Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-950/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsi, ev 20 A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, cavabdeh kimi ondan 26 yanvar 2021-ci il tarixdən başlayaraq 24 iyun 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 175,00 manat məbləğində alimentin tutularaq Fərzalıyeva (Əhmədli) İlhamə Zahid qızına ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(008)-1736/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 3(008)-2694/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 23 noyabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25 yanvar 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Fərzalıyeva (Əhmədli) İlhamə Zahid qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 4200,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atası 1994-cü ildə şəhid olmuş, uzun müddətdir “xroniki C virus hepatiti” xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olduğuna görə 24 avqust 2015-ci il tarixdən etibarən dövlət tərəfindən ona 180,00 manat məbləğində təqaüd verilmiş, sonradan əlilliyi dayandırılmışdır. Xəstəliyi ilə əlaqədar ağır işlərdə işləyə bilmədiyi üçün 2017-ci ilin yanvar ayından etibarən fərdi olaraq onlayn qaydada mobil telefon vasitəsilə elektronika, tikinti və məişət əşyalarının satışı ilə məşğul olmuş və ona bu işdə tanışı Ruslan adlı şəxs kömək etmişdir. Belə ki, Ruslan adlı şəxs istifadəsində olduğu ***-***-**-** saylı mobil telefonunda istifadə etdiyi vhatsap vasitəsilə müxtəlif növ mobil telefonların, elektronika vasitələrinin, tikinti və məişət əşyalarının şəkillərini ona ataraq qiymətlərini ona bildirmiş və həmin qeyd etdiyi malların şəkillərini elan saytlarına, “Top.az", “Ucuz tap.az”, “Ünvan.az” və “Tez Bazar.az” saytlarında yerləşdirərək satışı ilə məşğul olmuşdur və hər satılan məhsuldan üç faizini Ruslan adlı şəxs kart vasitəsilə ilə onun “Leobank” kart hesabına göndərmişdir. Bu münvalla yuxarıda qeyd etdiyi kimi 2017-ci ilin yanvar ayından etibarən fərdi olaraq onlayn qaydada mobil telefon vasitəsilə elektronika, tikinti və məişət əşyalarının satışı ilə məşğul olmuş və aylıq gəliri orta hesabla 300-400 manat olmuşdur. 2018-ci ilin sentyabr ayının 3-də el adəti ilə toy edərək X8 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 2018-ci ilin dekabr ayında keçmiş həyat yoldaşı İlhamə Əhmədli ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində İlhamə evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. 24 iyun 2019-cu il tarixdə Miray adlı bir qız övladları dünyaya gəlmişdir. Bundan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı İlhamə Əhmədli uşağın böyüdülməsindən ötrü ondan aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 26 yanvar 2021-ci il tarixdən başlayaraq 24 iyun 2019-cu il tarixdə anadan olmuş qızı Miray Əhmədlinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 175,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı İlhamə Əhmədliyə ödənilməsinə dair 29 noyabr 2021-ci il tarixli, 2(008)-1736/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş, icra dövründə keçmiş həyat yoldaşı İlhamə Əhmədliyə məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 3(008)-2694/2022-ci il saylı qərarı ilə o, 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə keçmiş həyat yoldaşı İlhamə Əhmədlinin şikayəti əsasında icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə qətnaməsindən sonra o, keçmiş həyat yoldaşı İlhamə Əhmədliyə alimentə görə heç bir ödəniş etməmiş və 27 yanvar 2023-cü il tarixədək 4200,00 manat qalıq borcu qalmışdır. Həyat yoldaşı onun uşağı ilə görüşməsinə icazə vermir. Həmçinin xəstə olduğundan ağır işlərdə işləyə bilmir, buna görə aliment borcunu ödəyə bilmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2018-ci ilin sentyabr ayının 3-də el adəti üzrə toy edərək Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 2018-ci ilin deyabr ayında keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamış və valideynlərinin himayəsində yaşadığı dövr ərzində 24 iyun 2019-cu il tarixdə Miray adlı bir qız övladlan dünyaya gəlmişdir. Həmin vaxtdan bir neçə il keçəndən sonra uşağın böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyinə və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı övladının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq uşağın böyüdülməsindən ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 26 yanvar 2021-ci il tarixdən başlayaraq 24 iyun 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər ay 175,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair 29 noyabr 2021-ci il tarixli, 2(008)-1736/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə göndərilmiş və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 3(008)-2694/2022-ci il saylı qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği qəsdən qərəzli olaraq ona ödəməkdən yayınmağa başlamışdır. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə heç bir ödəniş etməmişdir, 4200 manat məbləğində aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, icraatına daxil olmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(008)-1736/2021 saylı qətnaməsi üzrə verilmiş 15 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2021-ci il tarixdən başlayaraq 24 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməlidir. İcra sənədi 23 fevral 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin dərhal icra ediməsinə dair bildiriş qəbul edilərək borcluya göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində “EMF” Elektron icra sistemindən əmlak və gəlirləri barədə sorğu edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı və gəlir yeri aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarılması haqqında 30 mart 2022-ci il tarixdə qərar qəbul edilərək aidiyyəti üzrə polis orqanına göndərilmişdir. İcraat zamanı borcluya tələbi dərhal icra etməsi ilə bağlı bildiriş təqdim olunsa da, borclu Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə tələbi təmin etməmiş, 05 may 2022-ci il tarixli izahatında icra sənədindən xəbərdar olduğunu, 2-ci qrup əlil olduğundan heç bir yerdə işləmədiyini, gələcəkdə sağalacağı təqdirdə iş taparaq alimentini ödəyəcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və həmin rayon məhkəməsinin 05 may 2022-ci il tarixli, 3(008)- 2694/2022 saylı qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs 2-ci qrup əlil kimi pensiya alması barədə araşdırma aparılarkən sonuncunun 01 avqust 2021-ci il tarixdən əlillik müddəti bitdiyindən sosial müavinət işi üzrə ödənişin dayandırıldığı müəyyən edilmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdimatla müraciət edilmiş və həmin rayon məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(008)- 632/2022 saylı qərardadına əsasən təqdimat təmin edilərək müvafiq qaydada icra edilmişdir. Bundan sonra borcluya məhkəmə qətnaməsini icra etməkdən ötrü yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması barədə 23 noyabr 2022-ci il tarixdə xəbərdarlıq edilmiş, lakin o, həmin müddətlər ərzində də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs tərəfindən heç bir aliment ödənişi edilməmiş və 25 yanvar 2023-cü il tarixə kimi 4200 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinə münasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tədbirdən heç bir nəticə çıxartmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, onun qərəzli olmasına dəlalət edən haldır. Borclu məsuliyyəti elan olunmaqla rəsmi xəbərdar edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam edərək faktiki imkanlarından istifadə etməmişdir. Borclu icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etdirmiş, hətta bunları öz yazdığı izahatlarında da qeyd etmişdir. Bu səbəbdən də, borclu Emil Fərzəliyev xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 1736/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, X1 məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment alınaraq X3 verilməsi qət edilmişdir (i.v. 10-15); İcraata başlamaq haqqında 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.16-17); Borclunun axtarışı haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1992-ci iı təvəllüdlü Sabunçu rayonu, Məmmədəliyev, 20 A ünvanında qeydiyyatda olan X7 axtarış elan edilmişdir (i.v.36); Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.22022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 2(008)-1706/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsini qərəzli şəkildə icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 48-49); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilmişdir (i.v.51-52); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.54-56); Sabunçu RİHB-nin Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.61); Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən əlillik müddəti bitdiyindən sosial müavinat işi üzrə ödəniş dayandırılmışdır(i.v.67); Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurunun tərtib etdiyi Təqsirləndirilən şəxs tərəfindən X3 ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixədək ödənilməli olan 4200 manat məbləğində aliment borcu üzrə heç bir ödəniş aparılmamışdır (i.v.68); Azərbaycan Respublikası ƏƏSMN TSEK-in məlumatından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş ikinci dərəcəli əlillik müəyyən edilmişdir (i.v.90); Azərbaycan Respublikası DİN-nin BƏSli-dən daxil olmuş 15 may 2023-cü il tarixli, 12/ƏN-143 saylı tələbnamədən görünür ki, X2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məluumat yoxdur (i.v.93); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 25 sentyabr 2023-cü il tarixli T 631/2023 nömrəli rəyindən görünür ki, vətəndaş E.A.Fərzəliyevin tibbi sənədlərinə əsasən o, Tibbi-Sosial Ekspert Komissiyasına göndərişdə qeyd edilən “Xroniki C hepatiti, subklinik forma. Hepatomeqaliya, splenomeqaliya. Qastrit, duodenit. Xroniki xolisistir. Piylənmə” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsi qeyd edilmişdir. Vətəndaş E.A.Fərzəliyev məhkəmə-tibbi müayinədən keçərkən diaqnozun dəqiqləşdirilməsi üçün X4 laborator müayinələrə göndərildi və təqdim edilmiş sənəddə onun Hepatit “C” virusundan əziyyət çəkdiyi aşkar olundu. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından hazırda o, əmək qabiliyyətli hesab edilir (i.v.114-116); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.136-137); Qətimkan tədbiri seçmək haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.144-145); 010619 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid övladı olmasını, Hepatit “C” virusundan əziyyət çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-950/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-950/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver