Məhkəmə qərarları › İş №1(008)-96/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-96/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-96/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim - Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbayjan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Абдullayev Yusif İsmayıl oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağcəbədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D-massivi, bina 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Tural адлы шяхсдян 13 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi - 0,246 qram ağ rəngli kristal formada olan maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və щямин эцн saat 02:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 259 saylı məktəbin qarşısında idarə etdiyi Nissan Ravon markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilində olduğu zaman özünü şübhəli apardığına görə Bakı şəhər Sabunçu RPİ-nin PPXBnün əməkdaşları tərəfindən saxlanılaraq avtomobili ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində saxladığı, bir ədəd sellоfаn bükülüdə, içərisində təmiz çəkisi - 0,246 qram ağ rəngli kristal formada olan maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilмяйərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman tanışı Tural адлы шяхс onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində olduğunu deyərək onu yaşadığı ünvana aparmasını bildirmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisinə, Turalın olduğu ünvana gəlmiş, idarə etdiyi «Ravon» markalı avtomobili ilə Turalı yaşadığı evə aparmışdır. O, Turalı Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən 259 saylı məktəbin qarşısında avtomobili saxlayaraq Turalın avtomobildən enməsi gözləmişdir. Həmin vaxt üzərində Post Patrul Xidməti sözləri yazılmış polis avtomobili dayanmış, avtomobilin içərisindən 3 nəfər polis geyimində olan şəxslər aşağı düşərək onlara yaxınlaşmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini və kim olduğuqlarını soruşduqda, özünün taksi fəaliyyəti göstərdiyini, yaнındakı şəxsin isə sərnişin olduğunu bildirmişdir. Daha sonra, polis əməkdаşları onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş, onlar etiraz etməyətək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişlər. Polis Şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır. Dəfələrlə polis əməkdaşlarının qeyri-qanuni əməllərindən və ibtidai istintaqın obyektiv aparılmamasından müvafiq dövlət orqanlarıна şikayət etdiyi üçün qətimkan tədbirinin şərtlərini pozmadığı halda barəsində qanunsuz olaraq axtaış elan olunmuş və həbs edilmişdir. Юзцнц иряли сцрцлмцш иттищамда тягсирли билмяйяряк барясиндя бяраят щюкмц чыхарылмасыны мящкямядян хащиш етмишдир. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə ictimai asayişi və ictimai qaydanı qorumaq daxildir. xx xxxxxx 2020-ci il saat 02:20 radələrində Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində xidmət apararkən, Balaxanı qəsəbəsi ərazisində yerləşən 259 nömrəli tam orta məktəbin yaxınlığında «Ravon» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və içərisində iki nəfər şəxsin oturduqlarını görmüşlər. Gecə vaxtı olduğundan həmin avtomobilin dayanması onlarda şübhə yaratmış, avtomobilə yaxınlaşaraq sürücüsünə və yanında oturan sərnişininə özlərini təqdim etmiş, həmin şəxslər özlərini şübhəli apardıqları üçün şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini bildirmişlər. Lakin, onlar şəxsiyyət vəsiqələrini təqdim etmək əvəzinə özlərini qeyri-adekvat apardıqları üçün onları Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra, həmin şəxslərdən birini 6859 çağrışlı avtopatrula otuzdurmuş, «Ravon» markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü isə öz avtomobili ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və X4 olmaları müəyyən olunduqdan sonra, şöbənin xidməti otaqlarının birində mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ona təklif edilmişdir ki, “üstündə hər hansı qeyri-qanuni və ya qanuni əşya varsa təqdim etsin”. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən üzərində “Kent” yazısı olan siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur, həmin vaxt qutunun içərisindən dörd ədəd siqaret və bir ədəd içərisində ağ rəngli kristall formalı maddə olan selлofan bükülülər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, selлofan bükülünün içərisindən aşkar olunan maddə narkotik vasitədir, həmin narkotik vasitəni Tural Vəliyevdən almış və gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd içərisində kristall formada olan selлofan bükülü qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə polis əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç-bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Kərimov Бahadır Muğan oğlu xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində saxladığı bir ədəd sellоfаn bükülüdə kristal formada maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 75-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 76-77-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2595 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,246 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir və üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində zavod üsulu pozulmamış 4 ədəd siqaretlərin içərisində narkotik vasitə hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,196 qramdır. Cinayət işinin 138-139-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Canpolad Nağıyevin vəsatətinin müdafiə olunmasından Sabunçu rayon prokuroru Ceyhun Şirinov tərəfindən imtina edilmişдир. Cinayət işinin 140-141-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 148-150-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,196 qram olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 260-262-ci vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)-583/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanılmaqla 01 (bir) ay 15 (on beş) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 265-266-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2020-ci il tarixli, 2893 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 267-277-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bahadır Muğan oğlunun üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 155-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamaqla daşıması tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Polis Şöbəsində olarkən üzərində narkotik vasitə olmamasına baxmayaraq, polis əməkdaşları ona təzyiq göstərmiş və hansısa sənədləri imzalamasını tələb etmişlər. Polis əməkdaşları tərəfindən dəfələrlə döyüldyü üçün məcbur qalaraq özünə qarşı ifadə vermiş və hansısa sənədləri imzalamışdır” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, protokollar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halı nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxxx 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 04 (дюрд) gün + 01 (бир) эцн müddətinin 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,196 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış беш) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 (beş) ay 05 (beş) gün müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 10 (on) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,196 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65 (altmış беш) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar