Məhkəmə qərarları › İş №1(008)-997/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-997/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-997/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqmda iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 27 fevral 2023-cü il tarixdə, saat 02 radələrinə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında saxladığı Opel Corsa markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış özgənin Zərərçəkmiş şəxs məxsus qiyməti 180 manat olan bir ədəd monitorlu maqnitafonu, ümumi dəyəri 200 manat olan iki ədəd “Pioneer TS-A2511” marka ı səsgücləndiriciləri (kalonkaları), avtomobilin yük yerindən qiyməti 75 manat olan bir ədəd “Eclat” markalı ətiri, qiyməti 55 manat olan bir ədəd “Today” markalı ətiri, qiyməti 60 manat olan bir ədəd gün eynəyini, ümumi dəyəri 300 manat olan pencək-şalvar dəstini və bir ədəd qolsuz uzun gödəkçəni (balonkanı) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ilə piyada yaşadığı evə gedərkən həmin küçədə yerləşən nömrəsiz fərdi evin qarşısında tanımadığı şəxsə məxsus “Opel Corsa” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt qərara gəlmişdir ki, avtomobilin qapısını açıb salonundan qiymətli əşya və yaxud pul götürsün. Bundan sonra sözü gedən avtomobilin qapılarını və yük yerini yoxladıqda açıq olduğunu görmüşdür. Bundan sonra avtomobilin qabaq sağ qapısmı açaraq salonuna daxil olmuş və avtomobilin salonunda quraşdırılmış bir ədəd monitorlu maqnitafonu, iki ədəd “Pioneer” markalı səsgücləndiriciləri söküb yerindən çıxartmışdır. Bundan sonra avtomobilin yük yerini açmış və yük yerində olan iki ədəd ətiri, bir ədəd gün eynəyini, qadına məxsus pencək-şalvar dəstini və bir ədəd qolsuz uzun balonka gödəkçəni götürmüş və yaşadığı evə aparmış, lakin oğurladığı əşyaların heç birini satmamışdır. 26 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində piyada gedərkən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt polis əməkdaşları əlindəki sellofan torbanın içərisində olan bir ədəd monitorlu maqnitafonu və iki ədəd “Pioneer” markalı səsgücləndiriciləri haradan əldə etdiyini soruşduqda, özünə məxsus olmasını bildirsə də, polis əməkdaşları onu 12-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində başqa çıxış yolu görmədiyindən sorğu zamanı Opel Corsa markalı avtomobildə törətdiyi oğurluq cinayətini tam təfərüatı ilə polis əməkdaşlarına danışmış və selleofan torbada olan oğurladığı bir ədəd monitorlu maqnitafonu və iki ədəd “Pioneer” markalı səsgücləndiricilərini polis əməkdaşlarına təhvil vermişdir. Oğurladığı digər əşyaları isə polis əməkdaşları tərəfindən sağlanıldığı gündən iki-üç gün sonra avtomobilin sahibi sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs qaytarmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 26 fevral 2023-cü il tarixdə, saat 21 radələrində arvadı X1 mülkiyyətində olan və ona məxsus Opel Corsa markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 2 ünvanının qarşısında saxlayaraq yaşadığı evə getmişdir. Avtomobili saxlayarkən qapılarını bağlamamışdır, ona görə də qapıları açıq qalmışdır. 27 fevral 2023-cü il tarixdə, saat 11 radələrində işə getmək məqsədilə yaşadığı evdən çıxmış və idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobilin salonunda quraşdırılmış markasını bilmədiyi, qiyməti 180 manat olan monitorlu maqnitafonun yerində olmadığmı görmüşdür. Bundan sonra avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin salonunda quraşdırılmış ümumi dəyəri 200 manat olan iki ədəd “Pioneer TS-A2511” markalı səsgücləndiricilərin (kalonkalarm), avtomoilin yük yerindən qiyməti 75 manat olan bir ədəd “Eclat” markalı ətirin, qiyməti 55 manat olan bir ədəd “Today” markalı ətirin, qiyməti 60 manat olan bir ədəd gün eynəyinin, ümumi dəyəri 300 manat olan pencək-şalvar dəstinin və bir ədəd qolsuz uzun gödəl cçənin (balonkanm) naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək avtomobilindən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları gəmişlər, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və o, baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 870 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanının qarşısındakı küçədir (i.v.7-9). “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində piyada hərəkət edərkən şübhəli bilinərək saxlanılmış, PŞ-nə dəvət edilmiş, əlində olan sellofana baxış keçirilən zaman bir ədəd sensor ekranlı maqnitafon, 02 ədəd üzərində “Pioner” yazısı olan qara rəngli səs gücləndirici aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin əmlakları oğurluq nəticəsində əldə etdiyini bildirmişdir (i.v.37-38). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7168/2023 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların istifadədə olması və üzərihdə olan qüsurlar (rəng qopuqları, cızıqlar və.s) nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110,00 manat müəyyən olunur. O cümlədən: 01 ədəd üzərində markalarıma göstəriciləri olmayan, monitorlu maqnitafon- 50,00| manat; 02 ədəd Çin istehsalı, 400 watt, “Pioneer TS-A2511” markalı səsgücləndirici (kalohka) - 60,00 manat (02 ədəd x 30,00 manat) (i.v.141-144). “Sübutların qiymətləndirilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs oğurladığı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd markalanma göstəriciləri olmayan monitorlu maqnitafon və 02 ədəd Çin istehsalı olan “Pioneer TS-A2511” markalı səsgücləndiricilır maddi sübut kimi tanınmış və məsul saxlanış üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir (i.v.148-153). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, material üzrə keçirilmiş müvafiq ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə razılaşmır və ittihamın həcminin azaldılmasını qanuni və əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7168/2023 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif adda malların istifadədə olması və üzərində olan qüsurlar (rəng qopuqları, cızıqlar və.s) nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110,00 manat (01 ədəd üzərində markalarıma göstəriciləri olmayan, monitorlu maqnitafon- 50,00| manat; 02 ədəd Çin istehsalı, 400 watt, “Pioneer TS-A2511” markalı səsgücləndirici (kalohka) - 60,00 manat (02 ədəd x 30,00 manat)) müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bir ədəd monitorlu maqnitafonun dəyəri 180 manat, iki ədəd “Pioneer TS-A2511” markalı səsgücləndiricilərinin ümumi dəyəri isə 200 manat kimi göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə aşkar edilmiş maddi sübutların, yəni zərərçəkmiş şəxsə məxsus olan monitorlu maqnitafonunun və “Pioneer TS-A2511” markalı səsgücləndiricilərin cinayət törədilən vaxtı olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış həmin əmlakların dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri (həmin maqnitofonu və səsgücləndiriciləri aldığı qiyməti) müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görnədən zərərçəkmiş şəxsin göstərdiyi məbləğlə əmlakları qiymətləndirərək həmin məbləğlər əsasında da təqsirləndirilən şəxsə 870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə cinayətin törədildiyi vaxt üçün monitorlu maqnitafonun dəyərinin 50 manat; 02 ədəd Çin istehsalı, 400 watt, “Pioneer TS-A2511” markalı səsgücləndiricinin hər birinin 30 manat olmaqla ümumi dəyərinin 60,00 manat müəyyən edilməsini, istintaq orqanı tərəfindən həmin məbləğin isə ümumi hər üç əmlaka görə 380 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən məbləğ əsas götürülməklə şəxsə ittiham verilməsinin qanuni olması və manitorlu maqnitafonun ittihamda verilmiş dəyərinin 130 manat məbləğində, 02 ədəd səsgücləndiricinin dəyərinin isə 140 manat məbləğində azaldılaraq ümumi ittiham verilmiş məbləğin 600 məbləğində müəyyən edilməli olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə, saat 12:40-da tutulmuşdur (i.v.49). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir (i.v.79- 81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir, Salyan Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərarı ilə əməli AR CM-nin 177.1-ci maddəsinə tövsif edilməklə üzərində qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, 28 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2021-ci il qərarı ilə cəzasının 04 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 22 oktyabr 2021ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (i.v.94-96). Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 1(010)-82/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası həmin cəzaya tam birləşdirilmiş və cərimənin müstəqil icra edilməsi hökm edilmişdir (i.v.97-133). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM-59.2), ərərçəkmiş şəxsə dəymiş ziyanın qismə aradan qaldırılmasını (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvələr törədilmiş cinayətə görə məhkumluğunun ödənilmədiyi dövrdə yenidən cinayət törətməsi cinayətin residivini yaratmasa da (nəzərə alınsa ki, AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir), həmin halı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 1(010)-82/2018 saylı hökmü ilə təyin edilmiş cəzaya birləşdirilmiş 3000 manat cərimə cəzasını bu günədək ödəməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2012ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 1(010)-82/2018 saylı hökmü ilə təyin edilmiş cəzaya birləşdirilmiş 3000 manat cərimə cəzası AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməli, cərimə cəzası müstəqil icra olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-01 ədəd markalanma göstəriciləri olmayan monitorlu maqnitafon və 02 ədəd Çin istehsalı olan “Pioneer TS- A2511” markalı səsgücləndiricilər qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd markalanma göstəriciləri olmayan monitorlu maqnitafon və 02 ədəd Çin istehsalı olan “Pioneer TS-A2511” markalı səsgücləndiricilər qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar