq hərəkətinin keçirilməsində həqiqətən də iştirak etmişsə onun həmin protokolu nəyə görə imzalamaması barədə müstəntiq tərəfindən heç bir qeyd yazılmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-nin 236.7-ci maddəsinə əsasən baxış keçirilməsi haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Məhkəmə əlavə olaraq qeyd edir ki, baxışda iştirak edən cinayət prosesi iştirakçılarından hər hansı biri həmin protokolu imza etmədikdə baxışı keçirən şəxs tərəfindən həmin protokolda imzanın nə səbəbə atılmaması barədə qeyd yazılmalıdr. Bundan əlavə CPM-nin 236.6.5-ci maddəsinə əsasən baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd göstərilir. Lakin tərtib edilmiş protokolda hal şahidlərinin iştirakı göstərilsə də, hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd olmamışdır. Həmçinin, protokola əlavə edilmiş fotoşəkildə hal şahidləri və zərərçəkmiş şəxsin iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində pulu Təqsirləndirilən şəxs 3 dəfəyə verdiyini qeyd etmişdir, təqsirləndirilən şəxsə verilmiş ittihamda zərərçəkmiş şəxs tərəfindən tarixləri dəqiq göstərilməklə pulu Təqsirləndirilən şəxs 4 dəfəyə verdiyi qeyd edilmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin ziddiyətli ifadələri verilmiş ittihamı belə təkzib edir. Göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi ona məxsus pul məbləği ilə bağlı çoxsaylı ziddiyyətli ifadələr vermiş, bundan başqa sözügedən torpaq sahələrinə baxış keçirilmə haqqında protokollar bir birinə uyğunsuzluq təşkil etmiş, həmçinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli baxış keçirilmə haqqında protokollar Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla da uzlaşmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs də tanıyır, Zərərçəkmiş şəxs da tanıyır, hər ikisi ilə münasibətləri yaxşıdır, hadisə barədə eşitmişdir ki, onlar arasında pul alınıb verilib, maşın torpaq alınıb satılıb. Onun yanında Heydərə pul verilməyib. Zərərçəkmiş şəxs lazım olanda bir neçə dəfə borca pul alıb, amma ən çoxu 300 manat olmuşdur, belə bir hal olmamış ki, İlhamın onda 2000-3000 manat pulu olsun. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs deməsinə görə 2300 manat məbləğində pul verməsini xatırlamır. Torpaq alqı satqısı ilə bağlı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs kənddə çox adam tanıyır, torpaq almağından sənəd düzəldilməsindən xəbəri olmamışdır. Heydəri maşın alıb satan kimi tanımışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, aralarında pul mübahisəsi olduğunu eşitmiş, İlham demişdir ki, Heydərlə iş görmüş, Heydərin ona borcu var. Heydər də yanlarında olmuş, Heydər də demişdir ki, İlhama onun borcu var. Heydər ona torpaq göstərməmişdir. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxsla ümumiyyətlə torpaq sahəsi ilə bağlı söhbəti olmadığı, ona hər hansı torpaq sahəsi göstərməməsi ilə bağlı ifadəsi daha inandırıcıdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs faizə pul verdiyini, həmin pulu hissə hissə olmaqla borca aldığını, üzərində faiz verəcəyini bildirməklə götürdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxsin bu ifadəsinin inandırıcı olmasına həmçinin zərərçəkmiş şəxsin özünün məhkəmə iclasında qeyd etdiyi “...onunla Heydər arasında borc məsələsi də olmuş, Heydərin ona 26000 manat borcu olmuşdur, həmin borc maşın məsələsi və s. olmuşdur. 26000 manat tam olaraq ödənilmişdir. Borcu hissə-hissə vermiş, yavaş-yavaş borc yığılmışdır. 16500 manat 26000 manat borc məbləğinin içində olmuşdur...” ifadəsi də dəlalət edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Nəcəfov X4 RPİ-nin 42-ci PB-nə müraciət edərək X2 ona Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini göstərdiyini 7500 manata ona satdığını, sonradan torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bildiyini, Zeynal adlı şəxsin onu aldatdığını və dələduzluq yolu ilə onun 7500 manat məbləğində pulunu ələ keçirdiyini, ona maddi ziyan vurduğunu bildirmiş, barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir, X2 əməlində cinayət tərkibinin olub olmamasını müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, oxşar məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə(HK-1/316) Zərərçəkmiş şəxs Sabunçu RPİ-nin 42-ci PŞ-nə başqa şəxs barəsində də müraciəti olmuşdur. Həmin müraciətində o, X2 ona Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 4 sot torpaq sahəsini göstərdiyini 7500 manata ona satdığını, sonradan torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bildiyini, Zeynal adlı şəxsin onu aldatdığını və dələduzluq yolu ilə onun 7500 manat məbləğində pulunu ələ keçirdiyini, ona maddi ziyan vurduğunu bildirmiş, barəsində qanuni tədbirlərin görülməsini xahiş etdiyini qeyd etmiş, istintaq orqanı isə həmin müraciətlə bağlı cinayət işinin başlanmasını rədd etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kimi X2 da ona qarşı torpaq məsələsi ilə bağlı dələduzluq etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, eyni şəxsin fərqli fərqli adamlara qarşı eyni polis bölməsinə eyni tipli şikayət verməsi özlüyündə onun iddialarının həqiqiliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs özünün dediyi kimi ona qarşı X2 torpaq məsələsi ilə bağlı dələduzluq etmişdisə, onun yenidən Təqsirləndirilən şəxs torpaq sahəsi ilə bağlı kifayət qədər böyük məbləğ verməsi inandırıcı deyil. Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs hər iki müraciəti ilə bağlı cinayət işinin başlanması rədd edilsə də, sonradan nədənsə hazırki iş üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar istintaq orqanının 17 mart 2023-cü il tarixli qərarı ilə ləğv olunmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, ittiham aktında həmçinin xx.xx.2023-cü il tarixli üzləşdirmə protokoluna sübut kimi istinad edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı onun yalan dediyini, sonuncudan pulu torpaq sahəsinə sənəd almaq üçün deyil borc olaraq götürdüyünü bir daha vurğulamış, lakin müstəntiq tərəfindən təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrində olan ziddiyyətli məqamların aydınlaşdırılması üçün tərəflərə lazımi suallar verilməmiş, əlavə tədbirlər görülməmişdir. Müstəntiq üzləşdirmə protokoluna həmin şəxslərin istintaq dövründə verdikləri ifadələri birə-bir köçürməklə kifayətlənmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolunun Təqsirləndirilən şəxs təqsirini sübut edən (hal, fakt və s) kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin yaranma əsaslarından olan Ləhiş bağ sahəsi 4831 saylı 0,1183 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə onun 2019-cu il tarixdən çıxarışı var. Əvvəllər eyni məsələ ilə bağlı aldanması ilə bağlı xx.xx.2021-ci il tarixdə polis orqanına müraciət etmiş şəxsin torpaq sahəsi ilə bağlı sənədləri araşdırmadan torpaq sahəsinə sənəd düzəltmək üçün Atayevə Heydərə pul verməsi də məhkəmədə haqlı şübhələr yaradır. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda “Kamran” adlı şəxsi İnventarlaşdırma İdarəsinin müdir müavininin qohumu kimi qələmə verməsi göstərilmişdir. Lakin, iş materiallarından müəyyən olunur ki, ibtidai istintaq orqanı iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri alınarkən Kamran adlı şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində hər hansı halı aydınlaşdırmamış, müstəntiq tərəfindən Kamrana məxsus mobil telefonun 070 *** ** ** olduğu qeyd edilsə də(i.v.90), onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hər hansı addım atılmamış, yalnız Sabunçu RPİ-nin 42-ci PB-ndən “Kamran” adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmaması məzmununda məktub almaqla kifayətlənmişdir. Bundan başqa iş materiallarında olan təqdim edilmiş maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi həmin səs yazılarının əks olunduğu 01 ədəd DVD formatlı disk iş üzrə sübut əhəmiyyətli olduğundan götürülmüşdür. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, CPM-nin 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Lakin, götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD formatlı disk götürülərkən nə videoçəkilişdən istifadə edilmiş, nə də 2 hal şahidi iştirak etməmişdir. CPM-nin 247.1.4-cü maddəsinə əsasən müstəntiq barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd əks olunmuş protokol tərtib edir. Lakin tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib edilərkən CPM-nin 247-ci maddəsində göstərilmiş tələblərə riayət edilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, diskdə əks olunmuş audio yazı Təqsirləndirilən şəxs xəbəri olmadan əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Göründüyü kimi, iş üzrə maddi sübut kimi tanınmış disk qanunu pozmaqla əldə edilmiş və həmin diskin iş üzrə sübut kimi istifadəsinə yol verilmir. Məhkəmə qeyd edir ki, audio yazının əks olunduğu disk sübut qismində qəbul olunsa belə, diskdə əks olunan məlumatlardan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad bildirərək borcunun 17000 manat olmamasını, daha çox olmasını, torpaq sənədinə görə pul verdiyini bildirsə də, Təqsirləndirilən şəxs israrla ondan torpağa görə pul götürmədiyini və tezliklə borcunu qaytaracağını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui istifadə etmə və aldatma üsulundan istifadə etməklə pul vəsaitini əvəzsiz olaraq ələ keçirməsi halı ibtidai istintaq orqanının əldə etdiyi sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında olan razılığa əsasən ondan aldığı pul məbləğini qaytarması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin təqsirləndirilən şəxs tərəfindən öhdəliklərini yerinə yetirməməsi barədə zərərçəkmiş şəxsin qeyd etdikləri cinayət işinin başlanılması üçün əsas olmamaqla mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən öhdəliyin yerinə yetirilmədiyi qənaətinə gəlindiyi halda belə zərərçəkmiş şəxs ona dəymiş zərərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququna malik olmuş, lakin əsassız şikayətlərlə təqsirləndirlən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanılmasına nail olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, "qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət olan hərəkətlər başa düşülür". Qeyd olunan anlayışdan görünür ki, talama cinayətlərinin obyektiv cəhətinin zəruri əlamətləri sırasına özgə əmlakının hüquqazidd və əvəzsiz götürülməsi əlamətləri daxildir. Həmin qərarın 5-ci bəndində qeyd olunur ki, "Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun." Həmin qərarın 27-ci bəndində göstərilir ki, "Mülki münasibətlərdən irəli gələn (məsələn qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.” İşin faktiki halları nəzərə alındıqda Təqsirləndirilən şəxs niyyətinin birbaşa pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi, bunun reallıqda baş verməsi, yəni talama cinayətini xarakterizə edən zəruri subyektiv və obyektiv əlamətlərin mövcudluğu müəyyən edilmir. Buna görə də onun barəsində irəli sürülmüş ittihamın hüquqi və faktiki əsası mövcud deyildir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və ya onu aldadaraq 16500 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir cinayət əməlinin törədilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdəcox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar