Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-101/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Tərcüməçi X4 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, “Ağ şəhər” tikintidə fəhlə işləyən, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev 105-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, “Araz” marketdə satıcı işləyən, Bakı şəhəri, Nərimanov rayonu M.Arif küçəsi ev 28A mənzil 7-də qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Yusubov X1 İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs əmlakını açıq talamaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 2020-ci il yanvarın 31-də gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən “Mojo” adlanan klubdan çıxıb həmin küçə ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs Azhara yaxınlaşaraq cinayətdə iştirakçı olan qrupun üzvü Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs ağzını tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa cibindən sonuncuya məxsus içərisində 3060 manat məzənnəsində 1800 ABŞ dollar və 60 manat pul olan 50 manat dəyərində pul kisəsini götürən zaman zərərçəkmiş şəxs “polis-polis” deyərək qışqırmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb müxtəlif istiqamətlərdə qaçmışlar. Təqsirləndirilən şəxs2 isə arxasınca polisin qaçdığını görərək ələ keçirdiyi Zərərçəkmiş şəxs Azhara məxsus pul kisəsini yerə atmışdır. Bu əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 180.2.1-və 180.2.4-cü maddələri ilə ittiham verilmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxslərin CM-nin 29,180.2.1 və 29,180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edildi. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci ildə saat 13 radələrində dostu Təqsirləndirilən şəxs1 Məmmədəli oğluna zəng edərək gecə onunla birlikdə kluba getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmış və onlar görüşərək birlikdə, Bakı şəhəri Səbail rayonu H.Z.Tağıyev küçəsinə gəzməyə getmişlər. Onlar bir qədər gəzdikdən sonra həmin gün saat 23 radələrində H.Z.Tağıyev küçəsində yerləşən “Mojo” kluba gedərək orda pivə içib əylənmişlər. Klubda olan zaman sonradan adını və soyadını bildiyi X5 vətəndaşı Zərərçəkmiş şəxs klubda oynayan qızların başına pul səpdiyini görmüşlər, ona görə də o, Zərərçəkmiş şəxs Azhar klubdan çıxanda onun üstündə olan pulları ondan məcburi da olsa almağı Vüsalla qərarlaşdırmışlar. Bir qədər keçdikdən sonra xx xxxxxx 2020-ci il gecə vaxtı saat 03 radələrində Zərərçəkmiş şəxs Azhar klubdan çıxdığını gördükdə sonuncunun ardınca klubdan çıxıb Zərərçəkmiş şəxs Azhara yaxınlaşmış, Təqsirləndirilən şəxs1 arxadan Zərərçəkmiş şəxs ağzın tutmuş, o isə Malikin arxa cibinin sağ tərəfindən pul qabını götürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qışqırmış və yaxınlıqda xidmət edən polis əməkdaşlarının onlara yaxınlaşdığını görüb o Xurşidbanu Natəvanın heykəli istiqamətində, Vüsal isə digər istiqamətdə qaçmışdır. Polis əməkdaşlarının onun arxasınca qaçdığını görüb və yaxalanacağını başa düşərək Zərərçəkmiş şəxs Azhardan götürdüyü pul qabını yerə tullayıb ordan uzaqlaşmaq istəyən zaman polislər onu saxlamışlar. Götürdüyü pul kisəsinin içində hansı məbləğdə pul olduğunu bilməmiş, çünki onu açıb baxmağa vaxtı olmamış, polisin arxasınca gəldiyini görərək dərhal pul qabını yerə atmışdır. Polis işçiləri pul qabını götürəndən sonra onu saxlayıb polis bölməsinə aparmışlar. Bölmədə pul kişəsi zərərçəkmiş şəxsə qaytarıldı və müəyyən olundu ki, pul kisəsində olan məbləğ yerindədir. Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu bildirərək törətdiyi əməldən nəticə çıxardaraq islah olunduğunu və hazırda “Ağ şəhər” ərazisində tikintidə fəhlə işlədiyini məhkəməyə bildirmişdir. O, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 13 radələrində dostu Təqsirləndirilən şəxs2 ona zəng edib gecə onunla birlikdə kluba getmək istəyini bildirmiş, o, da Ravil Səttərzadənin təklifi ilə razılaşmış və onlar görüşüb Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsinə gəzməyə getmişlər. Bir qədər gəzdikdən sonra gecə saat 23 radələrində Səbail rayonu, H.Z.Tağıyev küçəsində yerləşən “Mojo” kluba gedərək orda pivə içib əylənmişlər. Klubda olan zaman sonradan adını və soyadını bildiyi X5 vətəndaşı Zərərçəkmiş şəxs klubda oynayan qızların başına pul səpdiyini görmüşlər, ona görə də o, Zərərçəkmiş şəxs Azhar klubdan çıxanda onun üstündə olan pulları ondan məcburi da olsa almağı Ravillə qərarlaşdırmışlar. Bir qədər keçdikdən sonra xx xxxxxx 2020ci il gecə vaxtı saat 03 radələrində Zərərçəkmiş şəxs Azhar klubdan çıxdığını gördükdə sonuncunun ardınca klubdan çıxıb Zərərçəkmiş şəxs Azhara yaxınlaşmışlar, o, arxadan Zərərçəkmiş şəxs ağzını tutmuş, Ravil isə Malikin arxa cibinin sağ tərəfindən pul qabını götürən zaman Zərərçəkmiş şəxs “polis” deyərək qışıqrımışdır. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları onlara tərəf yaxınlaşarkən o “Kukla Teatrı” istiqamətində, Ravil isə başqa istiqamətdə qaçmışdır. O hadisə yerindən uzaqlaşıaraq yoldan keçən tanımadığı taksi ilə yaşadığı evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonunun ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu bildirərək törətdiyi əməldən nəticə çıxardaraq islah olunduğunu, hazırda “SPAR” marketinin Gənclik filialında mühafizəçi işləyir, iş rejimi isə həftəlik növbətçiliklə müəyyən olunur - bir həftə gecə növbəsində, bir həftə gündüz növbəsində işləyir. O, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətdiyini, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Azhar ifadəsində göstərmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, lakin təxminən 20 ildir ki, Bakı şəhərində yaşayır. Azərbaycan və ingilis dilində sərbəst danışır və yaza bilir. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu H.Z.Tağıyev küçəsində yerləşən “Mojo” kluba getmiş, klubda olan zaman digər müştəri qadınların başına pul səpirdi və bununla da klubda olan şəxslərin diqqətini cəlb etmişdir. Həmin gecə saat 03 radələrində klubdan çıxıb bir neçə metr yeridikdən sonra adını və soyadını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 arxadan gələrək əli ilə onun ağzından tutmuş, Ravil Səttərzadənin isə onun qarşısına keçərək əynində olan şalvarın arxa cibindən ona məxsus içərisində 1800 ABŞ dollar və 60 manat pul olan dəyəri 50 manat olan pul qabını götürmüş və o, ucadan “polis-polis” deyərək ətrafa səslənmiş və yaxınlıqda olan polislər onun yanına gəlmiş və dərhal Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ardınca qaçmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun cibindən pulqabını götürən zaman ona heç bir xəsarət yetirməmişlər. O, hadisə yerində polisləri gözləmiş və bir neçə dəqiqədən sonra polislər Təqsirləndirilən şəxs2 tutub gətirmişlər. Polis əməkdaşları pul qabını ona qaytarmış və onlar Səbail RPİ-nin 9-cu Polis bölməsinə getmişlər. Zərərçəkmiş şəxs Azhar oğlu qeyd etmişdir ki, kubda qadınlarının başına pul səpməklə təqsirləndirilən şəxslərin diqqətini cəlb etmişdir, kubda bu hərəkəti etməsəydi cinayətə hadisəsi baş verməzdi. Zərərçəkmiş şəxs Azhar məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi və heç bir iddiasının olmamasını və gələcəkdə də, olmayacağını bildirmişdir. O, həmçinin məhkəmə iclasında təkrar ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə baş verdiyi zaman ona heç bir ziyan dəyməmiş və hadisə polis əməkdaşları tərəfindən dərhal müəyyən edilərək cinayətin qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərlə heç bir ədavəti yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şikayət etdiyi üçün peşmandır və onlara azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post-Patrul xidməti bölüyünün polis nəfəridir. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində Səbail Rayon Polis İdarəsinin Post-Patrul xidməti bölüyündə polis nəfəri Şahid2 ilə çağırışı 6664 olan avtopatrulla Səbail rayonunun ərazisində xidmətdə olan zaman adlarını və soyadlarını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 və Yusubov X1 İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Azhar ilə aralarında mübahisə edərək dartışdıqlarını gördükdə onlara yaxınlaşan zaman X11 ağzını tutduğunu və X12 cibindən nəyisə götürdüyünü görmüşlər. O, dərhal avtomobili saxlayıb polis nəfəri Şahid2lə birlikdə avtomobildən düşüb onlara yaxınlaşanda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların gəldiyini görüb qaçmağa başlamışlar. Zərərçəkmiş şəxs Azhar həmin şəxslər onun cibindən pul qabını götürdüklərini bildirmiş, o, da dərhal kömək üçün yaxınlıqda xidmətdə olan 6674 çağırışlı avtopatrulu çağırmış, sonra da Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 saxlamaq üçün onların arxasınca qaçmağa başlamışlar. Təqsirləndirilən şəxs2 qaçan zaman əlindən Zərərçəkmiş şəxs cibindən götürdüyü pul kisəsini yerə atdığını görmüş, pul kisəsini yerdən götürərək Ravilin arxasınca qaçmağa davam edib Ravili saxlayıb gələn digər polis nəfərləri Şahid3 və Şahid4 birlikdə Səbail RPlnin 9-cu Polis bölməsinə aparıb, bu barədə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə raportla baş vermiş hadisə ilə bağlı müraciət edərək Təqsirləndirilən şəxs2 polis bölməsinə təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin PPXB-nün polis nəfəri Şahid2ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-Patrul xidməti bölüyünün polis nəfəridir. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 04 radələrində Səbail Rayon Polis İdarəsinin Post- Patrul xidməti bölüyünün polis nəfəri Şahid3 ilə çağırışı 6674 olan avtopatrulla Səbail rayonunun ərazisində xidmətdə olan zaman, polis nəfəri Şahid1 xidməti efir vasitəsi ilə məlumat verərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsində iki nəfər şəxs xarici vətəndaşa qarşı soyğunçuluq cinayətini törətmişlər. O da, dərhal xidmətdə olduğu Şahid3la birlikdə H.Z.Tağıyev küçəsinə getmiş, sonradan adını və soyadını öyrəndiyi Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 polis əməkdaşları Ceyhun və Emilin yanında olduğunu görmüşlər. O, nə baş verdiyini soruşan zaman Zərərçəkmiş şəxs Azhar bildirmişdir ki, Ravil və onunla birlikdə digər bir şəxs ilə onun ağzını əli ilə sıxıb, ona məxsus içərisində pul olan pul kisəsini götürmüşlər. Sonra onlar Ravili Səbail RPİ-nin 9-cu Polis bölməsinə apararaq, bu barədə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin PPXB-nün polis nəfəri Şahid3ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 saxlanıldığı Səbail RPİ-nin X6 azad edilmişdir. Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı Səbail RPİ-nin X6 azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon MKTB-nin 38 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşadığı müddət ərzində onun barəsində qonşulardan və digər təşkilatlardan heç bir şikayət daxil olmamışdır. Həmişə özünü nümunəvi sakin kimi aparmışdır. Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Səttarzadə X2 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. Kənddə yaşadığı müddət ərzində əhali arasında özünü sakit və təmkinli aparmış, qonşuları ilə rəftarı yaxşı olmuşdur. Nümayəndəliyə onun yaşadığı müddət ərzində şifahi və yazılı şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti, tələbi və heç bir iddiası yoxdur və gələcəkdə də, olmayacaqdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə baş verdiyi zaman ona heç bir ziyan dəyməmiş və hadisə polis əməkdaşları tərəfindən dərhal müayinə edilərək cinayətin qarşısı alınmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir ədavəti yoxdur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində şikayət etdiyi üçün peşmandır və onlara azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş ifadələrdən müəyyən olunmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs Azhar klubdan çıxıb bir neçə metr yeridikdən sonra adını və soyadını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 arxadan gələrək əli ilə onun ağzıdan tutmuş, Təqsirləndirilən şəxs2 isə onun qarşısına keçərək əynində olan şalvarın arxa cibindən ona məxsus içərisində 1800 ABŞ dollar və 60 manat pul olan dəyəri 50 manat olan pul kisəsini götürən zaman zərərçəkmiş şəxs “polis-polis” deyərək qışqırmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb müxtəlif istiqamətlərdə qaçmışlar. Təqsirləndirilən şəxs2 isə arxasınca polisin qaçdığını görərək ələ keçirdiyi Zərərçəkmiş şəxs Azhara məxsus pul kisəsini yerə atmışdır. Polis işçiləri də həmin pul kisəsini götürüb zərərçəkmiş şəxsə qaytarmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Bitmiş cinayətdən fərqli olaraq, cinayət cəhdini yaradan hərəkət şəxsdən asılı olmayan səbəblərə görə sona çatdırılmayıb. Cəhd zamanı şəxs cinayəti sona çatdırmaq üçün düşündüyü bütün hərəkətləri yerinə yetirir, lakin ondan asılı olmayan səbəbdən cinayətin nəticəsi baş vermir. Hazırkı işdə isə cinayət vaxtında aşkar edilib və təqsirləndirilən şəxs zərərsizləşdirilmişdir. Maddi tərkibli cinayət qanunda göstərilən cinayət nəticələrinin baş verməsi ilə xarakterizə olunur. Soyğunçuluq o vaxt bitmiş hesab edilir ki, cinyətkar başqasının əmlakını mənimsəyib ondan istədiyi kimi istifadə etsin. Cinayətə cəhdin obyektiv əlaməti hərəkətin başa çatmamasında ifadə olunur. Qanunun belə mövqeyi onu göstərir ki, cinayət etməyə cəhd zamanı cinayətin obyektiv cəhəti özünün sonrakı inkişafını davam etdirə bilmir. Bu əlamət cinayətə cəhdi başa çatmış cinayətdən fərqləndirir. Burada cinayətə cəhdin bitmiş cinayətdən fərqləndirilməsi həm də bu növdən olan cinayətlərin əlamətlərini nəzərdə tutan tərkibin quruluşundan asılıdır. Əgər cinayət etməyə cəhd maddi cinayətin törədilməsinə yönəlmişdirsə, kriminal nəticə baş vermir. Hazırkı halda qanunda nəzərdə tutulan nəticə baş vermir - zərərçəkənin əmlakı təqsirləndirilən şəxslərin sərəncamına tam olaraq keçmir, onlar bu hərəkəti edən zaman polis tərəfindən yaxalanırlar. Beləliklə, cinayət etməyə cəhd zamanı hər şeydən əvvəl qanunda nəzərdə tutulan ictimai təhlükəli nəticə baş vermir. Lakin buradan heç də o nəticəni çıxarmaq olmaz ki, cinayətə cəhddə, ümumiyyətlə, nəticə olmur. “Cinayət etməyə cəhd nəticəsiz cinayətdir” dedikdə, şəxsin məhz arzu etdiyi nəticənin meydana gəlməməsi nəzərdə tutulur. Cinayətə cəhdin digər obyektiv əlaməti - qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Bu əlamətin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə bağlı olmur. Qəsdin qarşısını alan, ona başa çatmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran bu amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. İctimai təhlükəli nəticə baş vermir, məqsədə nail olunmur, şəxsin kriminal niyyəti bütünlüklə reallaşdırılmış olmur( ictimai təhlükəli nəticə faktiki olaraq baş vermir). Qeyd edilməlidir ki, soyğunçuluq etmək məqsədi ilə əmlakın faktiki qanunsuz götürülməsi ilə hələ cinayət bitmir. Həm də götürülən əmlak üzərində müstəqil sərəncam vermək imkanı yaranmalıdır. Beləliklə, soyğunçuluq cinayətinin bitməsi iki haldan - əmlakın götürülməsindən, həm də onun üzərində müstəqil sərəncam vermə imkanının yaranmasından asılıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs pul qabını açıq talama yolu ilə ələ keçirtsələr də, polis əməkdaşları tərəfindən yaxalanacaqlarından qorxub və cinayət məsuliyyətindən özlərini qurtarmaq məqsədi ilə pul kisəsini yerə atıb hadisə yerindən uzaqlaşmışlar, yəni istədiyi kimi talanmış əmlakdan istifadə etmək imkanından məhrum olmuşlar. Belə vəziyyətdə soyğunçuluq cinayəti başa çatmır, soyğunçuluq etməyə cəhdə görə məsuliyyət yaranır. Çünki təqsirləndirilən şəxslər zərərçəkənin əmlakından əldə edərək ona sərbəst şəkildə sərəncam vermək niyyəti olduğu halda, buna nail ola bilmirlər. Beləliklə təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etsələr də, həmin cinayət əməlini başa çatdırmağa imkan verməyən amillər meydana gəlmişdir. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 29, 180.2.1 və 29,180.2.4-cü maddələrinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.4-ci maddələrinə tövsif olunmalı və onlar qeyd edilən maddələrlə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 63.3-cü cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və heç bir tələbinin olmamasını, onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, barəsində verilmiş müsbət xasiyyətnaməni, cavan olmasını, ailəsinin həyat şəraitinin aşağı olmasını, hazırda fərdi əməklə məşğul olaraq ailəsinə maddi yardım göstərməsini cinayət törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, və məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ilk dəfə cinayət törətməsini, ailəsinin həyat şəraitini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, məhkəmə iclaslarındakı davranışını, zərərçəkmiş şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, digər Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və heç bir tələbinin olmamasını, onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin Vüsal Usubova azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, barəsində verilmiş müsbət xasiyyətnaməni, cavan olmasını, ailəsinin həyat şəraitinin aşağı olmasını, hazırda işləyərək ailəsinə maddi cəhətdən kömək etməsini, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini və məhkəmə iclaslarındakı davranışını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ilk dəfə cinayət törətməsini, ailəsinin həyat şəraitini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, məhkəmə iclaslarındakı davranışını, zərərçəkmiş şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə xahişini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi müvafiq olaraq həmin şəxslərin yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29,180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1na təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X7 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X3 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-101/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-101/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver