Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-974/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu massiv ev 01, mənzil 17-də qeydiyyatda olan, faktiki olaraq Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi evdə yaşayan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı fərdi evin yaxınlığında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs pulunu istədikdə Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı başı ilə onun üz, əli ilə isə baş nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq, sağ təpəgicgah, ənsə nahiyələrinin dərialtı hematomaları, üst çənədə sol İ kəsici dişin travmatik laxlaması ilə müşayiət olunan üst dodağın qançır və qansızması ilə müşayiət olunan xəsarətlər yetirərək ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəh., Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu fərdi evdə yaşayır. Qonşulquda yaşayan Çingiz adlı şəxslə əvvəllər birlikdə usta kimi fəaliyyət göstərsələr də sonradan pula görə münasibətləri pozulmuşdur. Ondan bir neçə dəfə zəng edib pulunu istədikdə aralarında sözlə mübahisələr yaranmışdır. 21 noyabr 2022-ci il tarixdə, saat təxminən 19:00 radələrində yaşadıqqları evin yaxınlığında Çingizi gördükdə ondan yenə pulunu istədikdə Çingiz onu nalaiq ifadələrlə təhqir etmişdir. Cavab olaraq onu təhqir etdikdə onlar dalaşmağa başlamışlar. Çingiz onu vurub, ona xəsarət yetirmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alıb, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşulquda yaşayan Elməddin adlı şəxslə əvvəllər birlikdə usta kimi fəaliyyət göstərmişlər. Lakin sonradan münasibətləri pozulmuş, əlaqədəri kəsilmişdir. Bundan sonra rastlaşdıqda Elməddinin dəfələrlə onunla mübahisə yaratmağa çalışmışdır. 21 noyabr 2022-ci il tarixdə, saat təxminən 19:00 radələrində yaşadığı evin yaxınlığında dayanarkən Elməddinin onun yanımdan keçərkən spirtli içkinin təsiri altında olduğunu, səbəbsiz yerə onu nalaiq ifadələrlə durmadan təhqir etmişdir. Dözməyərək onu təhqir etdikdə Elməddinin yaxınlaşaraq başı ilə onun üz nahiyəsindən zərbə vurmuşdur. Halhazırda onlar darışmışlar, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə baxışı iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X1 tərəfindən verilmiş 2728 saylı, 26 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, vət..Zərərçəkmiş şəxs Çəlim oğlunda sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq, sağ təpə-gicgah, ənsə nahiyələrinin dərialtı hematomaları. üst çənədə sol İ kəsici dişin travmatik laxlaması ilə müşayiət olunan üst dodağın qançır və qansızması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi 21 noyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış, tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, iş üzrə keçirilmiş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli müzakirə edərkən, Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs barışıq ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, mübahisənin sosial münasibətlərdən yaranmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi məqsədə uyğundur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-974/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-974/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver