Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-97/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi 07 saylı vəkili bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1965-ci il tarixdə Naxçıan Muxtar Respublikasının, Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtarov küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 aprel 2022-ci il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs icarədə işlətdiyi Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının kilidini istintaqa məlum olmayan dəmir parçası ilə sındırmaqla qanunsuz olaraq daxil olub oradan bir qutusunun qiyməti 4 manat olan 90 qutu 360 manat dəyərində «Sobranie» siqaretini, bir qutusunun qiyməti 3 manat 70 qəpik olan 65 qutu 240 manat 50 qəpik dəyərində «Kent» siqaretini, 110 qutu 407 manat dəyərində «Davidoff» siqaretini, bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 70 qutu 252 manat dəyərində «Winston» siqaretini, 60 qutu 180 manat dəyərində «LD» siqaretini, bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 50 qutu 135 manat dəyərində «Vinchester» siqaretini, bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 20 qutu 50 manat dəyərində «West» siqaretini, bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 30 qutu 69 manat dəyərində «Kingston» siqaretini, bir qutusunun qiyməti 2 manat 10 qəpik olan 60 qutu 126 manat dəyərində «Magna» siqaretini, 30 qutu 63 manat dəyərində «Want» siqaretini, 30 qutu 63 manat dəyərində «Vicheroy» siqaretini, 15 qutu 31 manat 50 qəpik dəyərində «Prima» siqaretini, 50 qutu 105 manat «Keno» siqaretini, bir qutusunun qiyməti 2 manat olan 30 qutu 60 manat dəyərində «Argo» siqaretini, ümumi dəyəri 70 manat təşkil edən müxtəlif nominalda qəpik sikkələri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 2.212 manat ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəllsinin 177.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunaraq 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Ona elan edilmiş ittihamla razı deyildir. Belə ki o, hadisə törədilən zaman Bakıxanov qəsəbəsində olmamış və onun tərəfindən heç bir oğurluq əməli törətməməişdir. Ümumiyyətlə ibtidai istintaqla razılaşmamışdır. O heç bir əməl törətməmişdir. Mağazanın ünvanını heç tanımır. Sonuncu dəfə Bakıxanov qəsəbəsində 2006-cı ildə olmuşdur. O heç bir siqaret götürməmiş, satmamışdır. Ondan heç bir maddi sübut aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı polis əməkdaşları ona təzyiq göstrmişlər. Heç bir qapı sındırmamış, heç yerə daxil olmamışdır. Heç bir əməl törətməmiş, onun günahı yoxdur. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunaraq 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 2006-cı ildən azadlıqda narkotik vasitələrdən arabir istifadə edir. Son zamanlar isə təxminən iki-üç il əvvəl azadlıqda olduğu zaman «şüşə» kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Hazırda da azadlıqda olduğu müddətdə arabir psixotrop maddə metamfetamindən istifadə etmişdir. Heç bir yerdə işləmədiyinə görə özünün maddi tələbatını ödəmək çətin olmuşdur. 18 aprel 2022-ci il tarixdə, saat 02:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin yanı ilə gedərkən «Şəhriyar» şadlıq sarayının yanında olan 5 mərtəbəli binanın altında olan ərzaq mağazasının videomüşahidə kameralarının olmaması diqqətini cəlb etmişdir. Qərara gəlmişdir ki, həmin mağazadan siqaretlər oğurlayıb sataraq pul əldə etsin. Bundan sonra mağazanın giriş qapısının dəmir barmaqlıqları olduğu üçün özündə olan dəmir parçası ilə həmin barmaqlıqların kilidini sındırıb daha sonra həmin dəmir parçası ilə mağazanın plastik materialdan olan qapısının kilidini sındıraraq açıb içəri daxil olmuş və içəridə rəflərə yığılmış «Winston», «Kent», «Davidoff», «Sobranie», «Magna», «Vinchester», «LD», «Want», «Vicheroy», «Prima», «Keno», «West», «Kingston», «Argo» siqaretlərindən dəqiq xatırlamadığı sayda özü ilə gətirdiyi torbalara yığaraq götürüb mağazadan çıxmışdır. Həmin gecəni küçədə keçirib, səhər açıldıqdan sonra Sabunçu qəsəbəsində yerləşən bazara getmiş və oğurladığı siqnaretlərin bir qismini orada tanımadığı müxtəlif şəxslərə sataraq ümumilikdə təxminən 500-600 manat pul əldə etmişdir. Əldə etdiyi pulları da öz ehtiyaclarına xərcləmişdir. Siqaretlərin bir qismini isə özündə saxlayıb istifadə etmişdir. Oğurluq hadisəsini tək etmiş, siqaretlərin satılmasında da ona heç kim köməklik etməmiş, əldə etdiyi pulları da yalnız özünün ehtiyaclarına xərcləmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyul ayından ünvan 3 ünvanda yerləşən «Ziya» market ərzaq mağazasını icarəyə götürüb işlədir. Həmin mağazada tütün məmulatları satılır. 17 aprel 2022-ci il tarixdə, saat 22:30 radələrində mağazanı bağlayıb evinə getmiş və səhərisi gün, yəni, 18 aprel 2022-ci il tarixdə, saat 08:20 radələrində mağazaya gələrkən giriş qapısının dəmir barmaqlıqlarının mağazanın plastik qapısının asılqanlı qıfıllarının sındırıldığını görmüşdür. İçəri daxil olduqda rəflərə yığılmış bir qutusunun qiyməti 4 manat olan 90 qutu 360 manat dəyərində «Sobranie» siqaretinin, bir qutusunun qiyməti 3 manat 70 qəpik olan 65 qutu 240 manat 50 qəpik dəyərində «Kent» siqaretinin, 110 qutu 407 manat dəyərində «Davidoff» siqaretinin, bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 70 qutu 252 manat dəyərində «Winston» siqaretinin, 60 qutu 180 manat dəyərində «LD» siqaretinin, bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 50 qutu 135 manat dəyərində «Vinchester» siqaretinin, bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 20 qutu 50 manat dəyərində «West» siqaretinin, bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 30 qutu 69 manat dəyərində «Kingston» siqaretinin, bir qutusunun qiyməti 2 manat 10 qəpik olan 60 qutu 126 manat dəyərində «Magna» siqaretinin, 30 qutu 63 manat dəyərində «Want» siqaretinin, 30 qutu 63 manat dəyərində «Vicheroy» siqaretinin, 15 qutu 31 manat 50 qəpik dəyərində «Prima» siqaretinin, 50 qutu 105 manat «Keno» siqaretinin, bir qutusunun qiyməti 2 manat olan 30 qutu 60 manat dəyərində «Argo» siqaretinin, ümumi dəyəri 70 manat təşkil edən müxtəlif nominalda qəpik sikkələrin oğurlandığını aşkar etmişdir. Hal-hazırda ona dəymiş ziyanı tələb edir. Verilmiş suallara cavab olaraq o əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış. Onunla heç bir əlaqəsi olmamış, ümumiyyətlə onu görməmişdir. Mağazadan kimin oğurluq etməsini görməmiş. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı görmüşdür. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən doldurulmuş tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)171/20202 saylı, 08 iyun 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə 08 noyabr 2021-ci il tarixli Milli Məcləsinin Amnistiya Qərarının 4cü bəndinə əsasən cəza 06 ay azaldılmış, 26 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin materialları arasında olan qərarlardan, protokollardan görünür ki, fakt üzrə 30 aprel 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov kuçəsi 2 ünvanda «Ziya» marketinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (səh., 09). Zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 aprel 2022-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (səh., 19). 01 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında prokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh., 47.) 02 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (səh., 63). İfadənin yerində yoxlanılması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (səh., 60); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)353/2022 saylı, 02 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 may 2022-ci il tarixdən hesablanmaqla 02 ay, 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 85). Sübutların qiymətləndirilməsi haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin tərkibi olmadığından qeyd olunan xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcud deyildir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlardır, onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna verilmiş ittiham ondan ötrü ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 aprel 2022-ci il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs icarədə işlətdiyi Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının kilidini istintaqa məlum olmayan dəmir parçası ilə sındırmaqla qanunsuz olaraq daxil olub oradan bir qutusunun qiyməti 4 manat olan 90 qutu 360 manat dəyərində «Sobranie» siqaretini, bir qutusunun qiyməti 3 manat 70 qəpik olan 65 qutu 240 manat 50 qəpik dəyərində «Kent» siqaretini, 110 qutu 407 manat dəyərində «Davidoff» siqaretini, bir qutusunun qiyməti 3 manat 60 qəpik olan 70 qutu 252 manat dəyərində «Winston» siqaretini, 60 qutu 180 manat dəyərində «LD» siqaretini, bir qutusunun qiyməti 2 manat 70 qəpik olan 50 qutu 135 manat dəyərində «Vinchester» siqaretini, bir qutusunun qiyməti 2 manat 50 qəpik olan 20 qutu 50 manat dəyərində «West» siqaretini, bir qutusunun qiyməti 2 manat 30 qəpik olan 30 qutu 69 manat dəyərində «Kingston» siqaretini, bir qutusunun qiyməti 2 manat 10 qəpik olan 60 qutu 126 manat dəyərində «Magna» siqaretini, 30 qutu 63 manat dəyərində «Want» siqaretini, 30 qutu 63 manat dəyərində «Vicheroy» siqaretini, 15 qutu 31 manat 50 qəpik dəyərində «Prima» siqaretini, 50 qutu 105 manat «Keno» siqaretini, bir qutusunun qiyməti 2 manat olan 30 qutu 60 manat dəyərində «Argo» siqaretini, ümumi dəyəri 70 manat təşkil edən müxtəlif nominalda qəpik sikkələri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 2.212 manat ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübutu kimi hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokollara, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərərçəkmiş şəxsin ifadəsinə istinad olunmuşdur. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin həmin sübutla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, Belə ki o, hadisə törədilən zaman Bakıxanov qəsəbəsində olmamış və onun tərəfindən heç bir oğurluq əməli törətməməişdir. Ümumiyyətlə ibtidai istintaqla razılaşmamışdır. O heç bir əməl törətməmişdir. Mağazanın ünvanını heç tanımır. Sonuncu dəfə Bakıxanov qəsəbəsində 2006-cı ildə olmuşdur. O heç bir siqaret götürməmiş, satmamışdır. Ondan heç bir maddi sübut aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı polis əməkdaşları ona təzyiq göstərmişlər. Onda qıfılın sındırılması üçün heç bir dəmir parçası olmamışdır. Heç bir əməl törətməmiş, onun günahı yoxdur. İbtidai istintaq dövründə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, 2006cı ildən azadlıqda narkotik vasitələrdən arabir istifadə edir. Son zamanlar isə təxminən ikiüç il əvvəl azadlıqda olduğu zaman «şüşə» kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Hazırda da azadlıqda olduğu müddətdə arabir psixotrop maddə metamfetamindən istifadə etmişdir. Heç bir yerdə işləmədiyinə görə özünün maddi tələbatını ödəmək çətin olmuşdur. 18 aprel 2022-ci il tarixdə, saat 02:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin yanı ilə gedərkən «Şəhriyar» şadlıq sarayının yanında olan 5 mərtəbəli binanın altında olan ərzaq mağazasının videomüşahidə kameralarının olmaması diqqətini cəlb etmişdir. Qərara gəlmişdir ki, həmin mağazadan siqaretlər oğurlayıb sataraq pul əldə etsin. Bundan sonra mağazanın giriş qapısının dəmir barmaqlıqları olduğu üçün özündə olan dəmir parçası ilə həmin barmaqlıqların kilidini sındırıb daha sonra həmin dəmir parçası ilə mağazanın plastik materialdan olan qapısının kilidini sındıraraq açıb içəri daxil olmuş və içəridə rəflərə yığılmış «Winston», «Kent», «Davidoff», «Sobranie», «Magna», «Vinchester», «LD», «Want», «Vicheroy», «Prima», «Keno», «West», «Kingston», «Argo» siqaretlərindən dəqiq xatırlamadığı sayda özü ilə gətirdiyi torbalara yığaraq götürüb mağazadan çıxmışdır. Həmin gecəni küçədə keçirib, səhər açıldıqdan sonra Sabunçu qəsəbəsində yerləşən bazara getmiş və oğurladığı siqnaretlərin bir qismini orada tanımadığı müxtəlif şəxslərə sataraq ümumilikdə təxminən 500-600 manat pul əldə etmişdir. Əldə etdiyi pulları da öz ehtiyyaclarına xərcləmişdir. Siqaretlərin bir qismini isə özündə saxlayıb istifadə etmişdir. Oğurluq hadisəsini tək etmiş, siqaretlərin satılmasında da ona heç kim köməklik etməmiş, əldə etdiyi pulları da yalnız özünün ehtiyaclarına xərcləmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğurladığı siqaretlərdən heç bir qutusu (hətta boş qutu) ondan aşkar olunmamış, siqaretlərin satdığı şəxslərin əhatə dairəsi müəyyənləşməmiş, satışdan əldə etdiyi pulun xərcləmə yeri müəyyən edilməmişdir. Bundan başqa oğurluq edən zaman onu şəxs görməmiş, zərərçəkmiş şəxs isə onu əvvəllər tanımamış, onun haqqında heç bir məlumatı olmamışdır. İstintaq orqanı da təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi qiymətləndirərək oğurluq hadisəsinin sırf onun tərəfindən törədilməsini ehtimal etmiş və başqa sübutlar toplamağı lazım bilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Məhkəmə hökmü haqqında 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla (nəzərə alınsa ki, iş materiallarına bundan savayı bir dənə də olsun mötəbər sübut əlavə edilməmişdir) müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi olmuşdur. Halbuki, Zərərçəkmiş şəxs oğlunun ifadəsindən görünür ki, o ifadəsində əmlakının oğurlanması faktını göstərərək təsdiq etsə də, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görməmişdir. Məlum məsələdir ki, oğurluq əmlakın gizli talanmasından ibarət olan əməli özündə ehtiva etdiyindən zərərçəkmiş şəxsin cinayəti törətmiş şəxsi görməməsi tam məntiqli və realdır. Belə olan halda, konkret şəxs tərəfindən həmin cinayətin törədilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar iş materiallarına əlavə edilməli və oğurluğun məhz həmin şəxs tərəfindən törədilməsi şübhə doğurmamalıdır. Bu həm təqsirləndirilən şəxsin, həm də əmlakından məhrum edilmiş zərərçəkmiş şəxsin mənafeyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına oğurluq hadisəsi barədə məlumat verməsinin məqsədi kiminsə həmin cinayətdə təqsirli bilinməsi deyil, məhz onun əmlakını talamış şəxsin layiqli cəzaya məruz qalmasıdır. Məhkəmə yenə də qeyd edir ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs ona məxsus əmlakın oğurlanması ilə bağlı polis orqanına müracət etdiyini təsdiq etsə də, oğurluğun kim tərəfindən törədildiyini bilmədiyini, İntiqamı ifadənin yerində yoxlanılması zamanı mağazada əli ilə göstərməsinə görə şübhələndiyini bildirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadə sadəcə ona məxsus əmlakın oğurlanması faktını təsdiq etməklə ifadədə göstərilmiş bir xüsusat belə oğurluğun məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan verməmişdir. Belə olan halda zərərçəkmiş şəxsin ifadəsini əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edən fakt kimi qəbul edilmsi yolverilməzdir. İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, məhkəmə təqsirləndirilən şəxsin istintaq dövründə verdiyi ifadəsini inandırıcı hesab etmir, belə olan halda yuxarıda adıçəkilən protokolun sübut kimi qəbul edilməsi qeyri-mümkündür. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş «Hadisə yerinə baxış» protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəddir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bununla yanaşı, hadisə yerinə baxış keçirilməsi ilə bağlı məhkəmənin diqqətini çəkən məqam ondan ibarətdir ki, «Hadisə yerinə baxış keçirilməsi haqqında» 01 may 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmişdir. Bundan başqa dəmir barmaqlığın kilidinini dəmir parçası ilə sındırıldığı göstərilsədə, dəmir parçasının haradan tapılıdığı, hara atıldığı barədə heç bir araşdırma aparılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş oğurluq cinayətini törətməsi sübuta yetirilməmiş, ona zərərçəkmiş şəxsin və məhkəmə iclasında təkzib olunmuş təqsirləndirilən şəxsin ifadələrinə əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokolların və təqsirəndirilən şəxsin etirafedici ifadəsinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs icarədə işlətdiyi Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının kilidini istintaqa məlum olmayan dəmir parçası ilə sındırmaqla qanunsuz olaraq daxil olub oradan 2.212 manat ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapmamışdır. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin birbirindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»in 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X2 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı «Bratyakin Rusiyaya qarşı» iş üzrə 09 mart 2006, «Fadin Rusiyaya qarşı» iş üzrə 27 iyul 2006, «Lenskaya Rusiyaya qarşı» iş üzrə 29 yanvar 2009, «Radçikov Rusiyaya qarşı» iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Bundan başqa həmin qərarda göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasın ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. X1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması, qətimkan tədbirinin tətəbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilmə qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm edi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. X1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması, qətimkan tədbirinin tətəbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilmə qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-97/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-97/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver