Məhkəmə qərarları › İş №1(009)-10/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-10/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-10/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt X7 Belnəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Qərbi Kaspi Universitetinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, Qərbi Kaspi Universiteti üzrə 01 dekabr 2018-ci il tarixli 112/K nömrəli əmrlə Qərbi Kaspi Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri vəzifəsinə təyin edilib 23 avqust .2022-ci il tarixədək həmin vəzifədə işəyərkən 01 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin əcnəbi tələbələr sektorunun müdiri vəzifəsinə uyğun fəaliyyəti həyata keçirmək, əcnəbi tələbələrin Universitetə qəbulu prosesində və qəbul siyasətinin hazırlanmasında universitet rəhbərliyi ilə sıx əlaqədə işləmək, əcnəbi tələbələrin universitetə cəlb edilməsi üçün kreativ və innovativ beynəlxalq marketinq həll yollarını hazırlamaq və bu planları həyata keçirmək üçün ixtisaslı işçi heyətinin cəlb edilməsində iştirak etmək, əcnəbi tələbələr üçün təklif və qəbul məktublarının hazırlanması, təhsil razılaşmaları (təhsil haqqı ödənişi də daxil olmaqla) ilə əlaqədar əlavə sənədləşmələrin aparılması işini təşkil və təmin etmək, əcnəbi tələbələr tərəfindən ödənilən təhsil ödənişlərini izləmək, ödənmiş və ödənməmiş haqları xüsusi cədvəldə qeydə aldırmaq və bunlarla bağlı maliyyə mühasibatlıq şöbəsi ilə müntəzəm əlaqə saxlamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Qərbi Kaspi Universitetinə məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamaq məqsədilə 08 noyabr 2021-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək olan müddətdə cinayətdən xəbərsiz fərdi qaydada təhsil agenti kimi fəaliyyət göstərən şəxslər vasitəsi ilə və birbaşa özünə müraciət etmiş əcnəbilərin Universitetin hazırlıq kurslarında iştirak etmək barədə əmr verilməsi üçün təqdimat yazaraq əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 ay müddətinə hazırlıq kursunda iştirak etməsinə icazə verilməsinə dair əmr imzalanmasına nail olmaqla təhsil haqqının ödənilməsi üçün ona təqdim edilmiş müxtəlif məbləğlərdə pul vəsaitlərini, o cümlədən Türkiyə Respublikasının vətəndaşı Şahid11 08 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında 850 manat, Nigeriya Federativ Respublikasının vətəndaşı X3 Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfərliyinin inzibatı binasının yaxınlığında 2021-ci ilin oktyabr ayında 500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 700 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Nigeriya Federativ Respublikasının vətəndaşı X10 2022-ci ilin aprel ayında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı Haidar Alıyandan 18 may 2022-ci il tarixdə Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 1.700 manat təşkil edən 1.000 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşı Sabraval Kamaldan 30 may 2022-ci il tarixdə Qərbi Kaspi Universitetinin inzibati binasının yaxınlığında həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı Şahid12 2022-ci ilin may-iyun aylarında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmindövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, cinayətdən xəbərsiz Pakistan İslam Respublikasının vətəndaşı X14 2022-ci ilin iyun ayında Qərbi Kaspi Universitetinin ünvan 2 ünvanında yerləşən inzibati binasının yaxınlığında Pakistan İslam Respublikasının vətəndaşları Rehmat Adnan, Ghouri Ghulam, Ahmad Muhammad, Asif Muhammad, Saleem Muhammad və Şahid8 Qərbi Kaspi Universitetinin hazırlıq kursunda iştirak etmək üçün təhsil haqqı olaraq hər birinə görə həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat təşkil edən 600 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 6.120 manat təşkil edən 3.600 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı Asim Humzadan xx.xx.2022-ci il tarixdə Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşıları Maryam Amjad və Abdullah Saleemin təhsil haqqında görə sonuncuların atası X12 2022ci ilin iyun-iyul aylarında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 4.080 manat təşkil edən 2.400 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı Ahmaddan 2022-ci ilin iyul ayında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı X15 2022-ci ilin iyul ayında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı Ayaan Muhammaddan 2022-ci ilin iyul ayında Qərbi Kaspi Universitetinin inzibati binasında xidməti iş otağında həmin dövrün rəsmi məzənnəsi ilə 2.040 manat təşkil edən 1.200 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşları Sharda Arvind, Narinder Kumar və Şahid2in təhsil haqqının ödənilməsi üçün hər birinə görə cinayətdən xəbərsiz fərdi qaydada təhsil agenti kimi fəaliyyət göstərən Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Shoaibdən 2022-ci ilin iyun-iyul aylarında 800 ABŞ dolları olmaqla həmin dövrün rəsmi məzənnəsi ilə 4080 manat təşkil edən ümumilikdə 2.400 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşı X25 Ahmedidən 03 avqust 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında həmin dövrün rəsmi məzənnəsi ilə 3.400 manat təşkil edən 2000 ABŞ dolları olmaqla yuxarıda adları qeyd olunan 22 əcnəbi şəxsdən ümumilikdə 36.210 (otuz altı min iki yüz on) manat təşkil edən pul vəsaitini alıb ünvan 3 ünvanında yerləşən Qərbi Kaspi Universitetinin kassasına mədaxil etməyərək şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə Qərbi Kaspi Universitetinə məxsus əmlakı vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə Qərbi Kaspi Universitetinin ödənişli təhsil xidmətləri göstərmək, ödənişli təhsildən daxil olan vəsaitlər hesabına maliyələşməsi üzrə həmin Universitetin fəaliyyətini pozmaqla hüquqi şəxsin qanunla qorunan hüquqlarına və mənafelərinə vahid niyyətlə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Qərbi Kaspi Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi vəzifəsində işə başlamış, daha sonra isə universitetin beynəlxalq əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri vəzifəsinə təyin edilmiş, 23 avqust 2022-ci il tarixdə tutduğu vəzifədən çıxarılmışdır. Sektor müdiri kimi əsas vəzifəsi Qərbi Kaspi Universitetində təhsil almaq istəyən və ya müəllim kimi fəaliyyət göstərmək istəyən əcnəbi vətəndaşların sənədlərinin qəbul edilməsi, həmin sənədlərin yoxlanılması, hər hansı çatışmazlıq olmadıqda isə həmin vətəndaşlar üçün dəvət məktublarının hazırlanması və toplanmış bütün sənədlərin əcnəbi vətəndaşlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilməsindən ibarət olmuşdur. Əcnəbilərin təhsil haqqı 6 aylıq hazırlıq kursu üçün 800 ABŞ dolları, 10 aylıq hazırlıq kursu üçün isə 1200 ABŞ dolları məbləğində müəyyən edilsə də, müəyyən hallarda universitet rəhbərliyinin razılığı ilə hazırlıq kursundakı dinləyicilərə güzəştlər edilmiş, dinləyicilərə təhsil haqqını iki dəfəyə ödəmə imkanı üçün müvafiq şərait yaradılmışdır. Təhsil haqlarının universitetin "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarına köçürülmə yolu ilə ödənilməsi həyata keçirilmişdir. Həmin təhsil haqlarının nağd şəkildə ödənilməsinə icazə verilməmişdir. O, ifadəsində Qərbi Kaspi Universiteti tərəfindən təqdim edilmiş 117 nəfər əcnəbi tələbələrin siyahısındakı şəxslərdən təhsil haqqının ödənilməsi üçün hər-hansı məbləğdə pul vəsaitini almadığını, həmin siyahıda adı qeyd olunan Türkiyə Respublikasının vətəndaşı İbrahim X11 təhsil haqqına görə 850 manat pul alıb universitetin hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərclədiyini, lakin digər adları qeyd olunan şəxslərin təhsil haqlarına görə ona pul vəsaitləri ödənilmədiyini bildirmişdir. Həmçinin ifadəsində konkret suallarla bağlı göstərmişdir ki, Nigeriya Federativ Respublikasının vətəndaşları X3 1.200 ABŞ dolları, X10 1.000 ABŞ dolları, Pakistan İslam Respublikasının vətəndaşları Haidar Alıyandan 1.000 ABŞ dolları, Şahid12 1.200 ABŞ dolları, X14 Pakistan İslam Respublikasının vətəndaşları Rehmat Adnan, Ghouri Ghulam, Ahmad Muhammad, Asif Muhammad, Saleem Muhammad və Şahid8 təhsil haqqına görə 3.600 ABŞ dolları, Asim Humzadan 1.200 ABŞ dolları, Ahmaddan 1.200 ABŞ dolları, X15 1.200 ABŞ dolları, Ayaan Muhammaddan 1.200 ABŞ dolları, X25 Ahmedidən 2.000 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşıları Maryam Amjad və Abdullah Saleemin təhsil haqqında görə sonuncuların atası X12 2.400 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşı Sabraval Kamaldan 1.200 ABŞ dolları, Hindistan Respublikasının vətəndaşları Sharda Arvind, Narinder Kumardan və Şahid2in təhsil haqqının ödənilməsi üçün Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Shoaibdən hər birinə görə 800 ABŞ dolları olmaqla ümumilikdə 2.400 ABŞ dolları pul vəsaitini almadığını bildirmişdir. O, həmçinin ifadəsində Qərbi Kaspi Universitetinin Hüquq şöbəsinin müdiri Nümayəndə “whatsapp” mobil tətbiqi vasitəsilə maşını, qardaşının Xırdalanda yerləşən 01 otaqlı evini sataraq gətirib pulu verməyi təklif etməsi, öz ərizəsi əsasında işdən azad olunmağını bildirməsi, 25.000 manat pul verməyi təklif etməsi barədə göstərdikləri ilə bağlı bildirmişdir ki, o, hər hansı məbləğdə vəsait ələ keçirməmiş, sadəcə baş verən hadisələrin onun gələcək karyerasına zərər vurmaması üçün Universitetin hesabına ödəniş etmək istədiyini Nümayəndə bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, ona verilmiş ittiham üzrə ziyanın onun ailə üzvləri tərəfindən tam ödənildiyini, aprel döyüşlərində iştirak etdiyini, idmançı olduğunu, həmçinin vurulmuş ziyanın onun tərəfindən tam ödənildiyini bu səbəbdən mülki iddianı qəbul etmədiyini və onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə çıxış edərək bildirilmişdir ki, o, 2017-ci il tarixdən Qərbi Kaspi Universitetinin Hüquq Departamentinin müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi olmaqla 12 saylı vəkil bürosunda vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Universitet 1991-ci ildə Qərb Universiteti adı ilə yaradılmış, 2017-ci ilin may ayında Universitetin adı dəyişərək Qərbi Kaspi Universiteti olmuşdur. Universitetdə həm yerli, həm də əcnəbi tələbələr təhsil almış, hüquq və tibb ixtisaslarından başqa digər bütün ixtisaslarda bakalavr, magistr və doktorantura təhsili verilmişdir. Əcnəbi tələbələrin təhsilə adaptasiya olması məqsədilə Azərbaycan, rus və ingilis dillərində 6, 8 və ya 10 aylıq hazırlıq kursları təşkil edilmiş, 6 aylıq hazırlıq kursu üçün təhsil haqqı 800 ABŞ dolları, 8 aylıq hazırlıq kursu üçün 1.000 ABŞ dolları, 10 aylıq hazırlıq kursu üçün isə 1.200 ABŞ dolları müəyyən edilmişdir. Müraciət edən xarici ölkənin vətəndaşı istədikləri dil üzrə kursu başa vurduqdan sonra universitet daxili test imtahanı verərək ali təhsilin bakalavr, magistr və ya doktorantura pilləsinə qəbul edilmişlər. Əvvəl əcnəbi tələbələr Azərbaycan universitetlərində ali təhsil almaq istədikləri zaman universitetə rəsmi müraciət ünvanlamışlar, 2020-ci ildən əcnəbi tələbələr “Study in Azerbaijan” portalı və universitetin rəsmi internet səhifəsi vasitəsilə, 2021-ci ildən etibarən isə yalnız Təhsil Nazirliyi tərəfindən yaradılmış “portal.edu.az” saytı vasitəsilə təhsil almaq istədikləri universitetlərə müraciət ünvanlamışlar. Daha sonra Təhsil Nazirliyi tərəfindən universitetlərə portal üzərindən əcnəbi tələbələrin müraciətləri barədə elektron məktub göndərilir. Xarici ölkə vətəndaşının Universitetdə təhsil alması üçün mövcud olan prosedur ondan ibarət olmuşdur ki, Xarici ölkənin vətəndaşı universitetdə təhsil almaq üçün “portal.edu.az” saytı vasitəsilə ilə universitetdə təhsil almaq arzusunu bildirdikdə həmin saytdan universitetə elektron məktub daxil olmuş, elektron məktub daxil olduqdan sonra müraciət edən tələbənin müraciətinə əlavə etdiyi sənədlər yoxlanılmış, sənədlər tam və qaydasında olan əcnəbi ölkənin vətəndaşlarına təhsil haqqını ödədikdən sonra qəbul əmri veriləcəyinə dair elektron qaydada məlumat göndərilmişdir. Təhsil haqqı ödənildikdən sonra bütün sənədlər əsasında Universitetin Xarici tələbələrlə İş sektorunun müdiri Universitetin icraçı prorektoruna Əcnəbi vətəndaşı Universitetə qəbul olunmasına dair əmr verilməsi üçün təqdimatla müraciət etmişdir. İcraçı prorektor tərəfindən təqdimatda göstərilən məlumatlar baxıldıqdan sonra viza verilərək əmrin hazırlanması üçün təqdimat Universitetin Tələbə şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən müvafiq əmr hazırlanaraq imzalanması üçün Universitetin İcraçı prorektoruna təqdim edilmişdir. Əmr imzalandıqdan sonra Xarici ölkə vətəndaşına dəvət məktubu göndərilmiş, həmin tələbənin adı Atis.edu.az portalına daxil edilmişdir. Tələbə ölkəyə gəldikdən sonra həmin tələbənin universitetə daxil olmasına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məlumat üçün məktub göndərilmiş, eyni zamanda tələbənin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşaması icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə Universitetin rəhbərliyi tərəfindən məktub ünvanlanmış, həmin məktub əsasında Dövlət Miqrasiya Xidməti tələbəyə ölkə ərazisində müvəqqəti yaşaması üçün icazə verdikdən sonra tələbə Universitetdə təhsil almağa başlamışdır. Bundan başqa digər qayda ondan ibarətdir ki, tələbə özü şəxsən Universitetə müraciət edir, bu prosedurada dəvət məktubundan başqa digər prosedura eyni qaydada həyata keçirilmişdir. X31 Universitetində 150 nəfərə yaxın əcnəbi tələbə təhsil almış, ümumilikdə isə universitetdə 5.000-ə yaxın tələbə təhsil almışdır. Əcnəbi tələbələrlə həm tədrisin təşkil olunması, həm də tələbələrin müraciətlərinə baxılması ilə bağlı yuxarıda qeyd olunan bütün məsələlərlə universitetin əcnəbi tələbələrlə iş sektoru məşğul olmuş, 2018-ci ildə həmin sektorun müdiri vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. 16 avqust 2022-ci il tarixdə universitetin mühasibatlıq şöbəsi və hüquq şöbəsi tərəfindən əcnəbi tələbələr tərəfindən təhsil haqlarının ödənilmə vəziyyəti yoxlanan zaman universitetdə 150 nəfər əcnəbi vətəndaşın hazırlıq kursunda oxuduğu və 117 nəfər tələbənin təhsil haqlarının ödənilməsi ilə bağlı gecikmə olduğu məlum olmuşdur. Həmin tələbələrin bir qismi hazırlıq kursuna başlamaq üçün tələb olunan 1.200 ABŞ dolları təhsil haqqının bir qismini ödəmiş, bəzi tələbələr isə ümumiyyətlə ödəniş etməmişdi. Həmin tələbələrin illik ödənişi və ödədiyi məbləğ və qalan ödənilməmiş məbləğ barədə cədvəl tərtib edilmişdir. Bununla bağlı əcnəbi tələbələr dəvət olunaraq onlardan bu barədə soruşulduqda tələbələr təhsil haqqının ödənilməsində hər hansı gecikmə olmadığını, 1.200 ABŞ dolları məbləğində pulu universitetin əcnəbi tələbələrlə iş sektorunun müdiri Təqsirləndirilən şəxs verdiklərini yazılı şəkildə bildirmişlər. Bundan başqa araşdırma nəticəsində bir çox tələbənin kursa cəlb edilməsi ilə bağlı rəsmi əmr olmasına baxmayaraq onların ümumiyyətlə universitetə gəlmədikləri müəyyən edilmişdir. Universitetdə təhsil alan əcnəbi vətəndaşların əksəriyyəti Türkiyə Respublikası, Nigeriya, Şri-lanka, Pakistan və Hindistanlı tələbələr olmuşdur. Onların universitetdə təhsilə cəlb olunmasında həmin ölkələrdən olan və uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayan əcnəbi agentlərin mühüm rolları olmuşdur. Əvvəllər həmin agentlərlə universitet arasında müqavilə olmuş və təhsilə cəlb olunmasında iştirak etdikləri tələbələrin təhsil haqlarının 5%-i rəsmi şəkildə universitet tərəfindən həmin agentlərə ödənilmişdir. Lakin pandemiyadan sonra maddi sıxıntılarla bağlı həmin agentlərlə müqavilələr ləğv edilmiş, buna baxmayaraq agentlər universitetlə əməkdaşlığını fərdi qaydada davam etdirmiş və təhsilə cəlb olunan əcnəbi tələbələrin özlərindən komissiya almış, bundan da Universitetin xəbəri olmuşdur. Həmin agentlərdən biri də Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Shoaib olmuşdur. Muhammad 2017-2018-ci illərdə Universitetdə ingilis dili üzrə hazırlıq kursu keçmişdir. O, tərəflərindən qəbul edilən zaman yazılı izahat verərək 25 nəfər əcnəbi tələbənin universitetdə hazırlıq kursuna cəlb edilməsi üçün Təqsirləndirilən şəxs müraciət etdiyini və onların hər birindən 1.200 ABŞ dolları olmaqla, ümumilikdə 30.000 ABŞ dolları məbləğində pulu sonuncuya təqdim etdiyini, daha sonra Asimin ona 15.000 manat verərək 25 nəfər tələbənin hər biri üçün 500 ABŞ dolları məbləğində pulu təhsil haqqı kimi universitetin əcnəbi tələbələr üçün açılmış dollar hesabına köçürməsini dediyini bildirsə də köçürmə edən zaman məbləğ az olduğu üçün cəmi 17 nəfər tələbənin ödənişini edə bilmişdir. Bundan başqa agent kimi fəaliyyət göstərən Pakistan vətəndaşı X28 adlı şəxs də yazılı izahat verərək 6 nəfər əcnəbi vətəndaşı Qərbi Kaspi Universitetində təhsilə cəlb etdiyini, onların pasportlarını və 3.600 ABŞ dolları pulu Təqsirləndirilən şəxs əlbəəl verməsinə baxmayaraq sonuncu tərəfindən tələbələrin heç birinin təhsil haqqının ödənilmədiyini bildirmişdir. Universitet daxilində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 117 nəfər əcnəbi vətəndaşın hər birindən təhsil haqlarını ödəmək üçün verilmiş 1.200 ABŞ dolları pul alınmış, lakin sonuncu tərəfindən bəzi tələbələr üçün ümumiyyətlə təhsil haqqı ödənilməmiş, bəzi tələbələrin isə təhsil haqqının bir hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olan İbrahim Özkan adlı tələbədən isə qalan təhsil haqqının ödənilməsi adı ilə 850 manat pul almış, lakin həmin pulu da universitetin hesabına ödəməmişdir. Qeyd olunanların nəticəsində Təqsirləndirilən şəxs universitetə ümumilikdə 196.461,8 manat maddi ziyan vurmuşdur. O, ifadəsində Əcnəbi tələbələr tərəfindən universitetə təhsil haqqının əsasən Qərbi Kaspi Universitetinin "xxxx" ASC-də olan manat hesabına və ya "xxxx" ASC-də olan dollar hesabına ödənildiyini, əcnəbi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı hər hansı işçiyə tapşırıq verilmədiyini də bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsə 36.210 manat vurduğu ziyana görə ittiham elan edilməsinə baxmayaraq, hazırki vəziyyətdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Qərbi Kaspi Universitetinə vurulmuş ziyanın məbləği 70.210 manat təşkil edir. Qeyd edilən hallar cinayət işinin materiallarında olan ödəniş qəbzləri və təqsirləndirilən şəxslə şahid Muhammad Shoaib arasında aparılmış yazışmalarla təsdiq edilir. Həmçinin ittiham üzrə 36.210 manat ziyanla bağlı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Qərbi Kaspi Universitetinin bank hesabına bu günədək hər hansı vəsait ödənilməmişdir. Odur ki, həmin şəxslə barışıq əldə edilməmiş və ona qarşı şikayətçidirlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair” mülki iddia və ödəniş qəbzindən görürün ki, iddia ərizəsinin icraata qəbul edilməsi, Qərbi Kaspi Universitetinin mülki iddiaçı qismində tanınmağı barədə qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs Qərbi Kaspi Universitetinə dəymiş maddi ziyanın əvəzi kimi Universitetin xeyrinə 70.210 manat məbləğində pul vəsaitinin və 300 manat dövlət rüsumunun, ümumilikdə 70.510 manat pul vəsaitinin tutulub ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Nigeriya Federativ Respublikasının vətəndaşı X22 ifadəsində bildirmişdir ki, o, 02 aprel 2022-ci il tarixdə təhsil almaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində kirayə yaşamağa başlamışdır. Onunla eyni binada yaşamış Muhammad Shoaib adlı Pakistan vətəndaşının vasitəsi ilə Qərbi Kaspi Universitetinin beynəlxalq əlaqələr şöbəsinin Asim adlı əməkdaşına müraciət edib universitetin beynəlxalq münasibətlər fakültəsində təhsil almaq istədiyini sonuncuya bildirmiş, Asim ona ilkin olaraq hazırlıq kursu keçməli olduğunu bildirərək qeydiyyatdan keçmək üçün pasportunu, Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq icazəsinin alınmasına görə bəzi sənədləri tələb etmiş, sənədləri Muhammad Shoaibin köməkliyi ilə hazırlayıb Asimə vermişdir. Asim ona universitetə qəbul edilməyi üçün 1000 ABŞ dolları ödəniş etməli olduğunu demiş, aprel ayının sonlarında həmin pulu sonuncuya universitetdə əlbəəl vermişdir. Ödənişi etdikdən bir neçə gün sonra o, hazırlıq kursuna başlasa da 2022-ci ilin avqust ayında universitetin beynəlxalq əlaqələr şöbəsindən ona təhsil haqqının ödənilmədiyi təqdirdə universitetdən xaric olunacağı və müvəqqəti yaşamaq icazəsinin ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq olunmuşdur. O, isə bu barədə Asimdən soruşduqda sonuncu ona Muhammad Shoaiblə danışmağını demiş, sonuncu ona Asimin universitetdə bəzi qanunsuzluqlar etdiyini və bu səbəbdən problemlər yarandığını bildirmişdir. O, ifadəsində Asimin təhsil haqqına görə ödənişi nağd qaydada tələb etdiyinə görə 1000 ABŞ dolları pulu sonuncuya əlbəəl verdiyini, ödənişə dair hər-hansı qəbz verilmədiyini də bildirmişdir. Şahid X22in ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxslə arasında olan WhatsApp tətbiqi vasitəsi ilə aparılan smslərin mətnindən görünür ki, o, 1.000 ABŞ dollar məbləğində pul vəsaitini təhsil haqqı olaraq Təqsirləndirilən şəxs sonuncunun xidməti otağında vermişdir. İş materiallarından görünür ki, şahid X22 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı, X22 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək 1.000 ABŞ dollar məbləğində pul vəsaitini xidməti otağında sonuncuya verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, Pakistanda olanda təhsil üzrə agent işləyən Kaşifə Azərbaycan Respublikasında təhsil almaq istəməsi ilə əlaqədar olaraq müraciət etmiş, sonuncu ona Azərbaycanda təhsil almaq və müvəqqəti yaşamaq üçün icazə alınması ilə məşğul olan Azərbaycan Respublikasında yaşayan X28 adlı şəxsin olduğunu bildirmiş, Kaşif ona viza almaqda və Azərbaycana gəlmək üçün aviabilet almaqda köməklik göstərmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycana gəlmiş və Usmanla danışıb görüşmüşdür. Usman ona Azərbaycandakı Universitetlər barədə məlumat vermiş, o, Qərbi Kaspi Universitetində təhsil almaq istədiyini demişdir. Usman həmin Universitetdə təhsil almaq üçün ilkin olaraq hazırlıq kursu keçməli olduğunu bildirmiş, hazırlıq kurs keçmək üçün 1200 ABŞ dollar təhsil haqqı ödəməli olduğunu ona demişdir. O, 2022-ci ilin iyul ayının əvvəllərində 1.200 ABŞ dolları pulu Universitetdə Usmana vermiş, sonuncu onun yanında həmin pul vəsaitini Universitetin əməkdaşı olan Asim adlı şəxsə vermişdir. İş materiallarından görünür ki, Şahid8 və X26 ilə X29 arasında aparılan üzləşdirmələr zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları bir daha Şahid8 və X16 üzünə qarşı deyərək sonunculardan pul almadığını, Kaşifdən pul aldığını bildirmişdir. Üzləşdirmə zamanı Şahid8 və X23 ifadə verən zaman anlaşılmazlıq olduğunu, Usmana pul vermədiklərini, 1.200 ABŞ dollar məbləğində pul vəsaitini Pakistanda Kaşifə verdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Türkiyə Respublikasının vətəndaşı Şahid11 ifadəsində bildirmişdir ki, o, Qərbi Kaspi Universitetinin cihaz mühəndisliyi ixtisası üzrə birinci kursunda təhsil almışdır. 20 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasında daimi yaşamağa başlamışdır. Ata və anası isə 2011 -ci ildən Azərbaycan Respublikasında yaşamış, atası "xxxx" ASC-də mühəndis işləmiş, buna görə o, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib getmiş, ona görə də Azərbaycan dilində sərbəst danışa, oxuya və yaza bilmişdir. O, Azərbaycan Respublikasına gəldikdən sonra ali təhsil almaq istədiyi üçün hansı universitetlərdə təhsil ala biləcəyi barədə maraqlanmış və Qərbi Kaspi Universitetində təhsil almağa qərar vermişdir. Bu səbəbdən universitetin daxili telefonlarına zəng etdikdə onu əcnəbi tələbələrlə iş sektorunun müdiri Təqsirləndirilən şəxs ilə əlaqələndirmişlər. Asim ona qeydiyyatdan keçmək üçün pasportunun və Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq icazəsinin alınmasına görə bəzi sənədləri hazırlayaraq universitetə yaxınlaşmağını ona bildirmişdir. O, Asimin dediyi sənədləri hazırladıqdan sonra universitetə gelmiş və Asimlə görüşmüş, sonuncu ona 10 aylıq hazırlıq kursu oxumalı olduğunu və bunun üçün 1000 ABŞ dolları pul ödəyəcəyini demişdir. O, bütün qaydalarla razılaşmış və ilkin olaraq ona universitetin Beynəlxalq bank ASC-də olan hesab nömrəsini verərək həmin hesaba 850 manat ödəməyini demiş, o, da 27 avqust 2021-ci il tarixdə 850 manat pulu Asimin verdiyi hesaba ödəmiş, daha sonra ona müvəqqəti yaşamaq icazəsi alınmış və universitetdə hazırlıq kursuna başlamışdır. Universitetdə təhsil almağa başladıqdan sonra Asim onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq qalan 850 manat pulu da tezliklə ödəməli olduğunu bildirmiş, o, da pulu hansı formada ödəyəcəyini soruşduqda Asim pulu ondan götürüb özünün ödəyəcəyini və ona qəbzi təqdim edəcəyini demişdir. 08 oktyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində Asim onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən binanın həyətinə gəlmiş, o, 850 manat pulu əlbəəl həmin ünvanda Asimə vermiş, lakin Asim ona qəbz təqdim etməmişdir. O, 10 aylıq hazırlıq kursunu bitirdikdən sonra cihaz mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində ali təhsil almağa başlamış, dərslər başlamazdan əvvəl Asim ona universitetin Express bank ASC-də olan hesab nömrəsini verərək həmin hesaba 1000 ABŞ dolları ödəniş etməyini demiş və o, da həmin hesaba qeyd olunan məbləği ödədikdən sonra qəbzi Asimə təqdim etmiş, lakin 2022-ci ilin avqust ayında universitetin Beynəlxalq əlaqələr şöbəsindən ona 850 manat ödəniş etməli olduğunu dedikdə Asimə əlbəəl verdiyi pulun sonuncu tərəfindən hesaba ödənilmədiyini başa düşərək bu barədə universitet əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Şahid12 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin mart ayında Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində bir neçə gün qaldıqdan sonra şəhəri çox bəyəndiyi üçün burada təhsil almaq qərarına gəlmişdir. O, Pakistan İslam Respublikasına qayıtdıqdan sonra İnternet vasitəsilə hansı universitetdə ali təhsil ala biləcəyi barədə məlumat topladıqdan sonra Qərbi Kaspi Universitetində təhsil almağa qərar vermiş, təxminən bir ay sonra yenidən Bakı şəhərinə gəlmiş və Qərbi Kaspi Universitetinə təhsil almaq üçün müraciət etmiş, Universitetdə onu əcnəbi tələbələrlə bağlı məsələlərlə məşğul olan Asimə yönləndirmişlər, sonuncuya yaxınlaşaraq universitetdə təhsil almaq istədiyini demişdir. Asim tələbə kimi qəbul edilmək üçün ilkin olaraq hazırlıq kursu keçəcəyini və bunun üçün 1.200 ABŞ dolları ödəniş etməli olduğunu ona bildirmişdir. Asim həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı ondan bir sıra sənədlər tələb etmiş, o, da bir neçə gün ərzində sənədləri toplayıb yenidən universitetə Asimin yanına gedib həmin sənədləri sonuncuya təqdim etmiş, təhsil haqqını Asim ondan nağd şəkildə verməyini tələb etdiyi üçün 2022-ci ilin may-iyun aylarında Universitetdə Asimin xidməti otağında şəxsən Asimə 1.200 ABŞ dolları pulu əlbəəl vermişdir. 2022-ci ilin avqust ayında universitetdən onunla əlaqə saxlanılaraq təhsil haqqını ödəmədiyi təqdirdə Universitetdən xaric olunacağı barədə xəbərdarlıq edilmiş, o, universitetə gedərək təhsil haqqını ödəməsi üçün Asimə pul verdiyini bildirmiş, həmin vaxtı sonuncu tərəfindən təhsil haqqı kimi sadəcə 680 manat pul vəsaitinin Universitetin hesabına ödənildiyini, qalan pulun isə ödənilmədiyini öyrənmişdir. Azərbaycan Universitetlərində təhsil haqqının ödənilmə qaydası ilə əlaqədar hər hansı məlumatı olmadığı üçün ödənişi nağd şəkildə Asimə verdiyini, sonuncunun ödənişə dair ona qəbz vermədiyini də göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Şahid14 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayında təhsil almaq üçün Azərbaycan Respublikasına gəldikdən sonra Qərbi Kaspi Universitetində 6 ay Azərbaycan dilindən, bir il isə İngilis dilindən hazırlıq kursu keçmiş, daha sonra Mədəniyyət və İncəsənət Universitetində bir il Azərbaycan dilində hazırlıq kursu keçmiş, hazırlıq kurslarını bitirdikdən sonra agent kimi fəaliyyət göstərməyə başlamış və Azərbaycan Respublikasını tərk etməmişdir. Agent kimi fəaliyyəti ondan ibarət olmuşdur ki, Pakistan Respublikasında fəaliyyət göstərən agentlər vasitəsi ilə Azərbaycan Respublikasında təhsil almaq istəyən tələbələr onunla əlaqə qurub Azərbaycan Respublikasındakı Universitetlər barədə məlumat almışlar, bundan sonra o, həmin əcnəbi tələbələri istədikləri universitetlərə yönləndirmiş, həmçinin sənədlərin toplanmasında köməklik göstərmiş və buna görə tələbələr ona pul vermişlər. Təqsirləndirilən şəxs Qərbi Kaspi Universitetində təhsil aldığı vaxt səlahiyyətli şəxs kimi tanımışdır. Pakistan İslam Respublikasının vətəndaşları Azərbaycan Respublikasına əsasən təhsil almaq üçün deyil, bir müddət Azərbaycanda yaşamaq, daha sonra isə digər hansısa ölkəyə getmək və ya Azərbaycanda iş tapa bilmədikdən sonra Pakistana qayıtmaq məqsədilə gəlmişlər. Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması üçün də ən optimal variant təhsil vizasının alınması olmuş, buna görə əcnəbilər təhsillə bağlı müraciət edib az bir müddət oxuduqdan sonra və ya təhsil vizası aldıqdan sonra dərslərdə iştirak etmədən Azərbaycandan digər ölkəyə, ya da öz ölkələrinə qayıtmışlar. Pakistandan və digər ölkələrdən tələbələr ona bir başa yolla, yada bu işlə məşğul olan agentlər vasitəsi ilə təhsil almaq üçün müraciət etdikdə Azərbaycan Respublikasındakı Mədəniyyət və İncəsənət Universiteti və X8 barədə məlumat vermiş, tələbələrə universitetlərdə təhsil almaq üçün şərtlər uyğun olduqda həmin universitetlərə yönləndirmiş, lakin onun Universitetlərə yönləndirdiyi tələbələrin sayını dəqiq xatırlamamışdır. 2022-ci aprel ayında Azərbaycan Respublikası ərazisində olan Pakistan vətəndaşları ona müraciət edərək təhsil almaq istədiklərini bildirmişlər. O, Azərbaycan Respublikasındakı universitetlərində hazırlıq kurslarına qəbul edilmək üçün tələb olunan təhsil haqları barədə məlumatlı olduğundan həmyerlilərinə Qərbi Kaspi Universitetində və Bakı Dövlət Universitetlərində 1.200 ABŞ dolları, Azərbaycan Texniki Universitetində 1000 ABŞ dolları, Mədəniyyət və İncəsənət Universitetində isə 750 ABŞ dolları olması barədə məlumat vermişdir. Əcnəbi tələbələr onun Qərbi Kaspi Universitetində təhsil aldığını bildiklərindən həmin universitetdə təhsil almaq istədiklərini, lakin təhsil haqqının baha olduğunu dedikləri üçün o, universitetə gedərək Asimə müraciət etdikdə sonuncu ona aşağı təhsil haqları ilə tələbələri universitetə qəbul etdirə biləcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin aprel ayından avqust ayının ortalarına qədər universitetə qəbul edilməsi üçün Təqsirləndirilən şəxs yanına 4 ümumilikdə 25 nəfərə yaxın əcnəbi tələbənin sənədlərini aparmışdır. Həmin tələbələrdən 8 nəfəri 750 ABŞ dolları, 10 nəfəri 800 ABŞ dolları və 1 nəfəri isə 1200 ABŞ dolları təhsil haqqını nağd şəkildə ona təqdim etmiş, o, da həmin pulları əlbəəl Asimə vermiş, bundan başqa Usman adlı agent də onun yanında Asimə 6 nəfər tələbəyə görə hər biri üçün 600 ABŞ dolları olmaqla ümumilikdə 3.600 ABŞ dollar pul vermişdir. Asim universitetə qəbul edilmək üçün gətirdiyi hər 3-4 tələbə üçün ona bəzi vaxtlar 300 manat, bəzi vaxtlar isə 400 manat komissiya pulu vermişdir. Asim bir neçə dəfə müxtəlif bəhanələrlə müraciət edərək pul lazım olduğunu deyərək ondan özü üçün də müxtəlif səbəblər gətirərək borc olaraq pul istəmiş, bir iki dəfə sonuncuya borc vermiş, pulunu da geri qaytarmışdır. 2022-ci ilin avqust ayının ortalarında bir çox əcnəbi tələbələr ona müraciət edərək təhsil haqları ödənilmədiyi üçün Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazələrinin ləğv ediləcəyini ona bildirmişlər. O, isə bu barədə Asimə dedikdə Asim ona həll edəcəyini deyib xatırlamadığı şəxs vasitəsi ilə ona bir dəfə 10.000 manat, bir dəfə də 5000 manat pul, həmçinin sayını xatırlamadığı tələbələrin pasportlarının surətlərini göndərmiş və hər bir tələbəyə görə 400 ABŞ dolları, yəni 680 manat pulu Universitetin hesabına ödəməyini bildirmişdir. Asimin göndərdiyi adam gəlib onu yaşadığı evdən götürərək birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Koala Park”ın yanındakı "xxxx" ASC-nin filialına gedərək Asimin göndərdiyi tələbələrin pasport nömrələri ilə adlarına 680 manat təhsil haqqını ödəmişdir. Neçə nəfərin adına ödədiyini dəqiq bilməmiş, pul ödədiyi tələbələrin adlarını dəqiq xatırlamamışdır. Asim ona göndərdiyi pasportlar əsasında pul ödəmişdir. Pulu ödədikdən sonra Asim ona zəng edərək 7 nəfər Parmod, Mohit, Antik Kumar, Parashar Nitin, Dutt Sunil, Vishal Kumar və Ravinderin adlarına ödədiyi təhsil haqlarının səhvən ödənildiyini, ona səhvən həmin tələbələrin pasportlarını göndərdiyini demiş, Asim həmin ödənişi ərizə yazıb geri qaytarıb X26, Asim Muhammad, X32, Ahmad Muhammad, Ali Farhad, Rehmat Adnan və Muhammad Rizvanın adlarına ödəməyini bildirmişdir. O, isə Universitetdə izahat verib bu barədə məlumatlandırmış, bundan sonra dəfələrlə əcnəbi tələbələr ona müraciət edərək hüquq mühafizə orqanlarına şikayət edəcəklərini dedikləri üçün o, bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdə sonuncu ona işdən çıxdığını, tələbələrin nə universitetə, nə də başqa yerə getməklərinə icazə verməməyini, məsələni həll edəcəyini bildirmişdir. Daha sonra isə Asim onunla danışaraq mobil nömrəsini dəyişməyini, universitetin hüquqşünası Nümayəndə və digər əməkdaşlarla danışmamağını, universitetə getməməyini, heç kimin zənglərinə və ismarıclarına cavab verməməyini, tələbələrin təhsil haqlarının ödənilməsi məqsədilə onun üçün pul tapmağını, bu problemin həll olunmasında ona köməklik etməyini tələb etmişdir. O, ifadəsində Şahid2, Arvind Sharda və Narindder Kumardan pul alıb bir hissəsini özünə agent kimi fəaliyyəti ilə əlaqədar olaraq götürdüyünü, hər biri üçün isə 800 ABŞ dollar pulu Asimə şəxsən özü verdiyini, Şahid2, Arvind Sharda və Narindder Kumardan nə qədər pul götürdüyünü dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs əcnəbi tələbələrin təhsil haqlarının universitetin bank hesablarına mədaxil etməməsindən məlumatsız olduğunu da göstərmişdir. Şahid14 həmçinin bildirmişdir ki, Hindistan Respublikasının vətəndaşları Narinder Kumar, Şahid2 və X17 Respublikasının vətəndaşı olan, hazırda Hindistanda yaşayan agent Albert Piter vasitəsi ilə ona müraciət etmişlər. O, Sharda Arvinddən 1.100 ABŞ dolları almış, 400 dollar isə komissiya pulu olaraq Albertə çatmış, ümumilikdə Arvind ona 1.500 ABŞ dolları pul vermişdir. Həmin puldan o, 800 ABŞ dollarını Asimə şəxsən vermiş, qalan 300 ABŞ dolları isə Arvindin sənədlərinin hazırlanmasına və komissiya puluna görə özünə götürmüşdür. Narinder Kumar və Şahid2dən də hər birindən 1.100 ABŞ dolları pul aldığını xatırlamış, sonuncuların hər birinə görə 800 ABŞ dollar pulu Asimə təhsil haqqına görə vermişdir. Hər birinin ona verdiyi puldan hərəsindən 300 dollar özünə sənədləşmə işlərinə görə və komissiya pulu götürmüş, Narinder Kumar və Şahid2 özləri Albertə hər ikisi hər biri üçün 400 ABŞ dolları komissiya pulu vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Narinder Kumar ifadəsində bildirmişdir ki, o, sinif yoldaşı Şahid2lə birlikdə Azərbaycan Respublikasında təhsil almaq üçün Hindistanda agent işləyən tanışları Polvinder Singə müraciət etmişlər, sonuncu onun və Şahid2in Azərbaycan Respublikasında Qərbi Kaspi Universitetinə qəbul olması üçün adlarından sənədləşmə işlərini görmüş, Universitet ona və Şahid2a dəvət məktubu göndərdikdən sonra viza alıb birlikdə 22 may 2022-ci il tarixdə təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmişlər. Polvinder Sing vasitəsi ilə o, Şahid2lə birlikdə Azərbaycan Respublikasında agent kimi fəaliyyət göstərən Muhammad Shoaib adlı şəxslə tanış olmuşlar, sonuncudan Qərbi Kaspi Universitetinə tələbə kimi qəbul olunmaqları ilə bağlı tibbi sənədlərin alınması, müvəqqəti qeydiyyata düşməyi ilə əlaqədar sənədləşmə işlərinə köməklik göstərilməsi, təhsil haqqının ödənilməsi, Universitetin ünvanı və digər məsələlərdə onlara köməklik göstərməsini xahiş etmişlər. Muhammad Shoaib onlara həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı bir sıra sənədləri əldə etməkdə köməklik göstərmiş, Muhammad Shoaib universitetə tələbə kimi qəbul edilmək üçün ilkin olaraq hazırlıq kursu keçəcəyi və bunun üçün 1.500 ABŞ dolları ödəniş etməli olduqlarını bildirmişdir. Muhammad Shoaib onlara həmin pulun 1.200 ABŞ dollarının təhsil haqqı üçün, qalan pulun isə agentliklə əlaqədar olaraq sənədləşmə işlərində köməklik göstərdiyi üçün özünə komissiya kimi götürəcəyini demişdir. O, Qərbi Kaspi Universitetinin əməkdaşı Asim adlı şəxsin bütün məsələləri həll edəcəyini demişdir. 2022-ci ilin may ayının sonlarında o, Şahid2 və Muhammad Shoaib ilə birlikdə Universitetin yerləşdiyi inzibati binanın yaxınlığına getmişlər, orada Universitetdə işləyən sonradan adının Asim olduğunu bildiyi şəxslə görüşməyə və pulu verməyə getmişlər. O, 1500 ABŞ dolları, eləcə də Şahid2 1500 ABŞ dolları pulu maşında Muhammad Shoaiba vermişlər, onlar maşında qalmış, Muhammad Shoaib isə onlardan aldığı pulu Asimə vermək üçün maşından düşüb Asimə tərəf getmişdir. Onlar maşından X18 pul verdiyini görsələr də, nə qədər pul verdiyini bilməmişlər. Onlar Azərbaycan Respublikasında yeni olduğu üçün ödənişin hansı qaydada necə olmasından xəbərləri olmamışdır. Ona görə də onlar təhsil haqqını əlbəəl Muhammad Shoaiba vermişlər, sonuncu da ondan aldığı pulu Asimə vermiş, lakin hansı məbləğini Asimə verdiyini bilməmişlər. Bir müddət sonra Muhammad Shoaiblə əlaqə saxladıqda sonuncu dərslərin bir ay sonra başlayacağını bildirmiş, 2022-ci ilin avqust ayında universitetdən kimsə onunla və Şahid2lə əlaqə saxlayaraq təhsil haqqının ödənilmədiyini deyib ödənilmədiyi halda Universitetdən xaric olunacağı barədə xəbərdarlıq edilmişlər. Bundan sonra hər ikisi universitetə gedərək təhsil haqqını Muhammad Shoaib və Asimə verdiklərini bildirmişlər, Universitetdə olan vaxt verdiyi pulun sadəcə hər birinə görə 1000 manatının universitetə ödənildiyini öyrənmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Hindistan Respublikasının vətəndaşı Şahid2 eyni məzmunlu ifadə verərək Narinder Kumarın göstərdiyi xüsusatları bir daha təsdiq edərək təhsil haqqının ödənilməsi üçün Muhammad Shoaiba 1.500 ABŞ dolları pul verdiyini, sonuncunun isə həmin pulun ona məlum olmayan hissəsini təhsil haqqının ödənilməsi üçün Asimə verdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Hindistan Respublikasının vətəndaşı Sharda Arvind ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasında təhsil almaq üçün Hindistanda agent işləyən Polvinder Singə müraciət etmiş, sonuncu ona Azərbaycan Respublikasında Qərbi Kaspi Universitetinə oxumağı məsləhət görmüşdür. O, 31 may 2022-ci il tarixdə təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Polvinder Sing vasitəsilə Azərbaycan Respublikasında agent kimi fəaliyyət göstərən Muhammad Shoaiblə tanış olmuş, sonuncudan Qərbi Kaspi Universitetinə tələbə kimi qəbul olunmağı ilə bağlı tibbi sənədlərin alınması, müvəqqəti qeydiyyata düşməklə bağlı əlaqədar sənədləşmə işlərinə köməklik göstərilməsi, təhsil haqqının ödənilməsi, Universitetin ünvanı və digər məsələlərdə ona köməklik göstərməsini xahiş etmişdir. Muhammad Shoaib ona həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı bir sıra sənədləri əldə etməkdə köməklik göstərmişdir. Muhammad Shoaib universitetə tələbə kimi qəbul edilmək üçün ilkin olaraq hazırlıq kursu keçəcəyini və bunun üçün 1.500 ABŞ dolları ödəniş etməli olduğumuzu bildirib həmin pulun 1.200 ABŞ dollarını təhsil haqqı ödənişi üçün qalan pulu isə agentliklə əlaqədar olaraq sənədləşmə işlərində köməklik göstərdiyi üçün özünə komissiya kimi götürəcəyini demişdir. O, 1500 ABŞ dolları pulu 2022-ci ilin Universitetin inzibati binasının yaxınlığındakı Flarmoniya bağında Muhammad Shoaibə vermiş, sonuncu ona həmin pulu Zərərçəkmiş şəxs əməkdaşı Asim adlı şəxsə verəcəyini və bütün məsələləri sonuncunun həll edəcəyini demişdir. Muhammad Shoaib həmin pulu Universitetdə Asimə vermək üçün onunla birlikdə Universitetə getmiş, X4 sektor müdiri Asimin otağına girib təhsil haqqını Asimə ödəmişdir. Bir müddət sonra Universitetə gəldikdə təhsil haqqının ödənilmədiyini öyrənmişdir. Təhsil haqqının ödənilməsi ilə bağlı Muhammad Shoaib tərəfindən ona qəbz təqdim edilmədiyini də göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Ahmad ifadəsində bildirmişdir ki, o, Pakistan İslam Respublikasında internet vasitəsilə Azərbaycan Respublikası barədə məlumat əldə etmiş və Azərbaycanda yerləşən Qərbi Kaspi Universitetində təhsil almaq qərarına gəlmiş, 18 iyul 2022-ci il tarixdə təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Azərbaycanda xarici vətəndaşların universitetlərə qəbul olunması ilə bağlı vasitəçilik fəaliyyəti ilə məşğul olan Muhammad Shoaib adlı şəxslə tanış olmuş, sonuncu ona universitetdə əcnəbi tələbələrlə bağlı Asim adlı şəxsin olduğunu bildirmişdir. O, Asimə yaxınlaşaraq universitetdə təhsil almaq istədiyini demiş, sonuncu tələbə kimi qəbul edilmək üçün ilkin olaraq hazırlıq kursu keçəcəyini və bunun üçün 1.200 ABŞ dolları pdəniş etməli olduğunu bildirmiş, pulu ondan nağd şəkildə verməyini tələb etdiyi üçün 2022-ci ilin iyul ayında Asimin Universitetdəki xidməti otağında şəxsən Asimə 1.200 ABŞ dolları pulu əlbəəl vermişdir. Pulu verdikdən sonra Asim ondan həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı bir sıra sənədlər tələb etmiş, o, da həmin sənədləri toplayaraq Asimə təqdim etmişdir. Bir müddət sonra yəni, 2022-ci ilin avqust ayında universitetdən onunla əlaqə saxlayaraq təhsil haqqını ödəmədiyi təqdirdə xaric olunacağı barədə xəbərdarlıq edilmiş, o, universitetə gedərək təhsil haqqını Asimə verdiyini demiş, orada ona təhsil haqqının 680 manatının universitetə ödənilməsi məlum olmuşdur. Təhsil haqqının ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ona qəbz təqdim etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nigeriya Federativ Respublikasının vətəndaşı X6 ifadəsində bildirmişdir ki, o, 26 yanvar 2020-ci il tarixdə ali təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmiş, Azərbaycan Respublikasına gəlməmişdən əvvəl internet vasitəsilə ölkə haqqında məlumat almış, Azərbaycan Respublikasına gəldikdən sonra Bakı Avrasiya Universitetində oxuyan Nigeriya Federativ Respublikasından olan tanışlarının köməyi ilə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi almış və Bakı Avrasiya Universitetində ali təhsilin bakalavr pilləsinə beynəlxalq münasibətlər ixtisası üzrə qəbul edilmişdir. Həmin ilin mart ayında pandemiya ilə əlaqədar olaraq dərslər evdən kompüter vasitəsilə tədris edilmiş, daha sonra universitetdə tədris başladığına görə universitetə gedib-gəlməyə başlamış, iki ilə yaxın müddət ərzində həmin universitetdə təhsilini davam etdirsə də Bakı Avrasiya Universitetində istədiyi kimi təhsil ala bilmədiyi üçün Azərbaycanda xarici vətəndaşların universitetlərə qəbul olunması ilə bağlı vasitəçilik fəaliyyəti göstərən Adams adlı Kamerunlu tanışı vasitəsilə Qərbi Kaspi Universitetində təhsilini davam etdirməyi qərara almış, sonuncu ona Qərbi Kaspi Universitetinin əməkdaşı Asimin bu işdə ona köməklik göstərə biləcəyini demiş, o, universitetə gedərək Asimlə görüşdükdə sonuncu ona ilkin olaraq hazırlıq kursu keçməli olduğunu, daha sonra universitetə tələbə kimi qəbul ediləcəyini demişdir. Bundan başqa Asim hazırlıq kursu üçün təhsil haqqı kimi 1.200 ABŞ dolları ödəməli olduğunu da ona deyib həmin pul vəsaitini nağd qaydada verməyini bildirmişdir. O, 2021 -ci ilin oktyabr ayında ilkin olaraq 500 ABŞ dolları pulu nağd şəkildə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin binasının yaxınlığında görüşərək Asimə şəxsən əlbəəl vermiş, sonuncu ona ödənişi Universitetə özünün edəcəyini bildirərək narahat olmamağını demişdir. xx.xx.2022-ci il tarixdə Asim ona sms yazaraq qalan 700 ABŞ dolları ödəməyini, əks halda onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaqla bağlı icazəni ləğv etdirəcəyini ona demiş, o, da məcbur xx.xx.2022ci il tarixdə hazırlıq kursu üçün təhsil haqqının qalan 700 ABŞ dollarını Asimlə zəngləşib yenə həmin ünvanda yəni, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yaxınlığında görüşərək sonuncuya şəxsən özü vermişdir. 2022-ci ilin iyun ayında Asimlə danışaraq tələbə biletinin nə vaxt veriləcəyini soruşduqda sonuncu ona universitet rəhbərliyinin məzuniyyətdə olduğunu, tələbə bileti hazır olan kimi təqdim edəcəyini bildirmiş, avqust ayında isə universitetin beynəlxalq əlaqələr şöbəsindən onunla əlaqə saxlanılaraq təhsil haqqını ödəməyini, əks halda universitetdən xaric olunacağını dedikdə o, təhsil haqqına görə ödənişi Asimə verdiyini bildirmişdir. O, ifadəsində Azərbaycan Universitetlərində təhsil haqqının ödənilmə qaydası ilə əlaqədar hər hansı məlumatı olmadığı üçün ödənişi nağd şəkildə Asimə verdiyini, sonuncunun ödənişə dair ona qəbz vermədiyini də göstərmişdir. Şahid X5 təqdim etdiyi Təqsirləndirilən şəxslə arasında olan WhatsApp tətbiqi vasitəsi ilə aparılan smslərin mətnindən görünür ki, o, əvvəlcə 500 ABŞ dolları, sonra isə 700 ABŞ dolları olmaqla ümumilikdə 1.200 ABŞ dollar məbləğində pul vəsaitini təhsil haqqı olaraq Təqsirləndirilən şəxs vermişdir. İş materiallarından görünür ki, şahid X9 ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə zamanı X9 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək 500 və 700 ABŞ dolları olmaqla iki dəfəyə ümumilikdə 1200 ABŞ dollar məbləğində pul vəsaitini sonuncuya verdiyini bildirərək onu ifşa etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı X23 ifadəsində bildirmişdir ki, o, Pakistanda olanda təhsil üzrə agent işləyən Kaşifə Azərbaycan Respublikasında təhsil almaq istəməsi ilə əlaqədar olaraq müraciət etmiş, sonuncu ona Azərbaycanda təhsil almaq və müvəqqəti yaşamaq üçün icazə alınması ilə məşğul olan Azərbaycan Respublikasında yaşayan X28 adlı şəxsin olduğunu bildirmiş, Kaşif ona viza almaqda və Azərbaycana gəlmək üçün aviabilet almaqda köməklik göstərmişdir. O, 28 iyun 2022-ci il tarixdə Azərbaycana gəlmiş və Usmanla danışıb görüşmüşdür. Usman ona Azərbaycandakı Universitetlər barədə məlumat vermiş, o, Qərbi Kaspi Universitetində təhsil almaq istədiyini demişdir. Usman həmin Universitetdə təhsil almaq üçün ilkin olaraq hazırlıq kursu keçməli olduğunu bildirmiş, hazırlıq kurs keçmək üçün 1200 ABŞ dollar təhsil haqqı ödəməli olduğunu ona demişdir. O, 2022-ci ilin iyul ayının əvvəllərində 1.200 ABŞ dolları pulu Universitetdə Usmana vermiş, sonuncu onun yanında həmin pul vəsaitini Universitetin əməkdaşı olan Asim adlı şəxsə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Ayaan Muhammad ifadəsində bildirmişdir ki, o, 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərini çox bəyəndiyi üçün burada ali təhsil almaq qərarına gəlmişdir. Pakistana geri qayıtdıqdan sonra 01 iyun 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasına təhsil almaq məqsədi ilə gəlmişdir. Azərbaycan Respublikasında yaşayan Pakistanlı tanışlarından Qərbi Kaspi Universitetində tədrisin yüksək səviyyədə aparılması barədə məlumat aldıqdan sonra universitetə gəlmiş, Universitetdə olan zaman ona əcnəbi tələbələrlə bağlı məsələlərlə Asim adlı şəxsin məşğul olduğunu demişlər, o, sonuncuya yaxınlaşaraq universitetdə təhsil almaq istədiyini demiş, Asim tələbə kimi qəbul edilmək üçün ilkin olaraq hazırlıq kursu keçəcəyini və bunun üçün təhsil haqqının 1.200 ABŞ dolları olduğunu bildirmişdir. Asim həmin pulu ondan nağd şəkildə verməyini tələb etdiyi üçün o, 2022-ci ilin iyul ayının əvvəllərində Universitetdə Asimin xidməti otağında şəxsən 1.200 ABŞ dolları pulu əlbəəl vermişdir. Pulu verdikdən sonra Asim ondan həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı bir sıra sənədlər tələb etmiş, o, da həmin sənədləri toplayaraq Asimə təqdim etmiş, bir müddət sonra ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Asim ona 23 sentyabrda dərslərin başlayacağını demiş və həmin vaxt universitetə gəlməyini bildirmişdir. 2022-ci ilin avqust ayında universitetdən onunla əlaqə saxlanılaraq təhsil haqqını ödəmədiyini, təhsil haqqını ödəməyəcəyi halda Universitetdən xaric olunacağı barədə xəbərdarlıq edilmişdir. O, universitetə gələrək təhsil haqqını Asimə verdiyi demiş, həmin günü ona Asimin ondan təhsil haqqı kimi ödəmək üçün aldığı 1.200 ABŞ dolları pulu Universitetin hesabına ödəməməsi məlum olmuşdur. Azərbaycan Universitetlərində təhsil haqqının ödənilmə qaydası ilə əlaqədar hər hansı məlumatı olmadığı üçün ödənişi nağd şəkildə Asimə verdiyini, sonuncunun ödənişə dair ona qəbz vermədiyini də göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Şahid10 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin iyul ayında Pakistanda olan zaman Azərbaycan Respublikasındakı təhsil müəssisələri ilə internet üzərindən maraqlanmış, həmin vaxtı Azərbaycanda yaşayan, hazırda isə Pakistanda olan tanışı Haşimlə əlaqə saxlayıb Azərbaycanda oxumaq istədiyini sonuncuya demiş, Haşim maraqlanıb Qərbi Kaspi Universitetində oxuya biləcəyini ona demişdir. O, 02 avqust 2022-ci il tarixdə təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Haşim ona sənədlərinin hazırlanmasında Universitetdə işləyən Asim adlı şəxsin köməklik göstərəcəyini demiş, o, Asimlə Universitetdə görüşmüş, sonuncu ona Universitetdə təhsil almaq, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması üçün sənədləşmə işlərinin görülməsinə və Universitetdə hazırlıq kursuna görə təhsil haqqı olmaqla ümumilikdə ondan 2000 ABŞ dolları pul tələb etmiş, o, xx.xx.2022-ci il tarixdə İçəri Şəhər metrosunun yaxınlığında 2.000 ABŞ dolları pulu Asimə təklikdə vermişdir. O, pulu verdikdən sonra Asim ondan Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi üçün lazımı sənədlər toplamağını bildirmiş, o, sənədləri toplayıb Asimə vermiş, sonuncu onun Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almasını təmin etmişdir. Bir müddət sonra universitetin beynəlxalq əlaqələr şöbəsindən onunla əlaqə saxlanılaraq ödənişi etmədiyi təqdirdə universitetdən xaric olunacağı barədə xəbərdarlıq edilmiş, o, universitetə gedərək təhsil haqqını ödəməsi üçün Asimə pul verdiyini bildirmiş, həmin vaxtı sonuncu tərəfindən təhsil haqqı kimi sadəcə 400 ABŞ dolları pul vəsaitinin Universitetin hesabına ödənildiyini öyrənmişdir. Azərbaycan Universitetlərində təhsil haqqının ödənilmə qaydası ilə əlaqədar hər hansı məlumatı olmadığı üçün ödənişi nağd şəkildə Asimə verdiyini, sonuncunun ödənişə dair ona qəbz vermədiyini də göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pakistan İslam Respublikasının vətəndaşı Asim Humza ifadəsində bildirmişdir ki, o, 17 iyun 2022-ci il tarixdə təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş, Azərbaycan Respublikasında yerləşən Qərbi Kaspi Universitetində təhsil almaq qərarına gəlmiş, həmin universitetə gedib məlumat almaq istədikdə onu universitetin Asim adlı əməkdaşına yönləndirmişlər. Asim ona ilkin olaraq hazırlıq kursu keçməli olduğunu, daha sonra tələbə kimi qəbul ediləcəyini demiş, razılaşdıqdan sonra Asim ondan həm qeydiyyat, həm də müvəqqəti yaşamaq icazəsinin alınması üçün tələb etdiyi bəzi sənədləri toplayaraq sonuncuya təqdim etmiş, Asim hazırlıq kursuna başlamaq üçün 1.200 ABŞ dolları təhsil haqqı ödəməli olduğunu ona deyib həmin pulu nağd şəkildə verməyini, təhsil haqqını özünün universitetin bank hesabına köçürəcəyini bildirmişdir. O, 23 iyun 2022-ci il tarixdə 1.200 ABŞ dolları pulu universitetdə Asimə əlbəəl vermişdir. 2022-ci ilin avqust ayında universitetdən onunla əlaqə saxlanılaraq təhsil haqqını ödəmədiyi təqdirdə Universitetdən xaric olunacağı barədə xəbərdarlıq edilmiş, o, universitetə gedərək təhsil haqqını ödəməsi üçün Asimə pul verdiyini bildirmiş, həmin vaxtı sonuncu tərəfindən təhsil haqqı kimi sadəcə 400 ABŞ dolları pul vəsaitinin Universitetin hesabına ödənildiyini, qalan pulun isə ödənilmədiyini öyrənmişdir. Azərbaycan Universitetlərində təhsil haqqının ödənilmə qaydası ilə əlaqədar hər hansı məlumatı olmadığı üçün ödənişi nağd şəkildə Asimə verdiyini, sonuncunun ödənişə dair ona qəbz vermədiyini də göstərmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 03 ədəd qovluq və 02 ədəd audio yazı vardır: - “Fwd 7_sehife” adlı qovluqda Nigeriya Respublikasının vətəndaşı olan X22 adlı tələbə ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” mobil tətbiqi vasitəsilə ingilis dilində aparılmış danışıqlar öz əksini tapmışdır. Danışıqlarda Əliyev X13 Obinna Marlvinə dərslərdə iştirak etməməsini, evdə oturub gözləməsini və sabaha məsələnin həll olunacağını deməklə yanaşı ödənişi Muhammad Shoaib adlı agentə verib-vermədiyini soruşur. X22 isə Təqsirləndirilən şəxs dərslərdə iştirak etdiyini, 1.000 ABŞ dolları pulu sonuncuya universitetdə Muhammad Shoaib adlı agentin iştirakı ilə verdiyini, lakin pulu ödədiyi vaxtdan etibarən ona ödənişlə bağlı qəbzin təqdim edilmədiyini bildirir. “Untitled_Message” adlı qovluqda Təqsirləndirilən şəxs ilə Türkiyə Respublikasından olan tələbə İbrahim X27 arasında “whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış danışıqlar öz əksini tapmışdır. Danışıqlarda Təqsirləndirilən şəxs Özkandan təhsil haqqını ödəməsini tələb edir. Özkan pulun hazır olduğunu, lakin həmin gün gələ bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs Özkandan olduğu yeri deməsini, gəlib sənədi verəcəyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs Özkandan 20 Yanvar küçəsinin hansı tərəfində olduğunu soruşur və sonuncu ona olduğu yerin xəritəsini göndərir. Təqsirləndirilən şəxs sənədin bazar ertəsi hazır olacağını, bundan başqa ödəniş qəbzini də həmin gün verəcəyini deyərək pulun hazır olub-olmadığını soruşur və Özkan pulun hazır olduğunu bildirir. Daha sonra isə Asim 2 dəqiqəyə çatacağını deyir. - Daha sonra diskdə olan audio yazılara baxış zamanı müəyyən edildi ki, hər iki səs yazı eyni məzmundadır. Baxışda iştirak edən Nümayəndə səs yazısının Təqsirləndirilən şəxs aid olduğunu bildirdi. Səs yazısı 08 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; - İbrahim, sənədi hazır etmişəm, birinci gün prorektor ştamp vuracaq verəcəm sənə, təhsil haqqı hazırdırsa mən gəlim. - Daha sonra üzərində “Asim whatsapp” və “xx.xx.2022” yazılar olan ikinci CD diskə baxış keçirildi. Diskin içərisində olan “Asim whats app” qovluğuna daxil olduqda “screenshots” və “voice” adlı 02 ədəd qovluq açılır. “Screenshots” adlı qovluqda Təqsirləndirilən şəxslə Nümayəndə arasında “whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış danışıqlar öz əksini tapmışdır. Danışıqlarda Nümayəndə Təqsirləndirilən şəxs 200.000 manat pul aldığını, bir çox tələbənin müvəqqəti yaşamaq icazəsinin ləğvi ilə bağlı universitetə gələrək ödənişləri sonuncuya şəxsən verdiyini, bundan başqa bəzi tələbələrin ümumiyyətlə müvəqqəti yaşamaq icazəsi almasına baxmayaraq ölkədə nə işlə məşğul olduğunun bilinmədiyini deyərək pulu ödəməsini tələb etsə də, Təqsirləndirilən şəxs 25.000 manat pul gətirib verə biləcəyini deyərək və həmin pulun Nümayəndə tərəfindən banka təqdim olunmasını bildirir. - Daha sonra “Voice” adlı qovluqda 05 ədəd səs yazısı vardır. Nümayəndə həmin səs yazılarının Təqsirləndirilən şəxs aid olduğunu və sonuncu tərəfindən ona göndərildiyini bildirdi. Birinci səs yazısı 06 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; -birinci gün yaxınlaşım valideynimlə danışaq da orda biz. İkinci səs yazısı 26 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; -Anar müəllim, bilirəm siz mənə kömək etmək istəyirsiniz. Mən nə əncam çəkim? Edə biləcəyim odur ki, maşınımı satım verim, bir də qardaşımın Xırdalanda 01 otaqlı evi var, 20.000 ödənilib, 25.000 borcu var, onu verim. Başqa mən nə əncam çəkim? Üçüncü səs yazısı 07 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; universitet məni bəndlə çıxarmasın da işdən, öz ərizəm əsasında çıxarsın. Dördüncü səs yazısı 08 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; -Anar müəllim, bəlkə gətirim verim onu siz ödətdirəsiniz tələbələrə? Beşinci səs yazısı 26 saniyədən ibarətdir və aşağıdakı məzmundadır; -Onda istəyirsiniz birinci gün gəlim valideynimlə, onu da ola bilər gətirim, verək özlərinə ödəsinlər də. İs materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan və Qərbi Kaspi Universitetindən daxil olmuş Təqsirləndirilən şəxs ilə Muhammad Shoaib arasında olan WhatsApp tətbiqi vasitəsi ilə göndərilən SMS yazışmalarından görünür ki, diskin içərisində “AUDİO_TS”, “VİDEO_TS”, “Shoaib asim whatsapp” və “Yaz_ma-Asim v_Shoaib” adlı 04 ədəd qovluq vardır. “AUDİO_TS” və “VİDEO_TS” qovluqlarının içərisi boşdur. “Yaz_ma-Asim v_Shoaib” adlı qovluqda Muhammad Shoaib adlı Pakistan İslam Respublikasının vətəndaşı ilə Qərbi Kaspi Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun sabiq müdiri Təqsirləndirilən şəxs arasında “whatsapp” mobil tətbiqetməsi üzərindən müxtəlif vaxtlarda aparılan danışıqlar vardır. Baxışda iştirak edən Nümayəndə Muhammad X20 Respublikasının vətəndaşı olduğunu və Zərərçəkmiş şəxsndə təhsil almaq istəyən əcnəbi tələbələrə vasitəçilik etdiyini bildirdi. Həmin danışıqlara baxış keçirilən zaman müəyyən edildi ki, Muhammad Shoaib öz mobil telefonunda Təqsirləndirilən şəxs adını “Asim WCU” kimi qeyd etmişdir. Danışıqların bir hissəsi ümumi xarakterli danışıqlardır. Digər danışıqlarda isə Təqsirləndirilən şəxs problemləri olduğunu deyərək Muhammad Shoaibdən 300 AZN, arvadının xəstəxanada olduğunu deyib 400 AZN, daha sonra isə qardaşının əməliyyat olunacağı üçün 500 AZN pul lazım olduğunu bildirərək sonuncudan tələbə tapmasını xahiş edir. Muhammad Shoaib həmin gün tələbə tapa bilməyəcəyini desə də, Təqsirləndirilən şəxs pulu ödəməli olduğunu bildirib iki saat ərzində pulu gətirməsini tələb edir. Danışıqların birində Təqsirləndirilən şəxs Muhammad Shoaibə tələbənin 800 ABŞ dolları ödəməli olduğunu, həmin pulun 100 ABŞ dollarının sonuncuya, 100 ABŞ dollarının isə özünə çatacağını, qalan pulun universitetin hesabına ödəniləcəyini bildirir. Danışıqların əksər hissəsində X30 Əliyevdən tələbələrin təhsil haqqını ödəməsini tələb etsə də, sonuncu ödəyə bilməyəcəyini, narahat olmamasını, məsələni həll edəcəyini deyərək Shoaibə onunla əlaqə saxlamamağını tapşırır. Bundan başqa danışıqlarda Təqsirləndirilən şəxs Muhammad Shoaibdən dəfələrlə tələbələrin təhsil haqqının ödənilməsi və məsələnin həll edilməsi üçün pul istədiyi, bankdan 5000 AZN, qohumlarından isə 10.000 AZN pul götürdüyünü qeyd etdiyi görünür. X30 Əliyevə universitetdən əcnəbi tələbələrə təhsil haqqının ödənilməməsi ilə bağlı zəng edildiyini, Marlvin adlı tələbənin polisə müraciət edəcəyini dedikdə Təqsirləndirilən şəxs Shoaibdən Marlvinlə danışmasını, sonuncuya nə polisə, nə də universitetə getməməsini, universitetdə heç kimə heç nə deməməsini, polisə müraciət etdiyi halda isə tələbənin- özünün tutulacağını bildirməsini tələb edir. Bundan başqa X30 Əliyevə Zərərçəkmiş şəxsndə olduğunu bildirdikdə sonuncu ondan ödənişləri özünün etməli olduğunu, lakin etmədiyini, “Asim elə bilirdi ki, ödənişlər edilib” deməsini xahiş edir. Muhammad Shoaib isə Asimdən belə dediyi halda ona hər hansı problem yaranıb-yaranmayacağını soruşur. Təqsirləndirilən şəxs Muhammad Shoaibdən tutulmaması üçün ona kömək etməsini xahiş edir. “Shoaib asim whatsapp” adlı qovluqda isə çoxlu sayda səs yazıları əks olunmuşdur. Nümayəndə həmin səs yazılarının Muhammad Shoaib və Təqsirləndirilən şəxs aid olduğunu bildirdi. Səs yazıları aşağıdakı məzmundadır; -Muhammad Shoaib: Asim, ona dedim ki, problem yoxdur, birinci gün məktub yazılacaq, sonra gedirsən miqrasiyaya, 400 manat problem deyil, mən verirəm, gedib ödəniş edirsən, biz sənin sənədlərini alırıq, amma deyir yox. -Təqsirləndirilən şəxs: Qoyma getsin şikayət etsin, Shoaib, səndən ancaq problem görmüşəm, 6 nəfəri də bu gün ödəməsələr görərsən sən. -Təqsirləndirilən şəxs: Sən onu iki gün qalmış gətirmisən, həll elə, elə et şikayət olmasın. -Muhammad Shoaib: Asim, danışmışam, getməyəcək polisə, ona deyirəm universitetdə problem olub, yazılacaq məktub, 400 manat verəcəm ödəniş edib pasport gətirərsən bizə. Dedim polisə getsən heçnə olmayacaq, deport edəcəklər səni, getməyəcək narahat olma. -Muhammad Shoaib: Asim, onlar bizə 700-750 manat vermişdi, bu 8-9 nəfər, amma biz banka ödəniş etmədik, biri var Əli Qəzənfər, ona ödəniş olundu 850 manat, mən deyəcəm səhv etdim başqa adamın adına ödəniş etdim.-Təqsirləndirilən şəxs: o dediyi tələbələri qulaq as, siyahı atacaq, denən ki, bizim tələbələrdi, Asim mənə qəbzi atıb, mən ödəməmişəm, onun xəbəri olmayıb, məni qurtar da. - Təqsirləndirilən şəxs: Shoaib, problem var. - Təqsirləndirilən şəxs: denən ki, agentlər pulu ödəməyib. - Təqsirləndirilən şəxs: Shoaib, 6 nəfərin pulunu ödə təcili, bir də o biriləri həll elə də, məni qoymurlar işə, çıxarıblar. - Təqsirləndirilən şəxs: 6 nəfərin ödənişi olunmalıdı, bəzi tələbələr desə ki, agent sənə pulu ödəməyib, problem olmayacaq. -Təqsirləndirilən şəxs: məni buraxmırlar işə, sən bunları həll etməsən buraxmayacaqlar işə, 6 nəfərin ödənişin elə, mən dediyimi et, o qədər kömək etmişəm sənə. İş materiallarında olan “maddi sübut kimi tanınma” haqqında 18 aprel 2023-cü il tarixli qərara əsasən cinayət işinin materiallarına əlavə edilmiş Qərbi Kaspi Universitetinin təqdim etdiyi 03 ədəd disk və WhatsApp tətbiqi vasitəsi ilə aparılan sms yazışmalarına dair, eləcə də X22 və X5 təqdim etdiyi Təqsirləndirilən şəxslə aralarında olan WhatsApp tətbiqi vasitəsi ilə aparılan sms yazışmalarına dair çıxarışlar cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 01 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Universitetin Belnəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdirinin vəzifələrinə - əcnəbi tələbələrin Universitetə qəbulu prosesində və qəbul siyasətinin hazırlanmasında universitet rəhbərliyi ilə sıx əlaqədə işləmək, əcnəbi tələbələrin universitetə cəlb edilməsi üçün kreativ və innovativ beynəlxalq marketinq həll yollarını hazırlamaq və bu planları həyata keçirmək üçün ixtisaslı işçi heyətinin cəlb edilməsində iştirak etmək, əcnəbi tələbələr üçün təklif və qəbul məktublarının hazırlanması, təhsil razılaşmaları (təhsil haqqı ödənişi də daxil olmaqla) ilə əlaqədar əlavə sənədləşmələrin aparılması işini təşkil və təmin etmək, əcnəbi tələbələr tərəfindən ödənilən təhsil ödənişlərini izləmək, ödənmiş və ödənməmiş haqları xüsusi cədvəldə qeydə aldırmaq və bunlarla bağlı maliyyə mühasibatlıq şöbəsi ilə müntəzəm əlaqə saxlamaq aiddir Qərbi Kaspi Universitetinin 23 avqust 2022-ci il tarixli 209/k saylı əmrinə əsasən, Universitetin Belnəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri Təqsirləndirilən şəxs əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyalarını icra etmədiyi üçün onunla bağlanmış 01 sentyabr 2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 avqust 2022-ci il tarixindən xitam verilmişdir. “Respublika Psixatrik Xəstəxanası” X21 daxil olmuş 23 noyabr 2022-ci il tarixli 11106 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamışdır. "xxxx" ASC-nin Nizami filialından verilmiş 18 aprel 2023-cü il tarixli İCRAAH**********095403 nömrəli ödəniş qəbzindən 17.000 (on yeddi min) manat, xx.xx.2023-cü il tarixli İCRAAH**********074521 nömrəli ödəniş qəbzindən 9.820 (doqquz min səkkiz yüz iyirmi) manat olmaqla ümumilikdə 26.820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Qərbi Kaspi Universitetinə vurulmuş ziyan qismində ödənildiyi görünür. 25 aprel 2023-cü il tarixli qərara əsasən, 26.820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat məbləğində Təqsirləndirilən şəxs tərəfindən ödənmiş pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASCdəki depozit hesabına qoyulmuşdur. 25 aprel 2023-cü il tarixli Bank Respublika ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1-1293153-1 saylı hesaba 9820 manat ödəniş edilmişdir. 06 oktyabr 2023-cü il tarixli Bank Respublika ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1-1293153-1 saylı hesaba 1782 manat ödəniş edilmişdir. 13 oktyabr 2023-cü il tarixli “Kapital Bank”a məxsus ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 9077 manat ödənilmişdir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israfetmə yolu ilə talaması cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayənəsi və şahid ifadələri, aparılmış üzləşdirmə və baxış protokolları, eləcə də işdə olan yuxarıda şərh olunmuş digər sübutlarla tam təsdiq olunur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayəti törədildikdə, bu əməli təsbit edən Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu israfetmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla da məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 maddələri ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməli və Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 dekabr 2021-ci il təvəllüdlü X24 adında uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham üzrə dəymiş ziyanı yəni 36210 (otuz altı min iki yüz on) manatı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, himayəsində az yaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə "müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, "törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər”. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 26820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat vəsait hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs “Qərbi Kaspi Universitetinə” ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs Univeristetinin nümayəndəsi Nümayəndə “mülki iddiaçı qismində tanınma haqqında” ərizə və “maddi zərərin tutulması barədə” iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş əməlinin törədilməsində Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs Univeristetinə maddi ziyan dəydiyini və bu səbəbdən mülki iddiaçı qismində tanınması barədə müvafiq qərar qəbul edilməsini daha sonra isə sözü gedən cinayət əməlləri nəticəsində təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Univeristetinə dəymiş 70210 (yetmiş iki yüz on) manat maddi ziyanın və 300 (üç yüz) manat dövlət rüsumunun, ümumilikdə 70510 (yetmiş min beş yüz on) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs Univeristetinə ödənilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Univeristetinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödəniməsinə dair mülki iddiası təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 67-ci bəndinə görə məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi başlananadək ona verilmiş ittiham üzrə ümumilikdə 36.210 (otuz altı min iki yüz on) manat məbləğdən 34.430 (otuz dörd min dörd yüz otuz) manat ödənilmiş və ödənilmiş pulun 26.820 manat məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabındadır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabına qalıq qalmış 1782 manat ödəniş edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş ittiham üzrə yəni 36.210 (otuz altı min iki yüz on) manat məbləği tam olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabına ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hərəkətlərində mülki hüquq pozuntusu var, lakim təqsirləndirilən şəxs tərəfindən ödənilən məbləğ, ona elan olunmuş ittihamın həcmini, yəni 22 əcnəbi şəxsdən alınmış ümumilikdə 36.210 (otuz altı min iki yüz on) manat təşkil edən pul vəsaitini əhatə etdiyindən, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Univeristetinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödəniməsinə dair mülki iddiası təmin olunmamalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi, ev 72, mənzil 13-də olan daimi yaşayış yerini hər gün saat 23.00dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 26820 (iyirmi altı min səkkiz yüz iyirmi) manat hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxsnə ödənilsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Univeristetinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödəniməsinə dair mülki iddiası təmin olunmasın. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar