Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-958/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Ucar şəhəri, Pambıq zavodu yaşayış evində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,201 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,944 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, 30 iyul 2023cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mətbəx kağızının içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,371 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 1,201 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,322 qram və 0,285 qram olmaqla ümumi təmiz çəkisi 0,944 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi və bükümlərinin sayı, həmçinin onun verilən suallara cavab verərkən marixuanadan istifadə etməsinə baxmayaraq, metamfetamindən istifadə etmədiyini deməsi, eləcə də hansı səbəbdən həmin psixotrop maddəni əldə etməsinə isə məhkəmənin sonrakı iclaslarında cavablandıracağını bildirməsi şübhə yaratmış, ona görə də iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, ittihamın qanuni həlli, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi, xüsusilə də təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması məsələsinin yoxlanılması məqsədilə onun istifadəsində olmuş (070) ***-**-** və (055) ***-**-** saylı mobil nömrələrə 30 iyul 2022-ci il tarixdən 30 iyul 2023-cü il tarixədək ötürülmüş sms mətnləri müvafiq mobil operatorlardan sorğu edilib əldə edilərək iş materiallarına əlavə olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** mobil nömrəyə xx.xx.2023, 06-xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə daxil olmuş smslərin məzmunu aşağıdakı kimi olmuşdur: “Sabahin xeyir, yadından çıxmasın brat, işə gedəndə mənlə görüş get, gecə yatmamışam qardaşımsan. bele eleme də brat, bir kəlmə cavab ver, gecə yatmamışam özüm ölüm, sroçnu lazımdı mənə, brat biz tərəfdən keçəndə ora qoy götürəcəm, evə gələndə, həkimdəyəm, saat 8-di, alınmırsa, niyə uzadırsan pulu kartima geri vur, 2 gündü draznit eləmisən, bu nə hərəkətdi eləyirsən. İndi yenə pulu gözləməliyəm, demək alınmır da, pulu qaytar gözləyirəm. Zornan borc elədim ki, dünən bəhrəsini görəm təmiz içinə elədin. Brat dünəndən pul göndərmişəm, gözlətmə də məni, 5 manat da indi atdım”. “Sabahın xeyir, qaqa pulu göndər, göndərmirsənsə, 15 manat da göndərim, 2 dənə qoyarsan qapıya göturərəm”. “Qaqa 27 manat var, qadanalım, gör əgər, alınırsa, işdəyəm, üstümdədi nağd, qaqa nə qalırsa, günorta ataram karta”. “Kntr, yoxdu məndə. Sabah biz tərəfden keçə bilərsən? 10 atim kartına çaxır qoyarsan, götürərəm. Səhər 8-də razində olacam. “6997 nən bitən karta gonderim?” Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** mobil nömrədən çıxan sms-lərdən görünür ki, “4169 7385 6822 5431..A..kapital” bank kartı xx.xx.2023xx.xx.2023,xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müxtəlif abonentlərə göndərilmişdir. Həmçinin, sms-lərdə göstərilmişdir ki, “Pulu at bu 4169 7385 6822 5431”, “15 at mənim kartıma 5431”, “mənə götürüb verməliydim 1,5 olmalı idi”, mən sənə qram yarım artıq vermişəm, onun ya pulunu, ya da temanın özünü ver”, “Qaqa onun pulu, 90 manat eliyir, at, ya da temanı saxla, götürüm”, “Qaqa vassapı silmişdim, itlər bizi qovdu, bayaq gəldim razinə, şükür yaxşı qurtardıq, sənə nə qədər zəng elədim. açmırsan”, “Əli, at bu karta 4098 5844 6251 5170”, Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrəyə daxil olmuş sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: “Saleh, çıxaq, gələk, bir söz de”, “4169 7388 5859 6244”, “qardaşnan yolunu gözləyirəm, qonaq-qara var, nətər eliyim, bir şey de, bilim” Eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrədən çıxan sms-lərin məzmunu aşağıdakı kimi olmuşdur: xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə “4169 7385 6822 5431”, bank kartı müxtəlif abonentlərə göndərilmişdir. Bunlardan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd olunan mobil nömrələrə daxil olan digər çoxsaylı sms-lərin məzmunundan görünür ki, bir çox şəxs Təqsirləndirilən şəxslə əlaqəyə yaratmağa cəhd edir, dəfələrlə ondan nömrələrini blokdan çıxartmalarını tələb etməklə yanaşı, onu təcili gözlədiklərini, nə səbəbə onlara geri zəng etmədiyini bildirirlər. Həmçinin, iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6291 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla da, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi, bükümlərinin sayı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan sms-lərin məzmunu, onda narkomaniya xəstəliyinin aşkar olunmamaqla həmin xəstəlikdən əzab çəkməməsi və məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin deyil, CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasını müşahidə olunduğunu, təqsirləndirilən şəxsin özünün psixotrop maddələrdən istifadə etməməsinin və narkomaniya xəstəliyindən əziyyət çəkməməsinin müəyyən edilməsinə baxmayaraq üzərində 3 büküm psixotrop maddə metamfetaminin aşkar olunmasını, həmin psixotrop maddə ilə bağlı məhkəmə iclasında verilmiş suallara qeyri-adekvat cavablarını (birinci məhkəmə iclasında-“fikirləşim növbəti məhkəmə iclasında hansı səbəbdən üzərimdə metamfetamin olduğunu deyərəm”, sonrakı məhkəmə iclasında- “marixuana aldığım şəxs məni aldadaraq marixuana adı ilə mənə 3 büküm metamfetamin vermişdir”), onun istifadəsində olan mobil nömrələrə daxil olmuş onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına şübhə yaradan çoxsaylı SMS-lərin olmasını, həmin SMS-lərlə bağlı verilmiş məntiqsiz cavablar verməsini (onun telefonundan istənilən tanıdığı şəxlər istifadə edirdilər, ola bilər onlar həmin SMS-ləri yazıblar) nəzərə alır və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində xüsusi qərar çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərarın surəti cinayət prosesinin tərəflərinə göndərilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-958/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-958/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver