Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-100/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, , əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kontakt Home mağazalar şəbəkəsində menecer işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 246-cı maddələri ilə, xx xxxx 1996-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Kontakt Home mağazalar şəbəkəsində menecer köməkçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 246-cı maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, “İçərişəhər” metrostansiyasının qarşısındakı meydanda ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, dövlət tərəfindən mühafizə olunan tarixi və mədəniyyət abidəsinin korlanması ilə müşayiət edilən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ümumdavranış qaydalarına saymazyana və etinasız münasibət göstərməklə, ictimai mənafeyə əhəmiyyətli zərər vuran qərəzli hərəkətlərlə heç bir əsaslı səbəb olmadan “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılmış Dövlət tərəfindən mühafizə olunan tarixi və mədəniyyət abidələrinə aid olan və elmi, ədəbi, mədəni əhəmiyyət kəsb edən X5 abidəsinin təsbeh hissəsini qəsdən sındırıb zədələməklə korlayaraq həmin abidəyə 1197,5 manat məbləğində maddi ziyan vurmaqla bir qrup şəxs halında xuliqanlıq etmiş, habelə dövlət tərəfindən mühafizə olunan tarixi və mədəniyyət abidəsini qəsdən korlamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs halında xuliqanlıq) maddəsi ilə, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə ona elan edilən ittihamda özünü qismən, mədəniyyət abidəsinin korlanması hissəsində təqsirli bilmişdir. İfadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə o, iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə saat 18:00 radələrində işdən çıxıb iş yoldaşları Elvinin idarə etdiyi avtomaşınla “İçərişəhər” metrostanyasının yaxınlığına gəlib orda yerləşən “Saxsı” restoranında oturub yemək yeyərək üç nəfərə 0,7 litr spirtli içki araq qəbul etmişlər. Saat təxminən 22:45 radələrində isə restorandan çıxmış, Elvin idarə etdiyi avtomaşınla getmiş, o isə Allahverdi ilə “İçərişəhər” metrostansiyası istiqamətində piyada hərəkət etməyə başlamışlar. Metroya çatarkən Allahverdi tanışı Şahid2 ona zəng edərək harada olduğunu soruşmuş və Allahverdi bildirmişdir ki, “İçərişəhər” metrostansiyasının qarşısındadır və içkili vəziyyətdədir. Həmin vaxt Ramin onu orada gözləməklərini və onları gəlib evə aparacağını bildirdiyindən o, Allahverdi ilə orada “İçərişəhər” metrosunun qarşısında olan meydanda gəzişməyə başlamışlar. Bu vaxt onlar ora yeni qoyulmuş H.Z.Tağıyevin abidəsini görmüş və həmin abidə ilə şəkil çəkdirmək qərarına gəlmişlər. Onlar heykələ yaxınlaşdıqdan sonra o heykəlin ətrafında dövrə vurmuş və abidənin arxa tərəfində olan təsbehin hansı materialdan olduğunu yoxlamaq üçün əlini ona vurmuş, elə həmin vaxt təsbeh qırılaraq yerə düşmüşdür. O, həyəcanlı şəkildə təsbehi yerdən götürmüş və qərara gəlmişdir ki, gizlətmək üçün harasa atsın. Bu vaxt Allahverdinin dostu Ramin ona zəng edərək artıq gəldiyini bildirmiş və onlar maşına tərəf gedib maşına oturmuşlar. Ramin maşını hərəkətə gətirib bir qədər hərəkət etdikdən sonra o təsbehin onda qalmasını görüb maşını saxlatdırmış və yeraltı keçidlə yolu keçib təsbehi heykəlin yanında olan daşın üzərinə qoyub geri qayıtmış və avtomobilə mindikdən sonra onlar oradan uzaqlaşıb yaşadıqları ünvana getmişlər. O, təsbehin materialını yoxlamaq istəyərkən görmüşdür ki, təsbehin bir hissəsi tamamilə aralanmış vəziyyətdə, bir hissəsi isə çox kiçik metal parçadan asılmış vəziyyətdə olmuşdur. O, təsbehə əl vurarkən təsbeh ani bir məqamda qırılaraq yerə düşmüş, həmin hadisə ani baş verdiyi üçün və həmin hadisə vaxtı o sərxoş olduğu üçün ağlına gəlməmişdir ki, kiməsə yaxınlaşıb bu barədə məlumat versin və təsbehi də yerə qoysun, həmçinin də Ramin həmin vaxt gəldiyi üçün o, özündən asılı olmayaraq maşına tərəf hərəkət etmişdir ki, yolda olarkən həmin təsbehi atsın, lakin maşına oturduqan sonra bu barədə Raminə məlumat verdikdə o təsbehi aparıb yerinə qoymağı ona demiş və o da maşından düşüb yeraltı keçid ilə yolu keçib təsbehi aparıb heykəlin yaxınlığındakı daşın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 son sözündə əməlində xuliqanlıq əlamətinin olmamasını, mədəniyyət abidəsini qəsdən korlamadığını, ali təhsilli olmasını, himayəsində üç övladının olmasını, sadəcə heykəlnən şəkil çəkdirməsini, dəymiş ziyanın ödənilməsini və gənc olmasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 246-cı maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilməyərək göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə o, iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə saat 18:00 radələrində işdən çıxıb iş yoldaşları Elvinin idarə etdiyi avtomaşınla “İçərişəhər” metrostanyasının yaxınlığına gəlib orada yerləşən “Saxsı” restoranında oturub yemək yeyərək üç nəfərə 0,7 litr spirtli içki araq qəbul etmiş, saat təxminən 22:45 radələrində isə restorandan çıxmışlar. Elvin idarə etdiyi avtomaşınla getmiş, o isə Vüqar ilə “İçərişəhər” metrostansiyası istiqamətində piyada hərəkət etməyə başlamışlar. Metroya çatarkən onun dostu Şahid2 ona zəng edərək harada olduğunu soruşmuş və o bildirmişdir ki, «İçərişəhər» metrostansiyasının qarşısındadır və içkili vəziyyətdədir. Həmin vaxt Ramin orada gözləməklərini və onları gəlib evə aparacağını bildirdiyindən o Vüqar ilə orada “İçərişəhər” metrosunun qarşısında olan meydanda gəzişməyə başlamışlar. Bu vaxt onlar orada yeni qoyulmuş H.Z.Tağıyevin abidəsini görmüş və həmin abidə ilə şəkil çəkdirmək qərarına gəlmişlər. Onlar heykələ yaxınlaşdıqdan sonra Vüqar heykəlin ətrafında dövrə vurmuş və abidənin arxa tərəfində olan təsbehin hansı materialdan olduğunu yoxlamaq üçün əlini ona vurduqda elə həmin vaxt təsbeh qırılaraq yerə düşmüşdür. Vüqar tez təsbehi yerdən götürmüş və əlində saxlayarkən Ramin ona zəng edərək artıq gəldiyini bildirmiş və onlar maşına tərəf gedib maşına oturmuşlar. Ramin maşını hərəkətə gətirib bir qədər hərəkət etdikdən sonra Vüqar təsbehin onda qalmasını dediyindən Ramin maşını saxlamış və Vüqar yeraltı keçidlə yolu keçib təsbehi heykəlin yanına qoyub geri qayıtmış və avtomobilə mindikdən sonra onlar oradan uzaqlaşıb yaşadıqları ünvana getmişlər. O, ümumiyyətlə heykələ əl vurmamış, Vüqar təsbehin materialını yoxlamaq istəyərkən təsbeh ani bir məqamda qırılaraq yerə düşmüş, Vüqarın onu qırmaq məqsədi olmamış, həmin hadisə ani baş verdiyi üçün və həmin hadisə vaxtı onlar sərxoş olduqları üçün ağıllarına gəlməmişdir ki, kiməsə yaxınlaşıb bu barədə məlumat versinlər və təsbehi də yerə qoysunlar, həmçinin də Ramin həmin vaxt gəldiyi üçün onlar özlərindən asılı olmayaraq maşına tərəf hərəkət etmiş, lakin maşına oturduqan sonra bu barədə Raminə məlumat verdikdə o təsbehi aparıb yerinə qoymağı Vüqara demiş və Vüqar da maşından düşüb yeraltı keçid ilə yolu keçib təsbehi aparıb heykəlin yaxınlığındakı daşın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 son sözündə əməlində xuliqanlıq əlamətinin olmamasını, tarixi abidəyə zərər vurmamasını, əvvəllər məhkum olmadığını, sadəcə şəkil çəkməsini, cinayət törətmədiyini, ali təhsilli olmasını, dəymiş ziyanın ödənilməsini və gənc olmasını nəzərə alaraq ədalətli qərar çıxarılmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsndə Zərərçəkmiş şəxs başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləyir və ibtidai isitntaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsidir. Baş vermiş hadisə ilə bağlı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, “İçərişəhər” metrostansiyasının qarşısındakı meydanda “Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim X5 xatirəsinin əbədiləşdirilməsi məqsədilə” Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli Sərəncamı əsasında qoyulmuş, dövlət tərəfindən mühafizə olunan, tarixi və mədəniyyət abidəsi hesab edilən və elmi, ədəbi, mədəni əhəmiyyət kəsb abidənin bürünc abidənin təsbeh hissəsini sındırıb Dövlət tərəfindən mühafizə olunan mədəniyyət abidəsini qəsdən korlamışlar və bununla bağlı Səbail rayon Polis İdarsində cinayət işi başlanmışdır, Zərərçəkmiş şəxs Dövlətin yerli inzibati orqanı olduğu üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat təxminən 23:10-23:30 radələri arasında o, dostu Şahid4 ilə birlikdə “Sabir bağı” adlanan ərazidən “İçərişəhər” metrostansiyası istiqamətində piyada hərəkət edərək metroya çatdıqda metronun qarşısında olan meydanda yeni quraşdırılmış H.Z.Tağıeyvin abidəsini görmüş və abidə ilə şəkil çəkdirmək həmçinin orada olan lövhəni oxumaq üçün abidəyə yaxınlaşdıqda görmüşlər ki, həmin heykələ məxsus olan təsbeh yerdə daşın üstünə qoyulub. Onlar təsbehin sındırılaraq qoparıldığını bildikdən sonra dostu Vaqif “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə həmin heykəlin qoyulmasına təşəbbüs göstərmiş Bəhram Bağırzadə ilə əlaqə saxlayaraq abidənin sınmış təsbehinin şəkilini göndərmişdir. Daha sonra Bəhram Bağırzadə öz mobil telefon nömrəsini yazaraq onunla əlaqə saxlamaqlarını demiş və Vaqif öz telefonu ilə Bəhram Bağırzadə ilə əlaqə saxlamışdır. Bəhram Bağırzadə təsbehi götürərək özlərində saxlamağı və səhər onlardan götürəcəyini demişdir. O, İçərişəhərdə qaldığından təsbehi o, götürüb evə aparmış, bir müddət sonra isə ona Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zəng olunmuş və o onlara yaşayış yerini bildirdikdən bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana yaxınlaşaraq onu polis idarəsinə gətirmişlər və polis idarəsində o təsbehi polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində şahid X4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə saat təxminən 22:40 radələrində o, əmisi oğlu Şahid1 ilə birlikdə olarkən dostu Təqsirləndirilən şəxs2 ilə danışaraq onun harada olmasını soruşmuş və Allahverdi “İçərişəhər” metrostansiyasının yanında olduğunu bildirdikdən sonra onlar onun idarə etdiyi VAZ-2107 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomaşınla “İçərişəhər” metrostansiyasının qarşısına doğru getmişlər. Saat təxminən 23:10 radələrində ora çatdıqda o, dostu Allahverdiyə zəng etmiş və o da bir nəfər əvvəllər bir-neçə dəfə gördüyü lakin şəxsi tanışlığı olmayan Vüqar adlı şəxslə birlikdə gələrək maşına oturmuşlar. Onlar maşına oturduqdan sonra o, Vüqarın əlində təsbeh olduğunu görmüş və Vüqardan təsbehi haradan əldə etdiyini soruşduqda Vüqar bildirmişdir ki, o təsbehin hansı materialdan hazırlandığını yoxlamaq üçün heykələ əl vurarkən həmin təsbeh qırılaraq yerə düşmüşdür. Həmin vaxt o, ona demişdir ki, aparıb təsbehi yerinə qoysun və Vüqar maşından düşərək yeraltı keçid ilə yolu keçib aparıb təsbehi heykəlin yanına qoymuş və maşına qayıtdıqdan sonra onlar yaşadıqları ünvanlara getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, evdə olanda instaqram sosial şəbəkəsində ona yazmışdılar ki, təsbeh qırılıb düşüb və ona qırılmış təsbehin şəklini çəkib atdılar. O, sonunculara ətrafda polis əməkdaşlarının olubolmamasını yoxlamalarını bildirmiş, lakin yaxınlıqda polis əməkdaşları olmamışdır. O da təsbehin özlərində saxlamalarını təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş iş üzrə rəy vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Balistik və trasoloji ekspertizalar şöbəsinin böyük eksperti X7 ifadəsində heykəlin üzərində olan təsbehin əvvəllər heykəlin sol əlindən qəsdən qopub ayrılmasının istisna olunmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, rəssam-heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı X8 ifadəsində göstərmişdir ki, hadisəni eşidəndə çox pis olmuşdur. İlk dəfə fikirləşmişdir ki, heykəl 2 metr yüksəklikdə olsun, amma sonradan, X10 xalqa yaxın olduğu, xalqın yanında olduğu üçün aşağıdan olması qərara alınmışdır. Heykəlin ən zəif yeri təsbeh hissəsi olmuşdur, təsbehin içindən tros keçirdi. Hadisəni ona gecə saat 2-də demişlər, qorxmuşdur ki, təsbehi aparıblar çünki aparsaydılar ən azı 10 gün lazım idi ki təsbeh yenidən düzəldilsin, təsbeh yerində olduğundan 1-2 saata bərpa olunması mümükün olmuşdur. X8 ifadəsində də heykəlin üzərində olan təsbehin əvvəllər heykəlin sol əlindən qəsdən qopub ayrılmasının istisna olunmadığını göstərmişdir. Məhkəmə iclasında hadisənin baş verdiyi yerin videogörüntülərinə baxış keçirilmişdir və müəyyən olunmuşdur ki, 00:12:37-ci dəqiqəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Bakı şəhər İcra Hakimiyyəti” nin inzibati binası tərəfdən “İçəri şəhər” metrosunun qarşısındakı yeraltı keçidin yanı ilə hərəkət edərək “İçəri şəhər” metrosunun qarşısındakı meydanda quraşdırılmış H.Z.Tağıyevin abidəsinə tərəf yaxınlaşırlar. Həmin vaxt orada daha 3 nəfər şəxs var. Həmin 3 nəfər şəxsdən biri abidənin yanında dayanır, digər iki nəfər isə həmin şəxsin fotoşəkilini çəkir, həmin vaxt abidəyə daha iki nəfər şəxs yaxınlaşır və onlarda şəkil çəkdirdikdən sonra 00:14:20-ci dəqiqədən həmin şəxslər oradan uzaqlaşır və Təqsirləndirilən şəxs1 abidəyə yaxınlaşaraq onun yanında dayanır, Təqsirləndirilən şəxs2 isə onun şəkilini çəkir. Daha sonra onlar abidənin qarşısında dayanır və ora daha iki nəfər şəxs yaxınlaşaraq şəkil çəkdirirlər və oradan uzaqlaşırlar. 00:17:48-ci dəqiqədə onlar yenə də abidəyə yaxınlaşır, həmin vaxt Təqsirləndirilən şəxs1 abidənin arxa tərəfində dayanır, Təqsirləndirilən şəxs2 isə onun şəklini çəkir. Daha sonra onlar abidənin qarşısından yeraltı keçidə tərəf gəlirlər və orada bir qədər dayandıqdan sonra 00:18:43-cü dəqiqədə Təqsirləndirilən şəxs1 abidəyə yaxınlaşır və dərhal oradan təkrarən yeraltı keçidə tərəf gəlib keçidə daxil olur, Təqsirləndirilən şəxs2 isə yolun kənarında dayanır. 00:19:11-ci dəqiqədə Təqsirləndirilən şəxs1 keçiddən çıxır onlar birlikdə piyada bir-birilərinə paralel “Filarmoniya bağı” istiqamətində paralel hərəkət edirlər. Videoçəkilişin 00:24:03-cü dəqiqəsində ağ rəngli “VAZ-2107” markalı avtomaşın gələrək “İçəri şəhər” metrosunun qarşısındakı yolun kənarında yeraltı keçidin yanında saxlayır və avtomaşının arxa sol qapısı açılır, Təqsirləndirilən şəxs1 maşından düşür. Həmin şəxs abidəyə tərəf gedib ora yaxınlaşdıqdan sonra təkrarən gəlir. “VAZ-2107” markalı maşina oturur və avtomaşın oradan uzaqlaşır. Videoçəkilişin 00:23:47-ci dəqiqəsində Təqsirləndirilən şəxs2 “İçəri şəhər” metrosunun qarşısındakı yolun kənarında dayanıb Təqsirləndirilən şəxs1 yeraltı keçiddən çıxır və onlar birlikdə piyada bir-birilərinə paralel “Filarmoniya bağı” istiqamətində paralel hərəkət edirlər. Ağ rəngli “VAZ-2107” markalı avtomaşın gələrək “İçəri şəhər” metrosunun qarşısındakı yolun kənarında yeraltı keçidin yanında saxlayır. 00:24:04cü dəqiqədə avtomaşının arxa sol qapısı açılır və Təqsirləndirilən şəxs1 maşından düşür. İş materiallarında olan səxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 2/925 saylı, 19 yanvar 2022-ci il tarixli və 2/924 saylı, 19 yanvar 2022-ci il tarixli tibbi müayinə protokolllarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orta dərəcəli alkoqol sərxoşluq dərəcəsində olmuşlar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11 mart 2022-ci il tarixli 02/04- 552/2022 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılmış X5 abidəsi dövlət tərəfindən mühafizə olunur, tarixi və mədəniyyət abidələrinə aiddir və elmi, ədəbi, mədəni əhəmiyyət kəsb edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-trasoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 3/89 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş heykəlin üzərində olan təsbehin ələ bərkidilmiş hissəsinin ətrafında əlavə qaynaq izləri vardır. Heykəlin üzərində olan təsbehin əvvəllər heykəlin sol əlindən qopub ayrılması istisna edilmir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 9/1728 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov tərəfindən tərtib edilmiş 01 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən qərarda göstərilən “İçərişəhər” metrostansiyasının qarşısındakı meydanda qoyulmuş “X5 abidəsi”nə vurulmuş ziyan onun dəyərinin (tunca tökülmə və qəlibləmə-25.000 manat, heykəlin böyüdülməsi-3500 manat, işçi model-10.000 manat, müəllif işi-100.000 manat və heykəlin qurraşdırılması 1000 manat) 0,5 %-ni təşkil edir, təmir bərpasına isə çəkiləcək xərcin miqdarı 500 manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir az yaşlı - 18 may 2018-ci il təvəllüdlü X9 adlı uşağı var. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayəti törətməkdə təqsirləri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 yanvar 2022-ci il tarixdə saat 23 radələrində bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, “İçərişəhər” metrostansiyasının qarşısındakı meydanda ictimai qaydanı kobud surətdə pozmaları, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, dövlət tərəfindən mühafizə olunan tarixi və mədəniyyət abidəsinin korlanması ilə müşayiət edilən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ümumdavranış qaydalarına saymazyana və etinasız münasibət göstərməklə, ictimai mənafeyə əhəmiyyətli zərər vuran qərəzli hərəkətlər edərək xuliqanlıq etmə və hərəkətlərlə heç bir əsaslı səbəb olmadan “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılmış dövlət tərəfindən mühafizə olunan tarixi və mədəniyyət abidələrinə aid olan və elmi, ədəbi, mədəni əhəmiyyət kəsb edən X5 abidəsinin təsbeh hissəsini qəsdən sındırıb zədələməklə korlanılması cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerində qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onların təqsirli olmaları tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı eləcə də məhkəmə iclasında verdikləri ifadələri, Təqsirləndirilən şəxs1 X5 abidəsinin təsbeh hissəsinin onun toxunması ilə qırıldığını etiraf etməsi və bundan sonra məsuliyyətsiz və etinadsız şəkildə həmin təsbehi özləri ilə aparmaları, bu barədə hüquq mühafizə orqanlarına, yaxınlıqda olan Bakı Metropolitendə və ətrafda xidmət aparan mühafizə polisinə heç bir məlumat verməmələri, həmin hərəkətlərə yol verən zaman sərxoş vəziyyətində olmaları, o cümlədən heykələ üç dəfə ayrı-ayrı vaxtlarda növbə gözləməklə yaxınlaşmaları, ekspertiza rəyinə və ekspertin məhkəməyə verdiyi ifadəsinə əsasən heykəlin üzərində olan təsbehin qəsdən qoparılması onu göstərir ki, ittiham əsaslıdır, təqsirləndirilən şəxslərin əməllərində bir qrup şəxs tərəfindən xuliqanlıq və dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsinin qəsdən korlanması tututarlı sübutlarla öz təsdiqini tapır və onlar məsuliyyətə cəlb olunaraq islah olunmalıdırlar. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilib, Təqsirləndirilən şəxs2 isə təqsirli bilməyərək bəraət istəmələri, özlərini müdafiə xarakteri daşıyır, onların törətdikləri cinayət hadisəsinin olması həqiqətini istina etmir, işin faktiki halları da elan olunmuş ittihamın mahiyyəti ilə eynilik təşkil edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 40cı maddəsinin ikinci hissəsiə əsasən hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 77-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Eyni zamanda, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Göründüyü kimi hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozaraq xalqın milli sərvətini qəsədən korlamışlar. Göstərilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 246-cı maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Səbail Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 03 aprel 2020-ci il tarixində cəzası başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, əvvəllər məhkumluğunun olmasını, videogörüntüdən də göründüyü kimi dəfələrlə heykələ tərəfə gedib gəlməsini, ictimai rezonans doğurmasını, cəmiyyət tərəfindən mənfi emosiyalara səbəb olmasını, sərxoş olmasını, metrostansiya yaxınlığında olmasına baxmayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına dərhal məlumat verməməsini, təsbehi yerə atmasını, heykəlin açılış günü hadisəni törətməsini, heykəlin yararsız vəziyyətə salmasını, bir qrup şəxs tərəfindən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 himayəsində az yaşlı uşağının olmasını, dəymiş ziyanın ödənilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsini tətbiq edərək, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 246-cı maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmasını da əsaslı hesab edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, videogörüntüdən də göründüyü kimi dəfələrlə heykələ tərəfə gedib gəlməsini, sərxoş olmasını, ictimai rezonans doğurmasını, cəmiyyət tərəfindən mənfi emosiyalara səbəb olmasını, metrostansiya yaxınlığında olmasına baxmayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına dərhal məlumat verməməsini, təsbehi yerə atmasını, heykəlin açılış günü hadisəni törətməsini, heykəlin yararsız vəziyyətə salmasını, bir qrup şəxs tərəfindən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs2 dəymiş ziyanın ödənilməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsini tətbiq edərək, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 246-cı maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından təyin ediləcək cəzanın əvvəli cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmasını da əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulmasını, 01 ədəd “DVD” formatlı CD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 25 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 53 (əlli üç) manat, Təqsirləndirilən şəxs2 53 (əlli üç) manat tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-100/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-100/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver