Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-99/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, x.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsi ev 87-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü “Atəş” adı ilə təqdim edərək geniş əhatə dairəsinə malik olan şəxs kimi qələmə verib, ona və ailə üzvlərinə sosial yardım düzəldilməsinə kömək edə biləcək tanışlarının olmasını bildirməklə etibarını qazanıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona 6000 manat müqabilində ona və ailə üzvlərinə sosial yardım düzəldilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs hissə hissə olmaqla ilk dəfə 2023-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən mağazadan ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən tanışı cinayətdən məlumatsız X2 adına qeydiyyata alınmış 4169 7385 8606 6916 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 1500 manat pulu, 2023-cü ilin oktyabr ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən mağazadan ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən tanışı cinayətdən məlumatsız X1 adına qeydiyyata alınmış 5239 1517 1519 3101 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdülmüş 1500 manat pulu və sonuncu dəfə isə 2023-cü ilin oktyabr ayının sonunda Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 2 ünvanında 3000 manat pulu alıb, ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin may ayında tanışı İlqar adlı şəxsin qızı Sərgülün vasitəsi ilə Əhməd adlı şəxslə tanış olmuşdur. Əhmədlə söhbət əsnasında Əhməd özünə, arvadı Şahid və Hüseynova Əsmayə Əhməd qızına sosial yardım düzəltmək istədiyini bildirmiş və söz arası tanışı olsa ona bu işdə köməklik etməyini xahiş etmişdir. O yalandan Əhmədə sosial müdafiə nazirliyində işləyən tanışlarının olmasını bildirib bununla bağlı maraqlanacağını demişdir. Bir müddət sonra Əhmədlə danışaraq ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işini tanışı ilə danışmasını və işə başlamaq üçün şəxsiyyət vəsiqələrinin sürətinin verilməsini bildirmişdir. Əhməd özünə və ailə üzvlərinə sosial yardım işinin düzəldilməsindən ötrü sənədləri ona göndərmişdir. Əhməd sənədlərin surətini ona göndərdikdən sonra Əhmədlə əlaqə saxlayaraq ona və ailə üzvlərinə sosial yardım düzəldilməsi üçün 6000 manat pulun lazım olduğunu və ilkin olaraq 3000 manat pul verilməsinin zəruri olduğunu, pul verlidikdən sonra iki iş həftəsi ərzində sosial yardım işinin həll olunacağını bildirmişdir. Əhməd özünə və ailə üzvlərinə sosial yardım düzəltməsi üçün 3000 manat pulu iki dəfə olmaqla hissə 2023-cü ilin ilin oktyabr ayının əvvəllərində 1500 manat pulu ona göndərdiyi tanışı Elmarın adına olan **********066916 "xxxx" hesab kartına ödəmə terminalı vasitəsi ilə, bundan bir neçə gün sonra tarixi dəqiq yadında qalmayan 2023-cü ilin oktyabr ayının ortalarında 1500 manat pulu ona göndərdiyi tanışı Sənanın adına olan **********5193101 "xxxx" hesab kartına ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Həmin göndərilmiş pulları o bankomatdan çıxarıb Əhmədin ailə üzvlərinə sosial yardım düzəltməsi işinin həlli üçün deyil öz şəxsi problemlərinə xərcləmişdir. Bunun üstündən iki həftə sonra Əhmədlə əlaqə saxlayaraq ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin həll olunması üçün yalandan əlavə olaraq 3000 manat pulun lazım olmasını bildirmişdir. Əhməd evdə hazır 3000 manat pulunun olmadığını və pulun düzəlməsi üçün bir neçə gün vaxt istəmişdir. Həmin pulu topladıqdan sonra Əhməd onunla əlaqə saxlayaraq pulunun hazır olmasını bildirmişdir. Tarixi dəqiq yadında qalmayan 2023-cü ilin oktyabr ayının sonunda Əhmədin yaşadığı evə gələrək Əhməddən 3000 manat pulu ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin həll olunması üçün götürmüş və sosial yardım işinin noyabr ayının əvvəllərinə qədər hazır olacağına dair yalandan ona söz vermişdir.Əhməd ondan ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin kimin vasitəsi ilə düzəldəcəyini soruşmamış və o özü də ona bu barədə bir söz deməmişdir. O Əhməddən pulu aldıqdan sonra onu arxayın edərək ona və ailə üzvlərinə sosial yardım düzəldilməsi işinin noyabr ayının əvvəllərinə qədər hazır olacağına dair söz vermişdir. Əhmədə dediyi müddət tamam olduqdan sonra Əhməd onunla əlaqə saxlayıb ondan işin nə yerdə olmasını soruşduqda Əhmədə məsələnin tez bir zamanda həll olunacağını və bu barədə narahat olmamasını bildirmişdir. Əhməd bundan sonra ona və ailə üzvlərinə sosial yardım düzəldilməsi işi üçün ona verdiyi 6000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. O pulu qaytarmağa görə Əhməddən möhlət istəmişdir. Əhmədə dediyi vaxt tamam olduqdan sonra pulu yenə ona geri qaytara bilməmiş və Əhmədə yenə müxtəlif bəhanələr gətirərək pulunu qaytamaqdan yayınmağa başlamışdır, sonradan onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. O Əhməddən ümumilikdə aldığı 6000 manat pulu onun və ailə üzvlərinə sosial yardım düzəldilməsi işini həlli üçün deyil öz şəxsi problemlərinə, həmin vaxtı pulu sağ ayağından əməliyyat olunduğu üçün müalicəsinə xərcləmişdir. Bank kartı sahiblərinin onun Əhmədə qarşı olan cinayət əməlindən məlumatları olmamışdır, özü də onlara bu barədə heçnə deməmişdir. Pul göndərildikdən sonra onların bank kartlarından istifadə edib pulları bankomatdan çıxarmışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2023-cü ilin may ayında tanışı İlqar adlı şəxsin qızı Sərgülün vasitəsi ilə adını ilkin olaraq Ataş bildiyi sonradan əsl adı ona Təqsirləndirilən şəxs olan şəxslə tanış olmuşdur. Xoşbəxtlə söhbət əsnasında o Xoşbəxtə ona, arvadı Şahid və qızı Hüseynova Əsmayə Əhməd qızına sosial yardım düzəitməsini xahiş etmişdir. Xoşbəxt ona əmək və əhalinin sosial müdafiə nazirliyində işləyən tanışlarının olmasını bildirib bununla bağlı maraqlanacağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla danışaraq ona və ailə üzvlərinə sosial yardım düzəltməsı işini tanışı ilə danışmasını və işə başlamaq üçün şəxsiyyət vəsiqələrinin sürətinin ona verilməsini bildirmişdir. O sosial yardım düzəldilməsindən ötrü sənədləri Təqsirləndirilən şəxs göndərmişdir. Sənədlərin surətini Təqsirləndirilən şəxs göndərdikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona və ailə üzvlərinə sosial yardım düzəltməsi üçün 6000 manat pulun lazım olduğunu və ilkin olaraq 3000 manat pul verilməsinin zəruri olduğunu, pul verilidikdən sonra iki iş həftəsi ərzində sosial yardım işinin həll olunacağını bildirmişdir. O özünə və ailə üzvlərinə sosial yardım düzəltməsi üçün özünə məxsus 3000 manat pulu iki dəfə olmaqla hissə ilə dəqiq tarixi yadında qalmayan 2023-cü ilin oktyabr ayının əvvəllərində 1500 manat pulu Xoşbəxtin ona göndərdiyi **********066916 "xxxx" hesab kartına yaşadığı evin yaxınlığında yerləşən mağazada olan ödəmə terminalı vasitəsi ilə, bundan bir neçə gün sonra dəqiq tarixi yadında qalmayan 2023-cü ilin oktyabr ayının ortalarında 1500 manat pulu Xoşbəxtin ona göndərdiyi **********5193101 "xxxx" hesab kartına yaşadığı evin yaxınlığında yerləşən mağazada olan ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Bunun üstündən iki həftə sonra Xoşbəxt onunla əlaqə saxlayaraq ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin həll olunması üçün əlavə olaraq 3000 manat pulun lazım olmasını bildirmişdir. O Xoşbəxtə evdə hazır 3000 manat pulunun olmadığını və pulun düzəlməsi üçün bir neçə gün vaxt istəmişdir. Həmin pulu topladıqdan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulunun hazır olmasını bildirmişdir. Tarixi dəqiq yadında qalmayan 2023-cü ilin oktyabr ayının sonunda Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana kombinatı 33, 5 A ünvanına gələrək ondan 3000 manat pulu ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin həll olunması üçün götürmüş və sosial yardım işlərinin noyabr ayının əvvəllərinə qədər hazır olacağına dair ona söz vermişdir, O Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işinin kimin vasitəsi ilə düzəldəcəyni soruşmamış və özü də ona bu barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra onu arxayın edərək noyabr ayının əvvəllərinə qədər işin hazır olacağına dair söz vermişdir. Təqsirləndirilən şəxs ona dediyi müddət tamam olduqdan sonra onunla əlaqə saxlayıb ondan işin nə yerdə olmasını xəbər aldıqda Xoşbəxt ona məsələnin tez bir zamanda həll olunacağını və bu barədə narahat olmamağını bildirmişdir. O bundan sonra Xoşbəxtdən ona və ailə üzvlərinə sosial yardım düzəltməsi işi üçün verdiyi 6000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Xoşbəxt pulu qaytarmasına görə ondan möhlət istəmişdir. Xoşbəxtin dediyi vaxt tamam olduqdan sonra pulu yenə qaytarmamış və yenə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmağa başlamışdır, sonradan onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. 28 noyabr 2023-cü il tarixdə Xoşbət Quliyevlə əlaqə saxlamaq istəsə də Xoşbəxt onun zənglərinə cavab vermədiyindən Xoşbəxtin barəsində tədbir görülməsi üçün polisə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı tədqiq edilən ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təqdiq etmişdir(i.v.41-43). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 28 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana kombinatı 33,5 A ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v.8-10); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 dekabr 2023-cü il tarixli tələbnamədən və Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.3cü maddəsi ilə təqsirli bilinərək 09 İl müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 06 ay 09 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm ləğv edilərək Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə xitam verilməklə azad olunmuşdur. Mingəçevir şəhər məhkəməsinin 01(051)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdə hesablanması qərara alınmışdır(i.v. 95-110, 111-113); Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), törətdiyi əməli etiraf eməsini və səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(051)- 92/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddələrində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-99/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-99/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver