Məhkəmə qərarları › İş №1(009)-100/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-100/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-100/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “X5 Kompaniyası” MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 oktyabr 2023-cü il tarixdə saat 12:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol, eləcə də MOP, OPİ və THC tərkibli narkotik vasitələrinin təsiri altında sərxoş halda, etibarnamə əsasında idarə etdiyi «X22 1844 LS yük» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə 20-ci sahə qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozduğuna görə ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının tələbi ilə Salyan yolunda Bibiheybət qəsəbəsinin yaxınlığında saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilib sənədlərinin yoxlanılması zamanı anidən avtomobili hərəkətə gətirərək davamlı şəkildə saat 22:30 radələrinədək polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayıb, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, avtomobilinin idarə edilməsi yol hərəkəti iştirakçılarınının həyat və sağlamlığı üçün yaratdığı təhlükənin qarşısının alınması məqsədi ilə Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsinə qədər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin və Daxili İşlər Nazirliyinin X23 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən təqib olunub həmin küçəyə daxil olduqdan sonra cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, çoxsaylı digər şəxslərin də narahatlığına səbəb olmaqla, bir çox şəxslərin də özləri və əmlakları üçün təhlükə yaratdığı üçün onun hərəkətlərini dayandırılmasını tələb etmələrinə baxmayaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə ardıcıl olaraq qeyd olunan küçədə dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Hyundai Sonata” markalı 99-LE- 265 dövlət qeydiyyat nişanlı, “Azərbaycan Avtomobil Evi" MMC-yə məxsus “Changan CS85” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Elantra” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs6 məxsus “Mercedes-Benz” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı. Zərərçəkmiş şəxs1 məxsus “Mercedes-Benz E Klass” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs7 məxsus “Nissan Micra” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı, eləcə də sürücü işlədiyi “X5 Kompaniyası” MMC-yə məxsus “X22 1844 LS yük” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri zədələməklə Zərərçəkmiş şəxs3 2906 manat, Zərərçəkmiş şəxs4 MMC-yə 2104,2 manat, Zərərçəkmiş şəxs2 750 manat, Zərərçəkmiş şəxs6 630 manat. Zərərçəkmiş şəxs1 470 manat, Zərərçəkmiş şəxs7 320 manat, həmçinin “X5 Kompaniyası” MMC-yə 3800 manat maddi ziyan vurulması, daha sonra hadisə yerində ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndələri olan DİN-nin X23 Alayının 4cü Patrul Bölüyünün əməkdaşları tərəfindən məcburi qaydada avtomobilinin saxlanılması təmin edildikdən sonra sonuncular tərəfindən yaxalanarkən xuliqanlıq hərəkətlərinin davamı olaraq hakimiyyət nümayəndəsi olan polis nəfəri, polis serjantı Şahid3 qarşı müqavimət göstərilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan sonra, 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müvəqqəti duracağının qarşısına aparılması təmin edilməklə, həmin tarixdə saat 09:00-da qeyd olunan duracağın qarşısında onun iştirakı ilə idarə etdiyi həmin “X22 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılan zaman onun satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz əldə edib avtomobildə saxlayaraq daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,332 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin avtomobilin kabinasının ön panelin üzərində olan külqabıda siqaretin qızılı rəngli kağızına bükülmüş halda 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yük daşıma şirkətinə sürücü işləyirdi. “X22” markalı avtomobil həmin şirkətə məxsusdur və o, həmin avtomobili idarə edir. 28 sentyabr 2022-ci il tarixdə o, Azərbaycanla Rusiya Federasiyasının sərhədini keçərək Azərbaycana çatmışdır. Həmin gün o, evə yükü boşaltmağa gəlmiş, səhərisi gün Xırdalan şəhərindəki qaraja, yəni şirkətə getmişdir. Maşını həyətdə saxlayıb evdə gecələmişdir. O, Gürcüstana getməli idi, ona görə də yolun pulunu almaq üçün şirkətə getmişdir. Sonra oradan 20-ci sahə dairəsinə gəlmiş, orada maşını saxlamışdır. Kafelərin birində oturmuşdur. Sonra təxminən saat 22 radələrində Bayıldan Bibiheybət istiqaməti üzrə gedərkən yol patrul maşını ona saxlamaq barədə əmr etmişdir. Onu yol patrul xidməti saxlamış, sonra çevik polis alayı öz maşınında ona yaxınlaşmışdır. O, sənədlərini təqdim etmiş, lakin yol polis əməkdaşının sənədlərini ona geri qaytarmaqları yadında deyildir. O, polis əməkdaşlarına bildirmişdir ki, qayda pozuntusu ilə bağlı görüntü varsa, təqdim etsinlər. Onlar görüntü təqdim etməmişlər. O, yol patrul xidməti ilə danışarkən çevik polis əməkdaşları ona yaxınlaşmışdır. O da demişdir ki, “imkan verin görüm nə deyir, sonra sizlə danışarıq”. Onlar maşına girmək istəyirdilər. Çevik polis əməkdaşı söyüş söydüyünə görə, o, saxlamamış, çıxıb getmişdir. Ona qədər dayanmışdır. Maşını sürüb gedərkən məhəllənin girəcəyində polis əməkdaşları maşına gülləboran etməyə başlamışlar. O, evinə tərəf gedirdi. O, getməyə başlayanda polislər atəş açmağa başladılar. Polislər maşının kabinə atəş açırdılar, təkərə deyil. Belə olduqda o, idarəetməni itirmiş, fikri güllələrdə qalmışdır. O, qorxmuşdur. Sonra onu analizə aparmışlar. Həmin gün o, sərxoş olmuşdur. Daha sonra onu bölməyə gətirmişlər. Orada ona su içirtmişlər, ona demişdilər ki, guya bu, içkidən adamı ayıldan bir məhluldur. Ona Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində qəhvəyi rəngdə su içirtmişlər. Təzədən 1-2 saatdan sonra onu yenidən analizə aparmışlar. Sonra onu bölməyə gətirdilər. Bölmədə onun qarşısına iki narkotik vasitə qoyulmuş və ona bildirmişlər ki, ikisindən birini seçsin. Ona demişlər ki, sarı rəngdə olanı seçsə ondan çıxış yolu var. Digərini seçsə “ondan çıxa bilməyəcəksən”. İstintaqda da ondan narkotik vasitəni kimdən aldığı soruşulanda o, bilmədiyiniqeyd edir. Əgər həqiqətən narkotik vasitə alıbsa necə ola bilər ki, o, aldığı adamı bilməsin. Həmin gün o, Yasamalda olmamışdır. Ona nə demişlərsə şəxsi axtarış zamanı onları demişdir. Ona əməliyyat müvəkkili Ramin Lətifli bildirmişdir ki, “rəisin tapşırığıdır, sağ cibindən çıxardarsan”. Sonra onu otağa qaldırmışlar. X17 rəisi zəng etmiş, bundan sonra Şahid6 ona rəisin fikrinin dəyişdiyini, cibindən deyil, maşınından çıxarmalı olduğunu bildirmişdir. Ramin Lətifli ona telefonda külqabı açıq vəziyyətdə, sağında balaca bir büküm göstərmişdir, guya ki, başqa yer yox idi, narkotik vasitəni külqabıya qoymuşdur. Onu sonra Narkoloji Mərkəzə aparmışlar. Bildirmişdir ki, o, polislərdən qaçmamışdır. Söyüş söyməyənə qədər o, dayanmışdır. Ona güllə atılmayana qədər o, heç bir maşına toxunmamışdır. Onu müdafiəçinin yanında təlimatlandırmışdırlar ki, Yasamalda olduğunu desin. Halbuki o, Yasamalda olmamışdır. Onu gülləbarana salmışdılar, bunu ört-basdır etmək üçün üstünə narkotik atdılar. Polis əməkdaşları onu gecə avtomobildən çıxardıqdan sonra döymüşlər. Xəsarətlər göz qabağında idi. Avtomobilin açarları polislərdə idi, ona verməmişdilər. Avtomobilin qapılarının hamısı açıq qalmışdır. Onu günortadan sonra maşının yanına aparmışlar. Maşında yoxlama olmamışdır. Ön təkərin havası boşalmışdır. Avtomobilə baxış üçün günorta saatlarında onu aparmışdılar. Çəkilişi polislər aparırdı. Biri Şahid6 idi, digəri yadında deyil. Müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, təhqiqata təxminən saat 11-də təqdim olunmuşdur. Avtomobilin açarını polis cərimə meydançasından gedib götürmüşdür. Ondan izahatı alan başqa şəxs, üzərini yoxlayan başqa şəxs olmuşdur. Onu bölməyə aparmışlar, gətirən kimi üstünü yoxlamışlar. Üzərində heç nə yox idi. Sonra onu analizə aparmışlar.Onu analizə aparan tanımadığı mayor olmuşdur. Onu 250 BMW nömrəli nəqliyyat vasitəsi ilə aparmışlar. Onu iki dəfə analizə aparmışlar. Polis bölməsinə gətirilərkən xəsarətlər var idi, həmin şiş istintaq təcridxanasına aparanda yox idi, sonradan şişməyə başlamışdır. Həmin gün Lökbatanda və Xırdalanda olmuşdur. Xırdalan şəhərinə gedərkən kənar dairəvi yol ilə üzbəüz hərəkət etmişdir. Evə getməmişdir. Kafedə yeyib içirdi. Oradan çıxandan sonra da onu saxlamışlar. 20 ildir sürücüdür. Litvin Babayev küçəsinə dönən kimi atəş atmağa başlamışlar. O, öz evi istiqamətində hərəkət edirdi. Onun maşınına polis əməkdaşı daxil olmuş, onu maşından düşürmək istəmişdir. O, maşının qapısını açmışdır. Açdıqdan sonra onu kabinin içərisində bir nəfər 2-3 dəfə vurmuşdur. Xəsarəti vardır. Onun qaçmaq niyyəti olmamışdır. O, evinə gedirdi. Onu polis bölməsində saxlama yerində saxlamışlar, səhərə kimi qapını açmamışlar. Müdafiəçi səhərisi gün saat 10-11 radələrində gəlmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs “X6 Kompaniyası” MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən “X5 Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqşünası vəzifəsində işləyir. “X5 Kompaniyası” MMC şirkətinin hüquqi ünvanı ünvan 3 ünvanında, lakin ofisi və qarajı Bakı şəhəri Xırdalan şəhərində yerləşir. Şirkətin rəhbəri Rövşən İsgəndərlidir. Həmin şirkət beynəlxalq və ölkədaxili yük daşımaları ilə məşğuldur. Bunun üçün şirkətin balansında yük avtomobilləri və müxtəlif təyinatlı yüklərin daşıması üçün nəzərdə tutulmuş qoşquları vardır. Yük daşımaların həyata keçirilməsi üçün şirkətin adından əmək müqaviləsi bağlanmış sürücülərə bütün nəqliyyat vasitələri idarə etmək üçün etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından şirkətdə sürücü işləyir. 2022-ci il avqust ayının axırlarında şirkətin balansında olan “Mercedes-Benz” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə refrecirator qoşqunu ilə Estoniyaya 20 ton qarpız daşıyıb orada sifarişçiyə təhvil verdikdən sonra 28 sentyabr 2022-ci il tarixdə Azərbaycana gəlmişdir. Digər sifariş əsasında Təqsirləndirilən şəxs səhərisi gün Gürcüstanın Tiflis şəhərinə qoşqununda olan "xxxx" energetik içkini çatdırmalı olmuşdur. Şirkətin tələbi maşına dəymiş güllələrlə bağlı ziyan ödənilməsindən ibarətdir. Maşına nə qədər ziyan dəyməsi hesablanmamışdır. Dəymiş ziyanı güllə atandan, yəni polisdən tələb edir. Hadisə olan gecə təxminən saat 24 radələrində avtomobilin yanına getmişdir, polislər ona bildirmişlər ki, maşını hərəkət etdirmək üçün sürücü lazımdır, o da tanış sürücülərə zəng edərək demişdir ki, təkəri dəyişmək və s. lazımdır, ona görə hazırlıqlı gəlsinlər. Sonra maşını oradan polislərin nəzarəti ilə cərimə meydançasına aparmışlar. Maşının qapısının bağlı yoxsa açıq oduğunu özü birbaşa yoxlamadığından dəqiq bilmir. Avtomobilin salonuna baxmamışdır. Avtomobilin yanında 2-3 nəfər polis var idi, kənardakılar avtomobilə müdaxilə etməsinlər deyə qoruyurdular. Avtomobilin açarı polisdə idi. Təkər güllə dəyməsi nəticəsində boşalmışdır. Təkəri şirkətin sürücüsü dəyişmişdir. Təmir edən sürücünü adı Namiqdir. Avtomobili şirkətin sürücüsü işə salıb cərimə meydançasına aparmışdır. Maşının sığortası var. Təqsirləndirilən şəxs yaxşı sürücü kimi tanıyır, müsbət xasiyyətdədir. Müdafiəçinin verdiyi suala cavab olaraq bildirmişdir ki, istintaq zamanı ifadəsində göstərdiyi dəymiş ziyanı iki cür göstərməsini onunla izah edir ki, olar bilər, o, istintaqda dəymiş ziyandan ümumi danışmışdır, lakin tələbi polisə qarşıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, idarə etdiyi “Hyundai Elantra” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında küçədə saxlayır. 29 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində evdə qonaq otağında olarkən atəş səsləri eşitmişdir. Təqsirləndirilən şəxs məhəllədən tanıyır. Hadisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs maşını onların evi istiqamətində sıxmışdır ki, avtomobillərə dəyməsin. Güllə səslərini eşitdikdə içəri girmişdir. Rəşadın maşını sola sıxdığını, sonra təkərinin partladığını görmüşdür. Rəşad maşını onun maşınına dəyməsin deyə öz idarə etdiyi maşını divara tərəf sıxırdı. Təqsirləndirilən şəxs məhəlləyə o şəkildə gəlməyinin səbəbi polislərin güllə atması olmuşdur. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, şikayəti güllə atan polislərdəndir. Hadisə baş verən zaman yoldaşının dayısı məhəllədə olmuşdur. Qaçıb gizlənməsəydi, güllə bəlkə də ona dəyəcəkdi. Təqsirləndirilən şəxs maşını saxladığı yerlə evin arasında təxminən 6-7 metr olardı. Təqsirləndirilən şəxs maşından təslim olaraq çıxmışdır. Polislər onu vurmuşlar, bunu Rəşadın ailə üzvləri də görmüşlər. O, polisə bildirmişdir ki, avtomobilinə dəymiş zədələri özü dəzəldəcək, şikayəti yoxdur, lakin polislər ona məcbur edərək şikayət etməli olduğunu bildirmişlər. Sonra polis bölməsinə getmiş, orada görmüşdür ki, Rəşadın barəsində cinayət işi açılmağına dair tələbi olduğunu yazmışlar. O, bu zaman bildirmişdir ki, cinayət işi açılmağını istəmir. Onu bölməyə sığortaya görə çağırmışlar, o da sığortaya görə gəlmişdir. Xahiş etmişdir ki, cinayət işi açılmağı ilə bağlı tələbinin olması barədə cümləni ifadəsindən çıxartsınlar, onlar da çıxarmışlar. Zərərçəkmiş şəxs qismində tanınmışdır, lakin Təqsirləndirilən şəxs qarşı tələbi yoxdur. Sığorta qiymətləndirmişdir ki, ona 380 manat ziyan dəymişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində işdən evə gəlmiş və idarə etdiyi “Hyundai Sonata” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin yanında ümumi həyətyanı sahənin daş hasarına bitişik olaraq saxlayaraq evə daxil olmuşdur. Saat 22:30 radələrində küçədən atəş və maşınına güclü zərbənin dəyməsi səsini eşitmişdir, o, dərhal küçəyə çıxmış və görmüşdür ki, qoşqusuz olan yük avtomobil onun maşını ilə divar arasında sıxılmışdır. O, 5-10 güllə səsi eşitmişdir. O, dəymiş zərəri tələb edir. O, xuliqanlıqla bağlı deyil, ona dəymiş maddi zərərlə bağlı ərizə vermişdir. Təqsirləndirilən şəxs kiməsə qarşı zorakılıq etməsini bilavasitə görməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X24 4-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 29 sentyabr 2022-ci il tarixdə saal 20:00-də Şahid4la xidmətə başlamış və təlimatlandırmada iştirak edəndən sonra post yoldaşı Şahid4la xidməti avtomobilə əyləşib dislokasiya ərazilərdə xidmət təşkil etməyə başlamışlar. Efir vasitəsilə eşitmişlər ki, bir nəqliyyat vasitəsi yolda qanunun tələblərinə tabe olmur. Onlar yaxınlaşanda maşın Bibiheybət istiqamətindən Bayraq Meydanı tərəfə hərəkət edirdi. Maşını saxlamaq istədiklərindən süni tıxac yaratmış, lakin maşın saxlamayaraq keçib getmişdir. Bayraq Meydanından yuxarı istiqamətdə qalxanda onlar maşının arxasnca müşayiət edirdilər. Məhəlləyə girmişlər. O, sürücü olmamışdır, avtomobildə 3 nəfər olmuşlar. O, piyada kimi Rəşadın maşının arxasınca gedirdi. Küçə dar olduğundan maşın yavaş gedirdi. O, qaçaraq maşınsız hərəkət edirdi. Yük avtomobili hərəkətini dayandırmadığından odlu silahdan istifadə edərək təkərlərinə atəş açmışdır. Təqsirləndirilən şəxs maşını saxlasın deyə ilk növbədə havaya atəş açmışdır, sonra isə təkərlərinə. O, yan tərəfə keçərək təkərlərinə atəş açmaq istəmişdir, lakin küçə dar olduğudan təkəri partlatmaq üçün mövqe seçə bilmirdi. O, arxadan atəş açırdı, belə olduqda isə bəzən təkərə dəyirdi, bəzən isə təkər qalın olduğundan güllə ona təsir etmirdi, vuran kimi təkəri deşmirdi. Onlar orada ziyanın artmasını istəməmişlər, insanlar küçəyə çıxmışdı, təhlükəli vəziyyət yaranmışdır. Təqsirləndirilən şəxs isə hərəkətini dayandırmırdı. Onu tutmaq lazım idi. Təqsirləndirilən şəxs özü də harasa dəyə bilərdi. Təqsirləndirilən şəxs ən yaxın o idi, arxasınca gedirdi. O görürdü ki, Rəşad bəzən tırı divarlara vururdu ki, maşınlara sürtməsin. Maşınlara sürətlə gəlib dəymirdi, əyləcə basırdı. Rəşad sərxoş idi, anlaqsız idi. Lakin o dərəcədə özünü itirmiş halda deyil idi ki, maşınlara bərk vursun, əyləcə basırdı. Lakin təhlükəli idi. Kabinkanı “Hyundai” markalı maşına dəyəndə təkəri artıq partlamış idi, dayanmışdır. O və Sənan “Hyundai” markalı maşının üzərinə çıxmışlar, ora hansısa vətəndaş da çıxmışdı, onu tanımır. Rəşad da görmüşdür ki, maşın getmir. Bundan sonra o, maşını saxladı və təslim oldu. Rəşad ona zərbə vurmamışdır, iş yoldaşını sinəsindən itələmişdir. O, orada Rəşada qaz balonu tətbiq etmişdir. Onu təhqir etməmiş, xəsarət yetirməmişdir. Daha sonra onu bölməyə aparmışlar, orada Rəşad özü də etiraf etmişdir ki, sərxoş olmuşdur, gərək saxlayardı, bağışlanmasını xahiş etmişdir. O, Rəşadın övladlarını görmüşdür, bir vətəndaş kimi pis olmuşdur. Təəssüflənmişdir ki, kaş həmin uşaqların atası belə əməl etməzdi. Tusi Məmədov onu ekipajıdır, Şahid3 isə arxadakı maşında idi. Maşında o, Şahid4la olmuşdur. Silahda 30 patron olur, 15 daraqda olur, 15 isə əlavə olur. Təxminən 4-5 dəfə xəbərdarlıq atəşi açmışdır. Ümumilikdə 21-24 güllə atmışdır. Rəşadın qarşısına adam da çıxa bilərdi, maşınla adam da vura bilərdi. Kabinaya heç kim girməmişdir, onlar “Hyundai” markalı maşının üzərinə çıxmışlar, qaz balonunu da Rəşada həmin vaxtı tətbiq etmişdir. Ona görə qaz balonunu tətbiq etmişdir ki, Rəşad oradan qaça bilərdi. Sonra eşitmişdir ki, maşın duracağa yerləşdirilib, o, orada olmamışdır. Onların vəzifəsi vətəndaşı bölməyə təhvil verməkdir. Bildirmişdir ki, atəş açmaqla düzgün qərar vermişlər, atəş açaraq maşını saxlamışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini yaşadığı evinin qarşısında küçədə saxlayır. Hadisə baş verən vaxtı, yəni 29 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində o, evində yatırdı, atəş səslərini eşidib evdən bayıra çıxmış və bu zaman polislərin qonşusu Rəşadı götürüb apardıqlarını görmüşdür. O, maşınına ziyan dəydiyini sonradan bilmişdir, ona polislər demişdir. Onun maşının arxa tərəfi cuzi zədə almışdır. Ona 200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayəti yoxdur, ziyanı tələb etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, idarə etdiyi “Nissan Micra” markalı avtomobilini yaşadığı evinin qarşısında küçədə saxlayır. 29 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində məhəllədə səs-küy eşitmiş, küçəyə çıxmışdır. Onun maşını zədələnəndə o, evdə idi, pəncərədən baxırdı. O, pəncərədən baxanda maşının əzilməyi görünmürdü, küçəyə çıxanda görmüşdür. Yük maşının içərisində Rəşadın olduğunu görməmişdir, küçəyə çıxanda sürücünün Rəşad olduğunu görmüşdür. O, həm sosial şəbəkədə, həm də kameradan görmüşdür ki, Rəşad onun maşınına dəyməmək üçün kənara çəkmişdir. Hesab edir ki, əgər Rəşad xuliqanlıq etmiş olsaydı, onun maşının ortası əzilməli idi. O, öz kameralarında da görmüşdür ki, Rəşad maşını divara dirəmişdir. Rəşad çalışırdı ki, onun maşınına dəyməsin. Rəşad onun maşının təkərini sürtüb keçmişdir. O, şikayətçi deyil. Nə qədər atəş səsi eşitdiyini xatırlamır, lakin sonradan kameradan baxdıqda 24 atəş açıldığını bilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxsi tanıyır. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində xidmətə gəldikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 3-4 saat əvvəl narkotik vasitələrin və spirtli içkilərin təsiri altında yük maşınını idarə etmiş, polisin, yol patrul əməkdaşının əmrinə tabe olmamış, bundan sonra o, həmin yük avtomobili ilə hərəkətə davam edərək yaşadığı ünvana, Litvin Babayev küçəsinə kimi həmin nəqliyyat vasitəsini idarə etmiş, idarəetmə zamanı öz maşını ilə yanaşı digər nəqliyyat vasitələrinə də ziyan vurmuşdur. Saxlanılmasında yol patrul xidmətlərindən əlavə də, ərazidə xidmət aparan X24 əməkdaşları iştirak etmişdir. Ona bildirilmişdir ki, həmin şəxsin saxlanıldıqdan sonra, müayinə olunduqda spirtli içki qəbul etdiyi və qanında narkotik vasitə olan heroin aşkar edilmişdir. Bu məqsədlə də narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış və götürmənin keçirilməli olduğu bildirilmişdir. O və bölmənin keçmiş işçisi Şahid8, təhqiqatçı Rahib Cəfərovun və dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunan əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçının suallarına Təqsirləndirilən şəxs cavab verərək bildirmişdir ki, narkotik vasitəni idarə etdiyi yük avtomobilinin sürücü-kabin hissəsində saxlamışdır. Bu məqsədlə də onlar, yəni təhqiqatçı Rahib Cəfərov, Şahid8 və o birlikdə tırın saxlanıldığı dayanacağa getmişlər. Orada yenidən videoçəkiliş vasitəsilə həmin şəxsə narkotik vasitəni harada saxladığı sual olunduqda o, şəxsən tırın sürücü olan kabininə daxil olaraq həmin narkotik vasitəni gizlətdiyi yeri onlara göstərmişdir. Müvafiq ekspertizanın təyin edilməsi məqsədilə həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılıb zərfə qoyulmuşdur. Ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, həmin narkotik vasitə heroindir, çəkisi şəxsi istehlak miqdarından yuxarıdır. Təqsirləndirilən şəxs idarə etdiyi yük maşınına baxış keçirilməsini zəruri edən Rəşadın onda narkotik vasitə olduğunu, lakin üzərində olmadığı, yük maşının kabinində gizlətdiyini bildirməsi olmuşdur. Əməliyyat məlumatı olduqda şəxsin üzərinə axtarış keçirilir. Nəqliyyat vasitəsinin duracağa aparılmasında iştirak etməmişdir. Hadisə baş verəndən sonra duracağa aparılana kimi nəqliyyat vasitəsinə kimin nəzarət etdiyini bilmir. Avtomobilin açarlarının kimdə olmasından xəbəri olmamışdır. Lakin avtomobil duracağa veriləndə akt tərtib olunur. Aktda avtomobilin açarları, avtomobilin kim tərəfindən gətirildiyi qeyd olunur. Avtomobilə baxış keçirilmə vaxtını dəqiq bilmir, çünki vəkilin gəlməyi, şəxsi axtarış və götürmə keçirmə, yəni müddət keçmişdir, cinayət işinin materiallarında qeyd olunmuşdur. Videoçəkilişdən görünür ki, hava qaralmamışdır. Baxışda o, Şahid8, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Baxış keçirilənədək nəqliyyat vasitəsinin yanına getməmişdir. Polis bölməsində Təqsirləndirilən şəxsla dialoqu olmuşdur, Rəşad ona hadisəni danışmışdır. Şəxsi axtarış zamanı çəkiliş dəqiq xatırlamasa da, ya onun tərəfindən ya da Tural tərəfindən aparılırdı. Videoda əgər Tural görsənirsə, deməli çəkiliş onun tərəfindən aparılmışdır. Həmin videomateriallar hal-hazırda telefonunda yoxdur, çünki onu diskə köçürdükdən sonra yaddaşda yer tutduğundan telefonda saxlamırlar. Nəqliyyat vasitəsinə baxış günorta olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gecə saatlarında gətirmişdilər. Təqsirləndirilən şəxs iddia edir ki, narkotik vasitə avtomobilə qoyulmuşdur. Ona fiziki zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs xarici ölkələri gəzmiş insandır, bölmədə ondan qorxub cinayəti boynuna alması məntiqsizdir. Maşın duracağa qoyulmamışdan qabaq baxış keçirilib-keçirilmədiyini bilmir. Lakin təcrübədə yol patrul xidməti əməkdaşları tərəfindən maşın duracağa qoyulanda maşında hər hansı qiymətli əşyanın olub-olmaması soruşulur, digər əşyalar isə nəqliyyat vasitəsində saxlanılır. Aktda da qeyd olunur. Litvin Babayev küçəsində maşına baxış keçirməməsini onunla izah edir ki, əvvəla orada olmamışdır, həmçinin baxış keçirilməsi üçün vəkil dəvət olunmalı idi, əks halda müdafiə hüququ pozulmuş olardı. İstintaq zamanı verdiyi ifadə ilə, yəni protokolun tarixinin saat 07-də olması, lakin onun bölmədə gecə olmadığını, səhər saat 08-də gəldiyini bildirməsi arasındakı ziddiyyəti izah edə bilmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X24 4-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Həmin gün onlar Bayılda, 20-ci sahədə xidmət aparırdılar. Sonra Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsi onlardan kömək istəmiş, dərhal köməyə getmişlər. Onlara Bibiheybət məscidinin qarşısına çağırmışlar. Təqsirləndirilən şəxs maşını təhlükəli idarə edirdi, Bayılda insanların yaşadığı ərazidə təhlükəli maşın sürürdü. Onlar Rəşad yaşadığı məhəlləyə qədər təqib etmişlər. Yol patrul xidmətinə kömək göstərmişlər. O sürücüdür, o atəş açmamışdır. Şahid5 Rəşadı dayandırmaq üçün atəş atırdı. Ekipajda o və Şahid5 olmuşdur. Onlar gələndə Rəşad yol polisinin onu saxladığı yerdə deyildir, artıq hərəkət edirdi. Onlara avtomobili təqib etməklə bağlı konkret göstəriş verilmiş idi, növbətçi hissədə olan Sərvan onlara bildirmişdir ki, 254 nömrəli yol patrul maşınına kömək etsinlər. Rəşadı yol patrul xidmətinə tabesizlik göstərdiyinə görə təqib edirdilər. Təqib edərkən yol patrul xidməti onlardan irəlidə idi. Rəşadın sərxoş olmağı ilə bağlı onlara məlumat verilməmişdir. Onun şəxsiyyəti və yaşayış yeri onlara bəlli deyil idi. Rəşadla təxminən 7-8 metr məsafədə gedirdilər. O, növbəyə çıxanda üzərində tabel silahı var idi. Tabel silahında 30 ədəd patron olur. O, güllə atmamışdır. Nəqliyyat vasitəsinin kabinasına girməmişdir. Rəşadı maşından düşürəndə maşın işlək vəziyyətdə idi. Maşını kimin söndürdüyünü xatırlamır. Hadisə yerini saat neçədə tərk etdiyini xatırlamır. Maşın hadisə yerində qalmışdır, sonradan əməkdaşlar maşını aparmışlar. Maşının qorunmasını həyata keçirmək üçün gecə bölmədən əməliyyatçılardan kimisə göndərmişdilər. Şahid5 başqa heç kəs atəş açmamışdır. Atəş açılarkən qıraqda insanlar var idi. Üzərində qaz balonu olmuşdur, lakin o, qaz balonunu tətbiq etməmişdir. Rəşadın üzərinə qaz balonunu kimin tətbiq etdiyini bilmir. Rəşad özü bölmədə demişdir ki, onu saxlamasaydılar o, adam öldürə bilərdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X24 4-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Səbail Rayon Polis İdarəsindən onlara bildirilmişdir ki, 254 nömrəli yol patrul xidmətinə kömək lazımdır və həmin nəqliyyat vasitəsinin saxlanılması təmin edilməlidir. Həmin ünvana yaxınlaşan zaman vətəndaşın nəqliyyat vasitəsini insanın həyat və sağlamlığına zərər yetirəcək dərəcədə təhlükəli idarə etdiyini görmüşlər. Dəfələrlə xəbərdar etməklərinə baxmayaraq qanunun tələbinə məhəl qoymamışdır. Sonda küçədə sıxılıb qalmış və tərəflərindən saxlanılmışdır. Onlar, yəni onunla Şahid3 “Mercedes” markalı xidməti maşında olmuşlar. Şahid4 242 nömrəli avtomobildə olmuşlar. O, Rəşadı maşından düşürməyə kömək etməmişdir, onu bölməyə aparılmasına kömək etmişdir. Üzərində silahı olmuşdur, içərisində 15 patron və 15 ehtiyat patronu olmuşdur. O, silahdan istifadə etməmişdir. Rəşadı bölməyə gətirdikdən sonra hadisə yerinə qayıtmamışdır. Onlardan başqa hadisə yerinə bölmənin işçiləri gəlmişdir. Rəşadın nəqliyyat vasitəsinin duracağa gətirilməsindən məlumatı olmamışdır. Rəşadı uzaqdan müşahidə emişlər, onu təqib etməmişlər. Güllə atılana qədər su xətləri, maşınlar əzilmiş idi. Güllə atılarkən ətrafda insanlar yox idi. Videogörüntüdəki insanlar sonradan məhləyə çıxmışdılar. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, işdən gəldikdən sonra qonşular ona zəng edərək hadisəni danışmışlar. Onun avtomobilinə 3000 manata yaxın ziyan dəymişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs onun maşınına qərəzli olaraq vurmamış, mövcud vəziyyətdən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs yoldaşı hadisə ilə bağlı dəymiş ziyanı, yəni 2000 manatı ona ödəmişdir. Şikayəti yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin X24 4-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Səbail Rayon Polis İdarəsindən onlara bildirilmişdir ki, 254 nömrəli yol patrul xidmətinə kömək lazımdır və həmin nəqliyyat vasitəsinin saxlanılması təmin edilməlidir. Həmin vaxtı onlar X33 yanında idilər. Təqsirləndirilən şəxs yüksək sürətlə hərəkət etdiyini görmüşlər, yol patrul xidmətinin ardınca Bayıl istiqamətində yuxarı küçələrə gedirdilər. Rəşad tabesizlik göstərirdi, sərxoş olduğu bilinirdi. O, yoldakı maşınlara, su, işıq xətlərinə zərər yetirirdi. Sonra Şahid5 atəş açmış, təkəri deşildikdən sonra maşını saxlamışdır. Onlara Rəşadı təqib etməklə bağlı göstərişi Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsindən vermişlər. Həmin polisin kimliyi ona məlum deyil. Onlar Rəşadı 50-100 metr məsafədə təqib edirdilər. Yol patrul xidməti əməkdaşlarının Rəşadı birinci dəfə saxladığı yerə, Bibiheybət məscidinin qarşısına getməmişlər, onlar Bayılda xidmət aparırdı. Rəşadın harada yaşadığını bilmirdilər. Səbail Rayon Polis İdarəsinin 8-ci X11 Babayev küçəsinə qədər onu təqib etmişlər. Nəqliyyat vasitəsinin kabinasına dırmaşmışdır. Məqsədi maşını söndürmək olmuşdur. Əgər söndürməsəydi Rəşad çıxıb gedəcəkdi. Hesab edir ki, Rəşad məhəlləsi tanıdığı yerdir deyə ora sürmüşdür, çünki şəhərin içində onu saxlayacaqdılar. Onlarda Rəşadın cinayət törətməsi və ya törətməyə hazırlaşmasına dair hər hansı məlumat olmamışdır. Sosial şəbəkələrdə yayılmış videodan görünür ki, Rəşad ona əl-qol atmamışdan əvvəl yanındakı şəxsi sillə ilə vurur, lakin görüntüdə maşının kabinəsində olan hissə düşməmişdir. O, onu maşının içindən çıxarmaq istəmiş, maşının içindən çıxarmaq istəyəndə Rəşad ona əl-qol atmışdır. O da Rəşadı maşından çıxarmaq üçün əl atırdı. Təqsirləndirilən şəxs maşının içinə yuxarı çıxmayana qədər sərxoşluq əlamətlərini hiss etməmişdir, yuxarı çıxanda içkinin qoxusundan sərxoş olduğunuu başa düşmüşdür. Rəşadı kabinədən çıxarmaq üçün başqa nəqliyyat vasitəsinin üzərinə çıxarkən həmin nəqliyyat vasitəsinə ziyan dəyməmişdir. Onun gözünə qaz balonu dəymiş, həyətdə əl-üzünü yumuşdur. Sonradan görmüşdür ki, Şahid5 qaz balonunundan istifadə edirdi. Şahid5 qaz balonundan istifadə edərkən ətrafda adamlar var idi.Yusif qaz balonu tətbiq edəndə o, yuxarıda idi. Tusi və Anar isə aşağıda idilər. Rəşadın nəqliyyat vasitəsini o söndürməmişdir. Maşının yanında növbətçi hissə və yol patrul xidməti qalmışdır. Hadisə yerini tərk etdikdən sonra 30-40 dəqiqədən sonra maşını oradan çıxartmağa kömək etmək lazım olduğundan qayıtmışdır. Rəşadın nəqliyyat vasitəsinin duracağa aparılmasında iştirak etməmişdir. Nəqliyyat vasitəsinin və hadisə yerinin qorunmasında iştirak etməmişdir. Növbəyə çıxarkən 30 patron götürmüş və 30 patron qaytarmışdır. Maşının üzərinə çıxanda maşın hərəkətdə deyil idi, sıxılıb qalmış idi. Hesab edir ki, Rəşad maşınları qəsdən əzməmişdir, həmin vaxtı özündə olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin baş inspektor vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs polisin “saxla” əmrinə tabe olmamış, irəlidə saxlamışdır. Şahid10la ona yaxınlaşmışlar. Özlərini təqdim etmiş, sənədlərin tələb etmişlər, lakin Təqsirləndirilən şəxs təqdim etməkdən imtina etmişdir. Qayda pozuntusunu dəfələrlə ona izah etmişlər. Spirt qoxusu gəldiyindən içkili olub-olmadığını soruşmuşlar, lakin şəxs məhəl qoymayaraq maşını sürmüşdür. Onlar da maşınla onu izləyərək yolları keçmə qaydasını pozduğuna görə “saxla” işarəsi vermişlər. Hava küləkli olmuş, maşın da hündür olduğu üçün Rəşadın nə dediyi eşidilmirdi. Bu səbəbədən içkili olub-olmadığını müəyyənləşdirmək üçün maşından enməsini tələb etmişlər. Onlar Rəşadın barəsində protokol tərtib etmək istəmişlər, lakin Təqsirləndirilən şəxs ad, soyadını demədiyindən protokolu tərtib edə bilmirdilər. Nəqliyyat vasitəsinin nömrəsini sistəmlə yoxladıqda isə şirkət maşını olduğundan bir neçə şəxsin adı çıxırdı. Şirkət maşnlarında yol vərəqəsi verilir, sistemə yerləşdirilmir. A4 kağızında yazılı formatda olur. Onlar Rəşadın arxasınca getmiş, “saxla” işarəsi vermiş, lakin o saxlamamışdır. Sosial şəbəkələrdəki videoda Rəşada göstəriş verən ağ köynəkli o deyildir, sakinlərdən kimsə idi. Tabletdə nəqliyyat vasitəsini yoxlayarkən Rəşadıın adının çıxıb-çıxmadığı yadında deyil. Rəşadın nəqliyyat vasitəsi onlar tərəfindən təqib olunmamışdır. Sürücü polisin qanuni tələblərinə tabe olmamışdır, sürücü ad soyad demədikdə bölməyə dəvət olunur, şəxsiyyəti müəyyən olunur. Bu səbəbdən çevik polis alayını dəvət etmişlər. Rəşad maşını sürüb gedərkən çevik polis alayı geriyə yol olmadığından Bibiheybətə tərəf gedirdi. X24 Rəşadın arxasınca gedib-getmədiyini bilmir. Rəşada dəfələrlə hansı pozuntunu törətdiyi izah edilmişdir. Rəşadı müayinəyə onlar aparmışlar. 250 nömrəli maşının sürcüsü Şahid10 olmuşdur. Narkoloji ekspertizaya kimin göstərişi ilə neçə dəfə apardıqları yadında deyildir. Həkimdən kağızı kimin aldığı yadında deyil. Rəşadın nəqliyyat vasitəsinin duracağa aparılmasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid10 ifadəsində göstərmişdir ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin baş inspektor vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs 20-ci sahə dairəsində yolları keçmə qaydasını pozmuşdur. Dönmə işığını yandırmamışdır. Bibiheybətə gedən yolda saxlamışdır. Ona qanun pozuntusunu izah etmişdir. Danışıq tərzindən anlamışdır ki, Rəşad alkoqol qəbul etmişdir. Qayda pozuntusunu izah etmişdir, lakin eşitmədiyini gördükdə maşından aşağı düşməsini bildirmişdir. Lakin o düşməmişdir. Sonra yaxınlıqda xidmət aparan X24 əməkdaşlarını çağırmış, onlar düşürməyə çalışmış, lakin Rəşad qapını içəridən bağlamış idi. Sonra efir vasitəsilə əməliyyat qrupunu çağıranda eşitmişdir ki, əməliyyat qrupu yaxınlaşacaq, sürətlə sürərək çıxıb getmişdir. Qarşı istiqamətdə yola çıxmaqla, təhlükəli ötmə əməliyyatları edirdi. X2rşısına, xidməti maşınların üzərinə sürürdü. Çevik polis alayı maşınlarının arxasınca o da gedirdi. Axşam idi və səs küyə camaat həyətə çıxmışdır. Çevik polis alayı da digər şəxslərin həyatına təhlükə yaratdığını gördüyündən təkərə atəş açmışdır. Sonra Narkolji dispanserə müayinəyə aparmışlar, qonşuları da təsdiq etmişdir ki, narkotik vasitə aludəçisidir. Tibbi müayinədən keçirdikdən sonra polis bölməsinə təhvil vermişlər. Sistemdə şirkət maşını olduğundan etibarnamə görsənmir. Şəxs özü yol vərəqəsi və yaxud etibarnaməni kağızda təqdim etməlidir. Çevik polis alayına göstəriş vermişdir ki, Rəşadı maşından düşürtsünlər. Təqsirləndirilən şəxs yol boyu qayda pozuntusu etdiyinə dair görüntü mövcuddur. Silahdan bir nəfər istifadə etmişdir. Nəqliyyat vasitəsinin aparılmasında özü iştirak etməmişdir. Şirkətin əməkdaşı və polis bölməsinin əməliyyat qrupu ilə birlikdə maşın duracağa təmin olunmuşdur. Rəşad maşını sürüb qaçırdı, əgər şəxs qaçırsa deməli maşında silah, narkotik ola bilərdi. Onun anlaqsız vəziyyətdə olması onda şübhə yaratmış və onu təqib etmişdir. Rəşadın cinayət törətməsi barədə məlumat verilməmişdir. Maşını kimin aparması yadında deyil, açarı kimdə qəbul etdiyi yadında deyil. Qapını şirkətin əməkdaşı bağlamışdır. O, Rəşadı narkoloji müayinəyə aparmışdır. Daha sonra onu bölməyə təhvil vermişdir. Rəşadı iki dəfə müayinəyə aparmışdır. Birinci aparanda alkoqol çıxmışdır, Rəşad demişdir ki, sidiyi gəlmir. Ona görə sonra yenidən aparmışdır. Sərxoş sürücü sükandan uzaqlaşdırılmalıdır, duracağa təmin olunmalıdır. Həm avtoxuliqanlığı, həm sərxoşluğuna görə maşını duracağa aparmışlar. Yol hərəkəti haqqında qanunun 96-cı maddəsində qeyd olunmuşdur ki, sərxoş sürücü yol hərəkətindən kənarlaşdırılmalıdır. Əgər spirt iyi gəlirsə, maşın duracağa təmin olunmalıdır. Narkotik çıxmasa da maşını duracağa təmin etməli idilər, çünki insanların əmlakına ziyan vurmuşdu. Bildirmişdir ki, insanların həyat və sağlamlığı üçün təhlükə yaradırsa, təqib edilə bilər. Konkret hansı normaya əsasən onu təqib etdiklərini deyə bilmir. O, onun tutulmasından sonra Rəşadın həmin ünvanda yaşadığını bilmişdir. Əgər evinə gedirdisə saxlamalı idi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol X20 İsmayılov küçəsində yerləşən cərimə meydançasında gözətçi işləyir. O, axşam saat 18-dən növbəti günün saat 07-dək gecə vaxtı işləyir. Gündüz vaxtı isə başqa əməkdaş işləyir. Onun vəzifələrinə meydançaya gətirilən nəqliyyat vasitələri yerləşdirib mühafizəsini təşkil elməkdən ibarətdir. Adətən nəqliyyat vasitələr polis əməkdaşların müşayiəti ilə gətirilir. Maşının saxlanca qəbulla bağlı müvafiq akt tərtib olunub imzalanır. Nəqliyyat vasitəsi sahiblərinə qaytarıldıqda isə bu barədə qeydlər aparılır. 29 sentyabr 2022-ci il tarixdə həmişəki kimi axşam saat 18-də o işə gəlmiş və növbəni təhvil almışdır. 30 sentyabr 2022-ci il tarixə keçən gecə saat 02-03 radələrində Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru Şahid10 və post patrul xidmətinin maşınların müşayiəti ilə meydançanın qarşısına “Mercedes Benz” markalı dartıcı gətirilmiş və avtomobilin sürücüsünün avtoxuliqanlıq törətdiyini bildirilərək avtomobili meydançaya yerləşdirmişlər. Həmin avtomobili qarşısında “BMW” markalı yol patrul xidməti, arxasınca isə post patrul maşını gəlirdi. Polis kapitan Şahid10 həmin maşına heç kimi yaxın durmamasını tapşırmışdır. Nəqliyyat vasitəsinin kabinasına baxmamışdır. Evə səhər 7-də növbə dəyişəndə getmişdir. Avtomobilin açarı onda olmamışdır. Maşına baxış keçirilməsində iştirak etməmişdir. Gecə heç kəs maşına baxmamış, müdaxilə etməmişdir. Rəşadı birinci dəfə görür. Bildirmişdir ki, o, latın əlifbası ilə oxuya-yaza bilmir, kiril əlifbası ilə yaza bilir. Latın əlifbası ilə oxumağı bilmədiyindən müstəntiqin yazdığı ifadəsini oxuya bilməmiş, müstəntiq isə ona ifadəni oxumamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Zərərçəkmiş şəxs4n satış təmsilçisi vəzifəsində işləyir. Şirkətinin hüquqi və faktiki ünvanı Bakı şəhəri Nizami rayonu Babək prospekti 74 ünvanında yerləşir. Həmin şirkət “Changan” və “Skoda” avtomobil konsernlərinin Azərbaycandakı rəsmi distrebyutorudur. Zərərçəkmiş şəxs Şahid1 şirkətin balansında olan avtomobilli xx.xx.2022-ci ildə əldə etmişdir. Ümumi məbləğ 68147 manat olmaqla ilkin ödəniş 16647 manat olmaqla əldə etmişdir. xx.xx.2022-ci il tarixdə onlara bildirilmişdir ki, həmin avtomobil həyətdə park olunmuş vəziyyətdə zədə almışdır. İki dəfə ekspertiza təyin edilmiş, birinci ekspertiza 2697 manat, daha sonra isə 2104 manat ziyan müəyyən edilmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs zərəri tamamilə ödəmişdir. Şikayəti yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, avtomobilə baxış keçirilərkən videoçəkiliş etmişdir. Orada bükümdə maddə aşkar olunmuşdur. Həmin maddə protokollaşdırılmışdır. Narkotik vasitə kabinada bükülmüş vəziyyətdə idi. Videoçəkilişdə Təqsirləndirilən şəxs, təhqiqatçı, vəkil, digər əməliyyat müvəkkili Ramil Lətifov iştirak etmişdir. Maşın cərimə meydançasında idi, açarı cərimə meydançasında maşınlara baxandan almışlar. Maşının duracağa təmin edilməsində o iştirak etməmişdir. Maşını səhərə kimi vura-vura sürdüyündən çox güman ki, zədə olmuşdur, güllə izlərinə isə fikir verməmişdir. Avtomobilə duracağın kənarında baxış keçirmişlər. Bölmə rəhbərliyi tapşırıq vermişdir ki, baxış keçirilsin. Onlar da baxış keçirmişlər. O, Rəşad bölməyə gətirilərkən bölmədə olmuşdur. Baxış günorta saatlarında keçirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudurlar. Hadisə baş verən vaxtı yatmışdılar, qəfil atəş səsinə oyanmışlar. Kürəkəni ilə oğlu həyətə çıxmışdır, çıxanda polislərin bir maşına doğru davamlı atəş atdığını görmüşlər. Sonra iki polis işçisi maşına yaxınlaşmışdır. Rəşadın xəstə qızı var, qızı atasını öldürməsinlər deyə özünü yerə vururdu. Rəşadı maşının içində dubinkayla vururdular. Sanki terrorçudur, adam öldürmüşdür. Polislərin nəyə görə belə etdiklərini anlamamışlar. Təqsirləndirilən şəxs yaxşı, tərbiyəli insan kimi tanıyır. Hər yerdə kamera vardır, Rəşad tabe olmamışdısa, kameradan hara getdiyinə baxa bilərdilər. Rəşadı maşından sürüyərək çıxartdılar. Gözünə qaz balonu tətbiq etdilər. Rəşadı apardıqdan sonra polislər maşına daxil olaraq axtarış apardılar. Heçnə yox idi. Maşının açarlarını ailəyə təhvil verdiklərini görməyiblər. Sonradan gecə polislər gəlib maşını apardılar. Maşının kabinasına polislər girib baxış keçirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Rəşadı yaxşı, tərbiyəli insan kimi tanıyır. 29 sentyabrda qəfil atəşfəşanlıq eşitmişdir, dərhal həyətə çıxmış və həyətdə bir maşın dayanmasını və polislərin də ətrafında olduğunu görmüşdür. Məhəllənin o başından bu başına kimi atəşfəşanlıq idi. Rəşadı maşından düşürtdülər, o, maşından yıxılmışdır.Rəşadı aparandan sonra nəqliyyat vasitəsi qapıda qalmışdır. Polislər açarı heç kimə təhvil verməmişdilər, Rəşadı düşürəndən sonra polislər heç kim maşına yaxın gəlməsin deyə ətrafını bağladılar. Maşının qabaq təkəri dəyişilənə qədər orada idi, o da təkəri dəyişilməsinə kömək etmişdir. Lakin gecə olduğundan sonradan evinə qayıtmış və yatmışdır. Rəşad spirtli içki qəbul edirdi, lakin narkotik aludəçisi olması barədə heçnə eşitməmişdir. Rəşad məhəlləyə 7 metr uzunluğunda “Skoda”larla da gəldiyi vaxtlar olmuşdur, lakin heç bir maşına zərər yetirməmişdir. Yerə düşən güllələri polislər növbəti gün axşam radələrində gəlib yığmışlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, 29 sentyabr axşam saat 9-10 radələrində güllə səsləri eşitmişdir. Maşın onun pəncərəsinin altında saxlanılmışdır. Polislərin məhəllədə olduqlarını görmüşlər. Həyətə çıxdıqda Rəşadı polislər maşından döyə-döyə çıxardıb apardıqlarını görmüşlər. Rəşadın maşının qapıları açıq idi, Rəşad getdikdən sonra polislər maşının içinə girərək axtarış aparmışlar. O, özü həmin vaxtı pəncərədən baxırdı, polislərin maşında heçnə olmadığını dediklərini eşitmişdir. Açar heç kimə təhvil verilmədi. Rəşadın narkotik vasitələrdən istifadə etməsi ilə bağlı heçnə görməmişlər, heç bir qonşu onun narkotik vasitə aludəçisi olduğunu deyə bilməz. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sabiq təhqiqatçısıdır, hazırda Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqidir. 29 sentyabr tarixdə hadisə baş verən andan 30 dəqiqə sonra oraya çatmışdır. Atəş nəticəsində Rəşadın avtomobilinin təkəri partlamışdı. Sağ və sol tərəfləri zədəli idi. Arxa qoşqusu yox idi. Atəşdən yaranmış zədələri üzərində görməmişdir, təkərdə görmüşdür.Yük maşınn qapısı açıq idi, o, içəri daxil olmamışdır. Avtomobillərə baxış keçirmiş, Polis Bölməsinə getmişdir, zərərçəkmişləri dəvət edərək izahatlarını almışdır. Həmin vaxt şübhəli şəxs olmamışdır, bu səbəbdən onun iştirakı olmadan maşına baxış keçirə bilməmişdir. Hadisə yerinə gedən zaman Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları orada idi. Sahə inspektorları da var idi, ərazini mühafizə edirdilər. Orada əməkdaşlar çox olmuşdur, maşının qapıları bağlanılmışdır. Açarlar isə polis əməkdaşlarına verilmişdir. O, orada heç bir giliz görməmişdir. Yük avtomobilinin qapısı açıq idi. Hadisədən sonra zərərçəkmiş şəxslərlə bölməyə qayıtmışdır. Açarı kimə verdiklərini bilmir. O artıq 8-ci Polis Bölməsində olanda ona açarı bölməyə gətirdiklərini bildirmişlər. O, açarı bölmədən götürmüşdür. Açar onda olmamışdır. Təqsirləndirilən şəxs hadisədən sonra gecə saatlarında ona təhvil verilmişdir. O, səhər onun ifadəsini almışdır. Gecə Rəşad sərxoş olduğu üçün dindirilməsi mümkün olmamışdır. Rəşadın narkoloji ekspertizadan keçirilməsi onun göstərişi ilə olmamışdır, növbətçi hissənin məktubu ilə aparılmışdır. Aparılana qədər üzərinə baxış keçirməmişdir, özündən soruşmuşdur. Rəşad ifadəsində göstərmişdir ki, maşınında narkotik vasitə var, bu səbəbdən onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuşdur. Şəxsi axtarış keçirəndə hava işıqlı idi, səhər saatları idi. Maşına baxışı şəxsi axtarışdan təxminən bir saat sonra keçirmişdir. Videoçəkilişi Şahid8 aparmışdır. Maşına baxış keçirərkən məhkəmə qərarı alınmamışdır, çünki Rəşad özü baxış keçirilməsinə etiraz etməmişdir. Şirkət nümayəndəsinin baxışda iştirakı təmin olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi olmuşdur. Ona polis bölməsindən günorta saatlarında zəng vurmuşlar, maşına baxış keçirəndə günorta saatları idi. Təqsirləndirilən şəxs maşında narkotik olduğunu bildirərək maşının ön hissəsində oturacağa yaxın hissədə narkotiki çıxarıb təqdim etmişdir. Maşının açarı polis əməkdaşında idi, narkotiki isə Rəşad təqdim etmişdir. O, polisdən maşının harada olduğunu soruşduqda ona maşının duracaqda olduğu, baxmağa gedecəkləri bildirilmişdir. Onu dəvət edən təhqiqatçı olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı qanunsuz hərəkətlərə yol verilib-verilmədiyini soruşduqda onun çox əsəbi olduğunu görmüşdür. Lakin Rəşad ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Maşına baxış günorta saatlarında keçirilmişdir. Cinayət işində olan avtomobilə baxış keçirilməsi haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “X22 1844 LS yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılır. Avtomobilə baxış keçirilməsi istintaq hərəkəti keçirilən zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobili üzərində olan açar ilə açaraq salonda yerləşən saxlanc yerinin qapağını qaldıraraq qızılı rəngli siqaret kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iya malik, narkotik maddə olan heroinə bənzər kütlə olan bir ədəd bükümü təqdim etmişdir. Sonra həmin kütlə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 52 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır . Cinayət işində olan internet resurslarında olan məlumatlar haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, orada 2 videofailin olması müəyyən edilir. Birinci videofaildə çəkilişlərin davam etmə müddəti 01 dəqiqə 17 saniyədir. Sörünür ki, çəkilişlər küçədə dayanmış **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qarşısında insan kütləsinin toplaşmasından başlayır. Qeyd olunan yük avtomobili arxası kameranın obyektivinə tərəf dayanıb. Toplanmış insanlar müşahidə etdikləri hadisəyə mənfi reakisya verib səs-küy salırlar. Avtomobilin kabinəsinin sağ '.erəfində iki nəfər polsin kiçik rəis heyitnə aid əməkdaşların digər avtomobilin damı -zərində dayanıb kabinadan əynində qara rəngli qısaqol köynək və qara şalvar olan -işi cinsindən şəxsi çıxarmaları müşahidə edilir. Kişi cinsli şəxsin kabinadan rıxarılandan sonra həmin polis nəfərlərə fiziki zor tətbiq edib müqavimət göstərməsi və onlardan birinə yumruqla zərbə endirmək istəməsi və həmin polis nəfəri ilə tutaşıb ..erə yıxılmaları, bundan sonra həmin kişi cinsli şəxsin polis nəfərləri tərəfindən xidməti avtopatrula qədər məcburən gətirildiyi və avtomobilə mindirilənə qədər olan müddətdə nəmin şəxsin zor tətbiq edib müqavimət göstərməyi davam etməyi müşahidə edilir. Sonra çəkilişlər sona çatır. İkinci videofaildə çəkilişlərin davam etmə müddəti 59 saniyədir. Görünür ki, çəkilişlər statik vəziyyətdə olan və tikilinin fasadında quraşdırılmış müşahidə kamera tərəfindən təxminən yerdən 3-4 metrə hündür səvəyyədən aparılır. Çəkilişlər sutkanın qaranlıq vaxtı ərzində aparılıb. Ekranın yuxarı sağ tərəfində çəkilişin aparıldığı tarix və saat əksini tapır. Çəkilişlər xx.xx.2022-ci il tarixdə saat 22:30:44-dən başlayır. Kamera həmçinin səs yazma qabiliyyətinə malikdir. Kameranın əhatə etdiyi sahə ensiz küçənin bir hissəsidir. Küçədə sol tərəfdə ağ rəngli Nissan Micra markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin, sağ tərəfində isə gümüşü rəngli marka və modelini aird etmək mümkün olmayan minik avtomobilin dayanması müşahidə edilir. Çəkilişlər başlayan anda yaşıl rəngli kabinası olan yük avtomobilin kameranın əhatəsinə daxil olub Nissan Micra markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dayandığı yerə hərəkət etdiyini, həmin zaman evin pəncərəsindən çıxan qadının sürücüdən dayanması tələb etdiyini, kameranın əhatəsinə düşməyən bir neçə nəfər kişi cinsli şəxsin «dayan» qışqırmaları, yük avtomobilin Nissan Micra markalı avtomobilin sol tərəfindən sıx keçmək istəyərkən ilişib dayandığını, bir nəfər mülki geyimində olan kişi cinsli şəxsin və polisin kiçik rəis reyətinə aid xüsusi geyim formasında olan əməkdaşın yük avtomobilin kabinasına sol tərəfdən yaxınlaşıb sürücüdən əl işarələri və söz ifadələri ilə dayanması tələb etdikləri, eyni zamanda yaranmış səsküyə həyətyanı sahədən çıxan kişi cinsli şəxsin yük avtomobilin kabinasına sağ tərəfdən yaxınlaşıb sürücüyə iradını bildirməsi, bu zaman daha bir nəfər yarıçılpaq vəziyyətdə dolu bədən quruluşlu kişi cinsli şəxsin, dolu bədən quruluşlu qadının və normal bədən quruluşlu kişi cinsli şəxsin, eləcə də daha bir nəfər polis nəfərinin kabinanın sol tərəfinə yaxınlaşıb sürücüyə iradlarını bildirdikləri, sürücünün onlara məhəl qoymadan hərəkətini davam etdirərək Nissan Micra markalı avtomobilin sol tərəfini sürtüb zədələyərək uzaqlaşdığını və küçədə olan şəxslərin həmin avtomobili təqib etməyə başladıqları müşahidə edilir. Çəkilişlər 31-ci dəqiqənin 39-cu saniyəsində bitir. Cinayət işində olan elektron məlumat daşıyıcısında haqqında videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin yaddaşında “VİD-20221001-WA0005” və “VİD-20221001-WA0004” adlı MP4 formatlı, eləcə də İMG-20221004-WA0001 və İMG- 20221004-WA0003 adlı JPEG tipli mövcüddur. “VİD-20221001-WA0005” adlı fail açıldıqda görünür ki, faylin həcmi 6728 kilobayt edir. Faildə çəkilişlər 06 saniyə müddətindədir. Görünür ki, hündür avtomobilin kabinasından aparılır. Çəkilişlər gecənin qaranlıq vaxtı ərzindədir. Çəkilişlərin aparıldığı vaxt və tarix qeyd olunmayıb. Çəkilişlər kabinənin sol tərəfində yol-patrul xidmətinin kapitan və serjant rütbələrində olan əməkdaşların dayanıb sürücüdən aşağı e n m ə y i xahiş etmələrindən başlayır. Çəkilişi aparan şəxs düşə bilməyəcəyini, yol v e r d i y i qayda pozuntusunun göstərilməsini istəyir. Kapitan rütbəsində olan YPX əməkdaşı sürücüyə enməyi və qayda pozuntusu ilə bağlı çəkilişlərin təqdim olunacağını söyləyir. Sonra YPX inspektoru sürücüyə tabesizlik etdiyini bildirdikdə sürücü bunu təsdiq edir və qayda pozuntusuna yol verdiyi halda görüntünün təqdim olunmasını, aşağı enməli olduğu barədə heç bir yerdə qeyd olunmadığı söyləyir. Polis zabitinin içki qəbul edib-etməməyi barədə suala cavab olaraq sürücü bunu inkar edir. 36-cı saniyəsində çəkilişlər sona çatır. “VİD-20221001-WA0004” adlı fail açıldıqda görünür ki, faylin həcmi 12852 kilobayt təşkil edir. Faildə çəkilişlər 07 dəqiqə 59 saniyə müddətindədir. Görünür ki, çəkilişlər işlər statik vəziyyətdə olan və tikilinin fasadında quraşdırılmış müşahidə kamera tərəfindən təxminən yerdən 2-3 metrə hündür səviyyədən aparılır. Çəkilişlər sutkanın qaranlıq vaxtı ərzində aparılıb. Ekranın yuxarı sağ tərəfində çəkilişin aparıldığı tarix və əksini tapır. Çəkilişlər xx.xx.2022-ci il tarixdə saat 22:31-dən başlayır. Kamera həmçinin səs yazma qabiliyyətinə malikdir. Kameranın əhatə etdiyi sahə ensiz küçənin kameranın altında olan hissəsidir. Həmin hissədə qara rəngli, markasını aid etmək mümkün olmayan universalın dayanması müşaidə edilir. Çəkilişlər başlayan anda xüsusi səs sirenaların səsi və insanların qışqırıq səsi eşidilir. 32-ci dəqiqənin 19-cu saniyəsində kabinası yaşıl olan dartıcının qara rəngli universala tikilinin divarı arasında sıx keçməsi, ardınca polisin kiçik rəis heyətinə aid əməkdaşın əlində silahla həmin dartıcının arxasınca getməsi, silahda iki dəfə atəş açması görünür. Sonra daha bir neçə dəfə, atəş açılmasına xarakterik səs eşidilir, lakin səslərin yaranma mərkəzi kameranın əhatəsindən kənarda olduğundan səslərin mənbəsini səbəbini görmək mümkün deyil. Polis əməkdaşının arxasınca isə ÇPA-nın 2 avtopatrulun, yol-patrul xidmətinin avtomobilinin və mülki geyimində olan şəxslərin dartıcının getdiyi istiqamət üzrə hərəkət etmələri müşahidə edilir. 39-cu dəqiqədə isə çəkilişlər sonra çatır. İMG-20221004- WA0001 adlı JPEG failə baxış zamanı görünür ki, şəkildə boz rəngli fonda kənarları hamar olan yumru dəlik, İMG-20221004-WA0003 saylı failədə isə avtomobilin yaşıl rəngi ban hissəsinin üzərində boyanın qupduğu yerdə gümüşü rəngli metal üzərində küt əşyanın təsirindən yarınmış kanal şəkilində zədənin olması əksini tapır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 1(009)-100/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinin 28 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan anten dairəsinin müəyyən olunması ilə bağlı məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə Qusar rayonu, Xaçmaz rayonu, Siyəzən rayonu ərazilərindən keçərək Bakı şəhərinə daxil olmuş, Bakı şəhərində Səbail rayonu, Qurban Abbasov küçəsi, Timçinko küçəsi və Əlibəyov Qardaşları küçəsində, “Ağ şəhər” ərazisində hərəkət etmişdir. 29 sentyabr 2022-ci il tarixdə Əlibəyov Qardaşları küçəsində, Bülbül prospekti, Timçinko küçəsi, Qurban Abbasov küçəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14:51-də Bakı şəhəri, İpəkyolu şossesi, Yeni Yasamal yolu, kənar dairəvi yol ilə üzbəüz hərəkət etmişdir. xx.xx.2022-ci il tarixdə o, saat 14.59-da Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 13 km ərazisində olmuşdur. Bundan sonra Səbail rayonu ərazisində Timçinko küçəsi, Qurban Abbasov küçəsində olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 9/7568 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş qüsur aktı məlumatlarına əsasən 2020-ci il buraxılışla “Changan CS85” markalı 99PU794 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2697 manat, “Mercedes-Benz” E220CDİ markalı 99XS833 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 470 manat, “Hyundai Sonata” markalı 99LE265 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2906 manat, “Mercedes-Benz” markalı 10LA525 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 630 manat, “Nissan Micra” markalı 99CN017 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 320 manat və “Hyundai Elantra” markalı 77PT795 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 750 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 01 oktyabr 2022-ci il tarixli 6/5652 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,332 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,332 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,282 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manatdır. Respublika Narkoloji Mərkəzinin 17 dekabr 2022-ci il tarixli, 7688 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 29 sentyabr 2022-ci il tarixli, 2/23268 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, həmin tarixdə saat 23:45-də müayinədən keçən zaman Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq vəziyyəti aşkar edilmişdir. 30 sentyabr 2022-ci il tarixli 1/2173 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, həmin tarixdə saat 04:10-də müayinədən keçən zaman Təqsirləndirilən şəxs heroin və marixuana tərkibli preparatlarnın istifadəsi nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. 30 sentyabr 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22.30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 30 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onda heç bir qanunsuz maddə aşkar edilməmişdir. Baxış 07.00-da başlanmış və 07.07-də bitmişdir 30 sentyabr 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobili üzərində olan açar ilə açaraq salonda yerləşən saxlanc yerinin qapağını qaldıraraq qızılı rəngli siqaret kağızına bükülmüş açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik maddəsi olan heroinə bənzər kütlə olan bir ədəd bükümü təqdim etmişdir. Baxış 09.00-da başlanmış və 09.07-də bitmişdir. 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 221.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 01 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-413/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-648/2022 saylı, xx.xx.2022-ci il tarixli qrarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-413/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il taixli, 577 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç uşağı var: xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X14. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. İstintaq hərəkətlərinin gedişində mümkün sübutlarının əldə edilməsinin vacib şərtlərindən biri də həmin hərəkətlərin aparılması zamanı qanunda nəzərdə tutulmuş qaydaya uyğun aparılmasıdır. Qanunvericilikdə irəli sürülən tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, həm də proses iştirakçılarının hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham avtomaşına baxış keçirilməsi haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir, Cinayət Prosessual Məcəllənin 246.1ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Qeyd edilənlər obyekt üzərində pozularaq bərpa olunmayacaq dərəcədə öz sübuti əhəmiyyətini itirə bilən izlərin mövcud olması faktını təsdiq etmək baxımından da mühüm əhəmiyyət kəsb edir və işin hallarının daha tam və obyektiv müəyyənləşdirilməsinə kömək edirlər. Qanunvericiliklə müəyyən edilmiş tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri-mümkün hesab edilməsinə səbəb olur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində göstərmişdir ki, 8-ci Polis Bölməsindən onunla günorta saatlarında əlaqə saxlanılmış və avtomobilə 30 sentyabr 2022-ci il tarixdə günorta saatlarında baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və 30 sentyabr 2022-ci il saat 06.00-dan saat 09.07-dək ilkin istintaq hərəkətlərinin aparılmasında (şübhəli şəxs qismində tutulması, üzərinə baxış keçirilməsi və avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərində) X3 iştirak etdiyi qeyd edilmiş, lakin o, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində görmüşdür. Bu onu göstərir ki, Təqsirləndirilən şəxs istintaq hərəkətləri həyata keçirilən zaman, yəni 30 sentyabr 2022-ci il saat 06.00-dan saat 09.07-dək müdafiəçi ilə təmin edilməmiş, həmçinin təqsirləndirilən şəxsin müdafiəçi ilə təmsil olunmasından imtina etməsi barədə hər hansı bir qeyd olmamışdır, bununla da onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İş üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin müdafiəçisi həmin şəxslər barəsində axtarış və götürmə istintaq hərəkətləri aparılarkən iştirak etmək hüququna malikdir. Cinayət təqibini həyata keçirən orqan tərəfindən axtarış və ya götürmə istintaq hərəkətlərinin aparılması barədə əvvəlcədən xəbərdar edilmiş müdafiəçi, bu istintaq hərəkətlərində iştirak etmək arzusunu bildirdikdə, onun bu hüququ təmin edilməlidir. CPM-in şərh olunan 244.2-ci maddəsinə görə, müstəntiq müdafiəçini qabaqcadan axtarış və ya götürmənin aparılacağı haqqında xəbərdar etməlidir. Ona görə də CPM-in şərh olunan 244.2-ci maddəsində «əvvəlcədən xəbərdar edilmiş» ifadəsi zaman baxımından bu istintaq hərəkətlərinin bilavasitə başlanılması anını nəzərdə tutur. Müstəntiq müdafiəçini dəvət edərək ona axtarışın və ya götürmənin aparılacağı barədə məlumat verməli və bundan dərhal sonra müdafiəçi ilə birlikdə axtarış və ya götürmə aparılacaq yerə getməlidir. Bundan başqa, axtarış və ya götürmə istintaq hərəkətlərinin nəticələrinin qəbul edilə bilən (mümkün, yol verilən) olmasının təmin edilməsi üçün müstəntiq tərəfindən müdafiəçinin cəlb edilərək onun iştirakına nail olunması məqsədəuyğundur. Bütün hallarda axtarışın və ya götürmənin qəflətən həyata keçirilməsi tələblərinə əməl olunmalıdır (müəyyən edilmiş vaxtda axtarış və ya götürmənin aparılmasında iştirak etmək üçün müdafiəçi müstəntiqin yanına dəvət edilir və axtarış və ya götürmənin başlanmasından bilavasitə o, bunun axtarışı və ya götürmə olduğunu öyrənir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Avtomobilə baxış keçirilməsi, onun saxlandığı yerdə, Təqsirləndirilən şəxs saxlanması zamanı onun iştirakı ilə həyata keçirilməli idi. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “ LAYİCOV AZƏRBAYCANA QARŞİ “ işi üzrə qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında xüsusilə həbs edildiyi və polisdə olduğu vaxt onunla pis rəftar edildiyini və ölkənin dövlət orqanlarının pis rəftarla bağlı şikayətlərini araşdırmadıqlarını bildirmişdir. Cinayət işinin ədalətsiz aparıldığını, barəsində çıxarılmış ittiham hökmünün qanunsuz yolla əldə edilmiş sübutlara əsaslandığını, bildirnəklə 10 noyabr 2010-cu ildə ərizə mövqeyini bildirməsi üçün hökumətə göndərilmişdir. Avropa Məhkəməsi qərarında şəxsin yarım saat ərzində polis əməkdaşlarının sərəncamında olması, onun üzərinə maddi sübutun yerləşdirilməsi üçün vaxt və imkan yaradılmasına kifayət etdiyini qeyd edərəkr həmin pozuntunu tanımışdır. Bu iş üzrə isə Təqsirləndirilən şəxs polisin sərəncamında olmasından 10 saat yarım (istintaqın sənədləşməsinə əsasən) vaxt keçdikdən sonra cinayəti törətməsinə dair etirafedici ifadə alınmışdır. Halbuki, CPM- nin 147.4-cü . maddəsinin tələblərinə əsasən brəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki faktiki məhdudlaşdırıldığı andan tutulmuş hesab edilir.R. Muradov isə xx.xx.2022-ci il tarix saat 22:30 radələrindən azadlığı məhdudladırılmışdır. Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Rahib Cəfərov protokolu xx.xx.2023-cü il tarixdə saat 06.00-da tərtib etmişdir. “Şəxsi axtarış aparılması barədə” protokol saxlanıldığı kimi dərhal deyil, 8 saat 30 dəqiqə sonra yəni saat 07:00 radələrində keçirilmişdir. Avtomobilə isə saat 09:00-da baxış keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il saat 22.30 radələrində azadlığı faktiki məhdudlaşdırılmış, müdafiəçi X7 polis bölməsinə yalnız günorta saat 13:00 radələrində gəlmiş, onun saxlanılması ilə baxışın keçirilməsi arasında 8 saatdan artıq vaxtın keçməsi həmin sübutla əldə edilməsi ilə bağlı əsaslı narahatlıq yaradır. Qeyd edilən hal sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına alır. Həmçinin Təqsirləndirilən şəxs avtomobildə aşkar edilmiş maddənin heroin olduğunu baxış keçirilən zaman bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avtomobilə baxış keçirilməsi, Təqsirləndirilən şəxs saxlandığı yerdə və saxlanması zamanı onun iştirakı ilə həyata keçirilməli idi. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “ LAYİCOV AZƏRBAYCANA QARŞİ “ işi üzrə qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında xüsusilə həbs edildiyi və polisdə olduğu vaxt onunla pis rəftar edildiyini və ölkənin dövlət orqanlarının pis rəftarla bağlı şikayətlərini araşdırmadıqlarını bildirmişdir. Cinayət işinin ədalətsiz aparıldığını, barəsində çıxarılmış ittiham hökmünün qanunsuz yolla əldə edilmiş sübutlara əsaslandığını, bildirməklə 10 noyabr 2010-cu ildə ərizə mövqeyini bildirməsi üçün hökumətə göndərilmişdir. Avropa Məhkəməsi qərarında şəxsin yarım saat ərzində polis əməkdaşlarının sərəncamında olması, onun üzərinə maddi sübutun yerləşdirilməsi üçün vaxt və imkan yaradılmasına kifayət etdiyini qeyd edərəkr həmin pozuntunu tanımışdır. Bu iş üzrə isə Təqsirləndirilən şəxs polisin sərəncamında olmasından 10 saatsan artıq (polisin sənədləşməsinə əsasən ) vaxt keçdikdən sonra cinayəti törətməsinə dair etirafedici ifadə alınmışdır. Bundan əlavə, Avropa Məhkəməsinin həmin qərarı ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2006-cı il tarixli qərarı ilə A.Layıcovun CM-nin 234.1, 234.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair hökm ləğv edilib yenidən baxılması üçün geri qaytarılarkən Ali Məhkəmə sübutların mümkünlüyü və ərizəçi barəsində çıxarılmış ittiham hökmünün əsası kimi çıxış etmiş dəlillərin sübut kimi əhəmiyyətinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verilməsini, aşağı məhkəmələrin ərizəçinin tutulması vaxtını düzgün olaraq müəyyən etməməsi, ərizəçi ilə polis şöbəsində pis rəftar edilməsi məsələsini və ərizəçinin üzərində və onun avtomobilində axtarış aparılması zamanı prosessual tələblərə əməl edilib-edilmədiyinin araşdırılmadığını müəyyən etmişdir. Ali Məhkəmə qərarında-həmçinin qevd etmişdir ki, asaqı məhkəmələr ərizəçinin üzərində və onun avtomobilində axtarışın nə üçün dərhal tutma yerində aparılmadıqını da araşdırmamışlar. Hansı ki, anoloji pozuntular artıqlaması ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair bu cinayət işində də baş verməklə, şəxsin saxlanması zamanı həmin vaxtda və yerdə ona məxsus yük avtomobilinin kabinasına baxış keçirilməli olduğu halda bunlar yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətməsi ilə bağlı etirafedici ifadəsi digər sübutların məcmusu ilə təsdiq olunmadığından, CPM-nin 126.6-cı maddəsinin tələbləri pozulmuşdur. İlk növbədə qeyd etmək lazımdır ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə gecə saat 02-03 radələrində Təqsirləndirilən şəxs təqib edən polis əməkdaşlarından Səbail RPİ-nin DYPŞ-nin inspektoru Şahid10 və post patrul xidməti maşınlarının müşayiəti ilə həmin yük avtomobili Səbail RPİ-nin 8-ci PB-nin duracağının qarşısına gətirilmiş, guya meydançada yer olmadığı göstərilməklə avtomobil duracağın qarşısında saxlanılmışdır. İstintaq materiallarına əsasən avtomobili şirkətin sürücüsü X16 ora sürüb gətirmişdir. Həmin şəxsin ifadəsinə əsasən isə ona şirkət rəhbərliyi xx.xx.2022-ci il tarixdə gecə saatlarında məlumat vermiş, o, taksi ilə hadisə yerinə gələrkən şirkətin nümayəndəsi Nümayəndə2 artıq orada olmuş, avtomobilnin qapıları açıq vəziyyətdə, ətrafda çoxlu adamlaı olmuşdur.O da təkəri qaydasına saldıqdan sonra gecə saatlarında avtomobili məlum duracağın qarşısına aparmışlar.Cinayət işində qeyd olunan məlumatlara əsasən yük avtomobilinin açarı gözətçi Şahid7 təhfil verilmişdir. Cinayət işinds tərtib edilmiş baxış protokoluna əsasən isə yük avtomobilinə baxış xx.xx.2022-ci il tarixde saat 09 radələrində aparılmışdır. İş materiallarından da məlum olduğu kimi sürücı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yük avtomobilinin kabinəsindən çıxarılmasından əvvəl avtomobilin açarları onlar tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs şəxs 8-ci PB-nə aparılarkən avtomobilin açarları onda olmamış və həmin açarlar onun ailə üzvlərinə təhvi verilməmişdir. Belə olan halda tam olaraq 10 saat müddətdə keçən vaxt ərzindı Nümayəndə2 məxsus olan yük avtomobilinin açarları kənar şəxslərdə olduğundan, avtomobilin qapıları isə açıq qaldığından onun, eləcə də onun ailə üzvləri və yaxınları tərəfindən qeyd olunan avtomobilə nəzarət etmək imkanları olmamışdır. Təqsirləndirilən şəxs isə 8-ci PB-nə gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış, lakir narkotik vasitə və gəzdirilməsi və saxlanılması qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı dərhal avtomobilin kabinasına baxış keçirilməmişdir. Hətta, sonradan belə həmin avtomobilin kabinasında Təqsirləndirilən şəxs məxsus narkotik vasitənin olmasını ehtimal etdikləri halda belə avtomobilin həmin yerdən götürülüb 8-ci PB-nin duracağının qarşısına aparılıb orada baxış keçirilməsi başa düşülən deyildir. Qeyd olunanlarla yanaşı diqqət etmək lazımdır ki, təqsirləndirilən şəxsin maşının açarları polis əməkdaşlarında olmuş, maşın duracağa aparıldıqdan sonra da duracağı gözətçisinə təhvil verilməmişdir. Belə ki, məhkəmə iclası zamanı da duracağın nəzarətçisi Şahid7 şahid qismində dindirilərkən bildirmişdir ki, maşının açarları onda olmamış, maşına baxış keçirilməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs ilk dəfədir ki, məhkəmə iclasında görür. O həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuya bilmədiyini, latın əlifbası ilə oxuma-yazma bilmədiyini qeyd etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərilmişdir ki, avtomaşının açarları onda olmuş, təqqsirləndirilən şəxs gətirilərək maşına baxış keçirilmiş və narkotik vasitə açkar edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinin kabinasından aşkar edilmiş həmin narkotik vasitənin həqiqətən təqsirləndirilən şəxsə məxsus olması yalnız şübhədən doğura bilər. AR CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bundan əlavə, həmin narkotik vasitənin şəxsə məxsus olması ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən verilmiş etirafedici ifadənin həqiqətə uyğun olmaması və məntiqsizliyi onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin ifadədə göstərilmişdir ki, guya tutulmamışdan 1 gün əvvəl Yasamal rayonunda olarkən tanımadığı adam ona 5 manata növünü bilmədiyi narkotik vasitə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin ifadəsində həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlandığı gündən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən aldığı göstərilsə də, ittiham tərəfinin vəsatəti əsasında məhkəmənin sorğusu ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatları ilə də təsdiq edilmişdir ki, xx.xx.2022-ci il tarixdən bir gün əvvəl Yasamal rayonunun ərazisində ümumiyyətlə olmamışdır. Bundan əlavə, diqqət çəkən məqam ondan ibarətdir ki, Nümayəndə2 idarə etdiyi yük avtomobilinin kabinasında narkotik vasitə saxlaması barədə etirafedici ifadəsi cinayət işinin materiallarında olan digər sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə istintaqı zamanı hadisənin şahidi olmuş şəxslər dindirilmiş, həmin şahidlərin dindirilməsi zamanı da Təqsirləndirilən şəxs məxsus yük maşınının qapılarının açıq olması, polis əməkdaşlarının Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqdan sonra da həmin yük maşınının kabinəsinə girməkləri və axtarış aparmaqları bəzi şahidlər tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir. Belə ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları masının kabininə girmişlər. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X8 ifadəsində göstərmişdir ki, “masının aynaları açıq idi, bir də Rəşad gedəndən sonra polislər girdi maşının içini axtardı. Mən özüm pəncərədən baxırdım, dedilər yoxdu heç nə, düşdülər çıxdılar. “ Həmin şahid ifadələrindən də göründüyü kimi polis əməkdaşları tərəfindən qanunsuz olaraq Təqsirləndirilən şəxs saxlanmasından sonra onun idarə etdiyi yük maşınının kabinəsinə baxış keçirilmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan əlavə, şəxsin üzərində şəxsi axtarışın saat 07:09-da başlanıb 07:25-də qurtarması onun yük avtomobilinə baxışın 8-ci PB-nin duracağının qarşısında saat 09:00-dan 09:07-dək aparılması göstərilsə də, məhkəmə istintaqı zamanı dindirilmiş 8-ci PB əməkdaşları Şahid6 Bəhrəm oğlu və Şahid8 ifadələrində avtomobilə baxışın günorta saatarında keçirildiyini göstərmişlər. Bundan əlavə, R. Murad ovun hüquqlarının müdafiəçisi Mübariz Məmmədov da əlavə şahid qismində məhkəmə iclasında dindirilərkən xx.xx.2022-ci il tarixə keçən gecə, gecə saatlarında 8-ci PB-nə gəlmədiyini, o polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün günorta saatlarında gəldiyini bildirmişdir. Bundan əlavə, polis əməkdaşları Şahid6 Bəhrəm oğlu, Şahid8 və təhqiqatçı Rahib Cəfərov məhkəmə istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməzdən əvvəl avtomobilin açarını həmin duracağın gözətçisi Şahid7 olduğunu, avtomobilə baxış keçirilərkən açarı ondan alıb avtomobilə baxış keçirildiyini bildirmişlər. Lakin Şahid7 məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, o, həmin gün saat 07 radələrində növbəsi başa çatdığından duracağı tərk edib getmiş, ümumiyyətlə avtomobilin açarının onda olmadığını, maşına baxış keçirilərkən orda iştirak etmədiyini və Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, onu ilk dəfə məhkəmə iclasında gördüyünü, ibtidai istintaq zamanı verdiyi ifadəsini latın əlifbası ilə yazıboxuya bilmədiyindən özünün oxumadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsinə dair videoçəkilişə baxılarkən Şahid7 da orda olmadığı görünür. Bundan əlavə, həmin epizodla bağlı təhqiqatçı Rahib Cəfərov müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində müdafiə tərəfinin suallarını cavablandırarkən Təqsirləndirilən şəxs ifadəsinin səhər saatlarında aldığını, onun narkoloji ekspertizadan keçirilməsinin onun göstərişi ilə deyil, növbətçi hissənin məktubu ilə aparılmasını, onun özünün izahatına əsasən avtomobilinə baxış keçirilməsini, videoçəkilişin polis əməkdaşı Şahid8 tərəfindən aparılmasını, onun avtomobilinə baxış keçirilməsi ilə əlaqədar ərizə alınmadığını, avtomobilin məxsus olduğu şirkətin nümayəndəsinin iştirakının təmin olunmadığını bildirmişdir. Bundan əlavə, YPX əməkdaşı Şahid10 məhkəmə iclasında müdafiə tərəfinin suallarına cavab verərkən vermiş olduğu ifadəsində YPX inspektoru Şahid9 ilə birlikdə Təqsirləndirilən şəxs narkoloji ekspertizaya iki dəfə apardıqlarını, ikinci dəfə aparmasının səbəbini izah edərək bildirmişdir ki, guya birinci dəfə apararkən Təqsirləndirilən şəxs sidiyi gəlmədiyindən onu Polis Bölməsinə gətirib ikinci dəfə yenidən narkoloji dispanserə ekspertizadan keçirmək üçün aparmışlar. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə ilkin istintaq hərəkətlərinin, yəni şübhəli şəxsin tutulması, üzərinə şəxsi axtarış və baxış keçirilməsi və daha sonra avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinin saatı ilə müdafiəçinin bölməyə dəvət edilməsi və qeyd olunan istintaq hərəkətlərində iştirak etməsi saatı arasındakı uyğunsuzluğu araşdıraraq hesab edir ki, ibtidai istintaq zamanı kobud pozuntulara yol verildiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından avtomobilə baxış keçirilməsi və götürmə haqqında 30 sentyabr 2022-ci il tarixli protokol sübut növü baxımından da əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.3-cü maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda həmin istintaq hərəkətlərinin protokollarının cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu halda aparılmış isintaq hərəkətinin protokolu hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X19rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən keçirilmiş materialların məhkəmə ekspertizasının xərci 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram (ilkin təmiz çəkisi 0,332) kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsə ittiham elan edilmiş Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərkən həbsetmənin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanması qeyd edilsə də, şübhəli şəxsin tutulması haqqında protokol ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hüquqları faktiki olaraq 29 sentyabr 2022-ci il tarixdə məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,282 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş 01 oktyabr 2022-ci il tarixli 6/5652 saylı materialların məhkəmə ekspertizasının xərci 110 (bir yüz on) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar