Məhkəmə qərarları › İş №1(008)-969/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-969/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-969/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 29 aprel 2023- cü il tarixdə saat 06 radələrində ünvan 2 ünvanına gəlib həmin ünvanda yerləşən X1 məxsus olan saxlanc yeri hesab edilən mebel sexinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq orada saxlanılan X1 məxsus olan bir ədəd 20 manat dəyərində qara rəngli çantanı, bir ədəd 60 manat dəyərində laqondanı, bir ədəd 40 manat dəyərində lobziki, hər biri 100 manat olan cəmi 200 manat dəyərində 2 ədəd dreli, hər biri 8 manat olan cəmi 10 ədəd 80 manat dəyərində latun metaldan olan qapı petlələrini ələ keçirib zərəçəkmiş şəxs X1 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü il tarixdə, səhər saat 06 radələrində o, oğurluq etmək məqsədi ilə Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində gəzişirmiş. Villaların arasında yerləşən mebel sexini görmüş, həmin sex bağlı olmuş və sexin divarı ilə damın arasında iki daş boş məsafə olduğunu görüb həmin sexə daxil olmaq qərarına gəlmişdir. Sexə girməmişdən əvvəl o əmin olmüşdur ki, onu görən yoxdur və buna görə divara dırmaşıb həmin divarla damın arasında olan boşluqdan istifadə edərək sexə daxil olmuşdur. Sexə daxil olanda o, orada qara rəngli boş çantanı tapmış, həmin çantaya o, bir ədəd laqonda, 2 ədəd drel, bir ədəd lobzik, təxminən 10 ədəd qapı petlələrini qoymuşdur. Həmin əşyaları o, çantaya yığıb eyni üsulla sexi tərk etmişdir. Oğurladığı əşyaları Hava Limanı yolunda tanımadığı siqanlara 45 manata satmışdır. Həmin 45 manatı o öz ehtiyyaclarına xərcləmişdir. Daxil olduğu və oradan oğurluq etdiyi sex, bibisinin yaşadığı evinin yaxınlığında yerləşir. O da 01 may 2023-cü il tarixdə, səhər saat 09 radələrində bibisi gilə getmək istəyən zaman yenə də həmin sexin qarşısından keçəndə həmin sexin sahibi onu saxlayıb ona bildirmişdir ki, sexidən oğurluğu o, etmişdir. Həmin şəxs ona demişdir ki, kameradan o, sexə daxil olanda onu görmüşdür və onun əynində olan göy rəngli idman ayaqqabılarından onu tanışmışdır. O, həmin şəxsə etiraf edib demişdir ki, oğurluğu o törətmişdir və sexdən həmin şəxsin əşyalarını əşyalarını o, oğurlamışdır, həmin şəxs də onu 13-cü polis bölməsinə gətirib təhvil vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 25 ildir ki, mebel sexində usta işləyir. 28 aprel 2023-cü il tarixdə, saat 18 radələrində o mebel sexini bağlayıb evinə getmiş, 29 aprel 2023-cü il tarixdə, səhər saat 09 radələrində o, sexə gəlib sexi açanda görmüşdür ki, sexdə saxlanılan ona məxsus olan 1 ədəd qara rəngli çanta, 1 ədəd laqonda, 2 ədəd elektrik drel, bir ədəd lobzik və 10 ədəd latun metaldan olan qapı petlələri oğurlanmışdır. Sexin giriş qapsı bağlı olmuşdur, qapının üzərində kənar müdaxilə izləri görməmişdir. Həmin hadisə ilə bağlı o, ilkin olaraq polis orqanına müraciət etməmiş, sexlə üzbəüz quraşdırılan qonşuya məxsus olan kameraya baxış keçirmişdir. Həmin kamera tərəfindən alınmış videogörüntüdə o, görmüşdür ki, 29 aprel 2023-cü il tarixdə, saat 06 radələrində bir nəfər cavan oğlan Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsində sexinin qarşısında gəzişir. Həmin şəxs arıq bədən quruluşlu, boyu təxminən 160 santimetr təxminən 30 yaşlı olmuşdur. Həmin şəxsin əynində göy rəngli papaq, qara rəngli cins, qara rəngli qolsuz gödəkcə, göy rəngli altı ağ olan idman ayaqqabısı olmuşdur. Seximin divarla damın arasında iki daş məsafədə boşluq yeri var. Həmin şəxs küçə tərəfdən sexin divarından dırmaşıb sexinə daxil olmuş, təxminən 50 dəqiqədən sonra həmin şəxs sexdən həmin üsulla çıxıb əlində içi dolu qara rəngli çantamla birlikdə oradan uzaqlaşmışdır. Həmin şəxs sexə tək daxil olmuş və oğurluq cinayətini tək törətmişdir. Həmin şəxsi müəyyən etmək məqsədi ilə o, 30 aprel 2023-cü il tarixdə, səhər saat 06 radələrində sexin qarşısına gəlmişdir ki, birdən təsadüfən orada həmin şəxsi görə bilər ki, onu tutub polisə təhvil versin. 30 aprel 2023-cü il tarixdə bir neçə saat sexin qarşısında dayandığıma baxmayaraq həmin şəxsi orada görməmişdir. 01 may 2023-cü il tarixdə o, yenə də səhər saat 06 radələrində sexə gəlib küçə tərəfdə dayanmışdır. Saat 08 radələrində o, Yavər Əliyev küçəsində sexinin qarşısında olduğu zamanı 29 aprel 2023-cü il tarixdə, saat 06 radələrində sexindən oğurluq edən şəxsi görmüş, həmin şəxs həmin geyimdə olmuşdur. Həmin şəxsi o, saxlayıb sexə dəvət etmiş və ondan oğurluq barədə soruşmuşdur. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmiş və etiraf etmişdir ki, 29 aprel 2023-cü il tarixdə, səhər saat 06 radələrində onun sexinə daxil olmuş və oradan ona məxsus olan əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs ona həmin oğurluq cinayətinin törətdiyini etiraf edəndə o DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə sexinə 13-cü polis bölməsinin əməkdaşları gələrək hadisəni sənədləşdirməyə başlamışlar. Onun sexindən Təqsirləndirilən şəxs 20 manat dəyərində 1 ədəd qara rəngli çantanı, 60 manat dəyərində bir ədəd laqondanı, 40 manat dəyərində bir ədəd lobziki, hər biri 100 manat olan cəmi 200 manat dəyərində 2 ədəd dreli, hər biri 8 manat olan cəmi 10 ədəd 80 manat dəyərində latun metaldan olan qapı petlələrini oğurlamışdır. Oğurluq nəticəsində ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Şahid Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid həmin ifadəsində bildirmişdir ki, Sabunçu rayonu ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus olan mebel sexi onun xidmət etdiyi ərazidə yerləşir. 01 may 2023cü il tarixdə,səhər saat 08 radələrində işlədiyi 13-cü polis bölməsində xidmətdə olduğu zaman DİN-nin 102 xidmətindən oğurluq hadisəsinin baş verilməsi barədə məlumat daxil olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs 102 xidmətinə məlumat verərək bildirmişdir ki, həyətindən oğurluq edən şəxsi yaxaladığına görə xahiş etmişdir ki, hadisə yerinə polis əməkdaşları gəlsinlər. Baş vermiş oğurluq hadisəsi xidmət etdiyi inzibati ərazidə olduğuna görə o, bölmənin digər əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Zərərçəkmiş şəxs işlətdiyi Sabunçu rayonu, ünvan 5 ünvanda yerləşən sexinin qarşısına gələndə o, görmüşdür ki, sexi işlədən Zərərçəkmiş şəxs bir nəfər təxminən 25 yaşlı şəxsi saxlayıb onlara bildirmişdir ki həmin şəxs 29 aprel 2023-cü il tarixdə, səhər saat 06 radələrində sexinə daxil olub oradan ona məxsus olan əşyaları oğurlamışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və 29 aprel 2023-cü il tarixdə, səhər saat 06 radələrində Zərərçəkmiş şəxs sexinə daxil olduğunu və oradan oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra Vüsal və Müşviq 13-cü polis bölməsinə dəvət olunmuşlar və orada Müşviq oğurluq barədə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sexə daxil olanda orada dən bir ədəd qara rəngli çantanı tapıb həmin çantaya bir ədəd laqonda, 2 ədəd drel, bir ədəd lobzik, 10 ədəd qapı petlələrini qoymuş, sonra isə sexi tərk edib oradan getmiş, oğurladığı əşyaları Hava Limanı yolunda tanımadığı şəxslərə siqanlara 45 manata satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 01 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən sexdir (i.v. 4-7). “Videoyazıya baxış keçirilməsi haqqında” 03 may 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 2 ədəd video fayl var. «VİD-20230501-WA0003» və «WhatsApp Video 2023-05-02 at 11.13.17» adlı fayla baxdıqda müəyyən olunur ki, «WhatsApp Video 2023-05-02 at 11.13.17» faylda 1 dəqiqə 08 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs küçə ilə piyada gəzərkən hasarın üstünə dırmaşıb həyətə daxil olur. Təqsirləndirilən şəxs həyətə (sexə) daxil olma tarixi diskdə 29.04.23-cü il saat 06.06-da qeydə alınır. «VİD- 20230501-WA0003» faylda 00.26 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs həyətdən hasardan tullanma yolu ilə çıxır və əlində bir ədəd içi dolu çanta ilə və əşyalarla oradan uzaqlaşır. Təqsirləndirilən şəxs həyətdən ( sexdən ) çıxma tarixi diskdə 29.04.23-cü il saat 06.55-də qeydə alınmışdır (i.v.52). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspert rəyi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə, saat 19:30-da tutulmuşdur (i.v.33). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.67-68). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.69-70). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmünə əsasən AR CMnin 177.1-ci maddəsinə əsasən təqsirli bilinərək AR CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmünə əsasən 177.2.2., 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 mart 2023-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 23 mart 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (i.v.75-77). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.83-84). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (AR CMnin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, iş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar