Məhkəmə qərarları › İş №1(009)-100/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-100/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-100/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 03 iyun 2020-ci il tarixdə saat 09:10-da xx xxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində kadrlar üzrə mütəxəsis vəzifəsində işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 21, mənzil 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 4, ev 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə X6 ucuz mənzil almaq istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Elnarə Əliyevanın etibarından sui-istifadə edərək Mənzil X13 tərəfindən Bakı şəhəri ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Elnarə Əliyevadan 2020-ci ilin fevral ayının ortasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq prospekti” metrostansiyasının qarşısında 3.000 manat pulu alıb ələ keçirərək zərərçəkmiş X7 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 müharibə veteranı kimi uzun müddət ərzində daşınmaz əmlak növbəsində olmasını, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək Mənzil X13 tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldatmış, Dövlət Sosial Müdafiə Fondunun saxta 17 mart 2020-ci il tarixli 01/18327 nömrəli məktubunu təqdim edib guya Bakı şəhəri, Yasamal rayonunda inşa edilən binada 28 nömrəli mənzilin ayrılması ilə bağlı müraciətin dövlət orqanı tərəfindən qeydə alınıb baxıldığına inandırmaqla bu adla Zərərçəkmiş şəxs3 12 may 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” metrostansiyasının qarşısında 10.000 manat və 2020-ci ilin iyun ayının ortasında həmin yerdə 5.000 manat pul olmaqla, ümumilikdə 15.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ailə üzvünün gözdən əlil kimi uzun müddət ərzində daşınmaz əmlak növbəsində olmasını, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2020-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Masazır qəsəbəsi, Qara Qarayev küçəsindəki nömrəsiz evin qarşısında 4.000 manat, 2020-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Milli Onkoloqiya Mərkəzinin qarşısında 6.000 manat və 2020-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” metrostansiyasının qarşısında 6.000 manat pul olmaqla, ümumilikdə 16.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ucuz mənzil almaq istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Mənzil X13 tərəfindən Bakı şəhəri ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayının sonunda Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tibb məntəqəsində 5.000 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ucuz mənzil almaq istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini bildikdən sonra Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Mənzil X13 tərəfindən Bakı şəhəri ərazisində inşa edilən sosial mənzilin ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs5 sonuncunun bacısı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2020-ci ilin iyun ayında ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-nin Nəsimi filialının qarşısında 5.000 manat və oğlu Şahid1 vasitəsi ilə 14 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Axundov bağı” adlanan yerdə 1.000 manat pul olmaqla, ümumilikdə 6.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, özünü qismən təqsirli bilərək, mülki iddianı isə qəbul etmədiyini qeyd edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 12 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 yaşadığı ərazi üzrə poliklinikada tibb bacısı işlədiyindən həmin tibb müəssisəsinə müraciət etdikdə sonuncu ilə tanış olmuş, aramızda yaxın münasibət olmasa da, ədavəti və yaxud düşmənçiliyi yox idi. 2020-ci ilin yanvar ayının ortalarında Şəhla ilə avtobusda şəhərdə təsadüfən görüşmüş. Söhbət əsnasında Şəhlaya bildirmişdir ki, hazırda “Heydər Əliyev" adına sarayda işləyir. Şəhla da hazırda İçəri şəhərdə tibb məntəqəsində işlədiyini bildirmişdir. Şəhla söhbət əsnasında demişdir ki, bir nəfər tanışına 10.0 manat borcu vardır, borcunu vaxtında qaytara bilmədiyi üçün çətinliyə düşmüşdür. Şəhla ona bildirmişdir ki, yeni tikilən sosial evlərdən mənzil düzəltmək mümkün olsa, onun tanışları sosial evlərdən mənzillər almaq istəyirlər. Şəhla demişdir ki, tanışlarına sosial evlərdən mənzil alınmasına köməklik edə bilsə xeyirləri ola bilər. O isə bu barədə maraqlanıb bir cavab deyəcəyimi bildirmişdir. Bir neçə gündən sonra Şəhla ilə əlaqə saxlayıb bu işlə maraqlandığını və sosial evlərdən mənzil alınmasına köməklik edə biləcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Şəhla ona zəng edib Elnarə adlı iş yoldaşının ikinci qrup əlil olduğu üçün sosial evlərdən mənzil almaq istədiyini bildirmişdir. Şəhla ondan Elnarəyə köməklik etməyini xahiş etmişdir. Şəhla onun telefon nömrəsini Elnarəyə verəcəyini bildirmişdir. Elnarə bundan sonra onunla əlaqə saxlamış və o, 2020-ci ilin fevral ayının əvvəllərində Elnarə ilə metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında görüşmüşdür. Elnarə ikinci qrup əlil olduğunu, buna görə də ona sosial evlərdən mənzil verilə biləcəyini bildirib ondan xahiş etmişdir ki, sosial evlərdən mənzil alınmasında köməklik etsin. Elnarə həmçinin gəlini rəhmətə getdiyi üçün yaşadığı mənzili dəyişmək istədiyini bildirmişdir. Şəhla Elnarənin 3.000 manat pulu olduğunu ona əvvəlcədən demişdir, buna görə də o da Elnarəyə demişdir ki, sosial evlərdən mənzil alınmasına köməklik etmək üçün 3.000 manat pul verməlidir. O, pulu aldıqdan sonra Elnarənin adını sosial evlərdə mənzil növbəsinə duran şəxslərin siyahısına yazdırıb və bir neçə ay ərzində isə təmirli şəkildə 2 otaqlı mənzil alınması məsələsini həll edəcəyinə söz vermiş, eyni zamanda bildirmişdir ki, mənzil məsələsi həll olunandan sonra isə əlavə 4.000 manat pul verməlidir. Elnarə də onunla razılaşmışdır. Həmin vaxt Elnarənin rəfiqəsi də yanında olmuşdur. Bundan bir neçə gün sonra Elnarə ona zəng edib pulu hazırladığını bildirmişdir. Təxminən 2020-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında Elnarə ilə görüşmüş və sonuncu sosial evlərdən mənzil alınmasına köməklik etməyi üçün ona 3.000 manat pul vermişdir. Elnarə həmin vaxtı onunla görüşə yenə də həmin rəfiqəsi ilə birlikdə gəlmişdir. Elnarədən pulu aldıqdan sonra o, Elnarənin adını sosial evlərdən mənzil alınması üçün siyahıya yazdırmaq məsələsi ilə maraqlanmış, lakin heç bir müsbət nəticə əldə etməmişdir. O, Elnarədən aldığı 3.000 manat pulun 1.000 manatını Şəhlaya vermiş, qalan hissəsini isə öz şəxsi ehdiyacları üçün xərcləmişdir. Bundan sonrakı dövrdə isə Elnarə hər dəfə ona zəng edib işlərin nə yerdə olması ilə maraqlanmış, o isə hər dəfə yalandan Elnarəyə bildirmişdir ki, guya işlər qaydasında gedir, tez zamanda tikilən sosial evlərin birindən ona iki otaqlı təmirli vəziyyətdə olan mənzil veriləcəkdir. Eyni zamanda o, Şəhlaya da bildirirmişdir ki, Elnarənin mənzil məsələsi öz həllini tapacaqdır. Bundan sonra 2020-ci ilin may ayında Şəhla qonşusu Zərərçəkmiş şəxs3 gətirib onunla tanış etmişdir. İlqarın Qarabağ qazisi və ikinci qrup əlil olduğunu, sosial evlərdə mənzil almaq istədiyini bildirmişdir. İlqar ona demişdir ki, ikinci qrup əlil kimi Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazılmışdır. O, İlqarın sənədlərinə baxıb görmüşdür ki, İlqar növbədə olduğu üçün asanlıqla sosial evlərdən mənzil ala bilər. Şəhla bu məsələnin həll olunması ilə bağlı İlqara əvvəlcədən 10.000 manat pul verməli olduğunu bildirmişdir. Buna görə də görüşən zaman o sosial evlərdən mənzil alınması ilə bağlı İlqardan 10.000 manat pul istəmişdir. O, İlqara demişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində tikilən sosial evlərdən ona təmirli vəziyyətdə olan iki otaqlı mənzilin alınmasına köməklik edəcək. Bundan bir neçə gün sonra Şəhla ona zəng edib İlqarın pulu hazırladığını və gəlib görüşmək istədiklərini bildirmişdir. Həmin günü metronun “Nizami” stansiyasının yaxınlığında görüşmüşlər. İlqar görüşə Şəhla ilə birlikdə gəlmişdir. O həmin yerdə İlqarın idarə etdiyi avtomobilə əyləşmiş, İlqar avtomobilin içində 10.000 manat pulu Şəhlaya vermiş, sonuncu pulu ona vermək istədikdə Şəhlaya bildirmişdir ki, pul səndə qalsın sonra götürərəm. Şəhla da İlqara bildirmişdir ki, onları aparıb iş yerində düşürtsün. İlqar onu və Şəhlanı aparıb sonuncunun işlədiyi 2 saylı poliklinikanın qarşısında düşürdüb çıxıb getmişdir. O, Şəhla ilə birlikdə poliklinikanın içinə daxil olmuş, orada Şəhla pulu sayıb 10.000 manat olduğunu görmüşdür. Şəhla bildirmişdir ki, həmin pulla o, öz borcunu verəcəkdir, qısa bir dövrdə isə həmin pulu ona qaytaracaqdır. O isə bildirmişdir ki, həmin pulu tez bir zamanda ona qaytarsın ki, o da İlqarın mənzil məsələsini həll edə bilsin. Lakin sonradan Şəhla həmin puldan ona 2.000 manat qaytarmış, qalan hissəsi isə özündə qalmışdır. O da həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İlqar isə hər dəfə ona zəng etdikdə, o verilən pulun Şəhla tərəfindən götürüldüyünü bildirməmiş, hər dəfə isə İlqara yalandan demişdir ki, narahat olmasın İlqarın mənzil məsələsi tez bir zamanda öz həllini tapacaqdır. Bundan əlavə Şəhla ondan xahiş etmişdir ki, bacısı Aişəyə də sosial evlərdən mənzil almasına köməklik etsin. Bununla bağlı Şəhlanın bacısı Aişənin oğlu Orxan gətirib 2020-ci ilin oktyabr ayında ona Axundov adına bağda 1.000 manat pul vermişdir. Sonradan isə həmin pulu Şəhlaya qaytarıb vermişdir. O, 1998-2005-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir. Nazirliyin blankının elektron nümunəsi onda qalmışdır. Xatırlamadığı kompyuter xidməti köşklərinin birində blankın üzərində dəyişikliklər də etdirmişdir. Zərərçəkmiş şəxs1 ona müraciət edib işin uzanması ilə bağlı Zərərçəkmiş şəxs3 onu narahat etməsi barədə məlumat verdikdə, o, xatırlamadığı kompyuter xidməti göstərən yerlərin birində həmin blankda saxta yazı yazdırmışdır ki, guya Zərərçəkmiş şəxs3 mənzili ayrılması nəzərdə tutulub. Həmin saxta məktuba da özü imza etmişdir. Bundan əlavə bildirir ki, nə Zərərçəkmiş şəxs1, nə də ki, Zərərçəkmiş şəxs4 tərəfindən sosial evlərdən mənzil almasına köməklik etməyi üçün ona hər hansı bir məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun, ailə vəziyyətinin ağır olmasının, yoldaşının işləməməsinin, Elnarə Əliyevanın 2.000 manat pulunu, Zərərçəkmiş şəxs3 10.000 manat pulu və Zərərçəkmiş şəxs5 1.000 manat pulunu ələ keçirdiyinin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 pullarını ələ keçirməməsinin, Zərərçəkmiş şəxs3 15.000 manat deyil, 10.000 manat alması, həmin puldan cəmi 2.000 manat ona çatmasının, qalanın isə Zərərçəkmiş şəxs1 tərəfindən götürülməsinin və mülki iddianı qəbul etməməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 12 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər onun pasiyenti olmuşdur. Lakin Çingizlə heç bir yaxın münasibəti olmamışdır. Son 5-6 ildə Çingizi ümumiyyətlə görmürdü. 2020-ci ilin əvvəllərində Çingizlə şəhərdə təsadüfən görüşmüş, söhbət zamanı nə işlə məşğul olduğunu soruşduqda Çingiz təxminən 5-6 ilə yaxın müddətdir ki, Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən səfirliyində işlədiyini, 2019-cu ilin sonlarında isə qayıdıb Bakı şəhərinə gəldiyini və hazırda isə X16 işlədiyini bildirmişdir. Çingiz də ondan hazırda harada işlədiyini soruşduqda, o da hazırda İçəri şəhərdə yerləşən tibb məntəqəsində işlədiyni bildirmişdir. Çingiz müalicə olunmaq məqsədi ilə yanına gələcəyini bildirib onun mobil telefon nömrəsini götürmüşdür. Görüşdən təxminən 2-3 gün sonra Çingiz onun işlədiyi tibb məntəqəsinə gəlmiş, o, sistemlər yazmışdır ki, çingiz alıb gətirsin. Çingiz onun yanından çıxıb getdikdən təxminən 3-4 gün sonra yenidən onun işlədiyi tibb məntəqəsinə gəlmişdir. Çingizin sistemlər gətirmədiyini görüb nə üçün gəldiyini soruşduqda, sonuncu nahar fasiləsinə çıxdığını və boş vaxtı olduğu üçün onu görməyə gəldiyini bildirmişdir. Tibb məntəqəsində əyləşib birlikdə ümumi söhbət etdikdə Çingiz ona sosial mənzillərin verilməsini təşkil edə bildiyini qeyd edərək mənzil almaq istəyən adam olarsa köməklik edə biləcəyini demişdir. Bu söhbətdən təxminən 10 gün sonra o, bu barədə iş yoldaşı Elnarə Əliyevaya demiş, Elnarə Əliyeva ikinci dərəcəli əlil olduğu üçün ona sosial evlərdə mənzil düşə biləcəyini fikirləşmişlər. Həmin dövrdə Elnarənin gəlini rəhmətə getmiş, hər dəfə söhbət edən zaman Elnarə oğlunun sarsıntı keçirdiyini deyərək buna görə də öz evlərində qalmaq istəmədiyini, yaşadığı mənzili dəyişmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Elnarəyə vermişdir ki, gedib onunla görüşsün. Bundan sonra Elnarə özü gedib şəhərdə Çingizlə görüşmüş, sonuncu Elnarəyə bildirmişdir ki, ikinci qrub əlil olduğu üçün ona sosial evlərdə mənzil düşür və 2 otaqlı mənzil almasına köməklik edəcəyinə söz vermişdir. Çingiz mənzil məsələsinin həll olunması üçün Elnarədən 3.000 manat pul istəmişdir. Elnarə təxminən 2020-ci ilin fevral ayının ortalarında mənzil məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxs 3.000 manat pul vermişdir. Bundan başqa o, 2020-ci ilin may ayının əvvəllərində Masazır qəsəbəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 Çingizlə tanış etmişdir. İlqar Qarabağ qazisi və ikinci dərəcə əlil olduğu üçün uzun müddətdi mənzil almaq məqsədi ilə Yasamal rayon İcra Hakimiyyətində növbəyə yazılmışdır. O, İlqarla birlikdə gedib Çingizlə görüşmüş və Çingiz İlqarın sənədlərinə baxıb bildirmişdir ki, sənədlər onda qalsın və yoxlatdırıb məlumat verəcəkdir. Çingiz bildirmişdir ki, əgər sənədlər qaydasında olsa sosial evlərdən mənzil verilməsi üçün Çingiz İlqardan 10.000 manat pul istədi. Təxminən 2-3 gündən sonra Çingiz zəng edib İlqarın mənzil məsələsinin həll olunacağını bildirib, dediyi 10.0 manat pulun verilməsini demişdir. Çingiz eyni zamanda İlqarın özü ilə də bu barədə danışmışdır. 2020-ci ilin may ayının ortalarında İlqarla birlikdə Yasamal rayonu ərazisində yerləşən “Nizami Gəncəvi" metrostansiyasının yanına gedib Çingizlə görüşmüşlər. İlqar idarə etdiyi avtomobilin içində 10.000 manat pulu Çingizə vermişdir. Sonra İlqar onu və Çingizi aparıb 2 saylı polikilinikanın qarşısında düşürtmüşdür. Poliklinikanın içində Çingiz 6.0 manatı götürmüş və 4.000 manat pulu isə ona vermişdir ki, sonra gəlib ondan götürsün. Həmin pulu Çingiz bir gündən sonra gəlib ondan almışdır. Bundan əlavə o, bacısı Zərərçəkmiş şəxs5 sosial evlərdən mənzil alınması məqsədi ilə 2020-ci ilin iyun ayının ortalarında Çingizə 5.000 manat pul vermişdir. Çingiz Aişənin 2 ay müddətində sosial evlərdən mənzil alacağına köməklik edəcəyinə söz verdi. Bundan əlavə 2020-ci ilin iyun ayının əvvəllərində qonşusu İlqar ona müraciət edib Anar adlı dostunun anasının gözdən əlil olduğunu və 2010-cu ildən Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazıldığını, lakin bu günə kimi mənzil ala bilmədiyini bildirərək ondan xahiş etmşdir ki, Təqsirləndirilən şəxs Anara da köməklik etsin. İlqar Anarla birlikdə onun evinə gəlib, Anara aid olan sənədləri vermişdir. O, həmin sənədləri aparıb Çingizə vermiş, sonuncu qeyd olunan məsələni həll edə biləcəyini bildirmişdir. Bu işin həll olunması üçün 16.000 manat pul istəmişdir. O da bu barədə İlqara məlumat vermişdir. İlqar Anarla danışıb sonuncunun deyilən qiymətlə razı olduğunu, lakin pulu bir ay müddətində hissə-hissə verə biləcəyini demişdir. O da Çingizdən soruşub razılıq aldıqdan sonra bu barədə İlqara məlumat vermişdir. 2020-ci ilin iyun ayının əvvəllərindən həmin ilin iyul ayının əvvəllərinə kimi Anar gətirib ona 4.000 manat, daha sonra 6.000 manat və sonuncu dəfə isə 6.000 manat olmaqla ümumilikdə 16.000 manat pul vermişdir. O isə həmin pulları aparıb Təqsirləndirilən şəxs vermişdir. Həmçinin 2020-ci ilin avqust ayının sonlarında Çingiz onunla əlaqə saxlayıb bildirmişdir ki, Hövsan qəsəbəsində inşa edilən sosial evlərdən mənzil almaq mümkündür, istəsə ona da mənzil təşkil edə bilər. O, sosial mənzil almaq üçün 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Səbail rayonu İçəri şəhərdə yerləşən tibb məntəqəsində 5.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində Çingiz gətirib ona Zərərçəkmiş şəxs3 mənzil verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından məktub vermiş, o da həmin məktubu aparıb İlqara vermişdir. İlqar sabahı günü məktubu aparıb yoxlatdıraraq məktubun saxta olduğunu bilmişdir. Bundan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Həmin gündən sonra o, Təqsirləndirilən şəxs tələb etməyə başlamışdır ki, ona verdiyi pulları qaytarsın. Çingiz hər dəfə bir bəhanə gətirib pulların qaytarılmasını gecikdirmişdir. Pul verən şəxslər isə ondan pullarını tələb etdiklərindən məcbur olub Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 40.000 (qırx min) maddi və 10.000 (on min) manat mənəvi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X11 bildirmişdir ki, təxminən 20 ilə yaxın müddətdir ki, Milli Onkologiya Mərkəzində tibb bacısı işləyir. Zərərçəkmiş şəxs1 da iş yoldaşı kimi həmin tibb müəssisəsindən tanıyır, aralarında işgüzar münasibətlər vardır, ədavəti və yaxud düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımış. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində gəlini qəflətən rəhmətə getmiş, bu hadisədən sonra oğlu çox sarsıntı keçirirmiş və yaşadıqları evdə belə qalmaq istəməmişdir. Buna görə də o, yaşadığı mənzili dəyişmək istəmişdir. İş yoldaşı Şəhla da onun ailə vəziyyətini yaxşı bilirdi. 2020-ci ilin fevral ayının əvvəllərində Şəhla bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adında tanışı vardır, həmin şəxsin Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən Bakı şəhərində inşa edilən yaşayış binalarından mənzil almağına köməklik göstərə biləcəyini bildirmişdir. O, özü 2-ci qrup əlili olduğundan eşitmişdim ki, əlillərə də sosial mənzillər düşür. Şəhlanın dedikləri diqqətimi çəkmiş. Buna görə də evdə həyat yoldaşı ilə məsləhətləşmiş, razılığını aldıqdan sonra bu barədə bir daha Şəhla ilə danışmışdır. Şəhladan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb onunla telefonla danışmış və görüşüb bu barədə ətraflı şəkildə danışmaları barədə razılaşmışdır. Bir neçə gündən sonra rəfiqəsi Şahid2 ilə birlikdə metronun “Azadlıq" stansiyasının yaxınlığında Çingizlə görüşmüşdür. O, birinci dəfə Çingizi orada görüb tanış olmuşdur. Çingiz ona X16 şöbə rəisi vəzifəsində işlədiyini bildirmişdir. O, ailə vəziyyəti ilə bağlı problemlərin olduğunu və nə üçün yaşadığı mənzili dəyişmək istədiyini Çingizə izah etmiş, Çingiz 2-ci qrup əlil olduğu üçün ona sosial evlərdə mənzil düşdüyünü, buna görə də ona 2 otaqlı və təmirli mənzil almağa köməklik göstərəcəyini bildirmişdir. Çingiz sosial evlərin Bakı şəhərində Yasamal, Nərimanov və Xətai rayonları ərazilərində tikildiyini və həmin komplekslərin birindən ona mənzil təşkil edəcəyini qeyd edərək əvvəlcə onun adını mənzil alan şəxslərin siyahısına saldıracağını, daha sonra isə növbədən kənar mənzil almağına köməklik göstərəcəyini vəd etmişdir. Çingiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın tanışlarının olduğunu və həmin tanışlarının vasitəsi ilə bu işi həll edəcəyini, indiyə kimi bir neçə tanışına mənzil alınmasında köməklik göstərdiyini bildirmişdir. Çingiz mənzil alınması məsələsinin həll olunması üçün ondan 3.000 manat pul istəmiş, eyni zamanda bildirmişdir ki, mənzil ona verildikdən sonra isə əlavə 4.000 manat pul verməlidir. Çingiz onunla çox etibarlı şəkildə danışmış, bu işin həll olunmasında heç bir çətinlik olmayacağını qeyd etmiş, ona görə də Çingizə inanıb təklifi ilə razılaşmışdır. Bir neçə gün ərzində o, 3.000 manat pul hazırlayıb Çingizlə əlaqə saxlamış. Təxminən 2020-ci ilin fevral ayının ortalarında Çingizlə əlaqə saxlayıb onunla yenidən metronun “Azadlıq” stansiyasının yaxınlığında görüşmüş, Çingizlə görüşə yenə də rəfiqəsi Vüsalə ilə birlikdə getmişdir. Çingizlə görüşüb sosial evlərdən 2 otaqlı təmirli mənzil almağına köməklik göstərməsi məqsədi ilə 3.000 manat pul vermiş, Çingiz pulu alıb söz vermişdir ki, bu məsələni 2020-ci ilin may ayının ortalarına kimi həll edəcəkdir. O, Çingizdən xahiş etmişdir ki, Yasamal və Nərimanov rayonu ərazisində inşa edilən sosial evlərdən təşkil etsin. Çingizə 3.000 manat pul verdikdən sonra Şəhla ilə əlaqə saxlayıb ona bu barədə məlumat vermişdir. Bundan sonra ayda 3-4 dəfə Çingizlə telefon əlaqəsi saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmış, Çingiz isə hər dəfə ona bildirmişdir ki, narahat olmasın, işlər qaydasındadır. Çingiz onun adını mənzil alan şəxslərin siyahısına yazdırdığını və may ayında mənzil ala biləcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin may ayında Çingiz onunla əlaqə saxlayıb tikilən sosial evlərin bir neçəsinin hazır olduğunu, son tamamlama işlərinin aparıldığını bildirib ondan şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin surətini istəmişdir ki, alacağı mənzili onun adına sənədləşdirsin. O, da şəhərdə Çingizlə görüşüb qeyd olunan sənədlərin surətini vermişdir. May ayının sonlarına kimi gözləyib sonra Çingizlə əlaqə saxlamış. Çingiz mənzillərin verilməsi prosesinin 2020-ci ilin iyun ayının sonlarına qaldığını bildirmişdir. Deyilən müddət başa çatdıqda sonra Çingizlə əlaqə saxlamış, o, isə yenə də işlərin gecikdiyini bildirmişdir. Bundan sonrakı müddətdə tez-tez Çingizlə əlaqə saxladıqda hər dəfə bir bəhanə gətirib mənzil verilməsi məsələsinin gecikdiyini bildirirmişdir. Çingizin yalan danışdığını görüb artıq 2020-ci ilin sentyabr ayının sonları və oktyabr ayının əvvəllərindən başlayaraq Çingizdən tələb etməyə başlamışdır ki, mənzil istəmir, verdiyi 3.000 manat pulu geri qaytarsın. Çingiz isə birazda səbirli olmağını, mənzil məsələsinin tez bir zamanda öz həllini tapacağını bildirmişdir. Çingiz 3.000 manat pulu 20 oktyabr 2020-ci il tarixdə qaytaracağını bildirsə də, sonradan onun telefon zənglərinə cavab verməməyə və ondan qaçıb gizlənməyə başlamışdır. Həmin dövrdə iş yoldaşı Şəhladan eşitmişdir ki, Çingiz ondan başqa sosial evlərdən mənzil almasına köməklik göstərilməsi üçün Şəhlanın özündən və onun başqa bir neçə nəfər tanışından müxtəlif məbləğlərdə pullar almış və onları da aldatmışdır. Buna görə də məcbur olub Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs X11 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, X3 iştirakçısı kimi mənzil almaq üçün 2009-cu ildən etibarən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin bu günə kimi heç bir nəticə olmamışdır. Zərərçəkmiş şəxs1 təxminən 2 ildən çox müddətdir ki, qonşu kimi tanıyır, aralarında yaxın qonşuluq münasibətləri vardır. Tez-tez ailəliklə bir birinin evinə gedib gəlir, ədavət və yaxud düşmənçilik yoxdur. 2020-ci ilin may ayının əvvəllərində Şəhlagilin həyətində əyləşib söhbət edən zaman söhbət əsnasında bildirmişdir ki, Qarabağ qazisi kimi mənzil almaq üçün 2009-cu ildə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin bu günə kimi heç bir nəticə olmamışdır. Həmin vaxtı Şəhla Təqsirləndirilən şəxs adında tanışının olduğununu, həmin şəxsin X16 işlədiyini, Mənzil X13 (MİDA) tərəfindən Bakı şəhərində inşa edilən yaşayış binalarından mənzil almağına köməklik göstərə biləcəyini bildirmişdir. O, Şəhla xanımdan xahiş etmişdir ki, həmin şəxslə onu tanış etsin. Bundan sonra 2020-ci ilin may ayının əvvəllərində Şəhla ilə birlikdə gedib Çingiz adlı şəxslə metronun “Nizami Gəncəvi” stansiyasının yanında görüşmüşlər. Birinci dəfə Təqsirləndirilən şəxs orada görüb tanış olmuşdur. Çingiz ona X16 şöbə rəisi vəzifəsində işlədiyini bildirmişdir. O, mənzil növbəsinə durmağı ilə bağlı sənədlərini Çingizə təqdim etmiş, sonuncu sənədləri alıb yoxlatdırıb cavab deyəcəyini bildirmişdir. Təxminən 2 gündən sonra Şəhla ilə birlikdə gedib yenidən Çingizlə görüşmüşdür. Çingiz sənədlərini yoxlatdırdığını, keçərli olduğunu qeyd edərək ona Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən yaşayış binalarından 2 otaqlı təmirli mənzil almağına köməklik göstərəcəyini bildirmişdir. Çingiz mənzil alınması məsələsinin həll olunması üçün ondan 10.000 manat pul istəmişdir. Çingiz hər dəfə onunla görüşə gələndə çox səliqəli şəkildə, pencək və qalstukda, əlində isə qovluq gəzdirirdi. Çingiz danışıqları ilə özünə qarşı etibar yaratmışdır. Buna görə də o da Çingizə inanıb təklifi ilə razılaşmışdır. Bir neçə gün ərzində 10.000 manat pul hazırlayıb Şəhla ilə əlaqə saxlamış, pulu hazırladığını bildirmiş, 12 may 2020-ci il tarixdə Şəhla ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” metrostansiyasının yaxınlığına gedib Çingizlə görüşmüşlər. Çingiz gəlib onun idarə etdiyi avtomobildə əyləşmiş, o, 10.000 manat pulu ABŞ dolları şəkilində Çingizə vermək istədikdə, sonuncu bildirmişdir ki, pulu manat şəkilində versin. O, avtomobildən düşüb yaxınlıqda yerləşən bankların birinə gedib pulu manata dəyişib geri qayıdaraq avtomobildə əyləşmiş və 10.000 manat pulu avtomobilin içində Çingizə vermişdir. Çingiz pulu götürüb cibinə qoymuşdur. Çingiz pulu alıb söz vermişdir ki, narahat olmasın, bu məsələni 2020-ci ilin iyun ayının sonlarına kimi həll edəcəkdir. O, eyni zamanda şəxsiyyət və əlillik vəsiqəsinin surətini də Çingizə vermişdir. O, bundan sonra Şəhla xanımı və Çingizi idarə etdiyi avtomobillə aparıb 2 saylı poliklinikanın qarşısında düşürüb çıxıb getmişdir. O, bundan sonra tez-tez Çingizlə telefon əlaqəsi saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmışdır. Çingiz isə hər dəfə ona bildirmişdir ki, narahat olma, işlər qaydasındadır. Bundan sonra 2020-ci ilin iyun ayının sonunda Çingiz onunla əlaqə saxlayıb tikilən sosial evlərin bir neçəsinin hazır olduğunu, son tamamlama işlərinin aparıldığını bildirərək iyun ayının sonunda mənzil alacağını qeyd etmişdir. Lakin sonradan Çingiz ona zəng edərək mənzil verilməsi ilə bağlı əlavə olaraq 5.0000 manat pul istəmişdir. O, əvvəlcə narazılıq etsə də, sonra məcbur olub həmin pulu vermək qərarına gəlmişdir. 2020-cı ilin iyun ayının oratalarında Şəhla ilə birlikdə gedib metronun “Nizami Gəncəvi” stansiyasının qarşısında Çingizlə görüşüb ona əlavə olaraq 5.000 manat pul vermişdir. Deyilən müddət başa çatdıqda sonra Çingizlə əlaqə saxlamış, o, isə yenə də işlərin gecikdiyini bildirmişdir. Bundan sonrakı müddətdə tez-tez Çingizlə əlaqə saxlamış, sonuncu hər dəfə bir bəhanə gətirib mənzil verilməsi məsələsini gecikdiyini bildirirmişdir. 2020-ci ilin avqust ayının sonlarında Çingiz onunla əlaqə saxlayıb bildirmişdir ki, mənzil məsələsi həll olunub və mənzilin verilməsi ilə bağlı məktubu Şəhla ilə göndərəcək. Həqiqətən də Şəhla xanım həmin məktubu gətirib ona vermişdir. Həmin məktub mənzilin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun adına verilmişdir. O, sabahı günü Yasamal rayon İcra Hakimiyyətinə gedib verilən məktubu yoxlatdırmış və məktubun saxta olmasını müəyyən etmişdir. Bundan sonra başa düşmüşdür ki, Çingiz onu aldadır. Bu barədə Şəhla xanıma məlumat vermişdir. O, aldandığını görüb 2020-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq Çingizdən tələb etməyə başlamışdır ki, mənzil alınması ilə bağlı verdiyi 15.000 manat pulu geri qaytarsın. Çingiz isə bir azda səbirli olmağını, mənzil məsələsinin tez bir zamanda öz həllini tapacağını bildirmişdir. Bundan əlavə dostu Zərərçəkmiş şəxs4 X10 gözdən əlil olduğu üçün 2010-cu ildən mənzil almaq üçün Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazılmışdır. Qeyd olunan məsələnin həll olunması üçün onun məsləhəti ilə Anar 2020-ci ilin iyun ayında Şəhla xanıma 16.000 manat pul vermişdir ki, o da öz növbəsində Təqsirləndirilən şəxs çatdırsın. Şəhla xanım da Anarın anasına sosial evlərdən mənzil alınması məsələsini həll etmək üçün həmin pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin qeyd olunan məsələ də öz həllini tapmamışdır. Müharibə qazisi kimi qeydiyyata alınmağı ilə bağlı sərəncamın surətini, Şəhla xanımın xətti ilə yazılan ərizənin surətləri, Çingizin ona göndərdiyi saxta məktubun əslini ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2020-ci ilin iyun ayında dostu Zərərçəkmiş şəxs3la görüşən zaman sonuncu ona bildirmişdir ki, Şəhla adlı qonşusu tanışı Təqsirləndirilən şəxs adlı şəxsin köməkliyi ilə Mənzil X13 tərəfindən Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdə mənzil alacaqdır. İlqar bu işin həll olunması üçün Təqsirləndirilən şəxs 10.000 manat pul verdiyini bildirmişdir. X10 gözdən əlil olduğu üçün 2010-cu ildən mənzil almaq üçün Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə yazılmışdır. Lakin indiyə kimi heç bir nəticə olmamışdır. İlqar da bunu bilirdi. Ona görə də İlqar anasının sənədlərini istəmişdir ki, aparıb həmin şəxsə göstərsin, mümkün olsa ona da köməklik göstərsinlər. O, anasının mənzil növbəsinə yazılması ilə bağlı sənədlərin surətini gətirib İlqara vermiş, İlqar 2-3 gündən sonra ona məlumat verilmişdir ki, sənədləri Şəhla xanıma verib və sonuncu anasının mənzil almasına köməklik göstərəcəyini bildirmişdir. O, İlqarla birlikdə Şəhla xanımın yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə getmişdir. Şəhla xanım tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir. Şəhla xanım ona demişdir ki, tanışı Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində yerləşən gözdən əlillər üçün inşa edilən evlərdən mənzil almağına köməklik edəcəkdir. Şəhla xanım demişdir ki, Çingiz bu işin həll olunması üçün 16.000 manat pul istəyir. O, həmin pulun 4.000 manatını 2020-ci ilin iyun ayının əvvəllərində İlqarla birlikdə aparıb Şəhla xanıma sonuncunun Masazır qəsəbəsində yaşadığı evində vermişdir. Qalan 6.000 manat pulu 2020-ci ilin iyun ayının sonlarında İlqarla birlikdə aparıb Şəhla xanımın işlədiyi Milli Onkologiya Mərkəzinin qarşısında küçədə Şəhla xanıma vermişdir. Daha sonra isə qalan 6.000 manat pulu isə 2020ci ilin iyul ayının əvvəllərində tək aparıb Yasamal rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” metrostansiyasının qarşısında Şəhla xanıma vermişdir. Həmin vaxtı Şəhla xanımın yanında heç kim yox idi. O, mənzil alınması prosesində Təqsirləndirilən şəxs görməmiş, bütün söhbətləri Şəhla xanımla etmişdir. Şəhla xanım mənzil alınması məsələsini X16 işləyən Təqsirləndirilən şəxs adlı tanışının vasitəsi ilə həll edəcəyini bildirmişdir. 16.000 manat pulu tam şəkildə verdikdən sonra Şəhla xanım ona demişdirdi ki, 2020-ci ilin sentyabr ayının sonlarında anasının adına mənzil verilməsi məsələsi öz həllini tapacaqdır. Lakin 2020ci ilin sentyabr ayının əvvəllərində İlqar ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs onları aldadıbdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü X17 məsul əməkdaşı kimi təqdim edib Şəhla xanımı aldadaraq sonuncunun vasitəsi ilə onun və digər şəxslərin pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır, həmçinin Şəhla ilə birlikdə 2 saylı şəhər poliklinikasında işləyirlər. İki oğlunun gələcəkdə ailə qurub yaşamaları üçün ucuz ev axtarırdı. Bunu Şəhla da bilirdi. 2020-ci ilin iyun ayında Şəhla ona Təqsirləndirilən şəxs adında tanışının olduğunu, həmin şəxsin Mənzil X13 tərəfindən Bakı şəhərində inşa edilən yaşayış binalarından mənzil almağına köməklik göstərə biləcəyini bildirmişdir. Şəhlanın dedikləri onun diqqətini çəkdiyindən Şəhladan xahiş etmişdir ki, Çingiz adlı şəxslə danışsın. Şəhla danışıb demişdir ki, Çingiz bu işə 10.000 manat istəyir, ilkin olaraq 5.000 manat, sonra isə hissəhissə qalan 5.000 manatı çatdırmaq lazımdır. Onun özündə 2.000 manat olmuş, qalan 3.000 manatı da ünvan 3 ünvanında yerləşən “xxxx" ASC-nin Nəsimi rayon filialından alıb helə filialın qarşısında cəmi 5.000 manat pulu Şəhlaya vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Bir müddətdən sonra Çingiz sosial evlərin Bakı şəhəri Yasamal rayonu ərazisində tikildiyini və həmin komplekslərin birindən ona mənzil təşkil edəcəyini bildirmişdir. 2020-ci ilin oktyabr ayında Şəhla demişdir ki, mənzilə görə əlavə olaraq 1.000 manat pul da Çingizin özünə göndərmək lazımdır. O, da 14 oktyabr 2020-ci il tarixdə oğlu Şahid1 1.000 manat vermişdir ki, Çingizlə görüşüb çatdırsın. Orxan da öz növbəsində həmin tarixdə saat 13.30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Axundov Bağı” adlanan yerdə Çingizlə görüşüb 1.000 manat pulu ona vermişdir. Orxan həmin vaxtı Çingizlə ətraflı şəkildə söhbət etmiş, sonuncu da onun adına mənzil alınması məqsədi ilə ona əvvəlcədən Şəhla tərəfindən 5.000 manat pul verildiyini etiraf edərək 1 ay ərzində Bakı şəhəri Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən 2 otaqlı təmirli mənzilin verilməsi məsələsini həll edəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu, bacısı Şəhlanı və başqa şəxsləri aldatmışdır. Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, təxminən 2020-ci ilin oktyabr ayında xalası Zərərçəkmiş şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, xalası Şəhla onun Təqsirləndirilən şəxs adında tanışı olduğunu, həmin şəxsin Mənzil X13 tərəfindən Bakı şəhərində inşa edilən yaşayış binalarından mənzil almaqlarına köməklik göstərə biləcəyini bildirmişdir. Xalası bu işin həll olunması üçün Təqsirləndirilən şəxs 6.000 manat pul istədiyini bildirmişdir. Bununla razılaşıb 2020-ci ilin iyun ayında xalası Şəhlanın vasitəsi ilə biz Təqsirləndirilən şəxs 5.000 manat pul göndərilmişdir. Çingiz söz vermişdir ki, 2 ay müddətində mənzil məsələsini həll edəcəkdir. Lakin sonradan Çingiz mənzil verilməsi məsələsini gecikdirməyə başlamışdır. 2020-ci ilin oktyabr ayının ortalarında xalası zəng edib bildirmişdir ki, mənzil məsələsi alınır, Təqsirləndirilən şəxs qalan 1.000 manat pulu aparıb vermək lazımdır. O da 14. oktyabr 2020-ci il tarixdə evdən 1.000 manat pul alıb aparıb günorta vaxtı “Axundov bağı” deyilən parkda Çingizlə görüşüb 1.000 manat pulu ona vermişdir. Həmin vaxtı Çingizlə ətraflı şəkildə söhbət etmiş, Çingiz onun anasının adına mənzil alınması məqsədilə əvvəlcədən Şəhla tərəfindən 5.000 manat pul verildiyini bildirmiş, 1 ay ərzində Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən 2 otaqlı təmirli mənzilin verilməsi məsələsini həll edəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onları və başqa şəxsləri aldatmışdır. O, Çingizin əl telefonuna zəng edib ona verdikləri pulları qaytarmasını tələb etdikdə sonuncu pulun qaytarılması ilə bağlı ondan vaxt istəmiş, lakin sonrakı müddətdə verdiyi sözə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2003-cü ildən etibarən X8 tanıyır, rəfiqə kimi münasibət saxlayır, ədavəti və yaxud düşmənçiliyi yoxdur. 2020-ci ilin yanvar ayının əvvəllərində Elnarənin gəlini rəhmətə getmişdir, bu hadisədə sonra oğlu çox sarsıntı keçirirmişdir. Ona görə də Elnarəgil yaşadıqları evdə qalmaq istəmədiklərindən ucuz mənzil axtarırdılar. 2020-ci ilin fevral ayının əvvəllərində Elnarə ona demişdir ki, iş yoldaşı Şəhlanın Təqsirləndirilən şəxs adında tanışı vardır, həmin şəxs X16 işlədiyindən Mənzil X13 tərəfindən Bakı şəhərində inşa edilən yaşayış binalarından mənzil almağa köməklik göstərə bilər. Elnarə 2-ci qrup əlili olduğu üçün ona sosial mənzil düşürdü. Dəqiq tarix yadında deyil, 2020-ci ilin fevral ayının əvvəllərində Elnarə ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxslə görüşə gedəndə yanında olsun. O, razılaşıb rəfiqəsi Elnarə ilə birlikdə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında Çingizlə görüşmüşlər. Həmin vaxta qədər o, həmin şəxsi görməmişdir. Çingiz özünü X16 şöbə rəisi vəzifəsində işləyən şəxs kimi təqdim etmişdir. Elnarə problemləri olduğu üçün yaşadığı mənzili dəyişmək istədiyini izah etdikdə Çingiz 2-ci qrup əlil olduğu üçün Elnarəyə sosial evlərdə mənzil düşdüyünü, buna görə də ona 2 otaqlı və təmirli mənzil almağında köməklik göstərəcəyini bildirmişdir. Çingiz sosial evlərin Bakı şəhərində Yasamal, Nərimanov və Xətai rayonları ərazilərində tikildiyini və həmin komplekslərin birindən ona mənzil təşkil edəcəyini qeyd etmişdir. Çingiz bu işi həll edəcəyini, indiyə kimi bir neçə tanışına mənzil alınmasında köməklik göstərdiyini bildirmişdir. Çingiz mənzil alınması məsələsinin həll olunması üçün Elnarədən 3.000 manat pul istəmiş, eyni zamanda bildirmişdir ki, mənzil Elnarəyə verildikdən sonra isə əlavə 4.000 manat pul da verməlidir. Elnarə də Çingizə inanıb onun təklifi ilə razılaşmışdır. Təxminən 2020-ci ilin fevral ayının ortalarında Elnarə ilə birlikdə metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığına gedib Çingizlə görüşmüşlər. Elnarə mənim yanımda Çingizə sosial evlərdən 2 otaqlı təmirli mənzil almağına köməklik göstərməsi məqsədi ilə 3.000 manat pul vermişdir. Çingiz pulu götürüb söz vermişdir ki, bu məsələni 2020-ci ilin may ayının ortalarına kimi həll edəcəkdir. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Çingiz Elnarəni və onun kimi bir sıra insanları aldadıb pullarını ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 19 dekabr 2020-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan sərəncamın icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanları 2014-cü il yanvarın 1-dək mənzil növbəsinə dayanmış şəxslərin siyahılarını müvafiq məktublarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmiş və Nazirlik tərəfindən imtiyaziı şəxsiərin rrıənzii və fərdi evlərlə təminatı qeyd olunan siyahılara əsasən növbəlilik qaydasında həyata keçirilməkdədir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 4 mart 2014-cü il tarixli 188/d nömrəli məktubda Zərərçəkmiş şəxs3 adı qeyd edilməmişdir. Müharibə veteranı olan Zərərçəkmiş şəxs3 yuxarıda qeyd olunmuş Sərəncamla əhatə olunan imtiyazlı şəxslər kateqoriyasından hesab edilmədiyindən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsi ilə müəyyən olunan fəaliyyət istiqamətinə aid deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Zərərçəkmiş şəxs3 ünvanlandığı iddia edilən 17 mart 2020-ci il tarixli 01/18327 nömrəli məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya onun tabeliyində olan struktur bölmələrin heç birində qeydə alınmamışdır. Adıçəkilən Sərəncamın həyata keçirilməsi çərçivəsində Nazirlik son illərdə Bakı şəhərinin Qaradağ rayonu ərazisində və Abşeron rayonunun Məmmədli kəndində, Saray və Mehdiabad qəsəbələrində, 2020-ci ildə isə Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında inşa olunmuş çoxmərtəbəli binalardan mənzilləri satın alaraq imtiyazlı şəxslərin mənzillə təmin olunmasını həyata keçirir. Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binalardan mənzillər satın alınmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11 yanvar 2021-ci il tarixli 4/1067 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 adına olan 17 mart 2020-ci il tarixli 01/18327 nömrəli məktubda “E.Zeynalov” soyadı önündəki imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2020ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 4(005)-1291/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 18 noyabr 2020ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi, yəni 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailə vəziyyətinin ağır olmasını, yaşının çox olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin 22 avqust 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin 02 noyabr 2005 il tarixli qərarı ilə 05 il azadlıqdan məhrum cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin 12 avqust 2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 may 2016-cı il 230 VQD saylı Qanunun tətbiqi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 03 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır və məhkumluğu ödənilmişdir və onun əməlində cinayətlərin residivi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslərin onunla barışmamasını, ona qarşı mülki iddianın və şikayətin olmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa məhkəmə, hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair verilmiş mülki iddiası maddi zərərin ödənilməsi hissəsində qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş 40000 (qırx min) manat məbləğində maddi ziyan vurulduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş ziyan məbləğinin 40000 (qırx min) manat maddi ziyan və 400 (dörd yüz) manat mənəvi ziyan hissəsinin ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı və 346.1.19cu maddələrinə əsasən iş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs3 adına olan 17 mart 2020-ci il tarixli 01/18327 nömrəli məktubun cinayət işinin materiallarında saxlanımasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 18 noyabr 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 40.000 (qırx min) manat maddi ziyan və 400 (dörd yüz) manat mənəvi ziyan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs3 adına olan 17 mart 2020-ci il tarixli 01/18327 nömrəli məktub cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 320 (üç yüz iyirmi) manat dövlət büdcəsindən pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar