Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-967/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Ziyafət oğlunun iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Yanıqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ziyafət oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ziyafət oğlu qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 09 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, N.Baybakov küçəsində yerləşən X10 X11 Yoluxucu Xəstəliklər şöbəsinin palatasında qardaşının nikahdan kənar yaşadığı Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən sillə ilə Zərərçəkmiş şəxs üz nahiyyəsindən vuraraq, ona sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıaltı-almacıq-yanaq- çənə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan xəsarətlər yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ziyafət oğlu ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 il öncə X1 Aytən Ziyafət qızı ilə faktiki nikaha daxil olmuşdur. Əslində onun qardaşı başqası ilə rəsmi nikahdadır və bu səbəbdən də o, qardaşının Aytənlə olan münasibətini dəstəkləmir. Hadisə günü o, Sabunçu Xəstəxanasına anasının yanına getmiş və orada Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt onun bacısı Xəyalə də orada olmuşdur. Aytənlə aralarında mübahisə yaranmış və Aytən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o, əsəbləşərək Zərərçəkmiş şəxs çiyinlərindən iki əli ilə tutaraq itələmişdir. Lakin, o, Aytəni vurmamışdır. Ondan sonra o, otaqdan çıxmış, bir qədər sonra Aytənin özünün üz nahiyyəsinə əlləri ilə vurduğunu və qışqırdığını görmüşdür. Zərərçəkmiş şəxs ona şər atır. O, Aytəni vurmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən o, 3 il öncə təqsirləndirilən şəxsin qardaşı X5 ilə nikahdan kənar ailə həyatı qurmuşdur. Təxminən 3-4 ay öncə qayını Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmuşdur.Buna səbəb isə Xəyalın onu əxlaqsız adlandırması olmuşdur. 09 oktyabr 2023-cü il tarixdə baldızı Xəyalə ona zəng edərək anasının səhhətində problem olduğunu və ona kömək etmək etməsini xahiş etmişdir. O, qayınanasıgilə gedərək qayınanası X8 Mərkəzinə aparmış, həmin tarixdə saat 20 radələrində Xəyal xəstəxanaya gələrək otaqda olarkən onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Xəyala cavab qaytardıqda isə Xəyal qəsdən sillə ilə onun üzündən möhkəm vurmuş və onun sifətində xəsarətlər yaranmışdır. Bundan sonra Xəyal otaqdan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı X2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs Ziyafət oğlunun izahat və ifadəsi alınarkən o, zərərçəkmiş şəxsi üz nahiyyəsindən əli ilə itələdiyini, hadisə zamanı palatada bacısının olmasını göstərmədiyini, sadəcə xəstə anasının olduğunu, onun isə hadisəni qavramaq iqtidarında olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs izahat və ifadəsi onun sözləri ilə yazılmış, onun tərəfindən imzalanmış, daha sonra o, Xəyalla birlikdə müdafiəçinin yanına getmiş, müdafiəçi ucadan Xəyalın ifadəsini oxumuş, Xəyal ifadəyə etirazının olmadığını bildirdikdən sonra müdafiəçi də həmin ifadəni imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə günü o, Sabunçu Xəstəxanasında anasının yanında olmuşdur. Palatada onunla anasından başqa Xəyal və Aytən olmuşlar. Onun başı anasına qarışıq olduğundan Xəyalla Aytən arasında olan mübahisə başlayanda onlara fikir verməmiş və Xəyalın Aytəni vurmasını da görməmişdir. O, sadəcə Xəyalla Aytənin mübahisə etdiklərini eşitmiş, lakin onlara baxmamış, ancaq anası ilə məşğul olmuşdur. Mübahisə bitdikdən sonra Xəyal, daha sonra isə Aytən palatadan çıxmışlar. Səhərisi gün o, Aytəngilə qalmağa getmiş, lakin Aytənin üz nahiyyəsində hər hansı xəsarət görməmişdir. Aytən ona demişdir ki, Xəyal onu vurduğundan Xəyaldan polisə şikayət edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, N.Bayramov küçəsində yerləşən X10ndə yerləşən otaqdır (i.v.10-12). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X13 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli, 2524 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözyuvasıaltı- almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.18-20). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ziyafət oğlunun məhkumluğu barədə məlumat yoxdur (i.v. 50). “Sübutların qiymətləndirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ziyafət oğlunun əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin, baxış keçirilməsinə dair protokolun, məhkəmə-tibbi ekspertizasının rəyinin sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 51-52). Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Ziyafət oğlu ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Ziyafət oğlu yazılı ərizə təqdim edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs Ziyafət oğlunun zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ziyafət oğlu cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ziyafət oğlunun ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Ziyafət oğlu barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs Ziyafət oğlu AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Ziyafət oğlunun ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı sərf etdiyi 25 iş saatına, məhkəmə istintaqı zamanı sərf etdiyi 10 iş saatına, cəmi 35 iş saatına görə 6 manat hesablanmaqla 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-967/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-967/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver