Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-100/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Əlcəzair Respublikasında anadan olmuş, Əlcəzair Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, işləməyən, Belçika Respublikasının, Bruksel şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Səbail rayonu Tarqovıy adlanan ərazidən tapdığı Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5315 9921 5643 448 saylı kartın hesabından 01 oktyabr 2024-cü il tarixdə saat 17.27-dən 02 oktyabr 2024-cü il saat 20.25-dək olan müddət ərzində, sonnucu dəfə ünvan 1 ünvanda yerləşən 229 saylı köşk yerində 2 manat 50 qəpik məbləğində olmaqla, hissə-hissə ümumilikdə 496 manat 27 qəpik məbdəğində pul vəsaitlərini ələ keçirməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 496 manat 27 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz aralarında vəzifələrini bölüşdürərək 07 oktyabr 2024-cü il tarixdə saat 00.10 radələrində ünvan 2 ünvanda yerləşən “Babat” adlı restoranın yaxınlığında sonuncu Zərərçəkmiş şəxs2 başını qatmış, o isə Zərərçəkmiş şəxs2 daşın üstünə qoyduğu özünə məxsus qara rəngli əl çantasının içərisində olan 1.460 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Belçika Respublikasının Bruksel şəhərində qeydiyyatda olsa da, müvəqqəti olaraq Bakı şəhəri Yasamal rayonunda tanımadığı ünvanda adını bilmədiyi oteldə qalmışdır. xx.xx.2024-cü il tarixdə dayısı oğlu müğənni olduğu üçün Bakıda restoranda oxumaq məqsədilə dayısı oğlu Recham Qussama və sonuncunun həyat yoldaşı Boubetra Abır ilə Bakı şəhərinə bir aylıq gəlmişlər. Pulları qurtardığı üçün oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Tarqovıy adlanan ərazidə gəzərkən yerdə sahibsiz çanta tapmışlar. İçərisinə baxan zaman içərisində olan bank kartını götürmüşdü. Bundan sonra həmin kart vasitəsilə müxtəlif mağazalardan alış-veriş etmişdir. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Səbail rayonu Tarqovıy adlanan ərazidə gəzərkən bir nəfərin oturduğunu görmüşlər, sonuncunun yanında pul kisəsi var idi. Onlar həmin pul kisəsini oğurlamaq qərarına gəlmiş və o, həmin şəxsə yaxınlaşaraq sonuncunun başını qataraq ünvan soruşmuş və fikrini yayındıraraq pul kisəsini götürmüşdü. Həmin ərazidən bir az aralandıqdan sonra içərisində məbləğini bilmədiyi pulu götürərək pul kisəsini yaxınlıqda yerə atmışdı. Bir qədər sonra isə polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Onunla birlikdə oğurluqda iştirak edən Bilal adlı şəxsdir, sonuncu əlində olan mobil telefonla zərərçəkmiş şəxsə yaxınlaşaraq sonuncuya göstərir, həmin vaxt o, arxadan yaxınlaşaraq pul kisəsini götürüb hadisə yerindən uzaqlaşır, həmin küçənin sonuna gedib, orada pul kisəsindən pulu çıxarıb cibinə qoyub geri zərərçəkmiş şəxsin yanına qayıdır, bir neçə saniyə orada yubanıb daha sonra oradan uzaqlaşıb gedirlər. Bilal özünü ona Əlcəzair Respublikasının vətəndaşı kimi təqdim etmişdi, əlcəzair ləhçəsi ilə danışırdı. Bilal adlı şəxsin anket məlumatlarını bilmir. O, 01 oktyabr 2024-cü il tarixdə kartdan istifadə etmiş, kartdan təxminən 3-4 dəfə istifadə etmiş, siqaret, yemək, su və digər yeməklər almışdır, o, 496 manat 27 qəpik pul istifadə etməmişdir. O, həmin kartı başqa heç kimə verməmiş, həmin kartı tapdığı gün istifadə etdikdən sonra xatırlamadığı yerə atmışdır. O, Zərərçəkmiş şəxs2 məxsus pul qabından 140 manat pul götürmüş, 1.400 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs oğlu son sözündə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini və xarici ölkə vətəndaşı olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə saat 11.00 radələrində Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov küçəsində yerləşən mebel aksesuarları mağazasına getmiş, ora getməyimim səbəbi bir neçə gün əvvəl aldığı mal geri qaytarmaq olmuş, lakin pulunu geri qaytarmamışdılar. Orada özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5315 9921 5643 4448 saylı bank kartını təqdim etmişdi. Sonuncular onun pulunu qaytardıqdan sonra o, kartı cibinə qoymuşdu. Oradan çıxıb işləri ilə bağlı əvvəl Dərnəgülə getmiş, daha sonra isə Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən sağlamlıq mərkəzinə getmişdi. Oradan hara getdiyini xatırlamır, daha sonra isə evə getmişdi. 01 oktyabr 2024-cü il tarixdə saat 08.00 radələrində yaşadığı evdə olan zaman kartını cibindən götürmək istəyəndə tapa bilməmişdi. Mobil telefon tədbiqi vasitəsi ilə karta baxan zaman ona məxsus həmin kartda olan 450 manat puldan təxminən 200 manatının istifadə olunduğunu aşkar etmişdi. Dərhal Banka zəng vurub kartı dondurmalarını bildirmişdi. Bundan sonra banka gedib orada yeni kart əldə etmiş və digər kartında qalan 250 manat pulu yeni kartına köçürmüşlər. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində tanışı ona zəng vurub Bakı şəhəri, Səbail rayonu, Torqovıy adlanan əraziyə gəlməyini bildirmiş, buna görə də o, evdən çıxıb həmin yerə getmişdi. Saat 23.00 radələridnə tanışı ilə Torqovıy adlanan ərazidə yerləşən “Boranı” restoranın yaxınlığında görüşüb birlikdə “Babat” restoranı istiqamətində piyada getmişlər. Həmin tanışı sərxoş vəziyyətdə olmuş, təxminən saat 24:00 radələrində onlar “Babat” restoranın yanma çatmışlar. xx.xx.2024-cü il tarixdə saat 00:09 radələrində tanışı ilə birlikdə “Sahil” metrostansiyası istiqamətində hərəkət etməyə başlamış, onlar kəsişməyə çatıb orada taksi sifariş etmiş və yolun kənarında oturub taksinin gəlməsini gözləmişlər. Həmin vaxt o, özünə məxsus qara rəngli əl çantasını yanma daşın üzərinə qoymuşdu. Həmin vaxt bir nəfər hündürboylu, arıq bədən çüssəli, xarici vətandaş onlardan təxminən 1 metr aralıda dayanıb “White” hostelin yerləşdiyi ünvanı ondan ingilis dilində soruşmuşdu. O, ayağa qalxıb həmin şəxsə yaxınlaşmış və sonuncu öz mobil telefonunda “White” hostelin yerləşdiyi ünvanı təkrar soruşmuşdu. O, sonuncuya ingilis dilində həmin hostelin “28 May” metrostansiyası yaxınlığında olduğunu izah etdikdə, sonuncu ona ingilis dilini başa düşmədiyini bildirmişdi. Bundan sonra həmin şəxs ondan telefonu geri qaytarmağını deyib, ondan mobil telefonunu götürüb sağ tərəfə hərəkət edib getmişdi. Həmin vaxt sonuncu ilə birlikdə bir nəfər də alçaq boylu şəxs getmişdi. O, tanışının yanına oturmuş və taksinin gəlməsini gözləmişlər. Təxminən 10-15 dəqiqə keçdikdən sonra taksi yaxınlaşdığından o, əl çantasını qoyduğu yerdən götürmək istəmiş, lakin əl çantasını tapa bilməmişdi. O, gəldiyi istiqamətdə əl çantasını axtarmağa başlamış, lakin tapa bilməmişdi. Buna görə də geri oturduqları yerə qayıtmış və orada da əl çantasını tapa bilməmişdi. O, təkrar geri “Babat” restoranın yanına qayıdıb restoranın kamerasından baxıb oradan keçən zaman əl çantasının əlində olduğunu görmüşdü. Buna görə geri tanışının yanına qayıtmış və sonuncuya xarici vətəndaşların onun əl çantasını götürdüklərini demişdi. Bu zaman onun gözü təxminən 10-15 aralıda binanın qarşısında olan yerə sataşmış və həmin yerə yaxınlaşan zaman özünə məxsus əl çantasının olduğunu görmüşdü. O, dərhal əl çantasını götürüb içərisinə baxdıqda, içərisində olan 1.460 manat pulun olmadığını görmüşdü. Ona məxsus əl çantasında olan 1460 manat pulun 1400 manatı onun “Code” Academy təhsil haqqı idi, 60 manatı isə xərcləmək üçün əl çantasına qoymuşdu. Ona hündürboylu xariçi vətəndaş yaxınlaşan zaman digər alçaq boylu şəxs onlardan təxminən 2 metr aralıda dayanmış, lakin o, sonuncuun hərəkətlərinə fikir verməmişdir. O, uca boylunu üzdən tanıyır, lakin alçaq boylunun üzünü tam xatırlamasa da, görsə tanıyar. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əlcəzair Respublikası Buyera şəhəri, Harket küçəsi ev 04, mənzil 07 qeydiyyatda olsa da, müvəqqəti olaraq Bakı şəhəri Yasamal rayonunda tanımadığı ünvanda adını bilmədiyi oteldə qalır. xx.xx.2024-cii il tarixdə qohumu Təqsirləndirilən şəxs və həyat yoldaşı Boubetra Abır ilə birlikdə Bakı şəhərinə bir aylıq gəlmişlər. xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 9-cu polis bəlməsində ona məlum olmuşdu ki, Təqsirləndirilən şəxs bir nəfər Azərbaycan Respublikası vətəndşının kartını tapıb və həmin kartdan 200 manat pul istifadə edibdir. Həmin vaxt Təqsirləndirilən şəxs kartdan sitifadə etdiyi pulları geri qaytarılması bildirilmiş və onlar polis böləsindən çıxmışlar. O, Təqsirləndirilən şəxs kartdakı pulları nə üçün istifadə etdiyini soruşduqda sonuncu bildirmişdi ki, pulu olmadığından həmin kartda olan puldan sitifadə edərək lazım olan yemək və digər əşyalar almışdır. Bir neçə gün sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 23.00 radələrində Təqsirləndirilən şəxs və arvadı Boubetra Abır ilə birlikdə Səbail rayonu Tarqovıy adlanan ərazidə gəzərkən bir nəfər Əlcəzairli Houssam adlı şəxs ilə tanış olmuşlar. Houssam adlı şəxs onlarla birlikdə Dəniz kənarını gəzdikdən sonra geri “Torqoyıv” adlanan yerə qayıtmışlar. Onlar piyada küçə ilə gəzərək hadisənin baş verdiyi yerə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs taksi sifariş verəcəyini bildirmişdi. Onlar da etiraz etməmiş və həmin yerdə dayanıb gözləmişlər. Bir müddət orada gözlədikdən sonra Mosouri Ali və Houssam adlı şəxslə birlikdə getmişlər. Onlar Təqsirləndirilən şəxs və Houssam adlı şəxsi axtarmış, lakin tapa bilməmişlər. Səhəri gün, yəni 08 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları yaxınlaşaraq onları saxlamış və 9-cu polis bölməsinə aparmışlar. X4 və Houssamın oğurluq etmələrindən heç bir məlumatları olmamış, sonuncular oğruladıqları puldan onlara verməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Boubetra Abir da digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı keçirilmiş şəxsin tanınmaya təqdim edilməsi zamanı iş üzrə Zərərçəkmiş şəxs2, digər şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00.10 radələrində ünvan 2 ünvanda yerləşən “Babat” adlı restoranın yaxınlığında onun daşın üstünə qoyduğu qara rəngli əl çantasını oğurlayan şəxs odur. İş materiallarında olan CD-R diskdəki video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdi ki, həmin diskdə 3 ədəd fayl var. Həmin fayllardan birincisi 14 saniyə, ikincisi 35 və üçüncüsü 33 saniyədən ibarətdir. Həmin faylların hər üçündən görünür ki, Təqsirləndirilən şəxs əlinə götürdüyü müxtəlif mallarla birlikdə kassa aparatına yaxınlaşaraq aldığı malların dəyərini kart vasitəsilə ödəyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdi ki, mağazadan kart vasitəsilə alver edən şəxs onun özüdür, belə ki, o, xx.xx.2024cü il tarixdə Bakı şəhəri Səbail rayonu Tarqovıy adlanan ərazidə gəzərkən yerdə sahibsiz çanta tapmış, içərisindəki bank kartını götürmüş, sonra həmin kart vasitəsilə orada yerləşən müxtəlif mağazalardan alış-veriş etmişdir. İş materiallarında olan DVD-R diskdəki video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdi ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 55.00 dəqiqədən ibarətdir. Həmin fayldan görünür ki, Təqsirləndirilən şəxs iki nəfər kişi və bir nəfər qadın cinsli şəxslə sağ tərəfdə yerləşən küçədə dayanıblar, onlarla üzbəüz yerləşən küçədə təxminən 20- 25 metr aralıda bir nəfər kişi və bir nəfər qadın cinsli şəxs daşın üstündə oturublar. Bir neçə dəqiqə sonra qadınla kişi oduqları yerdə qalır, lakin Təqsirləndirilən şəxs və digər bir nəfər kişi cinsli şəxs sonunculardan ayrılaraq bir neçə dəfə digər küçədə daşın üstündə oturan qadınla kişiyə yaxınlaşaraq yanlarından keçirlər. Sonuncu dəfə saat 00.29 dəqiqədə Təqsirləndirilən şəxs və digər bir nəfər kişi cinsli şəxs digər küçədə daşın üstündə oturan qadınla kişiyə yaxınlaşıb yanlarında dayanır və sonuncularla söhbət etməyə başlayırlar. Bir neçə saniyə sonra Mansoru Ali daşın üstündə olan əl çantasını götürərək oradan uzaqlaşır, küçənin tininə çatanda əl çantasının açaraq içərisindən nə isə götürüb əynində olan şalvarının arxa cibinə qoyur və oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, orada olan dörd nəfərdən biri onun özüdür, digərləri onun əmisi oğlu Şahid2, sonuncunun arvadı Boubetra Abir və Bakı şəhərində tanış olduğu həmyerlisi Houssam adlı şəxsdir. Həmin hadisə xx.xx.2024-cü il tarixdə gecə satlarında Bakı şəhəri Səbail rayonu Tarqovıy adlanan ərazidə baş vermişdir. Onlarla üzbəüz yerləşən küçədə təxminən 20-25 metr aralıda daşın üstündə oturan qadınla kişini tanımır. Həmin vaxt daşın üstündə oturan kişinin yanında daşın üstündə bir ədəd əl çantasının olduğunu görmüş və həmin əl çantasını oğurlamaq qərarına gəlmişdi. Bu məqsədlə həmyerlisi Houssam adlı şəxs ilə həmin şəxsləri təqib etməyə başlamışlar, bir neçə dəfə digər küçədə daşın üstündə oturan qadınla kişiyə yaxınlaşaraq yanlarından keçmişlər. Şahid2 və Boubetra Abir isə öz yerlərində qalmış, onlara qoşulmamışlar. Axırda Houssam adlı şəxs ilə digər küçədə daşın üstündə oturan qadınla kişiyə yaxınlaşıblar, orada sonuncular ingilis dilində ünvan soruşmaqla başlarını qatmışlar və bu zaman o, tanımadığı kişinin yanında daşın üstündə olan əl çantasını götürərək oradan uzaqlaşır, bir qədər getdikdən sonra küçənin axırında əl çantasının açaraq içərisində olan pulları götürüb əynində olan şalvarının arxa cibinə qoyur və oradan uzaqlaşır. Həmin oğurluq hadisəsini törədərkən ona yalnız həmyerlisi Houssam adlı şəxs köməklik etmiş, onun əmisi oğlu Şahid2 və sonuncunun arvadı Boubetra Abir isə həmin oğurluq hadisəsində ona göməklik etməmişlər İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş bank çıxarışından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5315 9921 5643 448 saylı kartın hesabından 01 oktyabr 2024-cü il tarixdə saat 17.27-dən 02 oktyabr 2024-cü il saat 20.25-dək olan müddət ərzində 496 manat 27 qəpik məbdəğində pul vəsaiti çıxarılmışdır. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və Səbail rayon məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək onun barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, baxış keçirilməsi haqqında protokollar, video görüntülər və iş materiallarına əlavə edilmiş işin digər halları ilə tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs oğlunun islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə olaraq az ağır cinayət törədilməsini, xarici ölkə vətəndaşı olmasını, eyni zamanda zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Express Bank”-ın Xətai filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-100/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-100/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver