Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-95/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakı ilə 09 aprel 1992-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Quliyev küç., 09 yanvar küçəsində yerləşən mağazada müvəqqəti məskunlaşıb yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Camallı Şövqü Səxavət oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Camallı Şövqü Səxavət oğlu istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf polietilen bükümdə 3.037 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf polietilen bükümdə 1.081 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, 12 avqust 2020-ci il tarixdə, saat 23:15 radələrində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küç., 123 nömrəli ünvanın qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şortun arxa sol cibindən satış məqsədi olmadan qanunsuz əldə edərək saxladığı bir ədəd şəffaf polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 3.037 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 1.081 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Camallı Şövqü Səxavət oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Qarağac kəndində qeydiyyatda olsada, Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 Yanvar küçəsində yerləşən «köhnə» bazarın həyətində mağazada məskunlaşaraq anası Xalidə, qardaşı Şahin və qardaşının ailəsi ilə birlikdə bilikdə yaşayır. 2020-ci ilin may ayından arada heroini çəkmə yolu ilə qəbul edirdi. 2020-ci ilin iyul ayında o, heroin qəbul etmiş və xatırlamadığı şəxs ona İran İslam Respublikasının vətəndaşı «Bəhmən» adlı şəxsin +98-935-962-6216 nömrəsini vermişdir ki, həmin şəxslə əlaqə saxla və ondan narkotik vasitə heroin istə verəcək. O, bir neçə dəfə «Bəhmən» adlı şəxsin mobil telefon nömrəsinə «WhatsApp» proqramı vasitəsi ilə səsli zəng vurub danışmış və ondan narkotik vasitə heroin istəmişdir. «Bəhmən» adlı şəxs ona narkotik vasitəni gizlətdiyi yeri demiş, o, da deyilən yerə gedib narkotik vasitə heroini götürüb çəkmə yolu ilə qəbul edirdi. «Bəhmən» adlı şəxsə narkotik vasitəyə görə heç vaxt pul verməmişdir. xx xxxxxx 2020-ci ildə 21:00-22:00 radələrində «Bəhmən» adlı şəxs «WhatsApp» proqramı vasitəsi ilə səsli zəng vurub ona «malın» olub-olmamasını soruşmuşdur. «Bəhmən» isə ona Bakı şəh., Sabunçu rayonu, N.İsmayılov küçəsində olan «Araz» marketin yaxınlığında olan məhəllənin girişində olan zibil yeşiyinin altında olan daşın altına bir büküm «kakos» yəni, heroin və bir bükümdə «patı» yəni metamfetamin qoyduğunu, gedib götürərsən demişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 23:10 radələrində o, yaşadığı evdən çıxıb tək deyilən yerə getmiş və zibil qabının altında olan daşın qaldırıb altından iki büküm götürmüş, əynində olan boz rəngli şortun arxa sol cibinə qoymuşdur. Bundan sonra o, Bakı şəh., Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Araz» marketlə üzbə-üz yerləşən balaca marketə piyada gedən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına 09 aprel 1992-ci ildə Cəbrayıl rayonunda doğulmuş Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər və o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 13-cü Polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində ona videoçəkiliş vasitəsilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra videoçəkilişlə onun üzərinə baxış keçirilməsi başlanmışdır. Videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuş, polis əməkdaşları üzərinə baxış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, da əynində olan boz rəngli şortun arxa sol cibindən iki ədəd sellofan büküm, şortun sağ yan cibindən bir ədəd ağ rəngli «İphone» markalı mobil telefon, 6 manat 40 qəpik pulu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşları ondan iki ədəd bükümdə nə olduğunu soruşmuşlpar. O, həmin bükümlərdə birində «kakos» yəni, heroin, digərində isə «patı» yəni, metafetamin olduğunu bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Paşayev Elməddin Hilal oğlu ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru xüsusi rütbəsi daşıyır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, onu cinayət başında ifşa etmək məqsədi ilə həmin günü o, Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Baş İdarənin digər əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 avqust 2020-ci il tarixdə, saat 23:25 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəh., Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küç., 123 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə ərazi aidiyyəti üzrə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gəlmişlər. Xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı V.N.Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 00:15 radələrində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxsnm üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şortun arxa sol cibindən iki ədəd şellofan büküm, şortun sağ yan cibindən bir ədəd ağ rəngli «İphone» markalı mobil telefon aparatı, 6 manat və 40 qəpik çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxsnm üzərində şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bükümlər təhqiqatçı tərəfindən açılmış, bükümlərin birinin içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə, digərinin içərisindən isə ağ rəngli, kristal şəkilli maddə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu və kimdən aldığını soruşmuş, o da qəhvəyi rəngli toz şəkilli maddənin «kakos» yəni, heroin, ağ rəngli, kristal şəkilli maddənin «patı» yəni, metamfetamin olduğunu, istifadə etmək üçün İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxsdən istədiyini, «Məhəmməd» maddələri Bakı şəh., Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən «Araz» marketin yaxınlığında gizlətdiyini, o, da həmin maddələri taparaq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsnm üzərindən aşkar olunan iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr və bir ədəd «İphone» markalı mobil telefon aparatı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan götürülmüş, iki ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sadıqov Qismət Mübariz oğlu, Əkbərov Sehran Telman oğlu Paşayev Elməddin Hilal oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1539 saylı, 13 avqust 2020-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3.037 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə ümumi təmiz çəkisi 1.081 qram ağ rəngli uzunsov və xırda kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminlə bir yerdə qablaşdırılmış təmiz çəkisi 3.382 qram şəffaf dəvəvari formada iki kristalların tərkibində narkotik və ya psixotrop maddələrin komponentləri yoxdur və həmin kristallar narkotik və ya psixotrop maddələrə aid deyildirlər. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi: 3.037 qram, tədqiqata istifadə edildi ümumi 0.1 qram, qalıq 2.937 qram. Metamfetaminnin təmiz çəkisi: 1.081 qram, tədqiqata istifadə edildi ümumi 0.05 qram, qalıq 1.031 qram. Kristalların təmiz çəkisi 3.382 qram, tədqiqata istifadə edildi ümumi 0.2 qram, qalıq 3.182 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5/541 saylı, 17 sentyabr 2020-ci il tarixli məhkəmə kompyter texniki tədqiqi ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd «İphone 6» markalı «A1549» modelli, «**********77928» imei nömrəli mobil smartfonun yaddaşında müəyyən olunmuş (mövcud və silinmiş) SMS mesajlar, zənglər jurnalı, təqvimdə qeydlər, kontaklar, təsvirlər, cookie tipli fayllar, zaman ardıcıllığa, məlumat ilə fayllar, audio, verilənlər bazası, videoqeydlər, proqram vasitələri, mətnlər müəyyən edilərək hesabat formasında tərtib olundu və rəqəmsal dəlillərin saxlanması üçün nəzərdə tutulmuş DVD diskə köçürüldü. Təqdim olunan bir ədəd «İphone 6» markalı «A1549» modelli, «**********77928» imei nömrəli mobil smartfonun daxili yaddaşına baxış keçirilənkən «WhatsApp» proqram təminatı müəyyən edilmişdir. Mobil smartfonda müəyyən edilən «WhatsApp» proqram təminatındakı yazışmalar, mübadilə olunmuş fayıllar (video, audio, foto) «UFED Touch2» proqram aparat kompleksi ilə götürülmşdür. Qeyd olunan məlumatlar DVD diskə köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın 2543 saylı, 14 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Camallı Şövqü Səxavət oğlunda tiryək tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetaminlərdən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertizası Mərkəzi Publik Huquqi Şəxsin 1992 saylı, 06 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törtədiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Camallı Şövqü Səxavət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 fevral 2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 03 aperl 2012-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza 11 ildən 09 ilə endirilmişdir. Təqsirləndirilən şəxs 29 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.5-ci maddsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Ş.C.Camallının məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. Beləliklə, Camallı Şövqü Səxavət oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Camallı Şövqü Səxavət oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasənsatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Camallı Şövqü Səxavət oğlunun törətdiyi əməldən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Camallı Şövqü Səxavət oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasasının Ali Məhkəməsinin 02 saylı, 04 mart 2011-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarından görünür ki, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Cinayət işinin materiallarında olan 12 avqust 2020-cu il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Camallı Şövqü Səxavət oğlu 12 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,21). Cinayət işinin materiallarında olan 14 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Camallı Şövqü Səxavət oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh., 57). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)469/2020 saylı, 14 avqust 2020-ci il tarixli qərardan görünür ki, Camallı Şövqü Səxavət oğlu barəsində 12 avqust 2020ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,84). Məhkəmə, Camallı Şövqü Səxavət oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı- «ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Camallı Şövqü Səxavət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Camallı Şövqü Səxavət oğlunun cəza çəkmə müddətinin başlanğıcı «12» avqust 2020-ci il tarixdən hesablanmalıdır. Camallı Şövqü Səxavət oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Camallı Şövqü Səxavət oğluna cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-2.937 qram heroin, 1.031 qram metamfetamin, 3.182 qram kristallar məhv edilməli, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan bir ədəd «İphone» markalı, «A1549» mobil telefon cihazı təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 175.14 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Səxavət oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Camallı Şövqü Səxavət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «07» (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğlu cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğlunun cəza çəkmə müddətinin başlanğıcı «12» avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-2.937 qram heroin, 1.031 qram metamfetamin, 3.182 qram kristallar məhv edilsin, iki ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan bir ədəd «İphone» markalı, «A1549» mobil telefon cihazı təqsirləndirilən şəxs Camallı Şövqü Səxavət oğluna qaytarılsın. 175.14 manat ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Səxavət oğlundan tutulub AZ.MEM VÖEN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Səxavət oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-95/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-95/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver