Məhkəmə qərarları › İş №1(008)-95/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-95/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-95/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, Nihal Yusif oğlu Nurinin katibliyi ilə, Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(008)- 975/2023 saylı qərarı ilə X7 X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmişdir. 18 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında xüsusi ittihamçı X1 Abdulla Hikmət oğluna qarşı verdiyi xüsusi ittihamdan imtina etdiyini bildirərək bu barədə yazılı ərizəsini elektron kabinet vaistəsi ilə sistemə yerləşdirəcəyini bildirmişdir. 18 aprel 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, X3 qarşı verdiyi xüsusi ittiham qaydasında ərizədən imtina etdiyini qeyd edərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittihamçı X8 təqsirləndirilən şəxs X3 qarşı vermiş xüsusi ittihamdan imtina etdiyindən təqsirləndirilən şəxsə qarşı AR CM-nin 147.2 və 148-ci maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Bununla yanaşı, məhkəmə iş üzrə keçirilmiş ekspertiza xərcinin xüsusi ittihamçının üzərinə qoyulmasını qanuni və ədalətli hesab edir. Belə ki, AR CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Xüsusi ittihamçı X8 təqsirləndirilən şəxs X3 qarşı cinayət təqibindən imtina etdiyindən təqsirləndirilən şəxs X3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 300 manat xüsusi ittihamçı X5 tutularaq dövlət büdcəsinə ödənilsin. X2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar