Məhkəmə qərarları › İş №1(008)-97/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-97/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-97/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 14 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, “X16” MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, onun tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizənin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmuşdur. Belə ki, o, 21 fevral 2012-ci il tarixdə “X16” MMC-ni yaradaraq direktor vəzifəsinə təyin edilməklə "Bütün bu sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyasının tələblərinə əsaslanaraq müəssisəni ixtisaslı kadrlarla təmin etməli, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaratmalı olmasına baxmayaraq texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin, o cümlədən də Zərərçəkmiş şəxs qaynaqçı kimi işlərə cəlb edilməsinə şərait yaratmaqla, qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarəti həyata keçirməyib, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”-nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələblərini pozmuş və nəticədə onun göstərişi ilə Zərərçəkmiş şəxs tərəfindən 02 iyun 2023-cü il tarixdə saat 15 radələrində MMC-nin ünvan 2 ünvanında yerləşən sexində həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan üstlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülən zaman partlayış baş vermiş və onun ehtiyatsızlığından sonuncu baş beyin əzilməsi və alın, sağ gicgah, əsas hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almış, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavadeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun əsas işi ofisdədir. Onun hadisəyə qədər əmək müqaviləsi olmayan işçilərdən məlumatı olmamışdır. İşi sahə rəisinə tapşırmış, sexdəki işlərlə o maraqlanmışdır. Onun əsas işi təşkilatçılıq və idarəçilik olmuşdur, istehsalat hissəsi onun işi olmamışdır. İndiyə qədər heç bir qanunsuz işlə məşğul olmamışdır. O, öz vəzifələrini tam yerinə yetirmişdir. İşçilər sonradan ona hadisə barədə məlumat vermişlər, ondan kömək etməyini istəmişlər, hadisənin onun direktoru olduğu müəssisədə baş verməsini nəzərə alıb zərərçəkmiş şəxsin müalicəsi üçün 20000 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sifarişlər qəbul edilib hazırlandıqdan sonra kim ki sifariş etmişdir ona məlumat vermişlər, çənləri gəlib götürmüşlər. O arada bir sifarişlər hazır olanda 2-3 dəqiqəlik sexə gəlmiş, hazır çənlərə baxıb getmişdir. Təhlükəsizlik məsələsini əmrlə sahə rəisinə həvalə etmişdir, sahə rəisi nəzarət etmişdir. Hadisə günü Nailin anası rəhmətə getdiyindən işdə olmamış, Əyyub da icazə alıb yas mərasiminə getmək üçün Gədəbəyə getmişdir, sexdə kiminsə olmağından məlumatsız olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda hadisə ilə bağlı heç nə xatırlamır, axırıncı dəfə Litvada işləməyini xatırlayır, müalicələri davam edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, əvvəllər ailəli olsa da, sonradan rəsmi qaydada boşanmış, hazırda 1 az yaşlı övladı var. Xatırladığı qədəri ilə 61 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Hazırda həqiqi hərbi xidmətə başladığı tarixi unutsa da, N saylı hərbi hissədə xidmət etdiyini xatırlamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra isə atasının yanında X13ynaqçı olaraq fəaliyyət göstərmiş, sonradan isə həmin zavoddan çıxıb Latviya Respublikasına qaynaqçı kimi fəaliyyət göstərmək üçün getmişdir. Latviyada hansı müddət yaşadığını və oradan hansı tarixdə qayıtdığını isə xatırlamır. Latviyadan qayıtdıqdan sonra hazırkı tarixədək hər hansı bir yerdə işləməmişdir. O, həmçinin üzündə və baş nahiyəsində olan xəsarətləri hansı şəraitdə aldığını xatırlamamış, Şahid2, X9 və Təqsirləndirilən şəxs adlı şəxsləri tanımamış, aralarında hər hansı bir münasibət olmamışdır. Şahid1 isə əvvəllər X18 birlikdə işlədiyi qaynaqçı kimi tanımışdır. Onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Bundan başqa, heç vaxt “X16” MMC adlı şirkətdə fəaliyyət göstərməmiş, əvvəllər yalnız X18, sonra isə Latviyanın adını hazırda xatırlamadığı şəhərində qaynaqçı olaraq fəaliyyət göstərmiş, oradan qayıtdıqdan sonra isə heç bir yerdə işləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, hazırda Gəmiqayırma Zavodunda usta qaynaqçı kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs Cahid oğlu onun oğludur. Zaur həqiqi hərbi xidmətdən geri qayıtdıqdan sonra bir müddət sonra oğlunun hər hansı bir sənətlə məşğul ola bilmədiyini görüb, özünün də məşğul olduğu qaynaqçı sənətinin sirlərini izah edib, sənət sahibi olmasını istəmişdir. Bir müddət bu sahədə oğluna köməklik edib, qaynaqçının gördüyü işlər barəsində demək olar ki, dərs keçmişdir. Hətta Zaur təxminən 6-7 il ərzində onun da fəaliyyət göstərdiyi Bakı Gəmiqayırma Zavodunda qaynaqçı olaraq işləmişdir, təxminən hadisədən 5 ay əvvəl, əvvəllər bir yerdə qaynaqçı kimi fəaliyyət göstərdiyi Əyyub adlı şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək işlədiyi yerdə qaynaqçıya ehtiyac olduğunu, ona görə də bu sahədə köməklik etməyini istəmişdir. O da oğlu Zaurun qaynaqçı kimi fəaliyyət göstərə biləcəyini demişdir. Daha sonra isə bu barədə yenə əvvəllər bir yerdə qaynaqçı kimi işlədiyi Məhəmməd adlı tanışına zəng edib Əyyubun dediyi işlə bağlı məlumat vermişdir, o da onunla razılaşıb həmin yerdə qaynaqçı işləyə biləcəyini demişdir. Həmin gündən sonra Zaur və Məhəmməd Əyyubun dediyi yerdə müxtəlif çənlərin yığılması məqsədi ilə bir sıra qaynaq işləri görməyə başlamışdır. Həmin iş daimi olmasa da, Məhəmməd və Zaur müxtəlif sifarişlər alındıqda gedib qaynaq işi görmüşdürlər. Zaurun ona verdiyi məlumata əsasən sexdə yanacaq çənləri hazırlanmışdır. 02 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində Məhəmməd istifadəsində olan mobil telefon nömrəsinə zəng edib təcili olaraq X19 gəlməyini istəmiş, o Zaurun iş zamanı bir sıra xəsarət aldığını bildirmişdir. O da dərhal həmin xəstəxanaya gəlmiş, xəstəxanada olarkən isə oğlunun vəziyyətinin yaxşı olmadığını görmüş, Məhəmməddən hadisə barədə məlumat aldıqda, məlum olmuşdur ki, Zaur çənlərin birinin içərisində köhnə yağ çəninin üzərinə çıxıb qaynaq işi görən zaman həmin çən partlamış və nəticədə bir sıra xəsarətlər almışdır. Sonradan isə dost tanışının tövsiyyəsi ilə oğlunu həmin xəstəxanadan “Məlhəm Hospital” adlı xəstəxanaya təxliyyə etdirmişdir. Həmin xəstəxanada isə demək olar ki, təxminən 33-34 gün müalicədə olmuşdur. Hazırda isə ev şəraitində müalicələri davam etdirilməkdədir. Ümumilikdə oğlu Zaurun “Məlhəm” adlı xəstəxanada olan müalicələrinə 40.000 manat məbləğində xərci çıxmışdır. Həmin xərcin isə 18.500 manatını Zaurun işlədiyi MMC-nin rəhbərliyi qarşılamış, sonradan isə rəhbərlik tərəfindən hər hansı bir köməklik edilməmişdir. Hazırda isə Zaurun ev şəraitində müalicələri davam etdiyi üçün əlavə xərclər yaranmaqdadır. Zaur “X16” MMC-də qeyri-rəsmi olaraq, yəni əmək müqaviləsi olmadan fəaliyyət göstərmiş, lakin, buna baxmayaraq Zaurun qaynaq işi ilə məşğul olmaq üçün müvafiq sertifikatı da mövcud olmuşdur. “X16” MMC-nin rəhbərliyindən hər hansı bir şəxsi tanımamış, ümumilikdə isə həmin MMC-dən yalnız Əyyubu və Məhəmmədi tanımışdır. Hadisədən sonra isə “X16” MMC-dən xəstəxanaya gələn Füzuli adlı şəxsi tanımışdır. Belə ki, həmin şəxs özünü MMC-nin nümayəndəsi kimi təqdim etmişdir. “X16” MMC-də oğlu əmək haqqını əlbəəl almışdır. Zaurun dediyinə görə gündəlik təxminən 20-25 manat əmək haqqı almışdır. “X20” MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsinin kimə həvalə olunması barədə hər hansı bir məlumatı yoxdur. Onun bildiyinə görə hadisə günü sexdə Zaur və Məhəmməd olmuşdur. Oğlu Zaurun və Şahid2 “X16” MMC-də işləməsi barədə MMC rəhbərliyindən kimlərin məlumatlı olması barədə hər hansı bir söz deyə bilməz. O yalnız Əyyubun məlumatlı olduğunu bilmişdir, çünki Əyyub özü ondan xahiş edib qaynaqçı axtardığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, atasını tanımışdır. Atası ilə uzun müddət birlikdə işləmişdir. Ona özü zəng vurub demişdir ki, oğlu işsizdir. O da bildirmişdir ki, ona işçi lazımdır, əlavə bir nəfər də lazım olacaq. O da Məhəmmədin də işsiz olduğunu demiş, o da Cahidə əlaqə nömrəsini verməsini, Məhəmməd və Zaurun onunla əlaqə saxlamalarını bildirmiş, Məhəmməd ona zəng etmişdir ki, o işsizdir, o da ona Cahidin oğlu ilə birlikdə gəlmələrini bildirmişdir, onlar gəlmiş, danışıb razılaşmışlar. Əmək müqaviləsi bağlamamışlar, qeyri-rəsmi işləmişlər, rəhbərliyin onları işə götürdüyündən xəbəri olmamışdır. Onun özünün əmək müqaviləsi olmuşdur, Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs əmək müqaviləsi olmamışdır, şirkət tərəfindən onun maaş kartına 1400 manat pul köçürülmüşdür. Əmək haqqından əlavə müəssisədən pul da götürmüşdür. İşə götürdüyü işçilərin əmək haqqını aldığı puldan vermişdir. Hazırladıqları bir çən orta hesabla 7-8 gün ərzində hazır olmuşdur. Bir çəni bir nəfərin tək başına hazırlaması mümkün olmadığından o, əlavə işçi götürmüşdür. Onun kimisə işə götürmək səlahiyyəti yoxdur. Şahid4 1 ay idi ki, anasının xəstəliyi ilə əlaqədar işə gəlməmişdir, Nailin anasının “qırx” mərasimi Gədəbəy rayonunda verildiyindən, o, iyun ayının 1-də Gədəbəy rayonunda olmuş, ayın 2-si səhər saatlarında Bakıya yola düşmüşdür. Hadisə günü Şahid4 və o işdə olmamışdır. Hadisə isə ayın 2-si baş vermişdir. Əslində həmin gün iş olmamalı idi. Çənlərin quraşdırma işləri yekunlaşmışdır, Məhəmməd və Zaur qaynaq işlərini tez yekunlaşdırmaq üçün işə çıxmışlar. Təxminən saat 2 radələrində Məhəmməd ona zəng edərək hadisə barədə məlumat vermişdir. O da ona təcili tibbi yardım çağırmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qaynaqçılar özləri işi tez yekunlaşdırmaq üçün həmin gün işə çıxmışlar. Sahə rəisi kimi vəzifəsi işləri təşkil etmək, müvafiq şifahi göstərişlər vermək olmuşdur, sexdə onunla birlikdə 4 nəfər işçi olmuşdur, Məhəmməd və Zaur sexdə mart ayından, yəni 3-4 ay idi ki, işləmişlər. Geyim və digər təhlükəsizlik ləvazimatları ilə tam təchiz olunmuşlar. Hər gün işə başlamazdan əvvəl və ya çay fasiləsində təhlükəsizliklə bağlı şifahi göstərişlər vermişdir. Hadisədən əvvəl müdriyyətin nə vaxt sexə gəldiyi dəqiq yadında deyil. Ümumilikdə hadisə baş verənə qədər 2 dəfə gəlmişdir. Bəzən sexə gəlmiş, bəzən də telefonla əlaqə saxlayaraq iş haqqında məlumat vermişdir. Sexin açarını pəncərəyə qoymuşlar, kim tez gəlirdisə, sexi o açmışdır. Rəhbərlik çox az-az gəlmiş, gələndə isə sexin kənarında hazır çənlərə baxmaq üçün gəlmişdir, hadisə Zaur çəlləyin üzərində olduqda baş vermişdir. Orada hündürlük 2 m 26 sm-dir. Onların ayaqaltı ləvazimatları olmuşdur, onlardan istifadə etmişlər. Çəlləyi ora kimin getirdiyindən xəbəri olmamışdır, yanda başqa sexlərin malları olmuş, oradan gətirib qoymuşlar. O, əmək haqqı alsa da rəhbərliklə razılaşmasına əsasən bir çənin hazır olmasına görə almışdır, həmin məbləği maaşından əlavə bonus şəklində həm kartına yükləməklə həm də əlbəəl almışdır. Hadisədən sonra Zaurun atası ilə görüşmüşdür. X21 atasına Təqsirləndirilən şəxs alıb 18500 manat məbləğində pul vermişdir. 2001-ci ildən bəri səhə rəisi vəzifəsində çalışır. Həmin gün işdə olsa idi belə bir hadisənin baş verməsinə mane olardı. Həmin gün üçün icazəni rəhbərlikdən şifahi formada almışdır. İşçiləri o işə götürüb işlətmişdir. Onların əmək haqqını ona verilən puldan vermişdir. Təqsirləndirilən şəxs sexə bir dəfə daxil olmuş, ondan başqa qalan vaxtlarda sexdən kənarda görüşmüşdür. Çən hazır olandan sonra Təqsirləndirilən şəxs gəlib baxmışdır. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə iclasında ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəlidir, 2 övladı var. Təxminən 2023-cü ilin fevral ayından etibarən “X16” MMC-də rəsmi əsaslarla qaynaq üzrə sahə rəisi olaraq fəaliyyət göstərir. Həmin MMC-ə rəhbərlik Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Şirkətin əsas fəaliyyəti metal-konstruksiya sahəsində bir sıra işlərin görülməsindən ibarətdir. Belə ki, çalışdığı şirkət təxminən 2023-cü ilin mart ayından etibarən "xxxx" MMC ilə rəsmi qaydada bağlanmış icarə müqaviləsinə əsasən ümumilikdə 600 kv.m sahəni əhatə edən “ünvan 3 ünvanında yerləşən qazan-qaynaq sexində fəaliyyət göstərmişdir. Həmin sexdə isə sifariş əsasında həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılmışdır ki, həmin çənlərin təyinatı çirkli neft məhsullarının toplanmasından ibarət olmuşdur. Qeyd edilən sexdə Zərərçəkmiş şəxs, Şahid2, Əli və o olmaqla ümumilikdə 4 nəfər şəxs fəaliyyət göstərmişdir. Həmin şəxslərdən Zərərçəkmiş şəxs, Şahid2 qaynaq işini, Əli və o isə montaj, yəni quraşdırıcı işini həyata keçirmişdir. Hadisənin baş verdiyi, yəni 02 iyun 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, Gədəbəy rayonunda yas mərasimində olmuşdur. Orada olduğu vaxt isə Məhəmməd istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək sexdə partlayış baş verdiyini və Zaurun bir sıra xəsarətlər aldığını bildirmişdir. O isə təcili tibbi yardıma məlumat verməsini btələb etmişdir. Həmin gün Gədəbəy rayonunda qalmışdır, növbəti gün isə Bakı şəhərinə qayıtmışdır. O, rəsmi olaraq həmin MMC-nin sahə rəisi vəzifəsində işləmiş, lakin işlərin çox olması səbəbindən montaj işini də həyata keçirmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, lakin sonuncunun atası Cahidlə əvvəllər Socarda birlikdə fəaliyyət göstərmişdir. Ona görə də, təxminən fevral ayından etibarən atasının da xahişi ilə Zaur işlədiyi sexdə fəaliyyətə başlamışdır. Elə həmin tarixdən etibarən də onu tanımışdır. Şahid2la da əvvəllər birlikdə işləmişdir, lakin aralarında hər hansı əlaqə olmamışdır. Elə 2023-cü ilin fevral ayında Məhəmməd də onunla telefon vasitəsi ilə əlaqə saxlayıb həmin sexdə işləmək istədiyini bildirmişdir, o da sonuncu ilə razılaşmışdır. Şahid3 də Şahid2 vasitəsi ilə tanımışdır. Beləliklə də, hər üç şəxs də birlikdə həmin sexdə fəaliyyət göstərməyə başlamışlar. Fəaliyyət göstərdiyi MMC-də əmək haqqını plastik kart vasitəsi ilə əldə etmişdir. Əmək haqqı ilkin olaraq onun adına olan plastik karta rəhbərlik tərəfindən yerləşdirilmiş, daha sonra o, kartdan məxaric edərək Məhəmmədə, Əliyə və Zaura əlbəəl təqdim etmişdir. Məhəmməd, Əli və Zaura fəaliyyət gsötərdikləri işin həcmi miqdarında əmək haqqı ödəmişdir. Gördükləri işdən asılı olaraq hər dəfəsində bəzən gündəlik 30, 40 və 50 manat civarında, bəzən isə aylıq olaraq əmək haqqı ödəmişdir. Rəhbərlik tərəfindən ümumilikdə istifadəsində olan hesab kartına 1400 manat civarında əmək haqqı ödənilmişdir. “X16” MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsi ona həvalə edilmişdir. “X16” MMC-də gündəlik olaraq işçilərə işə başlamamışdan öncə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə şifahi olaraq izah vermiş, lakin bununla bağlı rəsmi olaraq hər hansı qeydiyyat aparılmamışdır. Sexdə əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirləri tam şəkildə təmin edilmişdir. Hadisədən sonra o Məhəmmədlə danışan zaman sonuncu Zaurun sexdə taxta materialdan quraşdırılmış ayaq altı əvəzinə, içərisində əvvəllər yağ olmuş çəlləkdən istifadə etdiyini dedikdə, o əvvəllər topladığı təcrübəyə əsasən güman etmişdir ki, Zaur çənin üzərində işlədikdən sonra aşağı düşmüş, sonradan elektrod tutacağını (drijatel) ehtiyyatsızlıq edərək çəlləyin üzərinə qoymuş, həmin an çəlləyin qapağı deşilmiş və nəticədə partlayış baş vermişdir. Çünki partlayış zamanı çəlləyin qapağı uçaraq çəndən kənara düşmüşdür. Elə ona görə də Zaurun yalnız baş və üz nahiyəsi xəsarət almışdır. Sonradan isə hadisə yerində quraşdırılmış video müşahidə kameralarına baxdıqda məlum olmuşdur ki, Zaur əvvəlcə həmin çənin üzərinə çıxıb yuxarı ətrafları qaynaq etmiş, sonradan isə çəlləkdən düşərək aşağı ətrafları qaynaq etmiş, həmin vaxt isə partlayış baş vermişdir. İşçilər mütəmadi olaraq xüsusi geyim vasitələrindən yarım boğaz çəkmə, əlçək, kombinzon və qaynaq maskası ilə təmin olunmuş, hər dəfə tərəfindən şifahi olaraq bu vasitələrdən əmək funksiyasının yerinə yetirilməsi zamanı istifadənin zəruriliyi barədə məlumat verilmiş, lakin bununla bağlı hər hansı jurnalda və qeydiyyat kitabçasında qeydlər aparılmamışdır. Belə ki, qeyd edilən sexdə ümumilikdə bütün qaynaq və montaj işləri ona həvalə edilmiş, lakin orada olan işlərin çoxluğu ilə əlaqədar o, özünə kömək məqsədi ilə Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 özlərinin də razılığı ilə həmin sexə işləməyə cəlb etmişdir. Hadisədən sonra isə Şahid3 və Şahid2 “X16” MMC-də rəsmi olaraq fəaliyyət göstərməyə başlamış, yəni onlarla əmək müqaviləsi bağlanmışdır. Füzuli Məmmədov “X16” MMC-də istehsalat koordinatoru olaraq fəaliyyət göstərmiş, “X16” MMC-də Zərərçəkmiş şəxs, Şahid2 və Əli adlı şəxslərin qeyri rəsmi olaraq fəaliyyət göstərməsindən rəhbərliyin, yəni Füzuli Məmmədovun məlumatı olmuş, çünki o, ara-sıra sexə gəlib-getmiş, xüsusi geyim vasitələrini və çənlərin hazırlanmasında istifadə olunan materialları sexə o, təmin etmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs orada olmuş, həmin şəxsləri ona kömək edilməsi məqsədi ilə işə cəlb etdiyini demişdir. Bundan başqa həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olduğunu bildirmişdir. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işini həyata keçirməyi ona “X16” MMCnin direktoru Təqsirləndirilən şəxs, o isə öz növbəsində Zərərçəkmiş şəxs, Şahid3 və Şahid2 tapşırmışdır, özü də onlarla birlikdə həmin işin görülməsində iştirak etmişdir. 02 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çənin içərisində özünə aid olan hissədə ayağının altına təxmini hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ çəni və ondan başqa da olan yağ çəni həmin sexin inventarları içərisində olmuşdur. Belə ki, həmin sex iki hissəyə bölünmüşdür. Sexin yarı hissəsində qaynaq işləri aparılmış, digər hissədə isə inventarlar yığılmışdır. Qeyd edilən çənlər inventarlar olan sahədə yığılmışdır. Zaur, Məhəmməd və Şahid3 hər dəfə qaynaq edən zaman həmin çəndən istifadə etməmış, çünki sexdə qaynaq işi görülən zaman istifadə üçün nəzərdə tutulmuş ayaqaltılar mövcud olmuşdur. O, əvvəllər bir neçə dəfə istər Şahid2, istər Zaur Babyevə, istərsə də Şahid3 həmin çənlərdən ayaqaltı kimi istifadə etdiyinə görə öz iradlarını bildirmişdir. Hətta bir dəfə həmin çənlərdən istifadə etdiklərini görüb çəni ərazidən uzaqlaşdırmışdır. Görünür hadisə baş verən günü də yenə səhlənkarlıq edərək həmin boçqadan istifadə etmişlər. Həmin vaxt işdə olmadığı üçün məlumatı olmamışdır. O, “X16” MMC tərəfindən ona verilən aylıq əmək haqqını təsdiq edən “Accesbannk”dan əldə edilmiş çıxarışı istintaqa təqdim etmişdir. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.25 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi 1 çənin yığılmasını 4 nəfər təxminən 1 həftə müddətində yekunlaşdıra bilmişdir. Bundan başqa o, 1 nəfərin heç bir köməkliyi olmadan həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çən yığılması işini həyata keçirə bilmədiyini, “X16” MMC-də fəaliyyətə başladığı 27 fevral 2023cü il tarixdən hadisənin baş verdiyi günə qədər ümumilikdə 4 ədəd 40 tonluq çən yığılıb istifadəyə verildiyini, hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixdə “X16” MMC-də 40 tonluq çənlərdən 5-cisinin yığıldığını, “X16” MMC-də fəaliyyətə başladığı 27 fevral 2023-cü il tarixdən sonra sexdə bir sıra hazırlıq işləri görüldüyü, ilk çən isə 2023-cü ilin mart ayından etibarən yığılmağa başlandığını, belə ki, əvvəlcə çənin yığılmasında ilkin işləri tək başına görməyə başladığını, sonradan tək işləməyin mümkün olmadığını görüb Zərərçəkmiş şəxs, Şahid2 və Əli Mehralıyev adlı şəxslərin Təqsirləndirilən şəxs da razılığı ilə işlərin görülməsinə cəlb etdiyini bildirmişdir. 2023-cü ilin mart ayında 2 çən, aprel ayında 2 çən yığılıb istifadəyə verilmiş, may ayında isə növbəti 2 çəni yığmağa başlamış, lakin məlum hadisə baş verdiyi üçün həmin çənlərin yığılması may və iyun ayı ərzində baş tutmamışdır. “X16” MMC-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev, eləcə də o, iş yerinə yığılmalı çən olduqda gündəlik olaraq gəlmiş, çən yığıldıqdan sonra yeni sifariş alana qədər sexdə fəaliyyət dayanmışdır. Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev adlı şəxslər işə yeni başladıqları mart ayı ərzində onlara gündəlik olaraq gördükləri iş müqabilində ayrıayrılıqlda 50 manat, yəni ümumilikdə hər birinə 350 manat pul vəsaiti vermiş, sonradan isə hadisənin baş verdiyi günə qədər hər birinə 600-700 manat məbləğində pul vəsaiti verməyə başlamışdır. Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev adlı şəxslərə verilən əmək haqqı tək onun əmək haqqı kartına deyil, Şahid5 və Şahid4 də əmək haqqı kartlarına köçürülmüş, sonradan həm o, həm Şahid4, həm də Şahid5 birlikdə həmin pul vəsaitlərini çıxarıb adları çəkilən şəxslərin əmək haqqını ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Cahidi uzun müddətdir ki, tanıyır. Cahid ona demişdir ki, Əyyuba işçi lazımdır, onun oğlu da orada işləməyə gedəcəkdir. O, Şahid1 çox əvvəldən tanımışdır. Şahid1 nömrəsini ona vermiş, o da onunla əlaqə saxlamışdır. Zaurla birlikdə sexə işləməyə getmişlər. Onunla əmək müqaviləsi bağlanmamışdır. Hadisə gününə kimi 4 ay olardı ki, orada işləmişlər. Bu müddət ərzində Təqsirləndirilən şəxs sexə gəlib işlə tanış olmasını xatırlamır. O, Təqsirləndirilən şəxs əmək müqaviləsi bağlandıqdan sonra tanımışdır. Hadisə günü o, Zaurla birlikdə işləmişdir. Yalnız qaynaq işi qalmışdır. Həmin gün Zaurun da, onun da başqa işləri olmuşdur, ona görə də razılaşmışlar ki, tez gedək işə. Zaurun maşını ilə bağlı sığorta ilə işi olmuşdur. Çəllək zavodun məhsulu olmuş, ayaqaltı kimi istifadə etmişlər. Şahid1 dəfələrlə onun təhlükəli olması barədə onlara məlumat vermişdir. Hadisə baş verən an o çöldə olmuş, səs-küyü eşidən kimi içəri qaçmış, yaxınlığında heç kim olmamışdır. Görmüşdür ki, Zaur yerdə arxası üstə uzanıb. Çəlləyi çevirib oradan götürmüşdür. Bu zaman səs-küyü eşidib qonşu sexlərdən işçilər gəlmişdir. Ona kömək edərək Zauru oradan çıxarmışlar. Zauru çıxardıqdan sonra təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım gələnə qədər baxmışdır ki, vəziyyəti ağırdır. Öz maşını ilə aparmaq istəyərkən təcili tibbi yardım maşını ilə üzbəüz gəlmişlər. Həkimlərin köməyi ilə Zauru təcili tibbi yardım maşınına yerləşdirmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, uzun müddət şirkətlərdə çalışdığı üçün təhlükəsizliklə bağlı hər şeyi çox yaxşı bilir. Lakin Şahid1 onlara şifahi məlumatlar vermişdir. Onlar sexdə günəmuzd işləmişlər, günə 50 manat vermişlər. Hadisə günü sexdə Zaurla o olmuşdur, Zaurla o, ikisi danışıb razılaşıb işə çıxmışlar. Əvvəlldən qalan qaynaq işləri olmuş, həmin işləri tez qurtarmaq üçün. Rəhbərliyin onun orda işlədiyindən məlumatının olub-olmamasını bilmir. Ümumiyyətlə rəhbərliyi tanımamışdır. İyun ayının 12si onlarla əmək müqaviləsi bağlanmış, o zaman Təqsirləndirilən şəxs tanımışdır. Ona pulları bir dəfə Füzuli Məmmədov vermişdirki, Zaurun atasına çatdırsın. Şahid1 verdiyi pulların kimin olduğunu bilməmişdir. İşlədiyi müddətdə 5 çən hazırlamışlar. Çənlər hazır olduqdan sonra sahibi gəlib aparmışdır. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə iclasında ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəlidir, 3 övladı vardır. Əvvəllər SOCARda qaynaqçı olaraq fəaliyyət göstərmişdir. Sonuncu dəfə isə 2021-ci il tarixdən etibarən təqaüdə çıxmışdır, hazırda 700 manat məbləğində təqaüd alır. Təxminən 5 aydır ki, ünvan 4 ünvanda yerləşən, Y.Qasımov adına Maşınqayırma zavodunun icarədarlarından biri olan “X16” MMC-də qeyri-rəsmi əsaslarla qaynaqçı kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin MMC-nin icarəyə götürdüyü sexdə ondan başqa Zərərçəkmiş şəxs və Şahid3 da qeyri-rəsmi olaraq fəaliyyət göstərmişdir. Fəaliyyətləri əsasən sifariş əsasında həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.65 metr olan dəmir materialları, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çənlərin yığılmasından ibarət olmuşdur. Həmin sexdə isə gündəlik olaraq fəaliyyət göstərməmiş, belə ki, çənlərin hazırlanması ilə bağlı sifariş aldıqları zaman sexə gedib fəaliyyət göstərməyə başlamışlar. O, məlum hadisədən sonra isə artıq qeyd edilən MMC-də rəsmi əsaslarla fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2023cü il tarixdə saat təxminən 14 radələrində həmin sexdə o və Zaur birlikdə işləmişdir. Əli və Əyyub isə həmin gün sexə gəlməmişdir. Həmin gün işləri yuxarıda qeyd edilən ölçüdə olan çənləri qaynaq etməkdən ibarət olmuşdur. Çənin içərisində olan qaynaq işini bitirdikdən sonra o, çənin çölünə çıxaraq arxa tərəfində qaynaq işi görməyə başlamış, Zaur isə həmin vaxt özünə aid olan hissədə, yəni çənin içərisində qaynaq işi görmüşdür. Zaur ayağının altına hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ çənin üzərinə çıxaraq qaynaq işi görmüş, o isə artıq həmin vaxt çənin çölündə, arxa tərəfdə olmuşdur. Təxminən 2-3 dəqiqə sonra çənin içərisində gurultulu səs eşidilmiş, ətrafı toz duman bürümüşdür. Əvvəlcə nə baş verdiyini anlamamış, daha sonra dərhal Zaur işlədiyi hissəyə doğru qaçıb çənin içərisinə daxil olmaq üçün aşağısında olan açıq sahədən içəri baxdıqda Zaurun arxası üstə çənin içərisində yerdə uzanıqlı vəziyyətdə qaldığını, bütün üz-gözünün isə qan içində olduğunu görmüşdür. Həmin vaxt Zaurun üstünə çıxdığı çəlləyin içində yerə yıxıldığını və çəlləyin də yandığını görmüşdür. Dərhal açıq sahədə alovu söndürmək üçün çəlləyi üstə çevirmişdir. Alovu söndürdükdən sonra isə Zaura kömək etməyə başlamışdır. Artıq həmin vaxt digər sexlərdə işləyən şəxslər partlayış səsini eşidib onların olduqları yerə gəlmiş, bundan sonra dərhal hadisə barədə Şahid1 məlumat vermiş, bundan sonra birlikdə Zauru çəndən çıxardıb, istifadəsində olan “Hyundai” markalı, “Santafe” modelli, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilə uzadıb təcili olaraq X19 aparanda zavodun çıxış qapısına çatdıqda qapının yanında təcili tibbi yardım avtomobili ilə qarşılaşmışdır. Dərhal Zauru idarə etdiyi avtomobildən götürüb həkimlərin müşayiəti ilə TTY avtomobilə uzatmış, sonradan birlikdə xəstəxanaya getmişdir. Bir müddət sonra isə Şahid3 mobil telefonuna zəng edərək hadisə barədə maraqlanmış, o da hazırda xəstəxanada olduğunu bildirmiş, bu xəbərdən sonra Əli də xəstəxanaya gəlmişdir. Belə ki, onlar işlədikləri çənin hər tərəfi dəmir materiallı listlərdən ibarət olmuşdur. Həmçinin Zaurun üzərinə çıxdığı çənin də materiallı dəmirdən ibarət olmuş, həm də çən köhnə yağ çəni olmuşdur. Onun fikrincə Zaur qaynaq aparatı ilə işləyən zaman elektrod əlindən çənin üzərinə düşmüş, çənin nazik təbəqəsini deşərək qığılcım içəriyə daxil olmuş və nəticədə partlayış baş vermişdir. Çünki, o içəri baxdıqda çənin alışıb yandığını görmüşdür. Sonradan kamera görüntülərinə baxdıqda da məlum olmuşdur ki, Zaur əvvəlcə çənin üzərinə çıxıb yuxarı ətraflarda qaynaq işi görmüş, sonradan isə çəndən düşüb aşağı ətrafları qaynaq etməyə başlamış, bir neçə saniyə sonra isə partlayış baş vermişdir. Ətrafa hər hansı yanacaq məhlulu dağılmamış, sadəcə olaraq həmin çənin divarlarında yağa bənzər qırıntılar olmuşdur. Çox güman ki, həmin çəndə əvvəllər yağlı maye olmuş, içərisi boşaldıqdan sonra isə divarlarına çöküntülər vermişdir. Hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs və Şahid3 “X16” MMC-də qeyri-rəsmi olaraq, hər hansı əmək müqaviləsi olmadan fəaliyyət göstərmişdir. Həmin MMC-ə rəhbərlik Natiq adlı şəxs tərəfindən həyata keçirilmişdir. O bildiyi qədəri ilə köhnə maşınqayırma zavodunda olan sexlər müxtəlif şəxslərin icarəsinə verilmişdir. Onların işlədikləri sexdə “X16” MMC icarəyə verilmişdir. Həmin sexdə işləmək üçün isə ilk dəfə təklifi ona Şahid1 etmişdir. Əyyub ilə əvvəllər başqa-başqa müəssisələrdə birlikdə fəaliyyət göstərmişdir. İşə qəbul zamanı isə hər hansı rəsmiləşdirmə işi aparılmamışdır. Hazırda isə “X16” MMC ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Fəaliyyət göstərdikləri sexdə qeyri-rəsmi əsaslarla işlədiklərinə görə ona və digər işçilərə işə başlamamışdan öncə əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydaları barədə izah verilməmiş, nə də ki, bununla bağlı hər hansı jurnal və sənəd tərtib edilməmişdir, lakin Şahid1 tərəfindən şifahi olaraq təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verilmişdir. Fəaliyyət göstərdiyi sexdə mütəmadi olaraq xüsusi geyim vasitələrindən yarım boğaz çəkmə, əlçək, kambinzon və qaynaq maskası ilə təmin olunmuşdur. Lakin, bu vasitələrdən əmək funksiyasının yerinə yetirilməsi zamanı istifadənin zəruriliyi barədə təlimatlandırma aparılmamış, sadəcə olaraq öz təhlükəsizlikləri baxımından istifadə etmişlər. Yuxarıda qeyd edilən geyim və mühafizə vasitələrini istehsalat koordinatoru Füzuli Məmmədov adlı şəxs təmin etmiş, nəinki qeyd edilən vasitələr, ümumiyyətlə sexdə işlədilən bütün avadanlıqlar və çənlərin hazırlanmasında istifadə edilən materiallar hər biri Füzuli tərəfindən təmin edilmişdir. Əmək haqqını əlbəəl almış, lakin konkret olaraq sabit əmək haqqı almamışdır. Hər ay gördükləri işdən asılı olaraq ona da uyğun əmək haqqı almışdır. Əmək haqqını isə onlarla birlikdə işləyən, sahə rəisi Şahid1 əlbəəl onlara təqdim etmişdir. 02 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çənin içərisində özünə aid olan hissədə ayağının altına təxmini hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ çəlləyi və ondan başqa da olan yağ çəlləyi həmin sexin inventarları içərisində olmuşdur. Belə ki, həmin sex iki hissəyə bölünmüşdür. Sexin yarı hissəsində qaynaq işləri aparılmış, digər hissədə isə inventarlar yığılmışdır. Qeyd edilən çənlər inventarlar olan sahədə yığılmışdır. Hər dəfə həmin çəlləkdən istifadə etməsələr də əvvəllər də bir neçə dəfə qeyd edilən çəlləkdən həm o, həm də Zərərçəkmiş şəxs ayaqaltı kimi istifadə etmişdir. Hətta bir neçə dəfə həmin çəlləkdən istifadə etdiklərinə görə Şahid1 ona və Zaura öz iradlarını bildib həmin çəlləklərdən istifadə etməmələrini, çünki sexdə ayaqaltılar mövcud olduğunu qeyd etmişdir. Şahid1 göstərişinə əsasən hətta bir neçə dəfə çəlləyi ərazidən uzaqlaşdırmışdır. Çəlləyin ayaqaltında istifadəsinin daha səmərəli olması səbəbindən səhlənkarlıq edərək mövcud ayaqaltılardan istifadə etməmişlər. “X16” MMCnin direktoru Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs və Şahid3 həmin MMC-də qeyri-rəsmi olaraq işləməsindən məlumatı olmuşdur. Çünki Təqsirləndirilən şəxs bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə onların orada işlədiklərini görmüşdür. O əvvəllər Natiqi tanımadığı üçün əvvəllər gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra onunla əmək müqaviləsi bağladıqları üçün bilmişdir ki, əvvəllər sexə gələn şəxs “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.65 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çənlərin yığılması işini həyata keçirməyi onlara Şahid1 tapşırmışdır. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.25 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi 1 çənin yığılmasını 4 nəfər təxminən 1 həftə müddətində yekunlaşdıra bilmişdir. O, həmçinin 1 nəfərin heç bir köməkliyi olmadan həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.25 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çən yığılması işini həyata keçirə bilmədiyini, “X16” MMC-də fəaliyyətə başladığı 2023-cü ilin mart ayından hadisənin baş verdiyi günə qədər ümumilikdə 4 ədəd 40 tonluq çənin yığılıb istifadəyə verildiyini, hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixdə isə “X16” MMC-də 40 tonluq çənlərdən 5cisinin yığıldığını bildirmişdir. İlk çən onun, Zərərçəkmiş şəxs və Əli Mehralıyevin “X16” MMC-də fəaliyyətə başladığı mart ayından etibarən yığılmağa başlanmışdır. 2023-cü ilin mart ayında 2 çən, aprel ayında 2 çən yığılıb istifadəyə verilmiş, may ayında isə növbəti 2 çəni yığmağa başlamış, lakin məlum hadisə baş verdiyi üçün həmin çənlərin yığılması may və iyun ayı ərzində baş tutmamışdır. O, Zərərçəkmiş şəxs, Əli Mehralıyev, eləcə də Şahid1 iş yerinə yığılmalı çən olduqda gündəlik olaraq gəlmiş, çən yığıldıqdan sonra yeni sifariş alana qədər sexdə fəaliyyət dayanmış, razılığa əsasən 40 tonluq çənin yığılması qarşılığında ümumilikdə 3200 manat məbləğində pul ödənilmiş, həmin pul isə o, Zərərçəkmiş şəxs, Əli Mehralıyev və Şahid1 arasında bərabər şəkildə bölünmüşdür. İşə yeni başladığı zamanlar isə bundan bir qədər az vəsait qarşılığında qaynaq işi görmüş, həmin pul vəsaitini isə Şahid1 gətirib onlara əlbəəl təqdim etmişdir. 02 iyun 2023-cü il tarixdə, “X16” MMC-nin Sabunçu qəsəbəsində icarəyə götürdüyü sexdə qaynaq işi görmək üçün gedəcəyi barədə Şahid1 və hər hansı bir şəxsə məlumat verməmiş, sadəcə olaraq görəcəyi işi qısa zaman ərzində yekunlaşdırmaq üçün 02 iyun 2023-cü il tarixdə həmin sexə gedib fəaliyyətə başlamışdır. Şahid1 isə həmin gün işə getməməyi ilə bağlı hər hansı göstəriş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, sexdə mart ayından işləyir. İlk işlədiyi zamanlar əmək müqaviləsi bağlanmamışdır. Hadisədən sonra müqavilə bağlanmış, o da o zaman Təqsirləndirilən şəxs tanımışdır. Əmək haqqını Şahid1 almışdır. Quraşdırıcı kimi işləmişdir. Elə günlər olurdu ki, işə getməmişdir. Bu barədə Şahid1 məlumat vermişdir. Sexdə quraşdırma işi çox olmamış qaynaq işi çox olmuşdur. Zaur sexdə qaynaqçı işləmişdir. O, hadisə günü sexdə olmamışdır. Səhər işə başlamazdan əvvəl Şahid1 təhlükəsizliklə bağlı şifahi söhbətlər etmişdir, əlcək, geyim kimi ləvazimatları onlara Şahid1 təmin etmişdir. Bəzən olmuşdur ki, geyimi özləri alıb gətirmişlər. O, hadisə zamanı orada olmadığına görə necə baş verdiyini bilmir, ona zəng gələndə birbaşa xəstəxanaya getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verənə qədər Təqsirləndirilən şəxs görməmişdir, tanımamışdır. Onu sexə Şahid1 çağırmışdır. Hadisədən sonra əmək müqaviləsi bağlanan zaman Təqsirləndirilən şəxsla tanış olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs sexə gəlib-getmiş, işlə maraqlanmışdır. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə iclasında ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəlidir, 2 övladı var. Əvvəllər “Azfen” BMdə quraşdırıcı vəzifəsində çalışmışdır. Təxminən 4 ay əvvəl isə ünvan 4 ünvanda yerləşən, Y.Qasımov adına Maşınqayırma zavodunun icarədarlarından biri olan “X16” MMC-də qeyrirəsmi əsaslarla quraşdırıcı kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin MMC-nin icarəyə götürdüyü sexdə ondan başqa əlavə Zərərçəkmiş şəxs və Şahid2 da qeyri-rəsmi qaynaqçı olaraq fəaliyyət göstərmişdir. Fəaliyyətləri əsasən sifariş əsasında həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.65 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çənlərin yığılmasından ibarət olmuşdur. Həmin sexdə isə gündəlik olaraq fəaliyyət göstərməmiş, belə ki, çənlərin hazırlanması ilə bağlı sifariş aldığı zaman sexə gedib fəaliyyət göstərməyə başlamışdır. Məlum hadisədən sonra isə artıq qeyd edilən MMC-də rəsmi əsaslarla fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində həmin sexdə sahə rəisi işləyən Şahid1 onun istifadəsində olan mobil telefona zəng edərək Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, nömrəsiz ünvanda yerləşən, Y.Qasımov adına Maşınqayırma zavodunun icarədarlarından biri olan “X16” MMCnin icarəyə götürdüyü sexdə işləyən Zərərçəkmiş şəxs partlayış nəticəsində xəsarət aldığını bildirmişdir. O isə həmin vaxt işdə olmadığı üçün hadisədən məlumatsız olmuş, ona görə də, dərhal Şahid2 zəng edib maraqlanmışdır və məlum olmuşdur ki, hazırda Zaur Sabunçu qəsəbəsində yerləşən X19 yerləşdirilmişdir. Bu xəbərdən dərhal sonra həmin mərkəzə getmişdir. Mərkəzdə olan zaman isə Şahid2 hadisə barədə ona məlumat vermişdir. Hadisə zamanı orada olmadığına görə partlayışın necə baş verdiyini dəqiq deyə bilməmiş, lakin sonradan kamera görüntülərinə baxan zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs çənin içərisində işləyən zaman orada olan köhnə yağ çəlləyinin üzərinə çıxmışdır. Sonradan isə çəlləkdən düşüb aşağı ətrafları qaynaq edən zaman əlindəki elektrod çəlləyə toxunmuş, nəticədə partlayış baş vermişdir. Hadisənin baş verdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs və Şahid2 “X16” MMC-də qeyri-rəsmi olaraq, hər hansı əmək müqaviləsi olmadan fəaliyyət göstərmişdir. Həmin MMC-ə rəhbərlik Natiq adlı şəxs tərəfindən həyata keçirilmişdir. Onun bildiyi qədəri ilə köhnə maşınqayırma zavodunda olan sexlər müxtəlif şəxslərin icarəsinə verilmişdir. Onların işlədiyi sexdə “X16” MMC-ə icarəyə verilmişdir. Həmin sexdə işləmək üçün isə ilk dəfə təklifi ona Şahid2 etmişdir. Məhəmməd ilə isə “Azfen”-də işlədiyi zamanlar tanış olmuşdur. İşə qəbul zamanı isə hər hansı rəsmiləşdirmə işi aparılmamışdır. Hazırda isə “X16” MMC ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Fəaliyyət göstərdiyi sexdə qeyri-rəsmi əsaslarla işlədiklərinə görə ona və digər işçilərə işə başlamamışdan öncə əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydaları barədə izah verilməmiş, nə də ki, bununla bağlı hər hansı jurnal və sənəd tərtib edilməmişdir. Lakin, şifahi olaraq sex rəisi Şahid1 tərəfindən işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması tapşırılmışdır. Fəaliyyət göstərdiyi sexdə mütəmadi olaraq xüsusi geyim vasitələrindən yarım boğaz çəkmə, əlçək, kambinzon və qaynaq maskası ilə təmin olunmuşdur. Lakin, bu vasitələrdən əmək funksiyasının yerinə yetirilməsi zamanı istifadənin zəruriliyi barədə təlimatlandırma aparılmamış, sadəcə olaraq öz təhlükəsizlikləri baxımından istifadə etmişlər. Yuxarıda qeyd edilən geyim və mühafizə vasitələrini istehsalat koordinatoru Füzuli Məmmədov adlı şəxs təmin etmiş, nəyinki qeyd edilən vasitələr, ümumiyyətlə sexdə işlətdikləri bütün avadanlıqlar və çənlərin hazırlanmasında istifadə edilən materiallar hər biri Füzuli tərəfindən təmin edilmişdir. Əmək haqqını əlbəəl almış, lakin konkret olaraq sabit əmək haqqı almamışdır. Hər ay gördükləri işdən asılı olaraq ona da uyğun əmək haqqı almışdır. Əmək haqqını isə onlarla birlikdə işləyən, sahə rəisi Şahid1 əlbəəl onlara təqdim etmişdir. 02 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çənin içərisində özünə aid olan hissədə ayağının altına qoyduğu yağ çəlləyinin həmin sexin inventarları içərisində olduğunu demişdir. Belə ki, həmin sex iki hissəyə bölünmüş, sexin yarı hissəsində qaynaq işləri aparılmış, digər hissədə isə inventarlar yığılmışdır. Qeyd edilən çəlləklər inventarlar olan sahədə yığılmışdır. Hər dəfə həmin çəlləkdən istifadə etməsələr də, əvvəllər də bir neçə dəfə qeyd edilən çəlləklərdən həm o, həm də Zərərçəkmiş şəxs ayaqaltı kimi istifadə etmişdir. Hətta bir neçə dəfə həmin çəlləkdən istifadə etdiklərinə görə Şahid1 ona və Zaura öz iradlarını bildirmişdir. Şahid1 göstərişinə əsasən hətta bir neçə dəfə çəlləyi ərazidən uzaqlaşdırmışdır. Çəlləyin ayaq altında istifadəsinin daha səmərəli olması səbəbindən səhlənkarlıq edərək mövcud ayaqaltılardan istifadə etməmişdir. “X16” MMCnin direktoru Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs və Şahid2 həmin MMC-də qeyri-rəsmi olaraq işləməsindən məlumatı olmuşdur. Çünki, Təqsirləndirilən şəxs bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə onların orada işlədiklərini görmüşdür. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çənlərin yığılması işini həyata keçirməyi onlara Şahid1 tapşırmışdır. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi 1 çənin yığılmasını 4 nəfər təxminən 1 həftə müddətində yekunlaşdıra bilmişdir. O, həmçinin 1 nəfərin heç bir köməkliyi olmadan həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.25 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çən yığılması işini həyata keçirə bilmədiyini, “X16” MMC-də fəaliyyətə başladığı 2023-cü ilin mart ayından hadisənin baş verdiyi günə qədər ümumilikdə 4 ədəd 40 tonluq çən yığılıb istifadəyə verildiyini, hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixdə “X16” MMC-də 40 tonluq çənlərdən səhv etmirsə 5-cisinin yığıldığını bildirmişdir. İlk çən onun, Zərərçəkmiş şəxs və Şahid2 “X16” MMC-də fəaliyyətə başladığı mart ayından etibarən yığılmağa başlanmışdır. 2023-cü ilin mart ayında 2 çən, aprel ayında 2 çən yığılıb istifadəyə verilmiş, may ayında isə növbəti 2 çəni yığmağa başlamışlar, lakin məlum hadisə baş verdiyi üçün həmin çənlərin yığılması may və iyun ayı ərzində baş tutmamışdır. O, Zərərçəkmiş şəxs, Şahid2, eləcə də Şahid1 iş yerinə yığılmalı çən olduqda gündəlik olaraq gəlmiş, çən yığıldıqdan sonra yeni sifariş alana qədər sexdə fəaliyyət dayanmışdır. Razılığa əsasən 40 tonluq çənin yığılması qarşılığında ümumilikdə 3200 manat məbləğində pul ödənilmiş, həmin pul isə o, Zərərçəkmiş şəxs, Əli Mehralıyev və Şahid1 arasında bərabər şəkildə bölünmüşdür. İşə yeni başladığı zamanlar isə gündəlik olaraq 50 manat qarşılığında razılaşmış, yəni bir çəni əgər 7 günə təhvil verirlərsə, ümumilikdə hər birinə 350 manat pul ödənilmişdir. Həmin pul vəsaitini isə Şahid1 gətirib onlara əlbəəl təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, sexdə layihə məsləhətçisi işləyir. Əsasən ofisdə işləmiş, bəzən isə sexdə olmuşdur. Son zamanlar anası xəstə olduğu üçün sexə çox zaman gedib gələ bilməmişdir. Sexə getdiyi zamanlarda elə olmuşdur ki, Şahid1 tək olmuş, elə vaxt olmuşdur ki, 2-3 nəfər yanında olmuşdur. O, mütəmadi olaraq sexə gedib gəlməmişdir. Çertyojda dəyişiklər olan zaman sexə getmişdir. Zaurun orada əmək müqaviləsiz işlədiyindən məlumatı olmamışdır, ümumiyyətlə işçilərin işə götürülməsi onun səlahiyyətinə aid məsələ olmamışdır. Zaurla görüşəndə normal salamlaşmışdır. O, ona köçürülən maaşdan Şahid1 müəyyən məbləğdə pul vermişdir, Şahid1 da təyinat üzrə həmin pulu bölüşdürmüşdür. Hadisə olan vaxt onun anasının “qırx” mərasimi olduğu üçün Şahid1 və o, rayonda olmuşlar. Ona zəng edib bildirmişlər ki, Zaurun başına belə bir hadisə gəlmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 ona müəyyən qədər pula ehtiyac var demiş, o da pulu ona vermişdir, Şahid1 özü necə lazımdırsa bölüşdürmüşdür. Sexə gedib gələn zaman Zauru orda görmüşdür. Təqsirləndirilən şəxs 1-2 dəfə sexin qarşısında görmüş, hazır çənlərə baxmaq üçün gəlmişdir. O, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Əgər Təqsirləndirilən şəxs bundan xəbəri olsa idi, işçilərlə mütləq əmək müqaviləsi bağlayardı. Şirkət tərəfindən həm onun, həm də Şahid1 maaş kartına pul köçürülmüşdür. O da həmin pulları Şahid1 vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, sexdə istehsalat koordinatoru vəzifəsində çalışır. Həmişə sexdə olmamış, lazım olan zamanlarda sexdə olmuşdur. Zaurla şəxsi münasibəti olmamış, hadisə günü rayona getmiş, yolda olan zaman məlumatı olmuşdur ki, belə bir hadisə baş verib. O, X19 getdikdə öyrənmişdir ki, Zauru ailəsi Məlhəm Hospitalına keçirmək istəyir. Hospitalda həkimlər Zaurun vəziyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etmişlər. Hospital özəl olduğu üçün maliyyə məsələsi var idi. Nümayəndə1 həkimlərlə danışıb müalicənin nə qədər məbləğə başa gələcəyini öyrənmiş, o da əlbəttə ki, həmin vəsaiti ona təqdim etmişdir. O, dəfələrlə Nümayəndə1 Zaurla bağlı məlumat almış, nəyəsə ehtiyacı olubolmadığını soruşmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun bildiyinə görə şirkət metalkonstruksiya işi ilə məşğuldur. O, isə istehsalat koordinatı kimi fəaliyyət göstərir. Onunla əmək müqaviləsi bağlanmışdı, lakin digər hansı işçilərlə əmək müqaviləsi bağlandığını haqqında məlumatı yoxdur. O, sexə gedəndə hamı ilə tək-tək salamlaşmamış, öz işi ilə bağlı hissə ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs şirkətin direktorudur. Boçqanı ora kimin gətirdiyi haqqında məlumatı yoxdur. İşçilərin yas mərasimində iştirak etməsi ilə bağlı bilmişdir ki, sexdə heç kim işləməyəcək. Çəllək orada olmamalı idi. Zaur onlara verilən ayaqaltılardan istifadə etmək əvəzinə gedib yüngül olduğu üçün çəlləyi götürmüşdür, bu da videoçəkilişdən görünür. İşçilərə əmək haqqını sahə rəisi vermişdir. Onun əmək haqqı isə şirkət tərəfindən maaş kartına köçürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin işçilərin orada işlədiyindən məlumatı olması ilə bağlı dediyi ifadə düzgün deyil, o, elə məzmunda ifadə verməmişdir. Təqsirləndirilən şəxs əsasən işinin nəticəsi ilə maraqlanırdı. İşlə bağlı məsələlərdə onlarla danışırdı, sexin içinə girmirdi. Təqsirləndirilən şəxs bir dəfə sexin içinə girib, çay təklif eləmişlər, içib getmişdir. Onlarda əsasən saat 3dən sonra iş olmur, Təqsirləndirilən şəxs sexə gəldiyi zaman iş dayanmışdır. Onun maaş kartına köçürülən vəsaitin bir hissəsini sahə rəisinə vermiş, o da işçilərin əmək haqqını vermişdir. Şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə iclasında ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayından etibarən “X16” MMC-də istehsalat koordinatoru vəzifəsində çalışır. Həmin MMC-ə rəhbərlik Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilir. Şirkətin əsas fəaliyyəti metal-konstruksiya sahəsində bir sıra işlərin görülməsindən ibarətdir. Belə ki, çalışdığı şirkət təxminən 2023-cü ilin mart ayından etibarən "xxxx" MMC ilə rəsmi qaydada bağlanmış icarə müqaviləsinə əsasən ümumilikdə 600 kv.m sahəni əhatə edən “ünvan 3 ünvanında yerləşən qazanqaynaq sexində fəaliyyət göstərmişdir. Həmin sexdə isə sifariş əsasında həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılır ki, həmin çənlərin təyinatı çirkli neft məhsullarının toplanmasından ibarət olmuşdur. Qeyd edilən sexdə Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev və Şahid1 olmaqla ümumilikdə 4 nəfər şəxs fəaliyyət göstərmişdir. Qeyd edilən şəxslərdən isə yalnız Şahid1 şirkətlə rəsmi qaydada əmək müqaviləsi mövcud olmuş, hadisədən sonra isə Şahid2 və Əli Mehralıyev də rəsmi qaydada müqavilə bağlayaraq işə qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, “X16” MMC-də onun fəaliyyəti əsasən tapşırıqların işçilər tərəfindən yerinə yetirilərkən bir-biriləri ilə qarşılıqlı əlaqədə fasiləsiz işləyə bilməsi üçün işçilərə lazımı göstərişləri vermək və onlara istiqamət vermək, texnologiya əsasında yüksək keyfiyyətdə inşasına nəzarəti təmin etməkdən ibarət olmuşdur. İşçilərin işə qəbulu, bundan başqa texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının təmin edilməsi isə onun fəaliyyət istiqamətlərindən olmamışdır. Hadisənin baş verdiyi, yəni 02 iyun 2023-cü il tarixdə o, özünə məxsus avtomobillə Gədəbəy rayonuna yas mərasimində iştirak etmək üçün getmişdir. Təxminən Göyçay rayonu ərazisində olan zaman məlumat daxil olmuşdur ki, yuxarıda adı çəkilən sexdə bədbəxt hadisə baş vermiş, nəticədə Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Bu xəbərdən dərhal sonra əvvəlcə rəhbərliklə danışıb sonra da rəhbərliyin də tapşırığına əsasən X19 yaxınlaşıb Zaurun vəziyyətini maraqlanmağa başlamışdır. Həmin gün Zaurun ailə üzvlərinin təkidi ilə sonuncu X25 Publik Hüquqi şəxsindən çıxarılıb X7 yerləşdirilmişdir. Rəhbərliyin göstərişinə əsasən 4500 manat pul vəsaitini Zaurun ilkin müayinə xərclərini qarşılamaq məqsədi ilə atası Nümayəndə1 əlbəəl təqdim etmişdir, sonuncu da qeyd edilən xəstəxananın depozit hesabına yerləşdirmişdir. Bundan başqa ayrı-ayrı vaxtlarda ümumilikdə 18.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs təqdim etmişdir. Hadisənin baş verdiyi gün, yəni 02 iyun 2023-cü il tarixdə əslində iş yerinə hər hansı bir əməkdaş çıxmalı olmamışdır. Buna baxmayaraq, Şahid2 və Zərərçəkmiş şəxs əlavə olaraq işləyib işi daha tez yekunlaşdırmaq məqsədi ilə qaynaq sexinə gəlmişdir. Sonradan Məhəmmədin ona deməsinə görə Zaur qaynaq işi görən zaman orada olan, təxmini hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ çəlləyindən ayaqaltı kimi istifadə edərək çənin içərisində qaynaq işi aparmışdır. Bir müddət sonra isə partlayış baş vermiş və nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. O güman edir ki, Zərərçəkmiş şəxs əlində olan elektrod ehtiyyatsızlıq nəticəsində çən üzərinə düşmüş və nəticədə çənin içərisində yığılmış qazlar partlayış baş verməsinə səbəb olmuşdur. Bundan başqa ərazidə quraşdırılmış videomüşahidə kamerlarına da baxdıqda görünür ki, Zərərçəkmiş şəxs çənin üzərində düşüb aşağı ətrafları qaynaq edən zaman əlindəki elektrod həmin çənə toxunmuş, nəticədə partlayış baş vermişdir. Fəaliyyət göstərdiyi MMC-də əmək haqqını plastik kart vasitəsi ilə əldə etmişdir. Digər işçilərin isə əmək haqqı ilkin olaraq onun adına olan plastik karta rəhbərlik tərəfindən yerləşdirilmiş, daha sonra o kartdan məxaric edərək Əyyuba əlbəəl təhvil vermiş, sonuncu da digər işçilər arasında bölüşdürmüşdür. “X16” MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsinin kimə həvalə olunması barədə dəqiq məlumatı olmamışdır. “X16” MMC-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs, Şahid2 və Əli Mehralıyev qeyri-rəsmi olaraq işlədiklərinə görə onlara gündəlik olaraq işə başlamamışdan öncə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə izah verilib təlimatlandırma aparılmamış, bununla bağlı rəsmi olaraq hər hansı qeydiyyat aparılmamışdır. Lakin, sahə rəisi Şahid1 tərəfindən şifahi olaraq təhlükəsizlik qaydaları barədə təlimatlandırma aparılmış, İşçilərin işə qəbulu onun vəzifələri xaricində olduğu üçün bu barədə bir söz deyə bilməmişdir. “X16” MMC-də Zərərçəkmiş şəxs, Şahid2 və Əli adlı şəxslərin qeyri rəsmi olaraq fəaliyyət göstərməsindən rəhbərliyin, yəni Təqsirləndirilən şəxs məlumatı olmuş, çünki sonuncu ara-sıra sexə gəlib-getmiş, iş şəraiti ilə tanış olmuşdur. Həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs orada olmuşdur. Bundan başqa, həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olmuşdur. Həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işini həyata keçirməyi “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs tapşırmışdır. 02 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çənin içərisində özünə aid olan hissədə ayağının altına təxmini hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ çəlləyi və ondan başqa da olan yağ çəlləyi həmin sexin inventarları içərisində olmuşdur. Belə ki, həmin sex iki hissəyə bölünmüşdür. Sexin yarı hissəsində qaynaq işləri aparılmış, digər hissədə isə inventarlar yığılmışdır. Qeyd edilən çənlər inventarlar olan sahədə yığılmışdır. Zaur, Məhəmməd və Şahid3 hər dəfə qaynaq edən zaman həmin çəndən istifadə etməmış, çünki sexdə qaynaq işi görülən zaman istifadə üçün nəzərdə tutulmuş ayaqaltılar mövcud olmuşdur. Hətta Şahid1 əvvəllər bir neçə dəfə istər Şahid2, istər Zərərçəkmiş şəxs, istərsə də Şahid3 həmin çəlləklərdən ayaqaltı kimi istifadə etdiyinə görə öz iradlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanmışdır(cild 1, i.v.1); Hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 5 ünvanında yerləşən sexə baxış keçirilmişdir. Həmin ərazi ünvan 2 ünvanında yerləşən, Y.Qasımov adına köhnə maşınqayırmaq zavodunun ("xxxx" ASC) həyətindəki “Qazan-qaynaq” sexidir. Zavodun giriş qapısı yaşıl rəngli olmaqla, dəmir konstruksiyalıdır. Həmin qapıdan daxil olub torpaq və istismara yararsız yolla təxminən sola doğru 400 metr hərəkət etdikdən sonra yolun qurtaracağında, həmin yola perpendikuliyar vəziyyətdə olan ümumi sahəsi təxminən 600 kv.m ərazini əhatə edən sex olduğu görünür. Baxış zamanı iştirak edən Şahid2 həmin sexin “Qazan-qaynaq” sexi olduğunu və hadisənin həmin sexin içərisində baş verdiyini bildirmişdir. Qeyd edilən sexin giriş qapısı yaşıl rəngli olmaqla dəmir konstruksiyalıdır. Daxil olduqda içəridə müxtəlif növ, istismardan çıxarılmış maşınqayırma zavodunda əvvəllər istifadə edilmiş texnika və avadanlıqlar olduğu görünür. Həmin qurğular sexin sol tərəfində yığılmışdır. Sağ tərəfdə isə Şahid2 deməsinə görə həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.65 metr olan dəmir materiallı, 8 mm qalınlığında listlərdən elektrod qaynaq vasitəsi ilə hazırlanmış çənlər olduğu görünür. Həmin çənlərin üstü açıq formadadır. Çənlərin sol yan divarlarında hər iki küncdən 40x40 sm ölçüdə açıq sahə var ki, çənin içərisinə giriş həmin sahədən təmin edilir. Şahid2 deməsinə görə qeyd edilən sexdə müxtəlif şirkətlərin sifarişi əsasında həmin çənlərin hazırlanması, yığılması və qaynağı işi ilə məşğul olurlar. Bundan başqa sexə daxil olan kimi sol tərəfdən ikinci çənin başlanğıcında göy rəngli qaynaq aparatı olduğu görünür. Şahid2 deməsinə görə həmin qaynaq aparatı Zərərçəkmiş şəxs istifadə etdiyi qaynaq aparatıdır. Həmçinin Şahid2 sexin çənin içərisində yerləşdirilmiş hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə, içərisi boş, nazik list materiallı köhnə yağ boçqasını göstərərk qaynaq edən zaman həmin boçqalardan ayaq altı olaraq istifadə etdiklərini də bildirdi. Zərərçəkmiş şəxs ayaq altı kimi istifadə etdiyi qeyd edilən boçqaya baxan zaman məlum oldu ki, həmin boçqa deformasiyaya uğramış vəziyyətdə sexin digər hissəsində, yəni giriş qapıdan sağ tərəfdə yerləşdirilmişdir. Şahid2 həmin boçqanı özünün oraya apardığını, hadisə baş verən zaman boçqanın yandığını bildirmişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(cild 1, i.v.03-12); 01 mart 2023-cü il tarixli İM-04/2023 saylı icarə müqaviləsindən görünür ki, “ünvan 7 ünvanında yerləşən qazan qaynaq sexinin istifadə edilməyən 600 kv.m sahəsinin “X16” MMC-nə xx.xx.2023-cü il tarixədək icarəyə verilməsi ilə bağlı MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə müqavilə bağlanmışdır(cild 1, i.v.24-28); “X16” MMC-nin təsisçilərinin 21 fevral 2012-ci il tarixli qərarından görünür ki, direktor vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir(cild 1, i.v.64); Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid4 ilə “X16” MMC arasında 898.9 manat əmək haqqı ödənilməklə lahiyyə məsləhətçisi vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır(cild 1, i.v.82); Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid1 ilə “X16” MMC arasında xx.xx.2023-cü il tarixdə 784 manat əmək haqqı ödənilməklə qaynaq üzrə sahə rəisi vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır(cild 1, i.v.93); xx.xx.2023-cü il tarixli 02 nömrəli əmrdən görünür ki, Şahid1 həmin tarixdə qaynaq üzrə sahə rəisi vəzifəsinə qəbul edilmiş, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı işçilərin təlimatlandırılması ona həvalə olunmuşdur(cild 1, i.v.94); məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4138 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyasının tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları”nın 2, 6, 14, 15, 16-cı bəndlərinin tələbləri “X16” MMC-nin direktoru tərəfindən pozulmuşdur(cild 1, i.v.117-121); məhkəmə-tibbi ekspertizasının 1385 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin əzilməsi və alın, sağ gicgah, əsas, hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni partlayış nəticəsində çəlləyin (və yaxud onun hər hansı bir hissəsinin) onun baş nahiyəsinə zərblə dəyməsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin itirilməsi müəyyən olması zərurəti yaranarsa, onun müalicəsi tam başa çatdıqdan sonra, əlavə məhkəmə-tibbi ekspertizasından sonra təyin edilə bilər(cild 1, i.v.124-126); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Sabunçu Rayon Prokurorluğuna ünvanlanmış 24 iyun 2023-cü il tarixli 3-17- 512-23663/2023 saylı cavab məktubundan görünür ki, baş vermiş bədbəxt hadisə barədə X15 Xidmətinə məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə Zərərçəkmiş şəxs Zahidoviç ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı məlum olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı onunla hər hansı işəgötürən arasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından hadisə X15 Xidməti tərəfindən təhqiq edilmir(cild 1, i.v.149-150); Baxış keçirilməsi haqqında 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin baş direktoru Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD-də olan görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 1-ci qovluqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdı quraşdırılmış kameralar tərəfindən 59:59 dəqiqə müddətində qeydə alınmış görüntülər olduğu aşkar edilir. Həmin görüntülərdə əvvəlcə 02 iyun 2023-cü il tarixdə saat 07:00:00dan etibarən «Şahid2 çənin içərisində qaynaq işi apardığı görülür. Şahid2 çənin içərisində bir müddət oturaqlı, daha sonra isə ayağı altına hadisə yerində aşkar edilmiş hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə içərisi boş, nazik list materiallı köhnə yağ boçqası qoyaraq üzərinə çıxıb qaynaq işini davan etdirir. Həmin tarixdə saat 07:42:16-da artıq Zərərçəkmiş şəxs Cahdoviç mülki geyimdə sexə dax olur və xüsusi geyim vasitələrini (yarım boğaz çəkmə, əlçək, kambinzon və qaynaq maskası) geyinərək Şahid2 qaynaq işi gördüyü çənin sağındakı çənə daxil olaraq qaynaq işini icra etməyə başlayır. 2-ci qovluqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 08:00:00 dan 09:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 3-cü qovluq açıldıqda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 09:00:00-dan 10:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 4-cü qovluq açıldıqda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəs 5 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 10:00:00-dan 11:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 5-ci qovluq açıldıqda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəs 5 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 11:00:00-dan 12:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 6-cı qovluq açıldıqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 12:00:00- dan 13:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 7-ci qovluq açıldıqda ünvan 2 vanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 13:00:00-dan 14:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir. 8-ci qovluq açıldıqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 14:00:00- dan 15:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntünür 14:20:26-cı dəqiqəsində məlum olur ki, Zərərçəkmiş şəxs içərisində olduğu çənin Şahid2 içərisində olduğu çənlə ayıran tərəfini qaynaq edən zaman anidən partlayış baş verir və çənin içərisində olan hündürlüyü 96 sm, diametri 56 sm olan ağzı bağlı vəziyyətdə içərisi boş, nazik list materiallı köhnə yağ boçqasının qapağı havaya uçaraq kənara düşür.Bundan sonra, əvvəlcə Şahid2 daha sonra isə sexdən kənarda olan və sexə sonradan daxil olan şəxslər yaxınlaşaraq Zərərçəkmiş şəxs yardım göstərməyə çalışırlar. Həmçinin həmin görüntüyə baxdıqa məlum olur ki, partlayış baş verən zaman Şahid2 çənin çölündə qaynaq işləri görür, yəni Zərərçəkmiş şəxs istər Şahid2, istərsə də kənar hər hansı bir şəxs tərəfindən müdaxilə olunmayır. 9-cu qovluq açıldıqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 15:00:00-dan 16:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntünun 15:33:40-cı dəqiqəsində məlum olur ki, Şahid2 və Şahid3 birlikdə içərisində partlayış baş vermiş çəndə olan köhnə yağ boçqasını qaldırıcı kran vasitəsilə oradan çıxarıb sexin inventarlar olan hissəsinə doğru kənarlaşdırılar. 10-cu qovluq açıldıqda ünvan 2 ünvanında yerləşən “X16” MMC tərəfindən icarəyə götürülmüş sexdə quraşdırılmış kameralar tərəfindən qeydə alınmış və 02 iyun 2023-cü il tarixdə, saat 16:00:00- dan 17:00:00-dək olan müddəti əhatə edən görüntülər olduğu görünür. Həmin görüntülərdə ş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmir(cild 1, i.v.155-159); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə bağlı əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 1, i.v.191); ambulator məhkəmə-psixiatrik ekspertizasının 1979 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmək iqtidarında deyildir və o, prosessual fəaliyyət qabiliyyətli hesab edilmir. Zərərçəkmiş şəxs hər-hansı bir xroniki psixi xəstəlik aşkar edilmir. Onda ağır kəllə-beyin travmasından sonra meydana gəlmiş ensefalopatiya, amnestik pozuntular müəyyən edilir. Onunla istintaq hərəkətlərinin aparılması mümkün deyildir(cild 2, i.v.03-05); xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işini həyata keçirməyi ona “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs, o isə öz növbəsində Zərərçəkmiş şəxs, Şahid3 və Şahid2 tapşırmış, özü də onlarla birlikdə həmin işin görülməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə sexə gəlib iş şəraiti ilə tanış olmuşdur. Həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs iş yerində olmuş, həmin şəxsləri ona kömək edilməsi məqsədi ilə işə cəlb etdiyini Təqsirləndirilən şəxs demişdir. Bundan başqa, həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olduğunu bildirmişdir(cild 2, i.v.19-21); xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı o, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlibgetmiş, həmin vaxt isə onların orada işlədiyini görmüşdür. Onlar əvvəllər Təqsirləndirilən şəxs tanımadıqları üçün gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra əmək müqaviləsi bağladıqları üçün əvvəllər sexə gələn şəxsin “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs olduğunu bilmişdir(cild 2, i.v.22-24); xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Mikayılov X2 Əli Sahib oğlu arasında keçirilmiş üzləşdirmə zamanı o, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib-getmiş, həmin vaxt isə onların orada işlədiyini görmüşdür. Onlar əvvəllər Təqsirləndirilən şəxs tanımadıqları üçün gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra əmək müqaviləsi bağladıqları üçün əvvəllər sexə gələn şəxsin “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs olduğunu bilmişdir(cild 2, i.v.25-27); AccessBanka məxsus hesabdan çıxarışdan görünür ki, Şahid1 məxsus əmək haqqı kartına “X16” MMC tərəfindən ayrı ayrı vaxtlarda əmək haqqından əlavə olaraq müxtəlif məbləğlərdə pul köçürülmüşdür(cild 2, i.v.46); AccessBanka məxsus hesabdan çıxarışdan görünür ki, Şahid4 məxsus əmək haqqı kartına “X16” MMC tərəfindən ayrı ayrı vaxtlarda əmək haqqından əlavə olaraq müxtəlif məbləğlərdə pul köçürülmüşdür(cild 2, i.v.53-56); AccessBanka məxsus hesabdan çıxarışdan görünür ki, Şahid5 məxsus əmək haqqı kartına “X16” MMC tərəfindən ayrı ayrı vaxtlarda əmək haqqından əlavə olaraq müxtəlif məbləğlərdə pul köçürülmüşdür(cild 2, i.v.57); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 27 sentyabr 2023-cü il tarixli 3-17-5/2-37695/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs adına “Əmək və məşğulluq” altsisteminə 01 yanvar 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 03 mart tarixli, 1621 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında əsasnamənin 11.2.21-ci maddəsinə əsasən şəxsin əmək müqaviləsinin olub olmamasına dair məlumatlar “Dövlət İnformasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökümətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli Fərmanının 5.3-cü bəndinə uyğun olaraq X6 Sisteminə inteqrasiya olunmuş və “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatların həmin sistem vasitəsilə əldə edilməsi mümkündür(cild 2, i.v.63); Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 03 mart tarixli, 1621 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında əsasnamənin 11.2.21ci maddəsinə əsasən şəxsin əmək müqaviləsinin olub-olmamasına dair məlumatlar həmin sistem vasitəsilə yoxlanılarkən məlum olmuşdur ki, Şahid3, Şahid2, o cümlədən X17 barəsində “Əmək və məşğulluq“ altsisteminə 01 yanvar 2023-cü il tarixdən hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixədək istər “X16” MMC ilə, istərsə də hər hansı işə götürənlə bağlanmış əmək müqaviləsi bildirişi daxil olmamışdır(cild 2, i.v.65-85); Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/7449 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri “X16” MMC-nin direktoru tərəfindən pozulmuşdur. Öz vəzifə funksiyalarına əsasən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 14, 15, 20-cİ bəndələrinin tələbləri “X16” MMC-nin Qaynaq üzrə sahə rəisi tərəfindən pozulmuşdur. Lakin, sahə rəisi işdə olmadığına görə, onun tərəfindən öz vəzifə funksiyalarını yerinə yetirmək üçün imkanların olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər(cild 2, i.v.89-92); Bakı şəhəri Nizami rayon məhkəməsinin 3(007)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “X16” MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid2, Şahid3, Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək qaynaqçı kimi işlərə cəlb etməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmişdir; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-97/2024 saylı qərarına əsasən əlavə təkrar komisyon məhkəmə təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş, təkrar komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2165 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan “Müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən qazan-qaynaq sexinin ərazisində qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət aparılmadığına, odlu işlərin aparıldığı sahədə iş şəraiti yoxlanılmadığına, yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilməmiş şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs qaynaqçı kimi işlərin görülməsinə cəlb edildiyinə görə, “Xalq təsərrüfattı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 6, 14, 15, 16-cı bəndələrinin tələbləri “X16” MMC-nin direktoru tərəfindən pozulmuşdur. Öz vəzifə funksiyalarına əsasən “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər apararkən yanğın təhlükəsizliyi qaydaları” nın 2, 14, 15, 20-cİ bəndələrinin tələbləri “X16” MMC-nin Qaynaq üzrə sahə rəisi tərəfindən pozulmuşdur. Lakin, sahə rəisi işdə olmadığına görə, onun tərəfindən öz vəzifə funksiyalarını yerinə yetirmək üçün imkanların olub-olmamasına istintaq tərəfindən qiymət verilə bilər. Zərərçəkmiş şəxs yanğın təhlükəsizliyi üzrə müvafiq qaydada sınaq yoxlamalarından keçib xüsusi talon verilmədən qaynaqçı peşəsində işə buraxıldığını nəzərə alaraq, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir; İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, onun səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57000 manat, əmək qabiliyyətini itirməyi ilə əlaqədar əldə edə biləcəyi gəlirdən məhrum olması ilə bağlı 118800 manat, cəmi 175800 manatın cavabdehlər “X16” MMC-dən və cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir; Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Məmədiyə oğlunun himayəsində xx.xx.2008-ci il tarixli bir yetkinlik yaşına çatmayan və xx.xx.2016-cı il tarixli bir azyaşlı övladı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavadeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun əsas işi ofisdədir. Onun hadisəyə qədər əmək müqaviləsi olmayan işçilərdən məlumatı olmamışdır. İşi sahə rəisinə tapşırmış, sexdəki işlərlə o maraqlanmışdır. Onun əsas işi təşkilatçılıq və idarəçilik olmuşdur, istehsalat hissəsi onun işi olmamışdır. İndiyə qədər heç bir qanunsuz işlə məşğul olmamışdır. O, öz vəzifələrini tam yerinə yetirmişdir. İşçilər sonradan ona hadisə barədə məlumat vermişlər, ondan kömək etməyini istəmişlər, hadisənin onun direktoru olduğu müəssisədə baş verməsini nəzərə alıb zərərçəkmiş şəxsin müalicəsi üçün 20000 manat pul vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sifarişlər qəbul edilib hazırlandıqdan sonra kim ki sifariş etmişdir ona məlumat vermişlər, çənləri gəlib götürmüşlər. O arada bir sifarişlər hazır olanda 2-3 dəqiqəlik sexə gəlmiş, hazır çənlərə baxıb getmişdir. Təhlükəsizlik məsələsini əmrlə sahə rəisinə həvalə etmişdir, sahə rəisi nəzarət etmişdir. Hadisə günü Nailin anası rəhmətə getdiyindən işdə olmamış, Əyyub da icazə alıb yas mərasiminə getmək üçün Gədəbəyə getmişdir, sexdə kiminsə olmağından məlumatsız olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan sexdə işləməsindən məlumatsız olması barədə vermiş olduğu ifadəsini iş üzə sübutlarla müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin sexdə əmək müqaviləsi olmadan işləməsindən məlumatsız olduqlarını göstərsələr də, ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs bundan məlumatlı olduğunu təsdiq etmişlər. Belə ki, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs orada olmuş, həmin şəxsləri ona kömək edilməsi məqsədi ilə işə cəlb etdiyini demişdir. Bundan başqa həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olduğunu bildirmişdir. ....Bundan başqa o, 1 nəfərin heç bir köməkliyi olmadan həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə çən yığılması işini həyata keçirə bilmədiyini, “X16” MMC-də fəaliyyətə başladığı 27 fevral 2023-cü il tarixdən hadisənin baş verdiyi günə qədər ümumilikdə 4 ədəd 40 tonluq çən yığılıb istifadəyə verildiyini, hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixdə “X16” MMC-də 40 tonluq çənlərdən 5-cisinin yığıldığını, “X16” MMC-də fəaliyyətə başladığı 27 fevral 2023-cü il tarixdən sonra sexdə bir sıra hazırlıq işləri görüldüyü, ilk çən isə 2023-cü ilin mart ayından etibarən yığılmağa başlandığını, belə ki, əvvəlcə çənin yığılmasında ilkin işləri tək başına görməyə başladığını, sonradan tək işləməyin mümkün olmadığını görüb Zərərçəkmiş şəxs, Şahid2 və Əli Mehralıyev adlı şəxslərin Təqsirləndirilən şəxs da razılığı ilə işlərin görülməsinə cəlb etdiyini bildirmişdir. 2023-cü ilin mart ayında 2 çən, aprel ayında 2 çən yığılıb istifadəyə verilmiş, may ayında isə növbəti 2 çəni yığmağa başlamış, lakin məlum hadisə baş verdiyi üçün həmin çənlərin yığılması may və iyun ayı ərzində baş tutmamışdır. “X16” MMC-də fəaliyyət göstərən Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev, eləcə də o, iş yerinə yığılmalı çən olduqda gündəlik olaraq gəlmiş, çən yığıldıqdan sonra yeni sifariş alana qədər sexdə fəaliyyət dayanmışdır. Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev adlı şəxslər işə yeni başladıqları mart ayı ərzində onlara gündəlik olaraq gördükləri iş müqabilində ayrı-ayrılıqlda 50 manat, yəni ümumilikdə hər birinə 350 manat pul vəsaiti vermiş, sonradan isə hadisənin baş verdiyi günə qədər hər birinə 600-700 manat məbləğində pul vəsaiti verməyə başlamışdır. Zərərçəkmiş şəxs, Şahid2, Əli Mehralıyev adlı şəxslərə verilən əmək haqqı tək onun əmək haqqı kartına deyil, Şahid5 və Şahid4 də əmək haqqı kartlarına köçürülmüş, sonradan həm o, həm Şahid4, həm də Şahid5 birlikdə həmin pul vəsaitlərini çıxarıb adları çəkilən şəxslərin əmək haqqını ödəmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ... “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs və Şahid3 həmin MMC-də qeyri-rəsmi olaraq işləməsindən məlumatı olmuşdur. Çünki Təqsirləndirilən şəxs bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə onların orada işlədiklərini görmüşdür. O əvvəllər Natiqi tanımadığı üçün əvvəllər gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra onunla əmək müqaviləsi bağladıqları üçün bilmişdir ki, əvvəllər sexə gələn şəxs “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. ... Şahid1 həmin gün işə getməməyi ilə bağlı hər hansı göstəriş verməmişdir.” Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “... “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs onun, Zərərçəkmiş şəxs və Şahid2 həmin MMC-də qeyri-rəsmi olaraq işləməsindən məlumatı olmuşdur. Çünki, Təqsirləndirilən şəxs bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib iş şəraiti ilə tanış olmuş, həmin vaxt isə onların orada işlədiklərini görmüşdür... İşə yeni başladığı zamanlar isə gündəlik olaraq 50 manat qarşılığında razılaşmış, yəni bir çəni əgər 7 günə təhvil verirlərsə, ümumilikdə hər birinə 350 manat pul ödənilmişdir. Həmin pul vəsaitini isə Şahid1 gətirib onlara əlbəəl təqdim etmişdir.” Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “... “X16” MMC-də Zərərçəkmiş şəxs, Şahid2 və Əli adlı şəxslərin qeyri rəsmi olaraq fəaliyyət göstərməsindən rəhbərliyin, yəni Təqsirləndirilən şəxs məlumatı olmuş, çünki sonuncu ara-sıra sexə gəlib-getmiş, iş şəraiti ilə tanış olmuşdur. Həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs orada olmuşdur. Bundan başqa, həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olmuşdur.” Şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr aşağıdakı üzləşdirmə protokolları ilə də bir daha öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan listlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işini həyata keçirməyi ona “X16” MMC-nin direktoru Təqsirləndirilən şəxs, o isə öz növbəsində Zərərçəkmiş şəxs, Şahid3 və Şahid2 tapşırmış, özü də onlarla birlikdə həmin işin görülməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə sexə gəlib iş şəraiti ilə tanış olmuşdur. Həmin vaxt isə istər Şahid2, istər Şahid3, istərsə də Zərərçəkmiş şəxs iş yerində olmuş, həmin şəxsləri ona kömək edilməsi məqsədi ilə işə cəlb etdiyini Təqsirləndirilən şəxs demişdir. Bundan başqa, həmin işçilərin əmək haqqını da Təqsirləndirilən şəxs verdiyi vəsait hesabına ödəmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin sexdə ondan başqa Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 adlı şəxslərin işləməsindən məlumatlı olduğunu bildirmişdir(cild 2, i.v.19-21); Həmçinin, xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı o, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib-getmiş, həmin vaxt isə onların orada işlədiyini görmüşdür. Onlar əvvəllər Təqsirləndirilən şəxs tanımadıqları üçün gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra əmək müqaviləsi bağladıqları üçün əvvəllər sexə gələn şəxsin “X16” MMCnin direktoru Təqsirləndirilən şəxs olduğunu bilmişdir(cild 2, i.v.22-24); Həmçinin, xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X14 arasında keçirilmiş üzləşdirmə zamanı o, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu bir neçə dəfə onlar orada işləyən zaman sexə gəlib-getmiş, həmin vaxt isə onların orada işlədiyini görmüşdür. Onlar əvvəllər Təqsirləndirilən şəxs tanımadıqları üçün gələn zaman kim olduğunu bilməmiş, lakin hadisədən sonra əmək müqaviləsi bağladıqları üçün əvvəllər sexə gələn şəxsin “X16” MMCnin direktoru Təqsirləndirilən şəxs olduğunu bilmişdir(cild 2, i.v.25-27); Məhkəmə qeyd edir ki, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 hazırda “X16” MMC-nin işçiləri olduğundan, MMC-nin direktorunun cinayət məsuliyyətindən yayındırmaq məqsədilə məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadələr vermişlər. Halbuki, AccessBanka məxsus hesabdan çıxarışlardan görünür ki, Şahid1, Şahid4 və Şahid5 məxsus əmək haqqı kartına “X16” MMC tərəfindən ayrı ayrı vaxtlarda əmək haqqından əlavə olaraq müxtəlif məbləğlərdə pul köçürülmüşdür(cild 2, i.v.46); Eyni zamanda şahid qismində dindirilmiş Şahid5 və X10 onların kart hesabına müdriyyət tərəfindən köçürülmüş məbləğlərin çıxarılaraq işçilərə əmək haqqı ödənilməsi üçün Şahid1 verdiklərini bir daha təsdiq etmişlər. Həmçinin Şahid1 həm ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaq zamanı vermiş olduğu ifadələrində həmin şəxslərin əmək haqlarını Təqsirləndirilən şəxs ona verdiyi vəsait hesabına ödədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini daha inandırıcı hesab edərək mötəbər sübut olması qənaətinə gəlir. Bundan başqa, hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi sexdə həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan üstlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülmüşdür. Lakin həmin sexdə işləyən şəxslərdən yalnız Şahid1 X16” MMC-nin sahə rəisi vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsi olmuş, digər şəxslərin əmək müqaviləsi olmamışdır. Göstərilən ölçüdə çənlərin sahə rəisi vəzifəsinə işə qəbul edilmiş bir nəfər şəxs tərəfindən hazırlanmasının qeyri mümkünlüyü bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs həmin işçilərin əmək müqaviləsi olmadan işləməsi barədə məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir çəni bir nəfərin tək başına hazırlaması mümkün olmadığından o, əlavə işçilər götürmüşdür. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan sexdə qaynaq işləri görülməsinə cəlb edilməsindən məlumatlı olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspetiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 02 iyun 2023-cü tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, “X16” MMC-nin icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən sexində əmək müqaviləsi olmadan qaynaqçı kimi işlərə cəlb edilmiş Zərərçəkmiş şəxs tərəfindən 02 iyun 2023-cü il tarixdə saat 15 radələrində həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2.26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan üstlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görülən zaman partlayış baş vermiş və o, baş beyin əzilməsi və alın, sağ gicgah, əsas hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa, iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin dispozisiyasından göründüyü kimi CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarıdır. İlk olaraq məhkəmə, əməyin mühafizəsi qaydaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində verilmiş anlayışa əsasən əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Əməyin mühafizəsinin anlayışından göründüyü kimi, bu sistem işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs(dir). Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 27 sentyabr 2023-cü il tarixli 3-17-5/2-37695/2023 saylı məktubundan və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 03 mart tarixli, 1621 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında əsasnamənin 11.2.21-ci maddəsinə əsasən şəxsin əmək müqaviləsinin olub-olmamasına dair məlumatların həmin sistem vasitəsilə yoxlanılarkən məlum olmuşdur ki, X17 barəsində “Əmək və məşğulluq “ altsisteminə 01 yanvar 2023-cü il tarixdən hadisənin baş verdiyi 02 iyun 2023-cü il tarixədək istər “X16” MMC ilə, istərsə də hər hansı işə götürənlə bağlanmış əmək müqaviləsi bildirişi daxil olmamışdır. Texniki təhlükəsizlik qaydaları ilə bağlı məhkəmə qeyd edir ki, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən texniki təhlükəsizlik vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Həmin Qanundan aydın olur ki, texniki təhlükəsizlik çox geniş anlayışdır və ictimai həyatın müxtəlif sahələrində (əməyin təhlükəsizliyi, ekoloji, yanğın, sanitar-epidemoloji təhlükəsizlik, sənayedə və tikintidə təhlükəsizlik və s.) riayət edilməli olan təhlükəsizlik qaydalarını əhatə edir. Lakin CM-nin 162-ci maddəsində sözün geniş mənasında deyil, məhz əmək mühafizəsinin tərkib hissəsi olan texniki təhlükəizlik qaydaları nəzərdə tutulur. Lakin, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4138 nömrəli rəyindən və əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7449 nömrəli rəyindən müəyyən olunur ki, baş vermiş hadisə ilə əlaqədar “Xalq təsərrüfatı obyektlərində qaynaq və digər odlu işlər aparılarkən yanğın təhlükəsizliyi qaydalarının 2, 6, 14, 15, 16, 20-ci bəndlərinin tələbləri pozulmuşdur. Ekspert rəylərindən də göründüyü kimi, hazırki hadisə zamanı əməyin mühafizəsinin tərkib hissəsi olan təhlükəsizlik qaydaları deyil, yanğın təhlükəsizliyi qaydaları pozulmuşdur ki, bu qaydalarının pozulması CM-nin 162-ci maddəsinin dispozisiyasında nəzərdə tuitulmuş texniki təhlükəsizlik qaydalarının pozulmasını özündə ehtiva etmir. Bundan başqa, cinayət işinin İ cildinin 149-150-ci vərəqlərində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Sabunçu Rayon Prokurorluğuna ünvanlanmış 24 iyun 2023-cü il tarixli, 3-17-512- 23663/2023 saylı cavab məktubundan görünür ki, baş vermiş bədbəxt hadisə barədə X15 Xidmətinə məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə Zərərçəkmiş şəxs Zahidoviç ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı məlum olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə zamanı onunla hər hansı işəgötürən arasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından hadisə X15 Xidməti tərəfindən təhqiq edilmir. Halbuki, texniki təhlükəsizlik və əməyin mühafizəsinin məhz hansı norma və qaydasının pozulduğunu müəyyən etmək üçün Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na müvafiq olaraq X8 tərtib etdiyi İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Aktdan istifadə edilməlidir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ilə “X16” MMC arasında əmək müqaviləsinin olmaması səbəbindən İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Akt tərtib edilməmişdir. Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.2-ci bəndi hansı hallarda baş vermiş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi təhqiq edilməli oduğunu müəyyən etmişdir ki, həmin hallar məhz işçilərin səhhətinin pozulması hallarını nəzərdə tutmuşdur. Həmin bənddə sadalanmış hallarda törədilmiş əməldə CM-nin 162-ci maddəsində təsbit olunmuş cinayət tərkibinin başqa əlamətləri də olduqda təqsirli şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bir daha qeyd edir ki, CM-nin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət nəticəsində zərərçəkmiş şəxs qismində idarə, müəssisə və təşkilatların işçiləri, daimi və ya müvəqqəti əmək fəaliyyəti müəyyən istehsal sahəsi ilə əlaqədar olan sair şəxslər(məsələn, digər müəssisəyə ezam olunmuş şəxslər) çıxış edir. Əmək mühafizəsi qaydalarının pozulması nəticəsində kənar şəxslərin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulmuşdursa bu halda təqsirkarın əməli CM-nin 162-ci maddəsi ilə deyil, CM-nin 314-cü maddəsi ilə, yəni səhlənkarlıq əməli kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, mühüm zərər qiymətləndirilən anlayışdır və real maddi ziyan mənəvi və ya fiziki zərər, yaxud başqa maddi və ya qeyri maddi formada mövcud ola bilər. Zərərin həcmi haqqında məsələni həll edərkən törədilən əməlin konkret halları, pozulmuş ictimai münasibətlərin əhəmiyyətliyi(vurulmuş zərərin həcmi və xarakteri, zərərçəkmiş şəxslərin sayı və s.) əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, onun əməlini səhlənkarlıq kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, onun əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən qanunvericilik aktları ilə üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 162-ci maddəsi ilə deyil, CM-nin 314-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini(CM-59.1.14) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57000 manat, əmək qabiliyyətini itirməyi ilə əlaqədar əldə edə biləcəyi gəlirdən məhrum olması ilə bağlı 118800 manat, cəmi 175800 manatın cavabdehlər “X16” MMC-dən və cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi iddianın təmin edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs hadisə nəticəsinə səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57000 manat ona ödənilməsini xahiş etmiş, bununla əlaqədar X5 35644,34 manat ödənişlə bağlı sənəd təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs atası Nümayəndə1 şahid qismində vermiş olduğu ifadəsində MMC tərəfindən ona oğlunun müalicəsi üçün 18500 manat məbləğində pul verildiyini, lakin göstərilən məbləğdən əlavə olaraq oğlunun müalicəsinə 57000 manat xərc çəkdiyini bildirmiş, həmin məbləğlə bağlı məhkəməyə hər hansı rəsmi qaydada təsdiq olunmuş sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Təqsirləndirilən şəxs Məmmədiyyə oğlu isə ifadəsində Zərərçəkmiş şəxs müalicəsi üçün 20000 manat məbləğində zərərçəkmiş şəxsin atasına pul verdiyini göstərmişdir. Bundan başqa mülki iddiaçı əmək qabiliyyətini itirməyi ilə əlaqədar hər gün üçün 10 manat, hər il üçün 3600 manat olmaqla, pensiya təyin edilməsinə qədər olan 33 illik müddət üçün əldə edə biləcəyi gəlirdən məhrum olması ilə bağlı 118800 manat pul ödənilməsini xahiş etmişdir. Lakin, məhkəmə-tibbi ekspertizasının 1385 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin əzilməsi və alın, sağ gicgah, əsas, hər iki əng, sol almacıq, burun, çənə sümüklərinin yerini dəyişən, qapalı sınıqlarına, sol qaşüstü, burun, sol yanaq, hər iki dodaq nahiyələrinin əzilmiş cırılmış yaraları, alt və üst çənədə dişlərin çoxsaylı travmatik itirilməsinə səbəb olan, başın küt travması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni partlayış nəticəsində çəlləyin (və yaxud onun hər hansı bir hissəsinin) onun baş nahiyəsinə zərblə dəyməsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin itirilməsi müəyyən olması zərurəti yaranarsa, onun müalicəsi tam başa çatdıqdan sonra, əlavə məhkəmə-tibbi ekspertizasından sonra təyin edilə bilər. Məhkəmə istintaqı zamanı həm Zərərçəkmiş şəxs, həmçinin şahid qismində dindirilmiş atası Nümayəndə1 hazırda onun müalicəsinin davam etdiyini bildirmişdir. Göründüyü kimi hazırki mərhələdə Nümayəndə1 müalicəsi tam başa çatmadığından Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin itirilməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiada göstərilən hallar əlavə araşdırma tələb etdiyindən, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. İş üzrə 322 (üç yüz iyirmi iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 20(iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01(bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah olunsun. Ekspertiza tədqiqatının dəyəri 322 (üç yüz iyirmi iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar