Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-10/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs BOKT MMC-nin nümayəndəsi X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 onun müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1992-ci ildə Samux rayonunun Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, Samux rayonu, Salahlı Ə/D, Salahlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı bağları Hüseyn Şəhriyar küçəsi, fərdi özəl evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1996-cı ildə Şəki rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fəhlə işləyən, Şəki rayonu, Qudula Ə/D, Qaradağlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, fərdi özəl evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1994-cü ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 14 may 2025-ci il tarixdə saat 12.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım ələ keçirərək ziyan vurmaqla dələduzluq etmiş, habelə, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşmaya əsasən hərəkət edərək birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, onun və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarım əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N- CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım ələ keçirərək ziyan vurmaqla dələduzluq etmiş, habelə, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşmaya əsasən hərəkət edərək birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, Təqsirləndirilən şəxs1 və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarını əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə- bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N- CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakım ələ keçirərək ziyan vurmaqla dələduzluq etmiş, habelə, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs2, Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakım aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşmaya əsasən hərəkət edərək birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, Təqsirləndirilən şəxs1 və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarını əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N- CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında istifadəsində olan 051 *** ** ** nömrəsi ilə “Tiktok” sosial şəbəkəsinə daxil olaraq müəyyən saytlara baxmışdır. Həmin zaman “Tiktok” sosial şəbəkəsində 070 *** ** ** nömrəsi qarşısına çıxmışdır. Həmin mobil nömrə üzərində tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz kredit götürülməsi barədə elan yerləşdirilmişdir. Bundan sonra 070 *** ** ** mobil telefona istifadəsində olan telefonunun “whatsapp” proqramı ilə zəng edərək pul kreditinin götürülməsi barədə həmin nömrənin sahibi ilə söhbət etmişdir. Həmin zaman 070 *** ** ** nömrəli mobil telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs2 olaraq təqdim etmiş və şəxsiyyət vəsiqəsi ilə zaminsiz olaraq kreditə pul verəcəyini əminliklə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 telefonda bildirmişdir ki, 5000 manat kredit verməsi mümkündür. Daha sonra bu barədə fikirləşdikdən sonra 5000 manat pulun kreditə götürülməsindən imtina etmiş və səbəbi isə həmin pulun faizinin çox olması olmuşdur. Təqsirləndirilən şəxs2 telefonda istənilən şəxs üçün zamin qalsa 400 manat verə biləcəyini təklif etmişdir. Təxminən 3-4 gün “Whatsapp”da Təqsirləndirilən şəxs2la danışmışdır. Təqsirləndirilən şəxs2la razılaşmışdır. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin hər iki üzünü və bir ədəd fotoşəkil istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la telefonda bir daha razılaşaraq şəxsiyyət vəsiqəsinin iki üzünü və bir ədəd ağ maykada fotoşəkil çəkərək “Whatsapp”la özünə məxsus olan mobil telefonun “Whatsapp”ına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanda yerləşən “Bayıl Plaza”-nın qarşısına gəlmişlər. Həmin zaman Elgiz adlı şəxs Şahid2la onu bir daha təlimatlandırıb Zərərçəkmiş şəxs BOKT Məhdud Məsuliyyətli Cəmiyyətində tam sakitliyə riayət etmələrini, X20 Xidmətinin zabiti kimi təqdim etməyini və sonda 5000 manat pul olan kartı alan zaman ünvanı tərk etmələrini bildirmişlər. Beləliklə, Şahid2 ilə Zərərçəkmiş şəxs BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin yuxarı mərtəbəsinə daxil olaraq zamin qalmaqla Nurlan isə 5000 manat pulu 36 ay müddətinə kreditə götürməsi ilə bağlı müvafiq zəruri sənədlərə birlikdə imza etmişlər. Zərərçəkmiş şəxs BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə yaxınlaşmaları və Şahid2 adma pul kartını götürmələri bildirilmişdir. Daha sonra Şahid2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin yuxarı mərtəbəsinə daxil olaraq bir ədəd 5000 manat olan kredit kartını götürmüşlər. Həmin 5000 manat pul Təqsirləndirilən şəxs3 idarə etdiyi nəqliyyat vasitəsində bölünmüşdür. İstintaq zamanı verdiyi ifadə müstəntiq tərəfindən düzgün yazılmamışdır. Elgizi şəxsən tanımır. Elgizi Göyüşün vasitəsilə tanımışdır. Elgiz zamin durduğuna görə 5000 manatdan 400 manat nağd pul vermişdir. 1800 manat Nurlana verilmişdir. Qalan pulun kimlərin arasında hansı şəkildə bölüşdürülməsindən xəbəri yoxdur. Banka getdikləri günün sabahı kredit götürülmüşdür. Pul bölgüsü olanda maşında özü, Nurlan, Elgiz və Yaşar var idi. X20 Xidmətinin zabiti kimi təqdim etməyə razılıq vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında istifadəsində olan 070 *** ** ** nömrəli mobil nömrəsini “Tiktok” mobil tətbiqi üzərində təcili olaraq elektronika malların nağd pula almağı barədə məlumat yerləşdirmişdir. Bununla yanaşı olaraq özünü Şahid2 olaraq təqdim etməklə və istifadəsində olan 050 *** ** ** nömrəli mobil nömrəsi ilə 070 *** ** ** nömrəli mobil nömrənin “whatsapp”ına telefon zəng edərək istənilən elektronika mallarını kredit yolu ilə əldə etməklə ona verib nağd pul ala biləcəyini soruşmuşdur. Şahid2 istənilən elektronika malların qəbul edib həmin malın dəyərində nağd pul verdiyini demişdir. Təxminən 1-2 gün Şahid2la danışdıqdan sonra faizə pul verə biləcəyini soruşmuşdur. Şahid2 vasitəçi olduğunu, müxtəlif ünvanlarda fəhlə işlədiyini bildirmişdir. Ona faizə verəcəyi pulunun olmadığını demişdir. Daha sonra tanışı Təqsirləndirilən şəxs3 tanışlarının olduğunu və rəsmi sənədlər əsasında istənilən kredit və bank təşkilatından pul götürə bildiklərini bildirmişdir. Bundan sonra Şahid2 zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs3 bildirmiş, öz növbəsində faizə pul götürmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünü və alt maykada fotoşəkil göndərməsini bildirmişdir. Bir qədər sonra Nurlan şəxsiyyət vəsiqəsinin hər iki üzünü və bir ədəd ağ maykada fotoşəkil çəkərək “whatsapp” vasitəsilə ona, Təqsirləndirilən şəxs3 istifadəsində olan nömrəsinə göndərmişdir. Daha sonra özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etməklə istifadəsində olan 050 *** ** ** mobil nömrəsindən zəng edərək istənilən elektronika malların kredit yolu ilə əldə etməklə ona verib nağd pul ala biləcəyini soruşmuşdur. Şahid2 istənilən elektronika mallarını qəbul edib həmin malın dəyərində nağd pul verdiyini demişdir, Təqsirləndirilən şəxs1 təxminən 3-4 gün danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 500 manat pul istəmişdir. Bu barədə Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Təqsirləndirilən şəxs3 isə Şahid2 zamin qalarsa, 500 manat verə biləcəyini demişdir. Beləliklə, Təqsirləndirilən şəxs1lə danışmış və zamin qalarsa, Təqsirləndirilən şəxs3 tərəfindən 500 manat pul verilə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 razılaşmış və istənilən şəxsə zamin qala biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin hər iki üzünü və ağ maykada bir ədəd fotoşəkil göndərməyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin hər iki üzünü və bir ədəd ağ maykada olan fotoşəkilini göndərmiş və öz növbəsində Təqsirləndirilən şəxs3 istifadəsində olan whatsappa göndərmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Şahid2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 təşəbbüsü ilə Abşeron rayonuna dəvət etmişdir. Bundan sonra Şahid2 Abşeron rayonuna sonradan bəlli olan dostu Savalana məxsus olan VAZ 21099 markalı nəqliyyat vasitəsilə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron kompleksinin yaxınlığına gəlmişdir. Beləliklə də Şahid2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksinin yaxınlığında üz-üzə görüşmüşlər. Həmin zaman Şahid2 və Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə yaxından tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 əsas etibarı ilə Şahid2 və Təqsirləndirilən şəxs1 tez bir zamanda pul kreditinin verilməsində öz köməkliyini edəcəyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs3 sözü ilə Şahid2 və Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhərində günün sonuna kimi gözlətmişdir. Şahid2 və Təqsirləndirilən şəxs1 sözlərinə inanaraq gözləmişlər. Axşam tərəfi Şahid2 və Təqsirləndirilən şəxs1 sənəd işlərinin alınmadığını və Bakıda qalmalarını bildirmişdir. Şahid2 isə Bakıda qalacağı yerin olmadığını bildirmişdir. Nəhayət, Şahid2 və Təqsirləndirilən şəxs1 çağırdıqda gəlmələrini bildirmişdir. Təxminən 10 gün sonra Şahid2 və Təqsirləndirilən şəxs1 zəng edərək Abşeron rayonuna dəvət etmişdir. Beləliklə də, yenidən Şahid2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri Kristal Abşeron kompleksinin yaxınlığında üzüzə görüşmüş və faizə pul verilməsi barədə söhbət etmişlər. Həmin ünvanda olan zaman Təqsirləndirilən şəxs3 zəng edərək oradan -buradan danışmış və telefonda “Baba”, o isə “Şəkili” deyə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 ilə Şahid2 Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşmüş və həmin zaman onların yanında zamin qalmaq istəyən Təqsirləndirilən şəxs1 da olmuşdur. Daha sonra öz işləri ilə məşğul olaraq ustalıq etməyə başlamışdır. Nəhayət, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 zəng edərək təcili olaraq ünvan 4 ünvana gəlməsini bildirmişdir. Hansı səbəbə gəlməyini soruşduqda Təqsirləndirilən şəxs3 onları tanış etdiyi Şahid2 faizə kreditə pul götürdüyünü və hörmət etmək istədiyini bildirmişdir. Bundan sonra ünvan 4 ünvana gəlmişəm və bir qədər sonra Təqsirləndirilən şəxs3, Şahid2 və Təqsirləndirilən şəxs1 da gəlmişlər. Həmin ünvanda Şahid2 cibindən məbləğini bilmədiyi miqdarda pul çıxarıb vermək istədikdə, həmin pulu qəbul etməmiş, lakin Təqsirləndirilən şəxs3 ümumilikdə sonradan sayaraq bildiyi 80 manat pulu Şahid2 alaraq vermişdir. Təqsirləndirilən şəxs3, Şahid2 və Təqsirləndirilən şəxs1 birlikdə BOKTdan saxta sənədlər əsasında 5000 manat pul götürməklərinin mənə heç bir aidiyyəti yoxdur. Özünü Zərərçəkmiş şəxs şirkətinin işçisi kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs3, Şahid2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus yalan saxta vəsiqələr verməklə guya ki, N saylı hərbi hissədə bölük komandiri işləmələri barədə sənədlərin hazırlanmasından xəbəri olmamışdır. Həmin sənədlərin kim tərəfindən hazırlanmasım bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Atası ziyanın ödənilməsi üçün müstəntiqə 1000 manat, İslam isə 500 manat pul vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Baba ilə Elgizi əvvəlcədən tanımışdır. Onları Göyüş ilə tanış etmişdir ki, kimlərin pula ehtiyacı olsa kömək etsinlər. İşləri qanuni yollarla etdiklərini düşünmüşdür. Göyüş də İslama və Nurlana bu barədə məlumat vermişdir. Onlar özləri birlikdə hadisəni törətmişlər. Heç bir maddi maraq güdməmişdir, pul götürməmişdir. Saxta sənəd düzəlməsi ilə bağlı nəsə bilmir, heç bir əlaqəsi olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə çalışdığı baş ofisə yaxınlaşan və özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı kimi təqdim edən Şahid2 5000 manat kredit götürmək istədiyini bildirməklə Şahid2la gələn və özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabit əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs1 isə Şahid2 zamini qismində çıxış edəcəyini bildirmişdir. Həmin gün zəruri sənədlər toplandıqdan sonra xx.xx.2022-ci il tarixdə Şahid2la Zərərçəkmiş şəxs BOKT arasında bağlanmış CAT 144859/22 nömrəli kredit müqaviləsinə əsasən sonuncu Təqsirləndirilən şəxs1 zaminliyi ilə şirkətdən 5000 manat 36 ay müddətinə kredit götürmüşdür. Kreditin ödəniş cədvəlinə əsasən ilk ödəmə xx.xx.2022-ci il tarixdə olmalı idi. Həmin gün Şahid2 tərəfindən ödəniş olmadığı üçün şirkətin kredit mütəxəssisi Şahid1 Şahid2 şirkətə təqdim etdiyi 050 *** ** ** saylı mobil nömrəyə zəng vuraraq ondan ödənişlə bağlı məlumat alarkən o, növbəti gün ödəniş edəcəyini bildirsə də, növbəti günlər də dediyinə əməl etməmiş və yekun olaraq istifadəsində olan mobil telefona cavab verməmişdir. Kredit mütəxəssisi Şahid1, Şahid2 mobil telefona cavab vermədiyini görüb onun məlumat kartında saxladığı Vüqar adlı qohumuna məxsus 055 *** ** ** saylı mobil nömrəyə zəng vurub ondan Şahid2 barədə məlumat alarkən həmin şəxs Şahid2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləmədiyini, Yevlax rayonunda traktor sürücüsü olduğunu bildirmişdir. Şahid1 bu sözdən sonra Şahid2 və Təqsirləndirilən şəxs1 barələrində maraqlanarkən onların həqiqətən də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində çalışmadıqları müəyyən edilmişdir. Belə olan halda Şahid2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit bölük komandiri vəzifəsində işləmədiklərini və saxta sənəd vəsiqələrini təqdim edərək bank olmayan kredit təşkilatı MMC-dən aldatma yolu ilə 5000 manat məbləğində pul vəsaitini birlikdə əldə etmələrini müəyyən etmişlər. Bu səbəbdən qeyd olunanlar barədə təşkilat tərəfindən məlumat verildikdən sonra Şahid2 və Təqsirləndirilən şəxs1 qanunazidd əməlləri barədə Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermişdir. Kredit götürənlər X9 və Təqsirləndirilən şəxs1dur. Yaşar və Göyüşü tanımır, ilk dəfə məhkəmə iclasında görür. Ödəniş olunmadığına görə, kredit mütəxəssisi tərəfindən Dövlət Sərhəd Xidmətinə sorğu verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X6 dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində KredAqro BOKT-nın Kredit departamentində kredit şöbəsində kredit mütəxəssisi vəzifəsində çalışmışdır. Tarixini dəqiq xatırlamadığı vaxtda şirkətə məxsus olan 050 *** ** ** nömrəsinə zəng gəlmiş, özünü orada Şahid2 kimi təqdim edən şəxs özünün Dövlət Sərhəd Xidmətində işlədiyini və kredit götürmək istədiyini bildirmişdir. Ona ofisə yaxınlaşmalı olduğunu demişlər. 20 sentyabr 2022-ci il tarixdə ofisə yaxınlaşmışdır. Orada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iş vəsiqəsini təqdim etmişdir. Yanında isə ona zamin olacaq İslam adlı şəxs də olmuşdur. Sənədləri nəzərdən keçirmişdir. Bu sənədlərlə bağlı Rauf Quliyevədepartament müdirinə müraciət etmişdir. Rauf sənədlərə baxmış, qaydasında olduğunu yoxlamış, bundan sonra Rauf imzalamış, bundan sonra isə müştəriyə içərisinə pul olan kredit kartı verilmişdir. Növbəti ödəniş gecikdiyinə görə Nurlana zəng vurmuşdur. Ödənişi gecikdirdiyini demiş, Kəlbəcərdə olduğunu, hərbidən apardıqlarını bildirmişdir. Aradan 15-20 gün keçmiş yenə Nurlana zəng vurmuşdur. Nurlan yenə dağda olmasını və axşam aşağı düşüb ödəyəcəyini demişdir. Yenə ödəməmişdir. Təkrar zəng vuranda gah dəstəyi asmış, gah zəng çatmamışdır. Sonra kredit tarixçəsi yerində müştərinin qohumları verdiyi nömrələrlə əlaqə saxlamışdır. Həmin nömrədən biri açmış və ondan Nurlanın DSX-da işləməsini soruşmuşdur. O, isə Nurlanın yalan danışmasını və hərbidə işləmədiyini demişdir. Bundan sonra isə şirkətin aldadıldığını bilmiş və müraciət etmişlər. Göyüş və Yaşarı tanımır. Nurlana 5000 manat kredit vermişdir. İslamı isə Nurlanın yanında zamin kimi görmüşdür. Görüş zamanı şəxsiyyət vəsiqələrini, xidməti vəsiqənin əslini təqdim etmişlər. Çıxarışda stabil əmək haqqı var idi. Hərəsi öz sənədlərini özləri kredit təşkilatına təqdim etmişdirlər. Kredit istehlak məqsədilə verilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, “Tiktok” sosial şəbəkəsi vasitəsilə Göyüşlə tanış olmuşdur. 20 sentyabr 2022-ci il tarixdə Baba adlı şəxs adına saxta sənəd düzəldərək kredit götürməsini və ayda 100 manat ödəyəcəyini demişdir. İslamla birlikdə banka daxil olmuşlar. Baba nə etməli olduqlarını əvvəlcədən başa salmışdır. İçəri girdikdə kredit götürmək istədiklərini demişlər, işçilər də bildiklərini demişdir. Sənədləri imzalayıb çıxmışlar. Pul həmin günün sabahı verilmişdir. 5000 manatdan 1200 manat götürmüşdür. Qalan pulun kimlər arasında bölündüyünü bilmir. Yaşarı tanımır. 06 mart 2023-cü il tarixli qərarla toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli N-CATzk144859/22 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Şahid2 Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-dən 5000 manat pul borca almışdır. Təqsirləndirilən şəxs1 zamin durmuşdur. 05 aprel 2023-cü il tarixli qərarla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işinin ibtidai istintaqı təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. 06 aprel 2023-cü il tarixli qərarla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində hüquqi şəxs Zərərçəkmiş şəxs MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. 06 aprel 2023-cü il tarixli qərarla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Nümayəndə Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndəsi olduğu üçün ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi cinayət prosesinin iştirakçısı qismində tanınmışdır. 15 aprel 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraatı dayandırılmışdır. 16 may 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 22 may 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri istintaq edilən ********* nömrəli cinayət işi Nərimanov rayon prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. 30 may 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. 04 iyul 2023-cü il tarixli qərarla Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 07 sentyabr 2023-cü il tarixə kimi uzadılmışdır. 05 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxslər müəyyən edilənədək dayandırılmışdır. 03 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır. 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində həsb qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində həsb qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində həsb qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin xx.xx.2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Səbail RPİ-nin MSY-dən azad edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Səbail RPİ-nin MSY-dən azad edilmişdir. 05 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və Səbail RPİ-nin MSY-dən azad edilmişdir. 15 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 22 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 22 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan, əslən Ağcabədi rayonundan olan şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 320.1 və 320.2-ci maddələri ilə başqa cinayət işi ayrılaraq istintaq Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsində aparılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 3 uşağı var: xx.xx.2019-cu il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X13, xx.xx.2022-ci il təvəllüdlü X14. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 1 uşağı var: xx.xx.2021-ci il təvəllüdlü X10. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 1 uşağı var: xx.xx.2022-ci il təvəllüdlü X16. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs BOKT MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğ üzrə bağlanılmış, №144859 saylı kredit müqaviləsi üzrə borc 5496,38 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1- ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək ona 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutularaq Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təyin edilmiş 240 (iki yüz qırx) saat ictimai işlər cəzası 60 (altmış) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq Şahid2 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi iş materiallarına əlavə edilmiş işin digər halları ilə onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakın ələ keçirərək ziyan vurmaqla dələduzluq, habelə, bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini onlara elan edilmiş ittihamda təqsirli bilməmələrini, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək ziyan vurmaqla dələduzluq etməmələri, habelə, bilə-bilə saxta sənədlərdən istifadə etməmələri iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə vermələrini və özlərini onlara qarşı elan olunmuş ittiham üzrə təqsirli bilməmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onlarla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamasını, dəymiş ziyanın müəyyən hissəsini ödəməsini, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, onun və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarım əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N-CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 bilə-bilə saxta sənədlərdən istifadə etməsi cinayət əməlini törətdiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Novxanı bağları Hüseyn Şəhriyar küçəsi, fərdi özəl evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamasını, dəymiş ziyanın müəyyən hissəsini ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, onun və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarım əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N-CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 bilə-bilə saxta sənədlərdən istifadə etməsi cinayət əməlini törətdiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, fərdi özəl evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlbetmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki işdən görünür ki, Çıraqlı X5 Göyüş Davud oğlu və Təqsirləndirilən şəxs1 ilə birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs(lər) tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, onun və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarım əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N-CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 bilə-bilə saxta sənədlərdən istifadə etməsi cinayət əməlini törətdiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs3 özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə münasibətdə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsində nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs3 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Novxanı bağları Hüseyn Şəhriyar küçəsi, fərdi özəl evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (bir yüz iyirmi) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 540 (beş yüz qırx ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, fərdi özəl evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 600 (altı yüz) manat “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 600 (altı yüz) manat “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-10/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-10/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver