Məhkəmə qərarları › İş №1(008)-97/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-97/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-97/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan 18 aprel 2013-cü il tarixdən hesablanmaqla 07 aprel 2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, bir uşağa 50,00 manat, 09 oktyabr 2017-ci il tarixdən isə artırılaraq əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa görə 137,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Beyləqan Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(020)- 417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini iizrsiiz səbəbdən yerinə yetirmədiyinə görə, Sabunçu Rayon Məhkəməsinin 3(008)- 344/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmasına, həmin məhkəmənin 3(008)-3347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs olunmasına, həmin məhkəmənin 3(008)-1771/2024 saylı, xx.xx.2024-üi il tarixli saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2018-ci, xx.xx.2020-ci, xx.xx.2024-cü və xx.xx.2024-cii il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 19 avqust 2024-cü tarixədək 10364,00 manat məbləğində alimeııt borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ailə quraraq evlənmiş və birgə nikahdan övladları anadan olmuşdur. İlk vaxtlar aralarında heç bir narazılıq olmamışdır və bır müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuşdur və mövcud nikahları rəsmi ləğv edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(020)-417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801 /2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə 18 aprel 2013-cü il tarixdən hesablanmaqla 07 aprel 2011 -ci il təvəllüdlü X8! qızının yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, bir uşağa 50,00 manat, 09 oktyabr 2017-ci il tarixdən isə artırılaraq əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa görə 137,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və icra orqanın tələblərinə baxmayaraq maliyyə çətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəməmiş və həmin vaxta 10364,00 manat alimet borcu yaranmışdır. İcra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-344/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmuş və həmin məhkəmənin 3(008)-3347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2018-ci, xx.xx.2020-ci, xx.xx.2024-cii və xx.xx.2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, plastik qapı-pəncərə və kafel-metlax ustası kimi əmək fəaliyyətilə məşğul olaraq, ayda 200,00- 300,00 manat əmək haqqı almasına baxmayaraq alimenti ödəməmişdir. Lakin hazırki dövrdə alimenti ödəməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ziyan ödənilmişdir. Məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladları anadan olmuşdur. Ayrıldıqdan sonra övladlar onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Beyləqan Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(0201-417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017- ci il tarixli, 2(008)-8801 /2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə 18 aprel 2013-cü il tarixdən hesablanmaqla 07 aprel 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, bir uşağa 50,00 manat, 09 oktyabr 2017- ci il tarixdən isə artırılaraq əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa görə 137,00 manat vəsaiti ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Sabunçu rayon İcra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı şəhəri 3(008)-344/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmuş və həmin məhkəmənin 3(008)-3347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-1 -ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 10 364 manat məbləğində alimenti ödəmiş, onun heç bir şikayət və tələbi yoxdur. Ərizə təqdim edərək ona ödənilməli olan 10 364 manat məbləğində pulun tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 18 aprel 2013-cü il tarixdən hesablanmaqla 07 aprel 2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, bir uşağa 50,00 manat, 09 oktyabr 2017-ci il tarixdən isə artırılaraq əvvəli 15 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa görə 137,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Beyləqan Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(020)-417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801 /2017 savlı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsiiz səbəbdən yerinə yetirmədiyinə görə, Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 3(008)-344/2020 saylı, xx.xx.2020-ci il tarixli saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs olunmuş və həmin məhkəmənin 3(008)-3347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528. M-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 03.09.201 S-ci, xx.xx.2020-ci, xx.xx/2024-cü və xx.xx.2024-cü il tarixdə məsuliyyəti dan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 19 avqust 2024-cii tarixədək 10364,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrin qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qııvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-ııin 306.1 -ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Əmirov X2 Tamella Ellaz qızı ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(020)-417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrinə 18 aprel 2013-cü il tarixdən hesablanmaqla 07 aprel 2011 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması ilə əlaqədar hər ay, bir uşağa 50 manat, 09 oktyabr 2017-ci il tarixdən isə artırılaraq əvvəli 15 avqust 2018ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa görə 137,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən 09 sentyabr 2024-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasənqanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərəçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 10 364 manat məbləğində pulun tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs, müdafiəçisi və dövlət ittihamçısı iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Əsədov X5 Rayon Məhkəməsinin 30 may 2013-cü il tarixli, 2(020)-417/2013 saylı və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrini tam icra edərək qətnamə üzrə alınmalı olan pul məbləğini zərərçəkmiş şəxsə ödəmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və zərəçəkmiş şəxsin ərizəsini tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeydində göstərilənlərə əsasən Cinayət Qanunu məhkəmə qərarının icrası halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla təqsirkarın əməlində cinayət tərkibinin olmasını da aradan qaldırır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Hüquqi xidmətə görə müdafiəçi Təqsirləndirilən şəxs iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə, barəsində cinayət təqibinə (cinayət işinin icraatına) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar