Məhkəmə qərarları › İş №1(009)-10/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-10/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-10/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qardaşı oğluna Azərbaycan Texniki Universitetinə daxil olmaqda köməklik göstərəcəyinə vəd verib aldadaraq 04 iyun 2018-ci il tarixdə gündüz saatlarında ünvan 3 ünvanda yerləşən 2 nömrəli poliklinikada 11500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 11500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək yaxın qohumunu Azərbaycan Respublikası DİN-in “102” Xidməti-zəng Mərkəzinə işə düzəldəcəyinə vəd verib aldadaraq 07 mart 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, M.Hüseynzadə küçəsi, döngə 2, ev 7-də 10000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs3 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib qardaşı Novruz Əzizovun gələcəkdə hərbi xidmətə gedəcəyi halda xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrin birinə düzəldəcəyini vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin iyul ayının son on günlüyündə ünvan 4 ünvanda yerləşən “Səadət” sarayının qarşısında 1500 manat və 2019-cu ilin iyul ayının son on günlüyündə yenə həmin ünvanda 1000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2 saylı Şəhər Poliklinikasında tanış olmuşdur. O poliklinikaya müalicə üçün gedirdi. Bir neçə dəfə Susanna adlı tanışı ilə getmiş və Zərərçəkmiş şəxs1, həmçinin onun tibb bacısı X21 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs1 öz qardaşı oğlu Nurunu ali təhsill müəssisəsinə qəbul etdirmək istəmiş, o da bu məsələnin həllini öz üzərinə götürmüşdür. Bununla bağlı o Rəsmiyədən 2018-ci ilin iytun ayında Bakı şəhəri, Səbail rayonunda 2 saylı Şəhər Poliklinikasında, Rəsmiyənin Xətai rayonunda yerləşən yaşadığı evdə və Nizami metrosunun yaxınlığında yerləşən “Beş Qazan” restoranın yanında ümumilikdə 115000 manat almışdır. Pulu məsələnin həlli üçün öz tanışına versə də, tanışı onu aldatmış məsələni həll etməmiş və pulu da qaytarmamışdır. O da Zərərçəkmiş şəxs1 pulunu qaytarmaq məcburiyətində qalmış və 6350 manat vermiş, 5150 manat isə ödəməmiş, lakin pulun qalan hissəsini yaxın gələcəkdə ödəyəcəyinə vəd verir. Digər zəzərçəkmiş Zərərçəkmiş şəxs2 ilə «Diva» gözəllik salonunda 2019-cu ildə tanış olmuşdur. Şahnaz ona qardaşı Novruz Əzizovun hərbi xidmətini Bakı şəhərində olan hərbi hissələrinin birində çəkmək istəməsi barədə bildirmiş və bununla bağlı ondan maraqlanmışdır. O da Şahnaza bu məsələ ilə məşğul olacağını və Şahnazın qardaşının hərbi xidmət yerini Bakı şəhərinə saldıracağını vəd etmişdir. 2019-cu ilin iyul ayının son on günlüyündə o Şahnazla Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 4 ünvanında yerələşən “Səadət Sarayının” qarşısında görüşüb 1500 manat pul almış, təxminən bir iki gün eyni ünvanda, yəni “Səadət Sarayının” qarşısında görüşüb 1000 manat da almışdır. Ümumilikdə o Şahnazdan 2500 manat pul almışdır, lakin həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Şahnazdan aldığı pulu qaytaracağına söz verir. Zərərçəkmiş şəxs3 tanımamışdır, o Zərərçəkmiş şəxs3 heç vaxt hər hansı məbləğdə pul almamışdır. Mirzəcanın oğlu Şaiqi tanıyır, Şaiqin arvadını DİN-nin 102 Xidmətinə operator vəzifəsinə işə düzəltmək adı ilə Şaiqdən iki dəfə ümumilkdə 10000 manat pul almışdır. Birinci dəfə Şaiqdən 8000 manat “Köşem” restoranında almış, ikinci dəfə isə İçəri Şəhər metrostansiyasının yaxınlığında Mirzəcanın gəlini qırmızı rəngli avtomobildə gələrək ona 2000 manat pul vermişdir. Lakin Şaiqin arvadını işə düzəldə bilməmiş və 8000 manatı Şaiqə qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 təqdim etdiyi 17.04.2019-cu il tarixli “Mən, Təqsirləndirilən şəxs, Gəncə şəhər sakini, xx.xx.1986-cı ildə anadan olmuşam. 07.03.2019-cu ildə Almazov Şaiq və Almazovlar ailəsindən aldığım 20 min manat (iyirmi min) manat pulu 30.04.2019-cu il tarixdə qaytaracam. Əks təqdirdə qanun qarşısından məsuliyyət daşıyıram. İltizamı özüm yazdım, düzdür.İmzamla təsdiq edirəm. 17.04.2019 23.00” məzmunlu və 05.04.2019-cu il tarixli “Mən, Şəfiyeva X8 ailəsinə 10 min (10 min) manat pulu 12.04.2019-cu ildə tam şəkildə verəcəyəm. Vermədiyim halda bütün məsuliyyəti boynuma alıram. 08.03.2019-cu il tarixdə iş düzəltmək adı ilə aldığım pulu nəzərdə tutaraq iltizamı yazdım. 05.04.2019 AZE ********” məzmunlu iltizamlarla bağlı Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun yaşadığı evə gecə gələrək ona hədə-qorxu gəlmiş və o da həmin iltizamları yazmışdır ki, Mirzəcan evindən çıxsın getsin. Həmin iltizamda da pulu Şaiq Almazovdan aldığını qeyd etmiş, o Mirzəcandan və onun arvadı Ədilədən heç bir məbləğdə pul almamışdır. Mirzəcan onun evinə gəlib hədə-qorxu gələrkən artıq Şaiqdən aldığı puldan 8000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını, ziyanın qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, himayəsində xəstə ata və anasının olmasını, əməlindən səmimi peşiman olduğunu nəzərə alaraq cəzasının təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi polklinikaya gəlib müalicə olunurmuş. Həmin ərəfədən o onu bir xəstə kimi tanıyırmış. Türkan poliklinikaya Susanna adlı qadınla gəlmiş və Susanna onları tanış etmişdir. Susanna Türkanı iş görən bir qadın kimi təqdim etmişdir. Ona görə də o da qərara gəlmişdir ki, qardaşı oğlu Nurunu ali təhsil almaq üçün Texniki Universitetə düzəltsin, ona görə də Türkana müraciət etmişdir. Türkan bildirmişdir ki, X25 və Təhsil Nazirliyində onun yaxın adamları var o da bu işləri düzəldəcək. Türkan ondan bu iş üçün 11000 manat pul istəmişdir o da ona razılıq vermişdir. Ümumilkdə Türkana 11500 manat pul vermişdir. Birinci dəfə işlədiyi poliklinikada Türkana 3500 manat, ikinci dəfə “Beş Qazan” restoranının yanında özünün idarə etdiyi maşında 3000, üçüncü dəfə Xətai rayonunun ərazisində yerləşən evində 2500 manat vermişdir. Sonuncu dəfə 04 iyun 2018-ci il tarixdə o işlədiyi 2 saylı poliklinikada iş otağında Türkana 2500 manat pul vermişdir. O Türkana pul verəndə yanında tibb bacısı Sevinc olmuşdur. Türkan pulu, qardaşı oğlunun şəxsiyyət vəsiqəsinin surətini, onun fotoşəkillərini götürüb gedərək bildirmişdir ki, «2018-ci ilin sentyabr ayında o dərsə başlayacaq». 2018-ci ilin sentyabr ayında bu iş düzəlməmişdir, o Türkandan soruşduqda o hər dəfəsində müxtəlif bahənələr gətirərək nə verdiyi sözə əməl etməmiş, nə də ki, pulu qaytarmamışdır. 2018-ci ilin dekabr ayında o başa düşmüşdür ki, artıq Türkan onu aldadır, ona görə 2019-cu ilin fevral ayında o Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət etmiş və bundan sonra Türkan ona 6350 manat pul qaytarmış və bu günə kimi qalan 5150 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərk ifadəsində Zərərçəkmiş şəxs1 qardaşı oğlunun ali təhsil müəssisəsinə qəbul etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs 11500 manat pul verməsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 11500 manat pul almış, sonradan 6350 manatı geri qaytarmış, 5150 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o 2019-cu ilin mart ayında tanımışdır. Belə ki, onun oğlu diş həkimi olduğu üçün Türkan Şəfiyevə oğlunun yanına gəlib dişlərini müalicə elətdirirmiş. Türkan özünü oğluna tanınmış bir vəkil kimi təqdim etmişdir və Bakı şəhərində hər bir işi görə biləcəyini demişdir. O da fikirləşmişdir ki, gəlinini işə düzəltsin və bu barədə o da Türkanla görüşüb onunla söhbət etmiş və Türkan onun gəlinini Daxili İşlər Nazirliyinin 102 Xidmətinə işə düzəldə bilərəm. O da Türkana inanıb etibar etmiş və ona görə də Türkan bu işi düzəlməsi üçün ondan 20000 manat pul istəmişdir, lakin o Türkana 10000 manat pulu əvvəl verəcəyini, qalan 10000 manat pulu isə iş düzələndən sonra verəcəyini demişdir. O arvadı Ədiləyə Türkana çatdırılması üçün 8000 manat vermiş, arvadı Ədilə də Türkanla “Köşəm” kafesində görüşüb 8000 manatı Türkana çatdırmışdır. Təxminən 2-3 gün keşəndən sonra Vergilər Nazirliyinin arxasındakı diş poliklinikasının yanında arvadı Ədilə Türkana pulun qalan hissəsini, yəni 2000 manat vermişdir. Bir müddət keçdikdən sonra o öyrənmişdir ki Türkan dələduzdur, ona görə də Türkandan pulu qaytarmağı tələb etmişdir. Türkan da müxtəlif bəhanələr gətiriərk pulu qaytarmaqdan boyun qaçırmışdır. Hətta Türkan öz əli ilə də yazıb bildirmişdir ki, 10000 manat və 20000 manat pulu ona qaytaracaqdır, lakin onu yenə də aldatmışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona qarşı şikayətindən imtina edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş X15 ibitidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onlar 2019-cu ilin mart ayında tanımışdır. Belə ki, oğlu diş həkimi olduğu üçün Təqsirləndirilən şəxs oğlunun yanına gəlib dişlərini müalicə elətdirirmiş. Türkan özünü oğluna tanınmış bir vəkil kimi təqdim etmişdir və Bakı şəhərində hər bir işi görə biləcəyini deyirmiş, o deyirmişki bütün işləri görə bilir. Həyat yoldaşı Mirzəcan fikirləşmişdir ki, gəlinlərini işə düzəltsin və bu barədə Mirzəcan Türkanla görüşüb onunla söhbət etmiş və Türkan ona demişdir ki «heç bir problem yoxdur, mən sizin gəlininizi Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya digər xidmətlərə düzəldə bilərəm».Mirzəcan Türkana inanıb etibar etmiş və ona görə də Türkana demişdir ki, düzəltsin. Türkan bu işin müqabilində həyat yoldaşından 20000 manat pul istəmiş, lakin Mirzəcan Türkana demişdirki «10000 manat pulu indi verirəm, qalan 10000 manat pulu isə iş düzələndən sonra verərəm».Türkan ad çəkmədən demişdir ki «bu pullar işlərin düzəlməsi üçün müəyyən şəxslərə verilməlidir».Mirzəcan sözün düzü heç maraqlanmamışdır ki, kimə verəcək. 07 mart 2019-cu il tarixdə axşam saatlarında həyat yoldaşı Mirzəcan Türkanın yaşadığı ünvan 5 ünvanında yerləşən evində görüşüb 10000 manat pulu vermişdir şəxsən Türkanın özünə. O pulu verib getdikdən bir neçə gün sonra öyrənmişdir ki, Türkan dələduzdur, ona görə də Türkana zəng edib pulu qaytarmasını tələb etmişdir.Türkan bundan sonra başlamışdır onlara hər dəfəsində müxtəlif bəhanələrlə aldatmağa, Türkan bu barədə həyat yoldaşına mesajlarda yazırmış. Bundan sonra həyat yoldaşı Türkandan verdiyi 10000 (on min) manat pulu tələb etməyə başlamış Türkan da hər dəfəsində onu aldadırmış. Hətta Türkan söz vermişdir ki, «sizdən aldığım 10000 manat pulun yerinə 20000 manat aytaracam» və bu barədə kağız da yazıb imzalamışdır, lakin həyat yoldaşı Türkana 10000 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 7-8 ay bundan əvvəl o Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 4 ünvanın yaxınlığında «Diva» gözəllik salonunda olan zaman təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur, Türkan özünü ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir, Türkan bildirmişdir ki, o, Azərbaycanda tanınmış bir vəkildir və demişdir ki, həyat yoldaşıda DTX-nin polkovnikidi, söhbətlər əsasında o ölkədə lazımi şəxsləri tanıdığını və bütün işləri görə biləcəyini deyirmiş.Həmin ərəfələrdə onun qardaşı Novruz Əzizov bir ildən sonra hərbi xidmətə getməli idi, o elə salonda Türkanla söhbət edən zaman qardaşının bir il sonra, yəni 2020-ci ildə hərbi xidmətə getməli olduğunu və onu Bakı şəhərində saldırmaq istədiyini söyləmişdir. Bu zaman Türkan ona demişdir ki “bu elə mənim işimdi, mən həll edərəm, lakin bu məsələni indi həll etmək lazımdır”. 2019- cu ilin iyul ayının son on günlüyündə o yenə də Türkanla həmin salonda görüşmüş və Türkan ona demişdir ki “bu işi 5000 manata düzəldərəm”, o da Türkanla razılaşmış, Türkan onu elə inandırmışdır ki o inanmaq məcburiyyətində qalmışdır. Türkan ona demişdir ki “pulun hamısını vermək lazımdır”, lakin o demişdir ki “Türkan belə olmaz pulun yarısını verərəm, qalan hissəsini isə iş düzələndən sonra", Türkan onunla razılaşmışdır. 2019-cu ilin iyul ayının son on günlüyündə o Türkanla Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 4 ünvanında yerələşən Səadət Sarayının qarşısında Türkanla görüşüb ona 1500 manat pul vermişdir, Təxminən bir iki gün sonra Türkan ona zəng edərək bildirmişdir ki, pulun qalan hissəsinidə vermək lazımdır, o da yenidən onunla 2019-cu ilin iyul ayının son on günlüyündə Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 4 ünvanda yerləşən Səadət Sarayının qarşısında görüşüb qalan 1000 manatıda Türkana vermişdir, belə ki o iki dəfəyə ümumilikdə Türkana 2500 manat pul vermişdir, qalan 2500 manatı isə o iş düzəldikdən sonra verməli idi. Bir neçə gün sonra o Türkanla əlaqə saxlamaq istəmiş, lakin görmüşdür ki, onun mobil telefonu söndürülüb, neçə gün o Türkanı axtarsa da tapa bilməmişdir.Sonradan öyrənmişdir ki, Türkan tutulub və çox saylı insanlara pullar atıb ona görə də onu həbs olunub, onda o artıq tam başa düşmüşdür ki, Türkan onun da etibarından sui istifadə edib onu aldadıb pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən 05.04.2019-cu il tarixdə imzalanmış iltizamdan görünür ki, o, Almazovlar ailəsinə 10000 (on min) manat pulu 12.04.2019-cu il tarixdə tam şəkildə qaytaracağını, vermədiyi halda bütün məsuliyyəti boynuna alır. 08.03.2019-cu il tarixdə işə düzəltmək adı ilə aldığı pulu nəzərdə turtaraq iltizam imzalamışdır. Təqsirləndirilən şəxs tərəfindən 17.04.2019-cu il tarixdə imzalanmış iltizamdan görünür ki, o, 07.03.2019-cu il tarixdə Almazov Şaiq və Almazovlar ailəsindən aldığı 20.000 (iyirmi min) manat pulu 30.04.2019-cu il tarixdə, saat 10:00-da qaytarcağını, əks təqdirdə qanun qarşısında məsuliyyət daşıyacağına dair məsuliyyət götürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən 09.07.2019-cu il tarixdə imzalanmış iltizamdan görünür ki, o, X16 iş üçün aldığı 10000 (on min) manat pulun 5000 (beş min) manatını 13 iyul 2019-cu il tarixdə qaytaracağını, əks təqdirdə qanun qarşısında məsuliyyət daşıyacağına dair məsuliyyət götürmüşdür. 01 avqust 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 192026114 nömrəli cinayət işi 16 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmışdır. 192026114 nömrəli cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olaraq etibardan sui-istifadə edərək X5 qohumlarına xəstəlikləri ilə bağlı əlilliyə görə təqaüd düzəldəcəyi, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş qohumunun həbsdən azad etdirəcəyi adı ilə aldadaraq ümumilikdə 48000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciət əsasaında toplanmış məlumatlar olmuşdur. 29 aprel 2019-cu il tarixdə cinayət işi istintaqın aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. İstintaq zamanı X6, X17, X9, X2 etibardan sui-istifadə edib pullarını ələ keçirməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsində, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində toplanmış materiallar, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. 02 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.08.2019-cu il tarixli, 4(011)-450/2019 saylı qərarından görünür ki, Azərbaytcan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli isə 02 avqust 2019-cu il tarixdən hesablanmışdır. 23 oktyabr 2019-cu il tarixdə ********* nömrəli cinayət işi materiallarından X26, X10, Zərərçəkmiş şəxs1, X22, Zərərçəkmiş şəxs3, X18, X11 və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs X12, X23, X14, X7, X3 qarşı törədiyi dələduzluq cinayətləri üzrə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin müstətiqi Rauf Məmmədov tərəfindən 30 oktyabr 2019-cu il tarixdə ittiham aktı tərtib edilərək ********* cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2019-cu il tarixdən hesablanmışdır. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-362/2020 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 22 noyabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 308.2, 178.2.1, 178.2.2, və 178.2.4-cü maddələrinə tövsif olunmuş və istintaq aidiyyəti üzrə Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Bakı şəhər prokurorunun müavini Mehman Qocayevin 05 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Rauf Məmmədovun cinayət əməlinin tövsif olunması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə 22 noyabr 2019cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və ibtidai istintaq davam etdirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. 18 dekabr 2019-cu il tarixli qərar ilə ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə icraata qəbul edilərək istintaq davam etdirilmişdir. 20 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından zərərçəkmiş şəxslər X22, X19, X10, X18 və X4 qarşı törədilmiş dələduzluq cinayətləri üzrə tərəfimdən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 20 fevral 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq cinayətləri üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələrinə tövsif edilmişdir. X13 Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. 21 fevral 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 22.06.2012-ci il tarixli, 2303 saylı “ƏFV” Sərəncamına əsasən cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan ümumilikdə 11000 manat pul almış, sonradan 6000 manatı geri qaytarmış, 5000 manat borcu qalmışdır. Hazırda Təqsirləndirilən şəxs hər hansı bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona qarşı şikayətindən imtina edir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Elektron məhkəmə portalının çıxarışından görsənir ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı – 28 avqust 2019-cu il təvəllüdlü X24 və 30 iyul 2012-ci il təvəllüdlü X20 vardır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs3 oğlu Şaiqdən iki dəfəyə 10.000 manat pul aldığına, həmin məbləğdən 8.000 manat pulu qaytardığına, Şaiqdən daha çox məbləğdə pul götürməsi ilə bağlı iltizamları Zərərçəkmiş şəxs3 tələbi əsasında tərtib etdiyinə dair ifadəsində qeyd etdiyi xüsusatları, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən səpkidə ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, belə bir mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, dəymiş zərəri qismən ödənilməsini və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020ci il tarixli, 1(006)-34/2020 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2018-2019-cu illərdə törədilmişdir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)- 34/2020 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmünə əsasən 02 avqust 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırlıq iclasının 17 iyun 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Hazırda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən və hazırkı barəsində həbs qətimkan tədbiri seçilməlidir və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 1(006)-34/2020 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020ci il tarixli, 1(006)-34/2020 saylı hökmünə əsasən 02 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X29 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 210 (iki yüz on ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 870 (səkkiz yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ( “xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar