Məhkəmə qərarları › İş №1(009)-101/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-101/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-101/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “BM Morisson Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvəllər məhkum olunmamış, ali təhsilli, "xxxx" MMC-də mühəndis işləyən, Salyan rayonu, Qarabaqlı ərazi dairəsi Kolanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 bacısı oğlu X5 məhkəmədə olan işinə köməklik göstərməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmaqla həbsdən azad elətdirəcəyini vəd verib 2019-cu ilin noyabr ayında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən Sabir bağında 5000 manat pulunu alaraq, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu X6 məhkəmədə olan işinə köməklik göstərməklə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyirı olunmaqla həbsdən azad elətdirəcəyini vəd verib 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yerləşən Sabir bağında 5000 manat və 2020-ci ilin iyul ayının ortalarında yenidən həmin ünvanda 5000 manat pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 10000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 5 ilə yaxındır ki, tanıyır. Belə ki, 2016-cı ildə o maşında olarkən bir nəfər qadın ona əl eləyərək Bakı şəhərinə gedibgetmədiyini soruşmuş və o bildirmişdir ki, Bakı şəhərinə gedir. Həmin qadın xahiş etmişdir ki, onu da Bakı şəhərinə aparsın və o da onu Bakı şəhərinə aparıb Dərnəgül qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında düşürtmüşdür. Həmin vaxtdan sonra qadın onun telefon nömrəsini götürdüyü üçün onunla arada əlaqə saxlamış və danışmışlar. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək bacısı oğlunun narkotiklə tulduğunu və onun məhkəmədə olan işində köməklik göstərilməsi üçün tanışının olub-olmamasını soruşmuşdur. O, ona tanışının olduğunu və köməklik göstərə biləcəyini demişdir. Daha sonra o Zərərçəkmiş şəxs2 Ali Məhkəmədə işləyən tanışının olduğunu demiş, Zərərçəkmiş şəxs2 də razılıq verdikdən sonra o əvvəllər Şirvan Apellyasiya Məhkəməsində işləyən tanışı ilə danışmış, bundan sonra Zərərçəkmiş şəxs2 Sabir Bağında 5000 manatı almışdır. Bir müddət sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək bacısının qonşusu olan Yeganə adlı qadının da oğlunun məhkəmə işi olduğunu bildirmiş və o, Yeganə və Rasilə ilə görüşüb Rasilənin vasitəsi ilə Yeganədən 5000 manat almışdır. Daha sonra 2020-ci ilin iyul ayının ortalarında yenidən həmin ünvanda 5000 manatı Zərərçəkmiş şəxs1 almışdır. O, həmin hər iki nəfərdən götürdüyü pulu Şirvan Apellyasiya Məhkəməsində işləyən tanışına onun adını çəkmək istəmədiyi qohununun vasitəsi ilə vermişdir. 2021-ci ilin may ayının əvvəllərində isə Rasilə ona zəng edərək Yeganənin pulunu qaytarmağını bildirmişdir. Barəsində araşdırma aparılarkən qismən ödəmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin, şikayətinin olmamasını, həmçinin dəymiş ziyanın 25%, yəni 3750 manat dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayında oğlu X9 azyaşlı qızına qarşı etmiş olduğu seksual xarakterli hərəkətlər səbəbindən Səbail Rayon Polis İdarəsi tərəfindən tutularaq həbs olunmuş və barəsində olan cinayət işi üzrə istintaq tamalanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2019cu ilin iyul ayında qonşuluqda yaşayan qonşusu X1 Əli də narkotik maddə istifadə etdiyi üçün tutulmuşdur. X7 Qurbanovun azadlığa çıxması üçün narahat olmuş və onun həbsdən azad edilməsini istəmişdir. Həmin ərəfələrdə Mehbarə Qurbanovanın bacısı Zərərçəkmiş şəxs2 teztez Mehbarənin yaşadığı evə gedib-gəlmiş və o da onu tanımışdır. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 Əli Qurbanovun işinə köməklik göstərməsi üçün Pərviz adlı şəxsi tapmışdır. O, bunu bildikdən sonra Rasilədən oğlu Fərhadın da işinə kömək edə biləcəyini soruşduqda o Pərvizlə danışıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Rasilə ona bildirmişdir ki, o Pərvizlə danışıb və Pərviz 5000 manat müqabilində oğlunun işinə köməklik göstərəcəyini və onu həbsdən azad elətdirəcəyini vəd vermişdir. Bir neçə gündən sonra isə 2019-cu ilin dekabr ayının əvvəllərində Rasilə onu Pərviz adlı şəxslə tanış etmiş və oğlu Fərhadın işi ilə bağlı onunla danışmışlar və o bir daha bildirmişdir ki, onun əmisi Ali Məhkəmədə işləyir və onun vasitəsilə bu işi həll edərək onun oğlunu həbsdən azad elətdirəcək. Bundan sonra o ona inanaraq oğunun təqsirləndirildiyi iş üzrə ittiham aktının surətini və 5000 manat pulu ona təqdim etmişdir. Pərviz pulu götürdükdən sonra o və Rasilə maşından düşüb getmişlər. Həmin vaxtdan sonra hər dəfə məhkəmədən əvvəl və məhkəmə proseslərindən sonra o Pərvizlə əlaqə saxlamış və o hər dəfə narahatçılıq olmadığını bildirmişdir. Sonuncu dəfə məhkəmədə 27 yanvar 2020-ci il tarixdə oğluna 14 il cəza istənilərkən o zaldan çıxıb Pərvizlə danışıb əlaqə saxlamış və bu barədə ona dedikdə Pərviz ona bildirmişdir ki, narahat olmasın o Apellyasiya Məhkəməsi ilə oğlunun işini danışıb onu azad elətdirəcək. O, bir daha ona inanaraq gözləməyə başlamışdır. Daha sonra apellyasiya məhkəməsi zamanı da 16 iyun 2020-ci il tarixdə hökm qüvvəsində qalanda demişdir ki, narahat olma, əmisi dediyi kimi Ali Məhkəmədə oturub özü orda həll edəcək. Bundan sonra iş Ali Məhkəmədə baxılarkən o oğlunun vəkili ilə əlaqə saxlamış, lakin oğlunun vəkili bildirmişdir ki, məhkəmənin gedişatından görür ki, ona təyin edilmiş cəza qüvvəsində qalacaq. Belə olan halda o zəng edib bu barədə Pərvizə məlumat vermiş və Pərviz bildirmişdir ki, yalandır, o bu məsələni həll edəcək. Bir-neçə gündənı sonra isə Pərviz ona zəng edərək bildirmişdir ki, əmisi bu işi həll edir, lakin iş ağır olduğu üçün ətrafında olanlar 5000 manat pul ilə qane olmurlar və əlavə olaraq daha 5000 manat pul lazımdır. Bundan sonra o yenə də borc pul tapmış və Pərvizlə Sabir bağının yanında görüşmüşdür. Həmin vaxt Pərvizin maşınında adam olduğu və həmin tələsdiyini bildirdiyi üçün o, onun maşınına oturmamış və pəncərədən Apellyasiya Məhkəməsini qərarını və içində 5000 manat olan pul bağlamasını ona uzatmış və Pərviz sənədlərlə pulu ondan götürüb yanında oturmuş şəxsə uzadaraq demişdir ki, “götür bunu sən məşğul olacaqsan bu işlə”. Bir-neçə gündən sonra isə oğlunun məhkəməsi olarkən ona məlum olmuşdur ki, oğluna təyin edilmiş cəza qüvvəsində saxlanılmışdır. Bundan sonra o, Pərvizlə əlaqə saxlayaraq Rasilə ilə birlikdə onunla görüşmüşlər və ondan pulunu tələb etmiş, lakin Pərviz ondan aldığı pulu payladığı üçün qaytara bilməyəcəyini bildirmişdir. Həmin ərəfədə isə ona məlum olmuşdur ki, o eyni qaydada Rasiləni də aldadaraq ondan da almış olduğu 5000 manat pulu mənimsəmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında bacısı oğlu X8 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması səbəbindən Səbail Rayon Polis İdarəsi tərəfindən tutulmuşdur. Bacısı oğlu Qurbanov Əli onun yanında böyüdüyü üçün o, onun tutulmasından çox narahat olmuş və onun işinə köməklik göstərilməsi üçün Pərvizə müraciət etmiş, Pərviz ona demişdir ki, bu məsələni həll edə bilər. 2019-cu ilin noyabr ayında o, bacısı Mehbarənin yaşadığı Səbail rayonu, İçərişəhər ərazisində yerləşən evlərinə getmiş, elə həmin ərəfədə o Pərvizlə Sabir bağında görüşmüş və onun məsələsinin həll edilməsi üçün ona 5000 manat pul vermişdir. Təxminən 4-5 ay sonra isə bacısının qonşusu Yeganə ilə söhbət edərkən o da oğlunun məhkəmədə olan işinə kömək göstərmək üçün xahiş etmişdir. O, Pərvizlə danışdıqdan sonra Pərviz həmin işin də həll olunması üçün 5000 manat lazım olduğunu bildirmişdir. Bir-neçə gündən sonra Yeganə ona məlumat verdiyi üçün onlar üçü də birlikdə görüşmüşlər və Yeganə 5000 manat pulu onun vasitəsi ilə Pərvizə vermişdir. Ondan sonra onların məhkəmə məsələləri uzanmışdır. Bir müddət sonra Pərviz Yeganənin oğlunun işinin ağır olduğunu bildirərək ondan əlavə 5000 manat pul almaq lazım olduğunu bildirmiş, lakin o Yeganənin pulunun olmamasını və məcburiyyət qarşısında qaldıqda evini satacağını bildirmişdir. Daha sonra isə Yeganə ona bildirmişdir ki, o Pərvizlə görüşərək əlavə olaraq da ona 5000 manat pul vermişdir. Daha sonra isə onlara məlum olmuşdur ki, Pərviz ona məxsus 5000 manat və Yeganəyə məxsus 10000 manat pulu mənimsəmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 29 noyabr 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində müraciəti əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 23 may 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. 23 may 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş zərərin bir hissəsini 4500 manatı ödəmişdir. 23 may 2021-ci il tarixli protokola əsasən Əkbərov X4 Yeganə Əşrəf qızına dəymiş zərərin bir hissəsini 4500 manatı ödəmişdir. 23 may 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. 15 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla iş üzrə icraat dayandırılmışdır. 08 yanvar 2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da tutulmuşdur. Eyni tarixli qərarla cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 08 yanvar 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 ə 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 yanvar 2022-ci il tarixli və 25 yanvar 2022-ci il tarixli CD diskə baxış protokollarından müəyyən olunur ki, CD diskdə Zərərçəkmiş şəxs1 oğlunun və Zərərçəkmiş şəxs2 bacısı oğlunun məhkəmədə olan işlərinə köməklik göstərməsi adı ilə Təqsirləndirilən şəxs verdikləri müxtəlif məbləğlərdə pulla əlaqədar mübahisə etdikləri səs yazılar əks etdirilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 21.05.2021-ci il tarixdə CM-nin 162- 1.1 istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmişdir. Salyan rayon prokurorluğunun 09 iyun 2021-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində iştirakına CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 16.05.2022-ci il tarixli, 23429 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (15000 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 3750 manat məbləğində pul ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini və bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi olmadığı bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam şəkildə ödədiyini və bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi olmadığı bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3750 manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar