Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-10/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3, Nümayəndə2, Mülki iddiaçının nümayəndəsi Nümayəndə1, Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Bak şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, «Dolce Vita» restoranında kassir vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 9A ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, E. Əzizov 14a ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin təşkilati strukturunda Restoranlar üzrə İdarəetmə Qrupuna (X6) aid Zərərçəkmiş şəxs MMC-nin idarəetməsində olan və ünvan 3 ünvanında yerləşən «Dolçe Vita» restoranında kassir vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin cəmiyyətlə bağlanmış xx.xx.2021-ci il tarixli maddi məsuliyyət cavabdehliyinə dair razılaşmaya əsasən ona etibar edilmiş bütün maddi dəyərlərin və ya pul vəsaitlərinin mühafizəsini tam məsuliyyətlə təmin etmək, zərərin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirləri görmək və etibar edilmiş maddi dəyərlərlə bağlı qəza və ya itkilər barədə işgötürəni qabaqcadan xəbərdar etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirmək, ona etibar edilmiş maddi sərvətləri müvafiq şəkildə hesablamaq, düzgün invertar hazırlamaq və maddi dəyərlərin ekivalentinin təyin edilməsi məqsədilə tətbiq edilən prosedurlar zamanı müvafiq hesablama üsulları ilə bağlı kömək etmək və digər səlahiyyətlərə məsul şəxs olmaqla qeyd olunan restoranda müştərilər tərəfindən ödənilmiş nağd vəsaitləri daxili sistemdə və kassirin növbəsonu balans formasında post terminal ödənişi kimi göstərərək istifadəsində olan AP912920 saylı və AP003310 saylı POS terminallar vasitəsilə restoranın “Paşa Bank”da olan hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4790,79 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10472,48 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 13127,89 manat və xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək 21339,26 manat pul vəsaitini az mədaxil etməklə, xx.xx.2021-ci ildən tarixdən xx.xx.2021-ci il tarixədək isə faktiki satış dövriyəsindən artıq göstərərək 456,06 manat pul vəsaitini çox mədaxil etməklə ümumilikdə maddi məsuliyyətində olan 49274,36 manat dəyərində pul vəsaitini «Dolçe Vita» restoranının xəzinəsinə mədaxil etməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 09 aprel 2021-ci il tarixdə "X10’' MMCnin tərkibində olan “Dolce Vita” restoranına faktiki olaraq kassir kimi işə qəbul edilmiş, 01 may 2021-ci il tarixdən isə rəsmi olaraq kassir kimi fəaliyyət göstərmişdir. Restoranda ondan başqa Mahmud Mikayılov da kassir vəzifəsində işləmişdir. Onların hər ikisi növbəli şəkildə işə çıxmışlar. Belə ki, vəzifə səlahiyyətlərinə əsasən səhər saatlarında növbəni təhvil-təslim etmək, masaların hesablarını vermək, ofisiantlardan hesabları nağd və ya post terminal vasitəsilə alıb kassaya mədaxil etmək və s. ibarət olmuşdur. Ona iki ədəd AP912920 və AP003310 nömrəli post terminallar təhkim olunmuşdur. Terminallardan biri ƏDV-li, digəri isə ƏDV-siz terminal olmuşdur. O, masaların hesabları ilə bağlı qəbzləri sistemdən çıxardaraq ofisiantlara vermiş, ofisiantlarda öz növbələrində hesabları nağd və ya post terminal vasitəsilə alaraq gətirib ona təhvil vermişlər. Bundan sonra nağd ödənişlər kassaya mədaxil edilmişdir. Post terminalla olan ödənişlər isə birbaşa şirkətin bank hesabına köçürülmüşdür. Restoranda əvvəllər ondan başqa menecer Sultan Quliyev, menecer köməkçisi Saşa və maliyyə müdiri Fuad Rzayev işləmişdir. Təxminən 2021-ci ilin iyul ayında "xxxx" MMC X4 tərkibinə daxil olduqdan sonra “Dolçe Vita” restoranının rəhbərliyi dəyişdirilmişdir. Bundan sonra restoranda menecer Şahid1, menecer köməkçisi Nicat, maliyyə müdiri Şahid3, baş kassir Neman və onunla növbəli şəkildə digər kassir Orxan işləməyə başlamışdır. Təzə rəhbərlik gəldikdən təxminən bir ay sonra digər kassir Orxan işdən kənarlaşdırılmışdır. Bundan sonra o, tək kassir olduğu üçün əvəzedici olmadığından kassada səhər saat 09:00-dan günorta saat 15:00-dək menecer, saat 15:00-dan 24:00-dək isə o, tək işləmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində müştərilərdən biri restoranın menecerinə zəng edərək nağd şəkildə ödədiyi hesabda 50 manat əskik qaytarıldığını bildirmişdir. Bundan sonra menecer köməkçisi Nicat ona yaxınlaşaraq kassanı saymasını tapşırmış, kassanı saydıqda heç bir əskiklik olmadığını görmüşdür. Daha sonra menecer və mühafizə rəisi kameralara baxış keçirmiş və görüntülərdə onun kassadan 50 manat götürməsinin və cibinə qoymasının göründüyünü demişlər. Həmin vaxt onlara bütün ciblərini göstərərək kassadan heç bir məbləğdə pul götürmədiyini demişdir. Həmçinin, əgər pul götürmüşdürsə kassada əskik gələ biləcəyini onlara bildirmişdir. Bundan sonra görüntülərə özü də baxmış və həmin vaxt kassadan qəbz götürdüyünü görmüşdür. Həmin qəbz də evə etdiyi bazarlığın qəbzi olmuş, iş başlayan zaman cibində qalmaması üçün kassaya qoymuşdur. Bunu menecer köməkçisinə də demişdir. Növbəti gün səhər saatlarında yenidən işə gələndə menecer köməkçisi Nicat və mühafizə rəisi Vüsal görüntülərə görə onun üzərinə qışqıraraq işdən çıxmağını tələb etmişlər. O, həmin şəxslərə bildirmişdir ki, “məni işə siz götürməmisiniz, siz də işdən çıxara bilməzsiniz”. Bundan sonra onun restorana girişinə qadağa qoyulmuşdur. Bundan təxminən bir həftə sonra ofisdən ona zəng edilərək görüntülərə baxdıqlarını, onun heç bir günahının olmadığını, işə qayıtmağını demişlər. Təxminən 20 noyabr 2021-ci il tarixdə o, yenidən işə başlamışdır. İşinin ikinci günü axşam saatlarında menecer Həbib onu yanına çağırmış və üzrxahlıq etmişdir. Həmin vaxt şirkətin maliyyə müdiri Rasim restorana daxil olmuş və ona kassa sənədlərini yoxlayacaqlarını bildirmişdir. O da buna razılıq vermişdir. Maliyyə müdiri baxdıqda nağd ödəmələrdə heç bir çatışmazlıq aşkar etməmiş, lakin post terminal vasitəsilə ödəmələri yoxladıqda əskiklik olduğunu bildirmişdir. O, özü də post terminalın “Z” hesabatının düz gəlmədiyini görmüşdür. Bunun səbəbi də terminalın düzgün işləməməsi olmuşdur. O, bu barədə dedikdə bunun mümkün ola bilməyəcəyini bildirmişlər. Bundan sonra ona yenidən restorana girişinə qadağa qoyulduğunu, sabah ofisə yaxınlaşmağını demişlər. Səhəri gün ofisə yaxınlaşanda ona kassir işlədiyi 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində 49.274,36 manat məbləğində çatışmazlıq olduğu bildirilmişdir. O, ofisdə olanlara işlədiyi müddətdə belə bir çatışmazlığın olmadığını, əgər inanmırlarsa bütün kamera görüntülərinə baxıb, əgər kassadan nəsə götürmüşdürsə müəyyən etmələrini bildirmiş və çıxıb getmişdir. O, heç bir məbləğdə pul mənimsəməmişdir. Restoranda ödəmələr nağd və nağdsız şəkildə yəni, post terminallardan kartlar vasitəsilə yerinə yetirilmiş və ödənilən pullar şirkətin bank hesabına köçürülmüşdür. Bütün ödəmələr onun tərəfindən restoranda quraşdırılmış sistemə işlənilmişdir. O, kassir vəzifəsində işlədiyi 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində 49.274,36 manat məbləğində çatışmazlığın əmələ gəlməsini səbəbini post terminalın nasaz olması ilə izah etmişdir. Çünki əvvəllər də belə hallara rast gəlinmişdir. Belə ki, əvvəllər bir neçə müştərilərdə əməliyyat etdiyi zaman hesabdan çıxarış olsa da post terminalda əməliyyat təsdiqlənməmişdir. Bundan başqa müştərinin kartından artıq məbləğdə pul çıxdığı hallar da olmuşdur. Bu problemlər barədə dərhal menecer Həbibə demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, 05 avqust 2021- ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də İnsan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC əsasən restoran və hotellərin idarə edilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı ünvan 4MC-nin idarəçiliyində fəaliyyət göstərən “Dolçe Vita” restoranı vardır. Restoran 2021-ci ilin iyul ayından şirkətin yeni rəhbərliyinin yəni, onların idarəçiliyinə verilmişdir. Restoranda baş mühasib Şahid3, menecer Şahid1 və kassir Təqsirləndirilən şəxs işləmişdir. Restoranda müştərilər tərəfindən ödəmələr nağd şəkildə və post terminallardan kartlar vasitəsi ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs “Dolçe Vita” restoranında kassir vəzifəsində işləmiş, onunla Zərərçəkmiş şəxs MMC arasında xx.xx.2021-ci il tarixdə həm əmək müqaviləsi, həm də tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Seymurun əmək funksiyalarına bütün kassa əməliyyatlarını standartlara uyğun yerinə yetirmək, pul vəsaitlərinin hərəkəti qaydalarına uyğun olaraq nağd pula və qeyri nağd ödənişlərə nəzarət etmək və s. aid olmuşur. Zərərçəkmiş şəxs MMC hüquqi sənədlər əsasında onların idarə etməsinə keçəndən sonra şirkətdə maliyyə vəziyyəti yoxlanılmışdır. Araşdırma nəticəsində restoranın maliyyə-uçotunun qarışması və verilən sənədlərdə uyğunsuzluqlar müəyyən edilmişdir. Əsasən də restoranda olan post terminal satışlarında böyük fərqlərin olması üzə çıxmışdır. Bu fərqləri araşdırmaq məqsədi ilə kamera və bank çıxarışları vasitəsilə tranzaksiyalar üzrə analizlər aparılmış və kassir vəzifəsində çalışan Təqsirləndirilən şəxs növbəsi zamanı bu fərqlərin formalaşdığı aşkar olunmuşdur. Həmin fərqlər barədə şirkət tərəfindən Seymur Çilalovun izahatları alınmış, sonuncu izahatında maddi məsul şəxs olmasına baxmayaraq yaranmış fərqi izah edə bilməmişdir. Belə ki, şirkətin əvvəlki rəhbərliyi tərəfindən işə qəbul edilmiş kassir Təqsirləndirilən şəxs işlədiyi 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində müştərilər tərəfindən restorana ödənilmiş ümumilikdə 49.274,36 manat məbləğində pul vəsaitini restoranın xəzinəsinə mədaxil etməyərək mənimsəməsi aşkar edilmişdir. Bununla bağlı audit yoxlaması keçirilmiş, yoxlama zamanı da Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan məbləğdə pul vəsaitinin mənimsənilməsi öz təsdiqini tapmışdır. Post terminallar vasitəsi ilə ödənilən pullar şirkətin bank hesabına köçürülmüşdür. Bütün ödəmələr kassir tərəfindən restoranda quraşdırılımış sistemə işlənilməli olduğu halda işlənməmişdir. Təqsirləndirilən şəxs hazırki vaxta qədər MMC-yə dəymiş ziyanı ödəməmişdir. Şikəyətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 03 sentyabr 2021-ci ildən hazırki vaxta kimi “Dolçe Vita” restoranında menecer vəzifəsində çalışmışdır. Restoranda ondan başqa mühasib Şahid3, kassir Təqsirləndirilən şəxs işləmişdir. Restoranda müştərilər tərəfindən ödəmələr nağd şəkildə və post terminallardan kartlar vasitəsi ilə həyata keçirilmişdir. Seymurun əmək funksiyalarına bütün kassa əməliyyatlarını standartlara uyğun yerinə yetirmək, pul vəsaitlərinin hərəkəti qaydalarına uyğun olaraq nağd pulla və nağdsız ödənişlərə nəzarət etmək və s. aid olmuşdur. Onun vəzifəsi restoranda işin təşkilinə nəzarət etməkdən, həmçinin nağd qaydada əldə edilmiş gəlirləri günün sonunda kassir Təqsirləndirilən şəxs iştirakı ilə daxili sistemdə olan hesablar ilə tutuzdurduqdan sonra “kassirin növbəsonu balans forması” adlanan blank tərtib etmək olmuşdur. Həmin blank onun və kassir Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra restoranın gündəlik nağd qazancını zərflərə qoyaraq Seymura təhvil vermişdir. Həmin zərflər Seymur tərəfindən Əziz Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs MMC-nin tərkibində olan “Jakonda” restoranında yerləşən dropbox (dəmir seyfə) atılmışdır. “Dolçe Vita” restoranında hər gün daxili sistemdə olan nağd pul vəsaitləri kassada olan pul vəsaitləri ilə düzgün gəlmişdir. Lakin sonradan ona baş mühasib Şahid3 tərəfindən post terminalla nağdsız qaydada edilən satışlar barədə daxili sistem ilə bank çıxarışları arasında kəskin fərq olduğu bildirilmişdir. Bu fərqləri araşdırmaq məqsədi ilə tərəfindən kamera və bank çıxarışları vasitəsilə tranzaksiyalar üzrə analizlər aparılmış və kassir vəzifəsində çalışan Təqsirləndirilən şəxs növbəsi zamanı bu fərqlərin formalaşdığı aşkar olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs növbəsi zamanı yerində yoxlama keçirtmək qərarına gəlmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə restoranda apardığı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan tarixlərdə “post” satışlarında müvafiq olaraq 734.05 (yeddi yüz otuz dörd manat 05 qəpik) AZN və 825.95 (səkkiz yüz iyirmi beş manat 95 qəpik) AZN əksik məbləğ aşkar edilmişdir. O, həmin yoxlamanı baş mühasib Şahid3 iştirakı ilə həyata keçirmişdir. Bununla bağlı həmin fərqlər barədə Təqsirləndirilən şəxs izahatlar alınmış və o, izahatında maddi məsul şəxs olmasına baxmayaraq, fərqi izah edə bilmədiyini bildirmişdir. Belə ki, şirkətin əvvəlki rəhbərliyi tərəfindən işə qəbul edilmiş kassir Təqsirləndirilən şəxs işlədiyi 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində müştərilər tərəfindən restorana ödənilmiş ümumilikdə 49.274,36 manat məbləğində pul vəsaitini restoranın xəzinəsinə mədaxil etməyərək mənimsəməsi aşkar edilmişdir. Bununla bağlı audit yoxlaması keçirilmiş, yoxlama zamanı da Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan məbləğdə pul vəsaitinin mənimsənilməsi öz təsdiqini tapmışdır. Restoranda ödəmələr nağd və nağdsız şəkildə yəni, post terminallardan kartlar vasitəsilə yerinə yetirilmişdir. Post terminallar vasitəsi ilə ödənilən pullar şirkətin bank hesabına köçürülmüşdür. Bütün ödəmələr kassir tərəfindən restoranda quraşdırılmış sistemə işlənilməli olduğu halda işlənməmişdir. Belə ki, müştəri nağd qaydada hesabı tələb etdikdə Təqsirləndirilən şəxs həmin məbləği daxili sistemə post terminal kimi qeyd edərək həmin nağd vəsaiti mənimsəmiş və post terminala həmin məbləğdə pulu qeyd etməmişdir. Bu səbəbdəndə post terminal ödənişləri ilə bank hesabı arasında restoranın qazancı barədə kəskin fərq yaranmışdır. Daxili sistemdəki məbləğ bank çıxarışındakı məbləğdən yüksək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 06 oktyabr 2021-ci il tarixdən “Dolçe Vita” restoranında menecer köməkçisi vəzifəsində çalışmağa başlamışdır. Vəzifəsi işçilərə nəzarət etməkdən, gələn məhsulların düzgün olub-olmamasını yoxlamaqdan, işçilərin iş qrafıklərini tərtib etməkdən ibarət olmuşdur. Baş mühasib Şahid3 tərəfindən post terminalla nağdsız qaydada edilən satışlar barədə daxili sistem ilə bank çıxarışları arasında kəskin fərqin olduğu bildirilmişdir. Bu fərqləri araşdırmaq məqsədi ilə tərəfindən kamera və bank çıxarışları vasitəsilə tranzaksiyalar üzrə analizlər aparılmış və kassir vəzifəsində çalışan Təqsirləndirilən şəxs növbəsi zamanı bu fərqlərin formalaşdığı aşkar olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Seymur kassanı bağlamaq prosedurunda sadəcə “İİKO”(restoranm daxili sistemi) çeklərini vermiş və post terminalların çekləri isə olmamış, Seymur post terminalın “Z” çekinə ehtiyac olmadığını bildirmişdir. O, isə sadəcə nağd pulu və “İİKO” çeklərinə imza atmışdır. “Z” post terminalı barədə ona heç kəs məlumat vermədiyi üçün Seymurdan “Z” hesabatını tələb etməmişdir. Seymurun olmadığı müddətdə sadəcə axşam gəlib kassanı bağlayan “CUBAR” restoranın kassiri Rahibin “Z” hesabatını tikdiyini gördükdə Seymurun bunları etmədiyini qeyd etmişdir. Rahib isə bunun vacib olduğunu, həmişə verilməli olduğunu bildirmişdir. Həmin gündən sonra Seymurun işdən kənarlaşdığı müddət ərzində “Z” hesabatı tərtib edilərək yuxarı rəhbərliyə göndərilmişdir. 19 noyabrda Seymur işə dönmüş və həmin gün axşam yenə hesabata imza çəkməli olduğu halda yenə “Z” hesabatının olmadığını görmüşdür. Seymurdan bunun səbəbini soruşduqda sonuncu bildirmişdir ki “Z” hesabatı boş şeydir. O, həmin vaxtı Seymuru yoxlamaq üçün hesabata imza çəkmişdir. Səhəri gün, yəni noyabrın 20-də menecer Həbib ona bildirmişdir ki, axşam baş mühasib Rasim və mühafizə rəisi ilə birlikdə gəlib Seymuru yerində yoxlayacaqlar. Həmin gün axşam restoranın meneceri Həbib Seymurla kənarda söhbət etdiyi vaxtı o, “Z” hesabatını çıxarıb bu barədə Həbibə telefonla yazmış və Həbib isə ona Seymurun “Z” hesabatını ona səhv dediyini bildirmişdir. Daha sonra baş mühasib Rasim ilə restoranın meneceri Həbib və mühafizə rəisi ilə birlikdə Seymurdan bu barədə izahat almışlar. Seymur izahatında maddi məsul şəxs olmasına baxmayaraq fərqi izah edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 05 iyul 2021-ci il tarixdən Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “Dolçe Vita” restoranında kassir vəzifəsində işləmiş, onunla Zərərçəkmiş şəxs MMC arasında xx.xx.2021-ci il tarixdə həm əmək müqaviləsi, həm də tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs MMC onların idarə etməyinə hüquqi sənədlər əsasında 2021-ci ilin iyul ayından keçmişdir. Baş mühasib kimi dərhal şirkətin maliyyə vəziyyəti və sənədlərlə tanış olmağa başlamışdır. Araşdırma nəticəsində restoranın maliyyə-uçotu qarışmış və verilən sənədlərdə uyğunsuzluqlar müəyyən olunmuşdur. Şirkəti idarə etməyə başladıqları gündən, kassa bağlanış sənədlərini qaydaya salmağa başlamış və gün sonu hesabat formasını tətbiq etmişlər. Tətbiq etdikləri gün sonu hesabatlarının analizi nəticəsində müəyyən fərqlərin üzə çıxdığını aşkar etmişdir. X10 MMC-yə daxil olan bütün restoranların post terminallarını və həmin restoranların bank çıxarışlarını tutuşdurduqda məlum olmudur ki, “Dolce Vita” restoranında olan post terminal satışlarında böyük fərqlər formalaşmışdır. Bu fərqləri araşdırmaq məqsədi ilə kamera və bank çıxarışları vasitəsilə tranzaksiyalar üzrə analizini dərinləşdirmişdir. Nəticədə “Dolce Vita” restoranında kassir vəzifəsində çalışan Təqsirləndirilən şəxs növbəsi zamanı bu fərqlərin formalaşdığını aşkar etmişdir. Araşdırma zamanı digər kassirin iş növbələrində hər hansı fərq aşkar olunmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs növbəsi zamanı yerində yoxlama keçirmək qərarına gəlmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə restoranda apardığı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan tarixlərdə “post” satışlarında müvafiq olaraq 734.05 (yeddi yüz otuz dörd manat 05 qəpik) AZN və 825.95 (səkkiz yüz iyirmi beş manat 95 qəpik) AZN əksik məbləğ aşkar edilmişdir. Həmin yoxlanış Təqsirləndirilən şəxs və restoran meneceri Həbib Məmmədovun iştirakı ilə həyata keçirilmişdir. Bununla bağlı həmin fərqlər barədə Təqsirləndirilən şəxs izahatlar alınmış və o, izahatında maddi məsul şəxs olmasına baxmayaraq fərqi izah edə bilmədiyini bildirmişdir. Bununla bağlı audit yoxlaması keçirilmiş, yoxlama zamanı da Təqsirləndirilən şəxs tərəfindən 49.274,36 manat məbləğində pul vəsaitinin mənimsənilməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs hazırki vaxta qədər MMC-yə dəymiş ziyanı ödəməmişdir. Belə ki, müştəri nağd qaydada hesabı tələb etdikdə Təqsirləndirilən şəxs həmin məbləği daxili sistemə post terminal kimi qeyd edərək həmin nağd vəsaiti müştərilərdən almış və post terminala həmin məbləğdə pulu qeyd etməmişdir. Bu səbəbdən də post terminal ödənişləri ilə bank hesabında restoranın qazancı barədə kəskin fərq yaranmışdır. Daxili sistemdəki post terminal ödənişləri ilə bağlı məbləğ bank çıxarışındakı məbləğdən yüksək olmuşdur. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli auditor hesabatından görünür ki, aparılmış araşdırma nəticəsində kassir Təqsirləndirilən şəxs səhv hərəkətləri üzə çıxmış və nəticədə sonuncu tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixə kimi restoran xidmətindən əldə olunan satışda 49.274,36 manat pul vəsaiti az mədaxil olunmaqla müəssisəyə ziyan vurulduğu müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında Təqsirləndirilən şəxs kassir vəzifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1597 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli auditor hesabatına, kassa çeklərinə (təmassız və kartla ödəmə), bank çıxarışlara əsasən sabiq kassir Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 49.274,36 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 150 (bir yüz əlli) manatdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə2 və Nümayəndə1 ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli “komputer texnikasında kompakt diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 01 (bir) ədəd kompakt diskdə olan kassir Təqsirləndirilən şəxs kassa əməliyyatları ilə əlaqədar olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə kassir Təqsirləndirilən şəxs kassada olan zaman pul vəsaitlərini saydığı və həmin vəsaitlərin müəyyən qismini ayıraraq kassanın sağ küncünə qoyduğu və qalan pul vəsaitlərini isə kassada olan pul vəsaitləri ilə üstünü tamamlayıb rezin iplə bağlayaraq ilk öncə kassanın sağ küncünə yerləşdirdiyi pul vəsaitlərinin altına qoyduğu əksini tapmışdır. Həmçinin, digər videogörüntüdə kassir Təqsirləndirilən şəxs kassaya yaxınlaşıb əyləşərək telefona baxdığı, sonra isə telefonu kassanın üzərinə qoyub kassanı açaraq kassanın sağ küncündə olan pul vəsaitlərini götürüb saymağa başladığı və saydığı pul vəsaitlərinin bir qismini kassanın sağ küncünə qoyduğu əlində olan pul vəsatlərini çevirib yenidən saydığı və əlində olan pul vəsaitlərinin bir qismini yenidən kassanın sağ küncünə qoyub sağ əli ilə sağ küncdə olan pul vəsaitlərini qatlayaraq götürüb sol əlindəki olan pul vəsaitləri ilə yerini dəyişərək sol əlində olan pul vəsaitlərini kassanın sağ küncünə qoyub telefonunu götürüb əlində olan pul vəsaitlərini isə cibinə qoyaraq kassadan uzaqlaşdığı öz əksini tapmışdır. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli “komputer texnikasında kompakt diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-dən daxil olmuş 01 (bir) ədəd kompakt diskdə olan kassir Təqsirləndirilən şəxs kassa əməliyyatları ilə əlaqədar olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə kassanın 5 hissəsinin və aşağı küncündə olan qaldırıla bilən 1 hissəsinin olduğu görünür. Kassir Təqsirləndirilən şəxs kassanı açaraq 5-ci hissədə olan pul vəsaitlərini sayaraq bir qismini kassanın üzərinə qoymuş qalanını isə yenidən 5-ci hissəyə qaytarmışdır. Sonra telefonu kassanın altından götürərək kassanın üzərinə qoymuş və kassanın üzərinə qoyduğu pul vəsaitlərini və 4-cü hissədə olan pul vəsaitləri ilə bir yerdə sayaraq 4-cü hissəyə qaytarmışdır. Sonra 3-cü hissədə olan pul vəsaitlərini saymış və telefonda və kalkulyatorda hesablama aparmış və 3-cü hissəyə qaytarmışdır. Daha sonra 2-ci hissədə olan pul vəsaitlərini sayaraq kalkulyatorda hesablama aparmış və 2-ci hissəyə qaytarmışdır. Sonra 1-ci hissədə olan pul vəsaitlərini saymış kalkulyatorda hesablama aparmış və 1-ci hissəyə qaytarmışdır. Sonra isə 5-ci, 4-cü, 3-cü, 2-ci, 1-ci hissələrdə olan pul vəsaitlərini yenidən saymış və müvafiq hissələrə qaytarmışdır. Sonra isə video görüntüdə Təqsirləndirilən şəxs kassadan kənarlaşmağı öz əksini tapmışdır. Həmçinin digər video görüntüdə kassanın 5-ci hissəsinin və aşağı küncündə olan qaldırıla bilən bir hissəsinin olduğu görünür. Kassir Təqsirləndirilən şəxs kassanın arxasında əyləşərək kassanı açmış aşağı küncündə olan hissəni qaldırmış və əlində olan çeki həmin hissədə yerləşən konvertə qoymuşdur. Sonra isə 5-ci hissədə olan pul vəsaitlərini saymış və yerinə qaytarmışdır. Kassanı bağlamış və telefonla yazışmışdır. Sonra isə oturduğu yerdən qalxaraq kassanın aşağı hissəsini qaldırmış və pul vəsaitini götürərək cibinə qoyduğu və kassadan uzaqlaşdığı öz əksini tapmışdır. Həmçinin, digər videogörüntüdə kassir Təqsirləndirilən şəxs kassada olan zaman pul vəsaitlərini saydığını və həmin vəsaitlərin müəyyən qismini ayıraraq kassanın sağ küncünə qoyduğu və qalan pul vəsaitlərini isə kassada olan pul vəsaitləri ilə üstünü tamamlayıb rezin iplə bağlayaraq ilk öncə kassanın sağ küncünə yerləşdirdiyi pul vəsaitlərinin altına qoyduğu əksini tapmışdır. Həmçinin, digər videogörüntüdə kassanın 5-ci hissəsinin və aşağı küncündə olan qaldırıla bilən bir hissəsinin olduğu görünür. Kassir Təqsirləndirilən şəxs kassanın arxasında əyləşərək kassanın 3-cü hissəsində olan pul vəsaitlərini hesablamış və yerinə qoymuşdur. Sonra kalkulyatorda və telefonda daxili sistemdə hesablama aparmış, 5-ci 4-cü 3-cü 2ci və 1-ci hissələrdə olan pul vəsaitlərini saymış və yerinə qaytarmışdır. Sonra 5-ci hissədə olan pul vəsaitlərini ayırıb bir qismini kassanın üzərinə qoymuş əlində olan pul vəsaitlərini isə yenidən saymış bir qismini yenidən kassanın üzərində olan pul vəsaitlərinin üzərinə çarpaz şəkildə qoymuş və əlində olan pul vəsaitlərini 5-ci hissəyə qoymuşdur. Kassanın üzərində olan pul vəsaitlərini iki hissəyə ayırmış daha sonra post-terminalın altında olan pul vəsaitlərini hesablamış, bir qismini 5-ci hissəyə bir qismini isə kassanın üzərində olan pul vəsaitlərinin üzərinə qoymuşdur. Kalkulyatorda hesablama aparmış daha sonra kassanın üzərində iki hissəyə ayırdığı pul vəsaitlərini birləşdirib stolun üzərinə qoymuş əlində olan pul vəsaitlərini isə müvafiq olaraq kassa daxilində 1,2,4 və 3-cü hissələrə yerləşdirmişdir. Daxili sistemdə hesablama aparmış, stolun üzərində olan pul vəsaitlərini sayaraq iki hissəyə ayırmış, əlində qatlamış və daxili sistemdə çeki çıxararaq çekin üstündə müvafiq qeydlər aparmış və çeki kassaya qoymuşdur. Əlindəki olan pul vəsaitlərini isə cibinə qoyaraq kassadan uzaqlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/736 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, 06.11.21-ci il tarixli, N005 nömrəli, kredit kartlarının siyahısı üzrə 2762,95 məbləğdə; 05.11.21-ci il tarixli, N004 nömrəli, kredit kartlarının siyahısı üzrə 1636,69 məbləğdə; 04.11.21-ci il tarixli, N003 nömrəli, kredit kartlarının siyahısı üzrə 1193,50 məbləğdə; 02.11.21-ci il tarixli, N002 nömrəli, kredit kartlarının siyahısı üzrə 1180,85 məbləğdə; 01.11.21- ci il tarixli, N001 nömrəli, kredit kartlarının siyahısı üzrə 484,55 məbləğdə; 31.10.21-ci il tarixli, 0.029 nömrəli, kredit kartlarının siyahısı üzrə 2115,85 məbləğdə; 31.10.21-ci il tarixli, 0.028 nömrəli, kredit kartlarının siyahısı üzrə 2311,88 məbləğdə; 30.10.21-ci il tarixli, 0.027 nömrəli, kredit kartlarının siyahısı üzrə 2597,99 məbləğdə; 29.10.21-ci il tarixli, 0.026 nömrəli, kredit kartlarının siyahısı üzrə 970,53 məbləğdə; 28.10.21-ci il tarixli, 0.025 nömrəli, kredit kartlarının siyahısı üzrə 453,75 məbləğdə; 27.10.21-ci il tarixli, 0.024 nömrəli, ci il tarixli, 0.020 nömrəli, kredit kartlarının siyahısı üzrə 631,40 məbləğdə; 20.10.21-ci il tarixli, 0.019 nömrəli, kredit kartlarının siyahısı üzrə 631,40 məbləğdə; 19.10.21-ci il tarixli, 0.018 nömrəli, kredit kartlarının siyahısı üzrə 982,30 məbləğdə; 18.10.21-ci il tarixli, 0.017 nömrəli, kredit kartlarının siyahısı üzrə 2152,54 məbləğdə; 17.10.21-ci il tarixli, 0.016 nömrəli, kredit kartlarının siyahısı üzrə 3158,93 məbləğdə; 16.10.21-ci il tarixli, 0.015 nömrəli, kredit kartlarının siyahısı üzrə 2204,30 məbləğdə; 15.10.21-ci il tarixli, 0.014 nömrəli, kredit kartlarının siyahısı üzrə 1048,41 məbləğdə; 14.10.21-ci il tarixli, 0.013 nömrəli, kredit kartlarının siyahısı üzrə 308,00 məbləğdə; 13.10.21-ci il tarixli, 0.011 nömrəli, kredit kartlarının siyahısı üzrə 559,10 məbləğdə; 11.10.21-ci il tarixli, 0.010 nömrəli, kredit kartlarının siyahısı üzrə 1856,70 məbləğdə; 10.10.21- ci il tarixli, 0.009 nömrəli, kredit kartlarının siyahısı üzrə 2660,90 məbləğdə; 09.10.21-ci il tarixli, 0.008 nömrəli, kredit kartlarının siyahısı üzrə 1097,80 məbləğdə; 08.10.21-ci il tarixli, 0.007 nömrəli, kredit kartlarının siyahısı üzrə 620,90 məbləğdə; 07.10.21-ci il tarixli, 0.006 nömrəli, kredit kartlarının siyahısı üzrə 635,20 məbləğdə; 06.10.21-ci il tarixli, 0.005 nömrəli, kredit kartlarının siyahısı üzrə 515,90 məbləğdə; 05.10.21-ci il tarixli, 0.004 nömrəli, kredit kartlarının siyahısı üzrə 399,38 məbləğdə; 04.10.21-ci il tarixli, 0.002 nömrəli, kredit kartlarının siyahısı üzrə 2498,45 məbləğdə; 02.10.21-ci il tarixli, 0.001 nömrəli, kredit kartlarının siyahısı üzrə 1272,70 məbləğdə; 01.10.21-ci il tarixli, S030 nömrəli, kredit kartlarının siyahısı üzrə 710,60 məbləğdə; 30.09.21-ci il tarixli, S028 nömrəli, kredit kartlarının siyahısı üzrə 729,30 məbləğdə; 28.09.21-ci il tarixli, S026 nömrəli, kredit kartlarının siyahısı üzrə 1799,70 məbləğdə; 26.09.21-ci il tarixli, S025 nömrəli, kredit kartlarının siyahısı üzrə 2641,84 məbləğdə; 25.09.21-ci il tarixli, S023 nömrəli, kredit kartlarının siyahısı üzrə 1183,60 məbləğdə; 23.09.21-ci il tarixli, S022 nömrəli, kredit kartlarının siyahısı üzrə 1290,60 məbləğdə; 22.09.21-ci il tarixli, S021 nömrəli, kredit kartlarının siyahısı üzrə 1048,80 məbləğdə; 21.09.21-ci il tarixli, SOİ9 nömrəli, kredit kartlarının siyahısı üzrə 1733,60 məbləğdə; 19.09.21-ci il tarixli, S018 nömrəli, kredit kartlarının siyahısı üzrə 1529,00 məbləğdə; 18.09.21-ci il tarixli, SO 16 nömrəli, kredit kartlarının siyahısı üzrə 1557,60 məbləğdə; 16.09.21-ci il tarixli, S015 nömrəli, kredit kartlarının siyahısı üzrə 1855,40 məbləğdə; 15.09.21-ci il tarixli, SOİ3 nömrəli, kredit kartlarının siyahısı üzrə 603,90 məbləğdə; 13.09.21-ci il tarixli, SOM nömrəli, kredit kartlarının siyahısı üzrə 1516,93 məbləğdə; 14.09.21-ci il tarixli, SO 12 nömrəli, kredit kartlarının siyahısı üzrə 1763,30 məbləğdə; 12.09.21-ci il tarixli, S011 nömrəli, kredit kartlarının siyahısı üzrə 2066,50 məbləğdə; 11.09.21-ci il tarixli, S010 nömrəli, kredit kartlarının siyahısı üzrə 1386,00 məbləğdə; 10.09.21-ci il tarixli, S009 nömrəli, kredit kartlarının siyahısı üzrə 1173,30 məbləğdə; 09.09.21-ci il tarixli, S007 nömrəli, kredit kartlarının siyahısı üzrə 861,30 məbləğdə; 07.09.21-ci il tarixli, S006 nömrəli, il tarixli, A027 nömrəli, kredit kartlarının siyahısı üzrə 1439,90 məbləğdə; 31.08.21-ci il tarixli, A026 nömrəli, kredit kartlarının siyahısı üzrə 966,10 məbləğdə; 30.08.21-ci il tarixli, A024 nömrəli, kredit kartlarının siyahısı üzrə 999,90 məbləğdə; 28.08.21-ci il tarixli, A021 nömrəli, kredit kartlarının siyahısı üzrə 1318,40 məbləğdə; 25.08.21-ci il tarixli, A020 nömrəli, kredit kartlarının siyahısı üzrə 859,10 məbləğdə; 23.08.21-ci il tarixli, A020 nömrəli, kredit kartlarının siyahısı üzrə 942,70 məbləğdə; 22.08.21-ci il tarixli, A019 nömrəli, kredit kartlarının siyahısı üzrə 1353,88 məbləğdə; 21.08.21-ci il tarixli, A018 nömrəli, kredit kartlarının siyahısı üzrə 1383,20 məbləğdə; 19.08.21-ci il tarixli, A017 nömrəli, kredit kartlarının siyahısı üzrə 1456,60 məbləğdə; 20.08.21-ci il tarixli, A016 nömrəli, kredit kartlarının siyahısı üzrə 1383,80 məbləğdə; 17.08.21- ci il tarixli, A015 nömrəli, kredit kartlarının siyahısı üzrə 1891,80 məbləğdə; 15.08.21-ci il tarixli, A014 nömrəli, kredit kartlarının siyahısı üzrə 1554,2 məbləğdə; 14.08.21-ci il tarixli, A013 nömrəli, kredit kartlarının siyahısı üzrə 1859,00 məbləğdə; 13.08.21-ci il tarixli, A012 nömrəli, kredit kartlarının siyahısı üzrə 1128,30 məbləğdə; 11.08.21-ci il tarixli, A011 nömrəli, kredit kartlarının siyahısı üzrə 1913,70 məbləğdə; 10.08.21-ci il tarixli, A009 nömrəli, kredit kartlarının siyahısı üzrə 910,10 məbləğdə; 08.08.21-ci il tarixli, A008 nömrəli, kredit kartlarının siyahısı üzrə 1531,20 məbləğdə; 07.08.21-ci il tarixli, A007 nömrəli, kredit kartlarının siyahısı üzrə 1610,78 məbləğdə; 06.08.21-ci il tarixli, A006 nömrəli, nağd satış üzrə 927,00 məbləğdə; 04.08.21-ci il tarixli, A005 nömrəli, kredit kartlarının siyahısı üzrə 1014,20 məbləğdə; 03.08.21-ci il tarixli, A004 nömrəli, kredit kartlarının siyahısı üzrə 992,70 məbləğdə; 02.08.21-ci il tarixli, A003 nömrəli, kredit kartlarının siyahısı üzrə 781,90 məbləğdə; 01.08.21-ci il tarixli, A002 nömrəli, kredit kartlarının siyahısı üzrə 1068,30 məbləğdə; 01.08.21-ci il tarixli, A001 nömrəli, kredit kartlarının siyahısı üzrə 720,50 məbləğdə; 29.07.21-ci il tarixli, 1015 nömrəli, kredit kartlarının siyahısı üzrə 659,90 məbləğdə; 28.07.21-ci il tarixli, 1014 nömrəli, kredit kartlarının siyahısı üzrə 1037,30 məbləğdə; 27.07.21-ci il tarixli, 1013 nömrəli, kredit kartlarının siyahısı üzrə 950,40 məbləğdə; 26.07.21-ci il tarixli, İ012 nömrəli, kredit kartlarının siyahısı üzrə 305,80 məbləğdə; 25.07.21-ci il tarixli, İ011 nömrəli, kredit kartlarının siyahısı üzrə 1408,00 məbləğdə; 24.07.21-ci il tarixli, İ010 nömrəli, kredit kartlarının siyahısı üzrə 910,3 məbləğdə; 23.07.21 -ci il tarixli, 1009 nömrəli, kredit kartlarının siyahısı üzrə 1247,80 məbləğdə; 21.07.21-ci il tarixli, 1007 nömrəli, kredit kartlarının siyahısı üzrə 2101,00 məbləğdə; 20.07.21-ci il tarixli, 1006 nömrəli, kredit kartlarının siyahısı üzrə 716,20 məbləğdə; 17.07.21-ci il tarixli, 1004 nömrəli, kredit kartlarının siyahısı üzrə 1159,5 məbləğdə; 16.07.21- ci il tarixli, 1003 nömrəli, kredit kartlarının siyahısı üzrə 919,60 məbləğdə; 15.07.21-ci il tarixli, İ002 nömrəli, kredit kartlarının siyahısı üzrə 856,1 məbləğdə; 14.07.21-ci il tarixli, 1001 nömrəli, kredit kartlarının siyahısı üzrə 682,00 məbləğdə kassirin növbəsonu balans formalarında kassir qrafasındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. İş materiallarında olan 03 iyun 2022-ci il iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı 49274,36 manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair mülki iddia ilə müraciət etmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli “mülki iddiaçının nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Nümayəndə1 ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs MMC -nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli aktdan görünür ki, NBA Technologies İnternational şirkətinin texniki dəstək şöbəsinin mütəxəssisi X1 rayon prokurorluğunun inzibati binasında AP912920 və AP003310 nömrəli post terminal avadanlıqlarına baxış keçirmiş, baxış zamanı avadanlıqda hər hansı bir nasazlıq aşkar edilmədi. Eyni zamanda, 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində qeyd olunan avadanlıqlarla bağlı yalnız bir dəfə, "Dolçe Vita” tərəfindən şirkətə edilmiş müraciət əsasında xx.xx.2021-ci il tarixdə məlumat bazasının təmizlənməsi ilə əlaqədar texniki xidmət göstərilmişdir. Bundan başqa nasazlıq aşkar edilməmişdir. Məlumat bazasının dolması ödəniş sistemində hər hansı bir məhdudiyyət yaratmamışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə sonuncunun üzünə qarşı 14 iyul 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək olan dövr ərzində müştərilər tərəfindən restorana ödənilmiş ümumillikdə 49.274,36 manat məbləğində pul vəsaitini restoranın xəzinəsinə mədaxil etməyərək mənimsədiyini, həmçinin post terminalların işlək vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 149 saylı MKS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, kassirin növbəsonu balans formaları, Post terminal qəbzləri, “Paşa Bank”-ın post terminal çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il və 11 yanvar 2023-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı 49274,36 manat məbləğində pulun, mülki iddia ilə bağlı ödənilmiş 238 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat məbləğində pulun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə müraciət etmiş, dəymiş ziyanın 17.000 manatını xx.xx.2023-cü il tarixdə ödəmiş, 24.512 manatın güzəşt olunmasını xahiş etmiş və qalan 13.000 manatın hissə-hissə MMC-yə ödənilməsini öhdəsinə götürərək zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur və sonuncuya ağır cəza verilməsində maraqlı deyillər. Ancaq zərərçəkmiş hüquqi şəxs Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi icra etməsi üçün mülki iddianın təmin olunmasını istəyirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizəsindən görünür ki, mülki iddianın təmin edilməsini, təqsirləndirilən şəxs-mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs mənimsəmə yolu ilə taladığı məbləğdən 13 000 (on üç min) AZN hissəsini (cavabdeh Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü ildən etibarən hər ay ən azı 150 Hospitality Group MMC-yə ödəmək qaydasında), zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini bildirsə də zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Eyni zamanda, həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 14 noyabr 2011-ci il tarixli, Qərarının 23-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179cu maddəsində nəzərdə tutulmasa belə Təqsirləndirilən şəxs dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında maddi məsul şəxs vəzifəsini tutmaq hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, 20 sahə, E. Əzizov 14b ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs MMC -yə maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış kassirin növbəsonu balans formaları, Post terminal qəbzləri, “Paşa Bank”-ın post terminal çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 260 (iki yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2, 73-1.2, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, 20 sahə, E. Əzizov 14b ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş və ödənilməmiş 13 000 (on üç min) manat məbləğində maddi ziyan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış kassirin növbəsonu balans formaları, post terminal qəbzləri, “Paşa Bank”-ın post terminal çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –260 (iki yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-10/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-10/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver