Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-948/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalid oğlunun, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə AR ƏN-nin PX- nin BİT-da həbsdə saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayıb təkrar soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Nurlan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 iyul 2023-cü il tarixdə, 01 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi saxlanc yeri hesab olunan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Buta” kafesinə onun plastik qapısını mətbəxdə istifadə olunan çəngəllə açaraq qanunsuz daxil olub, masanın üzərində olan dəftərin arasından 100 manat nağd pulu və vitrinin üzərində olan plastik qapdan 100 manatlıq qəpik pulları gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 iyul 2023-cü il tarixdə, saat 06 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olduqdan sonra evin açıq vəziyyətdə olan plastik pəncərəsinin torunu itələyərək evin içərisinə qanunsuz daxil olmuş, səsə oyanmış ev sahibi Zərərçəkmiş şəxs1 onu görüb zərərsizləşdirmək istəyən zaman, ifşa olunacağını və planlaşdırdığı gizli talama cinayətini həyata keçirə bilməyəcəyini dərk edərək əmlakın gizli talanmasına yönəlmiş hərəkətlərini təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla açıq talama cinayətinin törədilməsinə yönəldib, bu hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs1 onun əl və qolunu bağlamaq üçün kəmər (qayış) götürməkdən ötrü ondan bir qədər aralanmasından əlverişli fürsət kimi istifadə edib Zərərçəkmiş şəxs1 gözü qarşısında, ona məhəl qoymayaraq masanın üzərində olan pul qabından 275 manat nağd pulu və dəyəri 1000 manat olan “Samsung A53” markalı 01 ədəd mobil telefonu açıq talamaqla ələ keçirib oradan qaçıb uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1275 manat məbləğində maddi ziyan vurmaqla, yaşayış sahəsinə qanunuz daxil olmaqla təkrar soyğunçuluq etmişdir. Həmin hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 özünü ona CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Ramana qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Buta” kafesinin bayırdan daş hasara dırmaşaraq damına qalxmış, oradan kafenin ümumi həyətinə düşmüş, həyətə açılan plastik qapını vilkanın ucu ilə açıb içəri girmiş, masanın üzərində olan dəftərin arasından 100 manatı, vitrində olan şüşə qabdan isə 100 manalıq qəpiklı götürmüş, gəldiyi kimi də çölə çıxmışdır. Daha sonra 17 iyul 2023-cü il tarixdə, saat 06 radələrinı ünvan 2 ünvanında gəzərkən evə girmək qərarına gəlmişdir. Hasardan həyətə düşmüş, evin birinci mərtəbəsində olan plas pəncərənin setkasını çıxartmış, pərdəni çəkərək içəri girmiş, qonaq otağında bir nəfər kişinin yatdığını görmüşdür. Yorğun olduğu üçün 15 dəqiqə yatmış, acdığı üçün oyanmış, mətbəxə keçib özünə yemək bişirmək istədikdə, əlindən qab yerə düşdüyü üçün ev sahibi səsə oyanmış ona yaxınlaşaraq kim olduğunu soruşmuş, ona bir dəfə sillə zərbəsi vurub yerə yıxmışdır. Ev sahibi hamam otağına tərəf gedərkən mətbəxdə stolun üzərində olan “Samsung markalı” telefonu və pul qabında olan 275 manat pulu götürmüş, bu zaman ev sahibi onu görüb qışqırmış, o, pəncərədən çölə qaçmış, ev sahibi onun üzünü görsə də çatıb tuta bilməmişdir. Darvazaya çatdıqda telefon əlindən yerə düşmüş, əsəbindən onu bir dəfə daş hasara çırpmış, yenidən yerdən götürüb ehtiyyat hissə kimi satmağı düşünmüş və 15 manata satmışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5-də yerləşən Buta kafesi ona məxsusdur, özü işlədir. Hadisə baş verən vaxt isə Savalan kafedə administrator kimi çalışırmış. Buta kafesi səhər saat 10:00-dan axşam saat 23:00-dək, müştəri olduqda isə ən geci 00:00-dək fəaliyyət göstərir, özü mütəmadi olaraq kafeyə baş çəkir nəzarət edir. 13 iyul 2023-cü il tarixdə səhər saatlarında Savalan ona zəng edərək, səhər kafeyə gələrkən plastik qapının açıq olduğunu, kafedən 200 manat pulun oğurlandığını bildirmiş, ona DİN-in “102” xidmətinə məlumat verməsini tapşırmışdır. Sonradan ona bəlli olmuşdurr ki, oğurluğu Elmir edib, onu tanıyır, bir neçə dəfə müştəri kimi kafeyə gəlib-gedib. Hadisə nəticəsində mənə 200 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyndən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə özü ərizə ilə müraciət etmişdir. Hadisə baş verən zaman evdə tək olub. xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində evinin qonaq otağında yatırmış. Anidən qulağına qab səsi gəlmiş, ayılmışdır. Bu zaman mətbəxdə kiminsə olduğunu görmüş, ona yaxınlaşıb kim olduğunu soruşmuşdur. Evinə girən şəxs qazi olduğunu bildirib, ona heç bir şey etməməsini xahiş etmiş. Bu zaman onu tutub qonaq otağına gətirmiş, yerə yıxmış, məqsədi isə əllərini kəmərlə bağlayıb polisə təhvil vermək olmuşdur. Divanın üzərində olan şalvardan bel kəmərini çıxartmaq məqsədilə həmin şəxsdən biraz aralaşmış, bu zaman o masanın üzərində olan pul qabında olan 275 manat nağd pulu, eləcə də 1000 manat dəyərində olan “Samsung A 53” markalı mobil telefonu götürərək evin pənəcərsindən həyətə tərəf qaçmışdır. Pəncərədən keçə bilmədiyi üçün evin giriş qapsından həyətə düşsə də, ona çata bilməmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək şəxsi işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid qismində Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayından Sovxoz Ramanada yerləşən “Buta” kafesində ofisiant kimi çalışır. Elmir adlı şəxs o, işlədiyi vaxtlarda həmin kafeyə müştəri olaraq gəlir, sonradan 3 gün “Buta” kafesində ofisiant kimi işləmiş, lakin düzgün işləmədiyi üçün işdən çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Elmir və tanışı Nurlan həmin kafedə 40 manatlıq yeyib içmiş, lakin hesabı ödəyə bilməmişlər. Növbəti gün gətirəcəklərinə dair söz vermişlər. xx.xx.2023-cü il tarixdə, səhər 10 radələrində kafenin küçəyə baxan qapısından içəri girmiş, həyətə açılan plastik qapının açıq olduğunu görmüş, sonra masanın üzərində olan dəftərin arasında olan 100 manat nağd pulu və vitrinin üzərində olan xəstə uşaqlar üçün yığılmış 100 manalıq qəpik pulların oğurlandığını aşkar etmişdir. DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmiş, onların iştirakı ilə kamera görüntülərinə baxış keçirilmişdir, o görüntüyə düşən şəxsləri tanımışdır. Belə ki, görüntüdə olan 2 nəfər şəxs başlarını mayka ilə bağlamalarına baxmayaraq onları geyimlərindən tanımış, Nurlan və Elmir olduqlarını bildirmişdir. Oğurluq zamanı gecə kafedə olduqları həmin geyimdə olmuşlar. Şahid qismində X4 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Sovxoz Ramana deyilən ərazidə telefon aksessuarları mağazasında işləyir. Cari ilin iyul ayında qəsəbədən üzdən tanıdığı Elmir adlı şəxs mağazaya yaxınlaşaraq özünə məxsus “Samsung A53” maraklı mobil telefonu xarab olduğunu, ona görə satdığını bildirmişdir. Telefona baxdıqda, orta hissədən nisbətən əyilmiş, üzərində çatlarının olmasını aşkar etmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti ilə 15 manata həmin telefonu almışdır. Telefonun oğurluq olmasından məlumatı olmamışdır. Telefonu polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında araşdırılan epizod üzrə hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramanada yerləşən “Buta” kafesidir. Kafe bir mərtəbədən ibarətdir (i.v.6- 8). “Baxış keçirilməsi və götürmə haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında araşdırılan epizod üzrə hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanıdır. (i.v.25-28). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başqa şəxslərlə birlikdə təqdim edilmiş, Zərərçəkmiş şəxs1 Emin Abasovu tanıyaraq onun evinə girərək telefonunu və pulunu talayan şəxsin həmin şəxs olduğunu bildirmişdir (i.v.66-68). “Götürmə aparılması haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 evindən götürülmüş 01 ədəd “Samsung A53” markalı mobil telefonun telefonun satıldığı X1 götürülməsi qərara alınmışdır (i.v.72). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 9/5603 saylı rəyindən görünür ki, ekspertiza tədqiqartına təqdim edilmiş 01 ədəd “Samsung A53” markalı mobil telefonun komplektləşdirməsinə daxil olan aksesuarların olmaması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti 200 manat müəyyən olunur (i.v.106-109). “İfadənin yerində yoxlanılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X8 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, “Buta” kafesində oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.114-119). “İfadənin yerində yoxlanılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X8 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, Bakı şəhəri, ünvan 3 evində əmlakları götürdüyü yeri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.120-126). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung A53” markalı mobil telefon Zərərçəkmiş şəxs1 təqdim edilmiş, o, həmin telefonun ona məxsus olduğunu və yaşadığı evdən talanmış telefon olduğunu təsdiq etmişdir (i.v.135). “Sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, 01 ədəd “Samsung A53” markalı mobil telefon və 01 ədəd disk maddi sübut kimi tanınmış, hökm qanuni qüvvəyə minənədək mobil telefonun saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 verilməsi qərara alınmışdır (i.v.138-145). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X8 tərəfindən ittihamda qeyd olunan AR CM-nin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, müvafiq ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən qərarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 9/5603 saylı rəyi ilə 01 ədəd “Samsung A53” markalı mobil telefonun 2023-cü ilin iyul ayına olan orta bazar qiymətinin 200 manat olmasının müəyyən edilməsinə baxmayaraq məhkəmə telefonun təqsirləndirilən şəxs tərəfindən talandıqdan sonra divara çırpılaraq sındırıldığını və bu səbəbdən dəyərinin aşağı düşdüyünü (məhkəmə iclasında təqsirləndirilən şəxs telefonu götürdükdən sonra divara çırparaq yararsız vəziyyətə saldığını göstərmişdir) nəzərə alaraq Zərərçəkmiş şəxs1 telefonun talanması nəticəsində dəymiş ziyanın ittihamda göstərilən məbləğdə olması ilə razılaşır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, X8 Azərbaycan Respublikası CM-in 177.2.3 və 180.1-ci maddələrindı nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində 19 iyul 2023-cü il tarixdə, saat 22:00-dan tutulmuş hesab edilmişdir (i.v.43). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 4(008)-575/2023 saylı qərarından çıxarışdan görünür ki, X8 barəsində həbsetmənin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.78-79). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 02 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, X8 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20% pul dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 25 sentyabr 2019-cu il tarixdə cəzasını çəkmiş və qeydiyyatdan çıxarılmışdır (i.v. 91-92). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 4(008)-785/2023 saylı qərarından görünür ki, X3 həbsdə saxlanılma müddəti 15 gün, yəni 03 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, onun ağır həyat şəraitində (valideyn qayğısından məhrum olmaqla uşaq evində) böyüməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, X3 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X8 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut- 01 ədəd “Samsung A53” markalı mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs1 saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X5 qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. X8 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Samsung A53” markalı mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs1 saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat X2 tutularaq dövlət nəfinə keçirilsin. X3 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-948/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-948/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver